Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(104)-69/2024 02.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Xəlilov Eldar Yaşar oğlunun katibliyi ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh1, Cavabdeh6,Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin 23 avqust 2023-cü il tarixli, e-2-2-(115)-22/2023 saylı qətnaməsindən Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, MÜƏYYƏNETDİ: İddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh1, Cavabdeh6,Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh5dan Bank Olmayan Kredit Təkilatı İddiaçı MMC xeyrinə 25 oktyabr 2016-cı il tarixli, 16/16 №- li kredit müqaviləsi üzrə əsas borcundan 90500 manat, faiz borcundan 15725 manat 69 qəpik, cərimə borcundan 11495 manat 42 qəpik, ipoteka bildirişlərinin qeydə alınması üçün ödənilmiş 82 manat dövlət rüsumunun, 400 manat manat mediasiya prosesi üçün ödənilmiş rüsumun, ümumilikdə cəmi 118203 manat 10 qəpik məbləğində pul vəsaitinin tutulması, tutulmanın ilkin satış qiyməti 80000 manat müəyyən edilməklə xx.xx.2016-cı il tarixli Cavabdeh5 ilə bağlanmış ipoteka müqaviləsinə əsasən ipotekaya qoyulmuş Cavabdeh5 məxsus Bərdə şəhəri, Cəfər Cabbarlı küçəsi, 22 nömrəli fərdi yaşayış evinə (0.06 ha torpaq sahəsi ilə birlikdə), ilkin satış qiyməti 70000 manat müəyyən edilməklə xx.xx.2016-cı il tarixli Cavabdeh4 ilə bağlanmış ipoteka müqaviləsinə əsasən ipotekaya qoyulmuş Bərdə rayonu, Mehdili kəndində 0.12 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 159.7 kv.m, yaşayış sahəsi 98.9 kv.m, yardımçı sahəsi 60.8 kv.m olan 3 otaqlı fərdi yaşayış evinə (0.12 ha torpaq sahəsi ilə birlikdə) yönəldilməsi, həmin əmlakların açıq bazarda və ya hərracda satılması, satışından əldə edilmiş məbləğin borcun ödənilməsi üçün Bank Olmayan Kredit Təkilatı İddiaçı MMC-nin hesabına keçirilməsi, əmlakların satışından əldə edilən pul vəsaiti borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh5 tutulması, Bərdə şəhəri, Cəfər Cabbarlı küçəsi, 22 nömrəli fərdi yaşayış evi evinə (0.06 ha torpaq sahəsi ilə birlikdə) satıldıqdan sonra orada yaşayan Cavabdeh5, Cəfərova (Rzayeva) Nəzakət İsa qızı və Bayramova (Rzayeva) Günay Zahid qızı və digər şəxslər, Bərdə rayonu, Mehdili kəndində 0.12 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 159.7 kv.m, yaşayış sahəsi 98.9 kv.m, yardımçı sahəsi 60.8 kv.m olan 3 otaqlı fərdi yaşayış evinə (0.12 ha torpaq sahəsi ilə birlikdə) satıldıqdan sonra orada yaşayan Cavabdeh4, Cavabdeh1, Cavabdeh6və digər şəxslər, mənzili 1 (bir) ay ərzində tərk etmədikləri halda, həmin şəxslər mənzildən məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 23 avqust 2023-cü il tarixli, e-2-2-(115)-22/2023 saylı qətnaməsi ilə (hakim R.Məmmədov) iddia qismən təmin edilərək, 89603 manat 96 qəpik əsas borc, 14652 manat 74 qəpik faiz borcu, 1000 manat cərimə borcu olmaqla, cəmi 105256 manat 70 qəpik məbləğində borc, ipoteka bildirişlərinin qeydə alınması üçün ödənilmiş 82 manat və 400 manat mediasiya xərci Cavabdeh5 tutularaq iddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı MMC-yə ödənilməsi,tələb üzrə tutma cavabdehlər Cavabdeh5 məxsus Bərdə şəhəri, Cəfər Cabbarlı küçəsində 0.06 hektar torpaq sahəsində yerləşən 22 saylı fərdi yaşayış evinə və Cavabdeh4 məxsus Bərdə rayonu, Mehdili kəndində 0.12 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməsi,həmin fərdi yaşayış evləri açıq hərracdan satılması, Bərdə şəhəri, Cəfər Cabbarlı küçəsində 0.06 hektar torpaq sahəsində yerləşən 22 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 83000 manat, Bərdə rayonu, Mehdili kəndində 0.12 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 71000 manat həddində müəyyən edilməsi,açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği iddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı MMC-yə ödənilməsi,kredit təşkilatının tələbləri ödənildikdən sonra qalan məbləğ cavabdehlər Cavabdeh5 və Cavabdeh4 qaytarılması,fərdi yaşayış evlərinin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği Cavabdeh5 tutularaq iddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı MMC-yə ödənilməsi, 200 manat ekspertiza xərci və 500 manat qiymətləndirmə haqqı Cavabdeh5 tutularaq müvafiq olaraq Məhkəmə Ekspertiza Mərkəzinin və "xxxx" MMC-nin hesablarına ödənilməsi, ödənilməli olan 386 manat 26 qəpik məbləğində dövlət rüsumu Cavabdeh5 tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissəsi təmin edilməməsi qət edilmişdir. Həmçinin, Gəncə Kommersiya Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli, e-2-2- (115)-22/2023 saylı əlavə qətnaməsi (hakim R.Məmmədov) ilə Bərdə şəhəri, Cəfər Cabbarlı küçəsində 0.06 hektar torpaq sahəsində yerləşən 22 saylı fərdi yaşayış evi və Bərdə rayonu, Mehdili kəndində 0.12 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evi açıq hərracda satıldıqdan sonra cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh1, Cavabdeh6, Cavabdeh2 və Cavabdeh3 1 ay ərzində müvafiq fərdi yaşayış evlərindən çıxarılması qət edilmişdir. Gəncə Kommersiya Məhkəməsinin 23 avqust 2023-cü il tarixli, e-2-2-(115)-22/2023 saylı qətnaməsindən narazı qalan Cavabdeh5 apellyasiya şikayəti verərək Gəncə Kommersiya Məhkəməsinin 23 avqust 2023-cü il tarixli, e-2-2-(115)- 22/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli, e-2-2(115)-22/2023 nömrəli qəradadı ilə Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddətdə verilməməsi əsası ilə geri qaytarılmışdır. Bundan sonra Cavabdeh5 Gəncə Kommersiya Məhkəməsinin 23 avqust 2023-cü il tarixli, e-2-2-(115)-22/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verməklə yanaşı, eyni zamanda apellyasiya şikayətinin vermə müddətinin ötürülməsinin üzürlü sayılıb, bərpa edilməsinə dair ərizə ilə müraciət edərək, buraxılmış prosessual müddətin bərpa edilməsi və apellyasiya şikayətinin baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Cavabdeh5 ərizəsini onunla əsaslandırmışdır ki, o, qətnaməni xx.xx.2023-cü il tarixdə almış və xx.xx.2023-cü il tarixdə şikayət vermişdir ki, bununla da prosessual müddəti ötürməmişdir. Gəncə Kommersiya Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli, 2-2-(115)-22/2023 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. Gəncə Kommersiya Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli, e-2-2(115)-22/2023 nömrəli qəradadından narazı qalan Cavabdeh5 tərəfindən şikayət verilmiş, Gəncə Kommersiya Məhkəməsinin 01 dekabr 2023-cü il tarixli, e-2-2(115)- 22/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-2(104)-37/2024 saylı qərardadı ilə şikayətin təmin edilməsi, Gəncə Kommersiya Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli, e-2-2(115)-22/2023 nömrəli qərardadı və həmin qərardadla bağlı 01 dekabr 2023-cü il tarixli, e-2-2(115)-22/2023 nömrəli qərardadının ləğv edilməsi, ərizənin təmin edilməsi, Gəncə Kommersiya Məhkəməsinin 23 avqust 2023-cü il tarixli, e-2-2-(115)-22/2023 saylı qətnaməsindən Cavabdeh5 tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi, apellyasiya şikayətinə baxılması üçün işin Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına təqdim edilməsi qərara alınmışdır. Şikayətin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, apellyasiya şikayəti qanunvericiliklə müəyyən edilmiş qaydada, yəni “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 10-1.2-ci maddəsinə əsasən, məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 10-1.7-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. Həmçinin həmin Məcəllənin 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 363.1.5-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Azərbaycan Respublikası MPM-in 364-cü maddəsinə görə, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. İş materillarından göründüyü kimi, birinci instansiya məhkəməsi həmin məhkəmənin 23 avqust 2023-cü il tarixli, e-2-2-(115)-22/2023 saylı qətnaməsindən Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayətini həmin şikayətin Azərbaycan Respublikası MPMin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlamadan baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Gəncə Kommersiya Məhkəməsinin 23 avqust 2023-cü il tarixli, e-2-2-(115)-22/2023 saylı qətnaməsindən Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və geri qaytarılması üçün Gəncə Apellyasiya Məhkəməsinə daxil olmuş 2-2(104)-69/2024 saylı iş Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 363, 364, 366, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Gəncə Kommersiya Məhkəməsinin 23 avqust 2023-cü il tarixli, e-2-2-(115)-22/2023 saylı qətnaməsindən Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və geri qaytarılması üçün Gəncə Apellyasiya Məhkəməsinə daxil olmuş 2- 2(104)-69/2024 saylı kommersiya iş Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(104)-69/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(104)-69/2024
02.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver