Məhkəmə qərarları › İş №2-2(104)-7/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-7/2025

27.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-7/2025 27.02.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Bank Olmayan Kredit X14 Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı iş üzrə QƏTNAMƏ Hakimlər İsgəndərova Aygül Vulqar qızının sədrliyi və məruzəsi, Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi ilə, “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi" tələbinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(115)-329/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları:

1. xx.xx.2014-cü il tarixli, 524-14B saylı kredit müqaviləsinə əsasən, borcverən – "xxxx" ASC tərəfindən borcalan Cavabdeh1 31870 (otuz bir min səkkiz yüz yetmiş) ABŞ dolları məbləğində illik 23 faiz ödəmək şərti ilə 36 ay müddətinə kredit verməyi, borcalan – Cavabdeh1 isə kreditin əsas məbləğini və ona hesablanmış faizlərini ödəməyi öhdəsinə götürmüşdür.

2. xx.xx.2015-ci il tarixli, 067-15B saylı kredit müqaviləsinə əsasən, borcverən – "xxxx" ASC tərəfindən borcalan Cavabdeh1 15000 (on beş min) manat məbləğində illik 6 faiz ödəmək şərti ilə 36 ay müddətinə kredit verməyi, borcalan – Cavabdeh1 isə kreditin əsas məbləğini və ona hesablanmış faizlərini ödəməyi öhdəsinə götürmüşdür.

3. xx.xx.2015-ci il tarixli, 067-15B-01 saylı ipoteka müqaviləsinə əsasən, Cavabdeh2 mülkiyyətində olan ünvan 5ində yerləşən 0.45 ha torpaq sahəsində yerləşən 67.8 kv.m yaşayış, 71.8 kv.m yardımçı, 139.6 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi və fərdi yaşayış evinin tərkibi(həyətyanı tikili və qurğular) Liter B: 1 mərtəbəli 166.4 kv.m tövlə, Liter C: 1 mərtəbəli 232.2 kv.m tövlə, Liter Ç: 1 mərtəbəli 73 kv.m təs damı, cəmi 471.6 kv.m sahəsi ipoteka predmeti kimi yüklü edilmişdir.

4. xx.xx.2015-ci il tarixli daşınar əmlakın girov müqaviləsinə əsasən, Cavabdeh2 mülkiyyətində olan fərdi yaşayış evində olan ev əşyaları 17500 (on yeddi min beş yüz) manat dəyərində qiymətləndirilmişdir.

5. xx.xx.2015-ci il tarixli, 067-15B-02 saylı ipoteka müqaviləsinə əsasən, Cavabdeh4 tam mülkiyyətində olan ünvan 1 ünvanında olan binanın 2-ci mərtəbəsində olan, 32.6 kv.m yaşayış, 19.1 kv.m yardımçı, 51.7 kv.m ümumi sahədən ibarət 2 otaqlı, 3 nömrəli mənzil ipoteka predmeti kimi yüklü edilmişdir.

6. xx.xx.2014-cü il tarixli, 524-14B/01 nömrəli ipoteka (girov) müqaviləsinə əsasən, ünvan 1 ünvanında olan binanın 2-ci mərtəbəsində olan, 32.6 kv.m yaşayış, 19.1 kv.m yardımçı, 51.7 kv.m ümumi sahədən ibarət 2 otaqlı, 3 nömrəli mənzil 16000 (om altı min) manat qiymətləndirilmişdir.

7. Hüquqların dövlət qeydiyyatı haqqına daşınmaz əmlakın dövət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən, Cavabdeh2 mülkiyyətində olan ünvan 5ində yerləşən 0.45 ha torpaq sahəsində yerləşən 67.8 kv.m yaşayış, 71.8 kv.m yardımçı, 139.6 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi və fərdi yaşayış evinin tərkibi (həyətyanı tikili və qurğular) Liter B: 1 mərtəbəli 166.4 kv.m tövlə, Liter C: 1 mərtəbəli 232.2 kv.m tövlə, Liter Ç: 1 mərtəbəli 73 kv.m təs damı, cəmi 471.6 kv.m sahəsi "xxxx"ASC-nin xeyrinə yüklü edilmişdir.

8. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən, Cavabdeh4 tam mülkiyyətində olan ünvan 1 ünvanında olan binanın 2-ci mərtəbəsində olan, 32.6 kv.m yaşayış, 19.1 kv.m yardımçı, 51.7 kv.m ümumi sahədən ibarət 2 otaqlı, 3 nömrəli mənzil "xxxx" ASC-nin xeyrinə yüklü edilmişdir.

9. Bərdə Rayon İcra Hakimiyyəti başçısının Böyük Göyüşlü kənd nümayəndəliyinin xx.xx.2015-ci il tarixli arayışında qeyd edilmişdir ki, Cavabdeh2 mülkiyyətində olan ünvan 5ində yerləşən fərdi yaşayış evində Cavabdeh1, Cavabdeh3 oğlu və X4 qeydiyyatadırlar.

10. Bərdə Rayon İcra Hakimiyyəti başçısının Böyük Göyüşlü kənd nümayəndəliyinin xx.xx.2015-ci il tarixli arayışında qeyd edilmişdir ki, Cavabdeh4 mülkiyyətində olan Bərdə şəhəri, Nizami küçəsində yerləşən fərdi yaşayış evində Cavabdeh4 və X11 qeydiyyatdadırlar.

11. “Problemli kreditlərin kompensasiyası” barədə əsas məlumatlardan görünür ki, xx.xx.2019-cu il tarixinə Cavabdeh1 İddiaçı BOKT ASC-yə olan 15 000 manat kredit borcu 1536.71 manat azaldılaraq, qalıq borc 13463.29 manat, 6078.45 manat kredit borcu 622.72 manat azaldılaraq qalıq borc 5455.73 manat olmaqla, cəmi borc 18919.02 manat təşkil etmişdir.

12. Bərdə şəhəri, Heydər Əliyev prospekti, döngə 6-da yerləşən, 252.8 kv.m ümumi sahədən ibarət 9 nömrəli fərdi yaşayış evində X2, X12 və X5 qeydiyyatdadırlar.

13. xx.xx.2018-ci il tarixli maliyyə arayışında qeyd edilmişdir ki, İddiaçı BOKT ASCyə xx.xx.2014-cü il tarixli, 524-14B №-li kredit müqaviləsi üzrə 3575.56 ABŞ dolları əsas, 3548.33 ABŞ dolları heablanmış faiz, 1430.22 ABŞ dolları dəbbə pulu, cəmi 8554.11 ABŞ dolları, 2015-ci il 24 avqust tarixli, 067-15 B №-li kredit müqaviləsi üzrə 15000 əsas, 10477.88 manat hesablanmış faiz, 17400 manat dəbbə pulu, cəmi 41877.88 manat borcu vardır.

14. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: - xx.xx.2018-ci il tarixli, 26671 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, Cavabdeh1 xx.xx.2014-cü il tarixli, 524-14B saylı kredit müqaviləsi üzrə İddiaçı BOKT ASC-yə əsas kredit borcu üzrə 5001.77 ABŞ dolları, faiz borcu üzrə 2587.42 ABŞ dolları olmaqla, ümumilikdə 7589,19 ABŞ dolları məbləğində borcunun olması müəyyən edilir. - xx.xx.2019-cu il tarixli, 4733 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, Cavabdeh1 xx.xx.2015-ci il tarixli, 067-15B saylı kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixə 15000 əsas borc, 2170 manat faiz borcu, xx.xx.2019-cu il tarixinə isə 5000 manat əsas borc, 3042.50 manat faiz borcunun olması müəyyən edilir.

15. "xxxx" MMC-nin: - xx.xx.2021-ci il tarixli, 376/PB/21 nömrəli mütəxəssis rəyində qeyd edilmişdir ki, ünvan 3ində yerləşən və Cavabdeh2 məxsus olan 0.45 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin torpaq sahəsi ilə birgə xx.xx.2021-ci il tarixinə olan bazar dəyəri 72000 manat, likvid dəyəri isə 66000 manat təşkil edir. - xx.xx.2021-ci il tarixli, 375/PB/21 nömrəli mütəxəssis rəyində qeyd edilmişdir ki, ünvan 2 ünvanında 5 mərtəbəli binanın 2-ci mərtəbəsində yerləşən 2 otaqlı 3 nömrəli mənzilin xx.xx.2021-ci il tarixinə olan bazar dəyəri 43000 manat, likvid dəyəri isə 40000 manat təşkil edir.

16. Əmlak Ekspert Mərkəzi MMC-nin xx.xx.2026-cı il tarixli, ƏEM/Y66-066/26 nömrəli ekspert rəyində qeyd edilmişdir ki: - Cavabdeh4 mülkiyyətində olan ünvan 1 ünvanında olan binanın 2-ci mərtəbəsində 32,6 kv.m yaşayış, 19,1 kv.m yardımçı, 51,7 kv.m ümumi sahədən ibarət 2 otaqlı, 3 nömrəli mənzilin xx.xx.2026-cı il tarixinə olan bazar dəyəri 50000 manat, likvid dəyəri isə 44000 manat təşkil edir. - ünvan 3i ünvanında Cavabdeh2 mülkiyyətində olan 0.45 ha torpaq sahəsində yerləşən 67.8 kv.m yaşayış, 71.8 kv.m yardımçı, 139.6 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi və fərdi yaşayış evinin tərkibi (həyətyanı tikili və qurğular) Liter B:1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi və fərdi yaşayış evinin tərkibi (həyətyanı tikili və qurğular) Liter B:1mərtəbəli 166.4 kv.m tövlə, Liter C: 1 mərtəbəli 232.2 kv.m tövlə, Liter Ç:1 mərtəbəli 73 kv.m təs-damı, cəmi 471.6 kv.m sahəsinin xx.xx.2026-cı il tarixinə olan bazar dəyəri 145000 manat, likvid dəyəri isə 127000 manat təşkil edir.

İddia tələbi və iş üzrə qəbul edilmiş məhkəmə aktları:

17. İddiaçı Bank Olmayan Kredit X14 Cəmiyyəti cavabdehlər Cavabdeh1 və qey. qarşı iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 İddiaçı BOKT ASC-yə 2014-cü il 19 dekabr tarixli, 524-14 B №-li kredit müqaviləsi üzrə 3575,66 ABŞ dolları əsas, 3548,33 ABŞ dolları hesablanmış faiz, 1430.22 ABŞ dolları dəbbə pulu, cəmi 8554.11 ABŞ dolları, 2015-ci il 24 avqust tarixli, 067-15B №-li kredit müqaviləsinə xitam verilməsini, İddiaçı BOKT ASC-yə 2015-ci il 24 avqust tarixli, 067-15 №-li kredit müqaviləsi üzrə 15000 manat əsas, 10477.88 manat hesablanmış faiz, 17400 manat dəbbə pulu, cəmi 42877.88 manat, hüquqi yardıma görəödənilmiş xərcin əvəzi 1000 manat və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin ödənilməsi, borcun əvəzi ilkin satış qiyməti 16000 manat müəyyən edilməklə, X8 tam mülkiyyətində olan ünvan 4 ünvanında olan binanın 2-ci mərtəbəsində olan, 32.6 kv.m yaşayış, 19.1 kv.m yardımçı, 51.7 kv.m ümumi sahədən ibarət 2 otaqlı, 3 nömrəli mənzil, borcun əvəzi ilkin satış qiyməti 17500 manat müəyyən edilməklə ünvan 3i ünvanında Cavabdeh2 mülkiyyətində olan 0.45 ha torpaq sahəsində yerləşən 67.8 kv.m yaşayış, 71.8 kv.m yardımçı, 139.6 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi və fərdi yaşayış evinin tərkibi (həyətyanı tikili və qurğular) Liter B:1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evivə fərdi yaşayış evinin tərkibi(həyətyanı tikili və qurğular) Liter B:1 mərtəbəli 166.4 kv.m tövlə, Liter C: 1 mərtəbəli 232.2 kv.m tövlə, Liter Ç:1 mərtəbəli 73 kv.m təs-damı, cəmi 471.6 kv.m sahəsi açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi, X8tam mülkiyyətində olan ünvan 4 ünvanında olan binanın 2-ci mərtəbəsində olan, 32.6 kv.m yaşayış, 19.1 kv.m yardımçı, 51.7 kv.m ümumi sahədən ibarət 2 otaqlı, 3 nömrəli məzildə yaşayanlar X13 və X6 çıxarılması, mənzilin boşaldılması, ünvan 5i ünvanında Cavabdeh2 mülkiyyətində olan 0.45 ha torpaq sahəsində yerləşən 67.8 kv.m yaşayış, 71.8 kv.m yardımçı, 139.6 kv.m ümumi sahədən ibarət1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi və fərdi yaşayış evinin tərkibi (həyətyanı tikili və qurğular) Liter B:1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evində yaşayanlar Cavabdeh2, Cavabdeh3 və X3 çıxarılmaları, fərdi yaşayış evi və onun tərkibinin boşaldılmasını, X9 tam mülkiyyətində olan ünvan 4 ünvanında olan binanın 2-ci mərtəbəsində olan, 32.6 kv.m yaşayış, 19.1 kv.m yardımçı, 51.7 kv.m ümumi sahədən ibarət 2 otaqlı, 3 nömrəli mənzildə yaşayanlar X13 və X11 fərdi yaşayış evi və onun tərkibi satıldıqdan bir ay sonra həmin mənzildən könüllü surətdə çıxmadıqları halda məcburi qaydada çıxarılmaları, ünvan 5i ünvanında Cavabdeh2 mülkiyyətində olan 0.45 ha torpaq sahəsində yerləşən 67.8 kv.m yaşayış, 71.8 kv.m yardımçı, 139.6 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi və fərdi yaşayış evinin tərkibi (həyətyanı tikili və qurğular) Liter B:1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evində yaşayanlar Cavabdeh2, Cavabdeh3 və X7 ev satıldıqdan bir ay sonra həmin evdən könüllü surətdə çıxmadıqları halda məcburi qaydada çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 əvvəlki "xxxx" ASC-nin (indiki İddiaçı BOKT ASC-nin) Ağcabədi filialından 2014-cü il 19 dekabr tarixli, 524-14B №- li kredit müqaviləsinə əsasən illik 23 faizlə 36 ay müddətinə torpaq sahəsinin alınması məqsədilə 31870 ABŞ dolları, 2015-ci il 24 avqust tarixli, 067-15B №-li kredit müqaviləsinə əsasən illik 6 faizlə 36 ay müddətinə heyvandarlığın inkişafı məqsədilə 15000 manat borc almışdır. 2014-cü il 19 dekabr tarixli, 524-14B №-li kredit müqaviləsinin təminatı olaraq Cavabdeh4 tam mülkiyyətində olan ünvan 1 ünvanında olan binanın 2-ci mərtəbəsində olan, 32.6 kv.m yaşayış, 19.1 kv.m yardımçı, 51.7 kv.m ümumi sahədən ibarət 2 otaqlı, 3 nömrəli mənzil 2014-cü il 19 dekabr tarixli, 524-14B/01 №-li ipoteka(girov) müqaviləsi ilə, 2015-ci il 24 avqust tarixli, 067-15 B №-li kredit müqaviləsinin təminatı olaraq, ünvan 5i ünvanında Cavabdeh2 mülkiyyətində olan 0.45 ha torpaq sahəsində yerləşən 67.8 kv.m yaşayış, 71.8 kv.m yardımçı, 139.6 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi və fərdi yaşayış evinin tərkibi(həyətyanı tikili və qurğular) Liter B : 1 mərtəbəli 166.4 kv.m tövlə, Liter C:1 mərtəbəli 232.2 kv.m tövlə, Liter Ç : 1 mərtəbəli 73 kv.m təs damı, cəmi 471.6 kv.m sahəsi 2015-ci il 24 avqust tarixli, 067-15B-01 №-li ipoteka müqaviləsi ilə yüklü edilmişdir. 2018-c il mayın 10-dək Cavabdeh1 İddiaçı BOKT ASC-yə 2014- cü il 19 dekabr tarixli, 524-14B №-li kredit müqaviləsi üzrə 3575.56 ABŞ dolları əsas, 3548.33 ABŞ dolları heablanmış faiz, 1430.22 ABŞ dolları dəbbə pulu, cəmi 8554.11 ABŞ dolları, 2015-ci il 24 avqust tarixli, 067-15 B №-li kredit müqaviləsi üzrə 15000 əsas, 10477.88 manat hesablanmış faiz, 17400 manat dəbbə pulu, cəmi 41877.88 manat borcu vardır. Cavabdehlər xəbərdar edilməsinə baxmayaraq borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən, qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehlərə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdehlər bildirişə münasibət bildirmirlər.

19. Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(021)-87/2020 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayət verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir.

20. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(104)-575/2021 nömrəli qərardadı ilə Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(021)-87/2020 nömrəli qətnaməsi ləğv edilmiş və iş baxılması üçün aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir.

21. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(013)-329/2022 nömrəli qətnaməsi ilə (hakim K.Vəliyev) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 18919 (on səkkiz min doqquz yüz on doqquz)manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, borc tələbi likvid dəyəri 40 000 manat olan X8 tam mülkiyyətində olan ünvan 1 ünvanında olan binanın 2-ci mərtəbəsində olan, 32.6 kv.m yaşayış, 19.1 kv.m yardımçı, 51.7 kv.m ümumi sahədən ibarət 2 otaqlı, 3 nömrəli mənzil və likvid dəyəri 66 min manat olan ünvan 3i ünvanında Cavabdeh2 mülkiyyətində olan 0.45 ha torpaq sahəsində yerləşən 67.8 kv.m yaşayış, 71.8 kv.m yardımçı, 139.6 kv.m ümumi sahədən ibarət1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi və fərdi yaşayış evinin tərkibi (həyətyanı tikili və qurğular) Liter B:1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi və fərdi yaşayış evinin tərkibi (həyətyanı tikili və qurğular) Liter B:1 mərtəbəli 166.4 kv.m tövlə, Liter C: 1 mərtəbəli 232.2 kv.m tövlə, Liter Ç:1 mərtəbəli 73 kv.m təs-damı, cəmi 471.6 kv.m sahəsinə yönəldilməsi, fərdi yaşayış evi və mənzil açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsinə yönəldilmiş ipoteka qoyulmuş, fərdi yaşayış evinə və məzilə tutma yönəldikdən və satıldıqdan sonra cavabdehlər çıxarılmaqla fərdi yaşayış evi və mənzil boşaldılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

22. Birinci instansiya məhkəməsinin qətnaməsində qeyd edilir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı vətəndaşlara dəstək və onların maliyyə yükünün azaldılması məqsədilə qəbul olunmuş və dəstəyin həyata keçirilməsi üçün dövlət tərəfindən banklara və kredit təşkilatlarına kifayət qədər şərait yaradılmışdır. Dövlət tərəfindən hazırkı iş üzrə cavabdeh şəxsin borcu azaldılaraq cəmi borc 18919.02 manat müəyyən edildiyi halda, iddiaçının ondan artıq məbləği tələb etməsi Fərmanın tələblərinə uyğun olmamışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) apellyasiya şikayətinin dəlilləri.

23. İddiaçı qətnamənin dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir.

24. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, ekspert rəylərindən görünür ki, cavabdehin xx.xx.2014-cü il tarixli, 524-14B saylı kredit müqaviləsi üzrə İddiaçı BOKT ASC-yə əsas kredit borcu üzrə 5001.77 ABŞ dolları, faiz borcu üzrə 2587.42 ABŞ dolları, həmçinin xx.xx.2015-ci il tarixli, 067-15B saylı kredit müqaviləsi üzrə isə xx.xx.2018-ci il tarixə 15000 əsas borc, 2170 manat faiz borcu olmuşdur. Tək bu faktın özü cavabdehin kreditlərinin restruktrizasiyaya düşmədiyini sübut edir. Eyni zamanda girov predmeti olan ipoteka əmlakların qiymətləri də düzgün qiymətləndirilməmişdir. Hər iki əmlakın qiyməti də yüksək qiymətləndirildiyi üçün bu qiymətlərlə hərraca çıxarılması qanunsuz hesab edilməlidir. Bərdə rayonunun Hacıalılar kəndində fərdi yaşayış evinin 70000 manat olmasına dair rəy həqiqətə uyğun deyil. Odur ki, əmlakların dəyəri təkrarən müəyyən edilməlidir. Çünki tərəflər arasında bağlanmış ipoteka müqaviləsində razılığa əsasən müəyyən edilmiş qiymətlərlə rəyda göstərilən qiymətlər arasında kəskin fərqlər vardır. Məhkəmə isə rəyi əsas götürsə də, nəyə əsasən rəyi üstün tutuduğunu əsaslandırmamışdır. Odur ki, iş üzrə təkrar əmtəəşünaslıq ekspertizası təyin edilməlidir.

b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri.

25. Apellyasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır.

c) apellyasiya icraatı iştirakçılarının izahatları.

26. Məhkəmə kollegiyasının əvvəlki iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh5 ayrı-ayrılıqda izahat verərək apellyasiya şikayətinə etiraz etdilər və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

27. Tərəflərə məhkəmə iclasının keçirilməsinin yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı nümayəndəsinin iştirakını təmin etməmiş, cavabdehlər isə gəlməmişlər və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

28. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

29. "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərman:

3. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası: 3.1. Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə bu Fərmanın 1-ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etsin; 3.2. bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat versin.

5. Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilsin ki: 5.1. bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin etsin; 5.2. bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini təmin etsin; 5.3. bu Fərmandan irəli gələn digər tədbirlərin həyata keçirilməsini təmin etsin.

6. Banklara tövsiyə edilsin ki: 6.1. bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər; 6.2. fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; 6.3. borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər.

7. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası: 7.1. banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat versin.

8. Müəyyən edilsin ki, bu Fərmanın məqsədləri üçün: 8.3. bu Fərmanın 5-ci və 7-ci hissələrində fiziki şəxslərin kredit borcları dedikdə onların 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələrinə əsasən bütün banklara və ləğvetmə prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi; 8.6. vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar; 8.8. güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər.

30. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarı: «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

32. Məhkəmə kollegiyası işin hallarına dair tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

33. Məhkəmə kollegiyası MPM-in 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, xx.xx.2014-cü il tarixli, 524-14B saylı kredit müqaviləsinə əsasən, borcverən – "xxxx" ASC tərəfindən borcalan Cavabdeh1 31870 ABŞ dolları məbləğində illik 23 faiz ödəmək şərti ilə 36 ay müddətinə kredit verməyi, borcalan – Cavabdeh1 isə kreditin əsas məbləğini və ona hesablanmış faizlərini ödəməyi, daha sonra isə xx.xx.2015-ci il tarixli, 067-15B saylı kredit müqaviləsinə əsasən, borcverən – "xxxx" ASC tərəfindən borcalan Cavabdeh1 15000 manat məbləğində illik 6 faiz ödəmək şərti ilə 36 ay müddətinə kredit verməyi, borcalan – Cavabdeh1 isə kreditin əsas məbləğini və ona hesablanmış faizlərini ödəməyi öhdələrinə götürmüşdür.

34. xx.xx.2015-ci il tarixli, 067-15B-01 saylı ipoteka müqaviləsinə əsasən, Cavabdeh2 mülkiyyətində olan ünvan 5ində yerləşən 0.45 ha torpaq sahəsində yerləşən 67.8 kv.m yaşayış, 71.8 kv.m yardımçı, 139.6 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi və fərdi yaşayış evinin tərkibi(həyətyanı tikili və qurğular) Liter B: 1 mərtəbəli 166.4 kv.m tövlə, Liter C: 1 mərtəbəli 232.2 kv.m tövlə, Liter Ç: 1 mərtəbəli 73 kv.m təs damı, cəmi 471.6 kv.m sahəsi ipoteka predmeti kimi yüklü edilmiş, xx.xx.2015-ci il tarixli daşınar əmlakın girov müqaviləsinə əsasən, fərdi yaşayış evində olan ev əşyaları 17500 manat dəyərində qiymətləndirilmiş və iddiaçının xeyrinə yüklü edilməsi barədə hüquqların dövlət qeydiyyatı haqqına daşınmaz əmlakın dövət reyestrindən RX seriyalı ******* nömrəli çıxarış rəsmiləşdirilmişdir.

35. xx.xx.2015-ci il tarixli, 067-15B-02 saylı ipoteka müqaviləsinə əsasən, Cavabdeh4 tam mülkiyyətində olan ünvan 1 ünvanında olan binanın 2-ci mərtəbəsində olan, 32.6 kv.m yaşayış, 19.1 kv.m yardımçı, 51.7 kv.m ümumi sahədən ibarət 2 otaqlı, 3 nömrəli mənzil ipoteka predmeti kimi yüklü edilmiş, xx.xx.2014-cü il tarixli, 524-14B/01 nömrəli ipoteka (girov) müqaviləsinə əsasən, mənzil 16000 manat qiymətləndirilmiş və iddiaçının xeyrinə yüklü edilməsi barədə hüquqların dövlət qeydiyyatı haqqına daşınmaz əmlakın dövət reyestrindən RX seriyalı ******* nömrəli çıxarış rəsmiləşdirilmişdir.

36. Cavabdehlər tərəfindən kredit müqaviləsi üzrə götürülmüş öhdəliklər yerinə yetirilmədiyindən iddiaçı tərəfindən onlara tutmanın ipoteka predmetinə yönəldilməsinə dair bildiriş ünvanlanmış, eyni zamanda reyestr orqanına ərizə göndərilmiş, buna baxmayaraq cavabdehlər bildirişə münasibət bildirməmişlər. Bu səbəbdən də, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmiş, tələb qismən təmin edilmişdir (Bax: hazırki qərarın 21-ci bəndi).

37. İddiaçı tərəf qətnamənin dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, dəlillərini mübahisələndirilən borc məbləğinin Fərmanda nəzərdə tutulan məbləğdən (10000 ABŞ dolları və ya 17000 manat) çox olması, bu səbəbdən də Fərmanda nəzərdə tutulan restruktrizasiyanın cavabdehlərə şamil olunmaması və ipoteka predmetini təşkil edən yaşayış sahələrinin dəyərinin düzgün müəyyən edilməməsi ilə əsaslandırmışdır.

38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə ilkin olaraq qeyd edir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır.

40. Eyni zamanda məhkəmə kollegiyası onu da qeyd edir ki, Azərbaycan Respublikasında əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindən olmasını, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirlərinin əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasını və sair halları nəzərə alan ölkə başçısı tərəfindən, dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixdə 551 nömrəli Fərman imzalanmışdır (Bax: hazırki qərarın 15-ci bəndi).

41. Fərmanda problemli kreditlərlə bağlı məsələlərin həlli ilə bağlı bütün banklara müvafiq dövlət vəsaitinin ayrılmasının qeyd edilməsinə baxmayaraq, iddiaçının Fərmanda qeyd edilən müddəaları nəzərə almadan yenidən mövcud borcun tələbi barədə iddia ilə məhkəməyə müraciətinin tam olaraq təmin edilməsi qanuni və ədalətli hesab edilə bilməz. Belə ki, qeyd edilən Fərmanda Banklar üçün dövlət büdcəsindən ayrılan maliyyə vəsaiti nəzərə alınaraq banklar tərəfindən kredit borcu olan şəxslərlə güzəştli şərtlərlə yeni müqavilələrin bağlanması ilə bərabər, faiz və cərimə məbləğlərinin silinməsi də qeyd edilmişdir.

42. İş materiallarına əlavə edilmiş “Problemli kreditlərin kompensasiyası” barədə əsas məlumatlardan görünür ki, xx.xx.2019-cu il tarixinə Cavabdeh1 İddiaçı BOKT ASC-yə olan 15 000 manat kredit borcu 1536.71 manat azaldılaraq, qalıq borc 13463.29 manat, 6078.45 manat kredit borcu 622.72 manat azaldılaraq qalıq borc 5455.73 manat olmaqla, cəmi borc 18919.02 manat təşkil etmiş, ümumilikdə 2159,44 manat kompensasiya məbləği hesablanmışdır.

43. Göründüyü kimi tərəflər arasında kredit müqaviləsi üzrə mövcud olan borc məbləği dövlət tərəfindən azaldılmışdır. Belə ki, yuxarıda qeyd edilən Fərman vətəndaşlara dəstək və onların maliyyə yükünün azaldılması məqsədilə qəbul olunmuş və dəstəyin həyata keçirilməsi üçün dövlət tərəfindən banklara və kredit təşkilatlarına kifayət qədər şərait yaradılmış, həmin Fərman cavabdeh F.Vəliyə münasibətdə tətbiq edilmişdir. Belə olan halda, iddiaçının cavabdehdən artıq məbləği tələb etməsi qeyd olunan Fərmanın tələblərinə ziddir.

44. Apellyasiya şikayətinin “ipoteka predmetini təşkil edən yaşayış sahələrinin dəyərinin düzgün müəyyən edilməməsi” dəlilinə münasibətdə qeyd edilməlidir ki, cavabdeh tərəf sözügedən yaşayış sahələrinin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilən likvid dəyərindən az olmasını hesab etmiş, qeyd olunan hissədə kollegiya tərəfindən araşdırma aparılmış və nəticədə həmin dəlilin əsassız olması qənaətinə gəlinmişdir. Belə ki, iddiaçı tərəf yaşayış sahəsinin likvid dəyərinin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilən dəyərdən az olmasını bildirsə də, həmin halı sübuta yetirə bilməmişdir. Əksinə, işin apellyasiya mərhələsində əldə edilmiş mütəxəssis rəyi ilə sözügedən yaşayış sahəsinin likvid dəyərinin iddiaçı tərəfin iddia etdiyi dəyərdən yüksək olması müəyyən edilmişdir (Bax: hazırki qərarın 16-cı bəndi).

45. MPM-nin sübutetmə yükü ilə bağlı müddəalarında müəyyən edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (MPM-in 14.2, 77.1, 80, 81-ci maddələri).

46. Bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.

47. Sübutetmə standartı - sübutların qiymətləndirilməsi və faktların müəyyən edilməsi meyarıdır. Nəzərə alınmalıdır ki, iki sübutetmə standartı – “ağlabatan (əsaslı) şübhədən kənar” və “sübutların üstünlüyü” standartları mövcuddur. İşə baxan məhkəmənin qarşısında duran vacib məsələlərdən biri işin faktlarını və hallarını müəyyən etməkdir. Onlara tətbiq edilən qanun-hüquq normaları yekunda çıxarılan məhkəmə qərarının əsasını təşkil edir. Faktları müəyyən etmək üçün məhkəmə ona təqdim edilmiş sübutları qiymətləndirir və sübutetmə standartı məhkəmə prosesinin məqsədləri üçün müəyyən faktın olub-olmamasını müəyyən edən kriteriyadır (meyardır).

48. Kollegiya xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.

49. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Z.Nəsirovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 19 aprel 2018-ci il tarixli Plenum qərarında qeyd olunmuşdur ki, “Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Bununla yanaşı, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir”.

50. Apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası qeyd edir ki, şikayətin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyildir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq,

qətetdi: İddiaçı Bank Olmayan Kredit X14 Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(115)-329/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə 100 (yüz) manat ekspertiza xərci İddiaçı Bank Olmayan Kredit X14 Cəmiyyətindən tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza X1 Agentliyi, KOD 210005, VÖEN **********, m/h AZ 41, NABZ ******************** SWİFT BİK CTREAZ 22,MEM VÖEN **********, hesab AZ34CTRE******************** nömrəli hesabına köçürülsün. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə təqdim edilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar