Məhkəmə qərarları › İş №2-2(104)-30/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-30/2024

10.10.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-30/2024 10.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və X2 ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı vəkili Vəkil iştirakı ilə, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(115)-28/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: 2018-ci il 21 dekabr tarixli, GA-671 nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə” müqavilədən görünür ki, Paylayıcı müqavilə şərtlərinə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba ödəməyi öhdəsinə götürmüşdür. 2021-ci il 10 fevral tarixli aktın surətindən görünür ki, mütəxəssislərin İddiaçı məxsus Şəmkir rayonu, Qapanlı kəndində yerləşən istixanasına keçirilmiş baxışı nəticəsində sonuncunun təqribən 200 tona yaxın məhsulunun itkiyə getməsi qeyd olunmuşdur. Şəmkir RİHB Qapanlı kənd İƏD üzrə nümayəndəliyinin 2021-ci il 23 fevral tarixli, 08 nömrəli məktubunda və Şəmkir rayon Qapanlı bələdiyyəsinin 2021-ci il 23 fevral tarixli, 13 nömrəli məktubunda 2021-ci ilin fevral ayında istixanalarda pomidor məhsulunun 1 kiloqram qiymətinin 1,8-2 manat olması qeyd olunmuşdur. 2021-ci il 5 fevral tarixli aktda qeyd olunmuşdur ki, iddiaçıya məxsus istixanaya baxış keçirilərkən 50103 ədəd pomidor ştili müəyyən olunmuş, aparılan hesablamalar zamanı istixanada 220 ton məhsul olduğu müəyyən edilmişdir. 2020-ci il 19 oktyabr tarixli razılaşma protokolunda abonent İddiaçı təbii qazdan istifadəyə görə Cavabdeh İB-nə 60922,80 manat borcunun olması, həmin borcdan 36488 manatının ödənildiyi, 2020-ci ilin 10 noyabr ayınadək 12217,40 manat, dekabrın 1-dək isə 12217,40 manatın ödənilməsinin öhdəsinə götürdüyü qeyd olunmuşdur. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA ******* seriya və nömrəli çıxarışın surətindən görünür ki, Şəmkir rayonu, Qapanlı kəndində 3,1402 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi X5 mülkiyyətindədir və işin materiallarında olan etibarnamənin surətindən görünür ki, X1 Məhərrəm Musa oğluna əmlakın üzərinə sərəncam verilməsi ilə bağlı etibarnamə vermişdir. “Qaz təminatının dayandırılması haqqında” 2021-ci il 4 fevral tarixli, ******* nömrəli aktın surətindən görünür ki, fiziki şəxs İddiaçı məxsus istixanaya qazın verilişi qaz sayğacı 2021-ci il 4 fevral tarixində dayandırılmışdır. Cavabdeh İB-nin X24 İstismar İdarəsinin İddiaçı təqdim etdiyi ******* nömrəli bildirişxəbərdarlığın məzmunundan görünür ki, abonentin 2020-ci il 1 dekabr tarixinə qədər hesablanmış 31038.80 manat borcunu 3 gün ərzində ödəməsi ondan tələb olunmuşdur. Həmin bildiriş-xəbərdarlıq 2021-ci il 18 yanvar tarixində İddiaçı imza etdirilməklə ona təqdim olunmuşdur. Həmin bildiriş vasitəsilə İddiaçı diqqətinə çatdırılmışdır ki, göstərilən borc ödənilmədiyi halda təbii qazın verilişini “X10” nın 6.1.4-ci bəndinə əsasən dayandırılacaqdır. X25 İnkişaf Mərkəzinin mütəxəssisləri tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli rəydə qeyd olunmuşdur ki, İddiaçı istifadəsində olan Şəmkir rayonu Qapanlı kəndi ərazisində yerləşən istixanada əkilən pomidor və xiyar bitkiləri (F1 sortları üzrə) aqrotexniki qaydalara uyğun olaraq əkilib becərilərsə, xəstəlik və zərərvericilərə qarşı vaxtında mübarizə tədbirləri aparılarsa əkilən sorta uyğun götürüləcək məhsuldarlıq aşağıda göstərildiyi kimidir. Qış mövsümü dövründə istixana temperaturu 22-30 dərəcə arasında olmalıdır. Belə ki, yuxarıda qeyd edilən qaydada istixana şəraitində əkilən bitkilərdə becərmə və digər qulluq işləri optimal müddətdə aparılarsa 1 hektar xiyardan 100-110 ton, 1 hektar pomidordan isə 110-130 ton məhsul əldə edilə bilər. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/5134 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, mülki iş materiallarında göstərilən pomidorun 1 kiloqramının 2021-ci ilin mart – iyun aylarında olan orta bazar qiyməti nəzəri qaydada təxminən 1,50 manat müəyyən edilir. xx.xx.2021-ci il tarixli, 02-99/21 nömrəli ekspert rəyindən görünür ki, tədqiqat obyektinin ümumi sahəsi 2.5 hektardır və onun 2 hektar ərazisində pomidor yetişdirilir. Birinci instansiya məhkəməsində icraat İddiaçı (bundan sonra-“iddiaçı”) 2021-ci il 26 fevral tarixində Cavabdehnə (bundan sonra-“cavabdeh”) qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən iddiaçının istifadəsində olan istixanaya qaz verilişinin dayandırılması səbəbindən vurulmuş ziyan olaraq 442927 manat pulun tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının istifadəsində olan istixananın qaz təminatının dayandırılması nəticəsində yetişmək üzrə olan 200000 ton məhsul məhv olmuş, bunun qarşısını almaq üçün cavabdeh orqana müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Beləliklə, 2021-ci ilin yanvar-fevral aylarında orta hesabla bazar qiyməti 1 manat olan 200000 manatlıq məhsul cavabdehin qanuna zidd fəaliyyəti nəticəsində məhv olmuşdur. Yetişdirilmiş pomidor məhsulunun 5 aydan artıq müddətə əkilməsi, becərilməsi, aqrotexniki qulluq edilməsinə görə xərclər çəkilmişdir. Belə ki toxumun alınmasına görə 14773 manat, şitil 7400 manat, elektrik enerjisinin istehlakına görə 6500 manat, qaz istehlakına görə 59.099 manat, kokobit 52000 manat, salafanın yuyulması 1000 manat, gübrə 60500 manat, aqronom üçün əmək haqqı 8500 manat olmuşdur. Beləliklə cavabdehin təqsiri üzündən vurulmuş maddi ziyanın məbləği mülkiyyətində olan istixanada yetişdirilmiş pomidor məhsulunun yetişdirilməsi üçün çəkilmiş xərc cəmi 242927 manat və məhv edilmiş pomidor məhsulun dəyəri ilə birlikdə 442927 manat təşkil edir. Cavabdeh tərəfindən 2021-ci il 6 may tarixində təqdim edilmiş, iddia ərizəsinə dair yazılı etirazda qeyd göstərilmişdir ki, tərəflər arasında bağlanmış 2018-ci il 21 dekabr tarixli müqaviləyə əsasən Şəmkir rayonu Qapanlı kəndində yerləşən iddiaçının adına Şəmkir RQİİ-də qeydiyyata alınmış istixanada təbii qazdan istifadə nəticəsində 60922,80 manat məbləğində debitor borc yaranmışdır. Həmin borcdan ilkin olaraq 36488 manat ödəniş aparılması, qalan 24434,80 manat hissə-hissə, yəni 2020-ci il 10 noyabr tarixinədək 12217,40 manat, 2020-ci il 1 dekabr tarixinədək 12217,40 manat debitor borcun ödənilməsi öhdəliyi nəzərdə tutulmuşdur. Buna baxmayaraq iddiaçı tərəf üzərinə götürdüyü öhdəliyi pozmaqla, qanunvericiliyin tələblərinə məhəl qoymamışdır. Eyni zamanda iddiaçı tərəf iddia ərizəsinin əsası kimi istixananın qaz təminatının xəbərdarlıq edilmədən dayandırıldığını bildirmişdir. Lakin əslində ünvanın qaz təminatı hər ay üzrə təqdim edilən bildiriş-xəbərdarlıqlarda borcun bir ay müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə ünvanın qaz təminatı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli Qərarına uyğun olaraq dayandırılacağı bildirilmişdir. Sonuncu bildirişxəbərdarlıq 2021-ci il 18 yanvar tarixində təqdim edilmiş, ödəniş aparılmadığından Nazirlər Kabinetinin 80 saylı Qərarının icrası olaraq qaz təminatı dayandırılmışdır. Gəncə Kommersiya Məhkəməsinin 2021-ci il 24 may tarixli, e-2-2(115)- 327/2021 saylı qərardadı ilə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və 2021-ci il 29 iyul tarixli 4/878 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, 2021-ci il 18 yanvar tarixli ******* nömrəli bildiriş-xəbərdarlığın aşağı hissəsində “İddiaçı” yazılarının qarşısında olan imza İddiaçı tərəfindən icra olunmuşdur. Gəncə Kommersiya Məhkəməsinin 2021-ci il 9 sentyabr tarixli, e-2-2(115)- 327/2021 saylı qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi "xxxx" MMC-yə həvalə edilmişdir. Həmin qərardadın icrası qaydasında "xxxx" MMC tərəfindən verilmiş, 2021-ci il 6 dekabr tarixli 02-99/21 nömrəli rəydə qeyd olunmuşdur ki, Şəmkir rayonu, Qapanlı kəndində İddiaçı məxsus müasir tipli istixanada aqrotexniki qaydalara riayət etməklə Pink Chempion növü üzrə 200,7 ton və daha artıq pomidor yetişdirmək mümkündür, 2021-ci ilin mart-aprel aylarında pomidorun bazar qiyməti orta hesabla 1 kiloqram 1,2 manat təşkil etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 2022-ci il 1 fevral tarixli, e-2-2(115)- 28/2022 saylı qətnaməsi ilə (hakim- K.Vəliyev) iddia tələbi qismən təmin edilmiş, cavabdehdən 200000 manat vəsaitin tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə 138 manat ekspertiza xərcinin iddiaçıdan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi, iş üzrə 300 manat ekspertiza xərcinin 200 manat hissədə cavabdehdən, 100 manat hissədə iddiaçıdan tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin öz mövqeyini onunla əsaslandırmışdır ki, “X10”nın 6.1.4-ci bəndinin tələbindən göründüyü kimi cavabdeh qazın verilişini 2021-ci il 18 fevral tarixindən sonra dayandıra bilərdi. Lakin cavabdeh mövcud Qaydaların tələblərini pozaraq, bildirişxəbərdarlıq verildiyi gündən başlayan bir ay müddətin keçməsini gözləmədən 2021ci il 4 fevral tarixində istixanaya verilən təbii qazın verilişini dayandırmışdır. İşin hallarından göründüyü kimi cavabdehin təbii qazın verilişini dayandırmaq hüququ 18 fevral tarixindən sonra yarana bilərdi, ancaq 4 fevral tarixində onun belə bir hüququ olmamışdır. İddiaçı həmin bildiriş-xəbərdarlığın məzmununa ümid edərək mövcud borcu bir aylıq müddətin son günündə də ödəməyi planlaşdıra bilərdi. Lakin cavabdehin hərəkəti nəticəsində vəziyyət dəyişmiş və bu mümkün olmamışdır. Qeyd olunanlara əsasən cavabdehin hərəkəti hüquqazidd sayılır. Həmçinin, qeyd edilən qaydalarda söhbət qazın sayğacla müəyyənləşdirilən hesabından gedir. Hazırkı iş üzrə də abonentin saldosundan məlum olur ki, onun borcu sayğacla müəyyənləşdirilən olmuşdur. Bu hal bir daha müəyyən edir ki, bir aylıq müddət gözlənilməli idi. Məhkəmə həmçinin qeyd etmişdir ki, “X10”nın 6.1.4-ci bəndinin tələbində qazın verilişinin dayandırılması heç də məcburi şərt kimi nəzərdə tutulmamışdır. Bu norma dispozitiv xarakter daşımaqla tərəfə şəraitə uyğun davranmaq imkanını verir. Qazın verilişinin dayandırılması borcun ödənilməsi üçün görülə bilən təsir tədbiridir. Tədbir o halda uğurlu sayılır ki, onun həyata keçirilməsi zamanı yaranan mənfi nəticə müsbət nəticəni üstələməsin. Hazırkı iş üzrə cavabdehin gördüyü tədbirin nəticəsi faydalı deyil, zərərli olmuşdur. Belə ki, sahibkarın 200000 manatlıq məhsulu zay olmuş və bu səbəbdən də o, gəlir əldə edə bilməmişdir. 2021-ci ilin fevral ayında qazın verilişinin dayandırılması 31038 manat borca görə olduğu halda, abonentin saldosundan göründüyü kimi dayanmadan sonra da ödəniş olmamış, borc məbləği daha da artaraq həmin ilin avqust ayına 74431 manat olmuşdur. Göründüyü kimi cavabdehin həyata keçirdiyi tədbir şəraitə və zamanına uyğun olmadığından, tədbirin nəticəsi iddiaçıya münasibətdə zərərli olmuş, onun vəziyyətini daha da ağırlaşdırmışdır. Belə ki, sahibkar məhsulu yetişdirib sata biləcəyi halda cavabdehə olan borcunu ödəmək üçün yetərli pul vəsaiti əldə etmiş olardı. Lakin cavabdehin gördüyü tədbir bunun qarşısını almış, nəticədə 31038 manat borc yenə də ödənilmədən qalmış, həmçinin iddiaçını əlavə zərərə məruz qoymuşdur. Qazın verilişinin dayandırılması nəticə etibarı ilə sahibkara münasibətdə zərərli, cavabdehə münasibətdə isə səmərəsiz olmuşdur. Məhkəmə qanunazidd hərəkət ilə zərərin yaranması arasında səbəbli əlaqə üzrə onu qeyd etmişdir ki, sübuta ehtiyacı olmayan haldır ki, qış mövsümündə tərəvəz yalnız istixana şəraitində yetişə bilər. Hazırkı iş üzrə iddiaçıya məxsus istixanada da isti temperaturun yaranmasına təbii qazla işləyən sobaların işləməsi vasitəsilə nail olunmuşdur. Bir halda ki, məhsulun yetişməsi üçün normal hava şəraiti təbii qazın verilişindən asılı olmuşdur, deməli təbii qazın verilişi dayandırılacağı halda bu hava şəraiti soyumağa doğru kəskin dərəcədə pisləşir. Belə olan vəziyyətdə istixanada olan tərəvəzlərin məhv olması halı mütləq və qaçılmazdır. Zay olmuş məhsulun həcmi və dəyəri iş üzrə sübutlarla öz təsdiqini tapmışdır. İddiaçıya məxsus istixanada becərilmiş məhsulun məhv olması ilə cavabdeh müəssisənin qazın dayandırılması arasında birbaşa səbəbli əlaqə mövcuddur. Odur ki, iddia tələbinin məhsulun zay olmasına görə tələb olunan 200000 manat hissəsi əsaslıdır. Məhkəmə iddia tələbinin təmin edilməli olmayan hissəsini onunla əsaslandırmışdır ki, tələbin məzmunundan göründüyü kimi ziyan məbləğinin bir hissəsi məhsulun yetişdirilməsinə çəkilən xərclərdən, 200000 manat hissəsi də yararsız vəziyyətə düşmüş məhsulun belə vəziyyətə düşmədiyi halda olan bazar dəyəri ilə bağlıdır. Təbii qazın verilişinin dayandırılmayacağı halda iddiaçının məhsulun becərilməsi üçün çəkdiyi xərclər və gördüyü işlər müqabilində həmin məhsulun satışından 200000 gəlir əldə edə bilərdi. O, bu gəlirindən məhrum olmuşdur. Məhsulun becərilməsinə çəkilən xərclər gözlənilən gəlirin əldə olunması hesabına əvəzlənir. Cavabdeh iddiaçıya 200000 manat ödəcəyi halda iddiaçının gözlədiyi, lakin əldə edə bilmədiyi əldən çıxmış olan məbləğ bərpa olunmuş və tamamlanmış sayılır. Odur ki, iddiaçı məhsulun yetişdirilməsi üçün çəkmiş olduğu xərcləri cavabdehdən tələb etməkdə haqlı olmamışdır. Məhkəmə gəldiyi nəticəni MM-in 13, 16, 21, 23.1, 385.1, 560.1 və 560.2-ci, MPM-in 14.2, 77.1, 78.1, 88, 124.1, 124.3 və 217.4-cü maddələrinə, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 26-cı maddəsinə, “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 12-ci maddəsinin 1-ci bəndinə, “X10”nın 6.1.4-ci bəndinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2002-ci il 31 may tarixli qərarına istinad etməklə əsaslandırmışdır. Apellyasiya şikayətinin dəlilləri Qeyd olunan qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, iddiaçı tərəfindən istehlak olunmuş qazın 2019-2020-ci illər üzrə dəyəri aylarla və ya tam olaraq ödənilməmişdir. Nəticədə onun 2020-ci il hesabat ilinin yekununa 55002,20 manat debitor borcu yaranmışdır. Abonentə borcun ödənilməsi üçün rəsmi qaydada bildiriş təqdim edilmiş və əks halda qaz təminatının dayandırılacağı xəbərdar edilmişdir. Lakin abonent tərəfindən geri qalan 31038,80 manat borc ödənilməmişdir. İddiaçı tərəfındən qaz təminatının əsassız olaraq dayandırılması üzrə hər hansı sübut təqdim edilməmişdir. Əksinə onlar tərəfındən təqdim sübutlar üzrə təbii qazın verilməsinin dayandırılmasının qanuni olması aşkar edilmişdir. Onlar tərəfindən verilmiş vəsatətlər aydınlaşdırılmamışdır. Belə ki, iddiaçının iddia etdiyi məhv olmuş əmlakın məhvolma səbəbinin nədən ibarət olması, hansı formada və hansı şəraitdə məhv olması (məhv olmuş məhsulun istixana şəkilləri) ilə bağlı heç bir sübut təqdim edilməmişdir. Apellyasiya instansiyası məhkəməsində birinci icraat Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2022-ci il 6 iyun tarixli, 2-2(104)-97/2022 saylı qətnaməsi ilə (sədrlik edən-məruzəçi hakim Ə.Abdullayev, hakimlər Ş.Rzaquliyev və A.İsgəndərova) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi-iddianın təmin edilmiş hissəsi ləğv edilmiş, həmin hissə üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi rədd olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, işin mübahisəsiz halıdır ki, cavabdeh tərəfindən təbii qazın verilməsi dayandırılmışdır. Lakin bu zaman iddiaçıya həqiqətən də ziyan dəymiş olsa belə, cavabdehin maddi ziyan üçün məsuliyyət daşıması üçün hərəkətlərinin qanuna zidd olması gərəklidir. Əks halda cavabdehin hər hansı iddiaçıya dəymiş maddi ziyana görə məsuliyyətindən söhbət gedə bilməz. Qeyd olunan halın araşdırılması üzrə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında tərtib edilmiş 2020-ci il 19 oktyabr tarixli razılaşma protokolunda abonent İddiaçı təbii qazdan istifadəyə görə cavabdehə 60922,80 manat borcu olması (protokolun 1.1-ci yarımbəndi), həmin borcdan 36488 manatının ödənildiyi qeyd edilmiş, o, 2020-ci ilin noyabr ayının 10-dək 12217,40 manat, dekabrın 1-dək isə 12217,40 manatın ödənilməsini öhdəsinə götürmüşdür (protokolun 1.2-ci yarımbəndi). Həmçinin, protokolda qeyd edilmişdir ki, “istehlakçı”ya hesab-faktura təqdim edildikdən sonra təbii qazın sərfiyyatı və bu Razılaşma Protokolunun 1.2-ci yarımbəndinin tələblərinə uyğun olaraq qalıq borcu üzrə ödəniş etmədiyi təqdirdə təbii qazın verilişinin dayandırılacağını qəbul edir və bununla bağlı cavabdehə qarşı heç bir tələb irəli sürməyəcəyini bildirir (protokolun 1.3-cü yarımbəndi). Həmin protokol iddiaçı tərəfindən imza edilərək şərtləri qəbul edilmişdir. Bundan başqa, müəyyən edilmişdir ki, 2020-ci il 9 dekabr tarixində iddiaçının özünün iştirakı ilə qaz sayğacına cavabdehin əməkdaşı tərəfindən baxış keçirilmiş, baxış nəticəsində əvvəlki ayda qaz sərfiyyatının 90645 kub metr olduğu müəyyən edilərək bu barədə iddiaçı tərəfindən də imza edilməklə akt tərtib edilmiş, qeydə alınmış qaz sərfiyyatına görə məbləğ 1 kub metr 0,2 manat olmaqla 18129 manat təşkil etmişdir ki, həmin məbləğ də iddiaçı tərəfindən onunla cavabdehin arasında bağlanmış razılaşma protokoluna əsasən əvvəlki borcun qalan hissəsi ilə birlikdə bir ay müddətində ödənilməli idi. Həmçinin müəyyən edilmişdir ki, cavabdeh orqan tərəfindən 2020-ci il 1 dekabr tarixinə iddiaçı tərəfindən istifadə etdiyi 18129 manat məbləğində 90645 kub metr həcmində qaz sərfiyyatı və ödəniləcək məbləğ barədə tərtib edilmiş EBAV seriyalı, 740363 nömrəli elektron qaiməni onun vergi orqanının elektron informasiya sistemindəki elektron kabinetinə 2021-ci il 5 yanvar tarixində yerləşdirməklə iddiaçını 2020-ci ilin noyabr ayında istifadə edilən qazın sərfiyyatı və ödəniləcək məbləğ barədə rəsmi qaydada məlumatlandırmışdır. İddiaçının 2020-ci ilin noyabr ayında 18129 manat məbləğində 90645 kub metr təbii qazdan istifadə etməsi, onun 2020-ci il 1 dekabr tarixə qaz sərfiyyatına görə 34038,80 manat borcunun olması, həmin ay borcun 3000 manatını ödədikdən sonra 31038,80 manat məbləğində borcunun qalması işin materiallarında olan abonentin saldosundakı məlumatlarla da təsdiq olunur. Həmçinin, cavabdeh tərəfindən iddiaçıya borcunun ödənilməsi, əks halda təbii qazın axımının dayandırılması barədə bildirişxəbərdarlıq göndərilmiş və iddiaçı tərəfindən bu əldə edilmişdir. Həmin bildirişdə də iddiaçının borcunun göstərilən tarixə 31038,80 manat təşkil etdiyi göstərilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən istifadə edilmiş qazın dəyəri ödənilmədiyi üçün, cavabdeh tərəfindən isə qazın axımının kəsilməsi üzrə qanunvericiliklə müəyyən edilmiş bütün prosedurlara riayət edildiyindən iddiaçıya dəymiş maddi ziyan üzrə cavabdehin məsuliyyət daşıması nəticəsinə gəlinməsi əsassızdır. Eyni zamanda, hazırkı iş üzrə cavabdehin bilərəkdən (qəsdən) iddiaçıya ziyan vurulmasında ifadə olunan qanunsuz hərəkətlərə yol verməsi təsdiq olunmur. Məhkəmə gəldiyi nəticəni MM-in 21.1, 21.2, 1096.1 və 1096.2-ci, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 1, 8 və 11-ci maddələrinə, “X10”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 saylı Qərarının 5.2, 5.5 və 6.1-ci bəndlərinə istinad etməklə əsaslandırmışdır. İddiaçı tərəfindən həmin qətnamədən 2022-ci il 12 avqust tarixində verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar çıxarılması xahiş edilmişdir. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının 2022-ci il 7 dekabr tarixli, 2-2(102)-651/2022 nömrəli qərarı ilə (sədrlik edən hakim – K.Abiyeva, hakimlər – B.Qəribov və V.Həsənov) iddiaçının kassasiya şikayəti təmin edilməklə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunmuş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən qazın verilməsinin dayandırılması ilə bağlı “X10”nın 6.7-ci bəndində müəyyənləşdirilmiş imperativ tələb yerinə yetirilməmişdir. Belə ki, həmin bəndin tələbinə görə qazın verilməsinin dayandırılması hər bir halda (Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. İşin materiallarına iddiaçıya məxsus obyektə, iddiaçının iştirakı ilə qazın verilməsinin dayandırılmasına dair akt da əlavə edilməmişdir. Həmçinin tərəflər arasında imzalanmış razılaşma protokolunun 1.3-cü bəndində də təbii qazın verilməsinin dayandırılması hesab-faktura təqdim olunduqdan sonra iddiaçı tərəfindən ödəniş edilməməsi ilə şərtləndirilmişdir. Bu isə cavabdeh tərəfindən iddiaçıya qaz sərfiyyatına dair hesab-faktura göndərilməsi öhdəliyini nəzərdə tutmaqla, qazın verilişinin dayandırılmasının qanunvericiliklə müəyyənləşdirilmiş imperativ tələblərinə əməl edilməsini istisna etmir və həmin tələblərin pozulmasına haqq qazandırmamışdır. Cavabdehin hərəkəti ilə vurulmuş ziyan arasında səbəbli əlaqəyə gəldikdə, apellyasiya instansiyası məhkəməsi qazın kəsilməsinin qanunsuz olmasına dair iddiaçının dəlillərini əsassız hesab etdiyi üçün, həmin qiymətləndirmənin davamı olaraq müvafiq səbəbli əlaqənin olub-olmamasına ümumiyyətlə toxunmamışdır. Qeyd olunan məsələyə birinci instansiya məhkəməsi qətnaməsində hüquqi qiymət verilərək, belə səbəbli əlaqənin mövcud olması qənaətinə gəlinmişdir. İşin yeni apellyasiya baxışı zamanı cavabdeh tərəfindən iddiaçıya məxsus istixanaya qaz verilişinin dayandırılmasının qanunvericiliyin tələblərinin pozulması ilə həyata keçirilməsi də nəzərə alınmaqla, birinci instansiya məhkəməsinin mövqeyinə MPM-nin 372-ci maddəsinin tələbləri qaydasında hüquqi qiymət verilməli, ziyanın miqdarı ilə bağlı işin materiallarında olan sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilməlidir. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni əsaslandırmaq üçün MM-in 13, 16.1, 21.1, 21.2, 21.3, 23.1, 385.1, 560.1, 560.2 və 1096.1-ci, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 1, 8 və 11-ci maddələrinə, “X10”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 saylı Qərarının 3.1.4, 3.1.5, 5.2, 5.5, 6.1 və 6.1.4-cü bəndlərinə, MPM-in 14.2, 77.1, 78.1 və 88ci maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2023-cü il 12 may tarixli, 2-2(104)-109/2023 nömrəli qətnaməsi ilə (sədrlik edən hakim – A.Hüseynzadə, hakimlər – L.Süleymanov və İ.Həsənov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi təmin olunmamış və ekspertiza xərcləri iddiaçıdan tutularaq Məhkəmə Ekspertiza Mərkəzlərinə ödənilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində ona maddi zərər dəyməsini məhkəmədə sübuta yetirə bilməmişdir. Belə ki, iddiaçı qaz təchizatının dayandırılması nəticəsində istilikxanasındakı istiliyin aşağı düşməsi səbəbindən pomidor məhsulu verən bitkilərinin donvurmadan məhv olduğunu iddia etməklə, bu barədə məhkəməyə yalnız Azərbaycan Respublikası Aqrar Universitetin dosentləri və kafedra müdiri tərəfindən tərtib olunmuş 2021-ci il 10 fevral tarixli aktı təqdim etmişdir ki, həmin akt işin digər halları ilə birlikdə qiymtələndirildikdə iddiaçıya zərərin vurulmasını təsdiq edəcək qədər mötəbər sübut olmamışdır. İddiaçı qaz təchizatı dayandırıldıqdan 1 gün sonra istilikxanadakı bitkilərin məhv olacağını yəqin etməklə, cavabdehdən gələcəkdə düşəcəyi zərər məbləğini tələb edə bilməsi üçün müvafiq sübutlarını toplamağa başlamışdır. Lakin, iddiaçı istər 2021-ci il 5 fevral tarixli, istərsə də 2021-ci il 10 fevral tarixli aktı tərtib edərkən gələcəkdə zərər məbləği tələb edəcəyi cavabdehə hər hansı bir xəbərdarlıq etməmiş və ya məlumat verməmişdir. Hərçənd ki, istilikxanadakı bitkilərin məhv olmasını təsdiq edən 2021-ci il 10 fevral tarixli aktı tərtib edilərkən iddiaçının ona zərər vurduğunu iddia etdiyi cavabdehə zərərin dəyməsinin təsdiqlənməsi üçün iştirakının təmin olunmasını təklif etməsi daha məntiqli olardı. Həmçinin, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, 2021-ci il 10 fevral tarixli aktın qoşması olan və iş materiallarına əlavə edilmiş fotoşəkillərdə bitkilərin donvurmaya məruz qalması açıq-aydın müşahidə olunmamışdır. İddiaçı qaz təchizatının dayandırıldığı gündən etibarən gələcəkdə ona dəyəcək zərəri təsdiq edə bilməsi üçün sübutlar toplamağa başlasa da istilikxanadakı bitkilərin tam məhv olması və ya həmin bitkilərin istilikxanadan çıxarılması ilə bağlı müvafiq sübutları əldə etməmişdir. İddiaçı həmin halları fotoşəkil və ya videogörüntü vasitəsi ilə təmin edə bilərdi. Məhkəmənin təklifinə əsasən iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə 9 ədəd fotoşəkil təqdim olunmuşdur ki, iddiaçı həmin fotoşəkildəki görüntülərin məhv olmuş bitkilərin çıxarılması və yük avtomobilinə yığılaraq tullanılması üçün aparılmasını əks etdirdiyini iddia etmiş, cavabdehin nümayəndəsi isə fotoşəkildəki görüntülərin bitkilərin budanması ilə bağlı olması etirazını irəli sürmüşdür ki, cavabdeh tərəfin etirazı ağlabatan və inandırıcı olmuşdur. İddiaçıya həmin fotoşəkillərin nə zaman çəkilməsi ilə bağlı müvafiq sübutları məhkəməyə təqdim edilməsi təklif olunsa da, iddiaçı tərəf həmin fotoşəkillərin telefon vasitəsi ilə çəkildiyini, sonradan kompüterə köçürüldüyündən telefondan silindiyini bildirmişdir ki, məhkəmə kollegiyası qeyd edilən arqumentin mümkün olan hal kimi qəbul etmişdir. Lakin, məhkəməyə təqdim olunmuş fotoşəkillərdəki bitkilərin də donvurmadan məhv olması açıq-aydın görünməməklə, budanmaya məruz qalmış bitkinin qalıqları olması daha inandırıcı olmuşdur. 2021-ci il 10 fevral tarixli aktın qoşması olan fotoşəkillərdə bitkilərin budanmaya məruz qalması açıq-aydın görünməklə yanaşı, təqdim edilmiş 9 ədəd fotoşəkildə bitkilər üzərində çox az sayda yetişməmiş pomidorun olması görünməkdədir. Eyni zamanda apellyasiya məhkəməsi hesab etmişdir ki, 2021-ci il 10 fevral tarixli aktda qeyd olunduğu kimi istilikxana müasir tipli istilikxana olmaqla yanaşı, akt tərtib olunarkən aşkar olunan məhsulun əsas hissəsi (70 faizə qədəri) texniki yetişkənlik mərhələsində olmuşdur ki, həmin mərhələyədək 242000 manat xərc çəkmiş və gəlir əldə etməyi planlaşdıran sahibkarın qaz təchizatı dayandırıldığı halda qısa müddət ərzində alternativ yanacaqdan istifadə etməklə zərərdən yayınmaması da inandırıcı görünmüşdür. Lakin, qaz xətlərində qəza baş verməsi və ya təmir-profilaktika işləri ilə əlaqədar qaz təchizatının dayandırıla bilməsi hallarının mümkünlüyü də nəzərə alındıqda müasir tipli istilikxana sahibinin istiliyi alternativ yanacaqla təmin etməməsi də inandırıcı olmamışdır. Digər tərəfdən iddiaçı 242927 manat xərc çəkərək 200000 manat gəlir əldə etməsi də inandırıcı olmamışdır ki, 442927 manat zərər çəkdiyini iddia etmiş iddiaçının, iddiasını 200000 manat hissəsində qismən təmin edən birinci instansiya məhkəməsinin qətnaməsindən şikayət verməməsi də onun zərərə məruz qalması ilə bağlı arqumentini zəiflədən hal kimi qəbul olunmuşdur. Məhkəmə qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin iddiaçı tərəfindən təqdim edilmiş 2021-ci il 10 fevral tarixli aktı mötəbər sübut kimi qəbul edərək, qaz təchizatının dayandırılması ilə əlaqədar iddiaçının maddi zərərə məruz qalması ilə bağlı gəldiyi nəticə əsaslı olmamışdır. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası MM-in 21.1, 21.2 və 21.3-ci, “X10”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 saylı Qərarının 3.1.4, 3.1.5, 5.2, 5.5, 6.1 və 6.1.4-cü bəndlərinə, MPM-in 14.2, 77.1, 85.1, 87.2, 88, 217.3, 372.1, 372.6, 372.7, 376.2 və 402.1ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin qətnaməsi 2023-cü il 25 may tarixdə iş üzrə tərəflərə göndərilmiş və poçt göndərişlərinin verilməsi haqqında xəbərnamədən görünür ki, qətnamə 2023-cü il 2 iyun tarixdə iddiaçıya təqdim olunmuşdur. İddiaçı 2023-cü il 18 iyul tarixdə həmin qətnamədən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, və apellyasiya instansiyası məhkəməsində toplanmış sübutlar əsasında iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının 2023-cü il 27 sentyabr tarixli, 2-2(102)-539/2023 nömrəli qərarı ilə (sədrlik edən hakim – Ə.Nurməmmədov, hakimlər – Z.Babayev və A.Hüseynov) iddiaçının kassasiya şikayəti qismən təmin edilməklə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunmuş və iş yeni apellyasiya baxışına qaytarılmışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin iddiaçının maddi zərərə məruz qalmasını sübuta yetirə bilməməsi, bu barədə onun tərəfindən təqdim olunmuş sübutların iddianın təmini üçün kifayət etməməsi barədə gəldiyi qənaət işin hallarına uyğun deyildir, məhkəmə iddiaçı tərəfindən təqdim olunmuş Azərbaycan Respublikası Aqrar Universitetin dosentləri və kafedra müdiri tərəfindən tərtib olunmuş 2021-ci il 10 fevral tarixli və yerli icra hakimiyyəti, yerli özünü idarə orqanı və istilikxananın 2021-ci il 5 fevral tarixli aktları, sübut kimi qəbul etməməsini əsaslandırmamış, 2021-ci il 10 fevral tarixli akt əlavə olunmuş fotoşəkillərdə bitkilərin donvurmaya məruz qalıb-qalmamasının müəyyən olunmasının bu sahə üzrə mütəxəssisə aid məsələ olduğunu diqqətdən qaçırmış, 2021-ci il 10 fevral tarixli aktla bağlı həmin aktı tərtib etmiş mütəxəssislərin izahatlarının alınması məsələsini müzakirə etməmişdir. İş materiallarından daha sonra görünür ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində maddi zərərə məruz qalması ilə əlaqədar iddiaçı sübut kimi 2021-ci il fevral ayı üçün istilikxanada elektron psixometrin göstəricilərinə dair cədvəli təqdim etmiş, bu cədvəldə qazın verilməsi dayındırıldaqdan istilikxanada tempraturun kəskin düşməsi müəyyən edilir və iddiaçı tərəfin bildirdiyinə görə bu hal qazın verilişi bərpa olunana kimi, təqribən 10-15 gün davam etmişdir. Məhkəmə tərəvəz məhsulunun yetişməsi üçün zəruri təbii şəraitin olmasının vacibliyini, bunlardan ən vacibinin isə normal tempraturun olmasının zəruriliyini nəzərə almamışdır. İş materiallarına görə birinci instansiya məhkəməsində şahid kimi dindirilən X3, X12, Alina Bishenko və X13 istilikxanaya qazın verilməsinin dayandırılması ilə orada yetişdirilən bitkilərin məhv olmasını təsdiq etmişlir. Apellyasiya məhkəməsi həmin şahid ifadələrinə ümumiyyətlə hüquqi qiymət verməmişdir. Beləliklə, kassasiya instansiyası məhkəməsinin hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə ilk iddianın rədd olunması barədə gəldiyi nəticə, qanuni və əsaslı sayıla bilməz. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili X7 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, təqdim etdiyi qəbzlər həm əvvəlki dövrdə, həm də hazırkı dövrdə iddiaçının sahibkarlıq fəaliyyətini davam etdirməsinə dəlalət edir. İddiaçı ona dəymiş real zərəri tələb edir. Belə ki, o, çəkilmiş xərcin ona qaytarılmasından razı olduğundan iddianın əldən çıxmış faydanın qaytarılması hissəsində təmin edilməməsindən apellyasiya şikayəti verməmək qərarına gəlmişdir. Prosessual məsələlər: Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakın təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası AR MPM 376.2. maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi “Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.” “X10”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 saylı Qərarı: “3. Qaz paylayıcısının, qazdan istifadə edən istehlakçıların, mənzil mülkiyyətçilərinin və yaşayış binalarını idarə edən təşkilatların vəzifələri: 3.1.4. qaz paylayıcısının illik iş planında göstərilən müddətlərdə təmir-profilaktika işlərinin aparılması ilə əlaqədar qazın verilməsinin dayandırılması barədə istehlakçını ən azı 5 (beş) gün əvvəl xəbərdar etməli; 3.1.5. istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməli; ...” “5. Qazın dəyərinin ödəmə şərtləri ... 5.2. Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. 5.5. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. ...” “6. İstehlakçıya qazın verilməsinin dayandırılmasının əsasları və qazın alqı-satqı müqaviləsinin ləğvi: 6.1. Qaz paylayıcısı bu Qaydaların 3.1.4-cü yarımbəndinin tələblərinə əməl etməklə aşağıdakı hallarda qazın verilməsini dayandırır: ... 6.1.4. qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; ...” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır; Maddə 218.1. Hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir; Maddə 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; Maddə 372.6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; Maddə 372.7. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır; Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Kommersiya Məhkəməsinin 01 fevral 2022-ci il tarixli, e-2-2(115)-28/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan X6 X24 İstismarı İdarəsinin Şəmkir Xidmət Sahəsinin İddiaçı göndərilmiş ******* nömrəli bildiriş-xəbərdarlıqda bildirilmişdir ki, xx.xx.2020-ci il tarixə qədər İddiaçı təbii qazdan istifadəyə görə 31,038.80 manat məbləğində debitor borcu yaranmışdır. Nəzərinə çatdırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X10”nın 5.5. bəndinə əsasən borcunu 3 (üç) gün müddətinə ödəməsi tələb olunur. Əks təqdirdə “X10”nın 6.1.4. bəndinə əsasən onun obyektinin təbii qaz təminatı dayandırılaraq, borcun ödənilməsi məhkəmə yolu ilə tələb olunacaq. (Həmin bildiriş-xəbərdarlıq 18 yanvar 2021-ci il tarixdə iddiaçıya imza etdirilməklə təqdim olunmuşdur). Qeyd olunan bildiriş-xəbərdarlıq iddiaçıya təqdim edildikdən 18 gün sonra, xx.xx.2021-ci il tarixində istixananın təbii qaz təminatı cavabdeh tərəfindən dayandırılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X10”nın tələblərini nəzərə almadan iddiaçının istifadəsində olan istixananın təbii qaz təminatını dayandırmışdır. Belə ki, sözügedən Qaydaların 5.5. bəndinin tələblərinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, Qaydalara əsasən borcun ödənilməsi üçün 1 ay müddət müəyyən edildiyi halda cavabdeh həmin 1 aylıq müddəti gözləmədən yuxarıda qeyd edilən bildirişxəbərdarlıq iddiaçıya təqdim edildikdən 18 gün sonra istixananın təbii qaz təminatını dayandırmışdır. Buna görə də həmin istixanada iddiaçı tərəfindən gəlir əldə edilməsi məqsədilə yetişdirilən məhsul kifayət qədər isti tempratur olmadığından tələf olmuşdur. Həmçinin iş materiallarına əlavə edilmiş 2021-ci il fevral üzrə iddiaçının sərəncamında olan istixanada elektron psixometrin göstəricilərinə dair cədvəldə qazın verilməsi dayındırıldaqdan istixanada tempraturun kəskin düşməsi müəyyən edilir. İddiaçı tərəf bildirir ki, bu hal qazın verilməsi bərpa olunanadək, təqribən 10-15 gün davam etmişdir. Bu hala münasibətdə məhkəmə kollegiyası bildirir ki, istixanada yetişdirilən məhsul üçün zəruri tempraturun təmin edilməsi həmin məhsulun ərsəyə gətirilməsi üçün ən başlıca amillərdən biridir. Məhkəmə kollegiyası aşağıda qeyd edilənlərə əsasən bildirir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçının maddi zərərə məruz qalması kollegiyanın araşdırmaları nəticəsində öz təsdiqini tapmışdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının 2023-cü il 27 sentyabr tarixli, 2-2(102)-539/2023 nömrəli qərarı ilə iş yeni apellyasiya baxışına qaytarılarkən apellyasiya instansiyası məhkəməsi qarşısında bir sıra göstərişlər qoymuşdur. Məhkəmə kollegiyası kassasiya instansiyası məhkəməsinin mövqeyini nəzərə alaraq iş materiallarına əlavə edilmiş 2021-ci il 10 fevral tarixli aktla bağlı həmin aktı tərtib etmiş mütəxəssislərin izahatlarının alınması məqsədilə onları məhkəməyə dəvət etmiş və izahatlarını almışdır. Məhkəmə kollegiyasının iclasında şahid qismində iştirak edən X14 izahatında bildirimişdir ki, onlar ADAU olaraq sahibkarlarla işləyirlər. İddiaçı özü universitetin rektorluğuna müraciət etmiş və onun müraciəti əsasında rektor onlara həmin sahəyə baxış keçirilməsini və problemlərin araşdırılmasını tapşırmışdır. Məhsulun itkisini müəyyənləşirmək sortdan asılıdır. Belə ki, bir ştil məhsulun neçə kiloqram məhsul vermək gücündə olmasını belə müəyyən etmək olar: 1 hektarda əkin sxemlərindən asılı olaraq neçə bitki var və həmin bitkilərin sayı vurulur məhsula bunlan da təyin olunur ki, ümumi məhsuldarlıq nə qədərdir. Bitkilərin pis hala düşməsi iki səbəbdən birinci xəstəlikdən, ikincisi ekoloji amillərdən ola bilər. Onlar bunu araşdırmaq üçün oraya getdikdə müəyyən etmişlər ki, bütün göstəricilər təlimata uyğun və qaydasındandır. Bununla bağlı olaraq sahibkarın özündə tempratur göstəriciləri bazası mövcud idi, həmin bazadan əldə olunmuş məlumatlardan da göründü ki, heç bir problem yoxdur bitkilər yalnız şaxtadan bu hala düşüblər. Bitkilər kokobitə əkilmişdi. Kokobit - torpaqsız mühitdir. Burada bitkinin kökü daim su içərisində olur. Burada nəmliyin yüksək olması don vurma üçün şərait yaradır. Bəlkə də bitkilər torpaqda olsa qismən zərər görərdilər. Onun kökündən belə zədələnmənin səbəbi həmidə kokobitdə olması oluşdur. Torpaq daha çox istilik saxlamaq qabiliyyətinə malikdir nəinki kokobit. Məhkəmə kollegiyasının iclasında şahid qismində iştirak edən X15 izahatında bildirmişdir ki, o, bitkinin qidalanması ilə bağlı münasibət bildirə bilər. Onun sahəsi aqrokimyadır. Birincisi əgər orada bitki qidalanması düzgün getmirsə müəyyən zaman sonra yarpaqlarda izlərin buraxılması müşahidə olunur. Belə ki, rəng dəyişmələri olur və yaxud da eyni zamanda meyvə orqanlarının əmələ gəlməsi zəifləyir yaxudda tökülür. Bitkidə qidalanmanın pozulması tempraturun pozulması nəticəsində baş verir. Pomidor bitkisinin yetişməsi üçün 22 dərəcə istilik tələb olunur. Torpaqda istiliyin 10 dərəcəyə düşən zaman artıq köklər zəifləyir, 7 dərəcəyə düşdükdə isə artıq kök öz fəaliyyətini itirir. O orada bitkinin kökünü qaldırıb baxdıqda müəyyən etmişdir ki, kök yerindədir ama artıq qidalanmır. Bu hallar başqa zərərvericilərdən ola bilməz. Belə ki, bitkinin üzərində olan budaqlanma dərəcələri, meyvə orqanları və generativ orqanlar donmuş vəziyyətdə idilər. Artıq saralmaya meyilli, formalaşmış, çiçək qabığından çıxmış pomidorlar var idi. Buda onu göstərir ki, mühitdə məhsuldarlıq gedir. Məhkəmə kollegiyasının iclasında şahid qismində iştirak edən X16 izahatında bildirmişdir ki, onlar istixanada zərərverici xəstəliklərin olub-olmaması ilə bağlı müşahidələr aparmışlar. Demək olar ki, zərər verici xəstəliklər müşahidə olunmamışdır. Sonra bitkinin kök sisteminə baxmışlar, çünki bitkilər soluxmuşdular. Bitkinin kök sistemini şaxta vurmuşdu. Bitkinin nazik kökləri sarı-qonur rəngə çalırdılar. Bu onun göstəricisidir ki, tempratur aşağı düşdüyünə görə kök hüceyrələri məhv olmuşdur. Yarpaqlar soluxmuşdu, artıq bitki məhsul verən mərhələdə idi və yetişkənlik dövründə idi. Demək olar ki, məhsulun təxminən 60-70 % don vurmadan xarab olmuşdur. Yeganə səbəb don vurma olmuşdur. Məhsulun xarab olmasına digər zərərvericilər səbəb olmamışdır. Apellyasiya şikayətinin dəlillərində cavabdeh tərəfindən bildirilmişdir ki, iddiaçı tərəfındən qaz təminatının əsassız olaraq dayandırılması üzrə hər hansı sübut təqdim edilməmişdir. Əksinə onlar tərəfındən təqdim sübutlar üzrə təbii qazın verilməsinin dayandırılmasının qanuni olması aşkar edilmişdir. Onlar tərəfindən verilmiş vəsatətlər aydınlaşdırılmamışdır. Belə ki, iddiaçının iddia etdiyi məhv olmuş əmlakın məhvolma səbəbinin nədən ibarət olması, hansı formada və hansı şəraitdə məhv olması (məhv olmuş məhsulun istixana şəkilləri) ilə bağlı heç bir sübut təqdim edilməmişdir. Şikayətin həmin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, bu dəlillər, yəni istixananın təbii qaz təminatının qanunsuz dayandırılması və şahidlərin izahatına əsasən məhsulun məhv olmasına səbəb məhz istixanada aşağı tempraturun olması olmuşdur. Bundan başqa məhkəmə kollegiyası iddiaçının sərəncamına verilmiş istixananın hazırda mövcud olmasını və fəaliyyət göstərməsini nəzərə alaraq həmin istixanada yetişdirilmiş bitkilərdən nə qədər məhsulun əldə edilə bilməsinin müəyyən edilməsi üçün mütəxəssis rəyinin alınmasını məqsədəmüvafiq hesab etmiş və məhkəmə kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə rəyin verilməsini X25 İnkişaf Mərkəzinə həvalə etmişdir. X25 İnkişaf Mərkəzinin mütəxəssisləri tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli rəydə qeyd olunmuşdur ki, İddiaçı istifadəsində olan Şəmkir rayonu Qapanlı kəndi ərazisində yerləşən istixanada əkilən pomidor və xiyar bitkiləri (F1 sortları üzrə) aqrotexniki qaydalara uyğun olaraq əkilib becərilərsə, xəstəlik və zərərvericilərə qarşı vaxtında mübarizə tədbirləri aparılarsa əkilən sorta uyğun götürüləcək məhsuldarlıq aşağıda göstərildiyi kimidir. Qış mövsümü dövründə istixana temperaturu 22-30 dərəcə arasında olmalıdır. Belə ki, yuxarıda qeyd edilən qaydada istixana şəraitində əkilən bitkilərdə becərmə və digər qulluq işləri optimal müddətdə aparılarsa 1 hektar xiyardan 100-110 ton, 1 hektar pomidordan isə 110-130 ton məhsul əldə edilə bilər. Bundan sonra məhkəmə kollegiyası iddiaçının sərəncamına verilmiş istixanad yetişdirilmiş məhsuldan nə qədər gəlir əldə edilı bilməsinin müəyyən edilməsi üçün xx.xx.2024-cü il tarixli qərardalda məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmiş və ekspertizanın aparılmasını Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə həvalə etmişdir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 9/5134 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, mülki iş materiallarında göstərilən pomidorun 1 kiloqramının 2021-ci ilin mart – iyun aylarında olan orta bazar qiyməti nəzəri qaydada təxminən 1,50 manat müəyyən edilir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 02-99/21 nömrəli ekspert rəyindən görünür ki, tədqiqat obyektinin ümumi sahəsi 2.5 hektardır və onun 2 hektarında ərazisində pomidor yetişdirilir. Məhkəmə kollegiyası yuxarıda göstərilən rəyləri ayrı-ayrılıqda nəzərdən keçirib, onları əlaqəli şəkildə qiymətləndirərək belə qənaətə gəlir ki, həmin istixanada 2 hektarlıq ərazidə minimum hesabla 200 ton pomidor yetişdirilməsi mümkündür. 200 ton pomidorun 1 kiloqramına görə satış qiyməti 1,50 manat olarsa 300,000 manat gəlir əldə edilməsi mümkündür. Lakin birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi ancaq zay olmuş məhsula görə 200,000 manat məbləğində təmin edilmiş və iddiaçı tərəfindən həmin qətnamədən apellyasiya şikayəti verilməmiş, həmçinin iddiaçının vəkili məhkəmə iclasında veridiyi izahatında bildirmişdir ki, iddiaçı həmin məbləğlə razılaşmış və qətnamədən şikayət vermək istəməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvinə əsas vermir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əssən apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(115)-28/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərci Cavabdehnə aid edilməklə, 60 manat pul Cavabdehndən tululub SAP (XİİS), X4, kod210005, VÖEN**********, m/h Az41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** saylı hesaba keçirilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar