Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-92/2023 31.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası-hakimlər Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" X17 Səhmdar Cəmiyyətinin nümayəndəsi X2, ilk iddia üzrə cavabdeh, həmçinin ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 və ilk iddia üzrə Cavabdeh2 nümayəndəsi Cavabdeh1 iştirakı ilə, Gəncə Kommersiya Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, e-2-2(115)-1543/2022 nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" X17 Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə, açıq məhkəmə iclasında baxaraq qətnamə qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İlkin iddia üzrə iddiaçı "xxxx" X17 Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 və müstəqil tələb sürməyən üçüncü şəxslər üçüncü şəxslər X12, X15, X10, X6 və Zeynalova (Səfərli) Ayşən Dilqəm qızına qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının xeyrinə xx.xx.2012-ci il tarixli, 073m/12 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2019-cu il tarixli 073m-1/19 saylı əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 32110,80 manat, faiz borcu üzrə 2690,39 manat, cərimə borcu üzrə 3485.63 manat, cəmi 38286,82 manat borcun və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 10 manat, mediasiya xərci kimi ödənilmiş 200 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 120 manat məbləğində pulun müştərək qaydada tutulması, tələbin ipoteka predmeti olan Şəmkir şəhəri, Şəmkir-Gəncə yolunun 20-ci km-də 0,75 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 4188,9 kv.m olan qeyri yaşayış binasına yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına kredit müqaviləsi üzrə borcun, dövlət rüsumu kimi ödənilmiş məbləğlərin və xidmət haqqının iddiaçıya ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 220.000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmetinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin qeyri-yaşayış binasının boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" KB ASC ilə Cavabdeh1 arasında xx.xx.2012-ci il tarixli, 073m/12 saylı əsas kredit müqaviləsi və xx.xx.2015-ci il tarixli Saziş çərçivəsində bağlanmış xx.xx.2019-cu il tarixli 073m-1/19 saylı əlavə kredit müqaviləsinə əsasən borcluya 12 ay müddətinə, 2 ay güzəşt müddəti olmaqla, xx.xx.2020-ci il tarixədək, illik 22% ödəmək şərtilə 38378 manat məbləğində kredit verilmişdir. Kreditin təminatı qismində ipoteka saxlayan Bankla Şəmkir rayonu notariat kontorunda bağlanmış xx.xx.2013- cü il tarixli 34-53 reyestr nömrəli ipoteka müqaviləsinə və həmin ipoteka müqaviləsinə dəyişiklik edilməsi barədə xx.xx.2015-ci il tarixli, 34-02-344 reyestr nömrəli Sazişə əsasən X3 mülkiyyətində olan Şəmkir şəhəri, Şəmkir-Gəncə yolunun 20-ci km-də, 0,75 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 4188,9 kv.m olan qeyri yaşayış binası ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilmiş və qeydiyyata alınmışdır. Kredit müqavilələrindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi, eyni zamanda Bankla Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 073zm/14 saylı zaminlik müqaviləsi çıxış edir və bu müqaviləyə görə Cavabdeh2 zamin kimi kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsinə görə borclu Cavabdeh1 ilə eyni həcmdə məsuliyyət daşıyırlar. Cavabdeh1 Banka ödəməli olduğu kredit və faiz borclarını müqaviləyə əlavə edilmiş qrafikə uyğun ödənilməsi təmin etməmiş və müəyyən olunmuş ödəmə müddətlərini pozmuşdur. Həmçinin “Elektron Məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumata əsasən iş üzrə cavabdeh olan ipoteka qoyan xx.xx.1938-ci il təvəllüdlü X7 xx.xx.2005-ci il tarixdə ölmüş və vərəsəlik məlumatları tapılmamışdır. “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemindən əldə edilmiş çıxarışa əsasən X3 mülkiyyətində olan ünvan 1 ünvanında X7, X12, X15, X10, X6, Zeynalova (Səfərli) Ayşən Dilqəm qızı və X8 qeydiyyatdadırlar. Bundan əlavə X3 qızı Cavabdeh3 da ipoteka predmetinə tutma yönəldilməsi barədə bildiriş ünvanlanmışdır. Həmçinin ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" X17 Səhmdar Cəmiyyətinə qarşı “ipoteka müqaviləsinə və ipoteka müqaviləsinə dəyişiklik edilməsi haqqında sazişə xitam verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ilə "xxxx" KB ASC ilə aralrında 10 may 2012-ci il tarixli 07m/12 nömrəli əsas kreit müqaviləsinin təminatı kimi, X1 ilə "xxxx" KB ASC arasında bağlanılmış xx.xx.2013-cü tarixli 073smi/13 saylı sonrakı ipoteka müqaviləsinə və xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsinə dəyişiklik edilməsi haqqında sazişə xitam verilməsini xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı qarşılılqlı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə "xxxx" KB ASC arasında 10 may 2012-ci il tarixli 07m/12 nömrəli əsas kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinin şərtlərinə uyğun olaraq bank tərəfindən Cavabdeh1 60 ay müddətinə illik 17 faiz dərəcəsi ilə 227500 manat məbləğində kredit verilmişdir. X1 ilə "xxxx" KB ASC arasında 13 iyun 2013-cü il tarixli 073smi/13 saylı sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Daha sonra X7 ilə "xxxx" KB ASC arasında xx.xx.2015-ci il tarixdə ipoteka müqaviləsinə dəyişiklik edilməsi haqqında saziş bağlanmışdır. X1 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. Atasının vəfatından sonra Cavabdeh1 ilə "xxxx" KB ASC arasında xx.xx.2019-cu il tarixli 073m-1/19 nömrəli əlavə kredit müqaviləsi imzalanmış, ipoteka müqaviləsi üzrə heç bir əlavə razılaşma olmamış, vərəsələrə məlumat verilməmişdir. Ona görə də iddia ərizəsində iddianın əsası kimi xx.xx.2019-cu il tarixli 073m- 1/19 nömrəli əlavə kredit müqaviləsinə münasibətdə xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsinə dəyişiklik edilməsi haqqında sazişə istinad edilməsi qanuna ziddir. Belə ki, Cavabdeh1 ilə "xxxx" KB ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 073m-1/19 nömrəli əlavə kredit müqaviləsi ilə kreditdən istifadə müddəti, faiz dərəcəsi dəyişdirilmiş, lakin həmin vaxt ipotekanın əlavə dövlət qeydiyyatı aparılmamışdır. Belə olan halda iddiaçının ipoteka hüququ yaranmamış hesab olunur. Bu baxımdan iddiaçı tərəfindən irəli sürülən tutmanın ipoteka predmetinə yönəldilməsi barədə tələbi təmin edilə bilməz. Digər tərəfdən ipoteka qoyan ilə bank arasında bağlanmış 13 iyun 2013-cü il tarixli sonrakı ipoteka müqaviləsi və xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsinə dəyişiklik edilməsi haqqında sazişdə kredit öhdəliyinin faiz dərəcəsi göstərilməmiş, müqavilənin zəruri şərti pozulmuşdur. Gəncə Kommersiya Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 2-2(115)-1543/2022 saylı qətnaməsi ilə (hakim G.Quliyeva) ilk iddia qismən təmin edilərək, "xxxx" X17 Səhmdar Cəmiyyətinin Gəncə filialı ilə ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 073m- 1/19 saylı əlavə kredit müqaviləsi üzrə yaranmış 32110 manat 80 qəpik kredit borcu, 548 manat 51 qəpik məbləğində faiz borcu, 200 manat cərimə borcu olmaqla, cəmi 32859 manat 31 qəpik məbləğində borc və ödənilmiş 200 manat mediasiya xərci, 10 manat dövlət rüsumunun Cavabdeh1 tutularaq "xxxx" X17 Səhmdar Cəmiyyətinə ödənilməsi, Cavabdeh1 178 manat 58 qəpik dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı 50 manat ekspertiza xərcinin Cavabdeh1 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab: AZ34CTRE********************, SAP (XİİS) hesabı X4, Kod: 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22) ödənilməsi, iş üzrə qiymətləndirmə ekspertizasının keçirilməsi ilə bağlı 500 manat ekspertiza xərcinin "xxxx" X17 Səhmdar Cəmiyyətdən tutularaq "xxxx" MMC-nin hesabına (H/h:AZ52İBAZ********************, Azərbaycan Beynəlxalq Bankı ASC-nin Abşeron filialı, Kod:805539, VÖEN: **********, S.W.İ.F.T. BİC:İBAZAZ2X, M/h: AZ03NABZ013501**********2944) ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair 120 manat xidmət haqqı kimi ödənilmiş məbləğin ilkin iddia üzrə iddiaçı "xxxx" X17 Səhmdar Cəmiyyətinə aid edilməsi və ilkin iddianın qalan hissəsi və qarşılıqlı iddianin təmin edilməməsi qət edilmişdir. İşdə olan sübutlar: 10 may 2012-ci il tarixli, 073m/12 saylı əsas kredit müqaviləsindən görünür ki, "xxxx" X17 Səhmdar Cəmiyyətinin Gəncə filialı ilə Cavabdeh1 arasında bağlanmış kredit müaviləsinə əsasən borcverən borcalana 227500 manat məbləğində 60 ay müddətinə, 10 may 2017-ci il tarixədək müddət ərzində, bu müqavilə çərçivəsində əlavə kredit müqavilələri bağlanmaqla kredit verir. Kreditin məbləğinə hesablanmış faizlər və kreditin ödənişləri, məqsədləri və digər şərtləri tərəflərin razılığı ilə əlavə kredit müqavilələri ilə tənzimlənir. Əsas kredit müqaviləsi çərçivəsində borcalana verilən kreditlər əlavə kredit müqavilələrinin bağlanması ilə rəsmiləşdirilir və hər dəfə verilən kredit üzrə illik faiz dərəcəsi və digər spesifik şərtlər əlavə kredit müqavilələri ilə tənzimlənir. 13 iyun 2013-cü il tarixli, 073smi/13 saylı sonrakı ipoteka müqaviləsindən görünür ki, "xxxx" X17 Səhmdar Cəmiyyətinin Gəncə filialı ilə X7 arasında bağlanmış sonrakı ipoteka müqaviləsinə əsasən ipotekaya qoyan müqavilənin 1.2-ci bəndində göstərilən əsas kredit müqaviləsi və əsas kredit müqaviləsi ilə müəyyən edilmiş müddət və kredit limiti çərçivəsində bağlanacaq əlavə kredit müqavilələri üzrə borcalanın öhdəliklərinin təminatı olaraq tam mülkiyyət hüququ üzrə X3 adına daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 29 nömrəli vərəqində qeydiyyata alınmış və ipoteka kimi çıxış edən Şəmkir şəhəri, Şəmkir-Gəncə yolunun 20-ci km-də yerləşən qeyri yaşayış binası ipoteka saxlayana yenidən ipotekaya qoyulmuşdur. Həmin müqavilənin 1.2-ci bəndində əsasən İpoteka saxlayanla Borcalan arasında Şəmkir şəhərində bağlanmış 10 may 2012-ci il tarixli 073m/12 saylı əsas kredit müqaviləsinə görə borcverən borcalana 227500 manat məbləğində 60 ay müddətinə, 10 may 2017-ci il tarixinədək əsas kredit müqaviləsi çərçivəsində əlavə kredit müqavilələri bağlanmaqla kredit verir, borcalan isə krediti və kreditdən istifadəyə görə əlavə kredit müqavilələrində nəzərdə tutulmuş faizləri əlavə kredit müqavilələrinin ayrılmaz hissəsi olan ödəniş cədvəlində göstərilmiş ödəniş tarixindən gec olmayaraq borc verənə ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən nəzərdə tutulmuş ipoteka predmeti əsas kredit müqaviləsi üzrə və əsas kredit müqaviləsi ilə müəyyən edilmiş müdət və kredit limiti çərçivəsində bağlanacaq əlavə kredit müqaviələri üzrə borcalanın öhdəliklərinin icrasının təmini üsuludur. Buna uyğun olaraq bu müqavilənin 1.1-ci bəndində göstərilən daşınmaz əmlaka dair ipoteka saxlayanın ipoteka hüququ əsas kredit müqaviləsi çərçivəsində borclana neçə dəfə kredit verilməsindən asılı olmayaraq, əsas kredit müqaviləsi çərçivəsində əlavə kredit müqavilələri bağlanılmaqla borcalan tərəfindən alınan bütün kreditlər üzərə öhdəliklərə şamil olunur. Əsas kredit müqaviləsinə dəyişiklik edilməsi haqqında 13 mart 2015-ci il tarixli sazişdən görünür ki, tərəflər arasında bağlanmış 10 may 2012-ci il tarixli 073m/12 saylı əsas kredit müqaviləsinin 1.1-ci bənində nəzərdə tutulmuş kreditin məbləği 227500 manatdan dəyişdirilərək ******* manat müəyyən edilmiş, kreditin müddəti dəyişdirilərək 10 may 2027-ci ildək 180 ay müəyyən edilmişdir. Əsas kredit müqaviləsinin digər şərtləri dəyişdirilmədən saxlanılmışdır. İpoteka müqaviləsinə dəyişikliklər edilməsi haqqında 13 mart 2015-ci il tarixli sazişdən görünür ki, tərəflər arasında bağlanmış 13 iyun 2013-cü il tarixli 073msi/13 saylı ipoteka müqaviləsinin 1.2-ci bəndində nəzərdə tutulan kreditin müddəti dəyişdirilərək xx.xx.2027-ci ilədək 180 ay, nəzərdə tutulmuş kreditin məbləği dəyişdirilərək ******* manat müəyyən edilmişdir. 08 fevral 2019-cu il tarixli 073m-1/19 saylı əlavə kredit müqaviləsindən görünür ki, "xxxx" KB ASC-nin Gəncə filialı ilə Cavabdeh1 arasında bağlanmış əlavə kredit müqaviləsinə əsasən bank tərəfindən borcalana 12 ay müddətinə 2 ay güzəşt müddəti olmaqla xx.xx.2020-ci il tarixədək illik 22% ödəmək şərti ilə 38378 manat kredit verilmişdir. Həmin müqavilənin 1.4-cü bəndinə əsasən kredit məbləği bank qarşısındakı xx.xx.2015-ci il tarixli 073-3/15 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsinə yönələcəkdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş Seriya RX ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Şəmkir şəhəri, Şəmkir-Gəncə yolunun 20-ci km-də yerləşən qeyri-yaşayış binası tam mülkiyyət hüququ ilə X5 məxsusdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş Seriya RX ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Şəmkir şəhəri, Şəmkir-Gəncə yolunun 20-ci km-də yerləşən qeyri-yaşayış binasının (mağazanın) ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində 17 mart 2015-ci il tarixdə qeydiyyatdan keçirilmişdir. Əsas öhdəlik 10 may 2012-ci il tarixli 073m/12 saylı əsas kredit müqaviləsinə 13 mart 2015-ci il tarixli sazişlə edilmiş dəyişiklikdə göstərilən ******* manat kredit məbləğidir. X3 şəxsi məlumat vərəqindən görünür ki, o xx.xx.1938-ci il tarixdə Şəmkir rayonunda anadan olmuş, xx.xx.2015-ci il tarixdə ölmüşdür. "xxxx" MMC-nin 10 oktyabr 2022-ci il tarixli 208/UB/22 saylı rəyindən görünür ki, X5 məxsus Şəmkir şəhəri, ŞəmkirGəncə yolunun 20-ci km-də yerləşən qeyri-yaşayış binasının hazırkı bazar dəyəri 310000 manat, likvid dəyəri 250000 manat təşkil edir. Məhkəmə Ekspertizası Mərkəzinin 20 oktyabr 2022-ci il tarixli 9/6572 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən Cavabdeh1 ilə "xxxx" KB ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 073m-1/19 saylı əlavə kredit müqaviləsi üzrə borcalanın banka ödənilməli olan kredit borcu xx.xx.2020-ci il tarixə əsas borc üzrə 32612 manat 33 qəpik, faiz borcu üzrə 548 manat 51 qəpikdir. xx.xx.2021-ci il tarixli bildirişin sürətindən görünür ki, borclulara yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyətləri barədə xəbərdarlıq edilmişlər. xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixli 073m-1/19 saylı kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə banka 32110 manat 80 qəpik məbləğində krеdit bоrcu, 2690 manat 39 qəpik məbləğində faiz bоrcu, 3485 manat 63 qəpik məbləğində cərimə borcu olmaqla, cəmi 38286 manat 82 qəpik məbləğində bоrcunun olması göstərilmişdir. Apellyasiya şikayətinin dəlilləri. Gəncə Kommersiya Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 2-2(115)-1543/2022 saylı qətnaməsindən narazı qalan ilk iddia üzrə iddiaçı "xxxx" X17 Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(115)-1543/2022 saylı qətnaməsinin qismən ləğv edilərək, ipoteka predmetinə tutmanın yönəldilməsi hissəsində də iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə iddiaçı "xxxx" X17 Səhmdar Cəmiyyəti apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(115)- 1543/2022 saylı qətnaməsi ilə iddiaçı “Unibank" KB ASC-nin iddiası kredit borcunun tutulması hissəsində qismən təmin edilmiş, qalan hissədə təmin edilməmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(115)-1543/2022 saylı qətnaməsi ilə zaminlik müqaviləsi üzrə Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarına əsasən iddianın təmin edilməməsi ilə bağlı məhkəmənin mövqeyi ilə razılaşsalar da, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı iddianın təmin edilməməsi hissəsində məhkəmənin mövqeyi ilə qətiyyən razı deyillər və hesab edirlər ki, Gəncə Kommersiya Məhkəməsi tərəfindən adı çəkilən qətnamə çıxarılarkən maddi və prosessual hüquq normaları ciddi və kobud şəkildə pozulmuşdur və aşağıda göstərilən səbəblərə görə iddia tələbi həmin hissədə təmin olunmalıdır. Qətnamə çıxarılarkən yol verilmiş ən başlıca pozuntu isə ondan ibarətdir ki, bankın nümayəndəsinin (S.Məmmədovun) məhkəmədə verdiyi izahatında "Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun" xx.xx.2018-ci il tarixli və xx.xx.2019-cu il tarixli qərarlarına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli qərardadına istinadən hazırki iddia tələbinin əsaslı olmasını və Konstitusiya Məhkəməsi Pİenumunun sözügedən qərarlarında ifadə olunmuş hüquqi mövqelərin müvafiq olaraq həmin qərarların qüvvəyə minməsindən sonra yaranan münasibətlərə şamil olunduğunu qeyd etməsinə baxmayaraq, Gəncə Kommersiya Məhkəməsi buna əhəmiyyət verməyərək, "Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun" xx.xx.2018-ci il tarixli və xx.xx.2019-cu il tarixli qərarlarına dair “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli qərardadında qeyd olunan hüquqi mövqeyə və MPM-ə zidd olaraq iddia tələbini ipoteka predmetinə tutmanın yönəldilməsi hissəsində təmin etməməklə qanuna zidd qətnamə qəbul etmişdir. Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli qərardadında qeyd olunur ki, "Plenumunun qərarlarında artıq formalaşmış hüquqi mövqeyə görə, azad sahibkarlıq və bazar iqtisadiyyatı şəraitində əmlak və əmlakla bağlı qeyri-əmlak münasibətlərindən əmələ gələn öhdəliklərin icrasının böyük iqtisadi-sosial əhəmiyyəti vardır. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Eyni zamanda, kredit müqaviləsi üzrə öhdəliklərin vaxtında icra edilməsi göstərilən məqsədlərlə yanaşı, dövlətin iqtisadi-maliyyə vəziyyətinin stabilliyinə və inkişafına yönəlir, bu isə banklara əmanətçilər tərəfındən göstərilən etimada müsbət təsir göstərməklə, ölkənin iqtisadi təhlükəsizliyinin qorunması və əhalinin daha da yüksək yaşayış səviyyəsinin təmin edilməsi ilə nəticələnir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin müraciətləri əsasında qəbul edilmiş Plenumun 2018-ci il 31 may və 2019-cu il 25 iyul tarixli qərarlarında mülki qanunvericiliyin müvafıq normalarına verilmiş şərh nəticəsində bu normaların geniş təfsir edildiyini və bu təfsirin təcrübi tətbiqində müəyyən dəyişikliklərə səbəb ola biləcəyini nəzərə alaraq, mülki dövriyyənin və dövlətin iqtisadi-maliyyə vəziyyətinin sabitliyinin qorunması məqsədi ilə bu qərarlarda əks olunmuş hüquqi mövqelər müvafiq olaraq onların qüvvəyə minməsindən sonra yaranan münasibətlərə şamil olunur. Lakin, Gəncə Kommersiya Məhkəməsi xx.xx.2022-ci il tarixli qətnaməsinin əsaslandırıcı hissəsində Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli qərardadını nəzərə almadan ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı hissədə əsassız olaraq qeyd edir ki, əsas kredit müqaviləsində və ipoteka müqavilələrində zəruri şərtlər (məsələn faiz dərəcəsi və s) göstərilmədiyindən və belə şərtlərin ancaq tərələr arasında bağlanacaq əlavə kredit müqavilələri ilə müəyyən edilməsi nəzərdə tutulduğundan sonradan bağlanmış əlavə kredit müqaviləsi zamanı ipoteka qoyanın razılığı alınmalı, onun da iradə ifadəsini əks etdirməli idi. Ona görə də 08 fevral 2019-cu il tarixli əlavə kredit müqaviləsindən irəli gələn öhdəhliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilə bilməz. Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi ipoteka müqaviləsinin bağlanmamış hesab edilməsi ilə bağlı Konstitusiya Məhkəməsinin qərarlarında öz əksini tapan hüquqi mövqelər müvafiq olaraq həmin Qərarların qüvvəyə minməsindən sonra yaranan münasibətlərə (ipoteka müqavilələrinə) şamil olunur. Hazırda bankın tutmanın ipoteka predmetinə yönəldilməsinə dair iddia tələbi üzrə mülki iş həmin qərarların qüvvəuə mindiyi tarixdən sonra, yəni xx.xx.2022-ci il tarixdə müvafıq məhkəməyə daxil olmuşdur. Beləliklə, bankın nümayəndəsi tərəfindən sözügedən mülki iş üzrə məhkəmə iclasında verdiyi izahatında "xxxx" KB ASC tərəfindən tərtib olunmuş və tərəflərin qarşılıqlı razılığı əsasında imzalanan müqavilələrdə qeyd olunanlarla və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli qərardadına istinadən hazırki iddia tələbinin əsaslı olmasını və Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərardadında ifadə olunmuş hüquqi mövqelərin müvafıq olaraq həmin qərarların qüvvəyə minməsindən sonra yaranan münasibətlərə şamil olunması ilə bağlı izahat verilməsinə baxmayaraq, iş materiallarının məhkəmə tərəfindən lazımı qaydada araşdırılmaması səbəbi ilə mülki işə lazımı hüquqi qiymət verilməmişdir. Göründüyü kimi Gəncə Kommersiya Məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli qərardadında olan hüquqi mövqeyi nəzərə almadan, normaların tələblərini də pozaraq, ipoteka müqaviləsinin ipoteka saxlayan "xxxx" KB ASC qarşısında sözügedən kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təmin edilməsi üsulu kimi bağlanmasına, ipoteka ilə təmin edilmiş həmin öhdəlik üzrə borclunun öhdəliyi icra edilmədiyi halda, ipoteka saxlayan "xxxx" KB ASC-nin ipoteka ilə yüklü edilmiş əmlakın dəyərindən digər kreditorlarına nisbətdə üstün qaydada təminat almaq hüququnun olmasına, eləcə də borclu təminat vasitəsi ipoteka predmeti olan əsas öhdəliyini lazımınca icra etmədiyindən ipoteka saxlayanın əmlakının satılmasını tələb etmək hüququnun əmələ gəlməsinə əhəmiyyət vermədən, iddianı ipoteka predmetinə münasibətdə təmin etməməklə, əslində ipoteka predmetini idarə edən cavabdeh tərəfə gələcəkdə ipoteka predmetini mənimsəməsinə hüquq verən qanunsuz əsas yaratmışdır. Qanunvericiliyə əsasən öhdəliklərin icrasının təmin edilməsinin əsas üsullarından biri kimi ipoteka çıxış edir. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. İş üzrə kredit öhdəliyi icra olunmadığı və ipoteka müqaviləsinə xitam verilmədiyi halda məhkəmənin ipoteka müqaviləsi üzrə əmlaka tutmanın yönəldilməsi hissəsində iddianın təmin edilməməsi bu maddi hüquq normalarının tələblərinə əməl etməməsi, həmin normaların tələblərinin ziddinə hərəkət etməsi anlamına gəlir. Buna görə də apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı cavabdehin yazılı etirazı: Cavabdeh apellyasiya şikayətinə qarşı yazılı etirazını onunla əsaslandırmışdır ki, onunla "xxxx" KB ASC arasında 10 may 2012-ci il tarixli 07m/12 nömrəli “Əsas kredit müqaviləsi” bağlanmışdır. Həmin kredit müqaviləsinin şərtlərinə uyğun olaraq bank tərəfindən ona 60 ay müddətinə illik 17 faiz dərəcəsi ilə 227.500 manat məbləğində kredit xətti açmışdır. X7 ilə Unibank” KB ASC arasında 13 iyun 2013-cü il tarixli 073smi/13 saylı “Sonrakı ipoteka müqaviləsi” bağlanılmışdır. X7 ilə Unibank” KB ASC arasında xx.xx.2015-ci il tarixdə “ipoteka müqaviləsinə dəyişikliklər edilməsi haqqında” Saziş bağlanılmışdır. İddiaçı "xxxx" KB ASC-nin iddia ərizəsində qeyd etdiyi kimi X7 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. X3 vəfatından sonra onunla "xxxx" KB ASC arasında xx.xx.2019-cu il tarixli 073m-1/19 nömrəli “Əlavə kredit müqaviləsi” imzalanmış, İpoteka müqaviləsi üzrə heç bir əlavə razılaşma olmamış, vərəsələrə məlumat verilməmişdir. Belə ki, AR Mülki Məcəllənin 309.1-ci maddəsinə əsasən, Daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. Mülki Məcəllənin 309.2-ci maddəsinə görə, İpotekanın dövlət qeydiyyatı qanunda nəzərdə tutulmuş qaydada aparılır. İpoteka haqqında qanunun 10.4-cü maddəsinə əsasən İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. Həmin qanunun 11.1 və 11.2-ci bəndlərinə görə Daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. İpoteka müqaviləsi bu Qanunun 11.3-cü və müvafiq hallarda 11.4-cü maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq reyestrə daxil edildiyi andan dövlət qeydiyyatına alınmış hesab olunur. Kredit xətti müqaviləsinin mühüm şərtlərinə dəyişiklik edildikdə ipoteka müqaviləsində də müvafiq düzəlişlər edilməlidir. Belə ki, “İpoteka haqqında” Qanunun 14-cü maddəsində qeyd olunur ki, ipoteka müqaviləsində əsas öhdəliyin mahiyyəti, ölçüsü və ya icra müddəti dəyişdikdə ipotekanın əlavə dövlət qeydiyyatı aparılmalıdır. Yəni həmin dəyişikliklər barədə ipoteka qoyan şəxsin məlumatı və razılığı olmalıdır. Qeyd olunan maddi hüquq normalarından göründüyü kimi ipoteka müqaviləsinin qüvvəyə minməsinin imperativ şərti onun dövlət qeydiyyatına alınmasıdır. Eyni zamanda ipoteka müqaviləsində əsas öhdəliyin mahiyyəti, ölçüsü və ya icra müddəti dəyişdikdə ipotekanın əlavə dövlət dövlət qeydiyyatı aparılmalıdır. Qanunvericilikdə müəyyən edilmiş müddətlər ərzində əlavə qeydiyyatın aparılmaması ipotekanın ilkin qeydiyyatının aparılmaması ilə eyni hüquqi nəticələrə səbəb olur, başqa sözlə ipoteka saxlayanın ipoteka hüququ yaranmır. Hazırkı işdə qeyd olunan hallar mövcuddur. Belə ki, onunla "xxxx" KB ASC arasında xx.xx.2019-cu il tarixli 073m1/19 nömrəli “Əlavə kredit müqaviləsi” ilə kreditdən istifadə müddəti, faiz dərəcəsi dəyişdirilmiş lakin həmin vaxt ipotekanın əlavə dövlət qeydiyyatı aparılmamışdır. Belə olan halda iddiaçının ipoteka hüququ yaranmamış hesab olunur. Bu baxımdan hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş tutmanın ipoteka predmetinə yönəldilməsi barədə tələbi təmin edilə bilməz. Digər tərəfdən ipoteka qoyan X1 ilə Unibank” KB ASC arasında 13 iyun 2013-cü il tarixli 073smi/13 saylı “Sonrakı ipoteka müqaviləsi”nə xx.xx.2015-ci il tarixdə “ipoteka müqaviləsinə dəyişikliklər edilməsi haqqında” Sazişinə nəzər saldıqda görünür ki, sözügedən müqavilələrdə kredit öhdəliyinin faiz dərəcəsi göstərilməmiş və müqavilənin zəruri şərti pozulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun Qərarında birbaşa qeyd edilmişdir ki, Mülki Məcəllənin 307.4-cü və “İpoteka haqqında” Qanunun 10.5-ci maddəsində ipoteka müqaviləsində göstərilməli olan zəruri şərtlər dəqiq müəyyən olunmamışdır. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, ipoteka müqaviləsinin bağlanması üçün də kredit xətti müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Kredit xətti müqaviləsinin mühüm şərtlərinə dəyişiklik edildikdə ipoteka müqaviləsində də müvafiq düzəlişlər edilməlidir. Belə ki, “İpoteka haqqında” Qanunun 14-cü maddəsində qeyd olunur ki, ipoteka müqaviləsində əsas öhdəliyin mahiyyəti, ölçüsü və ya icra müddəti dəyişdikdə ipotekanın əlavə dövlət qeydiyyatı aparılmalıdır. Yəni həmin dəyişikliklər barədə ipoteka qoyan şəxsin məlumatı və razılığı olmalıdır. Kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlərin göstərilməməsi və sonradan bu cür şərtlər müəyyən edilərkən ipoteka qoyanın razılığının alınmaması halında isə, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi zaminlikdən fərqli olaraq, ipoteka müqaviləsinin xitamı deyil, ümumiyyətlə, bağlanmamış hesab edilməsi yönündədir. Belə ki, qanunvericiliyə əsasən, ipoteka qoyanın razılığı olmadan öhdəliyin dəyişdirilməsi ipoteka müqaviləsinin xitamı üçün əsas deyil. Lakin tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Bu səbəbdən, kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlərin (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilməməsi müqavilənin bağlanmamış hesab edilməsinə səbəb olur. Hesab edirə ki, birinci instansiya məhkəməsi ilkin iddia tələbini kredit borcunun ipotekaya yönəldilməsi hissəsində əsaslı olaraq rədd etmişdir. Bu səbəbdən apellyasiya şikayətində qeyd edilənlər sözügedən qətnamənin dəyişdirilməsi üçün əsas deyildir. Odur ki, qeyd edilənləri nəzərə alaraq, "xxxx" KB ASC-nin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.7. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu: 36-cı maddəsinə görə ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. 39.3.3-cü maddəsinə əsasən ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli qərarın 1-ci bəndinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4, 385.1, 386.1, 405.1 və 739-cu maddələrinə uyğun olaraq tərəflərin iradə ifadəsini əks etdirən və onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən kredit xətti müqaviləsi niyyət razılaşması deyil, müqavilə kimi qəbul olunmalıdır. Həmin qərarın 3-cü bəndinə əsasən zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 25 iyul 2019-cu il tarixli qərarın 2-ci bəndinə əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.1, 10.5-ci və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddələrinin tələblərinə müvafiq olaraq, kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilmədikdə və sonradan bağlanmış kredit müqavilələrində belə şərtlər barəsində ipoteka qoyanın razılığı alınmadıqda, ipoteka müqaviləsi həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilir və bu müqavilədən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilə bilməz. Bu qayda kredit xətti müqaviləsi üzrə bağlanmış kredit müqavilələrində müəyyən edilmiş zəruri şərtlər barəsində ipoteka qoyanın razılığının alındığı hallara şamil edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 31 may tarixli və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 25 iyul tarixli Qərarlarına dair 11 oktyabr 2019-cu il tarixli qərardadına əsasən Azərbaycan Republikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 31 may tarixli və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 25 iyul tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqelər müvafiq olaraq həmin Qərarların qüvvəyə minməsindən sonra yaranan münasibətlərə, habelə predmetlərinə müvafiq olaraq Plenumun 2018-ci il 31 may və 2019-cu il 25 iyul tarixli Qərarları qüvvəyə minənədək məhkəmələrin icraatında olan mübahisələrə şamil olunur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 402.1. Kommersiya işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin Kommersiya və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri:
Məhkəmə kollegiyası tərəfindən Gəncə Kommersiya Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, e-2-2(115)-1543/2022 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı mübahisə edilən, yəni tutmanının ipoteka predmetinə yönəldilməsinin təmin edilməməsi hissəsində yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, bu nəticəyə gəlir ki, Gəncə Kommersiya Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, e-2-2(115)-1543/2022 nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" X17 Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Kommersiya Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, e-2-2(115)-1543/2022 nömrəli qətnaməsi tutmanının ipoteka predmetinə yönəldilməsinin təmin edilməməsi və həmin hissəyə dair xərclər hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə çıxarılaraq, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli qərarına istinad etməklə, əsas kredit və ipoteka müqavilələsində faiz dərəcəsinin göstərilməməsini, faiz dərcəsinin ancaq tərələr arasında bağlanacaq əlavə kredit müqavilələri ilə müəyyən edilməsi nəzərdə tutulduğundan sonradan bağlanmış əlavə kredit müqaviləsi zamanı ipoteka qoyanın razılığı alınmadığını əsas gətirərək iddia tələbini tələbin ipoteka predmetinə yönəldilməsi hissəsində rədd etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşmayaraq ilk öncə qeyd edir ki, 13 iyun 2013-cü il tarixli, 073smi/13 saylı sonrakı ipoteka müqaviləsinin 1.2-ci bəndi ilə öhdəliyin mahiyyəti, ölüçüsü və icra müddəti göstərilməklə, əsas kredit müqaviləsinə dəyişiklik edilməsi haqqında 13 mart 2015-ci il tarixli sazişə müvafiq olaraq da ipoteka müqaviləsinə dəyişikliklər edilməsi haqqında 13 mart 2015-ci il tarixli sazişlə də öhdəliyin ölçüsü və icra müddəti dəyişdirilərək, kreditin müddəti 180 ay olmaqla xx.xx.2027-ci il tarixədək öhdəliyin ölçüsü isə ******* manat həddində müəyyən edlmiş və həmin dəyişiklik qeydiyyata alınmışdır. Müqavilə tərəfləri arasında razılaşmaya görə isə borc məbləğinin əlavə kredit müqavilələrinə əsasən verilməsi və kredit üzrə illik faiz dərəcəsi və digər spesifik şərtlərin həmin əlavə kredit müqavilələri ilə tənzimlənməsi razılaşdırılmışdır. Bağlanmış 08 fevral 2019-cu il tarixli əlavə kredit müqaviləsində illik 22 faiz dərəcəsinin müəyyən edilməsi isə hazırkı işin faktiki halları baxımından öhdəliyin ölçüsünün artmasına səbəb olmamışdır. Belə ki, ipoteka ilə təmin edilmiş öhdəlik ******* manat həddində olmuş, 08 fevral 2029-cu il tarixli əlavə kredit müqaviləsi ilə isə verilə borc məbləği 38378 manat məbləğində olmuşdur. 08 fevral 2019-cu il tarixli əlavə kredit müqaviləsində borc məbləği üzrə faiz məbləğinin müəyyənləşdirilməsi ilə bağlı ipoteka qoyanın razılığının alınmamasına və buna müvafiq olaraq isə ipoteka müqaviləsinin həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab ediməsinə dair məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi qeyd olunan hissədə mübahisəyə yuxarıda qeyd olunan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2019-cu il tarixli qərarını və buna müvafiq olaraq isə 11 oktyabr 2019-cu il tarixli qərardadını tətbiq etməli olduğu halda, tətbiq etməmiş və bununla da tutmanının ipoteka predmetinə yönəldilməsi hissəsində iddianı rədd etməklə düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilmədikdə və sonradan bağlanmış kredit müqavilələrində belə şərtlər barəsində ipoteka qoyanın razılığı alınmadıqda, ipoteka müqaviləsi həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilməsi və müqavilədən irəli gələn öhdəliyin ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilə bilməməsi ilə bağlı hüquqi mövqe qeyd olunan qərarın qüvvəyə minməsindən sonra yaranan münasibətlərə şamil olunur. Hazırkı işin hallarına görə isə ipoteka müqaviləsi 13 iyun 2013-cü il tarixdə, həmin müqaviləyə edilmiş dəyişikliklər 13 mart 2015-ci il tarixdə, o cümlədən əlavə kredit müqaviləsi isə 08 fevral 2019-cu il tarixdə bağlanmışdır. Yəni, tərəflər arasında yaranmış hüquq münasibətləri Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2019-cu il tarixli qərarının qüvvəyə minməsindən əvvəl yaranmışdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək, Gəncə Kommersiya Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, e-2-2(115)-1543/2022 nömrəli qətnaməsi tutmanının ipoteka predmetinə yönəldilməsinin təmin edilməməsi hissəsində və həmin hissəyə dair xərclər hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə çıxarılaraq, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı ipoteka predmetinin ilkin satış qiymətinin 220000 manat məbləğində müəyyən edilməsini tələb etsə də, iş üzrə əldə edilmiş müstəqil qiymətləndiricinin rəyi ilə ipoteka predmetinin likvid dəyərinin 250000 manat məbləğində olması müəyyən edilmişdir. Buna görə də iddia tələbi həmin hissədə qismən təmin edilməli və ipoteka predmetinin ilkin satış qiyməti 250000 manat məbləğində müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Kommersiya-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,
q ə t e t d i:
Gəncə Kommersiya Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, e-2-2(115)-1543/2022 nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" X17 Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, e-2-2(115)-1543/2022 nömrəli qətnaməsi tutmanın ipoteka predmetinə yönəldilməsinin rədd edilməsi, qiymətləndirmə və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xərc hissələrində ləğv edilsin və həmin hissədə yeni qətnamə çıxarılsın. İddia tələbi həmin hissədə qismən təmin edilsin. Tutma ipoteka predmeti olan Şəmkir şəhəri, Şəmkir-Gəncə yolunun 20-ci km-də 0,75 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 4188,9 kv.m olan qeyri-yaşayış binasına yönəldilsin. Həmin əmlak hərracda satılsın və satışdan əldə olunmuş pul vəsaiti hesabına tələb təmin edilsin. İpoteka predmetinin ilkin satış qiyməti 250000 (iki yüz əlli min) manat məbləğində müəyyən edilsin. İpoteka predmetinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 (bir) ay ərzində həmin qeyri-yaşayış binası boşaldılsın. İş üzrə qiymətləndirmə keçirilməsi ilə bağlı 500 (beş yüz) manat xərc ilk iddia üzrə Cavabdeh1 tutularaq, "xxxx" MMC-nin hesabına (H/h:AZ52İBAZ********************, Azərbaycan Beynəlxalq Bankı ASC-nin Abşeron filialı, Kod:805539, VÖEN: **********, S.W.İ.F.T. BİC:İBAZAZ2X, M/h: AZ03NABZ013501**********2944) ödənilsin. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair 120 (yüz iyirmi) manat xərc məbləği ilk iddia üzrə Cavabdeh1 tutularaq, "xxxx" X17 Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommerisya kollegiyasına kassasiya şikayəti verilə bilər.