Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-3/2025 15.09.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh1 və Cavabdeh3 qarşı mülki iş üzrə Açar sözlər: müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina; müqavilənin ləğvinin hüquqi nəticələri; tutmanın ipoteka predmetinə yönəldilməsi; ipoteka predmetinin ilkin satış qiyməti; likvid dəyər Hakimlər Abdullayev Əlizamin Gülzalı oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Quliyev Anar Elcan oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh1 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə əsas borcun, ona hesablanmış faizlərin və cərimənin cavabdehlərdən tutulması, borcun ipoteka və girov predmetlərinə yönəldilməsi tələbinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(115)-29/2022 saylı qətnaməsindən Cavabdeh2 MMC-nin rəhbəri Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə 15 sentyabr 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. 16 dekabr 2014-cü il tarixli bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusundan görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış müqavilənin predmeti olaraq müştərinin müraciəti əsasında bank hesabının açılması, depozitin yerləşdirilməsi, maliyyələşdirilməsi (kredit, kredit xətti, limitin ayrılması), ticarətin maliyyələşdirilməsi, plastik kartların verilməsi, inkassasiya xidməti, depozit qutularının icarəsi və s xidmətlərin göstərilməsidir.
2. Kreditor İddiaçı ASC ilə borcalan Cavabdeh2 MMC arasında (bundan sonra tərəflər) bağlanmış PBG2014/017H saylı xx.xx.2014-cü il tarixli bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusu (bundan sonra müqavilə) çərçivəsində tərəflər arasında xx.xx.2014-cü il tarixli PBG14-K0018 saylı maliyyələşdirmə üçün ərizə (maksimal borclanma limiti) və ona edilmiş xx.xx.2015-ci il tarixli 1 saylı əlavə, xx.xx.2015-ci il tarixli 2 saylı əlavə, xx.xx.2016-cı il tarixli 3 saylı əlavə, xx.xx.2015-ci il tarixli 4 saylı əlavə imzalanmış və bank tərəfindən borcalana xx.xx.2018-ci il tarixədək, illik faiz dərəcəsi 18 faiz, illik cərimə faizi 23 faiz olmaqla, mal qaranın alınması məqsədilə 750 000 manat məbləğində birdəfəlik kredit verilmişdir; Tərəflər arasında bağlanmış PBG2014/017H saylı xx.xx.2014-cü il tarixli müqavilənin tərkib hissəsi olan xx.xx.2015-ci il tarixli PBG15-K0016 saylı maliyyələşdirmə üçün ərizə (maksimal borclanma limiti) və ona edilmiş xx.xx.2016-cı il tarixli 1 saylı əlavə çərçivəsində bank tərəfindən müxtəlif vaxtlarda borcalana aşağıda qeyd edilən şərtlərlə kreditlər verilmişdir: - xx.xx.2015-ci il tarixli PBG15-K0016/02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən xx.xx.2021-ci il tarixədək, illik faiz dərəcəsi 15 faiz, illik cərimə faizi 24 faiz olmaqla bank tərəfindən borcalana ******* manat məbləğində bərpa olunmayan kredit verilmişdir. Sonradan həmin kreditin şərtlərinin dəyişdirilməsi haqqında tərəflər arasında xx.xx.2016-cı il tarixli 1 saylı əlavə imzalanaraq kreditin müddəti xx.xx.2021-ci il tarixədək uzadılmış, kreditin illik faiz dərəcəsi 18 faiz, illik cərimə faizi isə 33 faiz həcmində müəyyən edilmişdir; xx.xx.2017-ci il tarixli PBG15-K0016/08 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən bank tərəfindən borcalana xx.xx.2017-ci il tarixədək, illik faiz dərəcəsi 18 faiz, illik cərimə faizi 180 faiz olmaqla öhdəliyin maliyyələşdirilməsi məqsədilə 890275,49 manat məbləğində birdəfəlik kredit verilmişdir; xx.xx.2017-ci il tarixli PBG15-K0016/09 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən bank tərəfindən borcalana xx.xx.2018-ci il tarixədək, illik faiz dərəcəsi 18 faiz, illik cərimə faizi 180 faiz olmaqla, öhdəliyin maliyyələşdirilməsi məqsədilə 571598,90 manat məbləğində birdəfəlik kredit verilmişdir; xx.xx.2017-ci il tarixli PBG15-K0016/10 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən bank tərəfindən borcalana xx.xx.2018-ci il tarixədək illik faiz dərəcəsi 18 faiz, illik cərimə faizi 180 faiz olmaqla, öhdəliyin maliyyələşdirilməsi məqsədilə ******* manat məbləğində birdəfəlik kredit verilmişdir; xx.xx.2017-ci il tarixli PBG15-K0016/11 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən bank tərəfindən borcalana xx.xx.2019-cu il tarixədək, illik faiz dərəcəsi 18 faiz, illik cərimə faizi 180 faiz olmaqla öhdəliyin maliyyələşdirilməsi məqsədilə 1047132,25 manat məbləğində birdəfəlik kredit verilmişdir; xx.xx.2017-ci il tarixli PBG15-K0016/12 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən bank tərəfindən borcalana xx.xx.2018-ci il tarixədək illik faiz dərəcəsi 18 faiz, illik cərimə faizi 180 faiz olmaqla, öhdəliyin maliyyələşdirilməsi məqsədilə ******* manat məbləğində birdəfəlik kredit verilmişdir; xx.xx.2017-ci il tarixli PBG15-K0016/13 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən bank tərəfindən borcalana xx.xx.2018-ci il tarixədək, illik faiz dərəcəsi 16 faiz, illik cərimə faizi 21 faiz olmaqla, dövriyyə vəsaitinin artırılması məqsədi ilə 655000 manat məbləğində kredit xətti açılmışdır.
3. 06 avqust 2015-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 məxsus Bərdə rayonu Mehdili kəndində yerləşən 3,5 ha torpaq sahəsi 17505,2 kv.m ümumi sahədən ibarət əmlak kompleksi ilə birgə ipoteka qoyulmuşdur.
4. 26 dekabr 2014-cü il tarixli PBG14-Z0023 nömrəli zaminlik müqaviləsinin surətindən görünür ki, əsas müqavilənin təminatı kimi Cavabdeh1 ilə İddiaçı ASC arasında zaminlik müqaviləsi bağlanmışdır.
5. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* seriya və nömrəli çıxarışın surətindən görünür ki, Cavabdeh3 məxsus Bərdə rayonu Mehdili kəndində yerləşən əmlak kompleksi kimi müəssisə 3,5 ha torpaq sahəsi ilə birgə İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir.
6. 29 iyun 2015-ci il tarixli girov müqaviləsindən görünür ki, Cavabdeh2 MMC-də olan Cavabdeh1 məxsus 2 pay təsis payı İddiaçı ASC-nin xeyrinə girov qoyulmuşdur.
7. 31 iyul 2015-ci il tarixli PBG15-G0002 nömrəli girov müqaviləsinin surətindən görünür ki, müxtəlif növ daşınar əmlaklar: mal ferması avadanlıqları, silos yem anbarı, soyutma otağı avadanlıqları, kəsim sexi avadanlıqları, izopanel soyutma sistemləri və s İddiaçı ASC-nin xeyrinə girov qoyulmuşdur.
8. "xxxx" MMC tərəfindən verilmiş 25 avqust 2021-ci il tarixli rəydə Cavabdeh3 məxsus Bərdə rayonu Mehdili kəndində 3.5 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 17505,2 kv.metr olan əmlak kompleksi kimi müəssisənin tərkibində olan mal ferması avadanlıqlarının likvid dəyəri ******* manat, Bərdə rayonu Mehdili kəndində 3.5 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 17505,2 kv.metr olan əmlak kompleksinin likvid dəyəri isə ******* manat göstərilmişdir.
9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 27 sentyabr 2021-ci il tarixli 9/3577 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, PBG14-K0018 nömrəli maliyyələşmə üzrə 200036,89 manat əsas, 23204,29 manat faiz, 106552,60 manat cərimə borcu; PBG15-K0016/02 nömrəli maliyyələşmə üçün ərizə üzrə 3640432,72 manat əsas, 1269588,76 manat faiz, 808241,48 manat cərimə borcu; PBG15-K0016/08 nömrəli maliyyələşmə üçün ərizə üzrə 890275,49 manat əsas, 17805,51 manat faiz, 578196,73 manat cərimə borcu; PBG15-K0016/09 nömrəli maliyyələşmə üçün ərizə üzrə əsas borc 570855,03 manat, faiz borcu 25688,48 manat, cərimə borcu 838272,22 manat; PBG15-K0016/10 nömrəli maliyyələşmə üçün ərizə üzrə ******* manat əsas, 86100 manat faiz, 838272,22 manat cərimə borcu; PBG15-K0016/11 nömrəli maliyyələşmə üçün ərizə üzrə 1047132,25 manat əsas, 280809,34 manat faiz, 407652,42 manat cərimə borcu; PBG15-K0016/12 nömrəli maliyyələşmə üçün ərizə üzrə 1693980,42 manat əsas, 286282,69 manat faiz, 823731,41 manat cərimə borcu; PBG15- K0016/13 nömrəli maliyyələşmə üçün ərizə üzrə 654999,58 manat əsas, 61930,70 manat faiz, 269717,44 manat cərimə borcu olduğu qeyd edilmişdir.
10. İddiaçı ASC-nin 15 sentyabr 2025-ci il tarixli PB/PBL-OUT-00825-2025 nömrəli maliyyə arayışında qeyd edilmişdir ki, Cavabdeh2 MMC-nin bank qarşısında kredit üzrə öhdəlikləri aşağıdakı kimidir: PBG14-K0018 saylı krdit müqaviləsinə əsasən müqavilə müddətinin bitdiyi xx.xx.2018-ci il tarixə 200036,89 manat əsas, 23204,29 manat faiz, 10552,56 manat cərimə borcu olmaqla, cəmi 329793,74 manat (gecikmə günü 203); K0016/12 saylı kredit müqaviləsinə əsasən müqavilə müddətinin bitdiyi xx.xx.2018-ci il tarixə 1693980,42 manat əsas, 286282,69 manat faiz, 823731,41 manat cərimə borcu olmaqla 2803994,52 manat (gecikmə günü 311); K0016/11 saylı kredit müqaviləsinə əsasən müqavilə müddətinin bitdiyi xx.xx.2019-cu il tarixə 1047132,25 manat əsas, 280809,34 manat faiz, 407652,42 manat cərimə borcu olmaqla, cəmi 1735594,01 manat (gecikmə günü 458); K0016/09 saylı kredit müqaviləsinə əsasən müqavilə müddətinin bitdiyi xx.xx.2018-ci il tarixə 570855,03 manat əsas, 25688,48 manat faiz, 352004,60 cərimə borcu olmaqla, cəmi 948548,11 manat (gecikmə günü 62); K0016/10 saylı kredit müqaviləsinə əsasən müqavilə müddətinin bitdiyi xx.xx.2018-ci il tarixə ******* manat əsas, 86100 manat faiz, 838272,22 manat cərimə olmaqla, cəmi 2324372,22 manat (gecikmə günü 94); K0016/08 saylı kredit müqaviləsinə əsasən müqavilə müddətinin bitdiyi xx.xx.2017-ci il tarixə 890275,49 manat əsas, 17805,51 manat faiz, 578196,73 manat cərimə borcu olmaqla, cəmi 1486277,73 manat (gecikmə günü 0); PBG15-K0016/02 saylı kredit müqavilənə əsasən xx.xx.2020-ci il tarixə 3640432,72 manat əsas, 1269588,76 manat faiz, 808241,48 manat cərimə borcu olmaqla cəmi 5718262,96 manat (gecikmə günü 203); PBG15-K0016/13 saylı kredit müqaviləsinə əsasən müqavilə müddətinin bitdiyi xx.xx.2018-ci il tarixə 654999,58 manat əsas, 61930,70 manat faiz, 269717,44 manat cərimə borcu olmaqla, cəmi 986647,72 manat (gecikmə günü 172) təşkil edir.
11. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş daşınmaz əmlakın qiymətləndirilməsinə dair 26 aprel 2023-cü il tarixli rəydə qeyd edilmişdir ki, Bərdə rayonu Mehdili kəndindəki 3.5 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 17505,2 kv.m olan əmlak kompleksinin 16 noyabr 2022-ci il tarixə bazar dəyəri 11792300 manat, likvid dəyəri 10023455 manat təşkil edir.
12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 noyabr 2023-cü il tarixli 3-16-16/2-10/4600-4839 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, Bərdə rayonu Mehdili kəndində 3.5 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 17505,2 kv.m olan əmlak kompleksinin torpaq sahəsi ilə birlikdə likvid dəyəri ******* manat, hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri isə təqribən ******* manatdır.
13. "xxxx" MMC tərəfindən verilmiş 25 iyul 2025-ci il tarixli UNİ/İ-88-418-2025 nömrəli ekspert rəyindən görünür ki, Bərdə rayonu Mehdili kəndindəki 3.5 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 17505,2 kv.m olan əmlak kompleksinin torpaq sahəsi ilə birlikdə 25 iyul 2025-ci il tarixə likvid dəyəri ******* manat, bazar dəyəri isə təqribən ******* manatdır; Bərdə rayonu Mehdili kəndində 3.5 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 17505,2 kv.metr olan əmlak kompleksi kimi müəssisənin tərkibində olan mal ferması avadanlıqlarının dəyəri isə 908190 manat müəyyən edilmişdir.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
14. İddiaçı ASC cavabdehlər RVR LTD” MMC, Cavabdeh1 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, PBG14-K0018 saylı maliyyələşdirmə üçün ərizə üzrə 200036,89 manat əsas, 23204,29 manat faiz, 106552,60 manat cərimə borcu olmaqla, cəmi 329793,79 manat borcun; PBG15- K0016/02 saylı maliyyələşdirmə üçün ərizə üzrə 3640432,72 manat əsas, 1269588,76 manat faiz, 808241,48 manat cərimə borcu olmaqla, cəmi 5718262,96 manat borcun; PBG15-K0016/08 saylı maliyyələşdirmə üçün ərizə üzrə 1580833,50 manat əsas borc, 17805, 51 manat faiz borcu, 578196,70 manat cərimə borcu olmaqla, cəmi 2176835,71 manat borcun, PBG15-K0016/09 saylı maliyyələşdirmə üçün ərizə üzrə 570855,03 manat əsas, 25688,48 manat faiz, 352004,60 manat cərimə borcu olmaqla, cəmi 948548,11 manat borcun; PBG15-K0016/10 saylı maliyyələşdirmə üçün ərizə üzrə ******* manat əsas, 86100 manat faiz borcu, 838272,20 manat cərimə borcu olmaqla, cəmi 2324372,20 manat borcun; PBG15-K0016/11 saylı maliyyələşdirmə üçün ərizə üzrə 1047132,25 manat əsas, 280809,30 manat faiz, 407652,40 manat cərimə borcu olmaqla, cəmi 1735593,95 manat borcun; PBG15- K0016/12 saylı maliyyələşdirmə üçün ərizə üzrə 1693980,42 PBG15-K0016/13 saylı maliyyələşdirmə üçün ərizə üzrə 654999,58 manat əsas, 61930,70 manat faiz, 269717,40 manat cərimə borcu olmaqla, cəmi 986647,68 manat borcun İddiaçı ASC-nin xeyrinə tutulması; PBG14-K0018, PBG15-K0016/02 saylı, PBG15-K0016/08 saylı, PBG15- K0016/09 saylı, PBG15-K0016/10 saylı, PBG15-K0016/1 saylı, PBG15-K0016/12 saylı və PBG15-K0016/13 saylı maliyyələşdirmə üçün ərizələr üzrə tutmanın Cavabdeh2 MMC-yə məxsus 2 271 baş inəyə və 1729 baş buzov inəyə yönəldilməsi; PBG15-K0016/02 saylı, PBG15-K0016/08 saylı, PBG15-K0016/09 saylı, PBG15-K0016/10 saylı, PBG15-K0016/11 saylı, PBG15 K0016/12 saylı və PBG15-K0016/13 saylı maliyyələşdirmə üçün ərizələr üzrə tutmanın Cavabdeh3 mülkiyyətində olan Bərdə rayonu Mehdili kəndində yerləşən əmlak kompleksi kimi müəssisəyə 3.5 ha torpaq sahəsi ilə birlikdə, Cavabdeh3 mülkiyyətində olan Cavabdeh2 MMC-nin 2 təsis payına, Cavabdeh2 MMC-nin mülkiyyətində olan çoxsaylı avadanlıqlar-daşınar əmlaklara (PBG15-G0002 saylı Girov müqaviləsinin predmetin təsviri hissəsində və əlavəsində göstərilən adda) yönəldilməsi; Cavabdeh3 oğlunun mülkiyyətində olan Bərdə rayonu Mehdili kəndində yerləşən əmlak kompleksi kimi müəssisənin 3.5 ha torpaq sahəsi ilə birlikdə, Cavabdeh3 mülkiyyətində olan “RVR LTD" MMC-nin 2 təsis payının Cavabdeh2 MMC-nin mülkiyyətində olan çoxsaylı avadanlıqlar-daşınar əmlakların (PBG15-G0002 saylı Girov müqaviləsinin predmetin təsviri hissəsində və əlavəsində göstərilən adda), Cavabdeh2 MMC-yə məxsus 2271 baş inəyin və 1729 baş buzov inəyin açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin cavabdehlər Cavabdeh2 MMC-nin və Cavabdeh1 İddiaçı ASC-yə оlаn PВG15- К0016/02 saylı PBG15-K0016/08 saylı, PBG15-K0016/09 saylı, PBG15-K0016/10 saylı, PBG15-K0016/11 saylı, PBG15-K0016/12 saylı PBG15-K0016/13 saylı və PBG14-K0018 saylı maliyyələşdirmə üçün ərizələr üzrə borcun ödənilməsinə yönəldilməsi; ipoteka predmeti olan müəssisə satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçilərə təhvil verilməsi; ipoteka predmeti və girov predmetlərinin satışından əldə olunan pul vəsaiti cavabdehlər Cavabdeh2 MMC-nin və Cavabdeh1 İddiaçı ASC-yə olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi; iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh2 MMCdən və Cavabdeh1 birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi; ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10(on) manat dövlət rüsumunun və 120 (bir yüz iyirmi) manat məbləğində xidmət haqqının cavabdehlər Cavabdeh2 MMC-dən və Cavabdeh1 birgə qaydada tutularaq İddiaçı ASCnin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. İddiaçı ASC iddianın dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdehlər Cavabdeh2 MMC-dən və Cavabdeh1 PBG14-K0018 saylı maliyyələşdirmə üçün ərizə üzrə 200036,89 manat əsas, 23204,29 manat faiz, 106552,60 manat cərimə borcu olmaqla, cəmi 329793,79 manat borc, PBG15-K0016/02 saylı maliyyələşdirmə üçün ərizə üzrə 3640432,72 manat əsas, 1,269,588.76 manat faiz, 808241,48 manat cərimə borcu olmaqla, cəmi 5718262,96 manat borc, PBG15-KQ016/08 saylı maliyyələşdirmə üçün ərizə üzrə 890275,49 manat əsas, 17805,51 manat faiz borcu, 578196,73 manat cərimə borcu olmaqla, cəmi 1486277,73 manat borc, PBG15-K0016/09 saylı maliyyələşdirmə üçün ərizə üzrə 570855,03 manat əsas, 25688,48 manat faiz, 352004,60 manat cərimə borcu olmaqla, cəmi 948548,11 manat borc, PBG15-K0016/10 saylı maliyyələşdirmə üçün ərizə üzrə ******* manat əsas, 86100 manat faiz, 838272,22 manat cərimə borcu olmaqla, cəmi 2324372,22 manat borc, PBGİ5-K0016/11 saylı maliyyələşdirmə üçün ərizə üzrə 1047132,25 manat əsas, 280809,34 manat faiz, 407652,42 manat cərimə borcu olmaqla, cəmi 1735594,01 manat borc, PBG15-K0O16/12 saylı maliyyələşdirmə üçün ərizə üzrə 1693980,42 manat əsas, 286282,69 manat faiz, 823731,41 manat cərimə borcu olmaqla, cəmi 2803994,52 manat borc, PBG15-K0016/13 saylı maliyyələşdirmə üçün ərizə üzrə 654999,58 manat əsas, 61930,70 manat faiz, 38000 manat cərimə borcu olmaqla, cəmi 754930,28 manat borc olmaqla, ümumilikdə əsas borc üzrə 10097712,38 manat, 2051409,77 manat faiz borcu, 269717,44 manat cərimə olmaqla, cəmi 986647,72 manat borcun İddiaçı ASC-nin xeyrinə tutulması, PBG15-K0016/02 saylı, PBG15-K0016/08 saylı, PBG15-K0016/09 saylı, PBG15-K0Ö16/10 saylı, PBG1S-K0016/11 saylı, PBG15- K0016/12 saylı və PBG15-K0016/13 saylı maliyyələşdirmə üçün ərizələr üzrə tutmanın Cavabdeh3 mülkiyyətində olan Bərdə rayonu Mehdili kəndində yerləşən əmlak kompleksi kimi müəssisəyə 3.5 ha torpaq sahəsi ilə birlikdə, Cavabdeh3 mülkiyyətində olan Cavabdeh2 MMC-nin 2 təsis payına, Cavabdeh2 MMC-nin mülkiyyətində olan çoxsaylı avadanlıqlar-daşınar əmlaklara (PBG15-G0002 saylı Girov müqaviləsinin predmetin təsviri hissəsində və əlavəsində göstərilən adda) yönəldilməsi, Cavabdeh3 oğlunun mülkiyyətində olan Bərdə rayonu Mehdili kəndində yerləşən əmlak kompleksi kimi müəssisənin 3.5 ha torpaq sahəsi ilə birlikdə, hərracdan likvid dəyəri 4.500,000 manat, Cavabdeh2 MMC-nin mülkiyyətində olan çoxsaylı avadanlıqlar-daşınar əmlakların (PBG15-G00Q2 saylı Girov müqaviləsinin predmetin təsviri hissəsində və əlavəsində göstərilən adda) likvid dəyəri ******* manat, Cavabdeh3 mülkiyyətində olan Cavabdeh2 MMC-nin 2 təsis payının 20 manat məbləğində müəyyən edilərək açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin cavabdehlər Cavabdeh2 MMC-nin və Cavabdeh1 İddiaçı ASCyə olan PBG15-K0016/02 saylı, PBG15-K0016/08 saylı, PBG15-KGG16/09 saylı, PBG15-K0016/10 saylı, PBG15-K0016/11 saylı, PBG15-K0016/12 saylı PBG15-K0016/13 saylı və PBG14-K0018 saylı maliyyələşdirmə üçün ərizələr üzrə borcun ödənilməsinə yönəldilməsi, ipoteka predmeiti olan müəssisə satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçilərə təhvil verilməsi, girov predmeti olan avadanlıqlar hərracdan əldə edildikdən sonra mülkiyyətçiyə təhvil verilməsi, ipoteka, predmeti və girov predmetlərinin satışından əldə olunan pul vəsaitinin cavabdehlər Cavabdeh2 MMC-nin və Cavabdeh1 İddiaçı ASCyə olan, kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcunun cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 120 manat məbləğində xidmət haqqının cavabdehlər Cavabdeh2 MMC-dən və Cavabdeh1 tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. İddiaçı ASC tələbini onunla əsaslandırmışdır ki, bankla Cavabdeh2 MMC arasında bağlanmış PBG2014/Gİ7H nömrəli xx.xx.2014-cü il tarixli Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusu (bundan sonra “Müqavilə”) çərçivəsində tərəflər arasında xx.xx.2014-cü il tarixli PBG14-KOO18 saylı maliyyələşdirmə içiln ərizə (maksimal borclanma limiti) və ona edilmiş xx.xx.2015-ci il tarixli 1 saylı əlavə, xx.xx.2015-ci il tarixli 2 saylı əlavə, xx.xx.2016-cı il tarixli 3 saylı əlavə, xx.xx.2015-ci il tarixli 4 saylı əlavə imzalanmış və bank tərəfindən borcalana xx.xx.2018-ci il tarixədək, illik faiz dərəcəsi 18 faiz, illik cərimə faizi 23 faiz olmaqla, mal qaranın alınması məqsədi ilə 750000 manat məbləğində birdəfəlik kredit verilmişdir. Bundan başqa tərəflər arasında imzalanmış PBG2014/017H saylı xx.xx.2014-cü il tarixli müqavilənin tərkib hissəsi olan xx.xx.2015-ci il tarixli PBG15-K0016 saylı maliyyələşdirmə üçün ərizə (maksimal borclanma limiti) və ona edilmiş xx.xx.2016-cı il tarixli 1 saylı əlavə çərçivəsində Bank tərəfindən müxtəlif vaxtlarda borcalana kreditlər verilmişdir.
17. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(115)-29/2022 saylı qətnaməsi ilə (hakim Kənan Vəliyev) iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh2 MMC-dən və Cavabdeh1 PBG14-K0018 saylı maliyyələşdirmə üçün ərizə üzrə 200036,89 (iki yüz min otuz altı manat səksən doqquz qəpik) manat əsas borc, 23204,29 (iyirmi üç min iki yüz dörd manat iyirmi-doqquz qəpik) manat faiz borcu, 12000 (on iki min) manat cərimə borcu olmaqla, cəmi 235253,18 (iki yüz otuz beş min iki yüz əlli üç manat on səkkiz qəpik) manat borc; PBG15-K0016/02 saylı maliyyələşdirmə üçün ərizə üzrə 3640432,72 (üç milyon altı yüz qırx min dörd yüz otuz iki manat yetmiş iki qəpik) manat əsas borc, 1269588,76 (bir milyon iki yüz altmış doqquz min beş yüz səksən səkkiz manat yetmiş altı qəpik) manat faiz borcu, 220000 (iki yüz iyirmi min) manat cərimə borcu olmaqla, cəmi 5130021,48 (beş milyon yüz otuz min iyirmi bir manat qırx qırx səkkiz qəpik) manat borc; PBG15-KQ016/08 saylı maliyyələşdirmə üçün ərizə üzrə 890275,49 (sakkiz yüz doxsan min iki yüz yetmiş beş manat qırx doqquz qəpik) manat əsas borc, 17805,51 (on yeddi min səkkiz yüz beş manat əlli bir qəpik) manat faiz borcu, 48000 (qırx səkkiz min) manat cərimə borcu olmaqla, cəmi 956081 (doqquz yüz əlli altı min səksən bir) manat borc; PBG15-K0016/09 saylı maliyyələşdirmə üçün ərizə üzrə 570855,03 (beş yüz yetmiş min səkkiz yüz əlli beş manat üç qəpik) manat əsas borc, 25688,48 (iyirmi beş min altı yüz səksən səkkiz manat qırx səkkiz qəpik) manat faiz borcu, 34000 (otuz dord min) manat cərimə borcu olmaqla, cəmi 630543,51 (altı yüz otuz min beş yüz qırx üç manat əlli bir qəpik) manat borc; PBG15-K0016/10 saylı maliyyələşdirmə üçün ərizə üzrə ******* (bir milyon dörd yüz min) manat əsas borc, 86100 (səksən altı min bir yüz) manat faiz borcu, 85000 (səkkiz beş min) manat cərimə borcu olmaqla, cəmi ******* (bir milyon beş yüz yetmiş bir min yüz) manat borc; PBGİ5-K0016/11 saylı maliyyələşdirmə üçün ərizə üzrə 1047132,25 (bir milyon qırx yeddi min yüz otuz iki manat iyirmi beş qəpik) manat əsas borc, 280809,34 (iki yüz səksən min səkkiz yüz doqquz manat otuz dörd qəpik) manat faiz borcu, 62000 (altmış iki min manat) manat cərimə borcu olmaqla, cəmi 1389941,59 (bir milyon üç yüz səksən doqquz min doqquz yüz qırx mir manat əlli doqquz qəpik) manat borc; PBG15-K0016/12 saylı maliyyələşdirmə üçün ərizə üzrə 1693980,42 (bir milyon altı yüz doxsan üç min doqquz yüz səksən manat qırx iki qəpik) manat əsas borc, 286282,69 (iki yüz səksən altı min iki yüz səksən iki manat altmış doqquz qəpik) manat faiz borcu, 101000 (bir yüz bir min) manat cərimə borcu olmaqla, cəmi 2081263,11 (iki milyon səksən bir min iki yüz altmış üç manat on bir qəpik) manat borc; PBG15-K0016/13 saylı maliyyələşdirmə üçün ərizə üzrə 654999,58 (altı yüz əili dörd min doqquz yüz doxsan doqquz manat əlli səkkiz qəpik) manat əsas borc, 61930,70 (altmış bir min doqquz yüz otuz manat yetmiş qəpik) manat faiz borcu, 38000 (otuz səkkiz min) manat cərimə borcu olmaqla, cəmi 754930,28 (yeddi yüz əlli dörd min doqquz yüz otuz manat iyirmi səkkiz qəpik) manat borc olmaqla, ümumilikdə əsas borc üzrə 10097712,38 manat əsas borc, 2051409,77 manat faiz borcu, 600000(altı yüz min) manat cərimə olmaqla, cəmi 12479122,15 (on iki milyon dörd yüz yetmiş doqquz min yüz iyirmi iki manat on beş qəpik) manat borcun İddiaçı ASC-nin xeyrinə tutulması; PBG15-K0016/02 saylı, PBG15- K0016/08 saylı, PBG15-K0016/09 saylı, PBG15-K0Ö16/10 saylı, PBG1S-K0016/11 saylı, PBG15-K0016/12 saylı və PBG15-K0016/13 saylı maliyyələşdirmə üçün ərizələr üzrə tutmanın Cavabdeh3 mülkiyyətində olan Bərdə rayonu, Mehdili kəndində yerləşən əmlak kompleksi kimi müəssisəyə 3.5 ha torpaq sahəsi ilə birlikdə, Cavabdeh3 mülkiyyətində olan Cavabdeh2 MMC-nin 2 təsis payına, Cavabdeh2 MMC-nin mülkiyyətində olan çoxsaylı avadanlıqlar-daşınar əmlaklara (PBG15-G0002 saylı Girov müqaviləsinin predmetin təsviri hissəsində və əlavəsində göstərilən adda) yönəldilməsi; Cavabdeh3 mülkiyyətində olan Bərdə rayonu Mehdili kəndində yerləşən əmlak kompleksi kimi müəssisənin 3.5 ha torpaq sahəsi ilə birlikdə, hərracdan likvid dəyəri ******* (dörd milyon beş yüz min) manat, Cavabdeh2 MMC-nin mülkiyyətində olan çoxsaylı avadanlıqlardaşmar əmlakların (PBG15-G00Q2 saylı Girov müqaviləsinin predmetin təsviri hissəsində və əlavəsində göstərilən adda) likvid dəyəri ******* (bir milyon doqquz yüz min) manat, Cavabdeh3 mülkiyyətində olan Cavabdeh2 MMC-nin 2 təsis payının 20 manat məbləğində müəyyən edilərək açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin cavabdehlər Cavabdeh2 MMC-nin və Cavabdeh1 İddiaçı ASC-yə olan PBG15-K0016/02 saylı, PBG15- K0016/08 saylı, PBG15-KGG16/09 saylı, PBG15-K0016/10 saylı, PBG15-K0016/11 saylı, PBG15-K0016/12 saylı PBG15-K0016/13 saylı və PBG14-K0018 saylı maliyyələşdirmə üçün ərizələr üzrə borcun ödənilməsinə yönəldilməsi; İpoteka predmeti olan müəssisə satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçilərə təhvil verilməsi, girov predmeti olan avadanlıqlar hərracdan əldə edildikdən sonra mülkiyyətçiyə təhvil verilməsi; İpoteka, predmeti və girov predmetlərinin satışından əldə olunan pul vəsaitinin cavabdehlər Cavabdeh2 MMC-nin və Cavabdeh1 İddiaçı ASCyə olan, kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcunun cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi; İddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumunun və 120 (bir yüz iyirmi) manat məbləğində xidmət haqqının cavabdehlər Cavabdeh2 MMC-dən və Cavabdeh1 tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi; İş üzrə 100 (bir yüz) manat ekspertiza xərcinin Cavabdeh2 MMC-dən və Cavabdeh1 müştərək qaydada tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 saylı hesaba ödənilməsi; İddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
18. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.1, 269.3, 269.4, 319.1, 385.1, 386.1, 389.1, 442, 443.1, 445.1, 448.1, 449.1, 449.3, 460.1, 462.1, 462.3, 463, 465.1, 465.2 və 467-ci maddələrinə, həmçinin Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1 və 124.3-cü maddələrinə istinad etmişdir.
19. Gəncə Kommersiya Məhkəməsinin 04 aprel 2022-ci il tarixli e-2-2(115)-29/2022 nömrəli qərardadı ilə Gəncə Kommersiya Məhkəməsinin 25 fevral 2022-ci il tarixli, e-2- 2(115)-29/2022 saylı qətnaməsinin nəticə hissəsində yol verilən yanlışlıq aradan qaldırılaraq 12479122,15 rəqəmlərinin 12749122,15 kimi qeyd edilməsi qərara alınmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
20. Cavabdeh2 MMC-nin rəhbəri Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
21. Cavabdeh2 MMC-nin rəhbəri Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının rəyi ilə razılaşmaq qeyrimümkündür. Nəzərə alınsa ki, tərələr arasında 9 kredit müqaviləsi bağlanmışdır və hər bir müqavilə üzrə iddiaçı bankın tələbi ekspertiza rəyi ilə bütün 9 müqavilə üzrə qəpiyinə qədər eynilik təşkil edir, onda ekspertin rəyi şübhə altına alınır. Ola bilməz ki, hər 9 müqavilə üzrə əsas borc, faiz və cərimə borcu qəpiyinə qədər eyni olsun. Hətta məhkəmə təcrübəsində birinci dəfədir ki, ekspert cərimə borcunu da hesablayır və iddia tələbi ilə cərimə borcu da eynilik təşkil edir. Hesab edir ki, iş üzrə təkrar mühasibatlıq ekspertizası təyin edilməlidir. Bundan başqa, Bərdə rayonu Mehdili kəndindəki 3.5 ha torpaq sahəsində yerləşən əmlak kompleksi kimi müəssisənin 3.5 ha torpaq sahəsi ilə birlikdə, hərracdan likvid dəyəri ******* manat, Cavabdeh2 MMC-nin mülkiyyətində olan çoxsaylı avadanlıqların (PBG15 - G 0 0 Q 2 saylı girov müqaviləsinin predmetini təsviri hissəsində və əlavəsində göstərilən adda) likvid dəyəri ******* manat, Cavabdeh3 mülkiyyətində olan "xxxx" MMC-nin 2 təsis payının 20 manat məbləğində müəyyən edilməsi ilə razı deyil. Belə ki, hələ 2014-cü ildə müqavilə bağlayarkən sözügedən ipoteka predmetlərinin dəyəri hazırkı ekspert rəyində göstərilmiş qiymətdən qat-qat yuxarı göstərilmişdir. Nəzərə alınsa ki, 2014-cü illə müqayisədə tikililərin qiyməti hazırda kəskin şəkildə bahalaşmışdır, onda ipoteka predmetlərinin dəyərinin də dəqiq müəyyən edilməsi üçün əmlaklar yenidən qiymətləndirilməlidir. Bundan başqa, işə baxan məhkəmə mübahisəyə “İpoteka haqqında” Qanunun 59-cu maddəsini tətbiq etmiş və tətbiq etdiyi maddəni yanlış təfsir etmişdir. Cavabdehlərin ipoteka predmetləri satıldıqdan sonra obyekti könüllü tərk etməsələr oradan çıxarılması barədə qərar qəbul etmiş məhkəmə hazırda mövcud olmayan, gələcəkdə baş verə biləcəyi ehtimal olunan mübahisə ilə əlaqədar qərar qəbul etmişdir ki, bunu da qanuni hesab etmək olmaz. Onu da bildirir ki, tərəflər arasında onların hansısa niyyətləri haqqında razılaşmaları ola bilər. Özündə ilkin müqavilənin bütün şərtlərini ehtiva etmədən belə niyyət razılaşmalarının icra edilməsi heç bir hüquqi nəticəyə səbəb ola bilməz. Tərəflər öz niyyət razılaşmasına ilkin müqavilə qüvvəsi vermək iradələrini ifadə etməzlərsə, o, heç bir hüquqi nəticələr doğurmur. Lakin niyyət razılaşmasına ilkin müqavilə qüvvəsi vermək üçün onda ilkin müqavilələr üçün müəyyən edilmiş bütün tələblərə riayət edilməlidir. Niyyət razılaşmasında gələcəkdə bağlanacaq əsas müqavilənin predmeti, digər mühüm şərtləri, habelə razılaşmanın müddəti göstərilməli və forması haqqında qanunun göstərişlərinə əməl edilməlidir. Sözügedən “razılaşma” ilkin müqavilə də deyil. Çünki, Mülki Məcəllənin 402.1-ci maddəsinə əsasən ilkin müqaviləyə görə, tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. Sadalanan normativ hüquqi aktların imperativ tələblərindən görünür ki, ipoteka müqaviləsi bir mənalı olaraq, əsas öhdəliyin təminatı kimi bağlanır və ipoteka icra edilməyən və ya lazımınca icra edilməyən əsas öhdəliyin icrasını təmin etmək məqsədiilə borclunun öhdəliyinə əlavə kimi çıxış edir. Göründüyü kimi, tərəflərin müqavilə azadlığı qanunvericiliyin tələbləri ilə məhdudlaşdırılır və tərəflər öz aralarında qanunvericiliyə zidd olan, o cümlədən mahiyyəti aydın olmayan müqavilə şərtləri müəyyən edə bilməzlər. Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi yanaşmaya görə, zaminlik müqaviləsində zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi zəruri şərt kimi nəzərdə tutulmuşdur. Müqavilədə hansı əsas müqaviləyə dair zaminliyin yaranması və əsas öhdəliyin həddi barədə göstərişlər olmalı, zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləği göstərilməlidir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
23. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X3 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, Müşahidə Şurasının 30 sentyabr 2020-ci il tarixli qərarına əsasən Mərkəzi Bankın qaydaları nəzərə alınmaqla kredit müqavilələri üzrə faiz və cərimə borcunun hesablanması dayandırılmışdır. Bu səbəbdən də istər müqavilə müddətlərinin bitdiyi tarixə, istər müştəriyə xəbərdarlığın göndərildiyi 18 noyabr 2020-ci il tarixə, istərsə də ekspert rəyi verilən xx.xx.2021-ci il tarixə olan kredit borcu məbləği eyni olmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mühasibatlıq ekspertizası rəyinə əsasən borc məbləğləri müəyyən edildiyindən həmin hissədə qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün hər hansı əsas mövcud deyildir. Bundan əlavə, birinci instansiya məhkəməsi tərəfindən ipoteka və girov predmeti olan əmlakların qiymətləndirilməsi üçün əmtəəşünaslıq ekspertizası təyin edilmiş və alınmış rəy əsasında əmlakların ilkin (likvid) satış qiyməti müəyyən edilmişdir. Həm də məhkəmənin diqqətinə çatdırır ki, ipoteka qoyulmuş əmlak kompleksi hazırda fəaliyyət göstərmədiyindən onun üzərində müvafiq qulluq və baxım tədbirləri həyata keçirilmədiyi üçün istifadə edilməyən əmlakın bazar dəyərində azalma yaranmışdır. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
24. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər proses iştirakçıları məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.
e) Apellyasiya instansiya məhkəməsində icraat:
25. Cavabdeh1 23 may 2023-cü il tarixdə vəfat etdiyindən məhkəmənin müvafiq qərardadı əsasında X4, X8, X7 və X5 mərhum cavabdehin hüquq varisi qismində işə cəlb edilmişlər.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
26. Maddə 295. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər.
27. Maddə 317.1. Əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
28. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.
29. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
30. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
31. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.
32. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
33. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər.
34. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
35. Maddə 463.1. Dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır.
36. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.
37. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
38. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
39. Maddə 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır.
“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu
40. Maddə 38.2.2. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, ilkin satış qiymətinin müəyyən edilməsində razılıq olmadıqda isə tərəflərin tapşırığı ilə müstəqil qiymətləndirici tərəfindən müəyyən edilir.
41. Maddə 39.3.3. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
42. Maddə 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar.
43. Maddə 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
44. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
46. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
47. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.
48. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
49. Maddə 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər.
50. Maddə 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.
51. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
52. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
53. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
54. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
55. Maddə 384.0.1. apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
56. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
“Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu
57. Maddə 17. İlkin məhkəmə ekspertizasının rəyi kifayət qədər aydın olmadıqda, ekspert qoyulmuş sualları tam həll etmədikdə və ya tədqiqat aparılmış obyektlərə dair əlavə suallar yarandıqda, aparılmış tədqiqatın və ya rəydəki boşluğun aradan qaldırılması üçün əlavə məhkəmə ekspertizası təyin edilir və onun aparılması həmin ekspertə və ya başqa ekspertə həvalə edilir.
58. Maddə 18. Ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyri-mötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda təkrar ekspertiza aparılır.
Apellyasiya baxışının hədləri
59. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
60. Həmin Məcəllənin 372.7-ci maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
61. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir”.
62. Bu baxımdan apellyasiya baxışının hədləri araşdırılarkən müəyyən olunur ki, iddia qismən təmin edilmiş və kreditor və zaminlər birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmişlər. Yalnız borclu birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir.
63. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin Cavabdeh2 MMC-yə aid hissələri üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni zaminlər mübahisələndirməmişlər. Kollegiya həmçinin onu da vurğulamağı zəruri sayır ki, apellyasiya şikayətini cavabdeh (zamin) Cavabdeh1 imzalamış olsa da, lakin o, qətnamədən öz adından, yəni zamin qismində deyil də, borcalan müəssisənin rəhbəri qismində apellyasiya şikayəti vermişdir (apellyasiya şikayəti verən şəxs qismində borcalan müəssisə qeyd edilmiş, şikayət verilməsi üçün dövlət rüsumu müəssisənin adından ödənilmiş, apellyasiya şikayəti müəssisənin adından verilməklə rəhbəri Cavabdeh1 tərəfindən imzalanmışdır).
64. Nəzərə alınmalıdır ki, qətnamədən zaminlər apellyasiya şikayəti vermədiyindən qətnamə onlara aid hissədə yoxlanılmır (müştərək borcluluqdan irəli gələn hədd istisna olmaqla). Kollegiya bu qənaətini onunla əsaslandırır ki, iddianın əsas borcluya və zaminlərə qarşı yönəlmiş hissələri bir-biri ilə bağlı olmaqla mübahisənin predmeti bölünməz xarakterli olsa da, əsas borclunun verdiyi apellyasiya şikayətinə əsasən qətnamənin bütünlüklə və digər cavabdehlərə (zaminlərə) münasibətdə yoxlanılması onların hüquqlarına toxunan hal kimi qiymətləndirilir. Beləliklə, qətnamənin əsaslığı və qanuniliyi digər cavabdehlərə aid hissədə hazırkı apellyasiya baxışı çərçivəsində yoxlanılmır (müştərək borcluluqdan irəli gələn hədd istisna olmaqla).
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
65. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən yoxlanılan, yəni iddianın təmin edilmiş hissəsində Cavabdeh2 MMC-yə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
66. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, kreditor İddiaçı ASC ilə borcalan Cavabdeh2 MMC arasında (bundan sonra tərəflər) bağlanmış PBG2014/017H saylı xx.xx.2014-cü il tarixli bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusu (bundan sonra müqavilə) çərçivəsində tərəflər arasında xx.xx.2014-cü il tarixli PBG14-K0018 saylı maliyyələşdirmə üçün ərizə (maksimal borclanma limiti) və ona edilmiş xx.xx.2015-ci il tarixli 1 saylı əlavə, xx.xx.2015-ci il tarixli 2 saylı əlavə, xx.xx.2016-cı il tarixli 3 saylı əlavə, xx.xx.2015-ci il tarixli 4 saylı əlavə imzalanmış və bank tərəfindən borcalana xx.xx.2018-ci il tarixədək, illik faiz dərəcəsi 18 faiz, illik cərimə faizi 23 faiz olmaqla, mal qaranın alınması məqsədilə 750000 manat məbləğində birdəfəlik kredit verilmişdir; Tərəflər arasında bağlanmış PBG2014/017H saylı xx.xx.2014-cü il tarixli müqavilənin tərkib hissəsi olan xx.xx.2015-ciil tarixli PBG15-K0016 saylı maliyyələşdirmə üçün ərizə (maksimal borclanma limiti) və ona edilmiş xx.xx.2016-cı il tarixli 1 saylı əlavə çərçivəsində bank tərəfindən müxtəlif vaxtlarda borcalana aşağıda qeyd edilən şərtlərlə kreditlər verilmişdir: - xx.xx.2015-ci il tarixli PBG15-K0016/02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən xx.xx.2021-ci il tarixədək, illik faiz dərəcəsi 15 faiz, illik cərimə faizi 24 faiz olmaqla bank tərəfindən borcalana ******* manat məbləğində bərpa olunmayan kredit verilmişdir. Sonradan həmin kreditin şərtlərinin dəyişdirilməsi haqqında tərəflər arasında xx.xx.2016-cı il tarixli 1 saylı əlavə imzalanaraq kreditin müddəti xx.xx.2021-ci il tarixədək uzadılmış, kreditin illik faiz dərəcəsi 18 faiz, illik cərimə faizi isə 33 faiz həcmində müəyyən edilmişdir; xx.xx.2017-ci il tarixli PBG15-K0016/08 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən bank tərəfindən borcalana xx.xx.2017-ci il tarixədək, illik faiz dərəcəsi 18 faiz, illik cərimə faizi 180 faiz olmaqla öhdəliyin maliyyələşdirilməsi məqsədilə 890275,49 manat məbləğində birdəfəlik kredit verilmişdir; xx.xx.2017-ci il tarixli PBG15-K0016/09 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən bank tərəfindən borcalana xx.xx.2018-ci il tarixədək, illik faiz dərəcəsi 18 faiz, illik cərimə faizi 180 faiz olmaqla, öhdəliyin maliyyələşdirilməsi məqsədilə 571598,90 manat məbləğində birdəfəlik kredit verilmişdir; xx.xx.2017-ci il tarixli PBG15-K0016/10 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən bank tərəfindən borcalana xx.xx.2018-ci il tarixədək illik faiz dərəcəsi 18 faiz, illik cərimə faizi 180 faiz olmaqla, öhdəliyin maliyyələşdirilməsi məqsədilə ******* manat məbləğində birdəfəlik kredit verilmişdir; xx.xx.2017-ci il tarixli PBG15-K0016/11 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən bank tərəfindən borcalana xx.xx.2019-cu il tarixədək, illik faiz dərəcəsi 18 faiz, illik cərimə faizi 180 faiz olmaqla öhdəliyin maliyyələşdirilməsi məqsədilə 1047132.25 manat məbləğində birdəfəlik kredit verilmişdir; xx.xx.2017-ci il tarixli PBG15-K0016/12 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən bank tərəfindən borcalana xx.xx.2018-ci il tarixədək illik faiz dərəcəsi 18 faiz, illik cərimə faizi 180 faiz olmaqla, öhdəliyin maliyyələşdirilməsi məqsədilə 2 000 000 manat məbləğində birdəfəlik kredit verilmişdir; xx.xx.2017-ci il tarixli PBG15-K0016/13 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən bank tərəfindən borcalana xx.xx.2018-ci il tarixədək, illik faiz dərəcəsi 16 faiz, illik cərimə faizi 21 faiz olmaqla, dövriyyə vəsaitinin artırılması məqsədi ilə 655000 manat məbləğində kredit xətti açılmışdır. Müqavilədən irəli gələn öhdəliklərin icrasına təminatı olaraq Cavabdeh1 məxsus Bərdə rayonu Mehdili kəndində yerləşən 3,5 ha torpaq sahəsi 17505.2 kv.m ümumi sahədən ibarət əmlak kompleksi ilə birgə ipoteka qoyulmuş, Cavabdeh1 ilə İddiaçı ASC arasında zaminlik müqaviləsi bağlanmış, Cavabdeh3 məxsus Bərdə rayonu Mehdili kəndində yerləşən əmlak kompleksi kimi müəssisə 3,5 ha torpaq sahəsi ilə birgə İddiaçı ASC-nin xeyrinə yüklü edilmiş, Cavabdeh2 MMC-də olan Cavabdeh1 məxsus 2 pay təsis payı İddiaçı ASC-nin xeyrinə girov qoyulmuş, müxtəlif növ daşınar əmlaklar: mal ferması avadanlıqları, silos yem anbarı, soyutma otağı avadanlıqları, kəsim sexi avadanlıqları, izopanel soyutma sistemləri və s "xxxx" ASC-nin xeyrinə girov qoyulmuşdur. Borcalan kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədiyindən ona borcun ödənilməsi barədə xəbərdarlıq edilmiş, lakin müsbət nəticə olmamışdır. Ona görə də kreditor borcun tutulması və tutmanın ipoteka və girov predmetlərinə yönəldilməsi barədə hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.
67. Məhkəmə kollegiyası yoxlanılan hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, qətnamənin yoxlanılan hissələri üzrə ayrı-ayrılıqda hüquqi dəyərləndirmə aparılmalı və ilk növbədə qətnamənin kredit müqavilələri üzrə borc məbləğlərinin müəyyən edilməsi hissəsinə hüquqi qiymət verilməlidir.
68. İşin hallarından görünür ki, borcalan kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməmiş, nəticədə onların banka borcu yaranmışdır. Yəni, kreditor tərəfindən kredit verilən zaman gözlənilən nəticə borcalanın üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi üçün baş tutmamışdır. Bununla da kreditorun qanunla qorunan hüquqları pozulmuşdur. Nəticədə borcalanın kreditora faiz borcu yaranmışdır.
69. Kredit müqaviləsi üzrə əsas və faiz borcunun hesablanması məsələsinin həlli mühasibatlıq əməliyyatları aparılmasından keçir ki, bu da həmin sahədə xüsusi bilik tələb edən sualların cavablandırılmasını tələb edir. Bu hal isə MPM-nin 97.1-ci maddəsinə əsasən, həmin işlərə baxılarkən ekspertiza təyin olunması zərurətini doğurur.
70. Nəzərə almaq lazımdır ki, məhkəmə ekspertizası məhkəmənin (hakimin) icraatında olan işin halları barədə informasiya daşıyan maddi obyektlər, hadisələr və proseslər haqqında xüsusi elmi biliklər əsasında aparılan tədqiqatdır (Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında Qanunun 1-ci maddəsi).
71. Ümumiyyətlə, mülki işin icraatı zamanı ekspertiza mülki iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə elm, texnika və ya digər peşə sahələri üzrə, habelə müvafiq tədqiqatın metodikası üzrə xüsusi biliyə ehtiyac yarandıqda təyin edilməlidir. Qanunvericilikdə ekspertizanın keçirilməli olduğu xüsusi bilik sahələrinin dəqiq siyahısı göstərilməmişdir. Lakin mülki məhkəmə icraatı təcrübəsinin təhlili əsasında belə qənaətə gəlmək olar ki, hüquqi biliklər və hamı üçün aşkar olan ümumi məsələlər istisna olmaqla, xüsusi bilik tələb olunan istənilən halda ekspetiza təyin edilə bilər.
72. Qanunvericiliyin bu tələblərinə uyğun olaraq, birinci instansiya məhkəməsində icraat zamanı iş üzrə mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 sentyabr 2021-ci il tarixli 9/3577 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, PBG14-K0018 nömrəli maliyyələşmə üzrə 200036,89 manat əsas, 23204,29 manat faiz, 106552,60 manat cərimə borcu; PBG15- K0016/02 nömrəli maliyyələşmə üçün ərizə üzrə 3640432,72 manat əsas, 1269588,76 manat faiz, 808241,48 manat cərimə borcu; PBG15-K0016/08 nömrəli maliyyələşmə üçün ərizə üzrə 890 275,49 manat əsas, 17805,51 manat faiz, 578196,73 manat cərimə borcu; PBG15-K0016/09 nömrəli maliyyələşmə üçün ərizə üzrə əsas borc 570855,03 manat, faiz borcu 25688,48 manat, cərimə borcu 838272,22 manat; PBG15-K0016/10 nömrəli maliyyələşmə üçün ərizə üzrə ******* manat əsas, 86100 manat faiz, 838272,22 manat cərimə borcu; PBG15-K0016/11nömrəli maliyyələşmə üçün ərizə üzrə 1047132,25 manat əsas, 280809,34 manat faiz, 407652,42 manat cərimə borcu; PBG15-K0016/12 nömrəli maliyyələşmə üçün ərizə üzrə 1693980,42 manat əsas, 286282,69 manat faiz, 823731,41 manat cərimə borcu; PBG15-K0016/13 nömrəli maliyyələşmə üçün ərizə üzrə 654999,58 manat əsas, 61930,70 manat faiz, 269717,44 manat cərimə borcu mövcuddur.
73. Azərbaycan Respublikasının MPM-nin 76.2-ci maddəsində ekspertlərin rəyləri sübut növü kimi müəyyən olunmuşdur.
74. Həmin Məcəllənin 101.3-cü maddəsinin tələbinə görə, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
75. Məhkəmə kollegiyası rəyi işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, rəy əsaslıdır. Ekspert hesablama apararkən təqdim olunmuş mühasibatlıq sənədlərini və tərəflər arasında bağlanmış müqavilənin şərtlərini əsas tutmuşdur.
76. Apellyasiya şikayətində kredit müqaviləsi üzrə əsas və faiz borcunun düzgün hesablanmadığı göstərilsə də, lakin tədqiqat zamanı hansı yanlışlığa yol verilməsi konkret olaraq göstərilməmiş, habelə verilmiş rəyin əksini sübut edəcək sənədlər məhkəməyə təqdim edilməmişdir. Başqa sözlə, iş materiallarındakı mühasibatlıq ekspertizası rəyinin mötəbər sübut olmasını şübhə altına alacaq hər hansı hal mövcud deyildir. Gəldiyi bu qənaətin məntiqi davamı olaraq kollegiya iş üzrə əlavə mühasibatlıq ekspertizası təyin edilməsinə zərurət olmadığını vurğulayır. Çünki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində göstərilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Bundan əlavə, öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır (Mülki Məcəllə maddə 433.3-cü). Baxılan işdə cavabdeh tərəfindən edilmiş ödənişlər barədə apellyasiya şikayətinə mötəbər sübutlar (ödəniş qəbzləri, mədaxil orderləri və.s.) təqdim edilmədiyindən əlavə mühasibatlıq ekspertizasının təyin olunmasına da zərurət qalmır.
77. Digər tərəfdən qeyd edilir ki, mülki qanunvericiliyin tələblərinə görə kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.
78. İşin hallarından məlum olur ki, iddiaçı bank tərəfindən müqavilə öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək əsas kredit borcuna faiz hesablanmışdır. Belə ki, apellyasiya baxışı zamanı iddiaçı bank tərəfindən məhkəməyə 15 sentyabr 2025-ci il tarixli maliyyə arayışı təqdim edilmiş və həmin arayışda kredit mqavilələri üzrə faiz borc məbləğləri ayrı-ayrılıqda dəqiqliklə göstərilmişdir. Hansı ki, həmin faiz borcu məbləğləri ilə birinci instansiya məhkəməsi tərəfindən mühasibatlıq ekspertizası rəyi əsasında təyin edilmiş faiz borcu məbləğləri sistemli şəkildə tədqiq edildikdə məhkəmə tərəfindən müəyyən edilmiş faiz borclarının maliyyə arayışında göstərilən məbləğlə eynilik təşkil etməsi, başqa sözlə kredit müqaviləsi üzrə faiz borcunun müqavilə müddəti bitənədək hesablanmış olduğu müəyyən edilir.
79. Cərimə məbləğinin ödənilməsinin hüquqi əsasları kimi isə qeyd olunmalıdır ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
80. Həmin Məcəllənin 463.1-ci maddəsinə görə dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır.
81. Tərəflər arasında bağlanmış kredit müqavilələsindən görünür ki, dəbbə pulu barədə şərt mövcuddur.
82. Mülki Məcəllənin 465.2-ci maddəsində deyilir ki, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.
83. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi düzgün olaraq kredit müqaviləsi üzrə cərimə hesablanmasının mümkünlüyü barədə nəticəyə gəlmiş, eyni zamanda işin hallarını nəzərə alaraq, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən kredit müqavilələri üzrə cərimə məbləğlərini azaltmışdır. Məhkəmə tərəfindən müəyyən edilmiş məbləğdə dəbbə pulu işin hallarına görə tənasübsüz dərəcədə yüksək sayıla bilməz. Bu məbləğ işin hallarına, kreditin məbləğinə və kreditorun əmlak mənafeyinə uyğundur.
84. Şərh edilənləri ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi kredit müqavilələri üzrə əsas, faiz və cərimə borcunu düzgün müəyyən etmişdir və həmin hissədə qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün hər hansı hüquqi əsas yoxdur.
85. Kollegiya həmçinin ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunması ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi "xxxx" MMC tərəfindən verilmiş 25 avqust 2021-ci il tarixli rəyə istinadən Bərdə rayonu Mehdili kəndində 3.5 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 17505,2 kv.m olan əmlak kompleksi kimi müəssisənin tərkibində olan mal ferması avadanlıqlarının likvid dəyərini ******* manat, Bərdə rayonu Mehdili kəndində 3.5 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 17505,2 kv.metr olan əmlak kompleksinin likvid dəyərini isə ******* manat müəyyən etmişdir. Cavabdeh isə qətnamədən apellyasiya şikayəti verərək ipoteka və girov qoyulmuş əmlakların dəyərinin daha yüksək məbləğdə olduğunu bildirmişdir.
86. İpoteka (girov) predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi əmtəəşünaslıq fəaliyyəti aparılması zərurəti doğurduğundan və həmin sahədə xüsusi bilik tələb edən sualların cavablandırılmasına gərək olduğundan apellyasiya baxışı zamanı iş üzrə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsindən alınmış daşınmaz əmlakın qiymətləndirilməsinə dair 26 aprel 2023-cü il tarixli rəydə Bərdə rayonu Mehdili kəndindəki 3.5 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 17505,2 kv.m olan əmlak kompleksinin 16 noyabr 2022-ci il tarixə bazar dəyəri 11792300 manat, likvid dəyəri 10023455 manat göstərilmişdir.
87. Qeyd olunmalıdır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər o halda yüksək ola bilər ki, araşdırma zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olsun.
88. Kollegiya Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsindən alınmış daşınmaz əmlakın qiymətləndirilməsinə dair rəyi mötəbər sübut kimi qəbul etmir. Ona görə ki, rəydə qiymətləndirmə zamanı daşınmaz əmlak bazarında analoji əmlak komplekslərinin bazar dəyəri üçün əsas olan parametrlər və bazar trendinin nəzərə aılndığı göstərilsə də, lakin hansı analoji əmlak komplekslərinin bazar dəyərinin bu qiymətdə olmasını təsdiq edən sənədlər (məsələn elanlar, əmlak alqı-satqı səhifələrindəki paylaşımlar və s.) rəyə əlavə edilməmişdir. Rəydə əmlakın qiymətləndirilməsi ilə əlaqədar yerli baxış keçirildiyi qeyd edilmiş olsa da, lakin bu barədə sübutlar (əmlakın yerində müayinəsini əks etdirən foto şəkil, video yazı və s.) rəyə əlavə edilməmişdir. Bu səbəblərdən də kollegiya həmin rəyi mötəbər sübut kimi qiymətləndirməmişdir. Eyni zamanda, birinci instansiya məhkəməsinin istinad etdiyi rəydə göstərilən qiymətlə hazırkı alınmış rəydəki qiymət arasında (4500000 /********) kəskin (beş milyon manatdan çox) fərq vardır.
89. Ona görə də apellyasiya baxışı zamanı təkrar əmtəəşünaslıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 noyabr 2023-cü il tarixli 3-16-16/2-10/4600-4839 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Bərdə rayonu Mehdili kəndində 3.5 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 17505,2 kv.m olan əmlak kompleksinin torpaq sahəsi ilə birlikdə likvid dəyəri ******* manat, hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri isə təqribən ******* manatdır.
90. Kollegiya həmin ekspert rəyini mötəbər sübut olaraq qiymətləndirmişdir. Çünki, ekspertiza tədqiqatı Əmlakın Qiymətləndirilməsi Standartları üzrə Beynəlxalq Komitənin və “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun qiymətləndirmə metodlarından istifadə edilməklə əmlakın faktiki vəziyyətinə və bazar konyukturasına uyğun olaraq aparılmışdır.
91. Bununla belə, “ipoteka və girov qoyulmuş əmlakların dəyərinin daha yüksək məbləğdə olması” barədə apellyatorun dəlilinin daha da obyektiv araşdırılması məqsədilə yenidən iş üzrə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və "xxxx" MMC tərəfindən verilmiş 25 iyul 2025-ci il tarixli UNİ/İ-88-418-2025 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Bərdə rayonu Mehdili kəndindəki 3.5 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 17505,2 kv.m olan əmlak kompleksinin torpaq sahəsi ilə birlikdə 25 iyul 2025-ci il tarixə likvid dəyəri ******* manat, bazar dəyəri isə təqribən ******* manatdır; Bərdə rayonu Mehdili kəndində 3.5 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 17505,2 kv.metr olan əmlak kompleksi kimi müəssisənin tərkibində olan mal ferması avadanlıqlarının likvid dəyəri 908190 manat müəyyən edilmişdir.
92. Kollegiya sonuncu alınan ekspert rəyini də mötəbər übut olaraq qiyməndirərək qeyd edir ki, tədqiqat zamanı əmlakın bazarının vəziyyətini xarakterizə edən operativ məlumatlardan əmlaka olan tələb və təklifdən, eləcə də digər mənbələrdən əldə edilmiş real bazar məlumatlarından istifadə edilmişdir. Bundan başqa, əmlaka vizual baxış keçirilməklə əmlakın bazar dəyərinə müsbət və mənfi təsir göstərən amillər nəzərə alınaraq onun dəyəri (bazar və likvid) müəyyən edilmişdir. 93 Qeyd edilənlərlə bağlı məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, cavabdeh tərəf apellyasiya şikayətinin dəlillərində ipoteka (girov) predmetinin dəyərinin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş qiymətdən yüksək olduğunu bildirsə də, lakin iş üzrə alınmış və mötəbər sübut kimi qiymətləndirilmiş ekspert rəyi ilə əmlakların ilkin satış qiymətinin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş qiymətdən aşağı məbləğdə olduğu müəyyən edilmişdir.
94. Apellyasiya baxışı zamanı Məhkəmə Ekspertizası Mərkəzi və "xxxx" MMC-dən alınmış əmtəəşünaslıq ekspertizası rəyi mötəbər sübut olaraq qəbul edilsə də, lakin ipoteka və girov predmetinin ilkin satış qiyməti həmin rəylərə əsasən dəyişdirilə bilməz. Ona görə ki, birinci instansiya məhkəməsi tərəfindən ipoteka predmetinin dəyəri ******* manat, girov predmetinin dəyəri isə ******* manat müəyyən edilmiş və ipoteka (girov) saxlayan (kreditor) qətnamədən apellyasiya şikayəti verərək əmlakların dəyərinin azaldılmasını məhkəmədən xahiş etməmişdir. Borclu ipoteka (girov) predmetinin real bazar dəyərinin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş qiymətdən yüksək olduğuna əsaslanaraq qətnamədən apellyasiya şikayəti vermişdir. Yəni, apellyasiya baxışının predmetini cavabdehin apellyasiya şikayəti üzrə ipoteka (girov) predmetinin dəyərinin məhkəmə tərəfindən müəyyən edilmiş qiymətdən yüksək məbləğdə olub-olmamasının araşdırılması təşkil etmişdir. Bu halda apellyasiya baxışının predmeti olmayan məsələ üzrə araşdırma aparılması istisna təşkil edir. Məhkəmə kollegiyasının bu mövqeyi dispozitivlik prinsipindən qaynaqlanır.
95. Apellyasiya icraatında dispozitivlik prinsipi özünü onda biruzə verir ki, birincisi, apellyasiya icraatı yalnız apellyasiya şikayəti əsasında başlanılır. Belə şikayət olmadığı halda apellyasiya icraatı başlanıla bilməz. ikincisi, apellyasiya şikayətini vermiş şəxs işin apellyasiya instansiyasında baxılma hədlərini müəyyən edir.
96. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” – “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” – “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir.
97. MPM-in 372.6-cı maddəsi apellyasiya şikayəti əsasında qətnamənin əsaslılığının yoxlanılması ilə bağlı apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini müəyyən etmişdir. Bu hədlər isə apellyasiya şikayətinin dəlillərindən asılı olaraq müəyyən edilir.
98. Beləliklə, kollegiya birinci instansiya məhkəməsinin əmlaka müəyyənləşdirdiyi qiymətin apellyatorun mənafeyinə daha uyğun olduğunu və iddiaçı təşkilatın həmin qiyməti mübahisələndirmədiyini nəzərə alaraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsasında qətnamənin ipoteka və girov predmetinin ilkin (likvid) satış qiyməti ilə bağlı hissədə dəyişdirilməsinə əsaslar yoxdur və qətnamə apellyasiya şikayətinə münasibətdə həmin hissədə də dəyişdirilmədən saxlanılmalıdır.
99. Bundan əlavə, işdən müəyyən olunur ki, apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının ümumi dəyəri 1600 manat olmaqla, həmin məbləğin 100 manat hissəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə, qalan 1500 manat isə "xxxx" MMC-yə ödənilməlidir. Kollegiyanın qənaətinə görə ekspertiza tədqiqatının dəyəri 1600 manat cavabdehlərdən müştərək qaydada tutulmalıdır.
100. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdeh2 MMC-nin rəhbəri Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2nə, Cavabdeh1 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə əsas borcun, ona hesablanmış faizlərin və cərimənin cavabdehlərdən tutulması, borcun ipoteka və girov predmentlərinə yönəldilməsi tələbinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(115)-29/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya icraatı zamanı keçirilmiş məhkəmə əmtəəşünaslıq-qiymətləndirmə ekspertizasının xərci olaraq cavabdehlərdən müştərək qaydada 100 (bir yüz) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ013601**********3944 SFİFT BİK CTREAZ 22 saylı hesab), 1500 (bir min beş yüz) manat tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN: **********, Hesab № AZN: AZ77AİİB400600C**********218, Bank: KapitalBank ASC Bravo 3 filialı, VÖEN: **********, müxbir hesab: AZ37NABZ013501**********1944, filialın kodu: 201296; SWİFT kod: AİİBAZ2XXXX) ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.