Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-57/2024 29.03.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası-hakimlər Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Gəncə Kommersiya Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli, e-2-2(115)-1439/2023 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlərdən müştərək qaydada 017R********** saylı krеdit razılaşması üzrə 10730.14 manat krеdit bоrcu, 1334.19 manat faiz bоrcu və 476.42 manat cərimə olmaqla, ümumilikdə 12540,75 manat məbləğində bоrcun və 210 manat mediasiya xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 "xxxx" QSC ilə bağladığı xx.xx.2020-ci il tarixli, 017L**********68 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 300000 manat məbləğində krеdit хətti açılmışdır. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 "xxxx" QSC ilə bağladığı xx.xx.2020-ci il tarixli 017R********** saylı krеdit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20000 manat məbləğində krеdit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2020-ci il tarixli 017R**********S saylı, xx.xx.2021-ci il tarixli 017R**********SA saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 götürdüyü krеdit bоrcundan 9269.86 manat ödəmiş, onun 10730.14 manat məbləğində kredit borcu qalmışdır. Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2023-cü il tarixə 223 gün üçün hesablanmış faiz borcu 1334.19 manat, cərimə 476.42 manat təşkil edir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər Cavabdeh2, Cavabdeh3 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Gəncə Kommersiya Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli, 2-2(115)-1439/2023 saylı qətnaməsi ilə (hakim K.Vəliyev) iddia tələbi təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 10730,14 (on min yeddi yüz otuz manat on dörd qəpik) manat əsas borc, 1334,19 (bir min üç yüz otuz dörd manat on doqquz qəpik) manat faiz borcu, 476,42 (dörd yüz yetmiş altı manat qırx iki qəpik) manat cərimə olmaqla, cəmi 12540,75 (on iki min beş yüz qırx manat yetmiş beş qəpik) manat borc və 210 (iki yüz on) manat mediasiya xərcinin tutularaq, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 127,62 (bir yüz iyirmi yeddi manat altmış iki qəpik) manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İşdə olan sübutlar: xx.xx.2020-ci il tarixli, 017L**********68 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" QSC tərəfindən 120 ay müddətinə 300000 manat məbləğində krеdit хətti açılmışdır. xx.xx.2020-ci il tarixli 017R********** saylı krеdit razılaşmasından görünür ki, borcverən– "xxxx" QSC borcalan – Cavabdeh1 20000 manat məbləğində aylıq 1.8333% ödəmək şərti ilə kredit verməyi, borcalan - Cavabdeh1 isə 36 ay ərzində kreditin əsas məbləğini və ona hesablanmış faizlərini ödəməyi öhdəsinə götürür. xx.xx.2020-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin etmək üçün Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2020-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin etmək üçün Cavabdeh3 ilə zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2020-ci il tarixli 017R**********S saylı, xx.xx.2021-ci il tarixli 017R**********SA saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Ödəniş planı Cavabdeh2 tərəfindən imzalanmışdır. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2020-ci il tarixli 017R********** saylı kredit razılaşması üzrə banka olan borcu 10730,14 manat əsas borc, 1334,19 manat faiz borcu, 476,42 manat cərimə olmaqla, cəmi borc 12540,75 manat təşkil edir. xx.xx.2023-cü il tarixli MSG/2023-00090 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, 200 manat mediasiya xərci iddiaçı tərəfindən ödənilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Gəncə Kommersiya Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli, 2-2(115)-1439/2023 saylı qətnaməsindən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti verərək, Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-711/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə zaminlik institutunu tam şəkildə araşdırmadan və işin hallarına lazımi hüquqi qiymət vermədən Cavabdeh2 hüquqlarının pozulmasına səbəb olan nəticəyə gəlmişdir. Belə ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixli 017L**********68 saylı uzunmüddətli kredit müqaviləsi bağlanmış, sözügedən müqavilə əsasında bağlanan xx.xx.2020-ci il tarixli, 017R********** saylı krеdit razılaşması əsasında Cavabdeh1 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333 % оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20000 manat məbləğində krеdit verilmişdir. Eyni tarixdə, yəni xx.xx.2020-ci il tarixində yuxarıda qeyd olunan kredit müqaviləsinə təminat məqsədilə zaminlik müqaviləsi bağlanmış, sözügedən müqavilə əsasında o zamin olmuşdur. xx.xx.2020-ci il tarixli, 017R**********S saylı, xx.xx.2021-ci il tarixli 017R**********SA saylı sazişlə İddiaçı QSC ilə Cavabdeh1 yeni razılaşmaya gəlmiş və ödəmə planına dəyişiklik etmişdir. Yuxarıdakı ardıcıllıqdan da göründüyü kimi kredit müqaviləsinə dair əldə olunan xx.xx.2020-ci il tarixli 017R**********S saylı və xx.xx.2021-ci il tarixli 017R**********SA saylı sazişdən və həmin sazişlərlə də kredit müqaviləsinin ödəniş planına aparılan dəyişiklikdən onun xəbəri olmamışdır. Çünki sözügedən dəyişikliklər sözsüz ki, cavabdeh onun zamin kimi məsuliyyətinin artmasına səbəb olduğundan bu dəyişikliklərdən xəbəri olsaydi zaminlik müqaviləsini əsla imzalamazdı. Bu, işin hallarından da bariz şəkildə bəlli olan, əlavə sübuta ehtiyac olmayan və onun hüquqi məsuliyyətinin olmadığını göstərən ən böyük əsasdır. Bu səbəbdən əslində sözügedən zaminlik müqaviləsi etibarsız hesab olunmalı, hətta həmin əqd etibarsız hesab olunmasa belə bu müqaviləyə xitam verilməlidir. Bundan başqa cavabdehlərdən ikisinin-Cavabdeh1 və Cavabdeh3 ünvanları ünvan 1 Xırdalan şəhəri, Ş.Qurbanov küçəsi, dalan 13, ev 11), onun hüquqi ünvanı isə ünvan 3sının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın 22-ci və 24- cü bəndlərində də Abşeron rayonunun Sumqayıt Kommersiya Məhkəməsinin, Yelvax rayonunun isə Şəki Kommersiya Məhkəməsinin ərazi yurisdiksiyasına aid olduğu qeyd olunmuşdur. Yəni, Gəncə Kommersiya Məhkəməsinin sözügedən mübahisəyə heç bir aidiyyatı yoxdur və məhz qeyd olunan maddənin tələbi üzrə işə iki məhkəmədən birində baxılmalıdır. Nəticə etibarilə Gəncə Kommersiya Məhkəməsi öz yurisdiksiyasına aid olmayan iş üzrə icraat apararaq və yekun məhkəmə aktı qəbul edərək ciddi prosessual pozuntuya yol vermişdir. Bu da məhkəmə qətnaməsinin ləğv olunması üçün ən böyük əsasdır. Sözügedən mübahisə üzrə isə Gəncə Kommersiya Məhkəməsi ümumiyyətlə qeyd olunan tələblərə əməl etməmişdir. Apellyasiya icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəmə kollegiyasına məlumat verməmişdir. Məhkəmə kollegiyası cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 izahat verib bildirmişdir ki, cavabdehin apellyasiya şikayətinin dəlili əsasszıdır. Belə ki, kredit müqaviləsinə dair əldə olunan xx.xx.2020-ci il tarixli 017R**********S saylı və xx.xx.2021-ci il tarixli 017R**********SA saylı sazişlərə əlavə olan ödəniş planına aparılan dəyişiklik Cavabdeh2 tərəfindən imza edilmişdir ki, bu da onun razılığının təsdiq olunmasıdır. Aidiyyətlə bağlı isə hər hansı bir pozuntu olmamışdır. Belə ki, cavabdehlərdən Cavabdeh1 yaşayış yeri üzrə rəsmi qeydə alındığı yer Ağdam rayonunun ərazisidir. Buna görə də apellyasiya şikayətinin rədd edilməsini xahiş edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 477.0. Zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 36.2. Rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin kommers və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyinb, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli, 017R**********S saylı və xx.xx.2021-ci il tarixli 017R**********SA saylı sazişlərə əlavə olan ödəniş planlarından görünür ki, cavabdeh həmin ödəniş planına imza etməklə, öhdəliyin icrasının müddətinin uzadılmasına hər hansı bir etiraz etməmişdir. Buna görə də məhkəmə kollegiyası cavabdehin kredit müqaviləsinin ödəniş planına aparılan dəyişiklikdən xəbərinin olmaması ilə bağlı apellyasiya şikayətinin dəlilini əsassız hesab etmişdir. Cavabdehin kredit müqaviləsinin ödəniş planına aparılan dəyişiklikdən xəbərinin olması öz təsdiqini tapdığından razılaşmaya edilmiş dəyişikliyin zamin qismində cavabdehin məsuliyyətinin artmasına səbəb olub-olmamasına hüquqi qiymət verilməsinə də zərurət olmamışdır. Bundan başqa məhkəmə kollegiyası cavabdehin işə baxılması üzrə ərazi aidiyyətinin pozulması ilə bağlı dəlili də əsassı hesab etmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, cavabdehlərdən Cavabdeh1 yaşayış yeri üzrə rəsmi qeydə alındığı yer Ağdam rayonunun Məlikli ərazi dairəsidir. Buna görə də birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəlləsinin 35.1 və 36.2-ci maddələrinin tələbinə əsasən aidiyyət qaydalarına uyğun olaraq iddia ərizəsini icraata qəbul etmiş və işə baxmışmışdır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin şikayətinin dəlilləri əsassız hesab edilərək, təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə aid hissədə dəyişdirimədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,
q ə t e t d i:
Gəncə Kommersiya Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli, e-2-2(115)-1439/2023 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli, e-2-2(115)-1439/2023 saylı qətnaməsi apellyasiya şikayətinə aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə təqdim edilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommerisya kollegiyasına kassasiya şikayəti verilə bilər.