Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-56/2024 14.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, Cavabdeh X2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X3 qarşı borcun tutulması tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(115)- 1372/2023 saylı qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(115)-1372/2023 saylı qətnaməsi ilə (hakim K.Vəliyev) iddia tələbinin qismən təmin edilməsi, cavabdeh X1 DCLT00282875-02 saylı maliyyələşdirmə üçün ərizəyə (41040AZNSK********** saylı kart hesabına bağlı) əsasən 4,142.79 (dörd min bir yüz qırx iki manat yetmiş doqquz qəpik) manat əsas borc, 466.37 (dörd yüz altmış altı manat otuz yeddi qəpik) manat faiz borcu və 218,08 (iki yüz on səkkiz manat səkkiz qəpik) manat cərimə olmaqla, cəmi 4824,24(dörd min səkkiz yüz iyirmi dörd manat iyirmi dörd qəpik) manat məbləğində borc, DC00282875- 03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 6,022,40 (altı min iyirmi iki manat qırx qəpik) manat əsas borc, 1237,09 (bir min iki yüz otuz yeddi manat doqquz qəpik) manat faiz borcu və 282,86 (iki yüz səksən iki manat səksən altı qəpik) manat cərimə olmaqla, cəmi 7542,55 (yeddi min beş yüz qırx iki manat əlli beş qəpik) manat məbləğində borc, DC00282875-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 7,800.52 (yeddi min səkkiz yüz manat əlli iki qəpik) manat əsas borc, 1643,58 manat faiz borcu və 377,70 (üç yüz yetmiş yeddi manat yetmiş qəpik) manat cərimə olmaqla, cəmi 9821,80(doqquz min səkkiz yüz iyirmi bir manat səksən qəpik) manat olmaqla, ümumilikdə cəmi 22188,59 (iyirmi iki min yüz səksən səkkiz manat əlli doqquz qəpik) manat məbləğində borc və 200 (iki yüz) manat mediasiya xərcinin tutularaq İddiaçı ASC-yə ödənilməsi, cavabdeh X1 156,56 (bir yüz əlli altı manat əlli altı qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-1372/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsini cərimə borcunun təmin edilməyən hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdeh X3 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, DCLT00282875-02 saylı maliyyələşdirmə üçün ərizəyə (41040AZNSK********** saylı kart hesabına bağlı) əsasən 4,142.79 manat əsas borc, 466.37 manat faiz borcu, 854.18 manat cərimə borcu olmaqla, cəmi 5,463.34 manat məbləğində borcun, DC00282875-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 6,022.40 manat əsas borc, 1,080.67 manat faiz borcu, 286.01 manat cərimə borcu olmaqla, cəmi 7,389.08 manat məbləğində borcun, DC00282875-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 7,800.52 manat əsas borc, 1,440.98 manat faiz borcu, 362.11 manat cərimə borcu olmaqla, cəmi 9,603.61 manat məbləğində borcun və 200 manat mediasiya xərcinin cavabdehdən tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia ərizəsinə əlavə ilə bağlı məhkəməyə müraciət edərək, cavabdeh X1 DCLT00282875-02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 4,142.79 manat əsas borc, 466.37 manat faiz borcu, 1.115.08 manat cərimə borcu olmaqla, cəmi 5,724.24 manat məbləğində borcun, DC00282875-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 6,022.40 manat əsas borc, 1,237.09 manat faiz borcu, 382.86 manat cərimə borcu olmaqla, cəmi 7,642.35 manat məbləğində borcun, DC00282875-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 7,800.52 manat əsas borc, 1,643.58 manat faiz borcu, 477.70 manat cərimə borcu olmaqla, cəmi 9,921.80 manat məbləğində borcun və 200 manat mediasiya xərcinin tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə cavabdeh X4 arasında bağlanmış xx.xx.2021-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2021-ci il tarixli 1.0.4 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə OnGTC/SE/00282875 saylı razılıq ərizəsi imzalanmışdır. Həmin razılıq ərizəsini imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş X5 qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. X7 toplusu çərçivəsində: xx.xx.2021-ci il tarixli DCLT00282875-02 saylı maliyyələşdirmə üçün ərizə (41040AZNSK********** saylı kart hesabına bağlı) imzalanmış və bank tərəfindən borcalana xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi güzəşt müddəti bitdiyi halda 24%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 33.5% olmaqla, 4,193 manat məbləğində nağdsız qaydada "xxxx" QSC, "xxxx" QSC və "xxxx" QSC-dən tütün məhsullarının alışı və bununla bağlı ƏDV-nin ödənilməsi məqsədi ilə plastik kart üzrə kredit xətti ayrılmış, xx.xx.2022-ci il tarixli DC00282875-03 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və bank tərəfindən borcalana xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 8,000 manat məbləğində avadanlıqların alınması məqsədi ilə birdəfəlik kredit verilmiş, xx.xx.2022-ci il tarixli DC00282875-04 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və bank tərəfindən borcalana xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 9,096 manat məbləğində daşınmaz əmlakın alınması məqsədi ilə birdəfəlik kredit verilmişdir. Lakin borcalan DCLT00282875- 02 saylı maliyyələşdirmə üçün ərizə üzrə öhdəliklərini 235 gün, DC00282875-03saylı maliyyələşdirmə üçün ərizə üzrə öhdəliklərini 354 gün və DC00282875-04 saylı maliyyələşdirmə üçün ərizə üzrə öhdəliklərini 370 gün gecikdirərək kredit üzrə öhdəlilərini vaxtında və lazımi qaydada icra etməmişdir. Bank tərəfindən Borcalana xəbərdarlıq məktubu göndərilmiş və bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Borcalanın xx.xx.2023-cü il tarixə İddiaçı ASC qarşısında öhdəlikləri aşağıdakı kimidir: DCLT00282875-02 saylı maliyyələşdirmə üçün ərizəyə(41040AZNSK********** saylı kart hesabına bağlı)əsasən 4,142.79 manat əsas borc, 466.37 manat faiz borcu, 854.18 manat cərimə olmaqla, cəmi 5,463.34 manat təşkil edir; DC00282875-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 6,022.40 manat əsas borc, 1,080.67 manat faiz borcu, 286.01 manat cərimə olmaqla, cəmi 7,389.08 manat təşkil edir; DC00282875-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 7,800.52 manat əsas borc, 1,440.98 manat faiz borcu, 362.11 manat cərimə olmaqla, cəmi 9,603.61 manat təşkil edir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı ASC apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi cərimə borcunun təmin edilməyən hissəsində əsassızdır, buna görə də apellyasiya qaydasında baxılmalı və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissəsdə ləğv olunaraq, iddia tələbinin tam təmin olunmasına dair yeni qətnamə çıxarılmalıdır. X5 qeyd edilir ki, Kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Fərdi müştərilərin Maliyyələşdirməsi üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Fərdi müştərilərin Maliyyələşdirməsi üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. Birdəfəlik kredit üzrə, “Fərdi müştərilərin Maliyyələşdirilməsi üçün ərizə” formasında göstərilən ödəniş tarixdən sonra 7 (yeddi) gün ərzində ödəniş olmadığı təqdirdə, Müştəri müvafiq ərizə formasında müəyyənləşdirilən faiz həcmində gündəlik hesablanan cərimə ödəyir. İş üzrə birinci instansiya məhkəməsi iddia tələbinin əsas borc və faiz borcu hissəsi ilə razılaşsa da, iddiaçı tərəfindən hesablanan cərimə (dəbbə) pulunu yüksək hesab edərək kəskin surətdə azaltmışdır. Məhkəmə hesablanan cərimə pulunun tənasübsüz surətdə yüksək olduğunu qeyd etsə də bunu qanuni əsasla izah etməmiş, heç bir sübuta əsaslanmamışdır və bununla da qətnamənin məzmununda qeyri-müəyyənlik yaratmışdır. Həmçinin Borc alan müqaviləni imzalayarkən müqavilə azadlığı prinsipinə əməl olunmuş və cərimə faizlərinin hesablanmasına razılığını bildirmişdir. Qanunvericilik öhdəliyin icrasının təmin edilməsi üsullarından biri kimi dəbbə pulunu (cərimə, penya) müəyyən etməklə kreditorlara dəyə biləcək zərələrin qarşısını almaq məqsədi güdmüşdür. Məhkəmə cərimə məbləğini azaltdıqda öhdəliyin icrаsının gecikdirilməsi müddətlərini nəzərə almamışdır. Belə ki, DCLT00282875-02 saylımaliyyələşdirmə üçün ərizə üzrə öhdəliklərini 291 gün, DC00282875-03 saylımaliyyələşdirmə üçün ərizə üzrə öhdəliklərini 410 gün və DC00282875-04 saylımaliyyələşdirmə üçün ərizə üzrə öhdəliklərini 426 gün olduğundan cərimə məbləğinin DCLT00282875-02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 218,08 (iki yüz on səkkiz manat səkkiz qəpik) manat, DC00282875-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 282,86 (iki yüz səksən iki manat səksən altı qəpik) manat, DC00282875- 04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 377,70 (üç yüz yetmiş yeddi manat yetmiş qəpik) manat məbləğində müəyyən edilməsi həmin günlərə mütənasib deyildir. Bu səbəbdən də qətnamə ilə müəyyən edilən cərimə məbləği əsaslı hesab edilə bilməz. Prosessual məsələlər: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyasına ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını, birinci instansiya məhkəməsini qətnaməsini cərimə borcu hissəsində ləğv edilməsini və həmin hissədə iddia tələbinin tam edilməsinə dair yeni qətnamənin çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X4 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsini yalnız cərimə hissəsində mübahisələndirdiyindən məhkəmə kollegiyası həmin hissədə qətnamənin əsaslılığını yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini, apellyasiya şikayətinin təmin edilməməsinə dair cavabdehin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi DC00282875- 03 saylı və DC00282875-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən tutulmalı olan cərimə borcu hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2021-ci il tarixli 1.0.4 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə OnGTC/SE/00282875 saylı razılaşmadan görünür ki, borclu X4 bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun bankın rəsmi internet səhifəsində www.pashabank.az link üzrə yerləşdirilən xx.xx.2021-ci il tarixli 1.0.4 №-li versiyasının şərtlərini şərtləri diqqətlə oxuduğunu, onun bütün müddəalarını başa düşdüyünü, müqavilə üzrə müəyyən edilən xidmətlərin istifadəsinə dair öz öhdəliyinə düşən şərtlərə riayət olunmasına görə məsuliyyət daşıdığını və əks halda yaranan hər hansı maddi zərər və ya məsuliyyəti birbaşa olaraq öz hesabına daşıdığını qəbul edir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli DCLT00282875-02 saylı maliyyələşdirmə üçün ərizədən görünür ki, (41040AZNSK********** saylı kart hesabına bağlı) bank tərəfindən borcalan - X3 xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi güzəşt müddəti bitdiyi halda 24%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 33.5% olmaqla, 4,193 manat məbləğində nağdsız qaydada "xxxx" QSC, "xxxx" QSC və "xxxx" QSC-dən tütün məhsullarının alışı və bununla bağlı ƏDV-nin ödənilməsi məqsədi ilə plastik kart üzrə kredit xətti ayrılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli DC00282875-03 saylı maliyyələşdirmə üçün ərizədən görünür ki, bank tərəfindən borcalan - X3 xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 8,000 manat məbləğində avadanlıqların alınması məqsədi ilə birdəfəlik kredit verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli DC00282875-04 saylı maliyyələşdirmə üçün ərizədən görünür ki, bank tərəfindən borcalan - X3 xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 9,096 manat məbləğində daşınmaz əmlakın alınması məqsədi ilə birdəfəlik kredit verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli MŞG/2023-00057 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, ilkin mediasiya sessiyası zamanı İddiaçı ASC tərəfindən 210 manat mediasiya xərci ödənilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, cavabdeh yaranmış borcla bağlı xəbərdar edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, X2 banka olan borcu DCLT00282875-02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 4,142.79 manat əsas borc, 466.37 manat faiz borcu, 1.115.08 manat cərimə olmaqla, cəmi 5,724.24 manat, DC00282875-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 6,022.40 manat əsas borc, 1,237.09 manat faiz borcu, 382.86 manat cərimə borcu olmaqla, cəmi 7,642.35 manat, DC00282875-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 7,800.52 manat əsas borc, 1,643.58 manat faiz borcu, 477.70 manat cərimə olmaqla, cəmi 9,921.80 manat təşkil edir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, İddiaçı ASC tərəfindən borcalan X3 xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi güzəşt müddəti bitdiyi halda 24%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 33.5% olmaqla, 4,193 manat məbləğində nağdsız qaydada "xxxx" QSC, "xxxx" QSC və "xxxx" QSC-dən tütün məhsullarının alışı və bununla bağlı ƏDV-nin ödənilməsi məqsədi ilə plastik kart üzrə kredit xətti ayrılmış, xx.xx.2022-ci il tarixli DC00282875-03 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və bank tərəfindən borcalana xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 8,000 manat məbləğində avadanlıqların alınması məqsədi ilə birdəfəlik kredit verilmiş, xx.xx.2022-ci il tarixli DC00282875-04saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və bank tərəfindən borcalana xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 9,096 manat məbləğində daşınmaz əmlakın alınması məqsədi ilə birdəfəlik kredit verilmişdir. Lakin borcalan kredit üzrə öhdəlilərini vaxtında və lazımi qaydada icra etməmişdir. Bank tərəfindən Borcalana xəbərdarlıq məktubu göndərilmiş və bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Borcalanın xx.xx.2023-cü il tarixə İddiaçı ASC qarşısında öhdəlikləri aşağıdakı kimidir: DCLT00282875-02 saylı maliyyələşdirmə üçün ərizəyə(41040AZNSK********** saylı kart hesabına bağlı)əsasən 4,142.79 manat əsas borc, 466.37 manat faiz borcu, 854.18 manat cərimə olmaqla, cəmi 5,463.34 manat təşkil edir; DC00282875-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 6,022.40 manat əsas borc, 1,080.67 manat faiz borcu, 286.01 manat cərimə olmaqla, cəmi 7,389.08 manat təşkil edir; DC00282875-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 7,800.52 manat əsas borc, 1,440.98 manat faiz borcu, 362.11 manat cərimə olmaqla, cəmi 9,603.61 manat təşkil edir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə cavabdeh X4 arasında bağlanmış xx.xx.2021-ci il tarixli DCLT00282875-02 saylı maliyyələşdirmə üçün ərizədən görünür ki, (41040AZNSK********** saylı kart hesabına bağlı) bank tərəfindən borcalana 4193 manat kredit xətti ayrılmışdır. xx.xx.2022-ci il tarixli DC00282875-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən bank tərəfindən borcalan X3 8,000 manat məbləğində, xx.xx.2022-ci il tarixli DC00282875-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən isə 9,096 manat məbləğində birdəfəlik kredit verilmişdir. Cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıqlar göndərilsə də, cavabdeh tərəfindən borc məbləği ödənilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, iddiaçı borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. İddia tələbinin cərimə (dəbbə pulu) ilə bağlı hissəsi ilə bağlı qeyd edilmişdir ki, tərəflər arasında bağlanmış müqavilələrdə dəbbə pulu miqdarı müəyyən edildiyindən və razılaşdırıldığından, lakin həmin müqavilə üzrə hesablanmış dəbbə pulu mümkün zərərdən tənasübsüz şəkildə çox olduğundan dəbbə pulu azaldılmaqla, xx.xx.2021-ci il tarixli DCLT00282875-02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 218,08 manat, xx.xx.2022-ci il tarixli DC00282875- 03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 282,86 manat, xx.xx.2022-ci il tarixli DC00282875-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən isə 377,70 manat məbləğində tutulmalıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi DCLT00282875-02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 1115,08 manat dəbbə pulunu azaldaraq 218,08 manat miqdarında müəyyən etməkdə haqlı olmuşdur. Ancaq birinci instansiya məhkəməsi cavabdehdən tutulması qət edilmiş DC00282875-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 382,86 manat və DC00282875-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 477,70 manat manat məbləğində dəbbə pulunu (cəriməni) birinci instansiya məhkəməsi tənasübsüz surətdə azaltmışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə DC00282875-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən tutulan dəbbə pulunun məbləği 382,86 manat, DC00282875-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən tutulan dəbbə pulunun məbləği 477,70 manat məbləğində müəyyən edilməlidir. Kollegiyanın qənaətinə görə bu məbləğdə cərimə ədalətli olmaqla yanaşı, iddiaçının həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Azərbaycan Respublikası MPM-in 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(115)-1372/2023 saylı qətnaməsi qismən – cavabdeh X1 DC00282875-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 282,86 (iki yüz səksən iki manat səksən altı qəpik) manat cərimə olmaqla, cəmi 7542,55 (yeddi min beş yüz qırx iki manat əlli beş qəpik) manat məbləğində borcun, DC00282875-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 377,70 (üç yüz yetmiş yeddi manat yetmiş qəpik) manat cərimə olmaqla, cəmi 9821,80(doqquz min səkkiz yüz iyirmi bir manat səksən qəpik) manat olmaqla, ümumilikdə cəmi 22188,59 (iyirmi iki min yüz səksən səkkiz manat əlli doqquz qəpik) manat məbləğində borcun tutularaq İddiaçı ASC-yə ödənilməsi hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə çıxarılsın. Cavabdeh X1 DC00282875-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 382,86 (üç yüz səksən iki manat səksən altı qəpik) manat cərimə olmaqla, cəmi 7642,55 (yeddi min altı yüz qırx iki manat əlli beş qəpik) manat məbləğində borcun, DC00282875-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 477,70 (dörd yüz yetmiş yeddi manat yetmiş qəpik) manat cərimə olmaqla, cəmi 9921,80(doqquz min doqquz yüz iyirmi bir manat səksən qəpik) manat olmaqla, ümumilikdə cəmi 22388,59 (iyirmi iki min üç yüz səksən səkkiz manat əlli doqquz qəpik) manat məbləğində borc tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan olunduqdan dərhal sonra qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(104)-56/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-56/2024
14.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver