Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-33/2024 01.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi, İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Qapalı Səhimdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi Nümayəndə2, ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC BOKT-un Cavabdeh MMC-yə qarşı pul tələbinə dair ilkin, iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı QSC BOKT-a (üçüncü şəxs "xxxx" MMC) qarşı borcun əvəzləşdirilməsi tələbinə dair qarşılıqlı iddiasına dair kommersiya iş üzrə Gəncə Kommersiya Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, e-2-2(115)-1074/2023 saylı qətnaməsindən ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(115)-1074/2023 saylı qətnaməsi ilə (hakim G.Quliyeva) ilk iddianın təmin edilməsi, İddiaçı Səhmdar Kredit Təşkilatı ilə Cavabdeh arasında bağlanmış 30 sentyabr 2020-ci il tarixli kredit borcunun restrukturizasiya edilməsinə dair müqavilə üzrə 456494 manat əsas borc və 123868 manat 20 qəpik faiz borcu olmaqla, cəmi 580362 (beş yüz səksən min üç yüzaltmış iki) manat 20 (iyirmi) qəpik kredit borcu və ödənilmiş 400 (dörd yüz) manat mediasiya xərci, 470 (dörd yüz yetmiş) manat 36 (otuz altı) qəpik dövlət rüsumunun Cavabdehndən tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına ödənilməsi, Cavabdehndən 400 (dörd yüz) manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən ilk iddia üzrə cavabdeh (qarşılıqlıq iddia üzrə iddiaçı) Cavabdeh MMC apellyasiya şikayəti verərək Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)- 1074/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli restrukturizasiya müqaviləsi üzrə 456494 manat əsas borc, 123868,20 manat faiz borcu olmaqla, cəmi 580362,20 manat borc məbləğinin, ödənilmiş 400 manat mediasiya xərcinin və 470,36 manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC BOKT-un Bakı filialı Cavabdeh MMC ilə 30 sentyabr 2020-ci il tarixdə kredit borcunun restrukturizasiya edilməsinə dair müqavilə bağlamışdır. Həmin kredit müqaviləsi üzrə qalan 456494 manat borc məbləği müqavilə imzalandığı tarixdən 2 ay güzəşt müddəti tətbiq edilməklə illik 10% olmaqla 3 ay müddətinədək restrukturizasiya edilmişdir. Cavabdeh restrukturizasiya müqaviləsinə əsasən əsas borcu və ona hesablanmış faiz borcunu müqavilənin şərtlərinə uyğun olaraq vaxtında ödəməmişdir. Borcun ödənilməsi barədə cavabdehə müraciət olunmasına, tərəflərindən məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazımı nəticə əldə olunmamış və borc ödənilməmiş qalmışdır. İddiaçı Cavabdeh MMC qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin İddiaçı QSC BOKT-a təqdim etdiyi 25 aprel 2023-cü il tarixli 001 saylı tələb hüququnun ötürülməsi barədə müqavilənin icrasının təmin edilməsi, 562356,5 manat məbləğinin İddiaçı QSC BOKT ilə Cavabdeh MMC arasında bağlanmış 05 mart 2019-cu il tarixli 00497 saylı kredit müqaviləsi üzrə borcun və faizlərin ödənilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə "xxxx" MMC arasında imzalanmış 15 noyabr 2016-cı il tarixli 11/16 saylı borc müqaviləsinə və borcun təhvil-təslim edilməsinə dair akta əsasən ”X8 Kompleksi” MMC "xxxx" MMC-yə ******* manat məbləğində borc vermişdir. Həmin borc hesabına "xxxx" MMC-yə məxsus qeyriyaşayış sahələri təmir edilərək satış vəziyyətinə çatdırılmalı və satışdan əldə edilən vəsait hesabına Cavabdeh MMC-nin borcu qaytarılmalı idi. 2017-ci ildə "xxxx" MMC-nin "xxxx" ASC qarşısında 76885794,54 manat borc öhdəliyi yaranmış və həmin borc Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli 101 saylı sərəncamının icrası ilə əlaqədar olaraq, "xxxx" ASC-yə məxsus problemli aktivlər (borclar) üzrə tələb hüququ 21 aprel 2017-ci il tarixli müqavilə əsasında İddiaçı QSC BOKT-a keçmişdir. İddiaçı QSC BOKT iddia ərizəsilə məhkəməyə müraciət etmiş və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsininin 22 dekabr 2017-ci il tarixli 2-2(82)-1098/2017 saylı qətnaməsi ilə iddia təmin edilərək müəssisənin ümumi dəyəri 80188331,94 manat olan 82 adda daşınmaz əmlakı İddiaçı QSC BOKT-un balansına keçirilmişdir. Faktiki olaraq "xxxx" MMC 3007733,33 manat dəyərində banka artıq ödəmə etmiş və bu günə qədər bankın "xxxx" MMC qarşısında öhdəliyi mövcuddur. Bu öhdəlik əslində "xxxx" MMC-nin ”X8 Kompleksi” MMC qarşısında 15 noyabr 2016-cı il tarixli 11/16 saylı borc müqaviləsi üzrə mövcud olan ******* manat borcunun ödənilməsinə yönəlməli idi. 2019-cu ildə ”X8 Kompleksi” MMC-nin maliyyə çətinliyi olduğundan İddiaçı QSC BOKT-dan 456494 manat kredit rəsmiləşdirmiş və faktiki olaraq "xxxx" MMC-nin İddiaçı QSC BOKT-a artıq ödəməsi olan 3007733,33 manat həmin kredit müqaviləsi üzrə 456494 manatın sığortası (girovu) kimi çıxış etmişdir. Cavabdeh MMC və "xxxx" MMC arasında bağlanmış 25 aprel 2023-cü il tarixli 001 saylı tələb hüququnun ötürülməsi barədə müqaviləyə əsasən "xxxx" MMC-nin 3007733,33 manat dəyərində İddiaçı QSC BOKT-a olan artıq ödəməsindən 562356,5 manat tələb hüququnun müvafiq qanunvericilik çərçivəsində Cavabdeh MMC-nə keçirilməsi qərarlaşdırılmış və bu barədə İddiaçı QSC BOKT-a rəsmi məktublar göndərilmişdir. Məktuba cavab olaraq göstərilmişdir ki, sözügedən 3007733,33 manatdan bir hissəsi guya "xxxx" MMC-nin güzəşt müqaviləsinə əsasən digər şirkətlərə keçirilmiş və "xxxx" MMC-nə artıq ödəmə qalmamışdır. "xxxx" MMC-nin faktiki olaraq Cavabdeh MMC-nə olan borcunu təsdiq etmiş və tələb hüququnun ötürülməsi barədə müqavilə müvafiq qaydada İddiaçı QSC BOKT-a təqdim edilsə də, məlum olmayan səbəblərdən tələb hüququnun ötürülməsi barədə müqavilə icra edilməmişdir. Beləliklə, tələb hüququnun ötürülməsi barədə müqavilə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə təsdiq olunan "xxxx" MMC-nin 3007733,33 manat artıq ödəməsindən 562356,5 manat tələb hüququnun İddiaçı QSC BOKT-dan tutularaq Cavabdeh MMC-nə ödənilməsi barədə qətnamə qəbul edilməlidir. İlk iddia üzrə İddiaçı QSC BOKT qarşılıqlı iddia ərizəsinə etiraz verərək, qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC BOKT tərəfindən Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli 015 saylı məktubuna 02 may 2023-cü tarixli məktubla cavab verilmiş, "xxxx" MMC-nin İddiaçı QSC-yə ünvanladığı xx.xx.2020-ci il tarixli PR-x/20 saylı məktubunda "xxxx" MMC-nin 2 saylı Bakı İnzibat-İqtisadi Məhkəməsinin xx.xx.2017ci il tarixli 2-2(82)-1098/2017 saylı qətnaməsi üzrə “X9 Müəssisəsi” MMC-nin həmin borcu əvəzində İddiaçı QSC-nin mülkiyyətinə verilmiş Bakı şəhəri, Nizami rayonu, 8-ci km qəsəbəsinin şərqində 4085-ci məhəllənin qərbində yerləşən 0,04 ha torpaq sahəsinin əvvəlki mülkiyyətçisi "xxxx" ASC-yə qaytarılmasını xahiş etmiş və bununla bağlı yaranacaq fərqdən imtina etmişdir. İddiaçı QSC həmin məktubda "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli 05-01/025 saylı və “X9 Müəssisəsi” MMC-nin xx.xx.2020-ci il tarixli 01-01/025 saylı müraciətləri də nəzərə alınaraq "xxxx" MMC-nin İddiaçı QSC-nə olan 1418470,70 ABŞ dolları borcunun uçotdan çıxarıldığını, həmin borcun əvəzində İddiaçı QSC-yə təqdim edilmiş sözügedən torpaq sahəsinin "xxxx" ASC-yə qaytarıldığı, qeyd olunanların nəzərə alınaraq 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-2(82)- 1098/2017 saylı qətnaməsində qeyd olunan borc üzrə "xxxx" MMC-nin İddiaçı QSC-yə hər hansı artıq ödəməsinin qalmadığı bildirilmişdir. Qeyd olunanlardan da göründüyü kimi tələb hüququ "xxxx" MMC-dən Cavabdeh MMC-yə güzəşt olunana qədər "xxxx" MMC-nin İddiaçı QSC-yə ünvanladığı xx.xx.2020-ci il tarixli PR-x/20 saylı məktubunda "xxxx" MMCnin borcu üzrə yaranmış 2496522,24 manat məbləğində artıq ödəmənin məhkəmə qətnaməsi ilə “X9 Müəssisəsi” MMC-nin İddiaçı QSC-yə "xxxx" ASC-nin əmlakı hesabına ödəmiş olduğu 1418470,70 ABŞ dolları məbləğində kredit borcu ilə əvəzləşdirilərkən yaranacaq fərqdən imtina etmiş və bunu öz rəsmi məktubu ilə təsdiq etmişdir. Bu səbəbdən də tələb hüququnun ötürülməsi barədə müqavilənin bağlanması İddiaçı QSC ilə əldə edilmiş razılaşmaya tam ziddir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh MMC apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, birinci instansiya məhkəməsi qanunsuz qətnamə qəbul etməklə yanaşı eyni zamanda iş üzrə təqdim olunmuş sübutlara hüquqi qiymət verməmiş, hərtərəfli, tam və obyektiv araşdırma aparmadan əsassız və ədalətsiz qətnamə qəbul etmişdir. Belə ki, "xxxx" MMC-nin məhkəməyə təqdim etdiyi Cavabdeh MMC ilə "xxxx" MMC arasında imzalanmış 15 noyabr 2016-cı il tarixli 11/16 saylı borc müqaviləsinə və borcun təhvil-təslim edilməsinə dair akta əsasən ”X8 Kompleksi” MMC "xxxx" MMC-yə 2 550 000 manat məbləğində borc vermişdir. Həmin borc hesabına "xxxx" MMC-yə məxsus qeyri-yaşayış sahələri təmir edilərək satış vəziyyətinə çatdırılmalı və satışdan əldə edilən vəsait hesabına Cavabdeh MMC-nin borcu qaytarılmalı idi. 2017-ci ildə "xxxx" MMC-nin "xxxx" ASC qarşısında 76 885 794,54 manat borc öhdəliyi yaranmış və həmin borc Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 fevral 2017-ci iltarixli 101 s saylı sərəncamının icrası ilə əlaqədar olaraq, "xxxx" ASC-yə məxsus “problemli aktivlər” (borclar) üzrə tələb hüququ 21 aprel 2017-ci il tarixli müqavilə əsasında İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına keçmişdir. İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsininin 22 dekabr 2017-ci il tarixli 2-2(82)-1098/2017 saylı qətnaməsi ilə iddia təmin edilərək "xxxx" MMC-nin ümumi dəyəri 80.188.331,94 manat olan 82 adda daşınmaz əmlakı İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının balansına keçirilmişdir. Faktiki olaraq "xxxx" MMC 3 007 733,33 manat dəyərində banka artıq ödəmə etmiş və bu günə qədər bankın "xxxx" MMC qarşısında öhdəliyi mövcuddur. Bu öhdəlik əslində "xxxx" MMC-nin ”X8 Kompleksi” MMC qarşısında 15 noyabr 2016-cı il tarixli 11/16 saylı borc müqaviləsi üzrə mövcud olan 2.550.000 manat borcunun ödənilməsinə yönəlməli idi. Məhkəmə baxışı zamanı "xxxx" MMC adından məktub təqdim olunaraq guya artıq ödənişin əvəzləşməsi qeyd olunsa da, "xxxx" MMC-nin nümayəndəsi sözügedən məktubun saxta olduğunu qeyd edərək əvəzləşmənin yalnız Cavabdeh MMC ilə aparıldığını demişdir. Məhkəmə isə bu fakta heç bir münasibət bildirməmiş və ümumiyyətlə həmin sənəd barədə heç bir qeyd aparmamışdır. Açıq aşkar aydındır ki, onlar borcu əvəzləşdirmişlər və heç bir öhdəlik bank qarşısında daşımırlar. Lakin məhkəmə tam, hərtərəfli və obyektiv araşdırma aparmayaraq, işin bütün faktiki hallarını aydınlaşdırmayaraq, işin materiallarına əlavə olunmuş sənədlərə biganə qalaraq yekun qərar qəbul etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar və prosessual məsələlər: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş qarşılıqlı iddia üzrə üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəblə bağlı olması barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə gəlməmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi X4 apellyasiya şikayətini dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək həmin şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini, apellyasiya şikayətlərinin dəlilləri ilə bağlı cavabdeh və iddiaçı tərəfin nümayəndələrini dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı Səhmdar Kredit Təşkilatı ilə Cavabdeh arasında bağlanmış 05 mart 2019-cu il tarixli 000497 saylı kredit müqaviləsindən görünür ki, ona avadanlıq alınması məqsədilə illik faiz məzənnəsi 10 faiz, güzəşt müddəti 2 ay, kreditin müddəti isə 3 ay olmaqla, 460000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan İddiaçı Səhmdar Kredit Təşkilatı ilə Cavabdeh arasında bağlanmış 30 sentyabr 2020-ci il tarixli kredit borcunun restrukturizasiya edilməsinə dair müqaviləsindən görünür ki, İddiaçı Səhmdar Kredit Təşkilatı ilə Cavabdeh arasında bağlanmış 05 mart 2019-cu il tarixli 000497 saylı kredit müqaviləsi üzrə yaranmış kredit borcu restrukturizasiya olunmuş və həmin kreditdən müqavilə bağlanan tarixə 456494 manat əsas borc ödənilməmiş qalmışdır. Həmin borcun müqavilə bağlanıb imzalandığı tarixdən 3 ay güzəşt müddəti olmaqla 31 dekabr 2020-ci il tarixdək kredit təşkilatına ödənilməsi ilə bağlı tərəflər razılaşmışlar. İş materiallarında olan xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, borcluya yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. İş materiallarında olan "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış 15 noyabr 2016-cı il tarixli 11/16 saylı borc müqaviləsindən görünür ki, borc verən "xxxx" MMC borc alan "xxxx" MMC-yə ******* manat məbləğində borc vermişdir. İş materiallarında olan 15 noyabr 2016-cı il tarixli təhvil-təslim aktından görünür ki, tərəflər arasında bağlanmış 15 noyabr 2016-cı il tarixli 11/16 saylı borc müqaviləsi üzrə 100 manatlıq əskinazla 240 paçka, hər biri on min manat olmaqla, iki milyon dörd yüz min manat, 50 manatlıq əskinazla 30 paçka, hər biri beş min manat olmaqla, bir yüz əlli min manat olmaqla, ümumilikdə ******* manat dəyərində pul əskinazlarının sayılaraq borc alana təhvil verilməsi hər iki tərəfin imzası ilə təsdiqlənmişdir. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh MMC arasında bağlanmış 25 aprel 2023-cü il tarixli “Tələb hüququnun ötürülməsi barədə” 001 saylı müqavilədən görünür ki, tərəflər "xxxx" QSC qarşısında mövcud olan öhdəlik barədə razılığa gəlmişlər ki, “Property”-nin 3007733,33 manat dəyərində "xxxx" QSC-yə olan artıq ödəməsindən 562356,50 manat tələb hüququ müvafiq qanunvericilik çərçivəsində “AASK”-yə keçirilsin, “Property”-nin "xxxx" QSC-yə olan artıq ödəməsi 2445376,83 manat müəyyən edilsin. İş materiallarında olan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-1098/2017 saylı qətnaməsindən görünür ki, İddiaçı QSC BOKT-un cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən cəmi 76885794,54 manat (əsas borc 40000000 manat, faiz borcu 36885794,54 manat), 168806,15 ABŞ dolları faiz borcu və 427,73 avro faiz borcu məbləğində kredit borcunun və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı QSC BOKT-un xeyrinə tutulması, borc tələbinin cavabdeh "xxxx" MMC-nin mülkiyyətində olan 86 adda daşınmaz əmlaka yönəldilməsi, "xxxx" MMC-nin həmin əmlaklar üzərində mülkiyyət hüququna xitam verilməsi və İddiaçı QSC BOKT-un həmin əmlaklar üzərində mülkiyyət hüququnun tanınması, İddiaçı QSC BOKT-un yuxarıda qeyd edilən əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə həvalə edilməsi, sadalanan əmlaklar borc tələbinin ödənilməsinə kifayət etmədikdə qalan borc məbləğinin cavabdeh "xxxx" MMC-yə məxsus digər daşınar və daşınmaz əmlaklara yönəldilməsi, "xxxx" MMC-nin həmin əmlaklar üzərindəki mülkiyyət hüquqlarına xitam verilməsi, İddiaçı QSC BOKT-un həmin əmlaklar üzərində mülkiyyət hüququnun tanınması, İddiaçı QSC BOKT-un yuxarıda qeyd edilən əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin qətnamə ilə iddia tələbi qismən təmin edilərək, "xxxx" MMC-nin 40000000 manat əsas borc, 36885794,54 manat faiz norcu olmaqla, cəmi 76885794,54 manat, 168806,15 ABŞ dolları və 427,73 avro məbləğində kredit borcu, və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində tutularaq İddiaçı QSC BOKT-a ödənilməsi, borc tələbi "xxxx" MMC-nin mülkiyyətində olan 82 adda qeyri-yaşayış sahəsinə yönəldilməsi, "xxxx" MMC-nin həmin əmlaklar üzərində mülkiyyət hüququna xitam verilməsi, İddiaçı QSC BOKT-un həmin əmlaklar üzərində mülkiyyət hüququnun tanınması və İddiaçı QSC BOKT-un yeni mülkiyyətçisi kimi qeydiyyata alınması vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə həvalə edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən İddiaçı QSC-yə ünvanlanmış 14 iyul 2020-ci il tarixli PR-x/20 saylı məktubda göstərilir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-1098/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi ilə "xxxx" MMCnin cəmi 76885794,54 manat, 168806,15 ABŞ dolları və 427,73 avro məbləğində kredit borcunun həmin qətnamədə göstərilən daşınmaz əmlaklara (82 adda) yönəldilməsi qət edilmişdir. Həmin qətnamədə göstərilən əmlaklardan biri olan Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi, 7-ci km, “ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 227,3 kv.m olan qeyri-yaşayış sahəsinin (yarımzirzəmi) dəyəri 566381,20 manat əvəzinə səhvən 1154,939,23 manat kimi göstərilmişdir. Hesab edilir ki, bu texniki səhvdir, həmin əmlakın dəyəri 566381,20 manat kimi götürülməklə və həmin texniki səhv nəzərə alınmaqla qətnamədə göstərilən bütün əmlakların dəyəri 80181331,94 manat kimi qəbul edilməlidir. Həmin qətnamə icra olunduqdan sonra "xxxx" MMC-nin qətnamə üzrə əmlakların verilməsi nəticəsində İddiaçı QSC-yə müəyyən məbləğdə artıq ödəməsi yaranmışdır. Qətnamə icra olunduqdan sonra X5 həmin qətnamədən 569869,69 manat dəyərində olan Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci km, “ünvan 2 ünvanında yerləşən 228,7 kv.m qeyri-yaşayış sahəsi ilə bağlı hissədə apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin 2-2(10)-788/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə X2 şikayəti təmin edilərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-1098/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi həmin əmlakla bağlı hissədə ləğv edilmiş və İddiaçı QSCnin iddiası həmin hissədə təmin edilməmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 2- 2(119)-72/2020 saylı qətnaməsi ilə X2 iddiası təmin edilərək, Daşınmaz Əmlakların Dövlət Reyestrində Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci km, “ünvan 2 ünvanda yerləşən 228,7 kv.m qeyri-yaşayış sahəsinə dair İddiaçı QSC-nin mülkiyyət hüququna aid qeydiyyatda və həmin qeydiyyat əsasında verilmiş çıxarışda dəyişiklik edilərək İddiaçı QSC-nin əvəzinə X2 qeyd edilməsi qət edilmişdir. Həmin qətnamələr əsasında Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci km, “ünvan 2 ünvanda yerləşən 228,7 kv.m qeyri-yaşayış sahəsinin X3 verilməli olduğu nəzərə alınaraq, hazırki günə "xxxx" MMC-nin borcu üzrə artıq ödəmənin məbləğinin (xarici valyutanın xx.xx.2020-ci il tarixinə Azərbaycan manatına nisbəti nəzərə alınaraq) 2496522,24 manat olduğu hesab edilir. Bundan əlavə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018ci il tarixli 2-2(82)-178/2018 saylı qətnaməsi ilə İddiaçı QSC-nin “X9 Müəssisəsi” MMC-yə qarşı iddiası qismən təmin edilərək “X9 Müəssisəsi” MMC-nin cəmi 1418470,70 ABŞ dolları məbləğində kredit borcunun cəmiyyətin təsisçisi olan "xxxx" ASC-nin mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, 8-ci km qəsəbəsinin şərqində 4085-ci məhəllənin qərbində yerləşən 0,04 ha torpaq sahəsinə yönəldilməsi, "xxxx" ASC-nin həmin torpaq sahəsi üzərində mülkiyyət hüququna xitam verilməsi və İddiaçı QSC-nin həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması, İddiaçı QSC-nin yuxarıda qeyd edilən əmlakın yeni mülkiyyətçisi kimi qeydiyyata alınması vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə həvalə edilməsi qət edilmiş, həmin qətnamə icra olunaraq Bakı şəhəri, Nizami rayonu, 8-ci km qəsəbəsinin şərqində 4085-ci məhəllənin qərbində yerləşən 0,04 ha torpaq sahəsi müvafiq çıxarışa əsasən İddiaçı QSC-nin mülkiyyətinə verilmişdir. Qeyd olunanlara əsasən Bakı Apellyasiya Məhkəməsinin 2-2(10)-788/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi əsasında "xxxx" MMC-nin borcu üzrə yaranmış 2496522,24 manat məbləğində artıq ödəmənin 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)- 178/2018 saylı 14 mart 2018-ci il tarixli qətnaməsi ilə “X9 Müəssisəsi” MMC-nin İddiaçı QSC-nə "xxxx" ASC-nin əmlakı hesabına ödəmiş olduğu 1418470,70 ABŞ dolları məbləğində kredit borcu ilə əvəzləşdirilməsini, X9 Müəssisəsi” MMC-nin borcunun qarşılığında İddiaçı QSC-nin mülkiyyətinə verilmiş Bakı şəhəri, Nizami rayonu, 8-ci km qəsəbəsinin şərqində 4085-ci məhəllənin qərbində yerləşən 0,04 ha torpaq sahəsinin "xxxx" ASC-nin əmlakı hesabına ödəmiş olduğu 1418470,70 ABŞ dolları məbləğində kredit borcu ilə əvəzləşdirilərkən yaranacaq fərqdən də imtina edirlər. İş materiallarında olan “X9 Müəssisəsi” MMC tərəfindən İddiaçı QSC-yə ünvanlanmış 14 iyul 2020-ci il tarixli 01-01/025 saylı məktubda göstərilir ki, həmin artıq ödəmənin 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2-2(82)-178/2018 saylı 14 mart 2018-ci il tarixli qətnaməsi ilə təsdiq edilmiş “X9 Müəssisəsi” MMC-nin 1418470,70 ABŞ dolları məbləğində kredit borcu ilə əvəzləşdirilməsinə, həmin borcun əvəzində İddiaçı QSC-nin mülkiyyətinə verilmiş Bakı şəhəri, Nizami rayonu, 8-ci km. qəsəbəsinin şərqində 4085-ci məhəllənin qərbində yerləşən 0,04 ha torpaq sahəsinin "xxxx" ASC-yə qaytarılmasına etiraz etməmişlər. İş materiallarında olan "xxxx" MMC-nin Cavabdeh MMC-yə ünvanladığı 12 aprel 2023-cü tarixli 011 saylı məktubda göstərilir ki, 07 aprel 2023-cü il tarixli sizin tələbinizə əsasən Ağstafa rayonunda 15 noyabr 2016-cı il tarixli 11/16 saylı borc müqaviləsinə əsasən alınmış borcun bağlanması ilə bağlı tərəflərindən bir sıra təkliflər bildirilmişdir. Onlardan əldə edilmiş borc vəsaiti hesabına müəssisənin əmlakları təmir edilərək istifadəyə yararlı vəziyyətə gətirilmişdir. Daha sonra müəssisənin borclu olduğu digər kreditorlardan olan İddiaçı BOKT QSC tərəfindən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edilərək, müəssisədən 76885794,54 manat, 168806,15 ABŞ dolları, 427,73 avro məbləğində, ümumilikdə 77173598,61 manat kredit borcunun ödənilməsi ilə bağlı borcun müəssisənin əmlaklarına yönəldilməsi xahiş edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-2(82)-1098/2017 saylı qərarı üzrə iddia təmin edilərək müəssisənin ümumi dəyəri 80188331,94 manat olan 82 adda daşınmaz əmlakları İddiaçı BOKT QSC-nin balansına keçirilmişdir. Faktiki olaraq müəssisə 3007733,33 manat dəyərində banka artıq ödəmə etmiş və bu günə qədər bankın "xxxx" MMC qarşısında öhdəliyi mövcuddur. Sözügedən vəsaitin ******* manat hissəsinin İddiaçı BOKT QSC-dən tələb hüququnun müvafiq qanunvericiliyə əsasən sizə keçirilməsini və bununla da öhdəliyin tam bağlanmasını təklif etmişlər. İş materiallarında olan İddiaçı QSC BOKT tərəfindən "xxxx" MMC-yə ünvanlanmış 02 may 2023-cü il tarixli 13-7/2-3-13/924/2023 saylı məktubda göstərilir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-2(82)- 1098/2017 saylı qətnaməsində qeyd edilən borc üzrə "xxxx" MMC-nin İddiaçı QSC-yə hər hansı artıq ödəməsi qalmamışdır. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, İddiaçı QSC BOKT-un Bakı filialı Cavabdeh MMC ilə 30 sentyabr 2020-ci il tarixdə kredit borcunun restrukturizasiya edilməsinə dair müqavilə bağlamışdır. Həmin kredit müqaviləsi üzrə qalan 456494 manat borc məbləği müqavilə imzalandığı tarixdən 2 ay güzəşt müddəti tətbiq edilməklə illik 10% olmaqla 3 ay müddətinədək restrukturizasiya edilmişdir. Cavabdeh restrukturizasiya müqaviləsinə əsasən əsas borcu və ona hesablanmış faiz borcunu müqavilənin şərtlərinə uyğun olaraq vaxtında ödəməmişdir. Borcun ödənilməsi barədə cavabdehə müraciət olunmasına, tərəflərindən məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazımı nəticə əldə olunmamış və borc ödənilməmiş qalmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ilk iddia üzrə iddiaçı müqavilə ilə üzərinə götürdüyü öhdəliyi icra etmiş, kredit məbləğini ilkin iddia üzrə cavabdehə vermiş, ilkin iddia üzrə cavabdeh isə müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. İlkin iddia üzrə cavabdehin ilkin iddia üzrə iddiaçıya 456494 manat əsas borc və 123868 manat 20 qəpik faiz borcu yaranmışdır. Odur ki, tərəflər arasında bağlanmış müqavilə üzrə 456494 manat əsas borc və 123868 manat 20 qəpik faiz borcu ilkin iddia üzrə cavabdehdən tutularaq ilkin iddia üzrə iddiaçıya ödənilməlidir. Məhkəmə qarşılıqlı iddia ilə bağlı bildirir ki, qarşılıqlı iddiaçı tərəflərindən "xxxx" MMC-yə müqavilə əsasında borc verildiyini, İddiaçı QSC BOKT-un da "xxxx" MMC-yə ödəməli vəsait olduğunu, sonuncu ona ödəniləcək məbləğin 562356,50 manat hissəsinin tələb hüququnu Cavabdeh MMC-yə güzəşt etdiyini, bu səbəbdən borcların əvəzləşdirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia təmin edilməməlidir. Belə ki, istər iş materiallarından, istər qarşılıqlı iddia üzrə iddiaçının və cavabdehin məhkəməyə təqdim etdiyi sənədlərdən İddiaçı QSC BOKTun "xxxx" MMC-yə hər hansı artıq ödəməsinin qalması təsdiq olunmur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə aşağıdakılara görə razılaşır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinin icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icra üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunverciliyin yuxarıda şərh olunmuş normaları və tərəflər arasında bağlanmış kreditin restrukturizasiya edilməsinə dair müqaviləsinin şərtləri baxımından ilk iddia üzrə cavabdehin hərəkətləri öhdəliyin icra edilməməsi kimi qiymətləndirilir və belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi ilk iddianı tam təmin etməkdə haqlı olmuşdur. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq olunur ki, həqiqətən də ilk iddia üzrə iddiaçı ilə cavabdeh arasında bağlanmış 30 sentyabr 2020-ci il tarixli kredit borcunun restrukturizasiya edilməsinə dair müqavilə üzrə qalan 456.494,0 mant borc pul məbləğindən hər hansı məbləğdə ödəniş edilməmişdir. Qarşılıqlı iddiaya münsaibətdə məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı QSC BOKT-un "xxxx" MMC qarşısında hər hansı öhdəliyinin olması və ya artıq ödəməsinin qalması iş materialları ilə müəyyən edilmir. Ona görə də birinci instansiya məhkəməsi qarşılıqlı iddianı təmin etməməkdə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qanunsuz qətnamə qəbul etməklə yanaşı eyni zamanda iş üzrə təqdim olunmuş sübutlara hüquqi qiymət verməməsi, hərtərəfli, tam və obyektiv araşdırma aparmadan əsassız və ədalətsiz qətnamə qəbul etməsinə dair dəlili ilə razılaşmayaraq qeyd edir ki, təqdim olunmuş bütün sənədlər məhkəmə tərəfindən araşdırılaraq onlara hüquqi qiymət verilmişdir. Apellyasiya şikayətinin digər bir dəlili ondan ibarətdir ki, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının bu günə qədər "xxxx" MMC qarşısında öhdəliyi mövcuddur. Kollegiya qeyd edir ki, cavabdeh şikayətində iddiaçının qədər "xxxx" MMC qarşısında öhdəliyinin olduğunu göstərsə də həmin xüsusat işdəki hər hansı sübutla təsdiq olunmur. Əksinə işdə olan məktublardan görünür ki, edilmiş müraciətlərə cavab olaraq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının "xxxx" MMC qarşısında öhdəliyinin olmadığını bildirmişdir. İlk iddia üzrə cavabdeh isə məhkəməyə şikayətinin dəlillərini təsdiq edən mötəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcələnin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, şikayətlə mübahisələndirilən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilmədən, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-1074/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384.0.1, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, e-2-2(115)- 1074/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(104)-33/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-33/2024
01.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver