Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-36/2024 09.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası-hakimlər Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli, 2-2(115)-23/2023 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 08 noyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə banka 45682 manat 18 qəpik əsas, 10055 manat 06 qəpik faiz, 248 manat 83 qəpik cərimə borcu olmaqla, cəmi 55986 manat 07 qəpik məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh2 mülkiyyətindəki Qazax şəhəri, H. Əliyev küçəsində yerləşən 4 otaqlı, 78.2 kv.m yaşayış, 57.8 kv.m köməkçi sahədən ibarət 64 A saylı fərdi yaşayış evinə və 0.04 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun Cavabdeh2 mülkiyyətindəki Qazax şəhəri, H. Əliyev küçəsində yerləşən 4 otaqlı, 78.2 kv.m yaşayış, 57.8 kv.m köməkçi sahədən ibarət 64 A saylı fərdi yaşayış evinə və 0.04 ha torpaq sahəsinin hərracdam satışdan əldə olunan vəsait hesabına İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh2 mülkiyyətindəki Qazax şəhəri, H. Əliyev küçəsində yerləşən 4 otaqlı, 78.2 kv.m yaşayış, 57.8 kv.m köməkçi sahədən ibarət 64 A saylı fərdi yaşayış evinə və 0.04 ha torpaq sahəsinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Qazax şəhəri, H. Əliyev küçəsində yerləşən 4 otaqlı, 78.2 kv.m yaşayış, 57.8 kv.m köməkçi sahədən ibarət 64A saylı fərdi yaşayış evinə və 0.04 ha torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin əmlakın boşaldılması və Banka təhvil verilməsi, Cavabdeh1 ilə "xxxx" İKB ASC arasında bağlanmış 08 noyabr 2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, 10 sentyabr 2018-ci il tarixli baş kredit müqaviləsinə əsasən Cavabdeh1 “Nikoyl" İKB ASC-nin “Gəncə” filialında 120 ay müddətinə 150.000 manat və ya həmin məbləğin digər valyutalarda ekvivalenti məbləğində kredit limiti ayrılmışdır. 2019-cu il 08 noyabr tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 19 %-lə 36 ay müddətinə 50.000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh2 mülkiyyətindəki Qazax şəhəri, H.Əİiyev küçəsində yerləşən, 4 otaqlı 78,2 kv.m yaşayış, 57.8 kv.m köməkçi sahədən ibarət 64 "A” saylı fərdi yaşayış evi və 0.04 ha torpaq sahəsinin 10 sentyabr 2018-ci il tarixli ipoteka müqaviləsilə yüklü edilmiş və X3 və Cavabdeh4 ilə 2019-cıı il 08 noyabr tarixli zaminlik müqavilələri bağlanmışdır. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2015-ci il 10 maıi tarixli kredit müqaviləsinin 4.8-ci bəndinə əsasən hər gecikdirilən gün üçün gccikdirilmiş məbləğin illik 0.1 faizlə cərimə hesablayıb borcludan tələb edir. 2021-ci il mayın 5-dək Cavabdeh1 2019cu il 08 noyabr tarixli kredit müqaviləsi üzrə banka 45.682,18 manat əsas, 10.055,06 manat faiz, 248,83 manat cərimə borcu olmaqla, cəmi 55.986,07 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. İddiaçı sonuncu dəfə xx.xx.2023-cü il tarixində iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 08 noyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə banka 34482 manat 18 qəpik əsas, 25184 manat 27 qəpik faiz, 7178 manat 57 qəpik cərimə, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış borcu 759 manat 75 qəpik borcu olmaqla, cəmi 67604 manat 77 qəpik məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh2 müİkiyyətindəki Qazax şəhəri, H.Əliyev küçəsində yerləşən, 4 otaqlı, 78,2 kv.m yaşayış, 57,8 kv.m köməkçi sahədən ibarət 64 “A” saylı fərdi yaşayış evinə və 0.04 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun Cavabdeh2 müİkiyyətindəki Qazax şəhəri, H.Əliyev küçəsində yerləşən, 4 otaqlı, 78.2 kv.m yaşayış, 57,8 kv.m köməkçi sahədən ibarət 64 “A” saylı fərdi yaşayış evinin və 0.04 ha torpaq sahəsinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh2 müİkiyyətindəki Qazax şəhəri, H.Əliyev küçəsində yerləşən, 4 otaqlı, 78.2 kv.m yaşayış, 57.8 kv.m köməkçi sahədən ibarət 64 “A” saylı fərdi yaşayış evinə və 0.04 ha torpaq sahəsinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Qazax şəhəri, H.Əliyev küçəsində yerləşən, 4 otaqlı, 78,2 kv.m yaşayış, 57.8 kv.m köməkçi sahədən ibarət 64 “A” saylı fərdi yaşayış evinə və 0.04 ha torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilinəsi, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin əmlakın boşaldılması və Banka təhvil verilməsi, Cavabdeh1 ilə "xxxx" İKB ASC arasında bağlanmış 08 noyabr 2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli, e-2-2(115)-23/2023 saylı qətnaməsi ilə (hakim R.Məmmədov) iddia tələbi qismən təmin edilərək, 30782 manat 18 qəpik əsas borc, 22297 manat 15 qəpik müqavilə müddətinə faiz borcu, 500 manat cərimə borcu, 759 manat 75 qəpik gecikdirilmiş vaxt üçün faiz borcu olmaqla, cəmi 54339 manat 08 qəpik məbləğində borc, ödənilmiş 30 manat dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumunun müştərək qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 tutularaq, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, tələb üzrə tutmanın Cavabdeh2 mülkiyyətində olan Qazax şəhəri, H.Əliyev küçəsində 0.04 hektar torpaq sahəsində yerləşən 64 A fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracdan satılması, fərdi yaşayış evinin ilkin satış qiymətinin 66000 manat həddində müəyyən edilməsi, açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləğinin İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, bankın tələbləri ödənildikdən sonra qalan məbləğin Cavabdeh2 qaytarılması, fərdi yaşayış evinin satışından əldə edilmiş vəsait borcunun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləğinin müştərək qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, açıq hərrac keçirildikdən 1 ay sonra cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 fərdi yaşayış evindən çıxarılması və fərdi yaşayış evinin boşaldılması, Cavabdeh1 200 manat məbləğində ekspertiza xərcinin tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına, 350 manat məbləğində qiymətləndirmə haqqının tutularaq, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşdə olan sübutlar: 10 sentyabr 2018-ci il tarixli, 10-BİZG-1-0-04-18 saylı baş kredit müqaviləsindən görünür ki, "xxxx" İKB ASC (hazırki adı "xxxx" ASC) tərəfindən Cavabdeh1 illik faiz dərəcəsi 36 faiz olmaqla, 120 ay müddətinə 150000 manat məbləğində kredit xətti açılmışdır. 08 noyabr 2019-cu il tarixli 10-BİZGZ-2-0-40-19 saylı kreditin verilməsinə dair müqavilədən görünür ki, "xxxx" İKB ASC (hazırki adı "xxxx" ASC) tərəfindən Cavabdeh1 illik faiz dərəcəsi 19 faiz olmaqla, 36 ay müddətinə 50000 manat məbləğində kredit verilmişdir. 08 noyabr 2019-cu il tarixli, 10-BİZGZ-2-0-40-19 saylı zaminlik müqavilələrinin surətindən görünür ki, Cavabdeh3 və Cavabdeh4 kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı ASC qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdələrinə götürmüşlər. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 9/6011 nömrəli rəyində göstərilmişdir ki, Cavabdeh1 xx.xx.2021-ci il tarixə 45682 manat 18 qəpik əsas, 10055 manat 06 qəpik faiz, 248 manat 83 qəpik cərimə borcu olmaqla, ümumilikdə 55986 manat 07 qəpik borcu vardır. Tədqiqatın dəyəri 100 manat təşkil etmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/5239 nömrəli rəyində göstərilmişdir ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixə 47437 manat 62 qəpik əsas, 20605 manat 06 qəpik faiz borcu olmaqla, ümumilikdə 68042 manat 68 qəpik borcu vardır. Tədqiqatın dəyəri 100 manat təşkil etmişdir. Maliyyə arayışından görünür ki, Cavabdeh1 qızının 08 noyabr 2019-cu il tarixli 10- BİZGZ-2-0-40-19 saylı kreditin verilməsinə dair müqavilə üzrə 23 oktyabr 2023-cü il tarixə banka 30782 manat 18 qəpik əsas borc, 28500 manat 75 qəpik faiz borcu və 10146 manat 08 qəpik cərimə borcu olmaqla, ümumilikdə cəmi 71062 manat 16 qəpik məbləğində borcun olması göstərilmişdir. 10 sentyabr 2018-ci il tarixli, 10-BİZG-1-0-04-18 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh2 məxsus Qazax şəhəri, H.Əliyev küçəsində yerləşən, 4 otaqlı, 78,2 kv.m yaşayış, 57.8 kv.m köməkçi sahədən ibarət 64 “A” saylı fərdi yaşayış evi və 0.04 ha torpaq sahəsi banka ipotekaya qoyulmuşdur. Həmin müqavilənin 9.4-cü bəndinə əsasən ipoteka predmetinə tutma yönəldilməsi zamanı ilkin satış qiyməti tərəflərin qarşılıqlı razılığına əsasən 35000 manat məbləğində müəyyən edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Qazax şəhəri, H.Əliyev küçəsində yerləşən, 4 otaqlı, 78,2 kv.m yaşayış, 57.8 kv.m köməkçi sahədən ibarət 64 “A” saylı fərdi yaşayış evi və 0.04 ha torpaq sahəsi ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatdan keçirilmişdir. "xxxx" MMC-nin 01 mart 2022-ci il tarixli, ƏEM/M 16-189/22 saylı rəyində göstərilmişdir ki, Cavabdeh2 xüsusi mülkiyyətində olan Qazax şəhəri, H.Əliyev küçəsində yerləşən, 4 otaqlı, 78,2 kv.m yaşayış, 57,8 kv.m köməkçi sahədən ibarət 64 “A” saylı fərdi yaşayış evinin və 0.04 ha torpaq sahəsi ilə birlikdə bazar dəyəri 70000 manat, likvid dəyəri 47000 manatdır. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, G-03/23-044 nömrəli rəyində göstərilmişdir ki, Cavabdeh2 xüsusi mülkiyyətində olan Qazax şəhəri, H.Əliyev küçəsində yerləşən, 4 otaqlı, 78,2 kv.m yaşayış, 57,8 kv.m köməkçi sahədən ibarət 64 “A” saylı fərdi yaşayış evinin və 0.04 ha torpaq sahəsi ilə birlikdə bazar dəyəri 127300 manat, likvid dəyəri 110000 manatdır. Təqdiqatın dəyəri 350 manat təşkil etmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/3319 nömrəli rəyindən görünür ki, Qazax şəhəri, H.Əliyev küçəsində yerləşən Cavabdeh2 məxsus olan 64 “A” saylı fərdi yaşayış evinin bazar dəyəri 72500 manat, likvid dəyəri 66000 manat müəyyən edilir. Apellyasiya şikayətinin dəlilləri: Gəncə Kommersiya Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli, e-2-2(115)-23/2023 saylı qətnaməsindən Cavabdeh1 apellyasiya şikayəti verərək, Gəncə Kommersiya Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli, e-2-2(115)-23/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə sübutların tədqiqini düzgün etməmiş, bununla da MPM-in tələblərini pozmaqla qətnamə qəbul etmişdir. Belə ki, məhkəmə qətnamə qəbul edən zaman iş üzrə bir neçə ziddiyətli ekspertiza rəyi olmasına baxmayaraq həmin ziddiyətlərin aradan qaldırılması ilə bağlı heç bir araşdırma aparmamış Məhkəmə Ekspertiza Mərkəzinin dövlət ekspertiza mərkəzi olduğundan, məhkəmə Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/3139-9/3319 nömrəli qiymətləndirmə rəyinə əsaslanmışdır. Belə olan halda məhkəmə nəzərə almamışdır ki, əmlakın qiymətləndirilməsi sözü gedən ekspert rəyi ilə müəyyən edilməsi qanuna ziddir. Bununla yanaşı sözügedən rəyə əlavə edilmiş şəkillərdən də görünür ki, ekspertiza onun evinin ölçülərinə və yerləşdiyi məkana uyğun olmayan evin üzərində tədqiqat aparmış, beləliklə də əsassız rəy verilməsi ilə nəticələnmişdir. Ekspertiza mərkəzinin mütəxəsisi onun evinə baxış keçirtməmiş, fərziyələrə əsasən rəy vermişdir. Məhkəmə ona əsassız olaraq hesablanmış 22297 manat 15 qəpik müqavilə müddətinə faiz borcu, 500 manat cərimə borcu, 759 manat 75 qəpik gecikdirilmiş vaxt üçün faiz borcunun hansı meyarlarla hesablanmasını öz qətnaməsində əsaslandırmamış, iddiaçı bank tərəfindən təqdim edilmiş maliyyə arayışını sübut növündə qiymətləndirərək iş üzrə qətnamə qəbul etmişdir. 30785,18 manat əsas borcu olan şəxsin 22297 manat 15 qəpik müqavilə müddətinə faiz borcu, 500 manat cərimə borcu, 759 manat 75 qəpik gecikdirilmiş vaxt üçün faiz borcu mümkünsüzdür. Lakin məhkəmənin qənaətinə görə iddia tələbi həmin hissədə əsaslıdır. İddiaçı iş üzrə məhkəmə baxışında iddia tələbinin hecminin artırılmasına dair ərizə ilə müraciət etmiş məhkəmə isə sözügedən ərizəni heç bir əsas olmadan icraata götürmüş və yekun məhkəmə aktı qəbul etmişdir. Qeyd edir ki, məhkəmə iş üzrə onun iddiaçı banka borcunun məbləği sübut edilmədiyi təqdirdə bu qənaətə gəlmiş və nəticədə əsassız pul məbləğini onun və digər cavabdehlərin öhdəliyinə vermişdir. İddiaçı tərəfindən sübut növündə təqdim edilmiş maliyyə arayışı nəyin əsasında tərtib edilməsi, eləcə də ona hesablanmış faiz məbləğinin hansı meyarlarla müəyyən edilməsi barədə mötəbər sübut təqdim etməmiş, məhkəmədə öz qətnaməsin həmin hallara aydınlıq gətirməmişdir. Məhkəmə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlərin olmasına baxmayaraq təkrar ekspertiza təyin etməmiş, bununla da mülkiyyətində olan evin qiymətləndirilməsi zamanı müəyyən edilmiş məbləğ həddindən aşağı qiymət yazılmaqla mülkiyyət hüququnu əsassız pozmuşdur. Bununla yanaşı məhkəmə iş üzrə verilmiş ekspertiza rəyinə əlavə edilmiş internet səhifəsindən götürülmüş ev qiyməti ilə qane olmuşdur. Belə ki, iş materiallarına əlavə edilmiş şəkildən də görünür ki, ekspertiza tədqiqində istifadə edilən foto şəkildəki evin ölçüləri, eləcə torpaq ölçüləri habelə evin xarici və daxili görünüşü fərlidir. Onun evi avropa standartlarına uyğun və şəhərin mərkəzində yerləşir. Evinin belə gülünc qiymətə qoyulması bununda məhkəmədə sübut növü qismində tanınması qanunaziddir. Apellyasiya icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 apellyasiya şikayətinin əsassız olduğunu bildirib təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlərə məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Bununla yanaşı əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh3 apellyasiya şikayətini müdafiə etdiyini bildirib, təmin edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.7. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
“İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu:
1.0.1. ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. 30.6. İpoteka predmetinin özgəninkiləşdirilməsinin əsas öhdəlik üzrə tələblərin ödənilməsinə kifayət etdiyi hallarda, bu Qanunun 30.1-ci maddəsinin tələbləri nəzərə alınmadan ipoteka qoyan ipoteka predmetini özgəninkiləşdirə və ipoteka saxlayana əsas öhdəlik üzrə borclarını ödəyə bilər. İpoteka qoyan bu Qanunun 25.3.5-ci maddəsində nəzərdə tutulmuş əsas öhdəliyin həcmi barədə arayışı notariusa təqdim edir. Bu halda notarius ipoteka predmetinin özgəninkiləşdirilməsinə dair müqaviləni təsdiqləyir, ipoteka saxlayanın tələblərinin tam ödənilməsinə dair müəyyən edilmiş məbləğin ipoteka saxlayanın hesabına köçürülməsini təmin edir. İpoteka saxlayanın tələbləri tam ödənildikdə, ipoteka saxlayan (birgə ipoteka saxlayanlar) ipotekanın dövlət qeydiyyatının ləğvi məqsədilə ipotekanın dövlət qeydiyyatı orqanına müraciət etməlidir. 36-cı maddəsinə görə ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. 39.3.3-cü maddəsinə əsasən ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Kommersiya Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli, e-2-2(115)-23/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, cavabdeh qətnamə ilə tutulan faiz və cərimə məbləğini mübahisələndirməklə, həmin məbləğlərin düzgün hesablanmadığını iddia etsə də tələb edilən borc məbləğinin düzgün hesablanmamasına dair hər hansı bir arqument irəli sürə bilməmişdir. Cavabdeh ödənilmiş məbləğlərin nəzərə alınmamasını və ya ödənilmiş məbləğlərin əsas və faiz məbləğinə görə düzgün silinməməsini konkret hallar üzrə əsaslandırmağa borclu olmasına baxmayaraq, öz gümanlarına əsaslanmaqla qeyrimüəyyən dəlillər irəli sürmüşdür. Halbuki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə-mühaibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/5239 nömrəli rəyi ilə cavabdehin xx.xx.2022-ci il tarixə 47437 manat 62 qəpik əsas, 20605 manat 06 qəpik faiz borcunun olması öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası cavabdehin əsas borc məbləğinə münasibətdə faiz məbləğinin çox olması ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, iş materiallarından görünür ki, cavabdeh tərəfindən 08 noyabr 2019-cu il tarixdə kredit müqaviləsi bağlandıqdan sonra 3 ay ərzində cəmi 5754 manat ödəniş edilmiş, ekspert rəyi verilən xx.xx.2022-ci il tarixə kimi isə heç bir ödəniş edilməmişdir. Ödəniş cədvəlinə əsasən isə kredit müqaviləsi bağlandıqdan 3 ay sonrakı qalıq 46826,89 manat əsas borc məblğinə hesablanmalı olan aylqı faiz məbləğinin 741,43 manat olması nəzərə alındıqda, keçən 27 aylıq dövr üzrə xx.xx.2022-ci il tarixədək hesablanmış faiz məbləğinin 20605,06 manat məbləğində olması hər hansı bir şübhə yaratmamaqdadır. Həmin tarixdən sonra edilmiş ödənişlər isə iddiaçı bank tərəfindən yalnız əsas borc məbləğindən silinmişdir ki, kredit müqaviləsi üzrə öhdəliyin icrasının son müddəti olan xx.xx.2022-ci il tarixinə qalıq faiz məbləğinin 22297,15 manat olması da hər hansı bir şübhə yararmamaqla, əsaslı olmuşdur. Həmçinin, əsas borc məbləğinə münasibətdə öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış 759,75 manat faiz məbləği o cümlədən, Mülki Məcəllənin 467-ci maddəsinin tətbiqi baxımından birinci instansiya məhkəməsinin müəyyən etdiyi 500 manat cərimə məbləği də əsaslı olmuşdur. Buna görə də məhkəmə kollegiyası cavabdehin borc məbləğinin düzgün müəyyən edilməməsi ilə bağlı şikayətinin dəlilinu əsassız hesab etmişdir. İpoteka predmetinin ilkin satış qiymtəinin düzgün müəyyən olunmaması ilə bağlı dəlilə münasibətdə isə qeyd olunur ki, tərəflər arasında bağlanmış 10 sentyabr 2018-ci il tarixli ipoteka müqaviləsinin 2.2-ci bəndi ilə ipoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 35.000 manat dəyərində qiymətləndirilsə də Gəncə Kommersiya Məhkəməsi tərəfindən əmlakın qiymətləndirilməsi yenidən həyata keçirilmiş və Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/3319 nömrəli rəyi ipoteka predmetinin likvid dəyəri 66000 manat müəyyən edilmişdir. İpoteka predmetinin dəyəri ilə bağlı ekspert rəyi ilə müəyyən edilmiş məbləğ "xxxx" MMC-nin 01 mart 2022-ci il tarixli mütəxəsiss rəyinə və ipoteka müqaviləsi ilə müəyyən edilmiş məbləğə uyğun olmaqla, "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli rəyi ilə müəyyən edilmiş məbləğdən kəskin fərqlənmişdir ki, bu da "xxxx" MMC-nin mütəxəssis rəyinin qeyri-mötəbər olmasını deməyə əsas vermişdir. Buna görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin ekspert rəyi ilə müəyyən edilmiş ipotekanın likvid dəyərini daha mötəbər hesab etməsini əsaslı hesab etmişdir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası qanunun 30.6-cı maddəsinə əsasən ipoteka predmetinin özgəninkiləşdirilməsinin əsas öhdəlik üzrə tələblərin ödənilməsinə kifayət etdiyi hallarda, bu Qanunun 30.1-ci maddəsinin tələbləri nəzərə alınmadan ipoteka qoyan ipoteka predmetini özgəninkiləşdirə və ipoteka saxlayana əsas öhdəlik üzrə borclarını ödəyə bilər. İpoteka qoyan bu Qanunun 25.3.5-ci maddəsində nəzərdə tutulmuş əsas öhdəliyin həcmi barədə arayışı notariusa təqdim edir. Bu halda notarius ipoteka predmetinin özgəninkiləşdirilməsinə dair müqaviləni təsdiqləyir, ipoteka saxlayanın tələblərinin tam ödənilməsinə dair müəyyən edilmiş məbləğin ipoteka saxlayanın hesabına köçürülməsini təmin edir. İpoteka saxlayanın tələbləri tam ödənildikdə, ipoteka saxlayan (birgə ipoteka saxlayanlar) ipotekanın dövlət qeydiyyatının ləğvi məqsədilə ipotekanın dövlət qeydiyyatı orqanına müraciət etməlidir. Göründüyü kimi qanunvericilik ipoteka qoyana ipoteka ilə yüklü edilmiş əmlakını özgəninkiləşdirmək imkanı verməkdədir ki, ipoteka qoyan əmlakının dəyərinin daha yüksək olduğunu iddia etdiyi halda əsas öhdəlik üzrə tələblərin ödənilməsini təmin etməklə ipoteka premetini iddia etdiyi yüksək qiymətə özgəninkiləşdirə bilər. Buna görə də məhkəmə kollegiyası cavabdehin qeyd olunan dəlilini də əsassız hesab etmişdir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Gəncə Kommersiya Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli, 2-2(115)-23/2023 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli, 2-2(115)-23/2023 saylı qətnaməsi Cavabdeh1 apellyasiya şikayətinə aid hissədə dəyişdirilmədən saxlansın Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə təqdim edilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommerisya kollegiyasına kassasiya şikayəti verilə bilər.