Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-48/2024 23.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası- hakimlər Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, Cavabdeh və onun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli, e-2-2(115)-1310/2023 saylı qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh DCLT00370228-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 34070 manat 74 qəpik əsas borc, 7027 manat 74 qəpik faiz borcu, 4986 manat 23 qəpik cərimə borcu olmaqla, cəmi 46084 manat 71 qəpik məbləğində borcun, DCL00370228-05 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 100000 manat əsas borc, 11286 manat 11 qəpik faiz borcu, 6666 manat 67 qəpik cərimə borcu olmaqla, cəmi 117952 manat 78 qəpik məbləğində borcun tutulması, mediasiya prosesi üzrə ödənilmiş 400 manat məbləğində xidmət haqqının və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 55 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair X2 xx.xx.2021-ci il tarixli 1.0.4 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə OnGTC/SE/10650 saylı razılıq ərizəsi imzalanmışdır. Həmin razılıq ərizəsinin imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş X3 qeyd edilmiş şərtləri qəbul edir. X6 toplusu çərçivəsində DCLT00370228-04 saylı xx.xx.2022-ci il tarixli maliyyələşdirmə üçün ərizəyə əsasən borcalana xx.xx.2023-cü tarixədək illik faiz dərəcəsi 24%, kredit müddətinin bitmə tarixindən sonra gecikdirilmiş əsas məbləğə hesablanan illik cərimə faizi 33.5% olmaqla 34372 manat məbləğində tütün məhsullarının alışı və bununla bağlı ƏDV-nin ödənilməsi məqsədi ilə 41040AZNSK********** saylı hesaba bağlı plastik kart üzrə kredit xətti açılmış, DCL00370228-05 saylı xx.xx.2022-ci il tarixli maliyyələşdirmə üçün ərizəyə əsasən borcalana xx.xx.2023-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kredit müddətinin bitmə tarixindən sonra gecikdirilmiş əsas məbləğə hesablanan illik cərimə faizi 32% olmaqla, 100000 manat məbləğində mal alışı məqsədilə kredit xətti açılmışdır. Lakin borcalan DCLT00370228-04 saylı kredit üzrə öhdəliklərini 265 gün, DCL00370228-05 saylı kredit üzrə öhdəliklərini 287 gün gecikdirərək kredit üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. Bank tərəfindən borcalana xəbərdarlıq məktubu göndərilmiş və bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Borcalanın xx.xx.2023-cü il tarixə İddiaçı ASC qarşısında öhdəlikləri DCLT00370228-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 34070 manat 74 qəpik əsas borc, 7027 manat 74 qəpik faiz borcu, 4986 manat 23 qəpik cərimə borcu olmaqla, cəmi 46084 manat 71 qəpik təşkil edir. DCL00370228-05 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 100000 manat əsas borc, 11286 manat 11 qəpik faiz borcu, 6666 manat 67 qəpik cərimə borcu olmaqla, cəmi 117952 manat 78 qəpik təşkil edir. X2 4-cü bölümünün 3.11-ci bəndinə əsasən kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. Bank xidmətlərinin göstərilməsinə dair X2 4-cü bölümünün 5.2.1-ci bəndinə əsasən kreditin və faizlərin ödənilməsi müştəri tərəfindən 3 aydan artıq müddətə gecikdirildikdə bank müştəriyə verilən krediti vaxtından əvvəl ləğv edə və ya kredit məbləğini vaxtından əvvəl müştəridən tələb edə bilər. Eyni zamanda X4 əsasən müştəri tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilmədikdə, Azərbaycan Respublikası Qanunlarına əsasən məhkəmələrə və digər səlahiyyətli orqanlara müraciət etmək bankın hüququdur. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə verərək, Cavabdeh DCLT00370228-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 34070 manat 74 qəpik əsas borc, 7027 manat 74 qəpik faiz borcu, 6041 manat 01 qəpik cərimə borcu olmaqla, cəmi 47139 manat 49 qəpik məbləğində borcun, DCL00370228-05 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 100000 manat əsas borc, 11286 manat 11 qəpik faiz borcu, 9511 manat 11 qəpik cərimə borcu olmaqla, cəmi 120797 manat 22 qəpik məbləğində borcun, mediasiya prosesi üzrə ödənilmiş 400 manat məbləğində xidmət haqqının və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 58 manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli, 2-2(115)-1310/2023 saylı qətnaməsi ilə (hakim R.Məmmədov) iddia tələbi qismən təmin edilərək, xx.xx.2022-ci il tarixli DCLT00370228-04 saylı kredit razılaşması üzrə 34070 manat 74 qəpik əsas borc, 7027 manat 74 qəpik faiz borcu, 1703 manat 50 qəpik cərimə borcu olmaqla, cəmi 42801 manat 98 qəpik məbləğində borc, xx.xx.2022-ci il tarixli DCL00370228-05 saylı kredit razılaşması üzrə 100000 manat əsas borc, 11286 manat 11 qəpik faiz borcu, 5000 manat cərimə borcu olmaqla, cəmi 116286 manat 11 qəpik məbləğində borc olmaqla, ümumilikdə 159088 manat 09 qəpik məbləğində borc, ödənilmiş 400 manat mediasiya xərci, 58 manat dövlət rüsumunun Cavabdeh tutularaq, iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi, ödənilməli olan 391 manat 09 qəpik məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi və iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. İşdə olan sübutlar: İddiaçı ASC ilə Cavabdeh arasında imzalanmış xx.xx.2021-ci il tarixli OnGTC/SE/10650 saylı Bank xidmətlərinin göstərilməsinə dair X2 xx.xx.2021-ci il tarixli 1.0.4 nömrəli versiyasının şərtlərinin qəbul edilməsi barədə razılaşmadan görünür ki, borclu həmin razılıq ərizəsini imzalayaraq www.pashabank.az saytında yerləşdirilmiş X3 qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul etmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2022-ci il tarixli DCLT00370228-04 saylı maliyyələşdirmə üçün ərizədən görünür ki, bank tərəfindən borcalana xx.xx.2023-cü il tarixədək illik faktiki faiz dərəcəsi 24%, illik nominal faiz dərəcəsi 24%, illik cərimə faizi 33,5%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 33,5 % olmaqla, 34372 manat məbləğində nağdsız qaydada "xxxx" QSC, "xxxx" QSC və "xxxx" QSC-dən tütün məhsullarının alışı və bununla bağlı ƏDV-nin ödənilməsi məqsədi ilə birdəfəlik kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2022-ci il tarixli DCL00370228-05 saylı maliyyələşdirmə üçün ərizədən görünür ki, bank tərəfindən borcalana xx.xx.2023-cü il tarixədək illik nominal faiz dərəcəsi 17%, illik faktiki faiz dərəsi 19,21%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 100000 manat məbləğində mal alışı məqsədi ilə birdəfəlik kredit verilmişdir. 20 sentyabr 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023cü il tarixə DCLT00370228-04 saylı kredit müqaviləsinə əsasən 34070 manat 74 qəpik əsas borc, 7027 manat 74 qəpik faiz borcu, 6041 manat 01 qəpik cərimə borcu olmaqla, cəmi 47139 manat 49 qəpik məbləğində borcu vardır. Cavabdeh DCL00370228-05 saylı kredit müqaviləsinə əsasən 100000 manat əsas borc, 11286 manat 11 qəpik faiz borcu, 9511 manat 11 qəpik cərimə borcu olmaqla, cəmi 129797 manat 22 qəpik məbləğində borcu vardır. Apellyasiya şikayətinin dəlilləri: Gəncə Kommersiya Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli, 2-2(115)-1310/2023 saylı qətnaməsindən narazı qalan iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək, Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-711/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin cərimə borcunun təmin edilməyən hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2023-cü il tarixinə İddiaçı ASC qarşısında öhdəlikləri aşağıdakı olmuşdur: - DCLT00370228-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 34,070.74 (otuz dörd min yetmiş manat yetmiş dörd qəpik) manat əsas borc, 7,027.74 (yeddi min iyirmi yeddi manat yetmiş dörd qəpik) manat faiz borcu, 6,041.01 (altı min qırx bir manat bir qəpik) manat cərimə borcu olmaqla, cəmi 47,139.49 (qırx yeddi min bir yüz otuz doqquz manat qırx doqquz qəpik) manat, gecikmə günü isə 265 gün təşkil edir. - DCL00370228-05 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 100,000 (bir yüz min) manat əsas borc, 11,286.11 (on bir min iki yüz səksən altı manat on bir qəpik) manat faiz borcu, 9,511.11 (doqquz min beş yüz on bir manat on bir qəpik) manat cərimə borcu olmaqla, cəmi 120,797.22 (bir yüz iyirmi min yeddi yüz doxsan yeddimanat iyirmi iki qəpik) manat, gecikmə günü isə 320 gün təşkil edir. X4 4-cü bölümünün 3.11-ci bəndinə əsasən Kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Maliyyələşdirmə üçün ərizə formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. Bank xidmətlərinin göstərilməsinə dair X2 4-cü bölümünün 5.2.1-ci bəndinə əsasən Kreditin və faizlərin ödənilməsi Müştəri tərəfindən 3 (üç) aydan artıq müddətə gecikdirildikdə Bank Müştəriyə verilən Krediti vaxtından əvvəl ləğv edə və ya Kredit məbləğini vaxtından əvvəl Müştəridən tələb edə bilər. Eyni zamanda X4 əsasən Müştəri tərəfindən Müqavilə öhdəlikləri yerinə yetirilmədikdə, Azərbaycan Respublikası Qanunlarına əsasən məhkəmələrə və digər səlahiyyətli orqanlara müraciət etmək Bankın hüququdur. Bundan başqa tərəflərindən mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi istiqamətində tədbirlər görülməsi məqsədi ilə Mediasiya İnstitutunun tətbiqi qaydasında Mediasiya Şurasına müraciət edilmiş, lakin tərəflər arasında məhkəmədən kənar qaydada razılıq əldə edilməmişdir. İddiaçı ASC mediasiya prosesi üzrə 400 (dörd yüz) manat məbləğində xidmət haqqı və iddia ərizəsinin məhkəmə icraatına qəbul olunması üçün 55 (əlli beş) manat dövlət rüsumu ödəmişdir. İddiaçı ASC Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək Cavabdeh DCLT00370228-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 34,070.74 (otuz dörd min yetmiş manat yetmiş dörd qəpik) manat əsas borc, 7,027.74 (yeddi min iyirmi yeddi manat yetmiş dörd qəpik) manat faiz borcu, 6,041.01 (altımin qırx bir manat bir qəpik) manat cərimə borcu olmaqla, cəmi 47,139.49 (qırx yeddi min bir yüz otuz doqquz manat qırx doqquz qəpik) manat məbləğində borcun, DCL00370228-05 saylımaliyyələşdirmə üçün ərizəyə əsasən 100,000 (bir yüz min) manat əsas borc, 11,286.11 (on bir min iki yüzsəksən altımanat on bir qəpik) manat faiz borcu, 9,511.11 (doqquz min beş yüz on bir manat on bir qəpik) manat cərimə borcu olmaqla, cəmi 120797.22 (bir yüz iyirmi min yeddi yüz doxsan yeddimanat iyirmi iki qəpik) manat məbləğində borcun və mediasiya prosesi üzrə ödənilmiş 400 (dörd yüz) manat məbləğində xidmət haqqının və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 58 (əlli səkkiz) manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-1310/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh Tahir oğlundan xx.xx.2022-ci il tarixli DCLT00370228-04 saylı kredit razılaşması üzrə 34070 manat 74 qəpik əsas borc, 7027 manat 74 qəpik faiz borcu, 1703 manat 50 qəpik cərimə borcu olmaqla, cəmi 42801 manat 98 qəpik məbləğində borc, xx.xx.2022-ci il tarixli DCL00370228-05 saylı kredit razılaşması üzrə 100000 manat əsas borc, 11286 manat 11 qəpik faiz borcu, 5000 manat cərimə borcu olmaqla, cəmi 116286 manat 11 qəpik məbləğində borc olmaqla, ümumilikdə 159088 manat 09 qəpik məbləğində borc, ödənilmiş 400 manat mediasiya xərci və 58 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir. Hesab edirlər ki, Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-1310/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi cərimə borcunun təmin edilməyən hissəsində əsassızdır, buna görə də apellyasiya qaydasında baxılmalı və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissəsdə ləğv olunaraq, iddia tələbinin tam təmin olunmasına dair yeni qətnamə çıxarılmalıdır. X3 qeyd edilir ki, Kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Fərdi müştərilərin Maliyyələşdirməsi üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Fərdi müştərilərin Maliyyələşdirməsi üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. Birdəfəlik kredit üzrə, “Fərdi müştərilərin Maliyyələşdirilməsi üçün ərizə” formasında göstərilən ödəniş tarixdən sonra 7 (yeddi) gün ərzində ödəniş olmadığı təqdirdə, Müştərimüvafiq ərizə formasında müəyyənləşdirilən faiz həcmində gündəlik hesablanan cərimə ödəyir. İş üzrə birinci instansiya məhkəməsi iddia tələbinin əsas borc və faiz borcu hissəsi ilə razılaşsa da, iddiaçı tərəfindən hesablanan cərimə (dəbbə) pulunu yüksək hesab edərək kəskin surətdə azaltmışdır. Məhkəmə cərimə məbləğini azaltdıqda öhdəliyin icrаsının gecikdirilməsi müddətlərini nəzərə almamışdır. Belə ki, Krеditin müəyyənləşdirilən qаydаdа ödənilməsini həyata keçirmədiyi günlərin sayı DCLT00370228-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 265 gün və DCL00370228-05 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 320 gün olduğundan cərimə məbləğinin DCLT00370228-04 saylımaliyyələşdirmə üçün ərizəyə əsasən 1703.50 (bir min yeddi yüz manat əlli qəpik) manat və DCL00370228-05 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 5000 (beş min) manat məbləğində müəyyən edilməsi həmin günlərə mütənasib deyildir. Bu səbəbdən də qətnamə ilə müəyyən edilən cərimə məbləği əsaslı hesab edilə bilməz. Apellyasiya icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və apellyasiya şikayətlərinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh izahat verib bildirmişdir ki, onların məqsədi iddiaçı təşkilatın nümayəndəsi ilə görüşmək və borcun hissə-hissə ödənilməsi ilə bağlı razılığa gəlməkdən ibarətdir. Apellyasiya şikayətini isə qəbul etmir. Buna görə də apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin kommers və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi cərimə (dəbbə pulu) məbləği hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə çıxarılaraq iddia tələbi tam təmin olunmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisəyə Mülki Məcəlləsinin 467-ci maddəsini tətbiq edərək, xx.xx.2022-ci il tarixli DCLT00370228-04 saylı kredit razılaşması üzrə 6041,01 manat cərimə məbləğini tənasübsüz surətdə yüksək hesablandığı qənaətinə gələrək, 1703,5 manat məbləğində, xx.xx.2022-ci il tarixli DCL00370228-05 saylı kredit razılaşması üzrə 9511 manat 11 qəpik cərimə məbləğini isə 5000 manat məbləğində müəyyən etmişdir ki, bununla da birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsassız olmuşdur. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsindən və iclas protokolundan görünür ki, məhkəmədə iştirak etmiş cavabdeh və onun nümayəndəsi iddia tələbini qəbul etdiklərinə, borcun düzgün hesablanmasına dair izahat vermiş, dəbbə pulunun yüksək olmasına dair hər hansı bir iradı və dəbbə pulunun azaldılmasına dair xahişi olmamışdır. Birinci instansiya məhkəməsi isə cavabdehin iddianı qəbul etməsini bildirmələrinə baxmayaraq, Mülki Məcəlləsinin 467-ci maddəsini tətbiq edərək cərimə məbləğini azaltmaqla, iddianı qismən təmin etmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Gəncə Kommersiya Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli, e-2-2(115)-1310/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə, yəni cərimə, buna müvafiq olaraq isə cəmi məbləğ hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə çıxarılaraq, iddia həmin hissədə tam təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,
q ə t e t d i:
Gəncə Kommersiya Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli, e-2-2(115)- 1310/2023 saylı qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli, e-2-2(115)- 1310/2023 saylı qətnaməsi iddianın təmin edilməyən hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə çıxarılsın. İddia tələbi həmin hissədə təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, DCLT00370228-04 saylı kredit razılaşmasına əsasən 34070 manat 74 qəpik (otuz dörd min yetmiş manat 74 qəpik) əsas borc, 7027 manat 74 qəpik (yeddi min iyirmi yeddi manat 74 qəpik) faiz borcu, 6041 manat 01 qəpik (altı min qırx bir manat 01 qəpik) cərimə məbləği olmaqla, cəmi 47139 manat 49 qəpik (qırx yeddi min yüz otuz doqquz manat 49 qəpik) məbləğində borc, xx.xx.2022-ci il tarixli DCL00370228-05 saylı kredit razılaşması üzrə 100000 (yüz min) manat əsas borc, 11286 manat 11 qəpik (on bir min iki yüz səksən altı manat 11 qəpik) faiz borcu, 9511 manat 11 qəpik (doqquz min beş yüz on bir manat 11 qəpik) cərimə məbləği olmaqla, cəmi 120797 manat 22 qəpik (yüz iyirmi min yeddi yüz doxsan yeddi manat 22 qəpik) məbləğində borc olmaqla, ümumilikdə 167936,71 (yüz altmış yeddi min doqquz yüz otuz altı manat 71 qəpik) manat məbləğinddə borc, mediasiya prosesi üzrə ödənilmiş 400 manat məbləğində xidmət haqqı və 58 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 229 (iki yüz iyirmi doqquz) manat Cavabdeh tutularaq, İddiaçı ASC-yə ödənilsin. Qətnamə çıxarıdığı andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.