Məhkəmə qərarları › İş №2-2(104)-49/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(104)-49/2024

05.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(104)-49/2024 05.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası – hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iş üzrə qəbul edilmiş Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-1073/2023 saylı qərardadından iş üzrə Cavabdeh2 tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 22 avqust 2019-cu il tarixli kredit müqaviləsi üzrə 19715.83 manat əsas borc, 1635.45 manat faiz borcu, 243.38 manat cərimə borcu olmaqla, ümumilikdə 21594.66 manat kredit borcunun və ödənilmiş 200 manat dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətindəki Gəncə şəhəri, Nizami rayonu, Azərbaycan KTA ərazisi ünvanında yerləşən 0.0191 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 121.2 kv.m ümumi, 62.8 kv.m yaşayış, 58.4 kv.m yardımçı sahədən ibarət olan 3 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, fərdi yaşayış evi və torpaq sahəsinin açıq hərracdan satılması və borcun Gəncə şəhəri, Nizami rayonu, Azərbaycan KTA ərazisi ünvanında yerləşən 0.0191 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 121.2 kv.m ümumi, 62.8 kv.m yaşayış, 58.4 kv.m yardımçı sahədən ibarət olan 3 otaqlı fərdi yaşayış evinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 məxsus olan Gəncə şəhəri, Nizami rayonu, Azərbaycan KTA ərazisi ünvanında yerləşən 0.0191 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 121.2 kv.m ümumi, 62.8 kv.m yaşayış, 58.4 kv.m yardımçı sahədən ibarət olan 3 otaqlı fərdi yaşayış evinə tutma yönəldikdə və o satıqldıqdan 1 ay sonra Cavabdeh1 Gəncə şəhəri, Nizami rayonu, Azərbaycan KTA ərazisi ünvanında yerləşən 0.0191 ha torpaq sahəsində yerləşən 121.2 kv.m ümumi, 62.8 kv.m yaşayış, 58.4 kv.m yardımçı sahədən ibarət olan 3 otaqlı fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1 həmin fərdi yaşayış çıxarılması, həmin fərdi yaşayış evinin boşaldılması və banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 22 avqust 2019-cu il tarixli kredit müqaviləsi üzrə 15065.83 manat əsas borc, 4200.49 manat faiz borcu, 1536.01 manat cərimə olmaqla, ümumilikdə 20802.33 manat kredit borcunun və ödənilmiş 200 manat dövlət rüsumunun (mediasiya xərci olaraq ödənilmişdir), ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi, haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi, tutmanın X1 mülkiyyətindəki Gəncə şəhəri, Nizami rayonu, Azərbaycan KTA ərazisi ünvanında yerləşən 0.0191 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 121.2 kv.m ümumi, 62.8 kv.m yaşayış, 58.4 kv.m yardımçı sahədən ibarət olan 3 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, fərdi yaşayış evi və torpaq sahəsinin açıq hərracdan satılması və borcun Gəncə şəhəri, Nizami rayonu, Azərbaycan KTA ərazisi ünvanında yerləşən 0.0191 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 121.2 kv.m ümumi, 62.8 kv.m yaşayış, 58.4 kv.m yardımçı sahədən ibarət olan 3 otaqlı fərdi yaşayış evinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(115)-1073/2023 saylı qətnaməsi ilə (hakim K.Vəliyev) iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 15065,83 (on beş min altmış beş manat səksən üç qəpik) manat əsas borc, 4200,49 (dörd min iki yüz manat qırx doqquz qəpik) manat faiz borcu, 236.01(iki yüz otuz altı manat bir qəpik) manat cərimə olmaqla, ümumilikdə 19502,33 (on doqquz min beş yüz iki manat otuz üç qəpik) manat məbləğində borc və 200 (iki yüz) manat mediasiya xərcinin tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, borc tələbinin ipoteka qoyulmuş, likvid dəyəri 45.000 manat olan Cavabdeh1 mülkiyyətindəki Gəncə şəhəri, Nizami rayonu, Azərbaycan KTA ərazisi ünvanında yerləşən 0.0191 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 121.2 kv.m ümumi, 62.8 kv.m yaşayış, 58.4 kv.m yardımçı sahədən ibarət olan 3 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi, iş üzrə 200 (iki yüz) manat ekspertiza xərcinin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq „Uniprice“ MMC-nin (VÖEN:**********, Hesab: AZ77AİİB400600C**********218, Bank: Kapital Bank ASC Bravo 3 filialı, VÖEN:**********, Müxbir hesab: AZ37NABZ********************, filialın kodu:201296, SWİFT kod: AİİBAZ2XXXX) hesabına ödənilməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 148,51 (bir yüz qırx səkkiz manat əlli bir qəpik) manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti vermişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayətində şikayət verənin yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, həmçinin mobil telefon nömrəsi, işdə prosessual vəziyyəti (cavabdeh olması) barədə məlumatlar göstərilməməsi səbəbindən Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2- 2(115)-1073/2023 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardaddan Cavabdeh2 şikayət vermişdir. Şikayət onunla əsaslandırlmışdır ki, iş üzrə əlavə edilmiş şəxs tərəfindən apellyasiya şikayəti verilərkən məhkəmənin qərardadında qeyd etdiyi tələblər vətəndaş tərəfindən doldurulmur, çünki sistem bu məlumatları artıq özü təqdim etmiş olur. Şikayəti tərtib edərkən kabinet tərəfindən ona qərardadda göstərilən məlumatları doldurmaq üçün yer verilməmişdir. Burada əsas səhv cavabdeh kimi sistemə oturulan vaxt olub ki, onun barəsində məlumatlar natamam yerləşdirilib. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-2(115)-1073/2023 saylı qərardadı ilə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)- 1073/2023 saylı qərardadından iş üzrə Cavabdeh2 tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin iş materialları ilə birlikdə baxılması üçün 7 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırki şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimi dinləyərək və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-2(115)-1073/2023 saylı qərardadı və həmin qərardadla bağlı xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin apellyasiya şikayətinin məzmunu başlıqlı 361, 361.1.2-ci maddəsində göstərilmişdir ki, şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti apellyasiya şikayətində göstərilməlidir. Cavabdehin apellyasiya şikayətindən görünür ki, şikayətdə şikayət verənin yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, həmçinin mobil telefon nömrəsi, işdə prosessual vəziyyəti (cavabdeh olması) barədə məlumatlar göstərilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Göründüyü kimi apellyasiya şikayəti MPM 361-ci maddəsinin tələblərinə uyğun tərtib edilmədiyindən birinci instansiya məhkəməsi şikayəti qaytarmaqda düzgün nəticəyə gəlmişdir. Ona görə də şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Мəhkəmə kollegiyası yuxarıda şərh olunanlarа əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 268, 398, 402-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Şikayət təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-2(115)-1073/2023 saylı qərardadı və həmin qərardadla bağlı xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Bu qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar