Məhkəmə qərarları › İş №2-2(104)-296/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-296/2025

22.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2-2(104)-296/2025 22.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi (vəkili) İskəndərov Fuad İnqlab oğlunun iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun (bundan sonra - iddiaçı) cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra – cavabdeh) qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, qətnamə qəbul etdi. İşin halları

1. Cavabdeh ##.##.2024-cü il tarixdə vergi orqanlarında qeydiyyata alınmış, təsisçisi və qanuni nümayəndəsi X1 olmuşdur (dövlət reyestrindən ##.##.2020-ci il tarixli çıxarış).

2. Cavabdehin direktoru qismində X1 ##.##.2018-ci il tarixli ərizə ilə iddiaçıya müraciət edərək MMC-yə 12 ay müddətinə 10000 manat məbləğində kredit xəttinin açılmasını xahiş etmişdir.

3. İddiaçı ilə cavabdeh arasında bağlanmış ##.##.2018-ci il tarixli **/** saylı kredit xətti müqaviləsi ilə, ona dövriyyə vəsaitinin artırılması məqsədilə illik faiz dərəcəsi 24% оlmaqla ##.##.2019-cu il tarixədək 10000 manat məbləğində kredit xətti açılmışdır. ##.##.2020-ci il tarixli kredit xətti müqaviləsinə əlavə 2 ilə isə, ##.##.2018-ci il tarixli **/** saylı kredit xətti müqaviləsinin müddəti ##.##.2021-ci il tarixədək uzadılmış, həmin tarixə əsas borcun 8940,20 manat təşkil etdiyi qeyd edilmişdir.

4. İddiaçı ilə cavabdeh arasında bağlanmış ##.##.2018-ci il tarixli **/** saylı kredit xətti müqaviləsi ilə, ona dövriyyə vəsaitinin artırılması məqsədilə illik faiz dərəcəsi 24% оlmaqla ##.##.2019-cu il tarixədək 10000 manat məbləğində kredit xətti açılmışdır. ##.##.2020-ci il tarixli kredit xətti müqaviləsinə əlavə 2 ilə isə, ##.##.2018-ci il tarixli **/** saylı kredit xətti müqaviləsinin müddəti ##.##.2021-ci il tarixədək uzadılmış, həmin tarixə əsas borcun 9429,70 manat təşkil etdiyi qeyd edilmişdir.

5. İddiaçının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ##.##.2025-ci il tarixli bildirişlə cavabdehə müraciət edərək müqavilələr üzrə borcun məbləği barədə sonuncuya məlumat vermiş, borcun ödənilməsini tələb edərək əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdalıq etmiş və eyni tarixdə maliyyə arayışı tərtib edərək Cavabdeh MMC-nin ##.##.2018-ci il tarixli **/** saylı kredit xətti müqaviləsinə əsasən ##.##.2025-ci il tarixə 8940,20 manat əsas, 2642,86 manat müqavilə müddətinə faiz, 2010,30 manat müqavilə müddəti bitdikdən sonra hesablanmış faiz, cəmi 13593,36 manat, ##.##.2018-ci il tarixli **/** saylı kredit xətti müqaviləsinə əsasən ##.##.2025-ci il tarixə 9429,70 manat əsas, 2510,53 müqavilə müddətinə faiz, 2094,18 manat müqavilə müddəti bitdikdən sonra hesablanmış faiz, cəmi 14034,41 manat bоrcunun olması göstərilmişdir.

6. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş “xxxx” MMC-nin X2 filialının X1 ünvanlanmış ##.##.2026-cı il tarixli məktubda göstərilmişdir ki, ünvan 1 ünvanında yerləşən, qanuni təmsilçisi olduğu Cavabdeh MMC-yə ünvanlanmış SX051751193AZ, SX050381179AZ və SX*********AZ nömrəli sifarişli xəbərnaməli məktublar ünvan 5 ünvanında X1 ailə üzvlərinə verilmişdir.

7. “xxxx” MMC-nin X2 filialının ##.##.2026-cı il tarixli məktubundan görünür ki, ##.##.2025ci il tarixində Gəncə Kommersiya məhkəməsi tərəfindən Cavabdeh MMC-nə ünvanlanan SX*********AZ nömrəli sifarişli xəbərnaməli məktub ##.##.2025-ci il tarixində və ##.##.2025-ci il tarixində Cavabdeh MMC-yə ünvanlanan SX*********AZ nömrəli sifarişli xəbərnaməli məktub isə ##.##.2025-ci il tarixində poçtalyon tərəfindən məktublarda qeyd olunan ünvan 3 ünvanına verilməsi üçün aparmışdır. Lakin, qeyd edilən ünvanda adı məlum olmayan xanım məktubu onun qəbul etmək ixtiyarında olmadığını bildirərək Cavabdeh MMC-nin qanuni təmsilçisi X1 ünvan 4 ünvanında yaşadığını bildirmişdir. Qeyd edilən məktublar ünvan 2 ünvanında Cavabdeh MMC-nin qanuni təmsilçisi X1 həyat yoldaşı Dərya Novruzovaya verilmişdir. ##.##.2025-ci il tarixində Gəncə Kommersiya məhkəməsi tərəfindən Cavabdeh MMC-nə ünvanlanan SX*********AZ nömrəli digər sifarişli xəbərnaməli məktub isə ##.##.2025-ci il tarixində eyni səbəbdən ünvan 2 ünvanında Cavabdeh MMC-nin qanuni təmsilçisi X1 nəvəsi Sərxan Novruzova verilmişdir.

Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, ## ###### 2018-ci il tarixli **/** nömrəli kredit müqaviləsi üzrə 8940,20 manat əsas, 15599,76 manat faiz borcu və AR MM-in 445.7-ci maddəsinə görə gecikdirmiş vaxt üçün hesablanan faiz məbləği üzrə 1935,80 manat cəmi 26475,76 manat, ## ###### 2018-ci il tarixli **/** nömrəli kredit müqaviləsi üzrə 9429,70 manat əsas, 15925,87 manat faiz borcu və AR MMnin 445.7-ci maddəsinə görə gecikdirmiş vaxt üçün hesablanan faiz məbləği üzrə 2015,60 manat cəmi 27371,17 manat borcun və iş üzrə ödənilmiş 251,54 manat dövlət rüsumunun cavabdehdən tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə cavabdeh Cavabdeh MMC arasında bağlanmış ## ###### 2018-ci il tarixli **/** nömrəli kredit müqaviləsinə əsasən cavabdehə ## ###### 2019-cu il tarixinədək illik 24 faiz dərəcəsi ilə 10000 manat məbləğində bərpa olunan kredit xətti açılmışdır. Kredit müqaviləsinin * saylı əlavəsinə əsasən ## ###### 2018-ci il tarixli **/** nömrəli kredit müqaviləsinin istifadə müddəti uzadılaraq son odəmə müddəti ##.##.2021-ci il tarixinə təyin edilmişdir. Bundan əlavə İddiaçı ASC ilə cavabdeh Cavabdeh MMC arasında bağlanmış ## ###### 2018-ci il tarixli **/** nömrəli kredit müqaviləsinə əsasən cavabdehə ## ###### 2019-cu il tarixinədək illik 24 faiz dərəcəsi ilə 10000 manat məbləğində bərpa olunan kredit xətti açılmışdır. Kredit müqaviləsinin * saylı əlavəsinə əsasən ## ###### 2018-ci il tarixli **/** nömrəli kredit müqaviləsinin istifadə müddəti uzadılaraq son odəmə müddəti ##.##.2021-ci il tarixinə təyin edilmişdir. Kredit müqaviləsinin müvafiq bəndinə əsasən kredit və faizlər ödənilmədikdə və yaxud qismən ödənildikdə borcalana bu barədə xəbərdarlıq göndərməklə öhdəliyin vaxtından əvvəl icra olunmasını tələb etmək barədə bankın hüququ vardır. Kredit müqaviləsinin müvafiq bəndinə əsasən borc öhdəliyini lazımınca icra etmədikdə öhdəliyin icrasının vaxtında əvvəl tələb edilməsi barədə borcverən borcalanı xəbərdar etdikdən 3 iş günü müddətində borc öhdəliyini qeyri-şərtsiz icra etmək borcalanın vəzifəsidir. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə 12-5/2-7570/2025 və **-*/*-****/**** saylı ## ### 2025-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir.

10. Bundan sonra iddiaçı iddia tələbini azaldılması ilə bağlı ərizə verərək, ## ###### 2018-ci il tarixli **/** nömrəli kredit müqaviləsi üzrə 8940,20 manat əsas, 2642,86 manat faiz borcu və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə gecikdirmiş vaxt üçün hesablanan faiz məbləği üzrə 2010,30 manat cəmi 13593,36 manat, ## ###### 2018-ci il tarixli **/** nömrəli kredit müqaviləsi üzrə 9429,70 manat əsas, 2510,53 manat faiz borcu və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə gecikdirmiş vaxt üçün hesablanan faiz məbləği üzrə 2094,18 manat cəmi 14034,41 manat borcun və iş üzrə ödənilmiş 251,54 manat dövlət rüsumunun cavabdehdən tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir.

12. Cavabdehə isə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.

13. Gəncə Kommersiya Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi (hakim Gülnaz Quliyeva) ilə, iddianın qismən təmin edilməsi, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış ## ###### 2018-ci il tarixli **/** nömrəli kredit müqaviləsi üzrə 8940 manat 20 qəpik əsas, müqavilə müddətinə hesablanmış 2642 manat 86 qəpik faiz borcu və müqavilə müddəti bitdikdən sonra gecikdirmiş vaxt üçün hesablanmış 2010 manat 30 qəpik faiz borcu olmaqla cəmi 13593 manat 36 qəpik borc, ## ###### 2018-ci il tarixli **/** nömrəli kredit müqaviləsi üzrə 9429 manat 70 qəpik əsas, müqavilə müddətinə hesablanmış 2510 manat 53 qəpik faiz borcu və müqavilə müddəti bitdikdən sonra gecikdirmiş vaxt üçün hesablanmış 2094 manat 18 qəpik faiz borcu olmaqla cəmi 14034 manat 41 qəpik borc, iki müqavilə üzrə ümumilikdə 27627 (iyirmi yeddi min altı yüz iyirmi yeddi) manat 77 (yetmiş yeddi) qəpik borc və ödənilmiş 172 (bir yüz yetmiş iki) manat 88 (səksən səkkiz) qəpik dövlət rüsumu cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

14. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh MMC arasında ##.##.2018-ci il tarixdə bağlanmış kredit xətti müqaviləsinə əsasən ona dövriyyə vəsaitinin artırılması məqsədilə illik faiz dərəcəsi 24% оlmaqla ##.##.2019-cu il tarixədək 10000 manat məbləğində, ##.##.2018-ci il tarixdə bağlanmış kredit xətti müqaviləsinə əsasən ona dövriyyə vəsaitinin artırılması məqsədilə illik faiz dərəcəsi 24% оlmaqla ##.##.2019cu il tarixədək 10000 manat məbləğində kredit verilmişdir. ##.##.2020-ci il tarixli kredit xətti müqavilələrinə * nömrəli əlavələrlə müqavilələrin müddəti ##.##.2021-ci il tarixədək uzadılmışdır. İddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etmiş, kredit məbləğlərini cavabdehə vermiş, cavabdeh isə kredit müqavilələri ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmişdir. Cavabdehin iddiaçıya ##.##.2018-ci il tarixli kredit xətti müqaviləsinə əsasən 8940,20 manat əsas, 2642,86 manat müqavilə müddətinə faiz, 2010,30 manat müqavilə müddəti bitdikdən sonra hesablanmış faiz, cəmi 13593,36 manat, ##.##.2018ci il tarixli kredit xətti müqaviləsinə əsasən ##.##.2025-ci il tarixə 9429,70 manat əsas, 2510,53 müqavilə müddətinə faiz, 2094,18 manat müqavilə müddəti bitdikdən sonra hesablanmış faiz, cəmi 14034,41 manat bоrcu vardır. İddiaçı borc məbləğlərini cavabdehdən tələb etməkdə haqlıdır.

15. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445.1, 445.2, 448.1 və 448.2-ci maddələrinə, ##.##.2023-cü il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1 və 739.2-ci maddələrinə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88, 119.1, 216-220 və 360-cı maddələrinə istinad etmişdir.

16. Cavabdeh apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, birinci instansiya məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

17. Birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, hazırki iş üzrə tərəflərin arasında ## ###### 2018-ci il tarixdə bağlanan müqavilə 1 illik müddətinə bağlanmış və ## ###### 2019-cu il tarixdə müqavilənin vaxtı bitmişdir. Belə oalan halda iddiaçının tələb etmə hüququ ## ###### 2019-cu il tarixdən başlamış və ## ###### 2022-ci ildə bitmişdir. İddiaçı isə məhkəməyə 2025-ci ildə müraciət edərək iddia müddətini ötürmüşdür. Onlar işə birinci instansiya məhkəməsində iştirak etmədiklərinə görə təbii olaraq iddia müddətinin tətbiq edilməsinə dair ərizədə verə bilməmişlər. Ona görə də hazırki mübahisəyə iddia müddətini tətbiq edilməsini xahiş edirlər. İşə məhkəmədə baxılarkən də ərizə verəcəklər. Məhkəmə işə çəkişmə prinsipini pozmaqla baxmışdır. Belə ki, məhkəmə cavabdeh təşkilata məhkəmənin yeri və vaxtı barədə bildiriş göndərməmiş, bununla da cavabdeh məhkəmədə iştirak edə bilməmişdir. Eyni zamanda cababdeh şirkət uzun müddətdir ki, fəaliyyət göstərmir və buna görə şirkətin elektron kabineti mövcud olmamışdır. Məhkəmə bu halı elektron sistemdə gördüyü halda cavabdehə poçt vasitəsi ilə bildiriş göndərməmişdir. Məhkəmə ekspertiza keçirməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Cavabdehin nümayəndəsi (vəkil) məhkəmə iclasında izahatında bildirdi ki, X1 müəssisənin təsisçisi olmalıdır. Ötən məhkəmə iclasında təsisçi və direktorun məhkəmə iclasına gətirilməsi bildirilsə də onlar Bakı şəhərində olduğu üçün məhkəməyə gələ bilməmişlər. Məhkəmə sənədləri poçt vasitəsi ilə göndərilməmişdir. Belə ki, müəssisə faktiki fəaliyyət göstərmir, lakin qeydiyyat ünvanı Əli Nəzmi 7 ünvanıdır. İddia müddəti ötürülmüşdür. Bu səbəbdən də iddia müddəti tətbiq edilməli və iddia rədd edilməlidir.

20. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, ərizə ilə məhkəməyə mürtaciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddialarının təmin olunmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

21. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

22. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.

23. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

24. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

25. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

26. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

27. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

28. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

29. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.

30. Maddə 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər.

31. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

32. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

33. Maddə 739.1 (zamana görə qüvvədə olan redaksiya). Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

34. Maddə 739.2 (zamana görə qüvvədə olan redaksiya). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

35. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

40. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

41. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

42. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

43. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

44. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

45. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

46. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında deyilir ki, “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir”.

48. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, cavabdeh qətnamənin tam ləğv edilməsini xahiş etsə də, şikayətin məzmunundan görünür ki, iddianın təmin edilmiş hissəsini mübahisələndirir. İddianın təmin edilməmiş hissəsi isə onun mənafeyinə toxunmur. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını yalnız iddianın təmin edilmiş hissədə yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

49. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

50. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

51. Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi – iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

52. Beləliklə, işin halları ondan ibarətdir ki, İddiaçı ASC ilə Cavabdeh MMC arasında ##.##.2018-ci il tarixdə bağlanmış kredit xətti müqaviləsinə əsasən ona dövriyyə vəsaitinin artırılması məqsədilə illik faiz dərəcəsi 24% оlmaqla ##.##.2019-cu il tarixədək 10000 manat məbləğində, ##.##.2018-ci il tarixdə bağlanmış kredit xətti müqaviləsinə əsasən ona dövriyyə vəsaitinin artırılması məqsədilə illik faiz dərəcəsi 24% оlmaqla ##.##.2019-cu il tarixədək 10000 manat məbləğində kredit verilmişdir. Kredit xətti müqavilələrinə ##.##.2020-ci il tarixli * nömrəli əlavələrlə müqavilələrin müddəti ##.##.2021-ci il tarixədək uzadılmışdır. İddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etmiş, kredit məbləğlərini cavabdehə vermiş, cavabdeh isə kredit müqavilələri ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmişdir. Cavabdehin iddiaçıya ##.##.2018-ci il tarixli kredit xətti müqaviləsinə əsasən 8940,20 manat əsas, 2642,86 manat müqavilə müddətinə faiz, 2010,30 manat müqavilə müddəti bitdikdən sonra hesablanmış faiz, cəmi 13593,36 manat, ##.##.2018-ci il tarixli kredit xətti müqaviləsinə əsasən ##.##.2025-ci il tarixə 9429,70 manat əsas, 2510,53 müqavilə müddətinə faiz, 2094,18 manat müqavilə müddəti bitdikdən sonra hesablanmış faiz, cəmi 14034,41 manat bоrcu vardır. Borcun mövcudluğu cavabdehin bank hesabından çıxarışla və müqavilələrə əlavələrlə təsdiq olunur.

53. Məhkəmə qeyd ki, tərəflər arasında yaranmış hüquq münasibətləri kredit ilə bağlı yaranan mülki münasibətlərdir. Ona görə də işin hallarına tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə bağlı müddəaları əsasında hüquqi qiymət verilməlidir.

54. Mülki Məcəllənin mülki hüquqların və vəzifələrin əmələ gəlməsindən bəhs edən 2-ci fəslinin 14.2.1-ci maddəsinə görə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir.

55. İddia tələbinin kökündə tələb etmənin əsası kimi kredit müqaviləsi dayanır. Məhz iddiaçı bank həmin müqavilələri rəhbər tutaraq hazırda borcalandan borc məbləğini tələb edir və əsas kimi göstərir ki, borcalan kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri icra etməmişdir. Məhkəmə bununla bağlı aşağıdakıları göstərməyi zəruri hesab edir.

56. İddia ərizəsinə əlavə edilmiş sənədlərə istinad edilən zaman müəyyən edilir ki, kreditor və borcalan arasında olan ## ###### 2018-ci il tarixli **/** nömrəli və ## ###### 2018-ci il tarixli **/** nömrəli “kredit” müqavilələri Mülki Məcəllənin 390-cı maddəsinin tələbləri baxımından könüllü şəkildə iradələrinə uyğun olaraq bağlamışlar və müqavilənin etibarsızlığı baxımından hər hansı hüquqi durum mövcud deyildir. Müqavilə nəticəsində iddiaçı kreditor, cavabdeh MMC isə borcalan statusu əldə etmişdir. Həmin müqavilə onlar arasında yaranmış borc münasibətlərinin təməlini qoymuşdur. Tərəflər müqavilənin etibarlılığı ilə bağlı iddia irəli sürməmiş və məhkəmə araşdırması zamanı müqavilələrin etibarsızlığını təsdiq edən sübutlar müəyyən edilməmişdir.

57. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, borcalan kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, nəticədə onun banka borcu yaranmışdır. Yəni kreditor tərəfindən kredit verilən zaman gözlənilən nəticə borclunun üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi üçün baş tutmamışdır. Bununla da kreditorun qanunla qorunan hüquqları pozulmuşdur. Nəticədə borcalanın kreditora borcu yaranmış və iddia tələbi əsaslıdır.

58. Belə ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış ##.##.2018-ci il tarixli **/** saylı kredit xətti müqaviləsinə ##.##.2020-ci il tarixli * saylı əlavə imzalanmış və bu müqavilə üzrə borcun məbləğinin 8940,20 manat təşkil etməsi öz əksini tamışdır ki, iddiaçıda məhz qeyd edilən müqavilə üzrə əsas borc olaraq 8940,20 manat tələb edir.

59. Bundan başqa iddiaçı ilə cavabdeh arasında bağlanmış ##.##.2018-ci il tarixli **/** saylı kredit xətti müqaviləsinə ##.##.2020-ci il tarixli * saylı əlavə imzalanmış və bu müqavilə üzrə borcun məbləğinin 9429,70 manat təşkil etməsi öz əksini tamışdır ki, iddiaçıda məhz qeyd edilən müqavilə üzrə əsas borc olaraq 9429,70 manat tələb edir.

60. Göründüyü kimi hər iki müqavilə üzrə əsas borcun məbləği tərəflər arasında bağlanmış müqaviləyə əlavələrlə təsdiq olunur.

61. Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, tərəflər arasında bağlanmış kredit müqavilələri üzrə kredit məbləğləri illik 24 faizlə verilmiş və iddiaçı **/** nömrəli müqavilə üzrə 2642,86 manat, **/** nömrəli müqavilə üzrə 2510,53 manat faiz borcu tələb edir ki, əsas borclara (8940,20 və 9429,70 manat) münasibətdə faiz borcunun məbləği labüddür və bunun əksini təsdiq edəcək sübutlar mövcud deyildir. Cavabdeh əsas borclarından ödəniş etməmiş və qrafik üzrə ödəniş edilmədiyindən faiz borcunun hesablanması hər aylıq ödəniləsi məbləğə münasibətdə davam etdirilmişdir.

62. Qeyd edilməlidir ki, tərəflərin razılaşmalarında faizin hesablanması mövcuddur və “Banklar” haqqında Qanunun 1-ci maddəsində göstərilmişdir ki, bank krediti - bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin uzadılması hüququ ilə) və faizlər (komisyon haqlar) ödənilmək şərti ilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir.

63. “Banklar haqqında” Qanunun 36.1-ci maddəsində deyilir ki, banklarla onların müştəriləri arasında münasibətlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi, həmin Məcəlləyə müvafiq olaraq maliyyə bazarlarına nəzarət orqanı tərəfindən qəbul edilmiş normativ aktlar və müqavilə əsasında həyata keçirilir.

64. Həmin Qanunun 36.6-cı maddəsinə görə hər bir bank müştərilərlə bağladığı müqavilədə xidmət şərtlərini, o cümlədən faiz dərəcələrini, komisyon haqlarını və göstərilən bank xidmətləri üçün digər ödənişləri, habelə bank tərəfindən verilmiş kreditlərin ödənişi şərtlərini və qaydalarını müəyyən etməkdə sərbəstdir. Kredit üzrə faizlər bankla müştəri arasında bağlanmış müqavilə şərtlərinə uyğun hesablanır və ödənilir. Faiz dərəcələri və bank qarşısında borca görə verilməli olan digər ödənişlər yalnız borcun olduğu günlər üçün borc qalığı məbləğinə hesablanır.

65. Bunlardan başqa iddiaçı müqavilə müddəti bitdikdən sonra illik 5 faizlə hesablanmış faiz borcunu tələb edir ki, sonuncunun tələbinin maddi hüquqi əsası Mülki Məcəllənin 445.7-ci maddəsinə əsaslanır.

66. Mülki Məcəllənin hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

67. Tərəflər arasında bağlanmış müqavilələrin müddəti ##.##.2021-ci il tarixdə bitmiş və iddiaçı ##.##.2025-ci il tarixdə məhkəməyə müraciət etmiş, ##.##.2025-ci il tarixdə iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir ki, ##.##.2021-ci il tarixdən ##.##.2025-ci il tarixədək olan müddət hər iki müqavilə üzrə 4 il 6 ay 20 gün təşkil edir.

68. **/** nömrəli müqavilə üzrə cavabdehin ##.##.2021-ci il tarixə 8940,20 manat əsas borcu yaranmış və illik 5 faizlə hesablanacaq faiz məbləği 1 il üçün 447,01 manat təşkil edir. İllik 447,01 manat məbləği isə 4 il 6 ay 20 gün müddətinə hesabladıqda bu məbləğ 2035,64 manat (447,01 x 4 il = 1788,04 manat; 447,01 / 12 ay = 1 ay üçün 37,25 manat x 6 ay = 223.5 manat; 447,01 / 365 gün = 1 gün üçün 1,22 manat x 20 gün = 24,4 manat; 1788,04 manat + 223,5 + 24,4 = 2035,64 manat) təşkil edir ki, bu məbləğ iddiaçının tələb etdiyi və cavabdehdən tutulan 2010,30 manat faiz borcunnan çoxdur.

69. **/** nömrəli müqavilə üzrə cavabdehin ##.##.2021-ci il tarixə 9429,70 manat əsas borcu yaranmış və illik 5 faizlə hesablanacaq faiz məbləği 1 il üçün 471,48 manat təşkil edir. İllik 471,48 manat məbləği isə 4 il 6 ay 20 gün müddətinə hesabladıqda bu məbləğ 2147,46 manat (471,48 x 4 il = 1885,92 manat; 471,48 / 12 ay = 1 ay üçün 39,29 manat x 6 ay = 235,74 manat; 471,48 / 365 gün = 1 gün üçün 1,29 manat x 20 gün = 25,8 manat; 1885,92 manat + 235,74 + 25,8 = 2147,46 manat) təşkil edir ki, bu məbləğ iddiaçının tələb etdiyi və cavabdehdən tutulan 2094,18 manat faiz borcunnan çoxdur.

70. Beləliklə birinci instansiyası məhkəməsi tələb həddində iddia tələbinə qiymət vermiş və bunda da haqlı olmuşdur. Belə ki, məhkəmə tələbdən kənara çıxmağa haqlı deyildir (MPM maddə - 218.3).

71. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmuş, cavabdehin iddiaçıya borcu yaranmışdır. Cavabdeh borcunun olmasını mübahisələndirməsə də apellyasiya şikayətindən yalnız borcun məbləği ilə bağlı ekspertizanın keçirilmədiyini bildirmişdir.

72. Məhkəmə qeyd edir ki, cavabdeh borcun məbləği ilə bağlı ekspertizanın keçirilmədiyini bildirsə də borcun məbləği ilə bağlı hər hansı fikir bildirməmiş və borcun tələb olunan məbləğdən az olmasının təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir.

73. Hazlbu ki, MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

74. Bunlardan başqa qeyd edilməlidir ki, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (Mülki Məcəllə maddə - 372.1, 372.2, 375.2).

75. L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının ## #### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ### 2008-ci il tarixli Qərarına əsasən, hər hansı bir mülki mübahisənin qanuni həlli baxımından iddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə yanaşı mübahisəyə aid bütün digər hallar da nəzərə alınmalıdır. İddia müddətinin tətbiqi qaydalarına riayət edilməsi üçün ilk növbədə nəzərə alınmalıdır ki, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir.

76. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyil. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür (MM-in 375.1-ci maddəsi). İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür (MM-in 375.2-ci maddəsi).

77. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.

78. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir.

79. İddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (MM 375.2-ci maddəsi). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddi-hüquqi mübahisə üzrə qərar qəbul etməlidir.

80. Odur ki, birinci instansiya məhkəməsinin təqsiri nəticəsində cavabdeh bu məhkəmədə gedən icraat barədə məlumatlı olmamışsa və buna görə birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılanadək iddia müddətinin tətbiqi ilə bağlı ona qarşı verilmiş iddianın rədd edilməsi barədə xahişi əks etdirən ərizəni təqdim edə bilməmişdirsə, həmin ərizə onun apellyasiya şikayətinə əlavə edilə bilər və bu halda apellyasiya instansiyası məhkəməsi ərizədə göstərilən məsələyə baxmalı və müvafiq qərar qəbul etməlidir.

81. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, cavabdeh birinci instansiya məhkəməsində işin baxılmasında iştirak etməmiş və iddia müddətinin tətbiqi barədə müvafiq ərizə ilə çıxış etməmişdir. Bununla belə, cavabdeh apellyasiya instansiyasında bu hüququndan istifadə edə bilməməsini məhkəmə iclası barədə məlumatlandırılmaması ilə əsaslandırmağa çalışmışdır.

82. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən əldə edilmiş sübutlar cavabdehin bu iddiasını təkzib edir. Belə ki, “xxxx” MMC-nin X2 filialının ##.##.2026-cı il tarixli rəsmi məktubuna əsasən müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdeh Cavabdeh MMC-yə ünvanlanmış məhkəmə bildirişləri qanunvericiliyin tələblərinə uyğun qaydada sifarişli poçt göndərişləri vasitəsilə göndərilmişdir. Həmin göndərişlər poçtalyon tərəfindən əvvəlcə cavabdehin və təsisçisinin hüquqi (qeydiyyat) ünvanına təqdim edilməyə cəhd edilmiş, lakin ünvan üzrə qəbul edilmədiyi üçün cavabdeh cəmiyyətin qanuni təmsilçisinin, yəni X1 faktiki yaşayış ünvanı müəyyən edilərək həmin ünvana yönləndirilmişdir.

83. Belə ki, SX051751193AZ və SX*********AZ nömrəli sifarişli məktublar müvafiq olaraq ##.##.2025-ci il, ##.##.2025-ci il və ##.##.2025-ci il tarixlərində cavabdehin ((VÖEN: **********, hüquqi ünvan: AZ2000, ünvan 6) qanuni təmsilçisi X1 yaşayış ünvanına çatdırılmış və onun həyat yoldaşı Dərya Novruzova tərəfindən qəbul edilmişdir. Eyni zamanda, SX*********AZ nömrəli digər sifarişli məktub isə ##.##.2025-ci il tarixində həmin ünvanda cavabdehin qanuni təmsilçisinin nəvəsi Sərxan Novruzov tərəfindən qəbul edilmişdir.

84. Eyni zamanda “xxxx” MMC-nin X2 filialının X1 ünvanlanmış ##.##.2026-cı il tarixli məktubda da ünvan 1 ünvanında yerləşən, qanuni təmsilçisi olduğu Cavabdeh MMC-yə ünvanlanmış SX051751193AZ, SX050381179AZ və SX*********AZ nömrəli sifarişli xəbərnaməli məktubların ünvan 5 ünvanında X1 ailə üzvlərinə verilməsi göstərilmişdir.

85. Bu hal birinci instansiya məhkəməsi tərəfindən cavabdehin dövlət qeydiyyatında olan rəsmi hüquqi ünvanına uyğun qaydada məhkəmə sənədlərinin göndərildiyini və bununla da Mülki Prosessual Məcəllənin 135.1-ci maddəsinin tələblərinə riayət olunduğunu birbaşa təsdiq edir.

86. Bundan əlavə, qeyd olunan poçt göndərişlərinin sonrakı taleyi ilə bağlı “xxxx” MMC tərəfindən təqdim edilmiş rəsmi məlumatdan görünür ki, məhkəmə bildirişləri əvvəlcə hüquqi ünvan üzrə təqdim edilməyə cəhd edilmiş, lakin həmin ünvanda qəbul edilmədiyindən poçtalyon tərəfindən cavabdeh hüquqi şəxsin qanuni təmsilçisinin faktiki yaşayış ünvanı müəyyən edilərək sənədlər həmin ünvana yönləndirilmişdir. Nəticədə, bu bildirişlər cavabdehin qanuni təmsilçisi X1 ailə üzvləri tərəfindən qəbul edilmişdir.

87. Mülki Prosessual Məcəllənin 135.3-cü maddəsinə əsasən, məhkəmə sənədlərini çatdıran şəxs ünvan sahibini onun yaşadığı və ya işlədiyi yerdə tapmadıqda, həmin sənədlər onunla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə təqdim edilə bilər. Eyni zamanda, Məcəllənin 135.5-ci maddəsi ilə belə hallarda məhkəmə sənədinin rəsmi qaydada verilmiş hesab edildiyi imperativ şəkildə müəyyən edilmişdir. Bu baxımdan, cavabdehin qanuni təmsilçisinin ailə üzvləri tərəfindən qəbul edilmiş məhkəmə bildirişləri qanunvericiliyin tələblərinə tam uyğun olmaqla hüquqi nəticə doğurur və cavabdehin məlumatlandırılmış hesab edilməsi üçün kifayət edir.

88. Xüsusilə vurğulanmalıdır ki, hüquqi şəxsin öz hüquqi ünvanında fəaliyyət göstərməməsi, yaxud daxil olan rəsmi yazışmaların qəbulunun təmin edilməməsi həmin hüquqi şəxsin öz risk sahəsinə aid olmaqla, məhkəmə tərəfindən həyata keçirilmiş bildiriş prosedurunun etibarsız sayılması üçün əsas yarada bilməz. Hüquqi şəxs kimi qeydiyyatdan keçmiş subyekt qanunvericiliyin tələblərinə uyğun olaraq öz hüquqi ünvanında əlaqələndirmə və yazışma imkanlarını təmin etməyə borcludur.

89. Beləliklə, iş materiallarının 62, 101 və 113-cü səhifələrində əks olunmuş poçt xəbərnamələri, habelə poçt orqanının təqdim etdiyi məlumatlar birgə qiymətləndirildikdə müəyyən olunur ki, cavabdeh Cavabdeh MMC-yə məhkəmə bildirişləri onun rəsmi hüquqi ünvanına göndərilmiş və qanuni təmsilçisinə təqdim edilmişdir. Bu isə Mülki Prosessual Məcəllənin 135-ci maddəsinin tələblərinə tam riayət olunmaqla cavabdehin məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırıldığını təsdiq edir.

90. Digər tərəfdən, Mülki Prosessual Məcəllənin 135.8-ci maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

91. Lakin, həmin normanın tətbiqi yalnız işdə iştirak edən şəxsin elektron kabinetinin mövcud olması ilə şərtləndirilir. Cavabdehin özünün elektron kabinetinin olmamasına istinad etməsi isə onu ənənəvi qaydada – yəni poçt vasitəsilə göndərilmiş məhkəmə bildirişlərinin hüquqi nəticələrindən azad etmir. Əksinə, belə hallarda məhz 135.1–135.5-ci maddələrdə nəzərdə tutulmuş ümumi qaydalar tətbiq edilməli və tətbiq edilmişdir.

92. Nəticə etibarilə, məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdeh Cavabdeh MMC-yə məhkəmə sənədlərinin çatdırılması Mülki Prosessual Məcəllənin 135-ci maddəsinin tələblərinə tam uyğun şəkildə həyata keçirilmiş, cavabdeh qanuni qaydada məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumatlandırılmışdır. Buna baxmayaraq, onun məhkəmə iclaslarında iştirak etməməsi öz iradəsindən asılı olmuş, bu hal prosessual hüquqların pozuntusu kimi və birinci instansiyası məhkəməsinin təqsiri kimi qiymətləndirilə bilməz.

93. Məhkəmə iclasında cavabdehin vəkilinə cavabdeh MMC-nin təsisçisinin və direktorun məhkəmə iclasına dəvət olunması təklif olunsa da qeyd olunan şəxslər hazırki məhkəmə iclasına gəlməmişlər.

94. Birinci instansiyası məhkəməsi xidməti vəzifəsinə uyğun olaraq cavabdehi ona məlum olan ünvanı üzrə məlumatlandırmış və iş üzrə göndərilmiş məhkəmə sənədlərinin alınmasına dair xəbərnaməni aldıqdan sonra işə mahiyyəti üzrə baxmışdır ki, bunda da haqlı olmuşdur.

95. Beləliklə, cavabdehin apellyasiya şikayətində irəli sürdüyü məhkəmə bildirişlərinin çatdırılmaması ilə bağlı dəlillər əsassız olmaqla, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün hüquqi əsas təşkil etmir.

96. Məhkəmə göstərir ki, cavabdehin göstərdiyi dəlillər formal olmaqla borcun ödənilməsini yubatmaq xarakteri daşıyır.

97. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və əsaslı qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.

98. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin VII bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

99. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

100. Məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi – iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

101. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilər.

102. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Posessual Məcəlləsinin 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 404, 404 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:

Cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi – iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar