Məhkəmə qərarları › İş №2-2(104)-81/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(104)-81/2025

14.03.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(104)-81/2025 14.03.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı daxili maliyyə lizinq müqaviləsinin ləğv edilməsi və borc tələbinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-159/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 qarşı daxili maliyyə lizinq müqaviləsinin ləğv edilməsi və borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı MMC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2019cu il tarixdə 03/0082/DLİZ nömrəli X1 Müqaviləsinin ləğv edilməsi, İddiaçı MMC ilə Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixdə 03/0082/DLİZ nömrəli X1 Müqaviləsinə xx.xx.2021-ci il tarixə əsasən yaranmış 25597.58 manat əsas borc, 9901.40 manat mükafat borcu, 143.65 manat gecikdirilmiş cərimə məbləği cəmi 35642.45 manat lizinqi borcu məbləğinin və ödənilmiş 365 manat dövlət rüsumun, mediasiya sessiyasında iştirak edilməsinə görə ödənilmiş 203 manat mediator xərcinin əvəzi Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3, Cavabdeh1 tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-159/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim K.Vəliyev) iddianın qismən təmin edilməsi, İddiaçı MMC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2019-cu il tarixdə 03/0082/DLİZ nömrəli daxili maliyyə lizinq müqaviləsinin ləğv edilməsi, İddiaçı MMC ilə Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixdə 03/0082/DLİZ nömrəli X1 Müqaviləsinə xx.xx.2021-ci il tarixə əsasən yaranmış 25597.58 manat əsas borc, 9901.40 manat mükafat borcu, 143.65 manat gecikdirilmiş cərimə məbləği cəmi 35642.45 manat lizinqi borcu məbləğinin və mediasiya sessiyasında iştirak edilməsinə görə ödənilmiş 203 manat mediator xərcinin cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamə ilə razılaşmayan Cavabdeh1 xx.xx.2025-ci il tarixdə apellyasiya şikayəti verərək Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(115)- 159/2022 saylı qətnaməsininin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, şikayətin qanunvericiliklə müəyyən edilmiş qaydada, yəni şikayətin verilməsi üçün müəyyən edilmiş prosessual müddət daxilində verilib-verilməməsi yoxlanılmamışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-159/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək geri qaytarılmalıdır. Belə ki, iş materiallarından göründüyü kimi, Gəncə Kommersiya Məhkəməsinin e-2- 2(115)-159/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi xx.xx.2022-ci il tarixli məktubla tərəflərə, o cümlədən Cavabdeh1 yaşadığı ünvan 1-ə poçt vasitəsilə göndərilmişdir. Lakin ona göndərilmiş poçt zərfinin üzərində “xx.xx.2022, xx.xx.2022-ci il hal-hazırda evdə yoxdur” qeydi yazılmaqla məhkəməyə qaytarılmışdır. Cavabdehin apellyasiya şikayətindən görünür ki, sonuncunun qeydiyyat yeri ünvan 1 ünvanıdır. İşdəki poçt göndərişlərinin verilməsi haqqında xəbərnamələrdən görünür ki, Gəncə Kommersiya Məhkəməsinin e-2- 2(115)-159/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi digər cavabdehlər tərəfindən xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə qəbul edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Həmin Məcəllənin 135.2-ci madddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. İş materiallarından göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh1 Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-159/2022 nömrəli, xx.xx.2022ci il tarixli qətnaməsi xx.xx.2022-ci il tarixdə göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən qətnaməni almaqdan yayınmış, eyni zamanda qətnamənin xx.xx.2025-ci il tarixdə almasını məhkəmə kollegiyası inandırıcı saymır. Birinci instansiya məhkəməsi isə həmin halı araşdırmadan işi apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Azərbaycan Respublikası MPM-in 364-cü maddəsinə görə, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 363, 364, 366, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-159/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-in 363-cü maddəsinin tələblərinə uyğun verilib-verilmədiyinin müəyyən edilməsi üçün iş materialları ilə Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar