Məhkəmə qərarları › İş №2-2(104)-49/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-49/2025

19.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-49/2025 19.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qeyri-yaşayış sahəsindən çıxarılma, icarə haqqının və kommunal xidmətlərdən istifadəyə görə pulun ödənilməsi tələbinə dair ilk və iddiaçı Cavabdeh İddiaçı qarşı əşyaların qaytarılması və pul tələbinə dair qarşılıqlı iddiası ilə bağlı iş üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-1127/2024 saylı qətnaməsindən ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-1127/2024 saylı qətnaməsi Gəncə ilə (hakim R.Qələndərzadə) ilk iddianın qismən təmin edilməsi, ilk iddia üzrə Cavabdeh 7500 manat icarə haqqı və 95 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, ödənilmiş 32 manat dövlət rüsumunun ilk iddiaçıya aid edilməsi, ilk iddianın qalan hissədə rədd edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı əşyaların qaytarılması və pul tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumunun qarşılıqlı iddiaçıya aid edilməsi qət edilmişdir. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh apellyasiya şikayəti verərək, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-1127/2024 saylı qətnaməsindən ləğv edərək, qarşılıqlı iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh Binəqədi rayonu, R.Rəcəbli küçəsi, 3103-cü məhəllə ünvanında yerləşən, ümumi sahəsi 2041.7 kv.m olan qeyri-yaşayış binasının paylı mülkiyyət üzrə 639 kv.m. hissəsindən çıxarılması, 7500 (yeddi min beş yüz) manat ödənilməmiş icarə haqqının və kommunal xidmətlərdən istifadəyə görə 4200 (dörd min iki yüz) manat ödənişin, ödənilmiş 126 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı (İcarəyə verən) ilə Cavabdeh (İcarəçi) arasında bağlanılmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə görə İddiaçı ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 2041.7 kv.m olan qeyri-yaşayış binasının paylı mülkiyyət üzrə ona məxsus hissəsindən 639 kv.m hissəsini Cavabdeh icarəyə vermişdir. Müqavilənin 4-cü bəndinə görə Cavabdeh tərəfindən İddiaçı aylıq 2500 (iki min beş yüz) manat icarə haqqı ödənilməlidir. Müqavilənin 11-ci maddəsinə görə kommunal xidmətlərdən (elektrik, qaz, su, istilik, kanalizasiya və telefon abunə) istifadə edilməsinə görə haqlar, habelə şəhərlərarası və ödənişli telefon danışıqları haqqı, o cümlədən əlavə vergi haqları İcarəçi, yəni Cavabdeh tərəfindən ödənilməlidir. Lakin cavabdeh tərəfindən 2023-cü ilin mart, aprel, may və iyun ayları üçün icarə haqqı ödənilməmiş, eləcə də qeyriyaşayış sahəsinin onun tərəfindən istifadə edildiyi müddət üçün elektrik enerjisindən istifadəyə görə 2400 manat, sudan istifadəyə görə isə 1800 (min səkkiz yüz) manat borc yaranmış və bu borc iddiaçı tərəfindən ödənilmişdir. Buna görə də ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 2041.7 kv.m. olan qeyri-yaşayış binasının paylı mülkiyyət üzrə 639 kv.m. hissəsindən çıxılması, ödənilməmiş icarə haqqının ödənilməsi tələbi ilə cavabdehə müraciət ünvanlansa da, bu tələb yerinə yetirilməmiş, Cavabdeh adı çəkilən qeyri-yaşayış binasında qalmağa və ondan istifadə etməyə davam etmişdir. Qeyd olunanlardan göründüyü kimi Cavabdeh ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 2041.7 kv.m olan binasının paylı mülkiyyət üzrə 639 kv.m hissəsindən çıxarılması, ödənilməmiş icarə haqqının və kommunal xidmətlərdən istifadəyə görə ödənişin ödənilməsi və binanın boşaldılaraq mülkiyyət üzərində iddiaçının istifadə hüquqlarının bərpa edilməsinə zərurət yaranmışdır. Cavabdeh İddiaçı qarşı əşyaların qaytarılması və pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın təmin edilməməsi, ona məxsus əşya və avadanlıqların qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı alınaraq ona qaytarılması, naturada qaytarılması mümkün olmadıqda onların dəyərinin ödənilməsi, qarşılıqlı iddia üzrə ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 2041.7 kv.m olan qeyri-yaşayış sahəsinin əsaslı təmirinə xərclədiyi 70000 (yetmiş min) manat məbləğində pul vəsaitini, qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş 300 (üç yüz) manat dövlət rüsumu olmaqla, ümumilikdə 70300 (yetmiş min üç yüz) manat pulun, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, məhkəmənin icraatında İddiaçı Cavabdeh qarşı “qeyri-yaşayış sahəsindən çıxarılma, icarə haqqının və kommunal xidmətlərdən istifadəyə görə pulun ödənilməsi tələbinə dair” 2-2(115)-1127/2024 saylı mülki iş vardır. Müqavilə bağlanandan sonrakı dövrdə, ilkin iddia üzrə İddiaçı qohumları tərəfindən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 2041.7 kv.m olan qeyri-yaşayış sahəsinin giriş qapısı sındırılaraq, kilidi dəyişdirilib və nəticədə onun, eləcə də işçilərinin içəri daxil olmasına maneə yaradılıb. Onlar bu hərəkətləri qeyd olunan qeyri-yaşayış sahəsinin mətbəxini və digər yerlərini əsaslı təmir (70000 manat pul vəsaiti xərclənib) etdiyindən 5-6 ay sonra etmişdilər. Həmin vaxt İddiaçı nümayəndələri ilə aralarında hətta münaqişə də baş vermiş, ona xəsarətlər yetirilmişdir. Bu barədə Bakı şəhəri Binəqədi Rayon Prokurorluğuna məlumat verilmişdir və hazırda araşdırma gedir. Deməli, xx.xx.2022-ci il tarixli icarə müqaviləsinin şərtlərinin tələblərini o yox, məhz İddiaçı pozmuşdur. Onun istifadəsində olmayan, gəlir əldə etmədiyi bir sahəyə üçün nəyə görə kommunal xərcləri və icarə haqqı ödəməlidir? Bununla yanaşı, sözü gedən binada ona məxsus avdanlıqlar və əşyalar qalmışdır. Dəfələrlə İddiaçı həmin əşyaların qaytarılmasını tələb etsə də, heç bir nəticə əldə olunmamışdır. Müqaviləyə əsasən, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 2041.7 kv.m olan qeyri-yaşayış sahəsində qalan və hazıradək qarşı tərəfin istifadəsində olan əşyaların siyahısı və dəyəri: Masa (böyük, 15 əd.) - 2250 manat, Masa (balaca, 35 əd) - 3500 manat, Oturacaq (75 əd.) - 5250 manat, Divan (balaca, qırmızı rəngli 40 əd) - 12000 manat, Divan (böyük, qırmızı-boz xətli 15 əd) - 13500 manat, Divan (süd rəgli 20 əd.) - 4000 manat, Divan (1 əd) - 2500 manat, Bokal (120 əd) - 300 manat, Çəngəl (120 əd) - 144 manat, Bıçaq (120 əd) - 180 manat, Duz və istiot qabı dəsti (50 əd) - 750 manat, Salfet qabı (50 əd) - 600 manat, Kül qabı (60 əd) - 300 manat, Kondisioner (böyük, 3 əd) - 9000 manat, Kondisioner (balaca, 4 əd) - 4000 manat, Kreslo (14 əd) - 1400 manat, Çılçıraq (30 əd) - 900 manat, Səhnə avadanlığı - 5000 manat, Dekor (tavana vurulan suni yaşıllıq və dəmir konstruksiya) - 12000 manat, Buz aparatı (1 əd) - 4000 manat, Soyuducu (böyük, şüşəli, 2 əd) - 4000 manat, Soyuducu (balaca, şüşəli, 5 əd) - 3500 manat, Qəlyan aparatı (10 əd) - 1500 manat, Pərdə (10 əd) - 1500 manat, Mətbəx masası (5 əd) - 2500 manat, Soyuducu (1 əd) - 1000 manat, Ət çəkın maşın (1 əd) - 700 manat, Manqal üçün şişlər (100 əd) - 500 manat, “Mafiya” oyunu üçün dəst: masa (1 əd) - 1000 manat, kreslo (14 əd) - 2100 manat, Bar stoykası və işkilər üçün rəflər - 5000 manat, Kofe aparatı (1 əd) - 500 manat, Çaydanlar (30 əd) - 30 manat, Boşqab (120 əd) - 720 manat, Samovar (1 əd) - 300 manat. Onu da nəzərə çatdırır ki, əsaslı təmir üçün yuxarıda qeyd etdiyi 70000 (yetmiş min) manat pul məbləğini qohumu X2 borc kimi almışdır. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı müqavilə bağlanandan sonrakı dövrdə yalan vədlər və məlumatlar verərək, qəsdən üzərinə götürdüyü öhdəlikləri icra etməmişdir və nəticədə, o, icarə müqaviləsinin şərtlərinə uyğun olaraq həmin əmlakdan istifadə edə bilməmişdir, ondan gəlir əldə etmək hüququndan məhrum olmaqla, müəyyən gəlirini itirmişdir. Hesab edir ki, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qanunsuz hərəkətləri nəticəsində ona maddi ziyan vurulduğu üçün, məhkəmə tərəfindən bu məsələyə hüquqi qiymət verilməsi vacibdir. İlk iddia üzrə iddiaçının vəkili və nümayəndəsi Nümayəndə məhkəməyə qarşılıqlı iddiaya dair etriaz ərizəsi təqdim edərək bildirmişdir ki, Cavabdeh İddiaçı qarşı əşyaların qaytarılması və pul tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki iş məhkəmənin icraatındadır. Qarşılıqlı iddia ərizəsində istinad edilən hallar və əsas gətirilən dəlillər əsassız və qeyri-qanunidir. Bildirir ki, İddiaçı Cavabdeh Binəqədi rayonu, R.Rəcəbli küçəsi, 3103-cü məhəllə ünvanında yerləşən, ümumi sahəsi 2041.7 kv.m olan qeyri-yaşayış binasının paylı mülkiyyət üzrə 639 kv.m hissəsindən çıxarılması, ödənilməmiş 7500 (yeddi min beş yüz) manat icarə haqqının və 4200 (dörd min iki yüz) manat kommunal xidmətlərdən istifadəyə görə tərəflərindən ödənilmiş pul vəsaitinin və ödənilmiş 126 manat məbləğində dövlət rüsumunun cavabdehə aid edilməklə, cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh məxsus yuxarıda qeyd etdiyi əşya və avadanlıqları qarşlıqlı iddia üzrə cavabdeh İddiaçı alınaraq ona qaytarılması, naturada qaytarılması mümkün olmadıqda dəyərinin ödənilməsi, qarşılıqlı iddia üzrə ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 2041.7 kv.m olan qeyri-yaşayış sahəsinin əsaslı təmirinə xərclədiyi 70000 (yetmiş min) manat məbləğində pul vəsaitini, qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş 300 (üç yüz) manat dövlət rüsumu, ümumilikdə 70300 (yetmiş min üç yüz) manat pulun qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsində bildirmişdir ki, ilkin iddia üzrə İddiaçı qohumları tərəfindən ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 2041.7 kv.m olan qeyri-yaşayış sahəsinin mətbəxini və digər yerlərini əsaslı təmir (70000 manat pul vəsaiti xərclənilib) etdiyindən 5-6 ay sonra etmişdilər. Həmin vaxt İddiaçı nümayəndələri ilə arasında hətta münaqişə də baş vermiş və ona xəsarətlər yetirilməsini iddia etmişdir. Bununla bağlı qeyd etmişdir ki, Cavabdeh heç bir xəsarət yetirilməmişdir. Cavabdeh xəsarət alması iddiası Binəqədi rayon prokurorluğunun xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında öz əksini tapmamışdır. Həmçinin qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsində qeyd etdiyi guya ona məxsus avadanlıqların qalması ilə bağlı isə qeyd edə bilər ki, Cavabdeh məxsus heç bir avadanlıq olmamış və onlar qeyriyaşayış sahəsini icarəyə verən zaman bütün avadanlıqlar onlara məxsus olmuşdur. Bu halı əvvəlki icarəyə götürən X7 ilə 15 aprel 2022-ci il tarixli təhvil-təslim aktı əsasında onlara məxsus olan qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddia etdiyi avadanlıqlar X7 tərəfindən onlara təhvil verilmişdir. ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 2041.7 kv.m olan qeyri-yaşayış sahəsində 2024-cü ilin mart ayının 3-də qeyri-yaşayış sahəsində yanğın baş vermiş və sonradan tərəflərindən nə qədər bildirilməsinə baxmayaraq yanğın təhlükəli nəticələrinin yenidən baş verməməsi üçün dəfələrlə bildirilməsinə baxmayaraq Cavabdeh tərəfindən heç bir lazımi tədbirlər görülməmişdir. 17 mart 2024-cü il tarixdə yenidən qeyri-yaşayış sahəsində qısa qapanma nəticəsində binaya yüksək cərəyanlı transfarmatorla gələn ana xətt partlamışdır. Partlayışa səbəb Cavabdeh icarəyə verilmiş qeyri-yaşayış sahəsində aşkarlanmışdır. Bundan sonra insan ölümünə səbəb olacaq faciənin aradan qaldırılması üçün fəaliyyətini dayandırması və orada təmir aparılmasını zəruri olduğunu bildirsələr də heç bir nəticə hasil olmamış, əksinə icarəçi Cavabdeh öz fəaliyyətini davam etdirmişdir. Bundan sonra tərəflərindən binaya giriş açarlarını dəyişdirilmiş və təhlükənin araddan qaldırılmayanadək riskləri nəzərə alaraq fəaliyyətinə qadağan qoymuşlar. Bundan 2 gün sonra 19 mart 2024-cü il tarixdə Cavabdeh özbaşına qeyri-yaşayış sahəsinin qıfılını qıraraq açarları dəyişdirmiş və onlar həmin qeyriyaşayış sahəsinə (Cavabdeh aid olmayan, yəni icarə verilməyən onların ofisinə) giriş-çıxışı məhdudlaşmışdır. Bununla bağlı həmin günü tərəflərindən DİNnin 102 qaynar xəttinə bununla bağlı müraciət edilmişdir. Buna baxmayaraq Cavabdeh orada fəaliyyətini davam etdirmiş və onların ora daxil olması qeyri-mümkün olmuşdur. Cavabdeh oradan çıxarılması və qovulması onun uydurduğu iftira və yalandan başqa bir şey deyil. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən yalnışlığa yol verərək əsassız qətnamə qəbul etmişdir. Belə ki, qətnamə qəbul edilərkən məhkəmə onun tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsi və sübutları nəzərə almamışdır. xx.xx.2022-ci il tarixli icarə müqaviləsinin şərtlərinin tələblərini o yox, məhz İddiaçı pozmuşdur. Onun istifadəsində olmayan, gəlir əldə etmədiyi bir sahəyə üçün nəyə görə kommunal xərcləri və icarə haqqı ödəməlidir. Bununla yanaşı, sözügedən binada ona məxsus avdanlıqlar və əşyalar qalmışdır. Dəfələrlə İddiaçı həmin əşyaların qaytarılmasını tələb etsə də, heç bir nəticə əldə olunmamışdır. Apellyasiya şikayəti üzrə izahatlar və prosessual məsələlər: Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflər lazımi qaydada xəbərdar edilmiş ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ilk iddianın təmin edilmiş hissəsində və qarşılıqlı iddiaya aid hissədə ləğv edilərək ilk iddianın təmin edilməməsinə və qarşılıqlı iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etdi. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini, apellyasiya şikayətinin dəlilləri ilə bağlı ilk iddia üzrə cavabdehin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddianın təmin edilmiş hissəsində ləğv edilməli, həmin hissədə də iddia tələbi rədd edilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin hədləri ilə bağlı qeyd edir ki, həmin şikayətlə birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddianın təmin edildiyi hissədə və qarşılıqlı iddianın təmin edilməməsi hissəsində mübahisələndirildiyindən qətnamənin əsaslılığı mübahisələndirilən hissələrdə yoxlanılır. Belə ki, iş materiallarında olan İddiaçı və Cavabdeh arasında bağlanılmış 15 aprel 2022-ci il tarixli icarə müqaviləsindən görünür ki, İddiaçı ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 2041.7 kv.m olan qeyri-yaşayış binasının paylı mülkiyyət üzrə ona məxsus hissəsindən 639 kv.m hissəsini Cavabdeh icarəyə vermişdir. Həmin müqavilənin 4-cü bəndinə əsasən Cavabdeh tərəfindən İddiaçı aylıq 2500 (iki min beş yüz) manat icarə haqqı ödənilməlidir. Həmin müqavilənin 8-ci bəndinə əsasən icarəçi icarəyə verənin razılığı olmadan icarəyə götürülən sahədə təmir-tikinti işlərini apara bilməzlər. Həmin müqavilənin 11-ci maddəsinə əsasən kommunal xidmətlərdən (elektrik, qaz, su, istilik, kanalizasiya və telefon abunə) istifadə edilməsinə görə haqlar, habelə şəhərlərarası və ödənişli telefon danışıqları haqqı, o cümlədən əlavə vergi haqları icarəçi tərəfindən ödənilməlidir. İş materiallarında olan Binəqədi rayon prokurluğunun müstəntiqi X5 xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə X4 və X3 tərəfindən “X15”da döyülməsi barədə müraciəti əsasında Bakı şəhər Nərimanov rayon prokurorluğunda toplanmış material rayon prokurorluğuna daxil olmuşdur. Aparılmış araşdırma zamanı Cavabdeh X4 və X3 tərəfindən döyülməsi faktı öz təsdiqini tapmamışdır. Eyni zamanda həmin qərarda göstərilmişdir ki, Binəqədi rayon Polis İdarəsinin 5-ci PB-nin baş təhqiqatçısı Əli Əliyev tərəfindən qəbul olunmuş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarla Cavabdeh eyni məzmunlu müraciəti əsasında araşdırma aparılaraq toplanmış material üzrə Azərbaycan Respublikasının Cinayət Prosessual-Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən X1 barəsində cinayət işinin başlanılması rədd edilmiş və Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi polis bölməsinin əməkdaşına həvalə edilmişdir. Ona görə də hazırkı qərarla da cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsinin 17 oktyabr 2024-cü il tarixli 3-44-1/2-1-14692/24 nömrəli məktubundan görünür ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestr”nin xx.xx.2022-ci il tarixli KY221738021 nömrəli Çıxarışına və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsinin xx.xx.2022-ci il tarixli YPK/0153-22 nömrəli yoxlamanın aparılması haqqında qərarına əsasən ünvan 3 ünvanında yerləşən Fiziki şəxs Cavabdeh məxsus “Baku Music Halİ” (VÖEN: **********) ictimai iaşə obyektində 13-17 may (3 iş günü) 2022-ci il tarixlərində plandankənar yoxlama həyata keçirilməsi nəzərdə tutulmuşdur. Yoxlama zamanı müəssisədə bir sıra nöqsanlar aşkar olunmuş, aşkar olunmuş nöqsanlarla əlaqədar olaraq müəssisədə işlərin görülməsi, xidmətlərin göstərilməsinə dair xx.xx.2022-cü il tarixli YPK/0153-22 nömrəli Məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə Qərar qəbul olunmuşdur. Sahibkarın fəaliyyətinə dair məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərarın icra vəziyyətinin yoxlanılması ilə bağlı xx.xx.2022-ci il tarixli, YPK/0229-22 nömrəli Yoxlamanın aparılması haqqında Qərara əsasən müəssisədə yenidən yoxlama həyata keçirilmiş xx.xx.2022-cü il tarixli YPK/0153- 22 nömrəli Məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərarda qeyd olunan nöqsanların aradan qaldırıldığı müəyyən edilmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, tərəflər arasında 15 aprel 2022-ci il tarixli icarə müqaviləsi bağlanılmış və müqaviləyə əsasən İddiaçı ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 2041,7 kv.m olan qeyri-yaşayış binasının paylı mülkiyyət üzrə ona məxsus olan 639 kv.m hissəsini Cavabdeh icarəyə vermişdir. İcarənin müddəti xx.xx.2024-cü il tarixədək müəyyən olunmuş və onun bitməsinə 1 ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə, icarə müddəti daha 1 il müddətinə uzadılmış hesab edilir. Müqavilə üzrə aylıq icarə haqqı 2500 manat müəyyən olunmuşdur. İcarəyəverən müqavilə ilə öz öhdəliyini yerinə yetirərək müqavilədə qeyd olunan qeyri-yaşayış sahəsini icarəçinin istifadəsinə vermişdir. Müqavilənin şərtinə görə icarəçi icarəyə verənin razılığı olmadan orada hər hansı təmir-tikinti işləri görə bilməz. İş materialları ilə həm də müəyyən olunur ki, icarəyə verilmiş qeyri-yaşayış sahəsi restoran kimi fəaliyyət göstərir. Obyekt icarəyə verildikdən qısa müddət sonra həmin obyektdə olan Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsi tərəfindən xx.xx.2022-ci il tarixdə keçirilmiş yoxlama zamanı (obyekt xx.xx.2022-ci il tarixdə icarəyə verilmişdir) müəssisədə bir sıra nöqsanlar aşkar olunmuş, həmin nöqsanlar xx.xx.2022-ci il tarixədək aradan qaldırılmış, iddiaçının etirafına görə 2024-cü ilin mart ayının 3-də həmin müəssisədə yanğın baş verdiyinə görə icarəyə verənlə icarəçi arasında narazılıqlar yaranmış, xx.xx.2024-cü il tarixdə isə ilk iddia üzrə iddiaçı icarə obyektinin giriş qapısının kilidini dəyişdirdiyinə görə ilk iddia üzrə cavabdehin həmin icarə sahəsindən istifadə etməsi mümkünsüz olmuş, xx.xx.2024-cü il tarixdə müqavilənin 7-ci bəndinə əsasən icarəyəverən tərəfindən icarəçiyə müqavilənin ləğvi barədə pretenziya göndərilmiş və icarəçidən icarə obyektindən çıxmağı, ödənilməmiş icarə haqqının ödənilməsi tələb olunmuşdur. Halbuki, il iddia üzrə iddiaçı icarəçini icarə obyektinə buraxmadığına görə icarəçi icarə obyektindən istifadəni dayandırmağa məcbur olmuşdu. Qarşılıqlı iddia üzrə iddiaçı icarə obyektinin təmirinə 70 000 manat pul xərclədiyini, icarə obyektinə buraxılmadığına görə qarşılıqlı iddia ərizəsində göstərdiyi avadanlıqları oradan götürə bilmədiyini göstərsə də, həmin obyektin təmirinə xərcin çəkdiyini, buna ilk iddia üzrə iddiaçının razılığının olub-olmaması, habelə həmin icarə obyektinə qarşılıqlı iddia ərizəsində göstərdiyi əşyaları yerləşdirdiyini təsdiq edən sübut təqdim etməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni əsaslandırmaq üçün göstərmişdir ki, iddiaçı 3 aylıq icarə haqqı borcunu cavabdehdən tələb etməkdə haqlıdır. İşin araşdırılması zamanı müəyyən olunmuşdur ki, cavabdeh mart ayından etibarən icarə haqqı borcunu ödəməmiş və iyun ayının əvvəllərində həmin qeyriyaşayış sahəsindən çıxmışdır. Cavabdeh mart ayının 19-dan etibarən həmin qeyri-yaşayış sahəsindən istifadə edə bilməməsi ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim edə bilmədiyindən məhkəmə belə qənaətə gəlir ki, icarə obyekti iyun ayının əvvəllərinədək cavabdehin istifadəsində olmuş və ona görə də iddiaçının 3 aylıq icarə haqqı borcunu tələb etməsi əsaslıdır. Məhkəmə ilk iddianın Cavabdeh Binəqədi rayonu, R.Rəcəbli küçəsi, 3103-cü məhəllə ünvanında yerləşən, ümumi sahəsi 2041.7 kv.m olan qeyriyaşayış binasının paylı mülkiyyət üzrə 639 kv.m hissəsindən çıxarılması hissəsi ilə bağlı onu qeyd edir ki, iddiaçının nümayəndəsi öz izahatında sözügedən icarə obyektinin iyun ayının əvvəllərindən cavabdehin istifadəsindən alındığını bildirmişdir. Göründüyü kimi cavabdeh həmin icarə obyektindən iyun ayından etibarən istifadə etmədiyindən və faktiki olaraq icarə obyektindən çıxdığından tələb bu hissədə təmin edilə bilməz. Həmçinin iddiaçı tələbində cavabdehdən kommunal xidmətlərdən istifadəyə görə 4200 manat ödənişin tutulmasını tələb etsə də, bununla bağlı hər hansı sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə qarşılıqlı iddiaya münasibətdə qeyd edir ki, qarşılıqlı iddiaçı ona məxsus qeyd etdiyi əşya və avadanlıqları qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı alınaraq ona qaytarılmasını, naturada qaytarılması mümkün olmadıqda onların dəyərinin ödənilməsini tələb etsə də, həmin əmlakların ona məxsus olmasını və qeyriyaşayış obyektinin təmirinə çəkilən xərclər barədə faktı sübuta yetirə bilməmiş və bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bu halları təsdiq edən konkret mötəbər dəlil gətirməmiş, bunu təsdiq edən hər hansı mötəbər sübutunu məhkəməyə təqdim etməmişdir. Bundan başqa iddiaçı tərəfindən məhkəməyə təqdim edilən İddiaçı ilə əvvəlki icarəçi X7 arasında bağlanılmış 15 aprel 2022-ci il tarixli təhvil təslim aktından görünür ki, 27 adda əşya icarəçi tərəfindən obyektə məxsus olduğundan icarə verənə təhvil verilmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı isə həmin əmlakların ona məxsus olduğunu bildirsə də, qeyd olunan əmlakların ona məxsus olması ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Cavadehə məxsus qeyriyaşayış sahəsində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsi tərəfindən yoxlama aparılmış və yoxlama zamanı müəssisədə bir sıra nöqsanlar aşkar olunmuş, aşkar olunmuş nöqsanlarla əlaqədar olaraq müəssisədə işlərin görülməsi, xidmətlərin göstərilməsinə dair xx.xx.2022-cü il tarixli YPK/0153-22 nömrəli Məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə Qərar qəbul olunmuşdur. Bundan sonra cavabdeh qeyd olunan nöqsanları aradan qaldıraraq qeyri-yaşayış sahəsində müəyyən təmir-tikinti işləri aparmışdır. Agentliyin Bakı regional bölməsi tərəfindən Sahibkarın fəaliyyətinə dair məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərarın icra vəziyyətinin yoxlanılması ilə bağlı xx.xx.2022-ci il tarixli, YPK/0229-22 nömrəli Yoxlamanın aparılması haqqında Qərara əsasən müəssisədə yenidən yoxlama həyata keçirilmiş xx.xx.2022-cü il tarixli YPK/0153- 22 nömrəli Məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərarda qeyd olunan nöqsanların aradan qaldırıldığı müəyyən edilmişdir. Eyni zamanda məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadəsində bildirmişdir ki, təmir etdiyi otağın eni 5 metr, uzunluğu isə 30 metr ölçüdədir. Onlar orada mətbəx yaratmışlar. Ancaq təmir işləri görmüşlər və bu xidmətin qarşılığında 15000 manat xidmət haqqı almışdır. Onlar qeyd etdiklərindən başqa xidmət göstərməmişlər, lakin orada kafel aldıqlarını görmüşlər. Təmiri 2022-ci ilin iyun ayında aparmışlar. Arakəsmələr, təmir işləri görmüşlər. Təmir etdikləri köhnə üslubda mətbəx idi. 6 nəfər usta olublar və 1 aya təmir işlərini bitirmişlər. Cavabdeh qeyd olunan nöqsanları aradan qaldıraraq xx.xx.2022-ci il tarixdən həmin qeyri-yaşayış sahəsini istifadə edərək gəlir əldə etmişdir. İddiaçıya isə təmir-tikinti işləri barədə hər hansı məlumat verilməmiş və iddiaçının razılığı olmadan icarə obyektində təmir-tikinti işləri aparılmışdır. Cavabdeh iddiaçıya məxsus qeyri-yaşayış sahəsində müqavilə tələblərini pozaraq təmir-tikinti işləri apardığından həmin apardığı təmir-tikinti işlərinin əvəzini tələb etməkdə haqlı deyildir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Həmin Məcəllənin 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 676.0.1-ci maddəsinə əsasən kirayəyə verilən əşya kirayəçinin istifadəsi üçün yararlı vəziyyətdə olmalıdır. Həmin Məcəllənin 676.0.3-cü maddəsinə əsasən üçüncü şəxslərin hər hansı hüquqları və ya iddiaları kirayəyə verilmiş əşyanın müqavilədə nəzərdə tutulan istifadəsinə mane olmamalı və ya bu istifadəni istisna etməməlidir. Həmin Məcəllənin 697.1-ci maddəsinə əsasən kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. Həmin Məcəllənin 697.2-ci maddəsinə əsasən əgər kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəçi kirayəyə götürdüyü əşyanı qaytarmırsa, kirayəyə verən kompensasiya olaraq əşyanın saxlandığı müddət üçün müəyyənləşdirilmiş kirayə haqqının verilməsini tələb edə bilər. Məhkəmə kollegiyası ilk öncə ilk iddianın təmin edilmiş hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbini həmin hissədə təmin etmiş birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, 2024-cü ilin mart ayının əvvəllərindən tərəflər arasında münaqişəli vəziyyət yaranmış, icarəyə verən icarə obyektinin giriş qapısının kilidini dəyişdirərək cavabdehi və xidmət sahəsində çalışan işçiləri içəri buraxmamış, qarşılıqlı iddia üzrə iddiaçının bildirdiyinə görə aralarında, yəni icarəyə verənin oğlu ilə onun arasında qarşılıqlı dalaşma olmuş, nəticədə hüquqmühafizə orqanlarında araşdırmalar aparılmışdır. Bu özü ilk iddia üzrə cavabdehin icarə obyektindən istifadə etməsinin ilk iddia üzrə iddiaçı tərəfin təşəbbüsü ilə dayandırıldığını təsdiq edir. İcarəçinin mülkiyyətində olan qeyri-yaşayış sahəsini icarəyə götürməkdə icarəçinin məqsədi icarə obyektini işlədib, əldə etdiyi gəlir hesabına həm icarə haqqını ödəmək, həm də mənfəət əldə etməkdir. Lakin icarəyə verən tərəflə icarəçi arasında 2024-cü ilin mart ayının əvvəlindən narazılıq yarandığına görə ilk iddia üzrə cavabdehin həmin icarə obyektindən istifadə etməsi mümkünsüz olmuşdur. Bu hal iş materiallarında olan cinayət işinin başlanmasına dair qərarla təsdiqini tapır. Belə ki, həmin qərada qeyd olunur ki, məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, 1989-cu il təvəllüdlü Cavabdeh bədən səthində aşkar olunuş xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir və xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi. Qarşılıqlı münasibətlərin qarşılıqlı dalaşmaya çatdığı vaxtda ilk iddia üzrə iddiaçının həmin icarə obyektindən istifadə edə bilməsi inandırıcı deyildir. İlk iddia üzrə cavabdehin özü də 2024-cü ilin mart ayından həmin icarə obyektindən istifadə etməsinə imkan verilmədiyini bildirir. Belə olan halda məhkəmə kollegiyası icarəçinin icarə obyektindən istifadə etməsinə icarəyə verən tərəfindən imkan verilmədiyi halda, icarəçinin icarə obyektindən istifadə etmədiyi 2024-cü ilin mart, aprel, may ayları üçün icarə haqqı ödənilməsini qanuni hesab etmir. Ona görə də kollegiya hesab edir ki, qətnamə ilk iddianın təmin edilmiş həmin hissəsində ləğv edilməli, ilk iddia həmin hissədə də təmin edilməməlidir. Kollegiya qətnamənin qarşılıqlı iddianın təmin edilməməsinə dair hissəsi ilə aşağıdakılara görə razılaşır. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçı icarə obyektində təmir-tikinti işləri gördürdüyünü iddia etsə də, lakin müqavilə şərtinə uyğun olaraq qarşılıqlı iddia üzrə cavabdehi gördürmək istədiyi təmir-tikinti işləri ilə bağlı xəbərdar etməsi və bu barədə icarəyə verən tərəfindən razılığın verilib-verilmədiyini təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Qarşlıqlı iddianın digər hissəsi əmlak tələbi ilə bağlıdır. Qarşılıqlı iddiaçı icarə obyektinə hər hansı əmlak, o cümədən qarşılıqlı iddia ərizəsində qeyd olunmuş əşyaları gətirdiyini təsdiq edən mötəbər sübut təqdim etməmişdir. Halbuki iş materiallarında olan əvvəlki icarəçi ilə icarəyə verənin təsdiq etdikləri təhvil-təslim aktından görünür ki, qarşılıqlı iddia üzrə iddiaçının tələb etdiyi əşyalarla icarə obyektində olan əşyalar eynilik təşkil edir. Qarşılıqlı iddia üzrə iddiaçı isə həmin obyekti icarəyə götürdüyü vaxtdan iddiasında göstərdiyi əşyaları icarə obyektinə gətirdiyini təsdiq edən sübut təqdim etməmişdir. Odur ki, apellyasiya şikayəti qarşılıqlı iddiaya dair hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məccəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən kollegiya belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilərək birinci intasniya məhkəməsinin qətnaməsi ilk iddianın qismən təmin edilməsi hissəsində, yəni ilk iddia üzrə Cavabdeh 7500 manat icarə haqqı və 95 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə çıxarılaraq ilk iddia tələbinin həmin hissədə də təmin edilməməsinə dair yeni qətnamə çıxarılmalı, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-ni 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 372, 382, 384.0.2, 392, 393 və 402-407-ci maddələrini rəhbər tutaraq, Qət etdi: İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-1127/2024 saylı qətnaməsi qismən – ilk iddia üzrə Cavabdeh 7500 manat icarə haqqı və 95 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməsi hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə çıxarılaraq ilk iddia təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar