Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(104)-42/2025 13.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası – hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh1 qarşı pul tələbinə dair mülki iş üzrə Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-736/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsiə müraciət edərək, Cavabdeh2 MMC-nin təsisçiləri Cavabdeh1 və X2 150000 manat əsas borcun və 9000 manat faiz borcu olmaqla, cəmi 159000 manat pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər Cavabdeh1 və X3 təsis etdikləri Cavabdeh2 MMC-nin fəaliyyət göstərməsi üçün illik 20% şərti ilə 155000 manat kredit vermişdir. Bununla bağlı Cavabdeh1 ilə aralarında 60000 manat pulun verilməsi barədə 26 dekabr 2016-cı il tarixli və 95000 manat pulun verilməsi barədə 15 avqust 2017-ci il tarixli kredit müqavilələri bağlanmışdır. Kredit müqaviləsi üzrə Cavabdeh1 verdiyi 155000 manatın 5000 manatını Cavabdeh1 ona 2020-ci ildə qaytarmışdır. Cavabdeh2 MMC ilə aralarında bağlanmış müqaviləyə və tərtib edilmiş qrafikə əsasən həmin vaxtdan etibarən hər ay ona müxtəlif məbləğlərdə faiz ödənilmişdir. Cavabdeh2 MMC ilə aralarında 2023-cü ilin may ayında yenilənmiş qrafikə görə 2023-cü ilin may ayı da daxil olmaqla ona kredit verdiyi 150000 manatın faizi olaraq hər ay 2500 manat pul ödənilməlidr. 2023-cü ilin maynoyabr ayları üçün ona ödənişlər edilsə də, 2023-cü ilin dekabr ayından etibarən hər ay ödənilməli olan 2500 manat faiz borcu ona ödənilmir. Belə ki, 2023-cü ilin dekabr ayında Cavabdeh2 MMCnin təsisçisi və direktoru Cavabdeh1 avtoqəza keçirib ağır xəsarət almış və xəstəxanaya yerləşdirilmişdir. Bundan sonra da Cavabdeh2 MMC fəaliyyətini davam etdirməsinə baxmayaraq, ona aylıq ödənilməli olan faiz borcu ödənilmir. 2024-cü ilin yanvar ayında Cavabdeh2 MMC-nin digər təsisçisi X5 tərəfindən ona yalnız 1000 manat ödənilmişdir. Buna görə hal-hazırda Cavabdeh2 MMC-nin ona 4 aya görə 9000 manat faiz borcu yaranmışdır. Cavabdeh1 və nümayəndəsi Nümayəndə ayrı-ayrılıqda iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı Gəncə Kommersiya Məhkəməsində cavabdehlər X4, Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iddia müddətinin ötürülməsi səbəbindən iddia müddətini tətbiq edərək iddia ərizəsindən imtina barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizələr belə əsaslandırılmışdır ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün prosessual müddəti ötürmüşdür. Belə ki, iddia ərizəsinin məzmunundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, tərəflər arasında borc münasibətləri müvafiq olaraq 2016 və 2017-ci il illərdə bağlanmış kredit müqavilələrinə əsasən yaranmışdır. Həmin kredit müqavilələrinin hər ikisi 2 il müddətinə bağlanmışdır. Əslində həmin pullar iddiaçıya geri qaytarılsa da, iddiaçı bu pulları yenidən tələb edir. Lakin iddiaçı bunun üçün tələb hüququ yaranan vaxtdan müvafiq olaraq 4 il və 5 ildən artıq vaxt keçdikdən sonra məhkəmədə iddia qaldırmışdır. Daha sonra İddiaçı iddia tələbini dəyişdirərək Cavabdeh1 26 dekabr 2016-cı il tarixli kredit müqaviləsinə əsasən ona borclu olduğu 50000 manat pulun, xx.xx.2023-cü il tarixli daxili kredit müqaviləsinə əsasən borclu olduğu 100000 manat pulun və gəlirdən hər ay vəd olunmuş 2500 manat pulun 8 ay ərzində ödənilməməsinə görə 19000 manat pulun, ümumilikdə 169000 manat pulun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, o, cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh1 və X4 qarşı pul tələbinə dair iddia tələbi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 MMC-nin təsisçiləri Cavabdeh1 və X2 ona borclu olduqları 150000 manat əsas borcun və 9000 manat faiz borcun, ümumilikdə 159000 manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsası kimi 60000 manat pulun verilməsi barədə 26 dekabr 2016-cı il tarixli kredit müqaviləsinə və 95000 manat pulun verilməsinə dair 15 avqust 2017-ci il tarixli kredit müqaviləsinə əsaslanmışdır. Həmin iddia tələbini dəqiqləşdirmək üçün hazırki ərizə ilə məhkəməyə müraciət edir. Belə ki, Cavabdeh1 ilə aralarında bağlanmış 26 dekabr 2016-cı il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 Cavabdeh2 MMC-nin fəaliyyət göstərməsi üçün 60000 manat, 15 avqust 2017-ci il tarixli kredit müqaviləsinə əsasən isə 95000 manat borc vermişdir. İki kredit müqaviləsi üzrə Cavabdeh1 verdiyi 155000 manat pulun 12000 manatını xx.xx.2019- cu il tarixdə, 33000 manatını xx.xx.2019-cu il tarixdə Cavabdeh1 təhvil almışdır. Yerdə qalan 110000 manatın 62000 manatını xx.xx.2022-ci il tarixdə Cavabdeh1 təhvil almış, beləliklə xx.xx.2023-cü il tarixə kimi Cavabdeh1 ona 48000 manat borcu qalmışdır. xx.xx.2023-cü il tarixdə Cavabdeh1 əlavə olaraq 100000 manat borc vermiş, Elçinə borc müqaviləsi bağlamaq üçün notariusa getmək lazım olduğunu bildirmiş, lakin Elçin daxili müqavilənin yetərincə hüquqi əsasının olmasını, həmçinin əvvəlki notarial kredit müqaviləsinin də qüvvədə olduğunu bildirməklə yenidən notariusa getməyə ehtiyac olmadığını bildirmişdir. O, Elçinin neçə illər onunla düzgün fəaliyyət qurduğunu və səmimi insan olduğunu bildiyi üçün onun dediyi kimi 2023-cü ilin may ayında verdiyi 100000 manata görə Elçinlə xx.xx.2023-cü il tarixdə daxili, yəni notariusa getmədən öz aralarında borc müqaviləsi bağlamışlar. Bununla da Elçinin ona ümumi borcu 148000 manat olmuşdur. xx.xx.2023-cü il tarixdə Elçin təklif etmişdir ki, aralarında ona olan borcu yuvarlaq olsun deyə əlavə olaraq ona 2000 manat borc pul versin. O həmən tarixdə Cavabdeh1 2000 manat vermişdir. Beləliklə Elçinin əvvəldən qalan 48000 manat borcu 50000 manat olmuş, 26 dekabr 2016-cı il tarixi kredit müqaviləsinin üzərində (baş tərəfində) Elçin öz əlyazması ilə bunu qeyd edib imza atmışdır. Bundan sonra Cavabdeh1 ona olan borcu ümumilikdə 150000 olmuşdur. Elçinlə aralarında olan razılığa görə, daha doğrusu Elçinin özünün təklifi ilə onun 150000 manat pulu onda qaldığı müddətdə, əsas borc yerində qalmaq şərtilə pulun dövriyyəsindən əldə etdiyi gəlirdən hər ay ona 2500 manat pul verməli idi. 2023-cü ilin may ayından noyabr ayınadək Elçin əldə etdiyi gəlirdən hər ay ona 2500 manat pul verirdi. 2023-cü ilin dekabr ayının əvvəllərində Elçin avtoqəza keçirmiş, lakin bu barədə onun 2024-cü ilin yanvar ayının 4-5 xəbəri olmuşdur. Belə ki, 2023-cü ilin dekabr ayı üçün ona pul keçmədiyini görmüş, Elçinin mobil nömrəsinə Whatsapp sosial şəbəkəsindən sms göndərmiş, lakin sms-ə Rövşən cavab vermiş və Elçinin avtoqəza keçirdiyini bildirmişdir. Bundan sonra Rövşən dekabr ayında ona ödənilməli olan 2500 manatdan birbank kartına cəmi 1000 manat pul göndərmişdir. Bundan sonra nə onun verdiyi əsas borcdan, nə də gəlirdən vəd olunan pul ona ödənilməmişdir. Belə ki, Rövşənin deməsinə görə Elçinin qardaşı X6 buna mane olur. Halbuki, Cavabdeh2 MMC hazırda da fəaliyyət göstərməklə yanaşı gəlir əldə edir. Cavabdeh1 ona hazırda 150000 əsas borcu və 19000 manat pulunun dövriyyəsindən hər ay vəd etdiyi 2500 manat pulun ödənilməməsi üçün borcu yaranmışdır. Bundan başqa o əvvəlki iddia tələbində Cavabdeh1 başqa qeyri şəxsləri də hazırki tələbə cavab verməli olan şəxs kimi göstərmişdir. Lakin o, 150000 manat borc pulu Cavabdeh1 vermiş, aralarında razılaşma onunla olmuşdur. Buna görə pulu da ona Cavabdeh1 qaytarmalıdır. Odur ki, digər cavabdehlərin iştirakına xitam verilməsini istəyir. Daha sonra İddiaçı iddia tələbini dəqiqləşdirərək Cavabdeh1 26 dekabr 2016-cı il tarixli kredit müqaviləsinə əsasən ona borclu olduğu 50000 manat pulun, cavabdehlər Cavabdeh2 MMC-dən və Cavabdeh1 xx.xx.2023-cü il tarixli daxili kredit müqaviləsinə əsasən borclu olduqları 100000 manat pulun və gəlirdən hər ay vəd olunmuş 2500 manat pulun 8 ay ərzində ödənilməməsinə görə 19000 manat pulun, ümumilikdə 169000 manat pulun alınıb iddiaçıya verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki iddia tələbinin dəyişdirilməsi barədə ərizədə qeyd edilənləri təkrarlamaqla əlavə olaraq ərizədə göstərmişdir ki, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsində hazırki iddia tələbinə yalnız Cavabdeh1 cavab verməli olduğu hissədə yanlışlığa yol vermişdir. Belə ki, 100000 manatın verilməsinə dair xx.xx.2023-cü il tarixli borc müqaviləsi onunla Cavabdeh2 MMC arasında bağlanmışdır. Cavabdeh1 Cavabdeh2 MMC-nin səlahiyyətli nümayəndəsi kimi müqaviləni imzalamışdır. Odur ki, hazırki iddia tələbinə Cavabdeh2 MMC və Cavabdeh1 cavab verməlidir. Digər cavabdeh X5 ilə aralarında borc barədə hər hansı müqavilə və ya razılaşma olmadığından sonuncunun cavabdeh kimi iştirakına xitam verilməsini istəyir. X1 Cavabdeh2 MMC-nin təsisçilərindən biri olduğundan hesab edir ki, Cavabdeh2 MMC-yə qarşı iddia tələbi onun da maraqlarına toxunur. Buna görə X5 hazırki işdə 3-cü şəxs qismində iştirak etməlidir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 26 dekabr 2016-cı il tarixli kredit müqaviləsinə əsasən ona borclu olduğu 50000 manat pulun, xx.xx.2023-cü il tarixli daxili kredit müqaviləsinə əsasən borclu olduğu 100000 manat pulun və gəlirdən hər ay vəd olunmuş 2500 manat pulun 11 ay ərzində ödənilməməsi, həmçinin 2023-cü ilin dekabr ayı üçün 1500 manat pulun ödənilməməsinə görə 29000 manat pulun, ümumilikdə 179000 manat pulun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə qeyd edilənləri təkrarlamaqla əlavə olaraq ərizədə göstərmişdir ki, Cavabdeh1 vəd edilmiş 2500 manat pulu 2024-cü ilin 11 ayı ərzində ödəməmiş, 2023-cü ilin dekabr ayında isə 2500 manatdan yalnız 1000 manatı ona ödənilmişdir, qalan 1500 manatı ona ödənilməmişdir. Beləliklə, Cavabdeh1 vəd edilmiş 2500 manat pulun ona ödənilməməsi ilə bağlı 29000 borcu yaranmışdır (2500x11=27500+1500=29000). Bundan başqa Cavabdeh1 ondan pulu Cavabdeh2 MMCnin fəaliyyət göstərməsi adı altında alsa da, o pulu Cavabdeh1 vermişdir. Buna görə pulu Cavabdeh1 tələb edir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-736/2024 saylı qətnaməsi ilə (hakim G.Quliyeva) iddianın qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 26 dekabr 2016-cı il tarixli kredit müqaviləsinə əsasən 50000 manat, 01 may 2023-cü il tarixli borc müqaviləsinə əsasən 81500 manat, cəmi 131500 (bir yüz otuz bir min beş yüz) manat pulun Cavabdeh1 alınaraq İddiaçı verilməsi, Cavabdeh1 469 (dörd yüz altmış doqquz) manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissəsi təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-736/2024 saylı qətnaməsinin iddianın qismən təmin edilməsi hissəsində ləğv edilərək, iddia tələbinin tam təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 nümayəndəsi Nümayəndə apellyasiya şikayəti verərək Gəncə Kommersiya Məhkəməsinin 29 noyabr 2024-cü il tarixli e-2-2(115)-736/2024 saylı qətnaməsinin iddianın təmin edilən hissəsində ləğv edilməsi barədə apellyasiya şikayətinin təmin edilməsini və iddia tələbinin tam olaraq rədd olunması barədə yeni qətnamənin çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixə saat 12:30-a təyin edilmiş iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən, işə gəlməmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən İddiaçı cavabdehlə razılığa gəldiyini, ona görə də apellyasiya şikayətindən imtina etdiyini bildirib müvafiq ərizəni məhkəməyə təqdim edərək apellyasiya şikayəti üzrə icraata xitam verilməsini xahiş etmişdir. Eyni zamanda bildirdi ki, apellyasiya şikayətindən imtinanın hüquqi nəticələri ona məlumdur. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddiaçı ilə aralarındakı mübahisəni məhkəmədən kənar qaydada qarşılıqlı razılaşma ilə həll etdiklərini, ona görə də apellyasiya şikayətindən imtina etdiklərini bildirib müvafiq ərizəni məhkəməyə təqdim edərək cavabdehin apellyasiya şikayəti üzrə də icraata xitam verilməsini xahiş etmişdir. Eyni zamanda bildirdi ki, apellyasiya şikayətindən imtinanın hüquqi nəticələri ona məlumdur. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, tərəflərin verdikləri apellyasiya şikayətlərindən imtinaları qəbul edilməli və apellyasiya şikayətləri üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 369.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. Həmin Məcəllənin 369.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə əsasən, şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. İddiaçının və cavabdehin ümayəndəsinin məhkəməyə ünvanlandığı ərizələrdən görünür ki, tərəflər məhkəmədən kənar qaydada razılığa gələrək öz aralarında barışıq sazişi bağladıqlarından, apellyasiya şikayətlərindən imtina etdiklərini və apellyasiya şikayətləri üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı və Cavabdeh1 Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-736/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən verdikləri apellyasiya şikayətlərindən imtinaları Azərbaycan Respublikası MPM-in 369.1, 369.2 və 369.4-cü maddələrinə əsasən qəbul edilməli və apellyasiya icraatına apellyasiya şikayətləri üzrə xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 369, 384, 400 və 404- 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: İddiaçı Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-736/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilsin və apellyasiya icraatına İddiaçı apellyasiya şikayəti üzrə xitam verilsin. Cavabdeh1 Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-736/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilsin və apellyasiya icraatına Cavabdeh1 apellyasiya şikayəti üzrə xitam verilsin. Qərardad elan edildiyi andan qüvvəyə minir. Bu qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(104)-42/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(104)-42/2025
13.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver