Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(104)-72/2023 23.01.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası Hakimlər Abdullayev Əlizamin Gülzalı oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Quliyev Anar Elcan oğlunun katibliyi ilə, Qətnamədən verilmiş apellyasiya şikayətinin geri qaytarılması barədə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(115)-181/2022 saylı qərardadından İddiaçı ASC tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı ASC məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının xeyrinə 03 iyun 2014-cü il tarixli kredit müqaviləsi üzrə 14242,50 manat əsas, 1339,89 manat faiz va 10891,19 manat cərimə borcu, kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5% hesablanmış 2538,65 manat əldən çıxmış fayda olmaqla ümumilikdə 29012,23 manat borcun, 30 manat odanilmiş dövlət rüsumunun, ipoteka predmetinin daşınmaz əmlaka tutmanm yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətindəki Bərdə rayonu, Hacallı kəndində yerləşən 4 otaqlı, 135,1 kv.metr ümumi, 97,2 kv.metr yaşayış, 37,9 kv.metr yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0,145 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, borcun satışından əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, satışdan əldə olunan vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, həmin fərdi yaşayış evinə və torpaq sahəsinə yönəldikdə və o satıldıqdan bir ay sonra cavabdehlərin həmin fərdi yaşayış evinə və torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, cavabdehlərin həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin fərdi yaşayış evinin boşaldılması və iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 24 fevral 2022-ci il tarixli 2-2(115)-181/2022 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 03 iyun 2014-cü il tarixli kredit müqaviləsi üzrə 14242,50 manat əsas borc, 1339,89 manat faiz, 891,19 manat cərimə və kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 2538,65 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 19012,23 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının tutularaq iddiaçıya ödənilməsi, borcun tələbi ipoteka qoyulmuş əmlakın likvid dəyəri 24000 manat olan Cavabdeh1 mülkiyyətindəki Bərdə rayonu, Hacallı kəndində yerləşən, 4 otaqlı, 135.1 kv.m ümumi, 97.2 kv.m yaşayış, 37.9 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0.145 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi, ipoteka qoyulmuş əmlaka tutma yönəldikdən və satıldıqdan sonra cavabdehlər çıxarılmaqla əmlakın boşaldılması, iş üzrə 200 manat və 145 manat ekspertiza xərcinin Cavabdeh1 tutularaq müvafiq hesablara ödənilməsi qət edilmişdir. Həmin qətnamədən iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən xx.xx.2022-ci il tarixdə apellyasiya şikayəti verilmişdir. Gəncə Kommersiya Məhkəməsinin 12 aprel 2022-ci il tarixli 2-2(115)-181/2022 saylı qərardadı ilə cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti məhkəməyə poçt vasitəsilə kağız daşıyıcıda təqdim edildiyindən geri qaytarılmışdır. Cavabdeh1 xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, Gəncə Kommersiya Məhkəməsinin 24 fevral 2022-ci il tarixli 2-2(115)-181/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddətinin bərpa edilməsini, apellyasiya şikayətinin Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli 2-2(115)-181/2022 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. Məhkəmənin qeyd edilən qərardadından Cavabdeh1 şikayət vermiş, qərardadın ləğv edilməsini, vəsatətin təmin edilməsi barədə qərardad qəbul edilməsini, əks halda şikayətə apellyasiya qaydasında baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli 2-2(115)-181/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayət işin materialları ilə birlikdə baxılması üçün 7 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli 2-2(104)-232/2022 saylı qərardadı ilə Cavabdeh1 və vəkili X2 tərəfindən verilmiş şikayət təmin edilmiş, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı tam, həmin qərardadla bağlı məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı isə qismən, yəni “şikayətin təmin edilməməsi” hissəsində ləğv edilmiş, İddiaçı ASCnin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəyə yenidən baxılması üçün kommersiya işi Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. Gəncə Kommersiya Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli 2-2(115)-181/2022 saylı qərardadı ilə ərizə təmin edilmiş, Gəncə Kommersiya Məhkəməsinin 24 fevral 2022ci il tarixli 2-2(115)-181/2022 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət Cavabdeh1 münasibətdə bərpa edilmişdir. İddiaçının nümayəndəsi X4 qərardaddan şikayət verərək, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(115)-181//2022 nömrəli qərardadının ləğv edilməsi və cavabdehin ərizəsinin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli 2-2(115)-181/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayət işin materialları ilə birlikdə baxılması üçün 7 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçının nümayəndəsi X4 şikayətini onunla əsaslandırmışdır ki, cavabdehin bildirməsinə əsasən məhkəmə qətnaməsindən ilk əvvəl verdiyi apellyasiya şikayəti xx.xx.2022-ci il tarixli qərardadla geri qaytarılmasından onun xəbəri olmamış, yalnız iş icra mərhələsində olduğu dövrdə bilmişdir ki, apellyasiya şikayəti mahiyyəti üzrə baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməmişdir. Halbuki məhkəmənin sorğusu əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Bərdə Poçt filialının xx.xx.2022-ci il tarixli BPF 12/109 saylı məktubunda göstərilmişdir ki, xx.xx.2022-ci il tarixdə Bərdə rayon Hacallı kənd sakini Cavabdeh1 ünvanlanmış SS777615852Az saylı sifarişli xəbərnaməli məktub poçtalyonun izahatı və Forma-8 kitabına əsasən xx.xx.2022-ci il tarixdə qardaşı Şahid imza etdirilərək verilmişdir. Düzdür qarşı tərəf bununla razı olmadığını bəyan edərək bildirmişdir ki, həmin qərardadı onun qardaşı Mehrac tərəfindən alınmamış, Mehrac heç bir sənədə imza atmamışdır. Məhkəmə F-8 saylı jurnaldakı imzanın həqiqətən Mehrac tərəfindən icra olunub-olunmadığını müəyyən etmək üçün bundan əvvəlki məhkəmə iclasını təxirə salmış və cavabdehə qardaşı Mehracı məhkəməyə gətizdirməsini, Mehrac imzanın onun tərəfindən icra olunmadığını bildirəcəyi halda onun imza nümunələrini alaraq xəttşünaslıq ekspertizası təyin edəcəyini bildirmişdir. xx.xx.2022-ci il tarixli iclasda məlum olmuşdur ki, Mehrac iclasa gəlməmişdir. Buna baxmayaraq iclas davam etdirildi. Əgər məhkəmə Mehracın iclasa gəlməsini istəmişdirsə, deməli məhkəmə bir suala (F-8 saylı jurnaldan çıxarışdakı imzanın Mehrac tərəfindən icra edilib-edilməməsi) cavab axtarmışdır. Bu suala cavab da yalnız Mehracın iclasa gələrək imzanın onun tərəfindən icra edilməsini bildirməsi ilə, əks təqdirdə isə məhkəməxəttşünaslıq ekspertizası təyin etməklə müvafiq rəylə cavab əldə etməli idi. Cavabdeh qardaşı Mehracı iclasa gətirməmişdirsə, artıq bu ona əsas verir ki, o, imza ilə bağlı mübahisədən qaçmışdır. Belə vəziyyəti təbii ki, məhkəmə cavabdehin ziyanına şərh etməli idi. Nə qədər ki, cavabdeh öz dəlilini sübut edə bilmir, onda nəyə görə məhkəmə o qənaətə gəlmişdir ki, xx.xx.2022-ci il tarixli qərardaddan cavabdehin gec xəbəri olmuşdur. Yox əgər məhkəmə hesab edirsə ki, F-8 saylı jurnaldakı168-ci sırada SS777615852 saylı poçt göndərişinin Cavabdeh1 göndərilməsi qeyd edilmiş və adın qarşısında imza edilmiş, lakin imza edənin kim olması qeyd edilməmiş, ona görə də qərardaddan Ağanın xəbəri yoxdur, məhkəmənin bu qənaəti ilə razılaşmayaraq bildirir ki, "xxxx" MMC-nin Bərdə Poçt filialı işdə tərəf olmadığından demək olmaz ki, o bu işdə maraqlıdır və qərardadın Mehraca verilməsini qərəzli olaraq qeyd etmişdir. Əgər məhkəmədə bu qənaət formalaşıbsa, onda "xxxx" MMC-nin Bərdə Poçt filialının məsuliyyət məsələsi ortaya çıxır. Cavabdeh həmçinin bildirmişdir ki, fevral-mart aylarından dağa gedərək çobanlıq edir, ona görə də xx.xx.2022ci il tarixli qərardaddan xəbəri olmamışdır. Məhkəmə onun fevral-mart aylarından payıza qədər dağlarda çobanlıq etməsini nə ilə təsdiq edə biləcəyini soruşduqda, cavab olaraq icra nümayəndəliyindən müvafiq arayış gətirə biləcəyini demişdir. Göründüyü kimi məhkəmə cavabdehin dediyi dəlili inandırıcı sayması üçün sübut tələb etmişdir. Lakin nədənsə cavabdeh heç bir sübut vermədən məhkəmə hesab etmişdir ki, cavabdehin dağlarda olması qərardaddan məlumatsız olması üçün əsasdır. Məhkəmə bir vəziyyətə də diqqət etməli idi, cavabdeh zənn edirsə ki, fevral-mart aylarından dağlara çəkilmişdir (hərçənd bunla bağlı işdə heç bir sübut yoxdur) onda nəzərə alınsa ki, qətnamə fevral ayında çıxarılmış, mart ayında tərəfə göndərilmiş, tərəf də aprel ayında apellyasiya şikayəti vermişdir. Necə olur ki, fevral-mart ayında dağlarda olan birisi qətnaməni alıb, vaxtında şikayət verə bilir, amma xx.xx.2022-ci il tarixli qərardaddan xəbər tutmamasını dağda olması ilə əlaqələndirir. Onun həmin vaxtda dağda olması, qərardaddan məlumatsız olmasına dəlalət etmir. Qətnaməni vaxtında almış şəxs tərəfindən qanunla müəyyən edilmiş müddətdə apellyasiya şikayətinin verilməməsi, bunun isə heç də məqbul hesab edilməyən səbəblərlə, yəni, cavabdehin dağda olması, onun birinci dəfə vaxtında apellyasiya şikayəti verməsi ilə əlaqələndirməsi, məhkəmə qətnaməsini aldıqdan 1 aydan çox keçdikdən sonra apellyasiya şikayətini verməsi halları yalnız fiziki şəxslərin iradəsindən asılı olan məsələ kimi təzahür edir. İstisna etmək olmaz ki, cavabdeh suiistifadəyə yol verib bir müddət səhlənkarlığı nəticəsində məhkəmə aktından şikayət verməmişdir. Aydındır ki, qüvvəyə minmiş məhkəmə aktının taleyi, onun yaratdığı hüquq münasibətləri barəsində uzun müddət sürən belə qeyri-müəyyənlik vəziyyəti, yuxarıda göstərilən presedentlər və həmin qərarlarda şərh edilən hüquqi müəyyənlik prinsipi nöqteyi-nəzərindən məqbul sayıla bilməz. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası MPMnin 133.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, işdə olan sənədlərə hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən şikayət təmin edilməməli, iş üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(115)-181/2022 saylı qərardadı dəyişdirilmədən saxlanmalıdır. Belə ki, şikayətin düzgün həlli üçün qanunvericiliyin apellyasiya şikayəti vermə müddəti, bu müddətin başlanması və sair kimi hüquqi əhəmiyyət kəsb edən prosessual hüquq normaları təhlil olunmalıdır. Başlanğıc olaraq qeyd olunmalıdır ki, Azərbaycan Respublikası MPM-nin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətinə verilə bilər. Bu normadan göründüyü kimi, apellyasiya şikayəti vermə müddəti, qətnamənin rəsmi qaydada verildiyi gündən başlanır. Müddətlərin hesablanması qaydalarını müəyyən edən Azərbaycan Respublikası MPM-nin 128.3-cü maddəsinə görə illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Azərbaycan Respublikası MPM-nin 129-cu maddəsində prosessual müddətlərin qurtarması qaydaları müəyyən edilərək göstərilmişdir ki, illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Prosessual hərəkət bilavasitə məhkəmədə və ya digər təşkilatda edilməlidirsə, müddət həmin məhkəmədə və ya təşkilatlarda müəyyən edilmiş qaydalar üzrə işin qurtardığı və ya müvafiq əməliyyatların kəsildiyi saatda qurtarır. Qətnamədən şikayət vermə müddətinin axımı qətnamənin surətinin rəsmi qaydada verildiyi vaxtdan hesablandığına görə, qətnamənin rəsmi qaydada verilməsi anlayışının izahına da ehtiyac vardır. Bununla bağlı qeyd olunmalıdır ki, mülki mühakimə icraatına aid bəzi sənədlərin xüsusi əhəmiyyəti nəzərə alınaraq, onların proses iştirakçılarına verilməsi, həm də bunun rəsmi qaydada həyata keçirilməsi nəzərdə tutulmuşdur. Rəsmi qaydada verilməli olan sənədlərin siyahısı Azərbaycan Respublikası MPM-nin 134-cü maddəsində müəyyən olunmuşdur. Həmin Məcəllənin 134.1.5-ci maddəsinə görə birinci instansiya məhkəməsinin aktları rəsmi qaydada verilməlidir. Azərbaycan Respublikası MPM-nin 135-ci maddəsində məhkəmə sənədlərinin çatdırılması və rəsmi şəkildə verilməsi qaydaları dəqiq müəyyən edilmişdir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Müddətinin bərpa olunması barədə tələbin prosessual-hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş prosessual müddət üzürlü səbəblərə görə buraxılmışsa, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddət bərpa edilir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin apellyasiya şikayəti verməkdə israrlı olması, onun məhkəmə müdafiəsi hüququndan sonuna qədər istifadə etmək niyyətinin olması açıq-aşkardır. Cavabdeh apellyasiya şikayəti vermək hüququndan ilk dəfə vaxtında istifadə etmiş, lakin apellyasiya şikayəti kağız daşıyıcıda verildiyindən geri qaytarılmışdır. Cavabdeh nöqsanı aradan qaldıraraq apellyasiya şikayətini elektron qaydada məhkəməyə təqdim etmişdir. X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPMnin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. İş materiallarında olan sənədlərdən görünür ki, məhkəmənin qətnaməsi 24 fevral 2022-ci il tarixdə iddiaçının nümayəndəsinin iştirakı ilə çıxarılmış, xx.xx.2022-ci il tarixdə poçt vasitəsilə iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 göndərilmiş, hər iki cavabdeh poçt xəbərnaməsini xx.xx.2022-ci il tarixdə imzalayaraq qətnamənin surətini almışlar. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətini qanunvericiliklə müəyyən edilmiş müddətdə, yəni xx.xx.2022-ci il tarixdə vermişlər, lakin Gəncə Kommersiya Məhkəməsinin 12 aprel 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti məhkəməyə poçt vasitəsilə kağız daşıyıcıda təqdim edildiyindən geri qaytarılmışdır. Məhkəmənin apellyasiya şikayətinin geri qaytarılmasına dair qərardadı xx.xx.2022-ci il tarixdə poçt vasitəsilə iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 göndərilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Bərdə Poçt filialının xx.xx.2022-ci il tarixli BPF 12/109 saylı məktubunda göstərilmişdir ki, xx.xx.2022-ci il tarixdə Bərdə rayon Hacallı kənd sakini Cavabdeh1 ünvanlanmış SS777615852Az saylı sifarişli xəbərnaməli məktub poçtalyonun izahatı və Forma-8 kitabına əsasən xx.xx.2022-ci il tarixdə qardaşı Şahid imza etdirilərək verilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Bərdə Poçt filialının məhkəməyə təqdim etdiyi F-8 saylı jurnaldan çıxarışdan görünür ki, 168-ci sırada SS777615852 saylı poçt göndərişinin Gəncə Kommersiya Məhkəməsindən göndərildiyi, Cavabdeh1 göndərilməsi qeyd edilmiş və adın qarşısında imza edilmiş, lakin imza edənin kim olması qeyd edilməmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır, qərardadın ləğv edilməsi üçün əsaslar yoxdur. Beləliklə, kollegiyası hesab edir ki, aşağıdakılara əsasən şikayət təmin edilməməli, iş üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(115)-181/2022 saylı qərardadı dəyişdirilmədən saxlanmalı, iş apellyasiya şikayətinə əsasən baxılması üçün Kommersiya Kollegiyasının icraatına verilməlidir. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək barədə qərardad çıxartmaq səlahiyyətinə malikdir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 130, 263, 264, 267, 398 və 402-ci maddələrini rəhbər tutaraq qəraraaldı: Şikayət təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(115)-181/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. İş apellyasiya şikayətinə əsasən baxılması üçün Kommersiya Kollegiyasının icraatına verilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(104)-72/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(104)-72/2023
23.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver