Məhkəmə qərarları › İş №2-2(104)-68/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-68/2024

28.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-68/2024 28.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızının sədrliyi və məruzəsi, Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli, 2-1(115)-1001/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 02 fevral 2018-ci il tarixli 800875- 477904/1 saylı əsas kredit müqaviləsindən görünür ki, əsas vəsaitin artırılması məqsədilə illik faiz dərəcəsi 18 faiz olmaqla, 36 ay müddətinə 150000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. 02 fevral 2018-ci il tarixli 800875/477904/1 saylı ipoteka müqaviləsində əsasən Cavabdeh1 kredit müqaviləsi üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 115.5 kv.m, 1 mərtəbəli qeyri-yaşayış binası ipoteka ilə yüklü edilmişdir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən ipoteka ilə yüklü edilmiş əmlakın likvid dəyəri 80000 manat məbləğində müəyyən edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışdan məlum olur ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 115.5 kv.m, 1 mərtəbəli qeyri-yaşayış binasına Cavabdeh1 mülkiyyət hüququ qeydiyyata alınmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 115.5 kv.m, 1 mərtəbəli qeyri-yaşayış binasının ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 02 fevral 2018-ci il tarixli 800875-477904/1 saylı sonrakı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh1 3/4 hissə və Cavabdeh2-1/4 hissə paylı mülkiyyətlərində olan Göygöl rayonu, Üçtəpə kəndində yerləşən 0.24 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 246.3 kv.m olan əmlak kompleksi kimi müəssisə yenidən ipoteka ilə yüklü edilmişdir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən sonrakı ipoteka predmetinin likvid dəyəri 90000 manat məbləğində müəyyən edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı ASC iddia ərizəsi ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh1 02 fevral 2018-ci il tarixli, 800875-477904/1 saylı kredit müqaviləsi üzrə 77978,84 manat əsas borc və 8914,35 manat faiz borcu olmaqla, cəmi 86893,19 manat məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişlərin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 21,30 manat dövlət rüsumu və 242,60 manat xidmət haqqı olmaqla cəmi 263,90 manat xərcin və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 30,40 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, tutmanın Cavabdeh1 tam mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasına və Cavabdeh1 və Cavabdeh2 paylı mülkiyyət hüququ ilə məxsus olan Göygöl rayonu, Üçtəpə kəndində yerləşən əmlak kompleksi kimi müəssisəsinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi, əmlakların açıq hərracdan satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka predmetləri hərracda satıldıqdan 10 gün sonra Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 Fəxrəddin qızının ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasından və Göygöl rayonu, Üçtəpə kəndində yerləşən əmlak kompleksindən çıxarılması və boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC Gəncə filialı ilə Cavabdeh1 arasında 02 fevral 2018-ci il tarixli 800875-477904/1 nömrəli kredit müqaviləsi imzalanmış, Borcalana illik 18% dərəcəsi ilə 36 ay müddətinə 150000 manat məbləğində kredit verilmişdir. Müqavilənin təminatı kimi xx.xx.2028-ci il tarixli 800875-477904/1 ipoteka müqavilələrinə əsasən Cavabdeh1 tam mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası və Cavabdeh1 və Cavabdeh2 paylı mülkiyyətində olan Göygöl rayonu, Üçtəpə kəndində yerləşən əmlak kompleksi kimi müəssisə ipoteka ilə yüklü edilmiş və dövlət qeydiyyatına alınmışdır. Borcalan kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyin bir hissəsini icra etmiş, qalan hissədə isə öhdəliyi yerinə yetirməmişdir. Bununla əlaqədar dəfələrlə şifahi və yazılı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq borcu ödəməmişdir. İddiaçı ASC xx.xx.2022-ci il tarixdə dəqiqləşdirmə iddia ərizəsi ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh1 02 fevral 2018-ci il tarixli 800875-477904/1 saylı kredit müqaviləsi üzrə 77978,84 manat əsas borc və 11589,46 manat faiz borcu olmaqla, cəmi 89568,30 manat məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişlərin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 21,30 manat dövlət rüsumu və 242,60 manat xidmət haqqı olmaqla cəmi 263,90 manat xərcin və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 30,40 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, tutmanın Cavabdeh1 tam mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasına və Cavabdeh1 və Cavabdeh2 paylı mülkiyyətində olan Göygöl rayonu, Üçtəpə kəndində yerləşən əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi, əmlakların açıq hərracdan satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka predmetləri hərracda satıldıqdan 10 gün sonra Cavabdeh1 və Cavabdeh3 ünvan 1 ünvanında yerləşən qeyri-yaşayaış binasının və Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Qurbanova X1 rayonu, Üçtəpə kəndində yerləşən əmlak kompleksi boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC xx.xx.2022-ci il tarixdə dəqiqləşdirmə iddia ərizəsi ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh1 02 fevral 2018-ci il tarixli 800875-477904/1 saylı kredit müqaviləsi üzrə 77978,84 manat əsas borc və 11589,46 manat faiz borcu olmaqla, cəmi 89568,30 manat məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişlərin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 21,30 manat dövlət rüsumu və 242,60 manat xidmət haqqı olmaqla cəmi 263,90 manat xərcin və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 30,40 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, tutmanın Cavabdeh1 tam mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasına və Cavabdeh1 və Cavabdeh2 paylı mülkiyyətində olan Göygöl rayonu, Üçtəpə kəndində yerləşən əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi, əmlakların açıq hərracdan satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka predmetləri hərracda satıldıqdan 10 gün sonra Cavabdeh1 və Cavabdeh3 ünvan 1 ünvanında yerləşən qeyri-yaşayaış binasının və Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Qurbanova X1 rayonu, Üçtəpə kəndində yerləşən əmlak kompleksi boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir Gəncə Şəhər Məhkəməsinin 21 iyul 2022-ci il tarixli, 2(125)-103/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1 əsas borc üzrə 73956,58 manat, faiz borcu üzrə 3010,69 manat, cəmi 76967,27 manat, ipoteka predmetinə tutma haqqında bildirişlərin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 21,30 manat, 242,60 manat xidmət haqqı və 30,40 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi, tutma öhdəliyinin təmini kimi ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasına və paylı mülkiyyət hüququ ilə Cavabdeh1 və Cavabdeh2 məxsus olan Göygöl rayonu, Üçtəpə kəndində yerləşən əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi, ilkin satış qiyməti 408000 manat məbləğində qiymətləndirilmiş Göygöl rayonu, Üçtəpə kəndində yerləşən əmlak kompleksi kimi müəssisənin və ilkin satış qiyməti 153000 manat məbləğində qiymətləndirilmiş ünvan 1 ünvanında yerləşən qeyriyaşayaış binasının açıq hərracdan satılması, həmin hərracdan əldə olunmuş vəsait hesabına borcun tutularaq iddiaçıya ödənilməsi, ipoteka predmetləri hərracda satıldıqdan 1 ay sonra boşadılması, ödənişlər həyata keçdikdən sonra əldə olunan vəsaitinin qalan hissəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qaytarılması, iş üzrə məhkəmə ekspertiza xərcinin Cavabdeh1 və Cavabdeh2 tutularaq müvafiq hesablara ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı və Cavabdeh1 apellyasiya şikayətləri əsasında işə baxan Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(104)-204/2023 nömrəli qərardadı ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(125)-103/2023 nömrəli qətnaməsi ləğv edilmiş, işin baxılması üçün məhkəmə aidiyyatı üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, borcalan Cavabdeh1 xx.xx.2023-cü il tarixində 76967.27 manat məbləğində ödəniş etmiş və bankdaxili razılaşamaya əsasən ödəniş müqabilində girovda olan Cavabdeh1 tam mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası girovdan azad edilmişdir. xx.xx.2022-ci il tarixli iddia həcminin artırılmasına dair ərizəyə əsasən 77978.84 manat, 11589.46 manat faiz borcu hesablanmışdır. Maliyyə arayışının verildiyi tarixdən sonra (xx.xx.2022-ci il tarixdən) borcalan tərəfindən aparılmış ödəniş tarixinədək (xx.xx.2023-cü il tarixinədək) Mərkəzi bankın uçot faiz dərəcəsini keçməməklə faiz borcu 6281,40 manat məbləğində hesablanmışdır. Odur ki, Cavabdeh1 02 fevral 2018-ci il tarixli 800875-477904/1 saylı kredit müqaviləsi üzrə 1011,57 manat əsas borc və 17870,86 manat faiz borcu olmaqla, cəmi 18882,43 manat məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişlərin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 21,30 manat dövlət rüsumu və 242,60 manat xidmət haqqı olmaqla, cəmi 263,90 manat xərcin və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 30,40 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, tutmanın Bank qarşısında ipotekaya qoyulmuş Cavabdeh1 və Cavabdeh2 paylı mülkiyyət hüququ ilə məxsus olan Göygöl rayonu, Üçtəpə kəndində yerləşən əmlak kompleksi kimi müəssisəsinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi, əmlakın açıq hərracdan satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka predmetləri hərracda satıldıqdan 10 gün sonra Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 Göygöl rayonu, Üçtəpə kəndində yerləşən əmlak kompleksi kimi müəssisəsinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin (hakim G.Quliyeva) 13 dekabr 2023-cü il tarixli, 2-2(115)-1001/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 02 fevral 2018-ci il tarixli 800875- 477904/1 nömrəli kredit müqaviləsi üzrə 5957 (beş min doqquz yüz əlli yeddi) manat 07 (yeddi) qəpik faiz borcunun, ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 21 (iyirmi bir) manat 30 (otuz) qəpik dövlət rüsumunun, 242 (iki yüz qırx iki) manat 60 (altmış) qəpik xidmət haqqının, iddia ərizəsinin məhkəməyə verilməsi ilə bağlı ödənilmiş 30 (otuz) manat 40 (qırx) qəpik dövlət rüsumunun Cavabdeh1 tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, tələb üzrə tutmanın Cavabdeh1 və Cavabdeh2 paylı mülkiyyətində olan Göygöl rayonu, Üçtəpə kəndində yerləşən əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi, həmin qeyri-yaşayış binasının açıq hərracdan satılması, qeyri-yaşayış binasının ilkin satış qiymətinin 192000 (bir yüz doxsan iki min) manat həddində müəyyən edilməsi, açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləğinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, bankın tələbləri ödənildikdən sonra qalan məbləğin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qaytarılması, açıq hərrac keçirildikdən 1 ay sonra cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 Fəxrəddin qızının Göygöl rayonu, Üçtəpə kəndində yerləşən əmlak kompleksi kimi müəssisədən çıxarılması və müəssisənin boşaldılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan 19 ay 10 gün müddət üçün əsas məbləğin illik 5%-i məbləğində faiz borcunu cavabdehdən tələb etməkdə haqlı olsa da, əsas borc məbləği iddia ərizəsində göstərilən məbləğdə deyil, ekspertiza rəyləri ilə müəyyən edilmiş məbləğdə, yəni 73956,58 manat məbləğində nəzərə alınmalı və qeyd edilən müddət üçün illik 5% 73956,58 manat məbləğində əsas borc üzrə hesablanmalıdır. Qeyd edilən müddət ərzində 73956,58 manat məbləğində əsas borcun illik 5%-i isə 5957,07 manat təşkil edir. Məhkəmə hesab etmişdir ki, cavabdehdən 5957,07 manat faiz borcu tutularaq iddiaçıya ödənilməlidir Məhkəmə mövqeyini Mülki Məcəllənin 385.1, 386.1, 442, 448.1, 449.1, 739.1 və 739.2-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Cavabdeh1 qətnamənin dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qənaətə gələrkən bir sıra maddi və prosessual hüquq normalarını gözdən qaçırmaqla, hüquqlarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. Mülki Məcəllənin 445.7-ci maddəsində qeyd edilir ki, kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Hazırki tələbdə isə kreditor təşkilatı əsas borcla yanaşı yüksək məbləğdə faiz borcu tələb etmişdir. Yəni daha böyük məbləğ tələb etmişdir. Məhkəmə icraatında bütün borcu ödəyərək borcunu bağlamış, lakin iddiaçı iddia tələbini artıararaq illik beş faizə dair iddia qaldırmışdır. Məhkəmə isə iddia tələbinin artırılması haqqında ərizəni məhkəmə baxışında icraata qəbul edərək prosessual pozuntuya yol vermişdir. Belə ki, 5 faizə dair iddiaya ayrıca baxmalı olduğu halda məhkəmə bir icraatda baxmışdır. Borcu tam ödədiyi təqdirdə əmlakın girovda saxlanılması anlaşılan deyil. İllik 5 faizə dair ayrıca iddia verilməli və həmin müqavilənin təminatı kimi olmamalıdır. Çünki illik beş faizə gecikdirmə deliktlərdən irəli gəlir və məhkəmə gedişində meydana gələn hüquqi məsələdir. Həmin hüquqi məsələyə görə əmlakın girovda qalmasının davam etdirilməsi yolverilməzdir. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini və məhkəmə iclasında iştirak edən tərəfi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əsasən müəyyən edilir ki, İddiaçı ASC Cavabdeh1 xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan 19 ay 10 gün müddət üçün əsas məbləğin illik 5%-i məbləğində faiz borcunu tələb etmiş, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qismən təmin edilmişdir. Cavabdeh apellyasiya şikayətində iddiaçının hazırkı tələbi üzrə işə ayrıca icraatda baxılmalı olduğunu və kredit müqaviləsi üzrə borc tərəfindən tam ödənildiyindən ipoteka predmetinin girovda saxlanılmasının əsassızlığını qeyd etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün və əsaslı nəticəyə gəlmişdir. Belə ki, əsas borc ekspertiza rəyləri ilə 73956,58 manat məbləğində müəyyən edildiyindən, qeyd edilən müddət ərzində 73956,58 manat məbləğində əsas borcun illik 5%-i isə 5957,07 manat təşkil etdiyinə görə birinci instansiya məhkəməsi iddianı həmin məbləğdə təmin etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin hazırki tələbə ayrıca icraatda baxılması və iddia tələbinin həcminin artırılmasına dair ərizənin icraata qəbul edilməsinin qanunsuz olması dəlili ilə bağlı qeyd olunur ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçı tələbin həcminin artırılması baradə məhkəməyə ərizə verdiyi tarixdən cavabdehin əsas və faiz borcunu tam olaraq ödədiyi xx.xx.2023-cü il tarixədək olan 19 ay 10 gün müddət üçün iddia tələbində göstərilən məbləğdə əsas borcun 5%-i məbləğində, 6281,40 manat faiz borcunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş etmiş, ərizə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim olunmuşdur. Belə olan halda məhkəmə tərəfindən iddia tələbinin həcminin artırılmasına dair ərizənin qəbulunda hər hansı prosessual pozuntuya yol verilməmişdir. Bundan başqa qeyd olunan tələbə hazırki icraat çərçivəsində baxılmasının istisna edilməsi ilə bağlı qanunvericilikdə hər hansı bir norma nəzərdə tutulmamış, prosessual qənaət prinsipi və əlavə icraatın aparılmasına zərurətin aradan qaldırılıması baxımından qanunamüvafiq hesab edilmişdir. İpoteka predmetinin əsas öhdəlik icra edilsə də girovda saxlanılması ilə bağlı dəlilə münasibətdə məhkəmə tərkibi qeyd edir ki, əsas borc üzrə ödəmələr həyata keçirilsə də həmin borc üzrə yaranmış öhdəlik tam icra olunmadığından ipoteka predmetinin girovdan azad edilməsi üçün əsas mövcud olmamışdır. Bundan başqa 02 fevral 2018-ci il tarixli 800875-477904/1 saylı sonrakı ipoteka müqaviləsinin 4-cü bəndinə əsasən ipoteka saxlayanın tələbi aşağıdakılar daxil edilməklə tam həcmdə təmin edilir. Əsas borc, faizlər, dəbbə pulu, vurulmuş zərərin əvəzinin ödənilməsi, ipoteka predmetinin saxlanılması və salamatlığının təmin edilməsi xərclərinin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə və digər xərclərin ödənilməsi. Belə olan halda ipoteka predmeti vurulmuş ziyanın ödənilməsi ilə bağlı tələbin təminatı kimi nəzərdə tutulduğundan və tərəflər arasında bağlanan müqavilədə birbaşa qeyd edildiyindən şikayətin həmin dəlilinin təmin olunması üçün heç bir əsas müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Z.Nəsirovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 19 aprel 2018-ci il tarixli Plenum qərarında qeyd olunmuşdur ki, “Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır Bununla yanaşı, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir”. Beləliklə apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, qətetdi: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli, 2-1(115)-1001/2023 nömrəli qətnaməsi Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar