Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-50/2024 14.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı borcun tutulması tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(115)-1270/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(115)-1270/2023 saylı qətnaməsi ilə (hakim K.Vəliyev) iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Qətnamə ilə razılaşmayan iddiaçı ləğv prosesində olan İddiaçı ASC apellyasiya şikayəti verərək Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(115)- 1270/2023 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1643.57 manat əsas, 801.63 manat faiz, 2945.37 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 241.96 manat faiz borcu olmaqla, cəmi 5632,53 manat borcun və 100 manat məbləğində mediasiyaya dair xərcin Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh vəkili Vəkil məhkəməyə etiraz göndərərək, işin sadələşdirilmiş icraat qaydasından iddia icraatına keçirilməsi ilə bağlı qərardad qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə iddia icraatına keçirilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Qazax filialı ilə Cavabdeh arasında bağlanmış 1358/18 AZN nömrəli (Hesab nömrəsi: ********) xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə cavabdehə “Dövriyyə vəsaitinin artırılması” məqsədi ilə 24 ay müddətinə illik 33 faiz dərəcəsi ilə 4000 manat məbləğində kredit verilmişdir. Kredit Müqaviləsi üzrə 01 nömrəli xx.xx.2017-ci il tarixli Əlavə Saziş bağlanmışdır. X4 üzrə borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 4317.87 manat təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2020-ci il tarixədək uzadılmışdır. Restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 15 % ödənilməli idi. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuşdur. Belə ki, mübahisələndirilən işin həllində birinci instansiya məhkəməsi iddia müddətlərinə dair qanunvericiliyin müddəalarını səhv tətbiq etmiş, bu da nəticədə əsassız qətnamənin qəbul edilməsinə səbəb olmuşdur. Qeyd olunmalıdır ki, kommersiya mübahisələrinə dair işlərdə iddia müddətini müəyyən edən normaların tətbiqi zamanı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunda nəzərdə tutulmuş qaydalar rəhbər tutulmalıdır. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılmasının və iddia müddətinin axımının bərpa olunmasının müəyyənləşdirilməsi qaydalarını nəzərdə tutan “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri əsasən imperativ xarakter daşıyır. Lakin birinci instansiya məhkəməsi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinidüzgün tətbiq etməyərək, iddia müddətinin axımın dayandırılması və iddia müddətinin axımının bərpa olunması tarixini müəyyən edərkən fərqli və eyni zamanda yanlış hesablama aparmışdır. Göründüyü kimi iddiaçı ləğv prosesində olan İddiaçı ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehə 11 iyul 2023-cü il tarixli **********966 saylı mediasiya prosesinin tətbiqi barədə təklifi xx.xx.2023-cü il tarixdə göndərməklə iddia müddətinin axımı “Mediasiya haqqında” Qanunun 35.1-ci maddəsinə əsasən dayanmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2013-ci il tarixli kredit müqaviləsinin icra müddəti xx.xx.2020-ci il tarixdə bitmişdir. Bundan sonra tərəflər arasında borcun ödənilməsi ilə bağlı şifahi danışıqlar aparılmış və kredit müqaviləsi üzrə iddia müddətinin bitməsinə 7 gün qalmış – xx.xx.2023-cü il tarixdə “mediasiya prosesinin tətbiqi barədə təklif” məktubu ilə cavabdehə müraciət olunmuşdur. Təklif məktubunun cavabdehə göndərilməsi ilə hazırki mübahisə üzrə mediasiya prosesi tətbiq olunmuş və qanunvericiliyin tələbinə uyğun olaraq həmin vaxtdan iddia müddətinin axımı dayanmışdır. Həmin təklif məktubunun cavabdehə çatdırılmasından 10 iş günü keçdikdən sonra tərəflərindən Qazax 1 saylı Mediasiya təşkilatına müraciət olunmuş və qanunvericiliyə uyğun olaraq mediasiya prosesinin sonunda xx.xx.2023-cü il tarixli 00477 nömrəli “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış” tərtib olunaraq xx.xx.2023-cü il tarixində ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna təqdim olunmuşdur. Bundan sonra xx.xx.2023-cü il tarixdə müvafiq iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edilmişdir. Göründüyü kimi, iddiaçı Bank tərəfindən “mediasiya prosesinin tətbiqi barədə təklif” məktubunun göndərilməsi ilə xx.xx.2023-cü il tarixdə iddia müddətinin axımı dayanarkən iddia müddətinin bitməsinə (xx.xx.2023-cü il tarixdə bitir) 7 gün qalmışdır. İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” arayışın xx.xx.2023-cü il tarixdə iddiaçı Banka daxil olması ilə iddia müddətinin axımı bərpa olunmuş və həmin tarixin üzərinə ehtiyat 7 gün gəldikdə iddia müddətinin axımı xx.xx.2023-cü il tarixədək davam etmişdir. İddiaçı Bank tərəfindən isə 5 gün əvvəl, yəni xx.xx.2023-cüil tarixdə elektron qaydada iddia tələbi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edilmişdir. Yuxarıda qeyd edilən əsaslar bir daha onu göstərir ki, iddiaçı Bank tərəfindən iddia müddəti ötürülmədən məhkəməyə müraciət edilmişdir. Məhkəmə qətnaməsində qeyd edir ki, “iddiaçı Bank tərəfindən xx.xx.2023-cü ildə iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir”. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər xx.xx.2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya şikayətinə əlavə edilən elektron ərizədən çıxarışdan da aydın şəkildə görünür ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin göndərilmə tarixi xx.xx.2023-cü il kimi qeyd edilmişdir. Beləliklə də, iddiaçının hazırkı iddia tələbi haqlı olmaqla kreditor kimi öhdəliyin icrasını tələb etmə hüququndan irəli gəldiyindən iddia tələbimiz təmin olunmalıdır və iddia ərizəsində tələb olunan məbləğlər cavabdehdən tutulmalıdır. Lakin məhkəmə sözügedən mübahisəni araşdırmadan iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi əsasına istinad edərək iddianı rədd etmişdir və iddiaçının pozulmuş hüquqlarının məhkəmə müdafiəsini həyata keçirməmişdir. Prosessual məsələlər və apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edib həmin şikayətin təmin edilərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdi. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək qətnamə ləğv edilməli və yeni qətnamə çıxarılaraq iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. İş materiallarında olan xx.xx.2013-cü il tarixli kredit müqaviləsindən görünür ki, borcverən-İddiaçı ASC borcalan Cavabdeh 4000 manat məbləğində illik 33 faiz ödəmək şərti ilə kredit verməyi, borcalan-Cavabdeh isə 24 ay ərzində kreditin əsas məbləğini və ona hesablanmış faizlərini ödəməyi öhdələrinə götürmüşdür. İş materiallarında olan kreditor ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə borcalan Cavabdeh arasında bağlanmış 01 nömrəli xx.xx.2017-ci il tarixli Əlavə Sazişin 1.1-ci bəndində aşağdakılar qeyd edilmişdir: Borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 4317.87 manat təşkil edir; Borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 1976,18 manat əsas borc, 1555,5 manat faiz borcu və 786,19 manat cərimə təşkil edir; Restrukturizasiya edilmiş kredit üzrə bu Əlavə Saziş qüvvəyə minənədək hesablanmış faiz və cərimə borcları ayrıca hesabda dondurulur. Borcalan tərəfindən öhdəliyi bu Sazişə əlavə edilmiş ödəniş qrafiki üzrə vaxtında və lazımınca icra edildikdə və qrafik üzrə borc tam ödənildikdən sonra növbəti hər 12 ay ərzində gecikmə günlərinin sayı 30 gündən çox olmadıqda, dondurulmuş faiz və cərimə borcları müəyyən edilmiş müddətin sonunda kreditor tərəfindən güzəşt edilir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2020-ci il tarixədək təşkil edir. Həmin Sazişin 1.2-ci bəndinə əsasən restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 15 % ödənilir. Həmin Sazişin 1.3-cü bəndinə əsasən gecikdirilən kredit ödənişinin əsas borc məbləğində gecikdirilən hər gün üçün ödəniş qrafikində nəzərdə tutulmuş ödəniş tarixi üzrə gecikmə baş verdiyi gündən etibarən, cərimə kimi illik 30 faiz dəbbə pulu hesablanır və borcalan tərəfindən kreditora ödənilir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixə Cavabdeh kredit müqaviləsi üzrə banka olan borcu 1643.57 manat əsas, 801.63 manat faiz, 2945.37 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 241.96 manat faiz borcu olmaqla, cəmi 5632.53 manat təşkil edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, cavabdeh borcla bağlı xəbərdar edilmişdir. İşdə olan iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin borclu Cavabdeh göndərdiyi xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, borclu Cavabdeh “Mediasiya prosesinin tətbiqi barədə Təklif” göndərilmişdir. İşdə olan poçt göndərişiin verilməsi haqqında xəbərnamədən görünür ki, Cavabdeh mediasiya təklifi barədə poçt göndərişini almışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, 100 manat mediasiya xərci iddiaçı tərəfindən ödənilmişdir. İş materiallarında olan cavabdehin nümayəndəsi (vəkil) Vəkil Müşafiq oğlu nun ərizəsindən görünür ki, o, hazırkı iş üzrə iddia müddətinin tətbiqini xahiş etmişdir. İddia tələbini təmin etməmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, hazırkı tələb üzrə iddia müddətinin ötürülməsi halı mövcuddur. İşin hallarından göründüyü kimi, tərəflər arasında kredit müqaviləsi xx.xx.2013-cü il tarixdə bağlanmış və müqavilədə öhdəliyin icrası müddəti 24 ay müəyyən edilmişdir. Həmin kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixdə əlavə saziş bağlanmışdır. Əlavə sazişə əsasən öhdəliyin icra müddəti xx.xx.2020-ci il tarixdək uzadılmışdır. İddiaçı 28 avqust 2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarından göründüyü kimi, iddiaçı ləğv prosesində olan İddiaçı ASC 01 avqust 2023-cü il tarixli ərizə ilə mediasiya təşkilatına müraciət etmişdir. Odur ki, mediasiya prosessinin tətbiqi ondan əvvəlki tarixə təsadüf edə bilməzdi. İddiaçının iddia müddətinin son günü olan xx.xx.2023-cü il tarixədək mediasiya prosesinin tətbiqi barədə cavabdeh tərəfə yazılı formada təklif göndərməsi mediatorun iştirakına qədər mərhələyə aid olan hərəkətdir. İddiaçı üç illik iddia müddəti bitdikdən sonra mediasiya təşkilatına müraciət etmişdir. Halbuki, iddia müddətinin dayanmasına səbəb ola biləcək hal, bu müddətin sonuncu gününə qədər baş vermiş olmalıdır. Əks halda iddia müddəti ötürülmüş sayılır. Birinci instansiya məhkəməsnin mövqeyi ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 379.4-1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi ilə əlaqədar dayandırılmış iddia müddətinin axımı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tarixdən davam edir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 21.5-ci msddəsinə əsasən Mediasiya prosesi bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərildiyi andan, belə təklif olmadıqda isə bu Qanunun 28-ci və 29-cu maddələrinə nəzərdə tutulmuş hallarda tərəflərin ilkin mediasiya sessiyasında iştirak etdiyi, digər hallarda isə bu Qanunun 22-ci maddəsində nəzərdə tutulmuş “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı andan başlanmış sayılır. Həmin Qanunun 21.6-cı maddəsinə əsasən tərəflərdən biri mediasiya prosesinin tətbiqi barədə yazılı formada digər tərəfə bu Qanunun 22-ci (22.1.1-ci, 22.1.4-cü, 22.1.7-ci və 22.1.8-ci maddələr istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları, həmçinin tərəflərin qarşılıqlı razılaşdığı mediator (mediatorlar) və ya mediasiya təşkilatı varsa, bu barədə məlumatı, olmadıqda isə bu barədə təklifləri əks etdirən təklifi göndərir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin birinci cümləsində qeyd edilən təklif tərəfə mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir. Həmin Qanunun 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Həmin Qanunun 35.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. Göründüyü kimi Mediasiya prosesi birinci instansiya məhkməsinin göstərdiyi kimi tərəfin ərizə ilə mediasiya təşkilatına müraciət etdiyi vaxtdan deyil, tərəflərdən biri mediasiya prosesinin tətbiqi barədə yazılı formada digər tərəfə “Mediasiya haqqında” Qanunla nəzərdə tutulmuş təklifləri əks etdirən təklifi göndərildiyi andan başlanmış sayılır. İş materiallarından görünür ki, cavabdeh tərəf birinci instansiya məhkəməsində ərizə təqdim edərək iddiaçı tərəfindən müvafiq iddia ilə məhkəməyə müraciət edilməsi üçün iddia müddətinin buraxıldığını mübahisələndirmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, iddiaçı xx.xx.2023-cü il tarixdə “Mediasiya prosesinin tətbiqi barədə Təklif”lə cavabdehə müraciət etməklə iddia müddətinin axımı dayanmış, xx.xx.2023-cü il tarixdə Mediasiya Şurasının müvafiq arayışın iddiaçıya təqdim olunması ilə iddia müddətinin axımı bərpa olunmuşdur. xx.xx.2023-cü il tarixdə iddia müddətinin axımı dayanarkən iddia müddətinin bitməsinə (xx.xx.2023-cü ildə bitir) 7 gün qalmışdır. xx.xx.2023-cü il tarixdə Mediasiya prosesinin nəticəsinə dair xx.xx.2023-cü il tarixli arayışı əldə etdikdən sonra həmin müddətin axımı bərpa olunmuş, iddiaçı müvafiq iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə, yəni müddətin bitməsinə 1 bir gün qalmış məhkəməyə müraciət etmişdir. Şərh olunanlardan göründüyü kimi iddiaçı tərəfindən iddia müddəti buraxılmamışdır. Bu göstərilənlərə əsasən kollegiya hesab edir ki, iddia müddətinin tətbiq edilməsi üçün qanuni əsas yoxdur və birinci instansiya məhkəməsi iddia müddətini tətbiq edərək iddianı rədd etməkdə səhv nəticəyə gəlmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Qazax filialı ilə Cavabdeh arasında bağlanmış 1358/18 AZN nömrəli (Hesab nömrəsi: ********) xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə cavabdehə “Dövriyyə vəsaitinin artırılması” məqsədi ilə 24 ay müddətinə illik 33 faiz dərəcəsi ilə 4000 manat məbləğində kredit verilmişdir. Kredit Müqaviləsi üzrə 01 nömrəli xx.xx.2017-ci il tarixli Əlavə Saziş bağlanmışdır. X4 üzrə borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 4317.87 manat təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2020-ci il tarixədək uzadılmışdır. Borcun ödənilməsi barədə cavabdehə bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Maliyyə arayışına görə xx.xx.2023-cü il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 5632.53 manat, bundan 1643.57 manat əsas, 801.63 manat faiz, 2945.37 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 241.96 manat faiz borcu təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağıöhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun ) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borclundan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinəəsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinəəsasən öhdəliyin onun icra üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Kredit müqaviləsinin müddəaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilir. Ona görə də cavabdehə münasibətdə iddiaçının tələbi qanuni və əsaslıdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı cavabdehdən müqavilədə nəzərdə tutulmuş öhdəliklərin icrasını tələb etməkdə haqlıdır, cavabdeh isə həmin müqavilə ilə nəzərdə tutulmuş öhdəlikləri icra etməyə, habelə müqavilə öhdəliklərini lazımi qaydada icra etməməyə görə kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Cavabdehin kredit müqaviləsinin şərtlərinə əsasən iddiaçıya 1643.57 manat əsas, 801.63 manat faiz borcu qaldığından həmin məbləğlər cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə kollegiyası cavabdehdən tutulmalı olan cərimənin (dəbbə pulunun) məbləği məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən tələb olunan 2945,20 manat cərimə iddiaçıya vurulmuş ziyana tənasübsüz dərəcədə uyğun olmamaqla yüksəkdir və azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 462.3-ci maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər.Lakin dəbbə pulunun miqdarı zərərdən tənasübsüz dərəcədə yüksək olmamalıdır. Dəbbə pulunun məbləği kreditorun zərərinə tənasübsüz surətdə uyğun olmadıqda istər qanun üzrə istərsə də müqavilə ilə müəyyən edilmiş dəbbə pulunun məbləği məhkəmənin təşəbbüsü ilə azaldıla bilər. Məhkəmənin dəbbə pulunu azaltmaq səlahiyyəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərindən irəli gəlir. Həmin maddədə göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, hesablanmış dəbbə pulu azaldılmalı və 165 manat müəyyən edilməlidir. Bundan başqa Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plemunun Mülki Məcəllənin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarmın şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında əsasən, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Ona görə də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 241,96 manat faiz borcu hissəsində də iddia təmin edilməlidir. Məhkəmə xərci ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia ilə iddiaçı məhkəməyə müraciət edərkən zəruri xərcləri ödəmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsində göstərilmişdir ki, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İddia ərizəsinə əlavə olunmuş 00477 nömrəli xx.xx.2023-c2 il tarixli “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” barədə mediasiya arayışından göründüyü kimi, iddiaçı 100 manat mediasiya xərci ödəmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, 100 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi mülki qanunvericiliyin iddia müddətinə dair normalarının tətbiqində səhvə yol vermişdir. Odur ki, apellyasiya şikayəti qismən təmin edilərək məhkəmənin şikayətlə mübahisələndirilən həmin qətnaməsi ləğv edilməli və iddia tələbinin qismən təmin edilərək İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Qazax filialı ilə Cavabdeh arasında bağlanmış 1358/18 AZN nömrəli (Hesab nömrəsi: ********) xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə 01 nömrəli xx.xx.2017-ci il tarixli Əlavə Saziş üzrə əsas borc 1643,57 manat, faiz borcu 801,63 manat, cərimə borcu 165 manat, müqavilənin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 241,96 manat borc olmaqla, cəmi 2852,16 manat məbləğində kredit borcu və ödənilmiş 100 manat məbləğində mediasiyaya dair xərcinin əvəzi Cavabdeh tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-in 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(115)-1270/2023 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. Cavabdeh 1358/18 AZN nömrəli xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə 1643.57 (bir min altı yüz qırx üç manat 57 qəpik) manat əsas borc, 801.63 (səkkiz yüz bir manat 63 qəpik) manat faiz borcu, 165 (bir yüz altmış beş) manat cərimə borcu, kredit müqaviləsinin müddəti bitəndən sonra hesablanmış 241.96 (iki yüz qırx bir manat 96 qəpik) manat faiz borcu olmaqla, cəmi 2687,16 (iki min altı yüz səksən yeddi manat 16 qəpik) manat borc və ödənilmiş 100 manat məbləğində mediasiya xərcinin əvəzi Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. Qətnamə elan olunduqdan dərhal sonra qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(104)-50/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-50/2024
14.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver