Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-71/2023 01.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Hüseynov Mirbahəddin Mirdamət oğlu (sədrlik edən və məruzəçi), X6 və Hüseynov Salman Bilal oğlundan ibarət tərkibdə, Məmmədova Maya Vahid qızının katibliyi ilə, iddiaçı (cavabdeh) İddiaçı1 və vəkili Vəkil2, cavabdeh (iddiaçı) Cavabdeh vəkili Vəkil1 iştirakı ilə, İddiaçı1 Cavabdeh qarşı pul tələbinə dair, iddiaçı Cavabdeh İddiaçı1 qarşı pul və sair tələblərinə dair kommersiya işi üzrə Gəncə Kommesiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən tərəflərin verdiyi apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: “X1 məxsus X12 və satışı məntəqəsinin köçürülməsi və Cavabdeh adına rəsmiləşdirilməsi haqqında” Gəncə şəhər İcra Hakimiyyəti başçısının 30 dekabr 1998-ci il tarixli, 6036 saylı sərəncamından görünür ki, şəhər əhalisinin və nəqliyyat vasitələrinin tələbatını təmin etmək məqsədilə X12 və satışı məntəqəsinin təşkili və sahibkarlıq fəaliyyətilə məşğul olmaq üçün Dəmiryolu xəstəxanasının cənub hissəsindəki boş ərazidə torpaq sahəsinin ayrılması və Cavabdeh adına rəsmiləşdirilməsi qərara alınmışdır. Cavabdeh ilə İddiaçı1 arasında bağlanmış 29 iyul 2009-cu il tarixli barışıq sazişindən görünür ki, barışıq sazişi aşağıdakı şərtlərlə bağlanmışdır:
1. İddiaçı1 X12 məntəqəsi və həmin məntəqənin yerləşdiyi əraziyə olan hüquqlarından imtina etməsi müqabilində Cavabdeh 140000 ABŞ dolları məbləğində pul verməyi;
2. Cavabdeh X12 məntəqəsinin və həmin məntəqənin yerləşdiyi ərazinin (xx.xx.1998-ci il tarixli sərəncamla ayrılmış sahənin) İddiaçı1 adına sənədləşdirilməsi və özəlləşdirilməsi üçün lazım olan sənədlərlə (etibarnamə, arayış və s.) təmin etməyi və ondan asılı olan bütün hüquqi hərəkətləri etməyi öhdəsinə götürmüşdür. X9 Məhkəməsinin 31 iyul 2009-cu il tarixli, 2-1(84)-221/2009 saylı qərardadı ilə Cavabdeh ilə İddiaçı1 arasında bağlanmış 29 iyul 2009-cu il tarixli barışıq sazişi yuxarıda qeyd edilən şərtlərlə təsdiq edilərək, iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 20 oktyabr 2020-ci il tarixli, 2(102)-4567/2020 saylı qərarından görünür ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 16 may 2017-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs İddiaçı1 qarşı qeydiyyatın və çıxarışın ləğv edilməsi tələbinə dair iddiası təmin edilərək, Gəncə şəhəri Kəpəz rayonu, Dəmiryolu xəstəxanasının cənub hissəsində yerləşən qeyriyaşayış binasından (yanacaqdoldurma məntəqəsi) ibarət daşınmaz əmlakla bağlı daşınmaz əmlakın dövlət reyestrində 02 fevral 2010-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə 02 nömrəli reyestr kitabının 181 nömrəli vərəqində İddiaçı1 adına qeydə alınmış xüsusi mülkiyyət hüququna dair qeydiyyatın, həmin qeydiyyata dair MA seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və həmin əmlaka dair texniki pasportun ləğv edilməsi, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmiş, X5 Məhkəməsi Mülki kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(104)-1209/2020 saylı qətnaməsi ilə, Gəncə Apellyasiya Məhkəməsinin qeyd olunan qətnaməsi isə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 20 oktyabr 2020-ci il tarixli, 2(102)-4567/2020 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.
Birinci instansiya məhkəməsində icraat
İddiaçı1 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 140000 ABŞ dollarının ödəniş anına manatla məzənnəsi və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh uzun müddətdir ki, tanıyır və şərikli olaraq X12 məntəqəsi işlətmişlər. Aralarında yaranan narazılıq ucbatından Cavabdeh 2009-cu ildə ona qarşı X12 məntəqəsindən çıxarılma tələbinə dair iddia qaldırdığından o da Cavabdeh qarşı daşınmaz əmlak üzərində mülkiyyət hüququnun tanınması barədə iddia qaldırmışdır. Həmin məhkəmə çəkişməsi ən sonunda barışıq sazişi ilə sona yetmişdir. Belə ki, X9 Məhkəməsinin 31 iyul 2009-cu il tarixli, 2-1(84)- 221/2009 saylı qərardadı ilə onların aralarında barışıq sazişi təsdiqlənmişdir. Həmin barışıq sazişinə əsasən Cavabdeh 140.000 ABŞ dolları məbləğində pul verməyi öhdəsinə götürmüş, Cavabdeh isə X12 məntəqəsinin və həmin məntəqənin yerləşdiyi ərazinin onun adına sənədləşdirilməsi və özəlləşdirilməsi üçün lazım olan sənədlərlə təmin etməyi və ondan asılı olan bütün hüquqi hərəkətləri etməyi öhdəsinə götürmüşdür. Qərardad çıxarıldıqdan sonra X9 Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2-1(84)-221/2009 saylı icra vərəqəsi icra olunması üçün Gəncə şəhər Kəpəz Rayon Məhkəmə Nəzarətçiləri və Məhkəmə İcraçıları Bölməsinə göndərilmişdir. Həmin bölmənin xx.xx.2009-cu il tarixli 980 saylı məktubu ilə icra vərəqəsi icra edilməsi üçün Azərbaycan Respublikası ƏMDK-nin Reyestr Xidmətinin Gəncə Ərazi İdarəsinə göndərilmişdir. Qərardad icra edilmiş və X12 məntəqəsi onun adına özəlləşdirilərək hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasport verilmişdir. Qeyd edilənlərdən belə anlamaq olar ki, cavabdeh X12 məntəqəsində olan payını 140 min ABŞ dollarına ona satmışdır. Qeyd edilən X12 məntəqəsi hazırkı tarixədək onun mülkiyyətində və istifadəsində olmuşdur. 2015-ci ildən cavabdehin ona qarşı müxtəlif əsassız iddiaları və eyni zamanda cavabdehin arvadının ona qarşı qaldırdığı əsassız iddialarla o faktiki olaraq mülkiyyət hüququndan məhrum edilmək üzrədir. Məhkəmələrin mövqeyindən belə aydın olur ki, onun ümumiyyətlə mübahisəli X12 məntəqəsinə heç bir hüququ yoxdur. Onda belə bir sual yaranır ki, bəs onun cavabdehə ödədiyi 140 min ABŞ dollarının aqibəti necə olacaqdır? Odur ki, məcbur olub hazırda cavabdehdən 140 min ABŞ dollarının alınıb ona verilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehə 140 min ABŞ dolları ödədiyini məhkəmə iclasında təqdim edəcəyi sübutlar və şahid ifadələri ilə tam sübuta yetirəcəkdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli 2(044)- 819/2021 saylı qərardadı ilə İddiaçı1 Cavabdeh qarşı pul tələbi ilə bağlı iddiasına dair mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. İddiaçı Cavabdeh da cavabdeh İddiaçı1 qarşı pul tələbinə dair iddia ərizəsi ilə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh İddiaçı1 maddi zərərə görə ******* manat, mənəvi zərərə görə isə 500000 manat məbləğində pul tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh İddiaçı1 ilə iddiaçı Cavabdeh arasında olan məhkəmə mübahisələri nəticədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-4567/2020 saylı qərarı ilə sona çatmış və qeyd edilən qərarla Gəncə şəhəri Kəpəz rayonu, Dəmiryol xəstəxanasının cənub hissəsində (Dəmiryol vağzalının yaxınlığında) yerləşən mübahisəli X12 məntəqəsinə dair cavabdeh İddiaçı1 adına DƏDRX-də aparılmış mülkiyyət hüququna dair qeydiyyatın, sonuncuya DƏDRX-nin Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş çıxarış və texniki pasportun ləğv edilməsi barədə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 16 may 2017-ci il tarixli qətnaməsi qüvvəyə minmişdir. Cavabdehin adına DƏDRX-də qeydiyyatın, verilmiş çıxarış və texniki pasportun ləğv edilməsinə dair məhkəmə aktının xx.xx.2020-ci il tarixdə qüvvəyə minməsini nəzərə alaraq və həmin məhkəmə aktını rəhbər tutaraq iddiaçı Cavabdeh hesab edir ki, cavabdeh İddiaçı1 qanunsuz olaraq, uzun illər (2009-cu ildən hazıra qədər) mübahisəli X12 məntəqəsindən istifadə edərək, ondan qanunsuz olaraq faydalanmışdır. Belə vəziyyətdə, yəni mübahisəli X12 məntəqəsinin 2009-cu il tarixdən hazıra qədər cavabdeh İddiaçı1 qanunsuz istifadəsində olduğunu və həmin məntəqədən əldə edilən gəlirlərin də sonuncu tərəfindən götürüldüyünü nəzərə alaraq iddiaçı Cavabdeh hesab edir ki, İddiaçı1 həmin dövr ərzində mübahisəli yanacaq doldurma məntəqəsindən əldə etdiyi gəlirləri ona qaytarmalıdır. İddiaçı Cavabdeh tərəfindən aparılan hesablamalara əsasən 2009-cu il tarixdən hazırkı vaxta qədər, yəni on bir il ərzində mübahisəli X12 məntəqəsindən əldə olunan gəlirlər 1.500.000 manat təşkil etmişdir. Göstərilənlərdən əlavə, tərəflər arasında mübahisəli X12 məntəqəsi ilə əlaqədar uzun illər davam edən məhkəmə araşdırmaları nəticədə iddiaçı Cavabdeh psixikasına və ümumilikdə səhhətinə mənfi təsir göstərməklə, ona ciddi mənəvi zərər yetirmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli 2(043)-476/2021 saylı qərardadı ilə iddiaçı Cavabdeh İddiaçı1 qarşı maddi-mənəvi zərərin ödənilməsi tələbi ilə bağlı iddiasına dair mülki iş də aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. Gəncə Kommersiya Məhkəməsinin 07 iyul 2021-ci il tarixli qərardadı ilə iddiaçı Cavabdeh İddiaçı1 qarşı maddi-mənəvi zərərin əvəzi tələbinə dair iddiası üzrə 2-2(115)- 752/2021 nömrəli kommersiya işi İddiaçı1 Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə 2- 2(115)-411/2021 saylı kommersiya işinə birləşdirilmişdir. İddiaçı Cavabdeh 07 iyul 2021-ci il tarixdə Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilkin təqdim olunmuş iddia ərizəsində göstərilən tələblər olduğu kimi saxlanılmaqla həmin tələblərin tam olaraq təmin edilməsi, həmçinin Gəncə şəhəri Kəpəz rayonu, Dəmiryol xəstəxanasının cənub hissəsində (Dəmiryol vağzalının yaxınlığında) yerləşən mübahisəli X12 məntəqəsinin onun sahiblik və istifadəsinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh 19 oktyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəyişdirilməsi barədə yeni ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində (sonrakı dəyişiklik də nəzərə alınmaqla) göstərilən bütün tələblərin olduğu kimi saxlanılması və tam təmin edilməsini, habelə iddia tələbinin maddi zərər hissəsinin 251000 manat müəyyən edilərək, bu pul məbləğinin də cavabdeh İddiaçı1 tutularaq ona ödənilməsini xahiş etmişdir. Bundan başqa, iddiaçı Cavabdeh İddiaçı1 qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə müraciət edərək, Gəncə şəhəri Kəpəz rayonu, Dəmiryol xəstəxanasının cənub hissəsində yerləşən X12 məntəqəsində olan bütün avadanlıqların, o cümlədən X12q üçün nəzərdə tutulmuş bütün cihazlar – yüksək təzyiqli tutum 3 ədəd çən, yanğın əleyhinə 1 ədəd çən, yanğın əleyhinə digər alətlərlə lövhə, 2 ədəd kompressor resiverlə birgə, 1 ədəd qaz paylayıcı kolonka, sayğac 3 ədəd, yüksək təzyiqli borular və onların ventilləri, elektrik lövhəsi tərkibində elektrik sayğacı və elektrik avtomatlarının cavabdeh İddiaçı1 alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri Kəpəz rayonu, Dəmiryol xəstəxanasının cənub hissəsində yerləşən X12 məntəqəsi onun tərəfindən şəxsi vəsaiti hesabına inşa edilmiş və sahibkar kimi həm qeyri-yaşayış sahəsi, həm də biznes fəaliyyəti 1999-cu ildən ona məxsus olmuşdur. X12 məntəqəsində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar bütün sənədlər, o cümlədən müvafiq lisenziyalar, icazələr və digər zəruri sənədlər məhz onun adına rəsmiləşdirilmişdir. Cavabdeh İddiaçı1 həmin X12 məntəqəsində onun icazəsiylə işləmiş və onların arasında ilk dövrlər icarə münasibətləri olmuş, sonradan isə cavabdehin maddi imkanı olmadığından bir işçi kimi orada fəaliyyət göstərmişdir. İcarə müqaviləsi xx.xx.1999-cu il tarixdən başlayaraq davam etmişdir. Cavabdeh İddiaçı1 obyekti işlətməyə cəhd etsə də, maddi imkanlarının olmaması üzündən icarə müqaviləsinin bir sıra bəndlərini icra edə bilməmiş, bu səbəbdən obyektin lisenziya haqları və bütün xərcləri, o cümlədən məntəqədə olan bütün avadanlıqların pulu onun tərəfindən ödənilmişdir. Bu baxımdan, cavabdeh faktiki olaraq həmin obyektdə işçi kimi fəaliyyət göstərmiş, ilk dövrlər obyekti işlətməsinə görə icarə haqları və gəlir ona ödənilsə də, sonradan cavabdeh obyektin zərərə işlədiyini bildirərək, ona heç bir ödəniş etməmişdir. Bundan sonra, aralarında məhkəmə mübahisələri başlamış, o, cavabdehin ona məxsus X12 məntəqəsindən çıxarılması barədə iddia qaldırdıqdan sonra cavabdeh qeyri-yaşayış sahəsinin ondan satın almaq üçün pul tapacağını, borc alıb 140.000 ABŞ dolları ödəyəcəyini bildirmiş və onunla 2009-cu ildə barışıq sazişi bağlamışdır. Bu zaman onların sazişə görə şərtləri qeyri-yaşayış sahəsinin 140.000 ABŞ dolları müqabilində cavabdehin adına rəsmiləşdirilməsi olmuşdur. Lakin, cavabdeh onu aldadaraq pulunu tam verməmiş, onun razılığı olmadan obyekti öz adına gizlicə dövlət reyestrində qeydiyyat aparılmaqla rəsmiləşdirmişdir. Bununla əlaqədar uzun müddət məhkəmə araşdırmaları aparılmış, nəticədə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 16 may 2017-ci il tarixli, 2(043)-1589/2017 saylı qətnaməsi ilə mübahisəli qeyri-yaşayış sahəsinə dair cavabdeh İddiaçı1 adına aparılmış qeydiyyat və ona verilmiş çıxarış ləğv edilmişdir. O öz biznesini, yəni sahibkarlıq fəaliyyətini, o cümlədən qeyri-yaşayış sahəsində olan avadanlıqları, cihazları cavabdehə satmamış və bununla əlaqədar onunla hər hansı saziş bağlamamışdır. Əksinə, 2015-ci ilə qədər sahibkarlıqla əlaqədar bütün sənədlər, o cümlədən lisenziyalar onun adına olmuşdur. Buna baxmayaraq, cavabdeh İddiaçı1 X12 məntəqəsindən istədiyi kimi istifadə etmiş, ona bu günə qədər gəlirdən heç bir vəsait ödəməmiş, onu mübahisəli qeyri-yaşayış sahəsinə buraxmamış, sahibkarlıq fəaliyyəti ilə əlaqədar ona maliyyə əməliyyatları və gəlirləri barədə sənədlər təqdim etməmiş, obyektdə olan və onun vəsaiti hesabına alınmış avadanlıq və cihazların hansı vəziyyətdə olması barədə ona məlumat verməyərək, həmin avadanlıqları (orada olan bütün avadanlıqlar və cihazlar onun puluna alınmışdır) ona qaytarmır. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli 2(043)- 19/2021 saylı qərardadı ilə iddiaçı Cavabdeh İddiaçı1 qarşı əmlak tələbi ilə bağlı iddiasına dair iş aidiyyəti üzrə baxılması üşün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. Gəncə Kommersiya Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli 2-2(115)-411/2021 saylı qərardadı ilə iddiaçı Cavabdeh İddiaçı1 qarşı əmlak tələbinə dair iddiası üzrə 2- 2(115)-965/2021 nömrəli kommersiya işi məhkəmənin icraatında olan İddiaçı1 Cavabdeh qarşı pul tələbinə və iddiaçı Cavabdeh İddiaçı1 qarşı maddi-mənəvi zərərin əvəzi və X12 məntəqəsinin sahiblik və istifadəsinə qaytarılması tələblərinə dair 2-2(115)-411/2021 saylı kommersiya işinə birləşdirilərək, birləşmiş işlərə 2-2(115)-411/2021 nömrəsi verilmişdir. Gəncə Kommersiya Məhkəməsinin (hakim R.Məmmədov) 04 noyabr 2021-ci il tarixli 2-2(115)-411/2021 saylı qətnaməsi ilə İddiaçı1 Cavabdeh qarşı pul tələbinə dair iddiasının qismən təmin edilməsi, 60000 ABŞ dollarının ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh İddiaçı1 xeyrinə tutulması, iddianın qalan hissəsinin təmin edilməməsi, iddiaçı Cavabdeh İddiaçı1 qarşı maddi-mənəvi zərərin əvəzinin ödənilməsi, X12 məntəqəsinin sahiblik və istifadəsinə qaytarılması tələblərinə dair iddiasının qismən təmin edilməsi, Gəncə şəhəri Kəpəz rayonu, Dəmiryol xəstəxanasının cənub hissəsində (Dəmiryol vağzalının yaxınlığında) yerləşən X12 məntəqəsinin iddiaçı Cavabdeh sahiblik və istifadəsinə verilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi, habelə iddiaçı Cavabdeh İddiaçı1 qarşı əmlak tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Apellyasiya instansiyasında birinci icraat:
Birinci instansiya məhkəməsinin qətnaməsindən narazı qalan İddiaçı1 apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilib onun pul tələbinə dair iddiasının tam təmin edilməsini, Cavabdeh iddia tələblərinin isə rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mülki Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə dövlət qeydiyyatı tarixindən əmələ gəlir. Qanunun tələblərindən göründüyü kimi, məhkəmə Cavabdeh iddiasının qismən - Gəncə şəhəri Kəpəz rayonu, Dəmiryol xəstəxanasının cənub hissəsində (Dəmiryol vağzalının yaxınlığında) yerləşən X12 məntəqəsinin iddiaçı Cavabdeh sahiblik və istifadəsinə verilməsi nəticəsinə gələrkən haqlı olmamışdır; belə ki, Cavabdeh əmlakın ona məxsusluğu ilə bağlı hər hansı sənəd təqdim etmədiyinə görə məhkəmə iddianı həmin hissədə təmin edə bilməzdi. Məhkəmə prosesi zamanı Cavabdeh İddiaçı1 140 000 ABŞ dolları almasını təsdiq edən iki şahidin olması barədə vəsatət verilsə də, məhkəmə tərəfindən həmin vəsatət təmin edilməmiş, bununla bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının olması, birinci instansiya məhkəməsində 60 000 ABŞ dollarından başqa əlavə pulun olmasının sübuta yetirilə bilməməsi bildirilmişdir. MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli, tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verir, heç bir sübutun məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəsi yoxdur Göründüyü kimi, məhkəmə prosessual normanın tələblərini pozaraq İddiaçı1 müstəqil tələb irəli sürmək imkanından mərhum etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 2-1(104)-239/2015 saylı xx.xx.2015-ci il tarixli qərardadında apellyasiya şikayəti üzrə izahatlar hissəsində Cavabdeh izahatında İddiaçı1 80 000 dollar alması, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 20 oktyabr 2020-ci il tarixli qərarında isə 60 000 dollar alması bildirilmişdir. Göründüyü kimi, Cavabdeh fərqli məhkəmə icraatları zamanı verdiyi izahatlarda ziddiyyət olduğuna görə birinci instansiya məhkəməsi Ali Məhkəmənin Mülki Kollegiyasının qərarını 60 000 dollar verilməsi ilə bağlı preyudisiya kimi tətbiq edə bilməzdi. xx.xx.2022-ci il tarixdə məhkəməyə təqdim olunan apellyasiya şikayətinə əlavədə qeyd edilir ki, Gəncə Apellyasiya Məhkəməsinin Mulki kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(104)1607/2021 saylı qətnaməsində (5-ci səhifənin 6-cı abzasında) barışıq sazişinin şərti kimi 140 000 ABŞ dolları məbləğində pulun iddiaçıya tam olaraq ödənilməsi qeyd olunmuş, qətnamədən şikayət verilməmş və qətnamə qanuni qüvvəsini almışdır. Bu fakt sübuta yetirir ki, Cavabdeh barışıq sazişinin şərti kimi 140000 ABŞ dollarını İddiaçı1 almışdır. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan Cavabdeh apellyasiya şikayəti verərək Gəncə Kommersiya Məhkəməsinin 2-2(115)-411/2021 saylı 04 noyabr 2021-ci il tarixli qətnaməsinin Cavabdeh iddia tələblərinin təmin olunmaması hissəsində ləğv edilməsini, həmin hissədə iddia tələblərinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddia tələblərinin mübahisəli qeyri-yaşayış sahəsinin daxilində olan avadanlıqlara dair hissəsinə münasibətdə MM-in 157.2-ci maddəsini tətbiq etməmiş, Cavabdeh məxsus yanacaq doldurma məntəqəsində olan və icra məmuru tərəfindən siyahıya alınan əmlaklara münasibətdə heç bir araşdırma aparmamış, bununla da iddiaçının mülkiyyət hüquqları pozulmuş, habelə Cavabdeh maddi zərərlə bağlı iddiasına münasibətdə MM-in 21.2-ci maddəsinin tələblərini tətbiq etməli olduğu halda bunu etməmiş, nəzərə almamışdır ki, cavabdeh İddiaçı1 2009-cu ildən hazıra qədər iddiaçıya məxsus daşınmaz əmlakdan qanunsuz faydalanmaqla, iddiaçını mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirdən məhrum etmişdir. Maddi zərər tələbi üzrə icarə haqqının tərəflərin razılaşması ilə müəyyən edildiyini qeyd edən birinci instansiya məhkəməsi diqqət yetirməmişdir ki, mübahisənin predmeti icarə münasibətlərinin aydınlaşdırılması ilə bağlı olmayıb, iddiaçıya dəyən zərərin miqdarının müəyyən edilməsi ilə əlaqədardır, belə hallarda yeni mübahisə predmetlərinin dəyəri müəyyən edilərkən mülki qanunvericilikdə “bazar qiyməti” institutuna müraciət edilir. Habelə, birinci instansiya məhkəməsi “müvafiq səlahiyyətə malik olmayan şəxs tərəfindən verilmiş rəyin qanunazidd olması” barədə fikirləri tamamilə əsassız olmuşdur, təqdim edilmiş rəyin mötəbərliyi şübhə doğururdusa məhkəmənin mübahisəni araşdırmaq üçün səlahiyyətli ekspertiza mərkəzinə müraciət etmək imkanları var idi. Lakin, birinci instansiya məhkəməsi vəsatətlərin olmasına baxmayaraq iş üzrə bu hissədə heç bir araşdırma aparmamışdır. İddia tələblərinin qalan hissəsində də, xüsusən mübahisəli qeyriyaşayış sahəsinin daxilində olan avadanlıqlara dair ümumiyyətlə heç bir araşdırma aparılmamış, bu hissədə iddia tələblərinə heç bir münasibət bildirilməmişdir. Bununla da birinci instansiya məhkəməsi mübahisənin düzgün həlli üçün son dərəcə əhəmiyyətli olan mühüm halları araşdırmamış, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam, obyektiv tədqiqinə lazımi şərait yaratmamışdır. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 4 may tarixli, 2-2(104)-70/2022 saylı qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, Gəncə Kommersiya Məhkəməsinin 2021-ci il 4 noyabr tarixli, 2-2(115)-411/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – A.İsgəndərova, hakimlər – E.Xasməmmədov və İ.Həsənov). Məhkəmə kollegiyası İddiaçı1 apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək müəyyən etmişdir ki, həmin şikayətdə birinci instansiya məhkəməsinin qətnaməsi ilə Gəncə şəhəri Kəpəz rayonu, Dəmiryol xəstəxanasının cənub hissəsində yerləşən X12 məntəqəsinin Cavabdeh sahiblik və istifadəsinə verilməsi ilə bağlı sonuncunun tələbinin təmin edilməsinin əsassız olması qeyd edilmiş, Cavabdeh 140.000 ABŞ dollarını verdiyini, həmçinin bu faktı təsdiq edəcək şahidləri olsa da, məhkəmə tərəfindən dindirilmədiyi və Gəncə Apellyasiya Məhkəməsinin 2021-ci il 17 iyun tarixli qətnaməsi ilə bu faktın tam sübuta yetirildiyi bildirilmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, şahidlərin dindirilməsi məqsədilə yenidən məhkəmə iclası təxirə salınmaqla iddiaçıya şərait yaradılmış, lakin həmin şahidlərin iştirakı təmin edilməmiş, iş materiallarına əvvəldə təqdim olunan və hüquqi qiymət verilən X2 notarial ərizəsi təqdim edilmişdir. Bununla yanaşı, İddiaçı1 tərəfindən 140.000 ABŞ dollarının Cavabdeh tam olaraq ödənilməsi xüsusatına Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2020-ci il 20 oktyabr tarixli, 2(102)-4567/2020 saylı qərarı ilə qüvvədə saxlanılan Gəncə Apellyasiya Məhkəməsinin 2020-ci il 13 fevral tarixli qətnaməsi ilə hüquqi qiymət verilmişdir. Beləliklə, yuxarıda qeyd olunan və qanuni qüvvədə olan məhkəmə aktına əsasən, İddiaçı1 60.000 ABŞ dollarını Cavabdeh verməsi, 80.000 ABŞ dollarının isə təkzib edilməsi halı, MPM-in 82.3-cü maddəsinə əsasən, preyudisial əhəmiyyətə malikdir. Mübahisəli məbləğ olan 140.000 ABŞ dollarının hansı hissədə Cavabdeh verilibverilməməsi, məbləğin tamlığı və digər hallar artıq qanuni qüvvədə olan məhkəmə aktı ilə müəyyən edildiyindən həmin halın digər məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi istisna olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd olunan qərarı ilə Cavabdeh mübahisəli yanacaq doldurma məntəqəsi üzərində mülkiyyət və sahiblik hüquqları bilavasitə bərpa edilmiş, belə olan halda mülkiyyətçinin öz mülkiyyətindəki hər hansı obyektə istisnasız sahiblik və istifadə hüququ realizə olunmalı idi. Hazırkı halda apellyasiya şikayəti verilmiş birinci instansiya məhkəməsinin qətnaməsi ilə Cavabdeh mülkiyyətində olan əmlaka hüququnun realizəsinə hüquqi qiymət verilmiş və əsaslı olaraq sonuncunun iddia tələbi qeyd olunan hissədə təmin olunmuşdur. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən onun iddia tələbinin tərkib hissəsi olan maye qaz yanacaq doldurma məntəqəsində olan bütün avadanlıqların alınaraq ona verilməsi hissəsində təmin edilməməsi ilə razılaşmamış və buna hüquqi qiymət verilməməsini qeyd etmişdir. Məhkəmə kollegiya belə hesab etmişdir ki, maye qaz yanacaq doldurma məntəqəsində yerləşən avadanlıqlar bilavasitə fərdi müəyyən olunan əşyalardır və onların təyinatı məhduddur. Belə olduqda yanacaq doldurma məntəqəsinin özünə Cavabdeh sahiblik və istifadə hüququnun realizəsinə yönələn tələbin təmini ilə bilavasitə həmin müəssisədə yerləşən avadanlıqlara da sonuncunun hüquqları bərqərar olmuşdur. Apellyasiya şikayətinin əldən çıxmış fayda kimi dəyən maddi zərər və mənəvi ziyanla bağlı hissəsinə isə qiymət verərkən kollegiya hesab etmişdir ki, sözügedən qeyriyaşayış sahəsi 2009-cu il 29 iyul tarixli barışıq sazişinin icrası nəticəsi olaraq İddiaçı1 sahibliyinə keçmiş, bu illər ərzində sonuncu həmin əmlaka vicdanlı sahiblik etmiş, adına rəsmiləşdirilmişdir. Belə olduqda isə Cavabdeh iddia etdiyi kimi obyektdən istifadə etməməsinə görə hər hansı dəymiş maddi və mənəvi zərər istisna edilir. Zərərin ödənilməsi ilə bağlı istənilən tələbdə ilk öncə zərərin mövcudluğunu və həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutulur. Zərər, öz qanunazidd davranışı ilə onun yaranmasına səbəb olmuş şəxsə, yaxud şəxslərə aid edilir. Yəni, şəxsin fəaliyyəti ilə zərərin yaranması arasında səbəbli əlaqə mövcud olmalıdır. Çünki zərərin yaranmasının əsasında bir şəxsin başqasının mülkiyyət hüquqlarının pozulmasına yönələn təqsirli hərəkəti və ya hərəkətsizliyi dayandığı halda, təqsiri olan şəxs həmin zərərin əvəzini ödəmək öhdəliyini daşıyır. Güman və yaxud ehtimal edilən hadisə və hərəkətlər məsuliyyətin yaranması ilə nəticələnmir. Sübut hüququnun prinsiplərinə görə iş üzrə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materiallarından göründüyü kimi, Cavabdehla digər tərəf İddiaçı1 əvvəldən işgüzar münasibətdə olsalar da, sonradan tərəflər arasında münasibətlər pozulmaqla aralarında uzunmuddətli məhkəmə çəkişmələri olmuş, bu müddət ərzində hər bir tərəf tələbinin əsaslı olduğunu ehtimal etmişdir. Beləliklə, kollegiya sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab etmişdir ki, yalnız Cavabdeh şifahi bildirdiyi formal mülahizələr əsasında iddianın maddi-mənəvi ziyan tələbinə dair hissədə sübut edilməsi mümkün olmadığından birinci instansiya məhkəməsi iddia tələbinin həmin hissədə təmin edilməməsi ilə bağlı əsaslı nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 21.1, 21.2, 152.1-152.5, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-ci il 23 fevral tarixli, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarlarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarının 2-ci bəndinə, 2001-ci il 25 dekabr tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “İnsan hüquqlarının və X3 haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1, MPM-in 14.2, 76.1, 77.1, 82.3, 88, 372-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin qətnaməsi 2022-ci il 26 may tarixində Cavabdeh, 2022-ci il 27 may tarixində İddiaçı1 təqdim olunmuşdur. Gəncə Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2022-ci il 4 may tarixli, 2- 2(104)-70/2022 saylı qətnaməsindən İddiaçı1 2022-ci il 14 iyul tarixində kassasiya şikayəti, daha sonra 2022-ci il 31 avqust tarixində kassasiya şikayətinə əlavə verərək onun ləğv olunmasını, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Cavabdeh da qeyd edilən qətnamədən 2022-ci il 25 iyul tarixində kassasiya şikayəti verərək qətnamənin onun iddia tələblərinin təmin olunmaması hissəsində ləğv olunmasını və həmin hissədə iddia tələblərinin təmin edilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir.
Kassasiya instansiyasında icraat:
Gəncə Apellyasiya Məhkəməsinin 04 may 2022-ci il tarixli 2-2(104)-70/2022 saylı qətnaməsindən narazı qalan İddiaçı1 və Cavabdeh kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-614/2022 saylı qərarı ilə Gəncə Apellyasiya Məhkəməsi Kommersiya kollegiyasının 04 may 2022-ci il tarixli 2-2(104)-70/2022 saylı qətnaməsi qismən, Cavabdeh iddiasının təmin olunmadığı hissəsində ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiyasında ikinci (hazırkı) icraat:
Yuxarıda qeyd edildiyi kimi, Gəncə Kommersiya Məhkəməsinin (hakim R.Məmmədov) 04 noyabr 2021-ci il tarixli 2-2(115)-411/2021 saylı qətnaməsi ilə İddiaçı1 Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilərək 60000 ABŞ dollarının ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh İddiaçı1 xeyrinə tutulması, iddianın qalan hissəsinin təmin edilməməsi, eyni zamanda, iddiaçı Cavabdeh İddiaçı1 qarşı maddimənəvi zərərin əvəzinin ödənilməsi, əmlak və X12 məntəqəsinin sahiblik və istifadəsinə qaytarılması tələblərinə dair iddiası qismən təmin edilərək Gəncə şəhəri Kəpəz rayonu, Dəmiryol xəstəxanasının cənub hissəsində (Dəmiryol vağzalının yaxınlığında) yerləşən X12 məntəqəsinin iddiaçı Cavabdeh sahiblik və istifadəsinə verilməsi, iddianın qalan hissələrinin təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən tərəflər apellyasiya şikayəti vermişlər. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 4 may tarixli, 2-2(104)-70/2022 saylı qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, Gəncə Kommersiya Məhkəməsinin 2021-ci il 4 noyabr tarixli, 2-2(115)-411/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsinin qətnaməsindən yenə də hər iki tərəf kassasiya şikayəti vermişdir. Ali Məhkəmənin Kommersiya Kollegiyasının 11 noyabr 2022-ci il tarixli, 2(102)- 614/2022 saylı qərarı ilə İddiaçı1 kassasiya şikayəti təmin edilməmiş, Cavabdeh kassasiya şikayəti isə qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsi Kommersiya kollegiyasının 04 may 2022-ci il tarixli 2-2(104)-70/2022 saylı qətnaməsi qismən, Cavabdeh iddiasının təmin olunmadığı hissəsində ləğv edilərək iş həmin hissədə yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Ona görə də hazırkı apellyasiya icraatının predmetini Cavabdeh iddiasının birinci instansiya məhkəməsi tərəfindən təmin olunmamış və apellyasiya instansiyası məhkəməsi tərəfindən də dəyişdirilmədən saxlanılan, yəni pul və əmlak tələbləri ilə bağlı hissələrinə yenidən baxılması təşkil edir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları.
a) apellyasiya şikayətinin dəlilləri Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan Cavabdeh apellyasiya şikayəti verərək Gəncə Kommersiya Məhkəməsinin 2-2(115)-411/2021 saylı 04 noyabr 2021-ci il tarixli qətnaməsinin onun iddia tələblərinin təmin olunmadığı hissələrində ləğv edilməsini, həmin hissələrdə də iddia tələblərinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddia tələblərinin mübahisəli qeyri-yaşayış sahəsinin daxilində olan avadanlıqlara dair hissəsinə münasibətdə Mülki Məcəllənin 157.2-ci maddəsini tətbiq etməmiş, ona məxsus yanacaq doldurma məntəqəsində olan və icra məmuru tərəfindən siyahıya alınan əmlaklara münasibətdə heç bir araşdırma aparmamış, bununla da onun mülkiyyət hüquqları pozulmuşdur. Habelə, onun maddi zərərlə bağlı iddia tələbinə münasibətdə MM-in 21.2-ci maddəsinin tələblərini tətbiq etməli olduğu halda bunu etməmiş, nəzərə almamışdır ki, cavabdeh İddiaçı1 2009-cu ildən hazıra qədər ona məxsus daşınmaz əmlakdan qanunsuz faydalanmaqla, onu mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirdən məhrum etmişdir. Maddi zərər tələbi üzrə icarə haqqının tərəflərin razılaşması ilə müəyyən edildiyini qeyd edən birinci instansiya məhkəməsi diqqət yetirməmişdir ki, mübahisənin predmeti icarə münasibətlərinin aydınlaşdırılması ilə bağlı olmayıb ona dəyən zərərin miqdarının müəyyən edilməsi ilə əlaqədardır, belə hallarda yeni mübahisə predmetlərinin dəyəri müəyyən edilərkən mülki qanunvericilikdə “bazar qiyməti” institutuna müraciət edilir. Habelə, birinci instansiya məhkəməsinin “müvafiq səlahiyyətə malik olmayan şəxs tərəfindən verilmiş rəyin qanunazidd olması” barədə fikirləri tamamilə əsasssız olmuşdur; təqdim edilmiş rəyin mötəbərliyi şübhə doğururdusa məhkəmənin mübahisəni araşdırmaq üçün səlahiyyətli ekspertiza qurumuna müraciət etmək imkanları var idi. Lakin, birinci instansiya məhkəməsi vəsatətlərin olmasına baxmayaraq iş üzrə bu hissədə heç bir araşdırma aparmamışdır. İddia tələblərinin qalan hissəsində, xüsusən mübahisəli qeyriyaşayış sahəsinin daxilində olan avadanlıqlara dair ümumiyyətlə heç bir araşdırma aparılmamış, bu hissədə iddia tələblərinə heç bir münasibət bildirilməmişdir. Bununla da birinci instansiya məhkəməsi mübahisənin düzgün həlli üçün son dərəcə əhəmiyyətli olan mühüm halları araşdırmamış, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam, obyektiv tədqiqinə lazimi şərait yaratmamışdır.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Apellyasiya şikayətinə qarşı əks tərəfin yazılı etirazı daxil olmamışdır.
c) apellyasiya icraatı iştirakçılarının izahatları
Məhkəmə iclasında Cavabdeh vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək Gəncə Kommersiya Məhkəməsinin 2-2(115)-411/2021 saylı, 04 noyabr 2021-ci il tarixli qətnaməsinin Cavabdeh iddia tələblərinin təmin olunmayan hissəsində ləğv edilməsini, həmin hissədə də iddia tələblərinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı1 və vəkili Vəkil2 izahat verərək Cavabdeh apellyasiya şikayətinin dəlillərinin və onun birinci instansiya məhkəməsi tərəfindən təmin olunmamış iddia tələblərinin tamamilə əsassız olduğunu bildirmiş, Cavabdeh apellyasiya şikayətinin və iddia tələblərinin rədd edilməsini xahiş etmişlər.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Konstitusiyasının: - 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; - 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur; - həmin maddənin İİİ hissəsinə görə, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
21. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququ bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-ci il 23 fevral tarixli Qərarında deyilir: “... Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. ...” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli Qərarında deyilir: “... Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. ...” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2008-ci il 3 noyabr tarixli Qərarında göstərilir: Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. «İnsan hüquqlarının və X3 haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolu (Azərbaycan Respublikasının 25 dekabr 2001-ci il tarixli Qanunu ilə təsdiq olunmuş):
1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 218.1. Hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
İşin mübahisəsiz hallarından müəyyən olunur ki, Gəncə şəhər İcra Hakimiyyəti başçısının 30 dekabr 1998-ci il tarixli, 6036 saylı sərəncamına əsasən Cavabdeh X12 və satışı məntəqəsinin təşkili üçün Dəmiryolu xəstəxanasının cənub hissəsindəki boş ərazidə torpaq sahəsi ayrılmışdır. 28 yanvar 1999-cu il tarixli 01 saylı icarə müqaviləsindən görünür ki, Gəncə şəhəri Dəmiryolu xəstəxanasının cənub hissəsində boş ərazidəki maye qaz satışı məntəqəsi Cavabdeh tərəfindən İddiaçı1 qeyri-müəyyən müddətə icarəyə verilmişdir. Cavabdeh xx.xx.2009-cu il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı1 X12 məntəqəsindən çıxarılması barədə, İddiaçı1 isə qarşılıqlı iddia qaldıraraq sözügedən X12 məntəqəsinə mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh ilə İddiaçı1 arasında 29 iyul 2009-cu il tarixdə barışıq sazişi bağlanmış, həmin barışıq sazişinə əsasən İddiaçı1 X12 məntəqəsi və həmin məntəqənin yerləşdiyi əraziyə olan hüquqlarından imtina etməsi müqabilində Cavabdeh 140000 ABŞ dolları məbləğində pul verməyi, Cavabdeh isə X12 məntəqəsinin və həmin məntəqənin yerləşdiyi ərazinin (xx.xx.1998-ci il tarixli sərəncamla ayrılmış sahənin) İddiaçı1 adına sənədləşdirilməsi və özəlləşdirilməsi üçün lazım olan sənədlərlə (etibarnamə, arayış və s.) təmin edərək ondan asılı olan bütün hüquqi hərəkətləri etməyi öhdəsinə götürmüşdür. X9 Məhkəməsinin 31 iyul 2009-cu il tarixli, 2-1(84)-221/2009 saylı qərardadı ilə Cavabdeh ilə İddiaçı1 arasında bağlanmış 29 iyul 2009-cu il tarixli barışıq sazişi qeyd olunan şərtlərlə təsdiq edilərək, iş üzrə icraata xitam verilmişdir. 2015-ci ilin əvvəllərində tərəflər arasında yenidən mübahisə başlanmış, Cavabdeh xx.xx.2015-ci il tarixdə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə ərizə təqdim edərək X9 Məhkəməsinin 31 iyul 2009-cu il tarixli, 2-1(84)-221/2009 saylı qərardadının icraya yönəldilməsini xahiş etmişdir. Ərizəyə baxıldığı xx.xx.2015-ci il tarixli məhkəmə iclasında Cavabdeh izahat verərək bildirmişdir ki, X9 Məhkəməsinin 31 iyul 2009-cu il tarixli qərardadı ilə təsdiq edilmiş barışıq sazişindən 5 il vaxt keçməsinə baxmayaraq, ona İddiaçı1 tərəfindən 140000 ABŞ dolları məbləğində pul verilməmişdir. Ona görə də X9 Məhkəməsinin 31 iyul 2009-cu il tarixli qərardadının icraya yönəldilməsini və İddiaçı1 barışıq sazişindən irəli gələn öhdəliyini icra etməyə məcbur edilməsini xahiş edir... Həmin məhkəmə iclasında iştirak edən İddiaçı1 izahatında bildirmişdir ki, o, 140000 ABŞ dolları məbləğində pulu Cavabdeh vermişdir... Məhkəmə nəzərə almışdır ki, X9 Məhkəməsinin 31 iyul 2009-cu il tarixli 2-1(84)-221/2009 saylı qərardadı əsasında xx.xx.2009-cu il tarixli 2- 1(84)-221/2009 saylı icra vərəqəsi çıxarılaraq icra olunması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəmə Nəzarətçiləri və Məhkəmə İcraçıları Bölməsinə göndərilmişdir. Bununla da qərardad artıq icraya yönəldilmişdir və həmin qərardadın yenidən icraya yönəldilməsi istisna olunur... Ona görə də Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 21 aprel 2015-ci il tarixli qərardadı ilə Cavabdeh ərizəsi təmin edilməmişdir. Sonra Cavabdeh məhkəmədə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs İddiaçı1 qarşı qeydiyyatın və çıxarışın ləğv edilməsi tələbinə dair iddia qaldırmış, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 16 may 2017-ci il tarixli qətnaməsi ilə həmin iddia təmin edilərək, Gəncə şəhəri Dəmiryolu xəstəxanasının cənub hissəsində yerləşən qeyri-yaşayış binasından (yanacaqdoldurma məntəqəsi) ibarət daşınmaz əmlakla bağlı daşınmaz əmlakın dövlət reyestrində 02 fevral 2010-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə İddiaçı1 adına qeydə alınmış xüsusi mülkiyyət hüququna dair qeydiyyatın, bu qeydiyyata dair MA seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və həmin əmlaka dair texniki pasportun ləğv edilməsi qət edilmişdir. X5 Məhkəməsi Mülki kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(104)-1209/2020 saylı qətnaməsi ilə, Gəncə Apellyasiya Məhkəməsinin qeyd olunan qətnaməsi isə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 20 oktyabr 2020-ci il tarixli, 2(102)-4567/2020 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra tərəflər məhkəmə qaydasında bir-birinə qarşı hazırkı iş üzrə iddianın predmetini təşkil edən iddia tələblərini irəli sürmüşlər. Belə ki, İddiaçı1 X12 məntəqəsinə görə ödəməsini iddia etdiyi 140000 ABŞ dolları məbləğində pul vəsaitinin Cavabdeh alınaraq ona verilməsini, Cavabdeh isə İddiaçı1 maddi zərərə görə ******* manat, mənəvi zərərə görə 500000 manat, əldən çıxmış fayda (gəlir) qismində 251000 manat məbləğində pulun tutularaq ona ödənilməsini, mübahisəli X12 məntəqəsinin onun sahiblik və istifadəsinə qaytarılmasını, habelə həmin məntəqədə olan bütün avadanlıq və cihazların (yüksək təzyiqli tutum 3 ədəd çən, yanğın əleyhinə 1 ədəd çən, yanğın əleyhinə digər alətlərlə lövhə, 2 ədəd kompressor resiverlə birgə, 1 ədəd qaz paylayıcı kolonka, sayğac 3 ədəd, yüksək təzyiqli borular və onların ventilləri, elektrik lövhəsi tərkibində elektrik sayğacı və elektrik avtomatları) alınaraq ona verilməsini tələb etmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə İddiaçı1 mübahisəli X12 məntəqəsinə görə ödədiyi sübuta yetirilmiş 60.000 ABŞ dolları məbləğində pul vəsaitinin Cavabdeh alınaraq ona verilməsi, eyni zamanda, həmin X12 məntəqəsinin İddiaçı1 alınaraq Cavabdeh sahiblik və istifadəsinə qaytarılması qət edilmişdir. Tərəflərin iddia tələbləri qalan hissələrdə təmin edilməmişdir. Ali Məhkəmənin Kommersiya kollegiyasının 11 noyabr 2022-ci il tarixli, 2(102)- 614/2022 saylı qərarında qeyd olunur ki, işə baxan birinci instansiya və apellyasiya məhkəmələri tərəfindən İddiaçı1 2009-cu ildən indiyədək Cavabdeh məxsus daşınmaz əmlakdan barışıq sazişi üzrə razılaşdırılmış məbləği tam ödəməməklə, faktiki olaraqsa ondan qanunsuz faydalanmaqla, onu mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən məhrum etməsi adekvat qiymətləndirilməmişdir... Bundan başqa, Cavabdeh məxsus X12 məntəqəsində olan əmlaklara (avadanlıq və cihazlara) münasibətdə də tam araşdırılma aparılmamış, bu baxımdan Cavabdeh müvafiq iddia tələbinə əsaslandırılmış hüquqi qiymət verilməmişdir. Ona görə də Ali Məhkəmə Cavabdeh iddia tələblərini və onun apellyasiya şikayətinin dəlillərini qeyd olunan hissələrdə təkrarən araşdırıb həmin hissələr üzrə yeni qətnamə qəbul edilməsini apellyasiya məhkəməsinə həvalə etmişdir. Məhkəmə kollegiyası Cavabdeh iddia tələblərinin qeyd olunan təmin edilməmiş hissələri ilə bağlı onun apellyasiya şikayətinin dəlillərini Ali Məhkəmənin Kommersiya kollegiyasının 11 noyabr 2022-ci il tarixli, 2(102)-614/2022 saylı qərarında ifadə olunmuş hüquqi mövqeyi kontekstində iş materialları üzrə yenidən tədqiq edərək, işin müəyyən olunmuş faktiki hallarına hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, həqiqətən də İddiaçı1 barışıq sazişinin bağlandığı 2009-cu ildən indiyədək Cavabdeh məxsus X12 məntəqəsindən tam hüquqlu mülkiyyətçi qismində maneəsiz faydalandığı (gəlir götürdüyü) halda, özü həmin yanacaqdoldurma məntəqəsinə görə Cavabdeh 140.000 ABŞ dolları əvəzinə cəmi 60.000 ABŞ dolları məbləğində pul verməklə sonuncuya maddi ziyan vurmuşdur. Nəzərə alanda ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına əsasən mübahisəli obyekt İddiaçı1 alınıb qanuni mülkiyyətçisi Cavabdeh, həmin obyektə görə verilmiş 60.000 ABŞ dolları da Cavabdeh alınıb İddiaçı1 qaytarılmalıdır, belə görünür ki, İddiaçı1 Cavabdeh məxsus yanacaqdoldurma məntəqəsini 10 ildən artıq müddətdə əvəzsiz istifadə edib təkbaşına faydalanmış, Cavabdeh isə həmin müddətdə öz obyektindən heç bir fayda (qazanc, gəlir) əldə edə bilməmişdir. Halbuki, barışıq sazişinin bağlandığı 2009-cu ilədək tərəflər arasında uzun müddət (1999-2009-cu illərdə) icarə münasibətləri mövcud olmuşdur. 2015-ci ilin əvvəlindən tərəflər arasında yenidən məhkəmə mübahisələri yaranmış, Cavabdeh İddiaçı1 ya obyektin razılaşdıqları pulunun ödənilməsini, ya da obyektin özünün geri qaytarılmasını tələb etməyə başlamışdır. Lakin İddiaçı1 Cavabdeh tələblərinə məhəl qoymamışdır. Ona görə də məhkəmə kollegiyasının qənaətincə, 2015-ci ildən başlayaraq İddiaçı1 üzərinə mübahisəli obyektdən (X12 məntəqəsindən) qanuni mülkiyyətçinin iradəsi ziddinə istifadə etdiyi (faydalandığı) müddət üçün icarə haqqı hesablanmalı və hesablanan icarə haqqı Cavabdeh əldən çıxmış gəlirin əvəzi olaraq ödənilməlidir. Mülki Məcəllənin 21-ci maddəsinə müvafiq olaraq, hüququ pozulmuş şəxsin əmlakından məhrum olması ona zərər (maddi ziyan) yetirilməsinə səbəb olan hallardan biridir və bu baş verməsəydi, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) ona dəymiş zərərin həcmini təşkil edir. Deməli, Cavabdeh da ona məxsus X12 məntəqəsini, əvvəllər (2009-cu ilə qədər) olduğu kimi, icarəyə versəydi, mübahisənin yarandığı 2015-ci ilin yanvarından mübahisəli əmlak (obyekt) üzərində onun hüquqlarının bərpa olunduğu 2021-ci ilin sentyabrınadək olan dövrdə adi mülki dövriyyə şəraitində orta icarə haqqı hesabı ilə gəlir əldə edə bilərdi ki, lakin İddiaçı1 qanunazidd davranışı nəticəsində bu imkandan məhrum olmuşdur. Qeyd edildiyi kimi, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına əsasən mübahisəli obyekt İddiaçı1 alınıb qanuni mülkiyyətçisi Cavabdeh, həmin obyektə görə verilmiş 60.000 ABŞ dolları da Cavabdeh alınıb İddiaçı1 qaytarılmalı olduğundan, belə nəticə hasil olur ki, İddiaçı1 Cavabdeh məxsus yanacaqdoldurma məntəqəsini 10 ildən artıq müddətdə əvəzsiz istifadə edəndən sonra onu geri qaytarır. Belə vəziyyətdə İddiaçı1 həm də Cavabdeh (onun əmlakı) hesabına əsassız varlanmış şəxs qismində çıxış edir. Bu cür varlanma həyata keçirilməmiş əsasa, yəni İddiaçı1 tərəfindən barışıq sazişindən irəli gələn öhdəliyin yerinə yetirilməməsinə söykənmişdir (Mülki Məcəllənin 1091-ci maddəsi). Ona görə də İddiaçı1 əsassız varlanan şəxs olaraq Cavabdeh (məhrum olana) dəymiş maddi zərərin (əlindən çıxmış faydanın) əvəzini ödəməlidir. Apellyasiya şikayətinin əldən çıxmış fayda kimi dəyən maddi zərərlə bağlı hissəsinə qiymət vermək üçün Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 04 may 2023-cü il tarixli rəyinə əsasən, Gəncə şəhəri Kəpəz rayonu, Dəmiryol Xəstəxanasının cənub hissəsində yerləşən "X12 Məntəqəsi" təyinatlı qeyri-yaşayış sahəsinin 2015-ci ilin yanvar ayından 2021-ci ilin sentyabr ayına qədər olan müddətdə orta bazar qiymətlərinə uyğun icarə haqqının ümumi dəyəri təxminən 144000,00 (bir yüz qırx dörd min) manat müəyyən edilmişdir. Rəydə həmçinin qeyd olunmuşdur ki, tədqiqat obyekti olan Gəncə şəhəri Kəpəz rayonu, Dəmiryol Xəstəxanasının cənub hissəsində yerləşən "X12 Məntəqəsi" təyinatlı qeyri-yaşayış sahəsinin rentabellilik dərəcəsindən (yəni gəlirdən), tələb və təklifdən, tərəflər arasında olan sövdələşmədən asılı olaraq, qeyd edilən daşınmaz əmlakın müəyyən edilmiş icarə haqqının dəyərində qismən dəyişiklik olması istisna edilmir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh dəymiş maddi ziyanın əvəzində onun xeyrinə İddiaçı1 144.000,0 manat məbləğində pul vəsaiti tutulmalıdır. Cavabdeh iddia etdiyi mənəvi zərərin əvəzinin ona ödənilməsi tələbi ilə bağlı qeyd edilməlidir ki, Ali Məhkəmə Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarının izahına görə, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir... Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixoloji reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. İş materiallarından göründüyü kimi, Cavabdehla İddiaçı1 əvvəldən işgüzar münasibətdə olsalar da, sonradan münasibətləri pozulmaqla aralarında uzunmuddətli məhkəmə çəkişmələri olmuş, bu müddət ərzində hər bir tərəf tələbinin əsaslı olduğunu ehtimal etmişdir. Bu baxımdan İddiaçı1 həmin məhkəmə çəkişmələrinin səbəbkarı olmaqla Cavabdeh mənəvi sarsıntı və iztirab verməsi barədə mülahizələr qəbuledilən deyildir. Ona görə də məhkəmə kollegiyası Cavabdeh İddiaçı1 qarşı mənəvi zərərin əvəzi tələbinə dair iddiasını əsaslı hesab etmir və həmin hissədə iddianı təmin etməmək qənaətinə gəlir. Cavabdeh birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmiş iddia tələblərindən biri də mübahisəli X12 məntəqəsində olan bütün avadanlıq və cihazların (yüksək təzyiqli tutum 3 ədəd çən, yanğın əleyhinə 1 ədəd çən, yanğın əleyhinə digər alətlərlə lövhə, 2 ədəd kompressor resiverlə birgə, 1 ədəd qaz paylayıcı kolonka, sayğac 3 ədəd, yüksək təzyiqli borular və onların ventilləri, elektrik lövhəsi tərkibində elektrik sayğacı və elektrik avtomatları) İddiaçı1 alınaraq ona verilməsi ilə bağlıdır. Həmin tələb üzrə Cavabdeh həm də məhkəməyə iddianı təmin (müvəqqəti təminat) tədbirinin tətbiqi barədə ərizə ilə müraciət etmiş və Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə mübahisəli X12 məntəqəsinə aid sözügedən avadanlıq və cihazların üzərinə həbs qoyulmuşdur. Digər tərəfdən, qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə mübahisəli X12 məntəqəsinin İddiaçı1 alınaraq Cavabdeh sahiblik və istifadəsinə qaytarılması qət edilmişdir. Belə olduğu halda həm mübahisəli X12 məntəqəsinə aid avadanlıq və cihazlar, həm də həmin məntəqənin özü barəsində ayrı-ayrılıqda iddia tələblərinin irəli sürülməsi lüzumsuzdur. Cavabdeh mübahisəli X12 məntəqəsinin İddiaçı1 alınaraq onun sahiblik və istifadəsinə qaytarılması ilə bağlı təmin olunmuş iddiası həm də Cavabdeh həmin məntəqəyə aid avadanlıq və cihazların İddiaçı1 alınaraq ona verilməsi tələbini ehtiva edir. Ona görə ki, X12 məntəqəsi və onun fəaliyyətini təmin edən sözügedən avadanlıq və cihazlar vəhdət halında vahid daşınmaz əmlakı təşkil edirlər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh mübahisəli X12 məntəqəsinə aid avadanlıq və cihazların (yüksək təzyiqli tutum 3 ədəd çən, yanğın əleyhinə 1 ədəd çən, yanğın əleyhinə digər alətlərlə lövhə, 2 ədəd kompressor resiverlə birgə, 1 ədəd qaz paylayıcı kolonka, sayğac 3 ədəd, yüksək təzyiqli borular və onların ventilləri, elektrik lövhəsi tərkibində elektrik sayğacı və elektrik avtomatları) İddiaçı1 alınaraq ona verilməsinə dair iddia tələbinin ayrıca təmin edilməsinə lüzum qalmamışdır. Beləliklə, işə apellyasiya icraatında yenidən baxan məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iddiaçı Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Kommersiya Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli qətnaməsi iddiaçı Cavabdeh İddiaçı1 qarşı iddiasının pul tələbinə dair hissədə təmin edilməməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi qismən təmin edilməli, cavabdeh İddiaçı1 144.000,0 manat pul vəsaiti əldən çıxmış gəlirin əvəzi qismində alınıb iddiaçı Cavabdeh verilməli, Cavabdeh pul tələbi qalan hissədə təmin edilməməli, iddiaçı Cavabdeh apellyasiya şikayəti qalan hissələrdə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, iş üzrə aparılmış ekspertizanın xərcini təşkil edən 100 manat pul iddiaçı X4 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qətetdi:
İddiaçı Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli qətnaməsi iddiaçı Cavabdeh İddiaçı1 qarşı iddiasının pul tələbinə dair hissədə təmin edilməməsi hissəsində ləğv edilsin. Həmin hissədə iddia tələbi qismən təmin edilsin. Cavabdeh İddiaçı1 144000 (bir yüz qırx dörd min) manat pul vəsaiti əldən çıxmış gəlirin əvəzi qismində alınıb iddiaçı Cavabdeh verilsin. Pul tələbi qalan hissədə təmin edilməsin. İddiaçı Cavabdeh apellyasiya şikayəti qalan hissələrdə təmin edilməsin. İş üzrə aparılmış ekspertizanın xərcini təşkil edən 100 (bir yüz) manat pul iddiaçı X4 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına kassasiya şikayəti verilə bilər.