Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-290/2025 26.01.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh5, Cavabdeh1, Cavabdeh2 qarşı iş üzrə Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra - iddiaçı) cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh5, Cavabdeh1, Cavabdeh2 (bundan sonra – cavabdeh(lər)) qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-493/2025 nömrəli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, qətnamə qəbul etdi. İşin halları
1. Cavabdeh3 (həmçinin – borcalan) ilə iddiaçı arasında bağlanan xx.xx.2019-cu il tarixli 025L**********63 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən, 120 ay müddətinə 500000 manat məbləğində kredit xətti açılmışdır.
2. 16.01.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli zaminlik müqavilələri ilə, Cavabdeh4, Cavabdeh6, Cavabdeh5, Cavabdeh1, Cavabdeh2 borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşlər.
3. Borcalan ilə iddiaçı arasında bağlanan xx.xx.2019-cu il tarixli 025L**********63 saylı uzunmüddətli kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixli 025R********** saylı kredit razılaşması ilə, fərdi mikro kredit məqsədilə 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.4167% olmaqla 85000 manat məbləğində, xx.xx.2022-ci il tarixli 025R********** saylı kredit razılaşması ilə, fərdi mikro kredit məqsədilə 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.4167% olmaqla 30000 manat məbləğində və xx.xx.2023-cü il tarixli 025R********** saylı kredit razılaşma ilə də, fərdi mikro kredit məqsədilə 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.3333% olmaqla 70000 manat məbləğində borcalana kredit verilmişdir.
4. xx.xx.2021-ci il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli ipoteka müqavilələrindən və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlardan görünür ki, Cavabdeh1 mülkiyyətində olan Yevlax şəhəri Qarxunlu Əşrəfbəy küçəsi 11 saylı evin 48 saylı mənzilini, Cavabdeh4 ilə mülkiyyətində olan Yevlax şəhəri Qarxunlu Əşrəfbəy küçəsi 11 saylı evin 47 saylı mənzilini, Cavabdeh6 mülkiyyətində olan Bərdə rayonu Alaçadırlı kəndində 0.096 ha torpaq sahəsi və üzərində yerləşən 205 m ümumi sahədən ibarət fərdi yaşayış evini, Cavabdeh3 mülkiyyətində olan Bərdə şəhəri Nüşabə küçəsində 59 nömrəli fərdi yaşayış evini 0.038 ha torpaq sahəsi ilə birlikdə iddiaçının xeyrinə ipoteka ilə yüklü etmiş, bankın xeyrinə olan ipoteka yüklülükləri qeydiyyata alınmışdır.
5. İddiaçı xx.xx.2024-cü il tarixli xəbərdalıq məktubları ilə cavabdehlərə müraciət edərək 30.000 manat məbləğində verilmiş kredit üzrə 18551,50 manat əsas, 1500,07 manat faiz, 984,99 manat cərimə borcu olmaqla cəmi 21036,56 manat borcun, 85.000 manat məbləğində verilmiş kredit üzrə 33321,11 manat əsas, 2254,83 manat faiz, 1306,19 manat cərimə borcu olmaqla cəmi 36882,13 manat borcun, 70.000 manat məbləğində verilmiş kredit üzrə 55582,64 manat əsas, 4712,66 manat faiz, 3193 manat cərimə borcu olmaqla cəmi 63488,95 manat borcun ödənilməsini tələb edərək müqavilənin ləğv edilməsini təklif etmiş və əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə cavabdehlərə xəbərdarlıq etmişdir.
6. Məhkəmə Ekspertiza Mərkəzinin 25 iyun 2025-ci il tarixli 9/2270 nömrəli rəyi ilə, 025R********** saylı kredit razılaşması üzrə xx.xx.2024-cü il tarixə əsas borc üzrə 33321,11 manat, faiz borcu üzrə 3715,30 manat olmaqla cəmi 37036,41 manat, 025R********** saylı kredit razılaşması üzrə xx.xx.2024-cü il tarixə əsas borc üzrə 18551,50 manat, faiz borcu üzrə 2068,49 manat olmaqla cəmi 20619,99 manat,, 025R********** saylı kredit razılaşması üzrə xx.xx.2024-cü il tarixə əsas borc üzrə 55582,64 manat, faiz borcu üzrə 5853,16 manat olmaqla cəmi 61435,80 manat təşkil edir. Xidmətin qiyməti 50 manat müəyyən edilmişdir.
7. Mərkəzi Ekspertiza Bürosunun qiymətləndirmə rəyi ilə, Cavabdeh4 ilə mülkiyyətində olan Yevlax şəhəri Qarxunlu Əşrəfbəy küçəsi 11 saylı evin 47 saylı mənzilinin bazar qiyməti 57000 manat, likvid qiyməti 51300 manat, Cavabdeh1 mülkiyyətində olan Yevlax şəhəri Qarxunlu Əşrəfbəy küçəsi 11 saylı evin 48 saylı mənzilinin bazar qiyməti 45700 manat, likvid qiyməti 41000 manat, Cavabdeh6 mülkiyyətində olan Bərdə rayonu Alaçadırlı kəndində 0.096 ha torpaq sahəsi və üzərində yerləşən 205 m ümumi sahədən ibarət fərdi yaşayış evinin bazar qiyməti 83400 manat, likvid qiyməti 75000 manat, Cavabdeh3 mülkiyyətində olan Bərdə şəhəri Nüşabə küçəsində 59 nömrəli fərdi yaşayış evini 0.038 ha torpaq sahəsi ilə birlikdə bazar qiyməti 72700 manat, likvid qiyməti 65400 manat təşkil edir. Xidmət haqqı ödənilməsi qeyd edilmişdir.
8. Tərəflər arasında mübahisə məhkəmədən kənar qaydada həllini tapmadığından iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir.
Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, 025R********** saylı krеdit razılaşması üzrə 33321,11 manat krеdit bоrcu, 2254,83 manat faiz bоrcu və 1306,19 manat cərimə olmaqla, cəmi 36882,13 manat, 025R********** saylı krеdit razılaşması üzrə 18551,5 manat krеdit bоrcu, 1500,07 manat faiz bоrcu və 984,99 manat cərimə olmaqla, cəmi 21036,56 manat, 025R********** saylı krеdit razılaşması üzrə 55582,64 manat krеdit bоrcu, 4712,66 manat faiz bоrcu və 3193,65 manat cərimə olmaqla, cəmi 63488,95 manat, üç kredit razılaşması üzrə ümumilikdə 121407 manat 64 qəpik məbləğində bоrcun, ödənilmiş 411,41 manat dövlət rüsumunun tutulması və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 45 manat dövlət rüsumunun və 144 manat xidmət haqqının cavabdеhlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh5, Cavabdeh1, Cavabdeh2 müştərək qaydada iddiaçının хеyrinə tutulması, tutmanın Cavabdeh4 mülkiyyətində olan Yevlax şəhəri Qarxunlu Əşrəfbəy küçəsi 11 saylı evin 47 saylı mənzilinə, Cavabdeh1 mülkiyyətində olan Yevlax şəhəri Qarxunlu Əşrəfbəy küçəsi 11 saylı evin 48 saylı mənzilinə, Cavabdeh6 mülkiyyətində olan Bərdə rayonu Alaçadırlı kəndində 0.096 ha torpaq sahəsi və üzərində yerləşən 205 m ümumi sahədən ibarət fərdi yaşayış evinə, Cavabdeh3 mülkiyyətində olan Bərdə şəhəri Nüşabə küçəsində 0.038 ha torpaq sahəsi və üzərində yerləşən 99.5 m ümumi sahədən ibarət 59 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması və borcun ipoteka predmetlərinin hərracdan satışdan əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh3 "xxxx" QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli 025L**********63 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 500000 manat məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq krеdit razılaşması ilə müəyyən оlunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh3 "xxxx" QSC ilə bağladığı xx.xx.2021-ci il tarixli 025R********** saylı krеdit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.4167% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 85000 manat məbləğində krеdit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2024-cü il tarixli 025R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh3 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2024-cü il tarixdən banka qaytarmamışdır. Krеdit bоrcundan 51678,89 manat ödəmiş, onun 33321,11 manat məbləğində kredit borcu qalmışdır. Kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 196 gün üçün hesablanmış faiz borcu 2254,83 manat, cərimə borcu 1306,19 manat təşkil edir. Bundan başqa, uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh3 "xxxx" QSC ilə bağladığı xx.xx.2022-ci il tarixli 025R********** saylı krеdit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.4167% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 manat məbləğində krеdit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2024-cü il tarixli 025R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh3 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2024-cü il tarixdən banka qaytarmamışdır. Krеdit bоrcundan 11448,5 manat ödəmiş, onun 18551,5 manat məbləğində kredit borcu qalmışdır. Kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 172 gün üçün hesablanmış faiz borcu 1500,07 manat və cərimə borcu 984,99 manat təşkil edir. Bundan başqa, uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh3 "xxxx" QSC ilə bağladığı xx.xx.2023-cü il tarixli 025R********** saylı krеdit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.3333% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 70000 manat məbləğində krеdit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2024-cü il tarixli 025R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh3 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2024-cü il tarixdən banka qaytarmamışdır. Krеdit bоrcundan 14417,36 manat ödəmiş, onun 55582,64 manat məbləğində kredit borcu qalmışdır. Kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 182 gün üçün hesablanmış faiz borcu 4712,66 manat, cərimə borcu 3193.65 manat təşkil edir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh3 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər Cavabdeh4, Cavabdeh6, Cavabdeh5, Cavabdeh1, Cavabdeh2 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Həmçinin uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh3 öhdəliyinin icrasını təmin etmək məqsədi ilə cavabdeh-ipoteka qoyan Cavabdeh1 ilə bank arasında bağlanılmış xx.xx.2021-ci il tarixli 025M**********02 saylı ipoteka müqaviləsi əsasında ipoteka qoyan mülkiyyətində olan Yevlax şəhəri Qarxunlu Əşrəfbəy küçəsi 11 saylı evin 48 saylı mənzilini, cavabdeh-ipoteka qoyan Cavabdeh4 ilə bank arasında bağlanılmış xx.xx.2021-ci il tarixli 025M**********01 saylı ipoteka müqaviləsi əsasında ipoteka qoyan mülkiyyətində olan Yevlax şəhəri Qarxunlu Əşrəfbəy küçəsi 11 saylıevin 47 saylı mənzilini, cavabdeh-ipoteka qoyan Cavabdeh6 ilə bank arasında bağlanılmış xx.xx.2023-cü il tarixli 025M**********01 saylı ipoteka müqaviləsi əsasında ipoteka qoyan mülkiyyətində olan Bərdə rayonu Alaçadırlı kəndində 0.096 ha torpaq sahəsi və üzərində yerləşən 205 m ümumi sahədən ibarət fərdi yaşayış evini, Cavabdeh3 ilə bank arasında bağlanılmış xx.xx.2023-cü il tarixli 025M**********01 saylı ipoteka müqaviləsi əsasında ipoteka qoyan mülkiyyətində olan Bərdə şəhəri Nüşabə küçəsində 59 nömrəli fərdi yaşayış evini 0.038 ha torpaq sahəsi ilə birlikdə iddiaçının xeyrinə ipoteka ilə yüklü etmiş, bankın xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır.
11. Gəncə Kommersiya Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx.xx.2025-ci il tarixli, e-2-2(115)-493/2025 nömrəli qətnaməsi (hakim Gülnaz Quliyeva) ilə, iddianın təmin edilməsi, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 025R********** saylı kredit razılaşması üzrə 33321 manat 11 qəpik əsas krеdit bоrcu, 2254 manat 83 qəpik faiz bоrcu və 1306 manat 19 qəpik cərimə olmaqla, cəmi 36882 manat 13 qəpik borc, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci tarixli 025R********** saylı kredit razılaşması üzrə 18551 manat 50 qəpik əsas krеdit bоrcu, 1500 manat 07 qəpik faiz bоrcu və 984 manat 99 qəpik cərimə olmaqla, cəmi 21036 manat 56 qəpik borc, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 025R********** saylı kredit razılaşması üzrə 55582 manat 64 qəpik əsas krеdit bоrcu, 4712 manat 66 qəpik faiz bоrcu və 3193 manat 65 qəpik cərimə olmaqla, cəmi 63488 manat 95 qəpik borc, üç kredit razılaşması üzrə ümumilikdə 121407 (bir yüz iyirmi bir min dörd yüz yeddi) manat 64 (altmış dörd) qəpik məbləğində bоrc, ödənilmiş 411 (dörd yüz on bir) manat 41 (qırx bir) qəpik dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 45 (qırx beş) manat dövlət rüsumu və 144 (bir yüz qırx dörd) manat xidmət haqqı cavabdеhlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh5, Cavabdeh1, Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, tələb üzrə tutmanın Cavabdeh4 mülkiyyətində olan Yevlax şəhəri Qarxunlu Əşrəfbəy küçəsi 11 saylı evin 47 saylı mənzilinə, Cavabdeh1 mülkiyyətində olan Yevlax şəhəri Qarxunlu Əşrəfbəy küçəsi 11 saylı evin 48 saylı mənzilinə, Cavabdeh6 mülkiyyətində olan Bərdə rayonu Alaçadırlı kəndində 0.096 ha torpaq sahəsi və üzərində yerləşən 205 m ümumi sahədən ibarət fərdi yaşayış evinə, Cavabdeh3 mülkiyyətində olan Bərdə şəhəri Nüşabə küçəsində 0.038 ha torpaq sahəsi və üzərində yerləşən 99.5 m ümumi sahədən ibarət 59 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, Cavabdeh4 mülkiyyətində olan Yevlax şəhəri Qarxunlu Əşrəfbəy küçəsi 11 saylı evin 47 saylı mənzilinin ilkin satış qiyməti 51300 (əlli bir min üç yüz) manat həddində müəyyən edilməsi, Cavabdeh1 mülkiyyətində olan Yevlax şəhəri Qarxunlu Əşrəfbəy küçəsi 11 saylı evin 48 saylı mənzilinin ilkin satış qiyməti 41000 (qırx bir min) manat həddində müəyyən edilməsi, Cavabdeh6 mülkiyyətində olan Bərdə rayonu Alaçadırlı kəndində 0.096 ha torpaq sahəsi və üzərində yerləşən 205 m ümumi sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiyməti 75000 (yetmiş beş min) manat həddində müəyyən edilməsi, Cavabdeh3 mülkiyyətində olan Bərdə şəhəri Nüşabə küçəsində 0.038 ha torpaq sahəsi və üzərində yerləşən 99.5 kv.m ümumi sahədən ibarət 59 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 65400 (altmış beş min dörd yüz) manat həddində müəyyən edilməsi, açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləğinin İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, əmlakların satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh5, Cavabdeh1, Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, bankın tələbləri ödənildikdən sonra qalan məbləğ müvafiq olaraq cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh6 və Cavabdeh3 qaytarılması, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı 50 (əlli) manat ekspertiza xərci cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh5, Cavabdeh1, Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (X1, kodu:210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN:**********, hesab AZ34CTRE********************) ödənilməsi qət edilmişdir.
12. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı kredit razılaşmaları üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, cavabdeh isə kredit razılaşmaları üzrə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəllərini pozmuşdur. Qeyd edilənlərə əsasən cavabdehin 025R********** saylı krеdit razılaşması üzrə 33321,11 manat krеdit bоrcu, 2254,83 manat faiz bоrcu və 1306,19 manat cərimə olmaqla, cəmi 36882,13 manat, 025R********** saylı krеdit razılaşması üzrə 18551,5 manat krеdit bоrcu, 1500,07 manat faiz bоrcu və 984,99 manat cərimə olmaqla, cəmi 21036,56 manat, 025R********** saylı krеdit razılaşması üzrə 55582,64 manat krеdit bоrcu, 4712,66 manat faiz bоrcu və 3193,65 manat cərimə olmaqla, cəmi 63488,95 manat, üç kredit razılaşması üzrə ümumilikdə 121407 manat 64 qəpik məbləğində borcu vardır. İddiaçı verdiyi kredit məbləğlərini, ona hesablanmış faizləri və cəriməni cavabdehdən tələb etməkdə haqlıdır. İddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir.
13. Məhkəmə eyni zamanda digər cavabdehlər Cavabdeh4, Cavabdeh6, Cavabdeh5, Cavabdeh1, Cavabdeh2 mülki məsuliyyətini araşdıraraq hesab etmişdir ki, onlar uzunmüddətli kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, qeyd edilən kredit məbləğini və həmin məbləğə hesablanmış faiz və cərimə borcunun ödənilməsi üçün məsuliyyət daşıyırlar.
14. Məhkəmə hesab etmişdir ki, Cavabdeh3 kredit razılaşmaları üzrə iddiaçıya olan borcunu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Cavabdeh3 zaminliklə təmin edilmiş pul öhdəliyini icra etmədiyindən Cavabdeh4, Cavabdeh6, Cavabdeh5, Cavabdeh1, Cavabdeh2iddiaçı qarşısında onunla birlikdə məsuliyyət daşıyır.
15. Məhkəmə eyni zamanda hesab etmişdir ki, tələb üzrə tutma Cavabdeh4 mülkiyyətində olan Yevlax şəhəri Qarxunlu Əşrəfbəy küçəsi 11 saylı evin 47 saylı mənzilinə, Cavabdeh1 mülkiyyətində olan Yevlax şəhəri Qarxunlu Əşrəfbəy küçəsi 11 saylı evin 48 saylı mənzilinə, Cavabdeh6 mülkiyyətində olan Bərdə rayonu Alaçadırlı kəndində 0.096 ha torpaq sahəsi və üzərində yerləşən 205 m ümumi sahədən ibarət fərdi yaşayış evinə, Cavabdeh3 mülkiyyətində olan Bərdə şəhəri Nüşabə küçəsində 0.038 ha torpaq sahəsi və üzərində yerləşən 99.5 m ümumi sahədən ibarət 59 nömrəli fərdi yaşayış evinə yönəldilməli, həmin əmlaklar açıq hərracdan satılmalı, Cavabdeh4 mülkiyyətində olan Yevlax şəhəri Qarxunlu Əşrəfbəy küçəsi 11 saylı evin 47 saylı mənzilinin ilkin satış qiyməti 51300 manat, Cavabdeh1 mülkiyyətində olan Yevlax şəhəri Qarxunlu Əşrəfbəy küçəsi 11 saylı evin 48 saylı mənzilinin ilkin satış qiyməti 41000 manat, Cavabdeh6 mülkiyyətində olan Bərdə rayonu Alaçadırlı kəndində 0.096 ha torpaq sahəsi və üzərində yerləşən 205 m ümumi sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiyməti 75000 manat, Cavabdeh3 mülkiyyətində olan Bərdə şəhəri Nüşabə küçəsində 0.038 ha torpaq sahəsi və üzərində yerləşən 99.5 m ümumi sahədən ibarət 59 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 65400 manat həddində müəyyən edilməli, açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği iddiaçıya ödənilməli, əmlakların satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməli, bankın tələbləri ödənildikdən sonra qalan məbləğ müvafiq olaraq cavabdehlərə qaytarılmalıdır.
16. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.4, 319.1, 385.1, 386.1, 442, 445.1, 445.2, 448.1, 448.2, 470.1 və 472.2ci maddələrinə, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1 və 739.2-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu 34.1.1-ci maddəsinə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 119.2, 124.1, 216- 220 və 360-cı maddələrinə istinad etmişdir.
17. Cavabdeh3 apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-493/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
18. Birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, banka olan borclarından uzun müddət vaxtı-vaxtında ödənişləri etmişlər. Maddi vəziyyətlə əlaqədar sonradan ödənişləri etməkdə çətinliklər çəkmişlər. Onu da bildiririr ki, hazırki iş üzrə ipoteka predmetləri rəsmi olaraq Dövlət Qeydiyyatına alınmamışdır. İşə baxan məhkəmə ipoteka predmetlərinin yüklü olub-olmamasını müəyyən etmək üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə sorğu verməli idi. İpoteka predmetlərinin hazırki hüquqi vəziyyəti barədə DƏDRX-nə müraciət etmədən tez-tələsik iddia tələbini təmin etməsi hüquqlarının pozulması ilə nəticələnmişdir. Habelə, hər üç müqavilə üzrə yüksək tənasübsüz cərimə məbləğindən bir manat da olsun silməmişdir. Halbuki maddi vəziyyətlərinin ağır olması nəzərə alınmalı idi. İpoteka müqaviləsi bağlandıqdan sonra ötən müddət ərzində daşınmaz əmlakın dəyərinin dəyişməsi mümkündür və bu səbəbdən də daşınmaz əmlakın ipoteka müqaviləsində göstərilən qiymət bir müddətdən sonra real olmaya bilər, yəni azala və ya ipoteka predmetində aparılmış yaxşılaşdırmaların hesabına arta bilər. Odur ki, ipoteka müqaviləsində göstərilən qiymət ipoteka predmetinin real bazar qiymətisayıla bilməz. Hesab edirlər ki, ipoteka predmeti orta bazar qiymətlərindən qat-qat aşağı qiymətləndirildiyindən, evin qiymətinin “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmadığından həmin əmlakın yenidən qiymətləndirilməsi təmin edilməlidir. Qiymətləndirici hesabatında qiymətləndirilən əmlakın bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisənin baxmaq üçün qəbuletmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Sadalananlardan belə məlum olur ki, işə baxan məhkəmə işi səthi araşdırmış, ipoteka predmetlərinin yüklü olub olmamasını müəyyən etmək üçün evlərin hazırki hüquqi vəziyyətini müəyyən etməmiş, hər 3 müqavilə üzrə cərimə məbləğini silməmiş, ipoteka predmetlərinin likvid qiymətinin dəqiq müəyyən edilməsi üçün təkrar qiymətləndirmə aparılmasına zərurət görməmiş və bununla da qanunsuz və əsassız qətnamə qəbul etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
20. İddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
21. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Cavabdeh3 ərizə ilə məhkəməyə müraciət edərək müalicə aldığından məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etsə də məhkəmə iclasında iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməyə sübut təqdim etməmişdir. Məhkəmə, cavabdehlərin məhkəmə iclasında iştirak etməməsinin səbəblərini üzürsüz hesab edərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxmışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
22. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
23. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.
24. Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.
25. Maddə 270.1. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir.
26. Maddə 279. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir.
27. Maddə 295. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər.
28. Maddə 317. Əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
29. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.
30. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
31. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
32. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
33. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
34. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
35. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
36. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.
37. Maddə 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər.
38. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
39. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
40. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
41. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər.
42. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
43. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
44. Maddə 471. Zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur.
45. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyır.
46. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır
47. Maddə 739.1 (zamana görə qüvvədə olan redaksiya). Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
48. Maddə 739.2 (zamana görə qüvvədə olan redaksiya). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
49. Maddə 743 (zamana görə qüvvədə olan redaksiya). Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir.
“İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu
50. Maddə 1.0.1. İpoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur.
51. Maddə 1.0.6. ipoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur.
52. Maddə 33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.
53. Maddə 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi. 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda.
54. Maddə 39.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.2. ipoteka predmetinin təsviri; 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir;
“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447- ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarı
55. Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir.
56. Göstərilənlərə əsasən qeyd olunmalıdır ki, kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır.
57. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.
“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018ci il tarixli Qərarı
58. ... tərəflərin iradə ifadəsini əks etdirən və onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən kredit xətti müqaviləsi niyyət razılaşması deyil, müqavilə kimi qəbul olunmalıdır... Zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur.
"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 iyul 2021-ci il tarixli Qərarı
59. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
60. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
61. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
62. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
63. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
64. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
65. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
66. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
67. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
68. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
69. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
70. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.3. qətnaməni dəyişdirə bilər;
71. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
72. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
73. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
74. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
75. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir”.
76. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, Cavabdeh3 qətnamənin ləğv edilməsini xahiş etsə də, şikayətin dəlillərindən görünür ki, qətnamənin – cərimə məbləğləri və ipoteka predmetlərinin likvid qiymətini mübahisələndirir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını Cavabdeh3 münasibətdə mübahisələndirilən hissələrində yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
77. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
78. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
79. Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-493/2025 nömrəli qətnaməsi – Cavabdeh3 münasibətdə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
80. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi kreditor olan iddiaçı ilə borcalan arasında xx.xx.2019-cu il tarixdə 120 ay müddətində 500000 manat məbləğinə dair 025L**********63 saylı uzunmüddətli kredit xətti açılmışdır.
81. Uzunmüddətli kredit xətti müqaviləsi üzrə Cavabdeh4, Cavabdeh6, Cavabdeh5, Cavabdeh1, Cavabdeh2 borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə zaminlik müqavilələri bağlanmışdır. Həmçinin, borcun təminatı olaraq Cavabdeh1 mülkiyyətində olan Yevlax şəhəri Qarxunlu Əşrəfbəy küçəsi 11 saylı evin 48 saylı mənzilini, Cavabdeh4 ilə mülkiyyətində olan Yevlax şəhəri Qarxunlu Əşrəfbəy küçəsi 11 saylı evin 47 saylı mənzilini, Cavabdeh6 mülkiyyətində olan Bərdə rayonu Alaçadırlı kəndində 0.096 ha torpaq sahəsi və üzərində yerləşən 205 m ümumi sahədən ibarət fərdi yaşayış evini, Cavabdeh3 mülkiyyətində olan Bərdə şəhəri Nüşabə küçəsində 59 nömrəli fərdi yaşayış evini 0.038 ha torpaq sahəsi ilə birlikdə iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmiş və iddiaçının ipoteka hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
82. Uzunmüddətli kredit xətti müqaviləsi üzrə tərəflər arasında xx.xx.2021-ci il tarixli 025R********** saylı kredit razılaşması ilə, fərdi mikro kredit məqsədilə 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.4167% olmaqla 85000 manat məbləğində, xx.xx.2022-ci il tarixli 025R********** saylı kredit razılaşması ilə, fərdi mikro kredit məqsədilə 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.4167% olmaqla 30000 manat və xx.xx.2023-cü il tarixli 025R********** saylı kredit razılaşma ilə də, fərdi mikro kredit məqsədilə 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.3333% olmaqla 70000 manat məbləğində borcalana kredit verilmişdir.
83. İddiaçı kredit razılaşması üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, kredit məbləğini cavabdehə vermiş, cavabdeh isə kredit razılaşması üzrə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş və nəticədə iddiaçıya borcu qalmışdır.
84. Məhkəmə qeyd edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri kredit və ipoteka ilə bağlı yaranan mülki münasibətlərdir. Ona görə də işin hallarına tərəflər arasında bağlanmış kredit müqavilələrinə, habelə qanunvericiliyin ipoteka ilə bağlı müddəaları əsasında hüquqi qiymət verilməlidir.
85. Mülki Məcəllənin mülki hüquqların və vəzifələrin əmələ gəlməsindən bəhs edən 2-ci fəslinin 14.2.1-ci maddəsinə görə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir.
86. İddia tələbinin kökündə tələb etmənin əsası kredit, zaminlik və ipoteka müqavilələri dayanır. Məhz iddiaçı bank həmin müqavilələri rəhbər tutaraq hazırda borcalandan borc məbləğini tələb edir və əsas kimi göstərir ki, borcalan kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri icra etməmişdir. Məhkəmə bununla bağlı aşağıdakıları göstərməyi zəruri hesab edir.
87. Qeyd olunmalıdır ki, mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır.
88. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir.
89. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir.
90. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər.
91. Mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur.
92. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Həmin müqaviləni bağlayan şəxslərin iqtisadi marağı onda ifadə olunur ki, bir tərəf - borc verən kreditdən istifadə müddəti ərzində borc verdiyi vəsaitə görə müqavilədə nəzərdə tutulan faiz məbləğindən, digər tərəf - kredit götürən isə kreditdən istifadə müddəti ərzində həmin vəsaitdən səmərəli istifadə etməklə faydalanmağı nəzərdə tutur. Müqavilənin mahiyyəti onda ifadə olunur ki, belə razılaşmada hər iki tərəfin mənafeyi qorunur.
93. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur.
94. Məhkəmə qeyd edir ki, tərəflər arasında öhdəlik hüquq münasibətləri yaranması üçün kredit müqaviləsinin bağlanması şərtdir. Çünki, məhz müqavilə bağlanacağı halda iddia tələbi üzrə cavabdeh Sədrəddin Köçərləniskinin borcu qaytarmaq öhdəliyi yaranmış olacaqdı. Nəzərə almaq lazımdır ki, öhdəlik hüquq münasibətlərinin əmələ gəlmə əsasları dedikdə öhdəliyin əmələ gəlməsini şərtləndirən, onun yaranmasına dəlalət edən, qanunda nəzərdə tutulan və qanunun əlaqələndirdiyi hüquqi faktlar başa düşülür. Yəni öhdəliklər hüquqi faktlar əsasında meydana gəlir. Öhdəliyin əmələ gəlməsini şərtləndirən hüquqi faktların dairəsi geniş olsa da, ən genişi müqavilə olmasıdır.
95. Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
96. Borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (müqavilə bağlanan zaman qüvvədə olan redaksiya).
97. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (müqavilə bağlanan zaman qüvvədə olan redaksiya).
98. İddia ərizəsinə əlavə edilmiş sənədlərə istinad edilən zaman müəyyən edilir ki, kreditor və borcalan arasında olan xx.xx.2019-cu il tarixli 025L**********63 saylı uzunmüddətli “kredit” müqaviləsi və kredit razılaşmaları Mülki Məcəllənin 390-cı maddəsinin tələbləri baxımından könüllü şəkildə iradələrinə uyğun olaraq bağlamışlar və müqavilənin etibarsızlığı baxımından hər hansı hüquqi durum mövcud deyildir. Müqavilə nəticəsində iddiaçı kreditor, Cavabdeh3 isə borcalan statusu əldə etmişdir. Həmin müqavilə onlar arasında yaranmış borc münasibətlərinin təməlini qoymuşdur.
99. Belə ki, iş materiallarından görünür ki, borcalan kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, nəticədə onun banka borcu yaranmışdır. Yəni kreditor tərəfindən kredit verilən zaman gözlənilən nəticə borclunun üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi üçün baş tutmamışdır. Bununla da kreditorun qanunla qorunan hüquqları pozulmuşdur. Nəticədə borcalanın kreditora borcu yaranmışdır.
100. Məhkəmə qeyd edir ki, borc məbləğinin düzgün müəyyən edilməsi üçün tərəflər arasında bağlanmış kredit müqavilələrinin müddəti, vaxtından öncə ləğv edilməsi və ya xitam verilməsinə dair amillər müəyyən edilməlidir.
101. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, tərəflər arasında bağlanmış kredit müqavilələri 36 ay müddətinə xx.xx.2021, xx.xx.2022 və xx.xx.2023-cü il tarixlərdə bağlanmışdır.
102. Kredit müqavilələrinin müddəti bitməmişdən öncə, yəni xx.xx.2024-cü il tarixdə iddiaçı cavabdehlərə xəbərdalıq məktubları ilə müraciət edərək borcun məbləğləri barədə onlara məlumat vermiş, həmin tarixə olan bütöv əsas borcu və həmin tarixə olan faiz və cərimə borclarını tələb etmiş, müqavilələrin ləğvini cavabdehlərə təklif etməklə müqavilələrin ləğvinə dair iradə ifadəsini bəyan edərək müqavilələri birtərəfli qaydada ləğv etmişdir.
103. Belə ki, Mülki Məcəllənin 421.2-ci madddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü maddəsinə əsasən, müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.
104. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 29 mart 2023-cü il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.
105. Göründüyü kimi, iddiaçı xx.xx.2024-cü il tarixdə kredit müqavilələrinin ləğvinə dair iradə ifadəsini cavabdehlərə bildirməklə müqavilələri birtərədli qaydada ləğv etmişdir. Bu səbəbdən də qeyd olunan müqavilələr üzrə faiz və cərimə borclarının hesablanması qanuni olmadığından birinci instansiyası məhkəməsi haqlı olaraq kredit müqavilələri üzrə əsas və faiz borclarının araşdırılması üçün ekspertiza təyin etmiş və borcların dairəsini xx.xx.2024-cü il tarixə uyğun araşdırmışdır.
106. Bununla bağlı təqdim edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 25 iyun 2025-ci il tarixli 9/2270 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, 025R********** saylı kredit razılaşması üzrə xx.xx.2024-cü il tarixə 37036,41 manat (əsas borc üzrə 33321,11 manat, faiz borcu üzrə 3715,30 manat), 025R********** saylı kredit razılaşması üzrə xx.xx.2024-cü il tarixə 20619,99 manat (əsas borc üzrə 18551,50 manat, faiz borcu üzrə 2068,49 manat), 025R********** saylı kredit razılaşması üzrə xx.xx.2024-cü il tarixə 61435,80 manat (əsas borc üzrə 55582,64 manat, faiz borcu üzrə 5853,16 manat) təşkil edir ki, ekspertiza tərəfindən müəyyən edilmiş faiz borcları iddia tələbindən artıq olmuş və birinci instansiyası məhkəməsi faiz borclarını iddia tələbi həddində tutmaqda haqlı olmuşdur.
107. Məhkəmə Azərbaycan Respublikası MPM-in 103-cü maddəsinə əsasən həmin rəyi qiymətləndirərək mötəbər sübut kimi qəbul edir. Belə ki, MPM-in 76.2-ci maddəsinə əsasən ekspert rəyi sübut növlərindən biri kimi müəyyən olunmuşdur.
108. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə tərəfindən bu Məcəllənin 88-ci maddəsində müəyyən olunmuş qaydalar üzrə qiymətləndirilir.
109. Məhkəmə rəyi tədqiq edib, işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, rəy əsaslıdır. Ekspert hesablama apararkən təqdim olunmuş mühasibatlıq sənədlərini və tərəflər arasında bağlanmış müqavilənin şərtlərini əsas tutmuş, rəydə ekspertin gəldiyi nəticə əsaslandırılmışdır. Ona görə də birinci instansiya məhkəməsi əsaslı olaraq kredit müqavilələri üzrə olan borcu ekspert rəyinə uyğun olaraq müəyyən etmişdir.
110. Cavabdehlərdən faiz borcunun tutulması ilə bağlı məhkəmə göstərir ki, iddia tələbi həmin hissədə də əsaslı olmuşdur.
111. Çünki, “Banklar haqqında” Qanunun 1-ci maddəsində göstərilmişdir ki, bank krediti - bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin uzadılması hüququ ilə) və faizlər (komisyon haqlar) ödənilmək şərti ilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir.
112. Kreditorla borcalan arasında bağlanan kredit razılaşmasının 1.2-ci bəndində qeyd olunmuşdur ki, kredit alan kredit məbləğini və ona hesablanmış faizlə birlikdə qaytarmağı öhdəsinə götürmüşdür.
113. “Banklar haqqında” Qanunun 36.1-ci maddəsində deyilir ki, banklarla onların müştəriləri arasında münasibətlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi, həmin Məcəlləyə müvafiq olaraq maliyyə bazarlarına nəzarət orqanı tərəfindən qəbul edilmiş normativ aktlar və müqavilə əsasında həyata keçirilir.
114. Həmin Qanunun 36.6-cı maddəsinə görə hər bir bank müştərilərlə bağladığı müqavilədə xidmət şərtlərini, o cümlədən faiz dərəcələrini, komisyon haqlarını və göstərilən bank xidmətləri üçün digər ödənişləri, habelə bank tərəfindən verilmiş kreditlərin ödənişi şərtlərini və qaydalarını müəyyən etməkdə sərbəstdir. Kredit üzrə faizlər bankla müştəri arasında bağlanmış müqavilə şərtlərinə uyğun hesablanır və ödənilir. Faiz dərəcələri və bank qarşısında borca görə verilməli olan digər ödənişlər yalnız borcun olduğu günlər üçün borc qalığı məbləğinə hesablanır.
115. Göründüyü kimi, qanunun tələbinə görə faizlərin hesablanması tərəflərin arasında bağlanmış müqavilənin şərtləri əsasında həyata keçirilir.
116. Məhkəmə eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın həmin hissədə gəldiyi nəticəni əsaslıdır.
117. Belə ki, cərimə məbləğinin ödənilməsinin hüquqi əsasları kimi qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
118. Mülki Məcəllənin 463.1-ci maddəsinə görə dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır.
119. Tərəflər arasında bağlanmış kredit müqaviləsindən görünür ki, dəbbə pulu barədə şərt mövcuddur.
120. Mülki Məcəllənin 465.2-ci maddəsində deyilir ki, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.
121. Mülki Məcəlləsinin Məcəllənin 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
122. Məhkəmə kollegiyası dəbbə pulu ilə bağlı gəldiyi nəticəni daha ətraflı izah etmək üçün qeyd edir ki, öhdəliklərin icrasının təmin edilməsinin xüsusi vasitələrindən biri kimi dəbbə pulu çıxış edir. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Dəbbənin hüquqi mahiyyəti ondan ibarətdir ki, dəbbə qanunda və müqavilədə nəzərdə tutulmuş hallarda tətbiq edilən maddi təsir tədbiri, yəni pul tənbehi kimi çıxış edir. Bu tənbeh, borclunun mülkiyyət hüquqlarına təsirsiz ötmür və dəbbə pulu tələbi müəyyən dərəcədə borclunun mülkiyyətinə müdaxiləni ifadə edir. Nəzərə alınmalıdır ki, dəbbə pulu ilə bağlı tələb həll edilərkən, borclu şəxsin də mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır.
123. Həmçinin, məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, iddiaçı borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq cavabdehə cərimə hesablanmasının mümkünlüyü barədə nəticəyə gəlmişdir. Çünki, tərəflər arasında bağlanılmış müqavilədə cərimənin tutulması barədə göstəriş vardır. Həmçinin işin hallarını nəzərə alaraq, birinci instansiya məhkəməsi xx.xx.2021-ci il tarixli 025R********** saylı kredit razılaşması üzrə əsas borca münasibətdə 1306,19 manat, xx.xx.2022-ci il tarixli 025R********** saylı kredit razılaşması üzrə 984,99 manat və xx.xx.2023-cü il tarixli 025R********** saylı kredit razılaşmasına münasibətdə isə 3193,65 manat məbləğində cərimə borcunu müəyyən etməklə əsaslı nəticəyə gəlmişdir. Bu məbləğ işin hallarına, kreditlərin məbləğinə və kreditorun əmlak mənafeyinə uyğundur.
124. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq qeyd edir ki, işin bu halları tutmanın borcalana məxsus ipoteka predmetinə yönəldilməsi üçün əsasdır.
125. Çünki, Azərbaycan Respublikası “İpoteka haqqında” Qanunun 1.0.6-cı maddəsinə görə ipoteka hüququ borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur.
126. Həmin Qanunun 34.1.1 və 34.1.2-ci maddələrinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi;, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi anlarıdır.
127. Yuxarıda göstərildiyi kimi, məhkəmədə müəyyən edilmişdir ki, borcalan kredit müqaviləsi üzrə öhdəliyini vaxtında icra etməmişdir.
128. Mülki Məcəllənin 317.1-ci maddəsinə görə əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
129. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.1-ci maddəsində göstərilmişdir ki, ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər.
130. 39.3.2-ci və 39.3.3-cü maddələrinin tələbinə əsasən, məhkəmə tutmanın ipoteka predmetinə yönəldilməsi barədə qərar qəbul edərkən, qərarda ipoteka predmetinin təsviri və ilkin satış qiyməti göstərilməlidir.
131. Qanunun bu göstərişi imperativ xarakterlidir və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə qərar çıxararkən hər bir halda məhkəmə qətnamədə ipotekanın ilkin satış qiymətini qətnamədə göstərməyə borcludur.
132. İş materiallarında olan Mərkəzi Ekspertiza Bürosu tərəfindən təqdim edilmiş rəyə əsasən, Cavabdeh4 ilə mülkiyyətində olan Yevlax şəhəri Qarxunlu Əşrəfbəy küçəsi 11 saylı evin 47 saylı mənzilinin bazar qiyməti 57000 manat, likvid qiyməti 51300 manat, Cavabdeh1 mülkiyyətində olan Yevlax şəhəri Qarxunlu Əşrəfbəy küçəsi 11 saylı evin 48 saylı mənzilinin bazar qiyməti 45700 manat, likvid qiyməti 41000 manat, Cavabdeh6 mülkiyyətində olan Bərdə rayonu Alaçadırlı kəndində 0.096 ha torpaq sahəsi və üzərində yerləşən 205 m ümumi sahədən ibarət fərdi yaşayış evinin bazar qiyməti 83400 manat, likvid qiyməti 75000 manat, Cavabdeh3 mülkiyyətində olan Bərdə şəhəri Nüşabə küçəsində 59 nömrəli fərdi yaşayış evini 0.038 ha torpaq sahəsi ilə birlikdə bazar qiyməti 72700 manat, likvid qiyməti 65400 manat təşkil edir.
133. Birinci instansiya məhkəməsi qeyd edilən mütəxəssis rəyinə əsaslanaraq, Cavabdeh1 mülkiyyətində olan Yevlax şəhəri Qarxunlu Əşrəfbəy küçəsi 11 saylı evin 48 saylı mənzilinin ilkin satış qiyməti 41000 (qırx bir min) manat həddində, Cavabdeh6 mülkiyyətində olan Bərdə rayonu Alaçadırlı kəndində 0.096 ha torpaq sahəsi və üzərində yerləşən 205 m ümumi sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiyməti 75000 (yetmiş beş min) manat həddində və Cavabdeh3 mülkiyyətində olan Bərdə şəhəri Nüşabə küçəsində 0.038 ha torpaq sahəsi və üzərində yerləşən 99.5 m ümumi sahədən ibarət 59 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 65400 (altmış beş min dörd yüz) manat həddində müəyyən etmişdir.
134. Sadalanan xüsusatlara görə məhkəmə kollegiyası iddia tələbini əsaslı hesab edir və göstərir ki, iddianın təmin edilməsi qanuni əsaslara söykənir. Bununla yanaşı məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən dəlillərə hüquqi qiymət verilməsini zəruri hesab edir.
135. Apellyator apellyasiya şikayətində iş üzrə keçirilmiş məhkəmə qiymətləndirmə ekspertizasının rəyi ilə razı olmadığını bildirmiş və təkrar ekspertiza keçirilməsini xahiş etmişdir.
136. Azərbaycan Respublikası MPM-in 102-ci maddəsində əlavə və ya təkrar ekspertiza keçirilməsinin əsasları müəyyən olunmuşdur. Orada deyilir ki, ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda məhkəmə əlavə ekspertiza təyin edə bilər (MPMnin 102.1-ci maddəsi). Məhkəmə əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda isə, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər (MPM-nin 102.2-ci maddəsi).
137. Baxılan işdə ekspert və mütəxəssis rəyləri kifayət qədər aydın və tamdır. Rəyin əsassız olması barədə nəticəyə gəlmək üçün heç bir əsas yoxdur. Cavabdeh tərəf rəyin başqa əsaslarla düzgün olmaması nəticəsinə gəlməyə əsas verən heç bir sübut təqdim etməmişdir. Təkrar ekspertiza keçirilməsi barədə tələbi formal və əsassızdır.
138. Həmçinin, apellyatorun maddi imkanının olmağından krediti vaxtı-vaxtında ödəyə bilməməsi dəlili ilə bağlı məhkəmə qeyd edir ki, göstərilən dəlil qətnamənin ləğvinə əsas verə bilməz. Çünki, Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Cavabdeh3 göstərdiyi kimi maddi imkanının olmaması, borclunun risk dairəsinə aid haldır.
139. Bundan başqa apellyatorun şikayət dəlillərindən biridə ipoiteka predmetlərinin rəsmi olaraq Dövlət Qeydiyyatına alınmamasıdır.
140. Bununla bağlı məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ipoteka qoyanlarla bağlanmış ipoteka müqavilələrinə əsasən iddiaçının əşya hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və bununla bağlı verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar iş materiallarına əlavə edimişdir.
141. Kollegiya göstərir ki, apellyatorun göstərdiyi dəlillər formal olmaqla borcun ödənilməsini yubatmaq xarakteri daşıyır.
142. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və əsaslı qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.
143. Məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh3 münasibətdə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
144. Eyni zamanda, məhkəmə qeyd edir ki, MPM-nin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən Cavabdeh3 tərəfindən kassasiya şikayəti verilə bilər.
145. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Posessual Məcəlləsinin 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 404, 404 və 405- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:
Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-493/2025 nömrəli qətnaməsi – Cavabdeh3 münasibətdə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.