Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-58/2024 01.03.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası- hakimlər Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli, 2- 2(115)-769/2023 saylı qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh4 ilə bağlanmış xx.xx.2021-ci il tarixli 016R********** saylı və xx.xx.2022-ci il tarixli 016R********** saylı kredit razılaşmalarının ləğv edilməsi, cavabdеhlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 müştərək qaydada iddiaçının хеyrinə 016R********** saylı krеdit razılaşması üzrə 35505,36 manat krеdit bоrcu, 4671,36 manat faiz bоrcu və 1730,25 manat cərimə borcu, 016R********** saylı krеdit razılaşması üzrə 11068,79 manat krеdit bоrcu, 1321,69 manat faiz bоrcu və 456,05 manat cərimə borcu olmaqla, ümumilikdə 54753,50 manat bоrcun, 400 manat mediasiya xərcinin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh2 mülkiyyətində olan Tovuz rayonu, Qovlar qəsəbəsi, Əzizbəyov küçəsi, 0.12 ha torpaq sahəsində yerləşən 21 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, fərdi yaşayış evinin açıq hərracdan satılması, borcun satışından əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə Cavabdeh4, Cavabdeh1 oğlundan, Cavabdeh2 ümumi qaydada tutulması, əmlaka tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra həmin fərdi yaşayış evinə Cavabdeh2, Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 istifadə hüquqlarının itirilməsi, onların həmin fərdi yaşayış evindən çıxarılması, əmlakın boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh4 "xxxx" QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 49L000000432 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 50000 ABŞ dolları krеdit хətti açılmışdır. Tərəflərin imzaladıqları xx.xx.2018-ci il tarixli 49L000000432S saylı sazişlə kredit xəttinin müddəti 168 ay müddətində, kredit xəttinin məbləği 500000 ABŞ dolları müəyyən edilmişdir. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq krеdit razılaşması ilə müəyyən оlunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh4 "xxxx" QSC ilə bağladığı xx.xx.2021-ci il tarixli 016R********** saylı krеdit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.6667% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 50000 manat krеdit götürmüşdür. Cavabdeh4 krеdit razılaşmasının tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2022-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh4 götürdüyü krеdit bоrcundan 14494,64 manat ödəmiş, onun 35505,36 manat məbləğində kredit borcu qalmışdır. Kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2023-cü il tarixə 247 gün üçün hesablanmış faiz borcu 4671,36 manat cərimə 1730,25 manat təşkil edir. Bundan başqa kredit xətti müqaviləsi üzrə Cavabdeh4 "xxxx" QSC ilə bağladığı xx.xx.2022-ci il tarixli 016R********** saylı krеdit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.6667% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 11900 manat krеdit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2022-ci il tarixli 016R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh4 krеdit razılaşmasının tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2022-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh4 götürdüyü krеdit bоrcundan 831,21 manat ödəmiş, onun 11068,79 manat kredit borcu qalmışdır. Kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2023-cü il tarixə 206 gün üçün hesablanmış faiz borcu 1321,69 manat, cərimə 456,05 manat təşkil edir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh4 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər Cavabdeh1 oğlu, Cavabdeh2 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Həmçinin kredit xətti müqaviləsi üzrə Cavabdeh4 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdeh – ipoteka verən Cavabdeh2 ilə Bank arasında bağlanılmış xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyətində olan Tovuz rayonu, Qovlar qəsəbəsi, Əzizbəyov küçəsi, 0.12 ha torpaq sahəsində yerləşən 21 nömrəli fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmiş və xx.xx.2018-ci il tarixli 049M**********01S saylı ipoteka müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında saziş bağlanılmışdır. Gəncə Kommersiya Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli, e-2-2(115)-769/2023 saylı qətnaməsi ilə (hakim G.Quliyeva) iddia tələbi qismən təmin edilərək, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh4 arasında bağlanmış 25 fevral 2021-ci il tarixli 016R********** saylı və 18 fevral 2022-ci il tarixli 016R********** saylı kredit razılaşmalarının ləğv edilməsi, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh4 arasında bağlanmış 25 fevral 2021-ci il tarixli 016R********** saylı kredit razılaşması üzrə 35505 manat 36 qəpik əsas borc, 4671 manat 36 qəpik faiz borcu və 600 manat cərimə borcu olmaqla, cəmi 40776 (qırx min yeddi yüz yetmiş altı) manat 72 (yetmiş iki) qəpik kredit borcu, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh4 arasında bağlanmış 18 fevral 2022-ci il tarixli 016R********** saylı kredit razılaşması üzrə 11068 manat 79 qəpik əsas borc, 1321 manat 69 qəpik faiz borcu və 200 manat cərimə borcu olmaqla, cəmi 12590 (on iki min beş yüz doxsan) manat 48 (qırx səkkiz) qəpik kredit borcu, 400 (dörd yüz) manat ödənilmiş mediasiya xərci, ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat dövlət rüsumu və 30 (otuz) manat xidmət haqqının müştərək qaydada cavabdehlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, tələb üzrə tutmanın Cavabdeh2 mülkiyyətində olan Tovuz rayonu, Qovlar qəsəbəsi, Əzizbəyov küçəsi, 0.12 ha torpaq sahəsində yerləşən 21 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracdan satılması və fərdi yaşayış evinin ilkin satış qiyməti 60000 (altmış min) manat həddində müəyyən edilməsi, açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləğinin İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, mənzilin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləğinin cavabdehlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, Bankın tələbləri ödənildikdən sonra qalan məbləğin Cavabdeh2 qaytarılması, açıq hərrac keçirildikdən 1 ay sonra cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 Tovuz rayonu, Qovlar qəsəbəsi, Əzizbəyov küçəsi, 0.12 ha torpaq sahəsində yerləşən 21 nömrəli fərdi yaşayış evindən çıxarılmaları və fərdi yaşayış evinin boşaldılması, iş üzrə qiymətləndirmə ekspertizasının keçirilməsi ilə bağlı 300 (üç yüz) manat ekspertiza xərcinin cavabdehlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına ("xxxx" ASC-nin Qara Qarayev filialı, kod: 200145, VÖEN: **********, SWİFT kod:AİİBAZ2X, M/h: AZ37NABZ********************, VÖEN: **********, hesab: AZ90AİİB********************) ödənilməsi, cavabdehlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 250 (iki yüz əlli) manat 10 (on) qəpik dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi və iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. İşdə olan sübutlar: Cavabdeh4 ilə İddiaçı QSC arasında bağlanmış 02 may 2014-cü il tarixli 49L********** saylı kredit xətti müqaviləsindən görünür ki, 120 ay müddətinə 500000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Cavabdeh4 ilə İddiaçı QSC arasında bağlanmış 25 fevral 2021-ci il tarixli 016R********** saylı kredit razılaşmasından görünür ki, borcalana fərdi mikro kredit məqsədilə, aylıq faiz dərəcəsi 1,6667 faiz olmaqla, 36 ay müddətinə 50000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. Cavabdeh4 ilə İddiaçı QSC arasında bağlanmış 18 fevral 2022-ci il tarixli 016R********** saylı kredit razılaşmasından görünür ki, borcalana fərdi mikro kredit məqsədilə, aylıq faiz dərəcəsi 1,6667 faiz olmaqla, 24 ay müddətinə 11900 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. 02 may 2014-cü il tarixli 49S000000745 saylı, 23 yanvar 2019-cu il tarixli 049S**********02S saylı, 49S000000745S saylı zaminlik müqavilələrindən görünür ki, Cavabdeh2 və Cavabdeh1 borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdələrinə götürmüşlər. 20 fevral 2015-ci il tarixli 049M**********01 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh2 kredit xətti müqaviləsi üzrə Cavabdeh4 iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə mülkiyyətində olan Tovuz rayonu, Qovlar qəsəbəsi, Əzizbəyov küçəsi, 0.12 ha torpaq sahəsində yerləşən 21 nömrəli fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən tərəflərin qarşılıqlı razılığı ilə ipoteka predmetinin dəyəri 42000 ABŞ dolları (33020 manat) məbləğində müəyyən edilmişdir. İpoteka müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında 26 aprel 2018-ci il tarixli sazişdən görünür ki, saziş notarial qaydada təsdiq olunduğu andan qüvvəyə minir, Borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəlikləri tam icra olunanadək qüvvədədir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Tovuz rayonu, Qovlar qəsəbəsi, Əzizbəyov küçəsi, 0.12 ha torpaq sahəsində yerləşən 21 nömrəli fərdi yaşayış evinə Cavabdeh2 mülkiyyət hüququ qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlardan görünür ki, Tovuz rayonu, Qovlar qəsəbəsi, Əzizbəyov küçəsi, 0.12 ha torpaq sahəsində yerləşən 21 nömrəli fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Sazişlərdən görünür ki, 26 aprel 2018-ci il tarixli sazişlə kredit xətti müqaviləsinə dəyişiklik və əlavələr, 31 may 2022-ci il tarixli sazişlərlə 18 fevral 2022-ci il tarixli kredit razılaşmasına, ödəniş planına və zaminlik müqavilələrinə dəyişiklik edilmişdir. Maliyyə arayışlarından görünür ki, Cavabdeh4 25 fevral 2021-ci il tarixli kredit razılaşması üzrə xx.xx.2023-cü il tarixinə banka 35505,36 manat əsas, 4671,36 manat faiz, 1730,25 manat cərimə borcu olmaqla, ümumilikdə 41906,97 manat, 18 fevral 2022-ci il tarixli kredit razılaşması üzrə xx.xx.2023-cü il tarixinə banka 11068,79 manat əsas, 1321,69 manat faiz, 456,05 manat cərimə borcu olmaqla, ümumilikdə 12846,53 manat bоrcu vardır. "xxxx" MMC-nin 30 avqust 2023-cü il tarixli 02-110/23 nömrəli rəyindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan Tovuz rayonu, Qovlar qəsəbəsi, Əzizbəyov küçəsi, 0.12 ha torpaq sahəsində yerləşən 21 nömrəli fərdi yaşayış evinin bazar dəyəri 72000 manat, likvid dəyəri 60000 manat təşkil edir. Tədqiqatın dəyəri 300 manat təşkil edir. Bildirişdən görünür ki, iddiaçı cavabdehə kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə tutmanın ipoteka predmeti olan qeyri-yaşayış binasına yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Gəncə Kommersiya Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli, e-2-2(115)-769/2023 saylı qətnaməsindən Cavabdeh4 apellyasiya şikayəti verərək, Gəncə Kommersiya Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli, e-2-2(115)-769/2023 saylı qətnaməsi dəyişdirilərək iddia tələbinin qismən edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədən narazı qaldığı hissədə ləğv edilməli və iddia tələbi təmin olunmamalıdır. İddia ərizəsinə tərəflərindən etirazla müraciət etmişlər. Orada hər şey bəllidir. Birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən cavabdehin, yəni onun ödəməli olduğu faizlər olduqca şişirdilmiş məbləğdə göstərilmişdir. Həmçinin həmin məbləğin üzərinə faiz borcu da əlavə edilməklə borclunun ödəməli olduğu məbləğ daha da artırılmış, borclu tərəfindən həyata keçirilmiş ödənişlər nəzərə alınmamışdır. Həmçinin o məhkəmədə iştirak etsə idi qəbzləri təqdim edərdi. Ona görə də hesab edir ki, iş üzrə mühasibatlıq ekspertizası keçirilməlidir. Evə qoyulan qiymət dəfələrlə aşağı qiymət olmuşdur. Buna görə də apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. Apellyasiya icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlərə məhkəmə bildiriş göndərilməsinə baxmayaraq, cavadbehlər məhkəmə iclasına gəlməmişlər. Cavabdeh4 məhkəməyə teleqram ünvanlayaraq, sübutların təqdim edilməsi üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Cavabdeh4 birinci instansiya məhkəməsinəd icraat zamanı da bir neçə dəfə məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Buna görə də məhkəmə kollegiyası cavabdehlərin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 apellyasiya şikayətinin əsassız olduğunu, heç bir əsaslı dəlil irəli sürülmədiyini bildirib, şikayətin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.7. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.
“İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu:
1.0.1. ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. 30.6. İpoteka predmetinin özgəninkiləşdirilməsinin əsas öhdəlik üzrə tələblərin ödənilməsinə kifayət etdiyi hallarda, bu Qanunun 30.1-ci maddəsinin tələbləri nəzərə alınmadan ipoteka qoyan ipoteka predmetini özgəninkiləşdirə və ipoteka saxlayana əsas öhdəlik üzrə borclarını ödəyə bilər. İpoteka qoyan bu Qanunun 25.3.5-ci maddəsində nəzərdə tutulmuş əsas öhdəliyin həcmi barədə arayışı notariusa təqdim edir. Bu halda notarius ipoteka predmetinin özgəninkiləşdirilməsinə dair müqaviləni təsdiqləyir, ipoteka saxlayanın tələblərinin tam ödənilməsinə dair müəyyən edilmiş məbləğin ipoteka saxlayanın hesabına köçürülməsini təmin edir. İpoteka saxlayanın tələbləri tam ödənildikdə, ipoteka saxlayan (birgə ipoteka saxlayanlar) ipotekanın dövlət qeydiyyatının ləğvi məqsədilə ipotekanın dövlət qeydiyyatı orqanına müraciət etməlidir. 36-cı maddəsinə görə ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. 39.3.3-cü maddəsinə əsasən ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri:
Məhkəmə kollegiyası tərəfindən Gəncə Kommersiya Məhkəməsinin 21 noyabr 2023cü il tarixli, 2- 2(115)-769/2023 saylı qətnaməsinin qanuniliyi və əsaslılığı mübahisə edilən hissələr üzrə, yəni cavabdehlərdən tutulan əsas borc və faiz məbləği, dəbbə pulu və ipoteka predmetinin ilkin satış qismətinin müəyyən edilməsi hissəsində yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Kommersiya Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli, 2- 2(115)-769/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, cavabdeh qətnamə ilə tutulan borc məbləğini mübahisələndirməklə, həmin məbləğlərin düzgün hesablanmadığını iddia etsə də tələb edilən borc məbləğinin düzgün hesablanmamasına dair hər hansı bir əsaslı arqument irəli sürə bilməmişdir. Cavabdeh ödənilmiş məbləğlərin nəzərə alınmamasını və ya ödənilmiş məbləğlərin əsas və faiz məbləğinə görə düzgün silinməməsini konkret hallar üzrə əsaslandırmağa borclu olmasına baxmayaraq, öz gümanlarına əsaslanmaqla qeyri-müəyyən dəlillər irəli sürmüşdür. Hərçənd ki, 25 fevral 2021-ci il tarixli, 016R********** saylı kredit razılaşmasına əlavə olan ödəniş cədvəlindən və ödənişlərə dair hesabdan çıxarışdan görünür ki, kredit müqaviləsi üzrə aylıq ödəniş məbləği 1877 manat müəyyən edilmiş, cavabeh tərəfindən isə 2022-ci ilin aprel ayınadək ödənişlər edilmiş, həmin tarixdən sonra isə ödəniş edilməmişdir. Ödəniş cədvəlinə əsasən də 2022-ci ilin aprel ayınadək qalıq olan əsas borc məbləği 35505,36 manat təşkil etmişdir. İş materiallarında olan maliyyə arayışına əsasən isə iddiaçı 12 yanvar 2023-cü il tarixədək hesablanmmış faizləri tələb etmişdir ki, 35505,36 manat qalıq əsas borc məbləğinə hesablanmalı olan aylıq faiz məbləğinin 591,65 manat məbləğinə olması və 2022-ci ilin aprel tarixindən 2023-cü ilin yanvar ayındadək olan 9 aylıq müddət nəzərə alındıqda faiz məbləğinin 4671,36 manat olması hər hansı bir şübhə yaratmamaqdadır. Bundan başqa 18 fevral 2022-ci il tarixli, 016R********** saylı kredit razılaşmasına əlavə olan ödəniş cədvəlindən və ödənişlərə dair hesabdan çıxarışdan görünür ki, kredit müqaviləsi üzrə aylıq ödəniş məbləği 607 manat müəyyən edilmiş, cavabdeh tərəfindən isə 2022-ci ilin iyun ayınadək ödəmə ardıcıllığı və məbləği pozulmaqla ödənişlər edilmiş, həmin tarixdən sonra isə ödəniş edilməmişdir. Belə ki, cavabdeh tərəfindən həmin müqavilə üzrə iki ay ödəniş edilmiş, sonuncu üçüncü ödəniş isə 265 manat olmaqla, gecikmə üzrə faiz məbləğinə silinmişdir. İş materiallarında olan maliyyə arayışına əsasən isə iddiaçı 12 yanvar 2023-cü il tarixədək hesablanmış faizləri tələb etmişdir ki, 11068,79 manat qalıq əsas borc məbləğinə hesablanmalı olan aylıq faiz məbləğinin təxminən 184 manat məbləğində olması, 2022-ci ilin iyun ayından 2023-cü ilin yanvar ayındadək olan 8 aylıq müddət nəzərə alındıqda isə faiz məbləğinin 1321,69 manat olması hər hansı bir şübhə yaratmamaqdadır. Buna görə də məhkəmə kollegiyası əsas borc və faiz məbləğinin düzgün olmaması ilə bağlı cavabdehin şikayətinin dəlillərini əsassız hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin ipoteka predmetinin dəyərinin düzgün müəyyən olunmaması ilə bağlı şikayətinin dəlilinə münasibətdə isə qeyd edir ki, biricni instansiya məhkəməsi tərəfindən "xxxx" MMC-nin 30 avqust 2023-cü il tarixli 02-110/23 nömrəli mütəxəssis rəyi əldə edilmişdir ki, həmin rəylə ipoteka predmetinin bazar dəyəri 72000 manat, likvid dəyəri isə 60000 manat müəyyən edilmişdir. Cavabdeh isə ipoteka predmetinin həmin dəyərdə olmamasını iddia etsə də buna dair hər hansı bir əsaslı arqument irəli sürməmişdir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası qanunun 30.6-cı maddəsinə əsasən ipoteka predmetinin özgəninkiləşdirilməsinin əsas öhdəlik üzrə tələblərin ödənilməsinə kifayət etdiyi hallarda, bu Qanunun 30.1-ci maddəsinin tələbləri nəzərə alınmadan ipoteka qoyan ipoteka predmetini özgəninkiləşdirə və ipoteka saxlayana əsas öhdəlik üzrə borclarını ödəyə bilər. İpoteka qoyan bu Qanunun 25.3.5-ci maddəsində nəzərdə tutulmuş əsas öhdəliyin həcmi barədə arayışı notariusa təqdim edir. Bu halda notarius ipoteka predmetinin özgəninkiləşdirilməsinə dair müqaviləni təsdiqləyir, ipoteka saxlayanın tələblərinin tam ödənilməsinə dair müəyyən edilmiş məbləğin ipoteka saxlayanın hesabına köçürülməsini təmin edir. İpoteka saxlayanın tələbləri tam ödənildikdə, ipoteka saxlayan (birgə ipoteka saxlayanlar) ipotekanın dövlət qeydiyyatının ləğvi məqsədilə ipotekanın dövlət qeydiyyatı orqanına müraciət etməlidir. Göründüyü kimi qanunvericilik ipoteka qoyana ipoteka ilə yüklü edilmiş əmlakını özgəninkiləşdirmək imkanı verməkdədir ki, ipoteka qoyan əmlakının dəyərinin daha yüksək olduğunu iddia etdiyi halda əsas öhdəlik üzrə tələblərin ödənilməsini təmin etməklə ipoteka premetini iddia etdiyi yüksək qiymətə özgəninkiləşdirə bilər. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayətlər təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Gəncə Kommersiya Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli, 2- 2(115)-769/2023 saylı qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli, 2- 2(115)-769/2023 saylı qətnaməsi apellyasiya şikayətinə aid hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə təqdim edilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommerisya kollegiyasına kassasiya şikayəti verilə bilər.