Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(104)-60/2025 12.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası – hakimlər Əli Toğrul Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Məhkəmə iclasının katibi Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı pul tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-1755/2024 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 2,977.26 manat əsas borc, 401.66 manat faiz borcu, 42.36 manat cərimə borcu olmaqla, cəmi 3,421.28 manat kredit borcunun, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixli birinci tranş üzrə 9,604.66 manat əsas borc, 134.46 manat faiz borcu olmaqla, cəmi 9,739.12 manat kredit borcunun, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixli ikinci tranş üzrə 10,652.8 manat əsas borc, 636.52 manat faiz borcu, 7.9 manat cərimə borcu olmaqla, cəmi 11,297.02 manat kredit borcunun, 163.37 manat ödənilmiş dövlət rüsumunun cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-1755/2024 saylı qətnaməsi ilə iddia ərizəsinə edilmiş dəqiqləşdirmələr əsasında (hakim G.Quliyeva) iddianın qismən təmin edilməsi, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən 2,977.26 manat əsas borc, 401.66 manat faiz borcu, 100 manat cərimə olmaqla, cəmi 3,478.92 manat pulun, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinin birinci tranşı üzrə 9,604.66 manat əsas borc, 134.46 manat faiz borcu, 290.2 manat cərimə olmaqla, cəmi 10,029.32 manat pulun, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023cü il tarixli kredit müqaviləsinin ikinci tranşı üzrə 10,652.8 manat əsas borc, 636.52 manat faiz borcu, 580.67 manat cərimə olmaqla, cəmi 11,869.99 manat pulun və ödənilmiş 163.37 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh2 apellyasiya şikayəti verərək Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-1755/2024 saylı qətnaməsinin ləğv edilərək və yeni qətnamə qəbul edilərək iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 bu barədə ərizə təqdim etməklə bildirmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə ödənilməsi nəzərdə tutulan məbləğlə razılaşır və həmin qətnamədən verdiyi şikayəti geri götürür. Odur ki, iş üzrə apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəməm kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Mirumud Seyidov iş üzrə apellyasiya icraatına xitam verilməsinə etiraz etmədiyi bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq digər cavabdehlər məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2. maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyərək hesab edir ki, cavabdehin verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilməli və apellyasiya şikayəti üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllə: Maddı 369.1. işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. Maddə 369.2. apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Maddə 369.4. şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-1755/2024 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası Mülki Prosessual Məcəllənin 369.1, 369.2 və 369.4-cü maddələrinə əsasən qəbul edilməli və apellyasiya icraatına onun apellyasiya şikayəti üzrə xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369, 384, 400 və 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Cavabdeh2 Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)- 1755/2024 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilsin və apellyasiya icraatına Cavabdeh2 apellyasiya şikayəti üzrə xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə Gəncə Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində şikayət verilməzsə, qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(104)-60/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(104)-60/2025
12.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver