Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-41/2024 13.03.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası-hakimlər Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı1 Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə Gəncə Kommersiya Məhkəməsinin 12 iyul 2023-cü il tarixli, e-2-2(115)-711/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı1 Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 9420 manat 95 qəpik icarə haqqı borcunun, ona hesablanmış 8478 manat 84 qəpik cərimə borcunun və ödənilmiş 210 manat mediyasiya xərcinin tutularaq İddiaçı1 MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, qeyri-yaşayış sahəsinin icarəyə verilməsi ilə əlaqədar İddiaçı1 MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli, 330 saylı icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən “İcarəyəverən” - İddiaçı1 MMC Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında, Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksində yerləşən, sahəsi 23,0 kv.metr ölçüsündə olan “H 24” nömrəli qeyri-yaşayış sahəsi - mağazanı icarəyə verməyi, “İcarəçi” isə “İcarəyəverən”ə icarə haqqı və icarədən yaranan digər ödənişləri ödəməyi, habelə bu müqavilə ilə nəzərdə tutulmuş şərtlərə sözsüz əməl etməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4-cü bəndinə uyğun olaraq icarəyə verilən sahədən istifadəyə görə “İcarəçi” hər ay kommunal və sair xərclər daxil olmamaqla xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ƏDV xaric aylıq 677 manat 97 qəpik may 2020-ci il tarixdən ƏDV xaric aylıq 800 həcmində icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı1 MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2020-ci il tarixli, 330 saylı icarə müqaviləsinə 23 sentyabr 2021-ci il tarixdə xitam verilmişdir. Qeyri-yaşayış sahəsinin icarəyə verilməsi ilə əlaqədar İddiaçı1 MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli, 339 saylı icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən “İcarəyəverən” - İddiaçı1 MMC Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında, Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksində yerləşən, sahəsi 34,0 kv.metr ölçüsündə olan “2205” nömrəli qeyri-yaşayış sahəsini icarəyə verməyi, “İcarəçi” isə İcarəyəverənə icarə haqqı və icarədən yaranan digər ödənişləri ödəməyi, habelə bu müqavilə ilə nəzərdə tutulmuş şərtlərə sözsüz əməl etməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4-cü bəndinə uyğun olaraq icarəyə verilən sahədən istifadəyə görə “İcarəçi” hər ay kommunal və sair xərclər daxil olmamaqla ƏDV daxil aylıq 220,0 manat (iki yüz iyirmi manat, sıfır qəpik) həcmində icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı1 MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2020-ci il tarixli, 339 saylı icarə müqaviləsinə 30 oktyabr 2021ci il tarixdə xitam verilmişdir. Qeyri-yaşayış sahəsinin icarəyə verilməsi ilə əlaqədar İddiaçı1 MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli, 340 saylı icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən “İcarəyəverən” - İddiaçı1 MMC Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında, Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksində yerləşən, sahəsi 34,0 kv.metr ölçüsündə olan “2614” nömrəli qeyri-yaşayış sahəsini icarəyə verməyi, “İcarəçi” isə “İcarəyəverən”ə icarə haqqı və icarədən yaranan digər ödənişləri ödəməyi, habelə bu müqavilə ilə nəzərdə tutulmuş şərtlərə sözsüz əməl etməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4-cü bəndinə uyğun olaraq icarəyə verilən sahədən istifadəyə görə “İcarəçi” hər ay kommunal və sair xərclər daxil olmamaqla ƏDV daxil aylıq 220 manat (iki yüz iyirmi manat, sıfır qəpik) həcmində icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı1 MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2020-ci il tarixli, 340 saylı icarə müqaviləsinə 30 dekabr 2021ci il tarixdə xitam verilmişdir. Lakin “İcarəçi" ödənişlə bağlı üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, bununla da xx.xx.2020-ci il tarixli, 330 saylı icarə müqaviləsinə görə 2020-ci ilin mart, 2021-ci ilin iyun, iyul, avqust, sentyabr ayları üzrə ödənilməmiş 4324 manat 27 qəpik icarə haqqı borcu və ona hesablanmış 3891 manat 84 qəpik cərimə borcu, xx.xx.2020-ci il tarixli, 339 saylı icarə müqaviləsinə görə 2020-ci ilin mart, iyun, 2021-ci ilin iyun, iyul, avqust , sentyabr, oktyabr ayları üzrə ödənilməmiş 1943 manat 34 qəpik icarə haqqı borcu və ona hesablanmış 1749 manat cərimə borcu, xx.xx.2020-ci il tarixli, 340 saylı icarə müqaviləsinə görə 2020-ci ilin mart, iyun, 2021-ci ilin iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr ayları üzrə ödənilməmiş 3153 manat 34 qəpik icarə haqqı borcu və ona hesablanmış 2838 manat cərimə borcu ümumilikdə üç icarə müqaviləsinə görə - 9420 manat 95 qəpik icarə haqqı borcu və 8478 manat 84 qəpik cərimə borcu yaranmışdır. Borcun ödənilməsi ilə əlaqədar tərəflərindən cavabdehin ünvanına məktub (pretenziya) göndərilmiş, cavabdeh tərəfindən borc ödənilməmiş, pretenziyaya rəsmi münasibət bildirilməmişdir. Bundan sonra mübahisənin mediasiya ilə həll edilməsi cavabdehə təklif olunmuş, cavabdeh təklifə münasibət bildirməmiş və bu səbəbdən də tərəflərindən mediatorun təyin edilməsi ilə əlaqədar Mediasiya Şurasına ərizə ilə müraciət edilmiş, mediator vəkil təyin edilmişdir. Mediator vəkilin də çağırışlarına cavabdeh tərəfindən məhəl qoyulmamış və cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Göründüyü kimi cavabdeh icarə müqavilələrinə əsasən ödənişlə bağlı üzərinə götürdüyü öhdəlikləri icra etmir və həmin öhdəliklərin icrasından boyun qaçırır. Daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək Cavabdeh 9420 manat 95 qəpik haqqı borcu, ona hesablanmış 50 manat 57 qəpik cərimə borcunun və ödənilmiş 210 manat mediyasiya xərcinin əvəzinin İddiaçı1 MMC-nin xeyrinə tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 12 iyul 2023-cü il tarixli, 2-2(115)-711/2023 saylı qətnaməsi ilə (hakim R.Məmmədov) iddia tələbi təmin edilərək, 9420 manat 95 qəpik icarə haqqı borcu, 50 manat 57 qəpik cərimə borcu olmaqla, cəmi 9471 manat 52 qəpik məbləğində borc və ödənilmiş 210 manat mediasiya xərcinin Cavabdeh İddiaçı1 xeyrinə tutulması və ödənilməli olan 114 manat 72 qəpik məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İşdə olan sübutlar: İddiaçı1 MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 330 saylı icarə müqaviləsindən görünür ki, “İcarəyəverən” - İddiaçı1 MMC Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında, Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksində yerləşən, sahəsi 23,0 kv.metr ölçüsündə olan “H 24” nömrəli qeyri-yaşayış sahəsi - mağazanı icarəyə verməyi, “İcarəçi” isə “İcarəyəverən”ə icarə haqqı və icarədən yaranan digər ödənişləri ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.1-cü bəndindən görünür ki, icarəyə verilən sahədən istifadəyə görə “İcarəçi” hər ay kommunal və sair xərclər daxil olmamaqla xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ƏDV xaric aylıq 677 manat 97 qəpik və may 2020-ci il tarixdən ƏDV xaric aylıq 800 həcmində icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı1 MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 339 saylı icarə müqaviləsindən görünür ki, “İcarəyəverən” - İddiaçı1 MMC Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında, Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksində yerləşən, sahəsi 34,0 kv.metr ölçüsündə olan “2205” nömrəli qeyri-yaşayış sahəsini icarəyə verməyi, “İcarəçi” isə İcarəyəverənə icarə haqqı və icarədən yaranan digər ödənişləri ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.1-ci bəndindən görünür ki, icarəyə verilən sahədən istifadəyə görə “İcarəçi” hər ay kommunal və sair xərclər daxil olmamaqla ƏDV daxil aylıq 220 həcmində icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş İddiaçı1 MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 340 saylı icarə müqaviləsindən görünür ki, “İcarəyəverən” - İddiaçı1 MMC Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında, Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksində yerləşən, sahəsi 34,0 kv.metr ölçüsündə olan “2614” nömrəli qeyri-yaşayış sahəsini icarəyə verməyi, “İcarəçi” isə “İcarəyəverən”ə icarə haqqı və icarədən yaranan digər ödənişləri ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4-cü bəndindən görünür ki, icarəyə verilən sahədən istifadəyə görə “İcarəçi” hər ay kommunal və sair xərclər daxil olmamaqla ƏDV daxil aylıq 220 manat həcmində icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş maliyyə arayışlarından görünür ki, Cavabdeh 22 iyun 2023-cü il tarixinə İddiaçı1nə xx.xx.2020-ci il tarixli, 339 saylı icarə müqaviləsi üzrə 1943 manat 34 qəpik əsas borc, 8 manat 62 qəpik cərimə borcu, cəmi 1951 manat 96 qəpik məbləğində, xx.xx.2020-ci il tarixli, 330 saylı icarə müqaviləsi üzrə 4324 manat 27 qəpik əsas borc, 30 manat 30 qəpik cərimə borcu, cəmi 4354 manat 57 qəpik məbləğində, xx.xx.2020-ci il tarixli, 340 saylı icarə müqaviləsi üzrə isə 3153 manat 34 qəpik əsas borc, 11 manat 65 qəpik cərimə borcu, cəmi 3164 manat 99 qəpik məbləğində olmaqla, ümumilikdə 9420 manat 95 qəpik əsas borc və 50 manat 57 qəpik cərimə borcu vardır. Apellyasiya şikayətinin dəlilləri: Gəncə Kommersiya Məhkəməsinin 12 iyul 2023-cü il tarixli, 2-2(115)-711/2023 saylı qətnaməsindən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-711/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnamə qəbul edərkən işin bütün faktiki hallarını araşdırmamış, müqavilə üzrə öhdəliklərin icrasının həmin dövr üçün ondan asılı olmayan səbəblərdən yəni bütün dünyada və ölkədə baş vermiş COVİD-19 pandemiyası səbəbindən əmələ gəldiyini, Nazirlər Kabinetinin müvafiq qərarları ilə Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal komleksinin bağlanmasını, orada hər hansı fəaliyyətə icazə verilməməsini nəzərə almamış və nəticədə qanunsuz və ədalətsiz qətnamə qəbul etmişdir. Dəfələrlə müqaviləyə xitam verilməsini tələb etsələr də iddiaçı tərəf buna məhəl qoymamış, məhkəmə isə bu halların hansı səbəblərdən əmələ gəlməsini nəzərə almamışdır. Apellyasiya şikayətinə qarşı iddiaçının yazılı etirazı: İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etirazını onunla əsaslandırmışdır ki, cavabdeh şəxsin təqdim etdiyi apellyasiya şikayətində müqavilə üzrə öhdəliklərin icrasının həmin dövr üçün ondan asılı olmayan səbəblərdən, yəni bütün dünyada və ölkəmizdə baş vermiş COVİD-19 pandemiyası səbəbindən əmələ gəldiyini, məhkəmə tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin bağlanması, orada hər hansı fəaliyyətə icazə verilməməsi nəzərə alınmadığını qeyd etməklə, nəticədə qanunsuz və ədalətsiz qətnamə qəbul edilməsi ilə bağlı qənaətə gəlmişdir. Halbuki, cavabdeh şəxs istər məhkəmə proseslərində müvafiq mübahisə araşdırılarkən iştirak etsəydi, istərsə də iş materialları ilə yaxından tanış olsaydı, özü də əmin olardı ki, müvafiq borc tələbi hesablanarkən pandemiya dövrü nəzərə alınmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin bağlanması müddəti ərzində nəinki cavabdehə münasibətdə, eləcə də digər sahibkarlarla bağlı hec bir icarə haqqı hesablanmamışdır. Eyni zamanda cavabdeh şəxs təqdim etdiyi apellyasiya şikayətində dəfələrlə müqaviləyə xitam verilməsini tələb etsə də, iddiaçı tərəfin buna məhəl qoymaması, məhkəmə isə bu halların hansı səbəblərdən əmələ gəlməsini nəzərə almadığını qeyd etsə də, bunu sübut edəcək hər hansı bir sənəd apellyasiya şikayətinə əlavə edilməmişdir. Apellyasiya icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh izahat verib bildirmişdir ki, o icarəyə götürdüyü mağazalar üzrə icarə haqqını COVİD-19 pandemiyası başlayana kimi ödəmişdir. 2020-ci ilin mart ayından etibarən isə Nazirlər Kabinetinin müvafiq qərarı ilə mağazaların yerləşdiyi Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal kompleksi bağlanması səbəbindən mağazalarının da fəaliyyəti dayanmışdır. İlk bir neçə ay ərzində fəaliyyətin bərpa olunacağı bildirilsə də sonradan həmin müddət uzadılmış buna görə də mağazanın açarlarını 2020-ci ilin may-iyun aylarında səlahiyyətli şəxs olan Nizami adlı şəxsə təhvil verərək mallarını mağzadan çıxarmış, bununla da müqaviləyə xitam verilmişdir. Onun orada icarə haqqını ödəmədən fəaliyyət göstəməsi mümkün deyildir. Belə ki, icarə haqqının vaxıt çatan kimi ödəniş edilmədiyi təqdirdə elelktrik çilingəri gələrək mağazanın işığını kəsirdir. Ödəniş edildikdən sonra isə işıq bərpa olunurdur. Buna görə də apellyasiya şikayətinin əsaslı hesab edilərək, təmin edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılaraq, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Cavabdeh ilə İddiaçı1 arasında xx.xx.2020-ci il tarixli, 339 saylı, xx.xx.2020-ci il tarixli, 330 saylı və xx.xx.2020-ci il tarixli, 340 saylı icarə müqavilələri bağlanmışdır. Bağlanmış icarə müqavilələrinin 7.2-ci bəndinə əsasən hər iki tərəfin digər tərəfi 15 gün əvvəlcədən xəbərdarlıq etməklə müqaviləyə birtərəflıi qaydada xitam vermək hüququ mövcud olmuşdur. Həmçinin, müqavilələrin 6.1-ci bəndinə əsasən müqavilə üzrə tərəf öz öhdəliklərini iradəsindən asılı olmayan (epidemiya, təbii fəlakət və sair) səbəblərdən yerinə yetirə bilmədikdə məsuliyyət azad olunurlar. İddiaçı 2020-ci ilin mart ayından etibarən COVİD-19 pandemiyası ilə əlaqədar Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal kompleksinin bağlanması səbəbindən həmin kompleksdə yerləşən icarəsində olan mağazalarının da fəaliyyətinin dayandığını, ilk bir neçə ay ərzində fəaliyyətin bərpa olunacağını gözləsə də pandemiya ilə bağlı məhdudlaşdırmaların müddəti uzadıldığından mağazanı təxminən 2020-ci ilin may-iyun aylarında səlahiyyətli şəxsə təhvil verərək çıxdığını, bununla da müqaviləyə xitam verildiyini iddia etmişdir. İddiaçının nümayəndəsi isə məhkəmə iclaslarına gəlməyərək cavabdehin bu etirazına qarşı hər hansı bir dəlil irəli sürməmişdir. Buna görə də məhkəmə kollegiyası tərəfindən iddiaçıya sorğu ünvanlanaraq, Cavabdeh iddiaya qarşı etiraz edərək, 2020-ci ilin may-iyun ayından etibarən icarəyə götürlmüş mağazaları təhvil verərək, icarə müqavilələrinin ləğv edildiyini iddia etməsi bildirilməklə, bu etiraz inkar edildiyi təqdirdə, Cavabdeh 2020-ci ilin may ayından sonra icarəyə götürülmüş obyektlərdə fəaliyyət göstərməsini təsdiq edən sübutların məhkəməyə təqdim edilməsi xahiş olunmuş, lakin iddiaçı növbəti məhkəmə iclasında da nümayəndəsinin iştirakını təmin etməməklə yanaşı, həmçinin məhkəmənin qeyd olunan sorğusuna dair də hər hansı bir münasibət bilrməmiş və sübut təqdim etməmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış icarə müqavilələrinə müvafiq olaraq, 2021-ci ilin oktyabr və dekabr aylarında deyil, pandemiya ilə əlaqədar daha əvvəl, yəni 2020-ci ilin may-iyun ayından etibarən xitam verilmişdir ki, bununla da iddiaçının cavabdehdən icarə haqqı tələbinə dair iddiası əsaslı olmamışdır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Gəncə Kommersiya Məhkəməsinin 12 iyul 2023-cü il tarixli, e-2-2(115)-711/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Gəncə Kommersiya Məhkəməsinin 12 iyul 2023-cü il tarixli, e-2-2(115)-711/2023 nömrəli qətnaməsi ləğv edilməli və iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,
q ə t e t d i:
Gəncə Kommersiya Məhkəməsinin 12 iyul 2023-cü il tarixli, e-2-2(115)-711/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin 12 iyul 2023-cü il tarixli, e-2-2(115)-711/2023 nömrəli qətnaməsi ləğv edilsin və yeni qətnamə çıxarılsın. İddia təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.