Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-41/2025 05.03.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-826/2024 saylı qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin 06 may 2024-cü il tarixli e-2-2(115)-826/2024 nömrəli qərardadı ilə (R.Qələndərzadə) İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh4, Cavabdeh1, X3, Cavabdeh3, Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya işi üzrə cavabdeh X3 xx.xx.2020-ci il tarixdə öldüyündən tələbin cavabdeh X1 məxsus ünvan 1 ünvanında yerləşən, mülkiyyətində olan 0,2458 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinə yönəltməklə, həmin əmlakın açıq hərraca çıxarılaraq satılması hissəsi üzrə icraata xitam verilməsi qərara alınmışdır. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-826/2024 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh4 12 dekabr 2018-ci il tarixli, 885 saylı kredit müqaviləsi üzrə 197947,75 manat əsas borc, 30626,27 manat faiz borcu olmaqla, cəmi 228574,02 manat borc, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 518,58 manat dövlət rüsumunun tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına ödənilməsi, ödənilmiş 19,49 manat dövlət rüsumunun İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına aid edilməsi, tələb üzrə tutmanın Cavabdeh2 məxsus Gəncə şəhəri, Nizami rayonu, Məhrəsə bağı bina 6-da yerləşən 32 saylı mənzilə, Cavabdeh2 məxsus ünvan 2 ünvanında yerləşən mənzilə, Cavabdeh3 məxsus ünvan 3 ünvanında yerləşən, mülkiyyətində olan 0,0254 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinə, Cavabdeh1 məxsus ünvan 4 ünvanında yerləşən, mülkiyyətində olan 0,25 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinə yönəldilməsi, Cavabdeh2 məxsus Gəncə şəhəri, Nizami rayonu, Məhrəsə bağı bina 6-da yerləşən 32 saylı mənzilin ilkin satış (likvid) qiymətinin 69300 manat həddində, Cavabdeh2 məxsus ünvan 2 ünvanında yerləşən mənzilin ilkin satış (likvid) qiymətinin 135000 manat həddində, Cavabdeh3 məxsus ünvan 3 ünvanında yerləşən, mülkiyyətində olan 0,0254 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinin ilkin satış (likvid) qiymətinin 77400 manat həddində, Cavabdeh1 məxsus ünvan 4 ünvanında yerləşən, mülkiyyətində olan 0,25 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinin ilkin satış (likvid) qiymətinin 66000 manat həddində müəyyən edilməsi, ipoteka predmetləri olan əmlakların açıq hərraclar vasitəsilə satılması, ipoteka predmetləri olan əmlaklar satıldıqdan sonra əldə edilən vəsait hesabına ümumi borc məbləğinin İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına ödənilməsi, bankın tələbləri ödənildikdən sonra qalan məbləğin Cavabdeh4 qaytarılması, 800 manat ekspertiza xərcinin Cavabdeh4 tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi, 100 manat ekspertiza xərcinin Cavabdeh4 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Cavabdeh4 apellyasiya şikayəti verərək həmin qətnamənin girovlara yönəltmə hissəsində və əsas məbləğin hesablanması hissəsində ləğv edilərək apellyasiya şikayətinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12 dekabr 2018-ci il tarixli, 885 saylı kredit müqaviləsi üzrə 197947,75 manat əsas borcun, 50122,10 manat faiz borcunun, cəmi 248069,85 manat borc məbləğinin Cavabdeh4 tutularaq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının xeyrinə ödənilməsi, borc tələbinin Cavabdeh2 məxsus Gəncə şəhəri, Nizami rayonu, Məhrəsə bağı bina 6-da yerləşən 32 saylı mənzilə yönəltməklə, həmin əmlakın açıq hərraca çıxarılaraq satılması, Cavabdeh2 məxsus ünvan 2 ünvanında yerləşən şəxsi mənzilə yönəltməklə, həmin əmlakın açıq hərraca çıxarılaraq satılması, Cavabdeh3 məxsus ünvan 3 ünvanında yerləşən, mülkiyyətində olan 0,0254 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinə yönəltməklə, həmin əmlakın açıq hərraca çıxarılaraq satılması, cavabdeh X1 məxsus ünvan 1 ünvanında yerləşən, mülkiyyətində olan 0, 2458 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinə yönəltməklə, həmin əmlakın açıq hərraca çıxarılaraq satılması, Cavabdeh1 məxsus ünvan 4 ünvanında yerləşən, mülkiyyətində olan 0,25 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinə yönəltməklə, həmin əmlakın açıq hərraca çıxarılaraq satılması, hesabına 248069,85 manat borcun, habelə ödənilmiş 538,07 manat mediasiya xərcinin tutularaq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının Qazax filialı ilə Cavabdeh4 arasında bağlanmış 12 dekabr 2018-ci il tarixli, 885 saylı kredit müqaviləsinə əsasən Cavabdeh4 istixana şəraitində əkinçiliyin inkişafı məqsədi ilə 24 ay müddətinə illik 5%-lə 200000 (iki yüz min) manat məbləğində kredit verilmişdir. Yuxarıda qeyd olan kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi Cavabdeh2 məxsus ünvan 5 ünvanında yerləşən 4 otaqlı mənzil ipoteka qoyulmuş və bununla bağlıİddiaçı QSC Bank olmayan Kredit Təşkilatının Qazax filialı ilə ipoteka qoyan arasında 18 mart 2019-cü il tarixli ipoteka müqaviləsi bağlanmış və ipoteka müqaviləsinin 1.3-cü bəndinə əsasən ipoteka predmetinin dəyəri tərəflərin razılığına əsasən 60000 manat məbləğində müəyyən edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiqlənmiş və İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının girovu kimi müvafiq icra hakimiyyəti orqanı tərəfindən Dövlət qeydiyyatına alınmışdır. Eyni kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi Cavabdeh2 məxsus ünvan 6 ünvanında yerləşən şəxsi mənzil ipoteka qoyulmuş və bununla bağlı İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının Qazax filialı ilə ipoteka qoyan arasında 14 dekabr 2018-ci il tarixli ipoteka müqaviləsi bağlanmış və ipoteka müqaviləsinin 1.3-cü bəndinə əsasən ipoteka predmetinin dəyəri tərəflərin razılığına əsasən 90000,00 manat məbləğində müəyyən edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiqlənmiş və İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının girovu kimi müvafiq icra hakimiyyəti orqanı tərəfindən Dövlət qeydiyyatına alınmışdır. Eyni kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi Cavabdeh3 məxsus ünvan 3 ünvanında yerləşən, mülkiyyətində olan 0,0254 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evi ipoteka qoyulmuş və bununla bağlı İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının Qazax filialı ilə ipoteka qoyan arasında 27 dekabr 2018-ci il tarixli ipoteka müqaviləsi müqaviləsi bağlanmış və ipoteka müqaviləsinin 1.3-cü bəndinə əsasən ipoteka predmetinin dəyəri tərəflərin razılığına əsasən 70000,00 manat məbləğində müəyyən edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiqlənmiş və İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının girovu kimi müvafiq icra hakimiyyəti orqanı tərəfindən Dövlət qeydiyyatına alınmışdır. Eyni kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi X1 məxsus ünvan 1 ünvanında yerləşən, mülkiyyətində olan 0,2458 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evi ipoteka qoyulmuş və bununla bağlı İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının Qazax filialı ilə ipoteka qoyan arasında 24 dekabr 2018-ci il tarixli ipoteka müqaviləsi müqaviləsi bağlanmış və ipoteka müqaviləsinin 1.3-cü bəndinə əsasən ipoteka predmetinin dəyəri tərəflərin razılığına əsasən 30000,00 manat məbləğində müəyyən edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiqlənmiş və İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının girovu kimi müvafiq icra hakimiyyəti orqanı tərəfindən Dövlət qeydiyyatına alınmışdır. Eyni kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi Cavabdeh1 məxsus ünvan 4 ünvanın yerləşən, mülkiyyətində olan 0,25 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evi ipoteka qoyulmuş və bununla bağlı İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının Qazax filialı ilə ipoteka qoyan arasında 18 dekabr 2018-ci il tarixli ipoteka müqaviləsi müqaviləsi bağlanmış və ipoteka müqaviləsinin 1.3-cü bəndinə əsasən ipoteka predmetinin dəyəri tərəflərin razılığına əsasən 30000,00 manat məbləğində müəyyən edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiqlənmiş və İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının girovu kimi müvafiq icra hakimiyyəti orqanı tərəfindən Dövlət qeydiyyatına alınmışdır. Cavabdeh4 ilə bağlanmış kredit müqaviləsinin 6.5-cü bəndinə əsasən borc alan bu müqaviləyə əsasən göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürür. Cavabdeh4 ilə bağlanmış kredit müqaviləsinin 8.3-cü bəndinə əsasən, tərəflər öhdəliklərini yerinə yetirdiyi zaman yaranan mübahisə və ziddiyyətlər Azərbaycan Respublikasının qanunvericiliyi uyğun olaraq məhkəmə qaydasında həll edilir. Cavabdeh4 əsas borcu 197947,75 manat, faiz borcu 50122,10 manat, cəmi 248069,85 manat təşkil edir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh4 apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, birinci instansiya məhkəməsi işə baxarkən səhv nəticəyə gəlmişdir. Belə ki, cavabdeh X3 xx.xx.2020-ci il tarixdə öldüyündən tələbin cavabdeh X1 məxsus ünvan 1 ünvanın yerləşən, mülkiyyətində olan 0,2458 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinə yönəltməklə, həmin əmlakın açıq hərraca çıxarılaraq satılması hissəsi üzrə icraata xitam verilməsi qərara alınmışdır. Halbuki, götürülmüş kredit borcuna X3 da şərik olmuşdur. Həmin kredit hesabına yetişdirilən maldan gəlir gəldiyi halda istixanaya qeyri rəsmi şərik olduğundan ona da pay düşəcəkdir. Digər halda o öz əmlakını girov qoymaq fikrində olmamışdır. Göründüyü kimi X3 gəlir götürmək üçün onun adına rəsmiləşdirilmiş kredit borcu üzrə əmlakını girov qoymuşdur. Belə olan halda onun əmlakının girov predmetindən ayrılaraq kənarlaşdırılması qeyri obyektiv və ədalətsiz qərar qəbul edilməsinə gətirib çıxarmışdır. Məhkəmə iclaslarına digər girovqoyan şəxslər iştirak etmədiyindən hesab edir ki, onların əmlakından söhbət getdiyi prosesdə iştirakları təmin olunmamaları tək onların deyil, hətta ailə üzvlərinin hüquqlarının pozulması ilə nəticələnmişdir. Birinci instansiya məhkəməsi tərəfindən mühasibatlıq ekspertizası təyin edilməsi nəticəsində əldə olunan rəydən görünür ki, bank hesabatı borcalanın deyil öz xeyrinə artıq məbləğ yazaraq tələb etmişdir. Bu da əsas borcun düzgün hesablanmamasına əsaslı şübhələr yaradır. Qeyd olunan məsələ məhkəmədə qaldırılsa da buna əhəmiyyət verilməmişdir. Hesab edir ki, bank tərəfindən təqdim edilən rəqəmlər borc məbləğindən daha yüksəkdir. Bundan başqa onun kredit borcunun restrukturizasiya edilməsini bankdan xahiş etsə də cavab ala bilməmişdir. Göründüyü kimi onun kredit borcunun ödənilməsindən yayınmaq fikri yoxdur, əksinə ödəmək istəyir. Yuxarıda sadalananlardan göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən, iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Belə ki, araşdırma düzgün aparıldığı halda girov əmlaklara tamlığı ilə yönəltmə edilmədiyindən gələcəkdə həmin əmlakların satışından əldə olunan məbləğ daha artıq olmalı və borc ödənildikdən sonra satışdan əldə olunan məbləğ girov qoyanlar arasında bölündükdə onlara daha çox pul düşməsi mümkün olacaqdır. Hesab edir ki, məhkəmə iş üzrə mühasibatlıq ekspertizası təyin etməklə borc məbləğinin dəqiqləşdirilməsi və nəticədə obyektiv qərar qəbul edilməsi üçün zəruridir. Təkrar ekspertiza təyin edilməsini məhkəmə təmin etməmişdir. Bundan başqa birinci instansiya məhkəməsi çəkişmə prinsipini pozmuş və nə onun, nə də cavabdehlərin iştirakını təmin etməməklə ədalətsiz qətnamə qəbul etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respubilkasının MPM-in 376.2-ci maddəsinəəsasən işə gəlməmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X6 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respublikasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimi və məhkəmə iclasında iştirak edən tərəfləri dinləyib, iş materiallarını apellyasiya şikayətlərinin dəlilləri ilə əlaqəli şəkildə tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi bankın tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh4 qaytarılması hissəsində ləğv edilərək və həmin hissədə yeni qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarında olan 12 dekabr 2018-ci il tarixli, 885 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının Qazax filialı ilə Cavabdeh4 arasında kredit müqaviləsi bağlanmış və Bank illik 5%-lə 60 ay müddətinə 20000 manat məbləğində pulu kredit alana verməyi, kredit alan isə kredit məbləğini və ona hesablanmış faizi banka qaytarmağı öz öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 6.7-ci bəndinə əsasən gecikdirilmiş ödənişlərə görə vaxtı keçmiş günlərin sayına əsasən müəyyən olunmuş illik faizin üzərinə sahibkarlığın inkişafı fondunun vəsaitləri üzrə 10 faiz əlavə cərimə faizi ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 məxsus ünvan 5 ünvanında yerləşən 4 otaqlı mənzil İddiaçı QSCnin xeyrinə ipoteka qoyulmuş və ipoteka müqaviləsinin 1.3-cü bəndinə əsasən ipoteka predmetinin dəyəri tərəflərin razılığına əsasən 60000 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan 14 dekabr 2018-ci il tarixli ipoteka müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 məxsus ünvan 2 ünvanında yerləşən mənzil İddiaçı QSC-nin xeyrinə ipoteka qoyulmuş və ipoteka müqaviləsinin 1.3-cü bəndinə əsasən ipoteka predmetinin dəyəri tərəflərin razılığına əsasən 90000 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan 18 dekabr 2018-ci il tarixli ipoteka müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 məxsus ünvan 4 ünvanın yerləşən, mülkiyyətində olan 0,25 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evi İddiaçı QSC-nin xeyrinə ipoteka qoyulmuş və ipoteka müqaviləsinin 1.3-cü bəndinə əsasən ipoteka predmetinin dəyəri tərəflərin razılığına əsasən 30000 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan 24 dekabr 2018-ci il tarixli ipoteka müqaviləsinin surətindən görünür ki, X1 məxsus ünvan 1 ünvanında yerləşən, mülkiyyətində olan 0, 2458 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evi İddiaçı QSC-nin xeyrinə ipoteka qoyulmuş və ipoteka müqaviləsinin 1.3-cü bəndinə əsasən ipoteka predmetinin dəyəri tərəflərin razılığına əsasən 30000 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan 27 dekabr 2018-ci il tarixli ipoteka müqaviləsinin surətindən görünür ki, Cavabdeh3 məxsus ünvan 3 ünvanında yerləşən, mülkiyyətində olan 0,0254 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evi İddiaçı QSC-nin xeyrinə ipoteka qoyulmuş və ipoteka müqaviləsinin 1.3-cü bəndinə əsasən ipoteka predmetinin dəyəri tərəflərin razılığına əsasən 70000 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK-nın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlardan görünür ki, Cavabdeh2 məxsus Gəncə şəhəri, Nizami rayonu, Məhrəsə bağı bina 6-da yerləşən 32 saylı mənzil, Cavabdeh2 məxsus ünvan 2 ünvanında yerləşən mənzil, Cavabdeh3 məxsus ünvan 3 ünvanında yerləşən, mülkiyyətində olan 0,0254 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evi, Cavabdeh1 məxsus ünvan 4 ünvanında yerləşən, mülkiyyətində olan 0,25 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatdan keçirilmişdir. İş materiallarında olan 18 yanvar 2024-cü il tarixli bildirişlərdən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı ipotekaqoyanları kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə tutmanın ipoteka predmeti olan yaşayış evinə yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. İş materiallarında olan maliyyə arayışının surətindən görünür ki, xx.xx.2024-cü il tarixə borclu Cavabdeh4 197947,75 manat əsas borc, 50122,10 manat faiz borcu olmaqla, cəmi borcu 248069,85 manat təşkil edir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş rəyə əsasən Cavabdeh2 məxsus ipoteka predmeti olan Gəncə şəhəri, Nizami rayonu, Məhrəsə bağı bina 6-da yerləşən 32 saylı mənzilin ilkin satış (likvid) qiyməti 69300 manat həddində, Cavabdeh2 məxsus ünvan 2 ünvanında yerləşən mənzilin ilkin satış (likvid) qiyməti 135000 manat həddində, Cavabdeh3 məxsus ünvan 3 ünvanında yerləşən, mülkiyyətində olan 0,0254 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinin ilkin satış (likvid) qiyməti 77400 manat həddində, Cavabdeh1 məxsus ünvan 4 ünvanında yerləşən, mülkiyyətində olan 0,25 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evin ilkin satış (likvid) qiyməti 66000 manat təşkil etmişdir. İş materiallarında olan məhkəmə-mühasibatlıq ekspertizasının 9/4158 saylı xx.xx.2024-cü il tarixli rəyinə görə Cavabdeh1 İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına xx.xx.2023-cü il tarixə olan borcu əsas borc üzrə 197947,75 manat, faiz borcu üzrə 30.626,27 manat təşkil edir. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının Qazax filialı ilə Cavabdeh4 arasında bağlanmış 12 dekabr 2018-ci il tarixli, 885 saylı kredit müqaviləsinə əsasən Cavabdeh4 istixana şəraitində əkinçiliyin inkişafı məqsədi ilə 24 ay müddətinə illik 5%-lə 200000 (iki yüz min) manat məbləğində kredit verilmişdir. Yuxarıda qeyd olan kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi Cavabdeh2 məxsus ünvan 5 ünvanında yerləşən 4 otaqlı mənzil ipoteka qoyulmuş və bununla bağlıİddiaçı QSC Bank olmayan Kredit Təşkilatının Qazax filialı ilə ipoteka qoyan arasında 18 mart 2019-cü il tarixli ipoteka müqaviləsi, yenə də Cavabdeh2 məxsus ünvan 6 ünvanında yerləşən şəxsi mənzil ipoteka qoyulmuş və bununla bağlı İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının Qazax filialı ilə ipoteka qoyan arasında 14 dekabr 2018-ci il tarixli ipoteka müqaviləsi müqaviləsi, həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi Cavabdeh3 məxsus ünvan 3 ünvanında yerləşən, mülkiyyətində olan 0,0254 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evi ipoteka qoyulmuş və bununla bağlı İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının Qazax filialı ilə ipoteka qoyan arasında 27 dekabr 2018-ci il tarixli ipoteka müqaviləsi müqaviləsi, X1 məxsus ünvan 1 ünvanında yerləşən, mülkiyyətində olan 0, 2458 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evi ipoteka qoyulmuş və bununla bağlı İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının Qazax filialı ilə ipoteka qoyan arasında 24 dekabr 2018-ci il tarixli ipoteka müqaviləsi müqaviləsi, Cavabdeh1 məxsus ünvan 4 ünvanın yerləşən, mülkiyyətində olan 0,25 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evi ipoteka qoyulmuş və bununla bağlı İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının Qazax filialı ilə ipoteka qoyan arasında 18 dekabr 2018-ci il tarixli ipoteka müqaviləsi müqaviləsi bağlanmış və girovlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən Dövlət qeydiyyatına alınmışdır. Cavabdeh4 ilə bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən borc verən həmin müqavilə ilə nəzərdə tutulmuş məbləğdə və şərtlərlə krediti borc alana verməyi, borc alan isə həmin müqaviləyə əsasən göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüş, iddiaçı (borc verən) müqavilə üzrə öhdəliyini yerinə yetirmiş olsa da, Cavabdeh4 (borc alan) müqavilə üzrə öhdəliyini lazımi qaydada yerinə yetirməmiş, nəticədə 197947,75 manat əsas borcu, 50122,10 manat faiz borcu, cəmi 248069,85 manat təşkil edən borcu ödənilməmiş qalmışdır. Məhkəmə iclasında həm də müəyyən edilmişdir ki, iddiaçı müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən cavabdeh qismində həm də X2 göstərib tələbin ona məxsus ipoteka predmetinə yönəldilməsini də xahiş etmiş, lakin sonuncunun iddiaçı hələ hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən əvvəl öldüyü müəyyən edildiyindən iş üzrə icraata həmin hissədə xitam verilmişdir. İddia tələbini qismən təmin etmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni əsaslandırmaq üçün göstərmişdir ki, işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 12 dekabr 2018-ci il tarixli, 885 saylı kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən illik 5%-lə 60 ay müddətinə 20000 manat məbləğində pulu kredit alana verməyi, kredit alan isə kredit məbləğini və ona hesablanmış faizi banka qaytarmağı öz öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 6.7-ci bəndinə əsasən gecikdirilmiş ödənişlərə görə vaxtı keçmiş günlərin sayına əsasən müəyyən olunmuş illik faizin üzərinə sahibkarlığın inkişafı fondunun vəsaitləri üzrə 10 faiz əlavə cərimə faizi ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsi üzrə öhdəliklər iddiaçı tərəfindən tam icra edilmiş, kredit müqaviləsində qeyd olunan məbləğ cavabdehin müvafiq hesabına köçürülmüşdür. Lakin cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, ödəniş planına əsasən aylıq ödənilməli kredit məbləğini vaxtı-vaxtında və tam həcmdə ödəməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, 197947,75 manat əsas borc, 30626,27 manat məbləğində faiz borcu Cavabdeh4 tutularaq iddiaçı banka ödənilməli, borcun ödənilməsi üçün tələb ipoteka predmetlərinə yönəldilməli, ipoteka predmetlərinin hərracda satışından əldə olunan məbləğdən Cavabdeh4 iddiaçıya olan borcu ödənilməli, kredit təşkilatının tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh4 qaytarılmalıdır. Məhkəmə kollegiyası aşağıda qeyd olunanlara əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1 və 445.2.2-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda göstərilən normaları və tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtləri baxımından cavabdehin hərəkətləri öhdəliyin icra edilməməsi kimi qiymətləndirilir. Belə ki, işin hallarından görünür ki, iddiaçı müqavilə öhdəliyinə əməl edərək razılaşdırılmış məbləğdə krediti borcalan cavabdehə vermiş, sonuncu isə həmin kredit borcunu krediti müqaviləsi ilə şərtləşdirilmiş vaxtlarda və məbləğdə qaytarmamış, beləliklə də onun yuxarıda göstərilən məbləğdə borcu yaranmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini kredit borcunun əsas məbləği hissəsində tam, hesablanmış faiz borcu hissəsində isə qismən təmin etməkdə haqlı olmuşdur. Belə ki, iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə cavabdehin kredit müqaviləsi üzrə faiz borcunun xx.xx.2023-cü il tarixə 30626,27 manat olduğu müəyyən edilmişdir. Məhkəmə kollegiyası kredit borcunun ödənilməsi üçün tələbin ipoteka predmetlərinə yönəldilməsi hissəsində də birinci iinstansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipotekasaxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini geçikdirmişsə, ipotekasaxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracda satmaq hüququna malikdir. Həmin Məcəllənin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. Həmin Qanunun 36-cı maddəsinə görə ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Həmin Qanunun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. İşdən göründüyü kimi məhkəmə ipoteka predmetlərinin ilkin satış qiymətlərinin müəyyən edilməsi üçün müstəqil qiymətləndiricinin rəyini almış və düzgün olaraq müəyyən edilmiş ilkin satış qiymətləri ilə onların hərraca çıxarılmalarını qət etmişdir. Lakin bununla belə məhkəmə kredit təşkilatının tələbləri ödənildikdən sonra qalan məbləğin Cavabdeh4 qaytarılması hissəsində haqlı olmamışdır. Çünki Cavabdeh4 borc alan olmaqla hər hansı əmlakını ipoteka ilə yüklü etməmişdir. Göründüyü kimi ipoteka qoyulmuş yaşayış evləri Cavabdeh4 mülkiyyətində olmamış və məhkəmə əsassız olaraq cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 məxsus fərdi yaşayış evləri satıldıqdan və bankın tələbləri ödənildikdən sonra qalan məbləğin Cavabdeh4 qaytarılması nəticəsinə gəlmişdir. Odur ki, qətnamə həmin hissədə qətnamə ləğv edilməli, bankın tələbləri ödənildikdən sonra qalan məbləğ ipoteka qoyan cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qaytarılmalıdır. Cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Cavabdehin birinci dəlili tələbin cavabdeh X1 məxsus ünvan 7 ünvanın yerləşən, mülkiyyətində olan 0,2458 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinə yönəldilməməsi ilə bağlıdır. Kollegiya qeyd edir ki, ipoteka qoyan X3, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən əvvəl öldüyünə və iddiaçı iddianı ölmüş şəxsə qarşı verdiyinə görə birinci instansiya məhkəməsi həmin hissədə iş üzrə icraata xitam verməkdə haqlı olmuşdur. Tələbkar İddiaçı Qapalı Səhmdar Cəmiyyəti BOKT isə qətnaməni mübahisələndirməmişdir. Odur ki, kollegiya apellyasiya şikayətinin həmin dəlilini əsassız sayır. Məhkəmə apellyasiya şikayətinin iş üzrə təkrar mühasibatlıq ekspertizasının təyin edilməsi dəlili ilə bağlı qeyd edir ki, cavabdeh borcunun düzgün hesablanmadığını qeyd etmiş olsa da, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası keçirilmiş, iddiaçı tərəfindən tələb olunan faiz borcunun düzgün hesablanmadığı müəyyən edilmiş, ona görə də məhkəmə tərəfindən iddia tələbi həmin hissədə 50122,10 manat yox, ekspert rəyinə uyğun olaraq 30626,27 manat həddində, yəni qismən təmin etmişdir. Cavabdeh isə məhkəməyə hansı ödənişinin düzgün hesablanmadığı və ya da ümumiyyətlə nəzərə alınmaması ilə bağlı sübut təqdim etməmişdir, ona görə də məhkəmə kollegiyası təkrar ekspertizanın keçirilməsini zəruri saymır. Cavabdehin apellyasiya şikayətinin digər dəlilində göstərilir ki, işə digər cavabdehlərin iştirakı olmadan baxılaraq qətnamə qəbul edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin 7-ci bəndinə görə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi mülki prosessual qanunvericilikdə də əksini tapmışdır. Belə ki, Azərbaycan Respublikasının MPM-in 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Həmin Məcəllənin 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Həmin Məcəllənin 185.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, onlara məhkəmə bildirişi verilməsi haqqında məlumat olmadıqda, işə baxılması təxirə salınır. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi bütün məhkəmə prosesləri ilə bağlı tərəflərə, o cümlədən cavabdelərə məhkəmə bildirişi göndərmiş (o cümlədən SMS xəbərdarlığı edilmiş), cavabdehlər baxış iclasının yeri və vaxtı barədə məlumatlı olsa da məhkəmənin heç bir iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Kollegiya qeyd edir ki, cavabdeh apellyasiya şikayətinin dəlilində işə onların iştirakı olmadan baxıldığını, beləliklə də çəkişmə prinsipinin pozulduğunu vurğulasa da, lazımi qaydada təkrar məlumatlandırılmasına baxmayaraq məhkəmə kollegiyasının iclasına da gəlməmişdir. Göründüyü kimi apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla cavabdehin formal mülahizəsidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-826/2024 saylı qətnaməsi qismən – bankın tələbləri ödənildikdən sonra qalan məbləğin Cavabdeh4 qaytarılması hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə çıxarılsın. Bankın tələbləri ödənildikdən sonra qalan məbləğ ipoteka qoyan cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qaytarılsın. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(104)-41/2025
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-41/2025
05.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver