Məhkəmə qərarları › İş №2-2(104)-37/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(104)-37/2024

19.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(104)-37/2024 19.01.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası-Hüseynzadə Afiq Hüseyn oğlu (məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, Cavabdeh5 nümayəndəsi vəkil X1 iştirakı ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh1, Cavabdeh6,Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli, e-2-2(115)-22/2023 saylı qərardadından Cavabdeh5 tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: İddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh1, Cavabdeh6,Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh5dan Bank Olmayan Kredit Təkilatı İddiaçı MMC xeyrinə 25 oktyabr 2016-cı il tarixli, 16/16 №- li kredit müqaviləsi üzrə əsas borcundan 90500 manat, faiz borcundan 15725 manat 69 qəpik, cərimə borcundan 11495 manat 42 qəpik, ipoteka bildirişlərinin qeydə alınması üçün ödənilmiş 82 manat dövlət rüsumunun, 400 manat manat mediasiya prosesi üçün ödənilmiş rüsumun, ümumilikdə cəmi 118203 manat 10 qəpik məbləğində pul vəsaitinin tutulması, tutulmanın ilkin satış qiyməti 80000 manat müəyyən edilməklə xx.xx.2016-cı il tarixli Cavabdeh5 ilə bağlanmış ipoteka müqaviləsinə əsasən ipotekaya qoyulmuş Cavabdeh5 məxsus Bərdə şəhəri, Cəfər Cabbarlı küçəsi, 22 nömrəli fərdi yaşayış evinə (0.06 ha torpaq sahəsi ilə birlikdə), ilkin satış qiyməti 70000 manat müəyyən edilməklə xx.xx.2016-cı il tarixli Cavabdeh4 ilə bağlanmış ipoteka müqaviləsinə əsasən ipotekaya qoyulmuş Bərdə rayonu, Mehdili kəndində 0.12 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 159.7 kv.m, yaşayış sahəsi 98.9 kv.m, yardımçı sahəsi 60.8 kv.m olan 3 otaqlı fərdi yaşayış evinə (0.12 ha torpaq sahəsi ilə birlikdə) yönəldilməsi, həmin əmlakların açıq bazarda və ya hərracda satılması, satışından əldə edilmiş məbləğin borcun ödənilməsi üçün Bank Olmayan Kredit Təkilatı İddiaçı MMC-nin hesabına keçirilməsi, əmlakların satışından əldə edilən pul vəsaiti borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh5 tutulması, Bərdə şəhəri, Cəfər Cabbarlı küçəsi, 22 nömrəli fərdi yaşayış evi evinə (0.06 ha torpaq sahəsi ilə birlikdə) satıldıqdan sonra orada yaşayan Cavabdeh5, Cəfərova (Rzayeva) Nəzakət İsa qızı və Bayramova (Rzayeva) Günay Zahid qızı və digər şəxslər, Bərdə rayonu, Mehdili kəndində 0.12 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 159.7 kv.m, yaşayış sahəsi 98.9 kv.m, yardımçı sahəsi 60.8 kv.m olan 3 otaqlı fərdi yaşayış evinə (0.12 ha torpaq sahəsi ilə birlikdə) satıldıqdan sonra orada yaşayan Cavabdeh4, Cavabdeh1, Cavabdeh6və digər şəxslər, mənzili 1 (bir) ay ərzində tərk etmədikləri halda, həmin şəxslər mənzildən məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 23 avqust 2023-cü il tarixli, e-2-2-(115)-22/2023 saylı (hakim R.Məmmədov) qətnaməsi ilə iddia qismən təmin edilərək, 89603 manat 96 qəpik əsas borc, 14652 manat 74 qəpik faiz borcu, 1000 manat cərimə borcu olmaqla, cəmi 105256 manat 70 qəpik məbləğində borc, ipoteka bildirişlərinin qeydə alınması üçün ödənilmiş 82 manat və 400 manat mediasiya xərci Cavabdeh5 tutularaq iddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı MMC-yə ödənilməsi,tələb üzrə tutma cavabdehlər Cavabdeh5 məxsus Bərdə şəhəri, Cəfər Cabbarlı küçəsində 0.06 hektar torpaq sahəsində yerləşən 22 saylı fərdi yaşayış evinə və Cavabdeh4 məxsus Bərdə rayonu, Mehdili kəndində 0.12 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməsi,həmin fərdi yaşayış evləri açıq hərracdan satılması, Bərdə şəhəri, Cəfər Cabbarlı küçəsində 0.06 hektar torpaq sahəsində yerləşən 22 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 83000 manat, Bərdə rayonu, Mehdili kəndində 0.12 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 71000 manat həddində müəyyən edilməsi,açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği iddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı MMC-yə ödənilməsi,kredit təşkilatının tələbləri ödənildikdən sonra qalan məbləğ cavabdehlər Cavabdeh5 və Cavabdeh4 qaytarılması,fərdi yaşayış evlərinin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği Cavabdeh5 tutularaq iddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı MMC-yə ödənilməsi, 200 manat ekspertiza xərci və 500 manat qiymətləndirmə haqqı Cavabdeh5 tutularaq müvafiq olaraq Məhkəmə Ekspertiza Mərkəzinin və "xxxx" MMC-nin hesablarına ödənilməsi, ödənilməli olan 386 manat 26 qəpik məbləğində dövlət rüsumu Cavabdeh5 tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissəsi təmin edilməməsi qət edilmişdir. Həmçinin, Gəncə Kommersiya Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli, e-2-2- (115)-22/2023 saylı əlavə qətnaməsi (hakim R.Məmmədov) ilə Bərdə şəhəri, Cəfər Cabbarlı küçəsində 0.06 hektar torpaq sahəsində yerləşən 22 saylı fərdi yaşayış evi və Bərdə rayonu, Mehdili kəndində 0.12 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evi açıq hərracda satıldıqdan sonra cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh1, Cavabdeh6, Cavabdeh2 və Cavabdeh3 1 ay ərzində müvafiq fərdi yaşayış evlərindən çıxarılması qət edilmişdir. Gəncə Kommersiya Məhkəməsinin 23 avqust 2023-cü il tarixli, e-2-2-(115)-22/2023 saylı qətnaməsindən narazı qalan Cavabdeh5 apellyasiya şikayəti verərək Gəncə Kommersiya Məhkəməsinin 23 avqust 2023-cü il tarixli, e-2-2-(115)-22/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli, e-2-2(115)-22/2023 nömrəli qəradadı ilə Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddətdə verilməməsi əsası ilə geri qaytarılmışdır. Bundan sonra Cavabdeh5 Gəncə Kommersiya Məhkəməsinin 23 avqust 2023-cü il tarixli, e-2-2-(115)-22/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verməklə yanaşı, eyni zamanda apellyasiya şikayətinin vermə müddətinin ötürülməsinin üzürlü sayılıb, bərpa edilməsinə dair ərizə ilə müraciət edərək, buraxılmış prosessual müddətin bərpa edilməsi və apellyasiya şikayətinin baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Cavabdeh5 ərizəsini onunla əsaslandırmışdır ki, o, qətnaməni xx.xx.2023-cü il tarixdə almış və xx.xx.2023-cü il tarixdə şikayət vermişdir ki, bununla da prosessual müddəti ötürməmişdir. Gəncə Kommersiya Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli, 2-2-(115)-22/2023 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. Gəncə Kommersiya Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli, e-2-2(115)-22/2023 nömrəli qəradadından narazı qalan Cavabdeh5 tərəfindən şikayət verilmiş, Gəncə Kommersiya Məhkəməsinin 01 dekabr 2023-cü il tarixli, e-2-2(115)- 22/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardadda göstərilmişdir ki, qətnaməni qardaşı almışdır. Qardaşı onunla birlikdə yaşamır və onun öz ailəsi olmaqla, onların evindən xeyli aralı məsafədə yaşayır. Qardaşı onun ailə üzvü olmadığından poçtalyonun qətnaməni qardaşına verdiyi gündən prosessual müddətin hesablanması düzgün deyildir. Buna görə də prosessulal müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh5 nümayəndəsi vəkil X2 ərizəni müdafiə edib, əlavə izahat verib bildirmişdir ki, Cavabdeh5 Gəncə Kommersiya Məhkəməsinin 23 avqust 2023-cü il tarixli, e-2-2-(115)-22/2023 saylı qətnaməsini almamış, yalnız Gəncə Kommersiya Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli, e-2-2-(115)- 22/2023 saylı əlavə qətnaməsini poçt vasitəsi ilə almışdır. Əlavə qətnaməni vəkil olaraq ona təqdim etdikdən sonra, əsas qətnməni istəmiş bundan sonra cavabdeh əsas qətnaməni əldə edərək gətirib ona vermiş və bundan sonra apellyasiya şikayəti hazırlanıb verilmişdir. Gəncə Kommersiya Məhkəməsinin 07 sentayabr 2023-cü il tarixli, e-2-2-(115)- 22/2023 saylı əlavə qətnaməsini əldə edənə kimi Cavabdeh5 əsas qətnamədən məlumatı olmamışdır. Buna görə də şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq iddiaçının nümayəndəsi və digər cavabdehlər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayətə təmin edilməli, Gəncə Kommersiya Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli, e-2-2(115)-22/2023 nömrəli qəradadı və həmin qərardadla bağlı 01 dekabr 2023-cü il tarixli, e-2-2(115)- 22/2023 nömrəli qərardadı ləğv edilməli və Gəncə Kommersiya Məhkəməsinin 23 avqust 2023-cü il tarixli, e-2-2-(115)-22/2023 saylı qətnaməsindən Cavabdeh5 tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Gəncə Kommersiya Məhkəməsinin 23 avqust 2023-cü il tarixli, e-2-2-(115)-22/2023 saylı qətnaməsi xx.xx.2023-cü il tarixdə cavabdehlər Cavabdeh4 və Cavabdeh1 tərəfindən poçt göndərişinin verilməsi barədə xəbərnaməyə imza edilməklə qəbul edilmişdir. Gəncə Kommersiya Məhkəməsinin 07 sentayabr 2023-cü il tarixli, e-2-2-(115)-22/2023 saylı əlavə qətnaməsi isə 20 sentyabr 2023-cü il tarixdə Cavabdeh5 tərəfindən poçt göndərişinin verilməsi barədə xəbərnaməyə imza edilməklə qəbul edilmişdir. Qətnamədən apellyasiya şikayəti isə 11 oktyabr 2023-cü il tarixdə məhkəməyə verilmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh5 nümayəndəsi Cavabdeh5 Gəncə Kommersiya Məhkəməsinin 23 avqust 2023-cü il tarixli, e-2-2-(115)-22/2023 saylı qətnaməsini almadığını, yalnız Gəncə Kommersiya Məhkəməsinin 07 sentayabr 2023-cü il tarixli, e-2-2-(115)-22/2023 saylı əlavə qətnaməsini poçt vasitəsi ilə aldığını, bundan sonra əsas qətnməni əldə edərək apellyasiya şikayəti verməsinə dair izahat vermişdir ki, onun bu izahatı iş materialları ilə uyğunluq təşkil etmişdir. Digər tərəfdən məhkəmə kollegiyası Gəncə Kommersiya Məhkəməsinin 23 avqust 2023-cü il tarixli, e-2-2-(115)-22/2023 saylı qətnaməsindən sonra həmin iş üzrə Gəncə Kommersiya Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli, e-2-2-(115)-22/2023 saylı əlavə qətnaməsinin də qəbul edilməsini nəzərə alaraq hesab edir ki, qətnmaədən şikayət verilməsi üçün ötürülmüş prosessual prosessual müddət üzürlü hesab edilərək, bərpa edilməlidir. Azərbaycan Respublikası Mülki Prosesessual Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133-cü maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə əsasən qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiya məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 397-400, 405.0.2-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şikayət təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli, e-2-2(115)-22/2023 nömrəli qəradadı və həmin qərardadla bağlı 01 dekabr 2023-cü il tarixli, e-2-2(115)- 22/2023 nömrəli qərardadı ləğv edilsin. Ərizə təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin 23 avqust 2023-cü il tarixli, e-2-2-(115)-22/2023 saylı qətnaməsindən Cavabdeh5 tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilsin. Apellyasiya şikayətinə baxılması üçün iş Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına təqdim edilsin. Qərardad elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar