Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(104)-75/2025 17.03.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi ilə, İddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1nə, Cavabdeh2nə, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması və tutmanın ipoteka ilə yüklü edilmiş əmlaklara yönəldilməsi tələbinə dair kommersiya mübahisəsinə baxış iclasında baxılarkən Cavabdeh1 tərəfindən “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə qarşı verilmiş kredit müqaviləsinin bağlanmamış (etibarsız) hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsinin icraata qəbulundan imtina edilməsi barədə Gəncə Kommersiya Məhkəməsinin 14 fevral 2025-ci il tarixli e-2-2(115)-1/2025 nömrəli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “X1 Azərbaycan” QSC iddia ərizəsi ilə Kommersiya Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh1 MMC-dən, Cavabdeh2 MMC-dən, Cavabdeh4 və Cavabdeh3 müştərək (birgə) qaydada 1951000,00 ABŞ dolları əsas kredit borcunun, 58714,46 ABŞ dolları əsas məbləğə hesablanmış faiz borcunun, 69271,75 ABŞ dolları hər gecikdirilmiş günə görə cərimə bоrcunun, ümumilikdə: 2078986,21 ABŞ dolları, Mərkəzi Bankın xx.xx.2022-ci il tarixinə olan məzənnə (kurs 1.7000 AZN) ilə 3534276,56 manat məbləğində kredit borcunun, 2118 manat məbləğində əmlakın sığortalanmasına görə bank tərəfindən çəkilmiş sığorta haqqının, 400 manat mediasiya haqqının və 2558,20 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması (ödənilməsi), habelə Banka olan borcun cavabdehdən tutulması ilə eyni zamanda ipoteka (girov) qoyulmuş mülkiyyət hüququ ilə Cavabdeh2 MMC-yə məxsus olan Gəncə şəhəri Nizami rayonu Gəncə-Şəmkir avtomobil yolunun sağ tərəfi, Sevinc qəsəbəsinin cənubunda, 1.31425 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 2685.1 kv.m., tikintialtı sahəsi 2713 kv.m., 8 ədəd qeyri-yaşayış binalarından ibarət olan əmlak kompleksinə və mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus olan ünvan 1 ünvanında olan ümumi sahəsi 234.09 kv.m., yaşayış sahəsi 161.32 kv.m., yardımcı sahəsi 72.77 kv.m., 8-ci mərtəbədə yerləşən 4 otaqlı mənzilə yönəldilməsi, ipoteka müqaviləsinə əsəsən tərəflər arasında razılışdırılmış ipoteka predmetlərinin ilkin satış qiymətinin Cavabdeh3 məxsus olan əmlaka görə 1187500,00 manat olmaqla açıq hərracdan satılması hesabına ödənilməsi, ipoteka ilə yüklü edilmiş əmlakın satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədiyi təqdirdə məbləğin qalan hissəsini cavabdehlərdən tutulmasının təmin edilməsi, hərracda mənzil iddiaçı tərəfindən alındıqda (əldə edildikdə) 10 gün müddətində boşadılaraq banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “X1 Azərbaycan” QSC iddia tələbinin həcminin artırılmasına dair xx.xx.2022ci il tarixdə ərizə verərək cavabdehlər Cavabdeh1 MMC-dən, Cavabdeh2 MMC-dən, Cavabdeh4 və Cavabdeh3 müştərək (birgə) qaydada 1951000,00 ABŞ dolları əsas kredit borcunun, 61424,19 ABŞ dolları əsas məbləğə hesablanmış faiz borcunun, 77400,92 ABŞ dolları hər gecikdirilmiş günə görə cərimə bоrcunun, ümumilikdə 2089825,10 ABŞ dolları, Mərkəzi Bankın xx.xx.2022-ci il tarixinə olan məzənnə (kurs 1.7000 AZN) ilə 3552702,67 manat məbləğində kredit borcunun, 2118 manat məbləğində əmlakın sığortalanmasına görə bank tərəfindən çəkilmiş sığorta haqqının, 400 manat mediasiya haqqının və 2558,20 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması (ödənilməsi), habelə Banka olan borcun cavabdehdən tutulması ilə eyni zamanda ipoteka (girov) qoyulmuş mülkiyyət hüququ ilə Cavabdeh2 MMC-yə məxsus olan Gəncə şəhəri Nizami rayonu Gəncə-Şəmkir avtomobil yolunun sağ tərəfi, Sevinc qəsəbəsinin cənubunda, 1.31425 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 2685.1 kv.m., tikintialtı sahəsi 2713 kv.m., 8 ədəd qeyri-yaşayış binalarından ibarət olan əmlak kompleksinə və mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus olan ünvan 1 ünvanında olan ümumi sahəsi 234.09 kv.m., yaşayış sahəsi 161.32 kv.m., yardımcı sahəsi 72.77 kv.m., 8-ci mərtəbədə yerləşən 4 otaqlı mənzilə yönəldilməsi, ipoteka müqaviləsinə əsəsən tərəflər arasında razılışdırılmış ipoteka predmetlərinin ilkin satış qiymətinin Cavabdeh3 məxsus olan əmlaka görə 1187500,00 manat olmaqla açıq hərracdan satılması hesabına ödənilməsi, ipoteka ilə yüklü edilmiş əmlakın satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədiyi təqdirdə məbləğin qalan hissəsini cavabdehlərdən tutulmasının təmin edilməsi, hərracda mənzil iddiaçı tərəfindən alındıqda (əldə edildikdə) 10 gün müddətində boşadılaraq banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “X1 Azərbaycan” QSC iddia tələbinin həcminin artırılmasına dair xx.xx.2022ci il tarixdə ərizə verərək cavabdehlər Cavabdeh1 MMC-dən, Cavabdeh2 MMC-dən, Cavabdeh4 və Cavabdeh3 müştərək (birgə) qaydada 1951000,00 ABŞ dolları əsas kredit borcunun, 62128,71 ABŞ dolları əsas məbləğə hesablanmış faiz borcunun, 79514,50 ABŞ dolları hər gecikdirilmiş günə görə cərimə bоrcunun, ümumilikdə 2092643,21 ABŞ dolları, Mərkəzi Bankın xx.xx.2022-ci il tarixinə olan məzənnə (kurs 1.7000 AZN) ilə 3557493,46 manat məbləğində kredit borcunun, 2118 manat məbləğində əmlakın sığortalanmasına görə bank tərəfindən çəkilmiş sığorta haqqının, 400 manat mediasiya haqqının və 2558,20 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması (ödənilməsi), habelə Banka olan borcun cavabdehdən tutulması ilə eyni zamanda ipoteka (girov) qoyulmuş mülkiyyət hüququ ilə Cavabdeh2 MMC-yə məxsus olan Gəncə şəhəri Nizami rayonu Gəncə-Şəmkir avtomobil yolunun sağ tərəfi, Sevinc qəsəbəsinin cənubunda, 1.31425 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 2685.1 kv.m., tikintialtı sahəsi 2713 kv.m., 8 ədəd qeyri-yaşayış binalarından ibarət olan əmlak kompleksinə və mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus olan ünvan 1 ünvanında olan ümumi sahəsi 234.09 kv.m., yaşayış sahəsi 161.32 kv.m., yardımcı sahəsi 72.77 kv.m., 8-ci mərtəbədə yerləşən 4 otaqlı mənzilə yönəldilməsi, ipoteka müqaviləsinə əsəsən tərəflər arasında razılışdırılmış ipoteka predmetlərinin ilkin satış qiymətinin Cavabdeh3 məxsus olan əmlaka görə isə 1187500,00 manat olmaqla açıq hərracdan satılması hesabına ödənilməsi, ipoteka ilə yüklü edilmiş əmlakın satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədiyi təqdirdə məbləğin qalan hissəsini cavabdehlərdən tutulmasının təmin edilməsi, hərracda mənzil iddiaçı tərəfindən alındıqda (əldə edildikdə) 10 gün müddətində boşadılaraq banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh1 MMC xx.xx.2025-ci il tarixdə “X1 Azərbaycan” QSC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilərək “X1 Azərbaycan” QSC Cavabdeh1 MMC arasında bağlanmış, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin bağlanmamış (etibarsız) hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir Gəncə Kommersiya Məhkəməsinin 14 fevral 2025-ci il tarixli e-2-2(115)-1/2025 nömrəli qərardadı ilə (hakim G.Quliyeva) Cavabdeh1 MMC-nin “X1 Azərbaycan” QSC-yə qarşı xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin bağlanmamış (etibarsız) hesab edilməsinə dair qarşılıqlı iddia ərizəsi geri qaytarılmışdır. Həmin qərardadla razılaşmayan Cavabdeh1 MMC şikayət verərək qərardadın ləğv edilməsini və qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə iclası zamanı ilkin iddia üzrə Cavabdeh1 MMC öz hüquqlarının qorunması məqsədi ilə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilərək “X1 Azərbaycan” QSC və Cavabdeh1 MMC arasında bağlanmış, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin bağlanmamış (etibarsız) hesab edilməsi tələbinə dair qətnamənin çıxarılmasını xahiş etmişdir. Lakin məhkəmə qarşılıqlı iddia ərizəsini geri qaytarmışdır. Qarşılıqlı iddianın geri qaytarılması ilə məhkəmə prosessual normanın tələblərini pozmuşdur. Həmin qərardad ləğv edilməli və qarşılıqlı iddia icraata götürülməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, mübahisələndirilən 2019-cu il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 MMC-yə pulun verilməsinə və həmin pulun Cavabdeh1 MMC tərəfindən qəbul edilməsinə dair hər hansı bir qəbz yoxdur. Hətta fərz edilsə ki, həmin pul məbləği Cavabdeh1 MMC-nin hesabına köçürülüb, bu zaman həmin pulun Cavabdeh1 MMC-nin hesabından başqa hesaba köçürülməsinə dair ödəniş tapşırığı yoxdur. Formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmə özü bu halların araşdırılması üçün yuxarıda qeyd edilən sübutları öz təşəbbüsü ilə əldə etməlidir. Lakin məhkəmə bunu etməməklə yanaşı tərəflərindən müvafiq sənədlərin tələbinə dair vəsatətini də qanunsuz olaraq təmin etməyərək qeyd etmişdir ki, məhkəmə baxışda sübut əldə etmir. Halbuki, məhkəmə xx.xx.2023-cü il tarixə təyin edilmiş hazırlıq iclasının təxirə salınmasına dair ərizəni nəzərə alaraq növbəti hazırlıq iclasında və ya hazırda tərəflərindən verilmiş qarşılıqlı iddia ərizəsini icraata qəbul edərək qarşılıqlı iddia üzrə təyin edilmiş hazırlıq iclasında lazımi sübutların əldə edilməsi üçün prosessual şərait yaradardı. Məhkəmə qarşılıqlı iddia ərizəsini geri qaytarmaqla formalaşmış məhkəmə təcrübəsinə uyğun olaraq kredit məbləğinin cavabdehə verilməsini təsdiq edən sənədlərin (kassa məxaric orderi və s.) olub olmamasında, yəni iş üçün əhəmiyyət kəsb edən halların araşdırılmasında prosessual maneə yaratmışdır. Gəncə Kommersiya Məhkəməsinin 26 fevral 2025-ci il tarixli e-2-2(115)-1/2025 nömrəli qərardadı ilə Gəncə Kommersiya Məhkəməsinin 14 fevral 2025-ci il tarixli e-2- 2(115)-1/2025 nömrəli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin işin materialları ilə birlikdə baxılması üçün 7 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırki şikayətə Azərbaycan Respublikası MPM-in 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, şikayətin dəlillərini tam və obyektiv araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməməli, Gəncə Kommersiya Məhkəməsinin 14 fevral 2025-ci il tarixli e-2-2(115)-1/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “X1 Azərbaycan” QSC tərəfindən iddia ərizəsi və iddia ərizəsinə əlavə edilmiş sənədlər Cavabdeh1 MMC-yə xx.xx.2022-ci il tarixdə elektron qaydada göndərilmiş, qarşılıqlı iddia ərizəsi qanunvericiliklə müəyyən olunmuş müddətdə verilməmişdir. “X1 Azərbaycan” QSC tərəfindən verilən iddia tələbinə dair iş üzrə uzun bir müddət ərzində hazırlıq iclasları keçirilmiş, lakin həmin müddətdə belə hazırkı qarşılıqlı iddia ərizəsində göstərilən tələblə cavabdeh məhkəməyə müraciət etməmişdir. İş məhkəmə baxışına təyin edilmiş, baxış mərhələsində qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edilmişdir. Baxış mərhələsində qarşılıqlı iddia ərizəsi verilsə də qanunla müəyyən edilmiş müddətdə qarşılıqlı iddianın təqdim edilməsinin cavabdehdən asılı olmayan səbəblərə görə mümkün olmadığı əsaslandırılmamışdır. Cavabdeh1 MMC-nin nümayəndəsi qarşılıqlı iddia ərizəsinin baxış mərhələsində verilməsinin səbəbi kimi hazırlıq iclaslarının təxirə salınmamasına istinad etsə də bu hal qarşılıqlı iddianın icraata qəbul edilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 154.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. Həmin Məcəllənin 155.1-ci maddəsinin tələblərinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. Həmin Məcəllənin 155.2-ci maddəsinə əsasən Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla qarşılıqlı iddianın verilməsinə yol verilmir. Həmin Məcəllənin 156.1-ci maddəsinə əsasən hakim qarşılıqlı iddianı aşağıdakı hallarda qəbul edir: 156.1.1. qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə; 156.1.2. qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa; 156.1.3. qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə. Həmin Məcəllənin 155.3-cü maddəsinə əsasən qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. Həmin Məcəllənin 150.1.4-ci maddəsinə əsasən bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 155-ci maddəsinin həmin Məcəllənin 4.3-4.6, 55.2, 152.1.6 və 156.1.6-1-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli Plenumunun Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində təsbit edilmiş məhkəmə müdafiəsi hüququnun təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155.1-ci maddəsinə uyğun olaraq ilk iddia ilə birlikdə baxılmaq üçün qarşılıqlı iddia verən cavabdehdən həmin Məcəllənin 4.3-4.6-cı maddələrinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə qədər nizamlama qaydalarına (pretenziya və mediasiya) riayət edilməsi tələb olunmur. Həmçinin həmin qərarda qeyd edilmişdir ki, qanunverici həmçinin Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddianın verilməsi üçün əsasların mövcud olduğu təqdirdə, cavabdehə qarşılıqlı iddianın verilməsi hüququnu tanımışdır. Şərt kimi isə onun verilməsi üçün əsasların həmin dövrdə əmələ gəlməsi və ya qanunla müəyyən edilmiş müddətdə qarşılıqlı iddianın təqdim edilməsinin cavabdehdən asılı olmayan səbəblərə görə mümkün olmadığının əsaslandırılması müəyyən edilmişdir. Mülki Prosessual Məcəllənin 156.1.1 və 156.1.2-ci maddələrindəki hallardan fərqli olaraq, həmin Məcəllənin 156.1.3-cü maddəsində göstərilən, yəni qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqənin olduğu və onlara birlikdə baxılmasının mübahisənin daha tez və düzgün həlli ilə nəticələndiyi hallarda (məsələn, qarşılıqlı iddianın təmin edildiyi təqdirdə ilk iddianın əsassız olduğunu müəyyən edildiyi hal) qarşılıqlı iddianın yalnız Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə verilməsi imperativ qaydada göstərilmişdir. Qarşılıqlı iddianın ilkin iddia ilə bir icraatda baxılması mülki prosessual hüququn təməl prinsiplərindən olan, məhkəmələrin iş yükünün azaldılmasına və fəaliyyətinin səmərəliliyinin artırılmasına yönəlmiş prosessual qənaət prinsipinin realizəsinə də xidmət etmiş olur. Bu prinsip məhkəmə proseslərinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə yönəlmişdir. Bu mənada qarşılıqlı iddia institutu minimal vasitə sərf etməklə məhkəmə prosesində yüksək nəticələrin əldə edilməsində mühüm vasitəçilik rolu oynayır (Konstitusiya Məhkəməsi Plenumunun M.Xocalıyevin şikayəti üzrə 2014-cü il 9 iyul tarixli Qərarı) İş materiallarından görünür ki, iş üzrə Cavabdeh1 MMC xx.xx.2025-ci il tarixdə - yəni baxış iclasında “X1 Azərbaycan” QSC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilkin iddia tələbini rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilərək “X1 Azərbaycan” QSC Cavabdeh1 MMC arasında bağlanmış, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin bağlanmamış (etibarsız) hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, işin halları ilə müəyyən edilir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsi tərəfindən “X1 Azərbaycan” QSC tərəfindən verilən iddia tələbinə dair iş üzrə uzun müddət ərzində hazırlıq iclasları keçirilmiş, lakin həmin müddətdə cavabdeh qarşılıqlı iddia ərizəsində göstərilən tələblə məhkəməyə müraciət etməmişdir. Bundan başqa cavabdehin qanunla müəyyən edilmiş müddətdə qarşılıqlı iddianın təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırmamışdır. Cavabdehin şikayətinin dəlillərindən biri qarşılıqlı iddia geri qaytarılanda məhkəmənin prosessual normanın tələblərini pozmasıdır. Kollegiya şikayətin həmin dəlili ilə bağlı qeyd edir ki, məhkəmə tərəfindən qarşılıqlı iddia geri qaytarılmışdır, ona görə ki, cavabdeh qarşılıqlı iddianı MPM-in 154.1-ci maddəsi ilə müəyyən edilmiş müddətdə verməmişdir. Qaldı ki, mübahisələndirilən 2019-cu il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 MMC-yə pulun verilməsinə və həmin pulun Cavabdeh1 MMC tərəfindən qəbul edilməsinə dair hər hansı bir qəbzin olmamasına, kredit müqaviləsi üzrə razılaşdırılmış məbləğin borcalana verildiyini sübut etmək vəzifəsi kredit verənin, həmin kredit məbləğini almadığını sübut etmək vəzifəsi isə borcalanın üzərinə düşür və həmin hallar işə mahiyyəti üzrə baxılanda sübut edilməli olan hallardır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddianı mülki-prosessual qanunvericiliyin tələblərinə riayət edilməklə verilmədiyinə görə geri qaytarmaqda haqlı olmuşdur. MPM-in 398.0. və 398.0.1-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 398.0, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin 14 fevral 2025-ci il tarixli e-2-2(115)-1/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan dərhal sonra qanuni qüvvəyə minir. Bu qərardaddan şikayət verilməsinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-2(104)-75/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(104)-75/2025
17.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver