Məhkəmə qərarları › İş №2-2(104)-93/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-93/2024

14.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-93/2024 14.08.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı MMC-nin cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh1, Cavabdeh6, Cavabdeh2 və Cavabdeh3 kredit müqaviləsi üzrə borcun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-22/2023 saylı qətnaməsindən Cavabdeh5 nümayəndəsi (vəkil) Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-22/2023 saylı qətnaməsi ilə (hakim R.Məmmədov) iddianın qismən təmin edilməsi, 89603 manat 96 qəpik əsas borc, 14652 manat 74 qəpik faiz borcu, 1000 manat cərimə borcu olmaqla, cəmi 105256 manat 70 qəpik məbləğində borc, ipoteka bildirişlərinin qeydə alınması üçün ödənilmiş 82 manat və 400 manat mediasiya xərcinin Cavabdeh5 tutularaq iddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı MMC-yə ödənilməsi, tələb üzrə tutmanın cavabdehlər Cavabdeh5 məxsus Bərdə şəhəri, Cəfər Cabbarlı küçəsində 0.06 hektar torpaq sahəsində yerləşən 22 saylı fərdi yaşayış evinə və Cavabdeh4 məxsus Bərdə rayonu, Mehdili kəndində 0.12 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evlərinin açıq hərracdan satılması, Bərdə şəhəri, Cəfər Cabbarlı küçəsində 0.06 hektar torpaq sahəsində yerləşən 22 saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 83000 manat, Bərdə rayonu, Mehdili kəndində 0.12 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ilkin satış qiymətinin 71000 manat həddində müəyyən edilməsi, açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləğinin iddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı MMC-yə ödənilməsi, kredit təşkilatının tələbləri ödənildikdən sonra qalan məbləğin cavabdehlər Cavabdeh5 və Cavabdeh4 qaytarılması, fərdi yaşayış evlərinin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləğinin Cavabdeh5 tutularaq iddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı MMC-yə ödənilməsi, 200 manat ekspertiza xərci və 500 manat qiymətləndirmə haqqının Cavabdeh5 tutularaq müvafiq olaraq Məhkəmə Ekspertiza Mərkəzinin və "xxxx" MMC-nin hesablarına ödənilsin. Ödənilməli olan 386 manat 26 qəpik məbləğində dövlət rüsumunun Cavabdeh5 tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-22/2023 saylı əlavə qətnaməsi ilə Bərdə şəhəri, Cəfər Cabbarlı küçəsində 0.06 hektar torpaq sahəsində yerləşən 22 saylı fərdi yaşayış evi və Bərdə rayonu, Mehdili kəndində 0.12 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evi açıq hərracda satıldıqdan sonra cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh1, Cavabdeh6, Cavabdeh2 və Cavabdeh3 1 ay ərzində müvafiq fərdi yaşayış evlərindən çıxarılmalrı qət olunmuşdur. Qətnamə ilə razılaşmayan Cavabdeh5 nümayəndəsi (vəkil) Vəkil2 apellyasiya şikayəti verərək Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(115)- 22/2023 saylı qətnaməsinin və ona əlavə qətnamənin ləğv edilməsinə və iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh5dan Bank Olmayan Kredit Təşkilatı İddiaçı MMC-nin xeyrinə 25 oktyabr 2016-cı il tarixli 16/16 №-li kredit müqaviləsi üzrə əsas borcundan 90500 manat, faiz borcundan 15725 manat 69 qəpik, cərimə borcundan 11495 manat 42 qəpik, ipoteka bildirişlərinin qeydə alınması üçün ödənilmiş 82 manat dövlət rüsumunun, 400 manat manat mediasiya prosesi üçün ödənilmiş rüsumun, ümumilikdə cəmi 118203 manat 10 qəpik məbləğində pul vəsaitinin tutulması, bu tutulmanın ilkin satış qiyməti 80000 manat müəyyən edilməklə xx.xx.2016-cı il tarixli Cavabdeh5 ilə bağlanmış ipoteka müqaviləsinə əsasən ipotekaya qoyulmuş Cavabdeh5 məxsus Bərdə şəhəri, Cəfər Cabbarlı küçəsi, 22 nömrəli fərdi yaşayış evinə (0.06 ha torpaq sahəsi ilə birlikdə), ilkin satış qiyməti 70000 manat müəyyən edilməklə xx.xx.2016-cı il tarixli Cavabdeh4 ilə bağlanmış ipoteka müqaviləsinə əsasən ipotekaya qoyulmuş Bərdə rayonu, Mehdili kəndində 0.12 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 159.7 kv.m, yaşayış sahəsi 98.9 kv.m, yardımçı sahəsi 60.8 kv.m olan 3 otaqlı fərdi yaşayış evinə (0.12 ha torpaq sahəsi ilə birlikdə) yönəldilməsi, həmin əmlakların açıq bazarda və ya hərracda satılması, satışından əldə edilmiş məbləğin borcun ödənilməsi üçün Bank Olmayan Kredit Təşkilatı İddiaçı MMC-nin hesabına keçirilməsi, əmlakların satışından əldə edilən pul vəsaiti borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh5 tutulması, Bərdə şəhəri, Cəfər Cabbarlı küçəsi, 22 nömrəli fərdi yaşayış evi evinə (0.06 ha torpaq sahəsi ilə birlikdə) satıldıqdan sonra orada yaşayan Cavabdeh5, Cəfərova (Rzayeva) Nəzakət İsa qızı və Bayramova (Rzayeva) Günay Zahid qızı və digər şəxslər, Bərdə rayonu, Mehdili kəndində 0.12 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 159.7 kv.m, yaşayış sahəsi 98.9 kv.m, yardımçı sahəsi 60.8 kv.m olan 3 otaqlı fərdi yaşayış evinə (0.12 ha torpaq sahəsi ilə birlikdə) satıldıqdan sonra orada yaşayan Cavabdeh4, Cavabdeh1, Cavabdeh6 və digər şəxslər, mənzili 1 (bir) ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı (kreditor) Bank Olmayan Kredit Təşkilatı İddiaçı MMC (Bundan sonra BOKT) ilə Cavabdeh5 (Borc alan) arasında bağlanmış 29 noyabr 2016-cı il tarixli 16/16 №-li Kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən borc alana 60 (altmış) ay müddətinə, kreditdən istifadəyə görə illik 7 % (yeddi faiz) ödənilməsi şərtilə, 100000 (bir yüz min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı MMC ilə Cavabdeh5 arasında mülkiyyət hüququ ilə sonuncuya məxsus Bərdə şəhəri, Cəfər Cabbarlı küçəsi, 22 nömrəli fərdi yaşayış evinin (0.06 ha torpaq sahəsi ilə birlikdə) ipoteka qoyulması barədə 29 noyabr 2016-cı il tar0ixli İpoteka müqaviləsi (bundan sonra birlikdə - “İpoteka müqaviləsi”) bağlanmışdır. Bundan başqa Kredit müqaviləsi üzrə öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı MMC ilə Cavabdeh4 arasında mülkiyyət hüququ ilə sonuncuya məxsus Bərdə rayonu, Mehdili kəndində 0.12 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 159.7 kv.m, yaşayış sahəsi 98.9 kv.m, yardımçı sahəsi 60.8 kv.m olan 3 otaqlı fərdi yaşayış evinin (0.12 ha torpaq sahəsi ilə birlikdə) ipoteka qoyulması barədə 29 noyabr 2016-cı il tarixli İpoteka müqaviləsi bağlanmışdır. BOKT-un yuxarıda qeyd edilən ipoteka predmetlərinə 29 noyabr 2016-cı il tarixli Cavabdeh5 ilə bağlamış olduğu İpoteka müqaviləsi üzrə ipoteka hüququnun qeydiyyata alınmasına dair İddiaçı MMC-yə AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsi tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2017-ci il tarixli RX seriyalı ******* №-li və 29 noyabr 2016-cı il tarixli Cavabdeh4 ilə bağlamış olduğu İpoteka müqaviləsi üzrə ipoteka hüququnun qeydiyyata alınmasına dair İddiaçı MMC-yə AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsi tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2017-ci il tarixli RX seriyalı ******* №-li çıxarışlar verilmişdir. Kredit müqaviləsinin 1.2-ci və 8-ci bəndinə əsasən Cavabdeh5 krediti və ona hesablanmış faizləri vaxtında qaytarmağı öhdəsinə götürsə də, bu öhdəliklərini kobud şəkildə pozmuş, bu günə qədər kredit üzrə əsas borc məbləğinin mühüm hissəsini Banka qaytarmamış və əsas borc məbləğinə hesablanmış faizləri ödəməmişdir. Beləliklə, xx.xx.2021-ci il tarixinə Cavabdeh5 Kreditor qarşısında əsas borcundan 90500 manat, faiz borcundan 15725 manat 69 qəpik, cərimə borcundan 11495 manat 42 qəpik olmaqla ümumilikdə 117721 manat 10 qəpik məbləğində borcu var. İddiaçı tərəfindən həmin Qanunun 36-cı maddəsinə uyğun olaraq Cavabdeh5 və Cavabdeh4 ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişlər verilmişdir. İddiaçı tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınması barədə Ərizələr ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq Ərazi İdarələrinə müraciət edilmiş və həmin İdarələr tərəfindən Ərizənin surətində qəbul edilməsi barədə müvafiq qeyd aparılmışdır. İddiaçı tərəfindən cavabdehlərə ipoteka predmetinin satılması və iddiaçının tələblərinin ödənilməsi üçün kifayət qədər vaxt verilməsinə baxmayaraq, bu günə kimi borcun ödənilməsi üçün heç bir əməli addım atılmamışdır. Cavabdeh5 birinci instansiya məhkəməsinə ərizə göndərərək bildirmişdir ki, 15 oktyabr 2016-cı il tarixdə İddiaçı Bank Olmayan Kredit Təşkilatına müraciət edərək, özünə məxsus fərdi yaşayış evini və qardaşı Cavabdeh4 məxsus fərdi yaşayış evlərini girov qoyaraq, 100 000 manat məbləğində kredit götürmüşdür. Həmin vəsait isə Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaiti idi. Həmin vaxtlar həmin təşkilat, yəni İddiaçı BOKT MMC Bərdə şəhərində yerləşmişdir. O da vaxtı-vaxtında yaxınlaşıb ödənişlərini etmişdir. 2018-ci ilin iyun ayında ödəniş etmək üçün həmin ünvana getmiş və görmüşdür ki, həmin yer bağlıdır. Maraqlanmış və ona bildirmişlər ki, həmin təşkilat artıq Bakı şəhərində fəaliyyət göstərir. O, dərhal həmin təşkilatın əməkdaşları ilə əlaqə saxlamış onlar da ona bildirmişlər ki, təşkilat artıq Bakı şəhərində fəaliyyət göstərir o, ödənişləri ya Bakı şəhərinə yaxınlaşıb ödəməli və ya özünün ya bir qohumunun adına istənilən bankda cari hesab aça və həmin hesab vaistəsi ilə Aqrar Kredit və İnkişaf Agentliyinə ödəyib ödənişlə bağlı onlara məlumat verə bilər, onlar da dərhal onun borcundan siləcəklər. O, əvvəllər ödənişləri Bakı şəhərinə göndərsə də sonra qohumu Vasif Əsgərovla ilə əlaqə saxlamış vəziyyəti ona məlum etmiş, o da bildirmişdir ki, bəli onun “Access Bank”ın Bərdə filialında hesabı var ora getsinlər və ödənişi ordan etsinlər. O şəkildə də etmişlər. Ondan sonra o, Vasif ilə mütəmadi olaraq ödənişləri Vasifin hesabından Aqrar Kredit və İnkişaf Agentliyinə ödəmişdir, İddiaçı BOKTa ödənişlə bağlı məlumat vermişdir. Həm “Access Bank”dan, həm də Bakıdan ödənişlər etmişdir. Aşağıdakı ödəniş məbləğlərini “Access Bank”la ödənmişdir. Cavabdeh5 xx.xx.2018-ci il tarixdə 2777 manat 78 qəpik, Cavabdeh5 xx.xx.2019-ci il tarixdə 2777 manat 78 qəpik, “Access Bank”la 5555 manat 56 qəpik, İddiaçı BOKT-a isə faizlərdən əlavə ödənilən əsas məbləği 13670 manat. Cəmi əsas borcdan 19225 manat 56 qəpik ödəniş etsə də onun ödənişdən az silinmişdir. Odur ki, xahiş edir ki, onun borcunun ana məbləğini düzgün silinməsi, əlavə faizlərin cərimələrin və dəbbənin silinməsi təmin edilsin. Əlavə olaraq onu da qeyd edir ki, hesabından ödəniş etdiyi şəxs X3 bu ödənişlərin Cavabdeh5 ödənişi olduğunu təsdiqləyir və lazım olduğu zaman məhkəməyə gəlməyə hazır olduğunu bildirir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh5 nümayəndəsi (vəkil) Vəkil2 apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən edilmiş ödənişləri nəzərə almamış və birtərəfli qaydada işi araşdıraraq iddia tələbini təmin etmişdir. Belə ki, 15 oktyabr 2016cı il tarixdə İddiaçı Bank Olmayan Kredit Təşkilatına müraciət edərək, ona məxsus fərdi yaşayış evini və qardaşı Cavabdeh4 məxsus fərdi yaşayış evlərini girov qoyaraq, müvəkkil kredit təşkilatı İddiaçı BOKT MMC-nin vasitəsi ilə Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaiti hesabına birlikdə 100 000,00 (bir yüz min) manat məbləğində kredit götürmüşlər. Həmin vaxtlar İddiaçı BOKT MMC Bərdə şəhərində vaxtı vaxtında yaxınlaşıb ödənişləri etmişlər. Lakin 2018-ci ildə həmin ünvana ödəniş etmək üçün getmiş artıq həmin yerin bağlandığını görmüşdür. Dərhal maraqlanmış və ona bildirmişlər ki, həmin təşkilat artıq Bakı şəhərində fəaliyyət göstərir. O, həmin təşkilatın əməkdaşları ilə əlaqə saxlamış onlar da ona bildirmişlər ki, bəlli təşkilat artıq Bakı şəhərində fəaliyyət göstərir, müvəqqəti olaraq ödənişləri ya Bakı şəhərinə yaxınlaşıb İddiaçı BOKT MMC-nin kassasına ödəməli, ya öz adından və ya İddiaçı BOKT MMC-nin əməkdaşı X2 məxsus “Access Bank”ın Bərdə Filialında olan cari hesabdan bir başa həmin təşkilata Aqrar Kredit və İnkişaf Agentliyinə ödəyib təyinatda İddiaçı BOKT MMC-nin adını göstərmək şərti ilə, sonra həmin ödəniş sənədini İddiaçı BOKT MMC-yə təqdim etməlisiniz ki, İddiaçı BOKT MMC-də olan borcdan silinsin. O, əvvəllər ödənişləri bir qismini Bakı şəhərinə göndərsə də, bir qismini İddiaçı BOKT MMC-dən ona gələn məktubda göstərilən kimi BOKT-un əməkdaşı X1 “Access Bank”ın Bərdə Filialında olan cari hesabından Aqrar Kredit və İnkişaf Agentliyinə ödəyib, İddiaçı BOKT-a ödənişlə bağlı məlumat vermişdir. Onlar da hər dəfə borcdan silindiyini bildirirdi. Bununla bağlı olaraq qardaşı Cavabdeh4lə birlikdə həmin ödənişlərlə bağlı Vasif Əsgərova ərizə ilə müraciət edərək onunla birlikdə ona məxsus hesabdan Cavabdeh5 kreditinə etdiyi ödənişlərin sənədlərini onlara təqdim etməyini istəmiş, o da rəsmi olaraq həmin ödəniş sənədlərini təqdim etmişdir. Onun İddiaçı BOKT MMC-dən götürdüyü 100000,00 (bir yüz min) manat məbləğində olan kreditin müddəti 60 (altmış) aylıq idi. 24 (iyirmi dörd) ay faiz sonra isə 36 (otuz altı) ay müddətində əsas borcu aylıq faizlə birlikdə ödəməyi öhdəsinə götürmüşdür. 2018-ci ilin oktyabr ayından əsas borcu ödəməyə başlamışdır. Artıq paralel olaraq həm BOKT-un kassasına, həm də birbaşa AKİA-ya xeyli miqdarda ödənişlər etsə də, onun əsas borcundan çox az qismi silinmişdir. İddiaçı BOKT MMC-nin kassasına ödədiyi ödənişlərin hazırda əlində olan kassa mədaxil orderləri bunlardı, 22420,00 (iyirmi iki min dörd yüz iyirmi manat 00 qəpik) manat ödənilmişdir. X1 “Access Bank”ın Bərdə filialında olan cari hesabından Aqrar Kredit və İnkişaf Agentliyinə ödədiyi ödənişin cəmi 15611,11 (on beş min altı yüz on bir manat 11 qəpik) manat olmuşdur. Ümumilikdə 38031,11 (otuz səkkiz min otuz bir manat 11 qəpik) manat məbləğində ödəniş etmişdir. Həmin ödənişin 28650,00 (iyirmi səkkiz min altı yüz əlli) manatı əsas borcdan ödənibdir. Ödənişlərin dayanmasına səbəb isə BOKT-un Bərdə rayonunda fəaliyətinin dayandırılması və X1 həmin təşkilatdan ayrılması olmuşdur. Sonra koronavirus pandemiyası ilə bağlı işsiz qalmış, bu zaman ailəsini belə çətinliklə saxlamışdır. Həmin zamanlar İddiaçı BOKT ilə nə qədər telefonla əlaqə saxlamağa cəhd etsələr də, heç bir əlaqə yarada bilməmişlər. Sonradan da pandemiya bitən kimi xəbər tutmuşdur ki, artıq onları məhkəməyə veriblər. Odur ki, bütün yuxarıda göstərilənləri nəzərə alaraq əsas borcundan ödədiyi 28650,00 (iyirmi səkkiz min altı yüz əlli) manatı əsas borcundan silinməsinə, ona artıq hesablanmış aylıq faizləri, yenidən hesablanmasına baxmaq, və heç bir əsası olmayın əlavə dəbbə faizinin tam silinməsinə köməklik edilməsini xahiş etmişdir. Prosessual məsələlər: Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş tərəflərin nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəblə bağlı olması barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini, apellyasiya şikayətinin dəlilləri ilə bağlı iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməməkdə haqlı olmuşdur. Belə ki, iş materiallarında olan 25 oktyabr 2016-cı il tarixli 16/16 №-li kredit müqaviləsindən görünür ki, Bank Olmayan Kredit Təşkilatı İddiaçı MMC tərəfindən Cavabdeh5 illik 7 faiz kreditdən istifadəyə görə haqq ödəmək şərtilə, 60 ay müddətinə 100000 manat məbləğində heyvandarlığın inkişafı məqsədi ilə kredit verilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh5 25 oktyabr 2016cı il tarixli 16/16 №-li kredit müqaviləsi üzrə banka əsas borc üzrə 90500 manat, faiz borcu üzrə 15725 manat 69 qəpik, cərimə borcu üzrə 11495 manat 42 qəpik, olmaqla ümumilikdə cəmi 117721 manat 10 qəpik məbləğində borcunun olması göstərilmişdir. İş materiallarında olan Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadına əsasən təyin edilərək alınmış məhkəmə-mühasibatlıq ekspertizasının 02 mart 2023-cü il tarixli 9/505 saylı rəyində göstərilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilən səbəblərdən hazırki ekspertiza tədqiqatı zamanı İddiaçı BOKT MMC ilə Cavabdeh5 arasında bağlanılmış xx.xx.2016-cı il tarixli 16/16 saylı kredit müqaviləsi üzrə borcalanın borc verənə olan borcunu müəyyən etmək mümkün olmamışdır. Tədqiqatın dəyəri 50 manat təşkil etmişdir. İş materiallarında olan Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən təyin edilərək alınmış məhkəmə-mühasibatlıq ekspertizasının 12 iyul 2023-cü il tarixli 9/4310 saylı rəyində göstərilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlər, təqdim edilmiş ödəniş qəbzləri məlumatları, 25 oktyabr 2016-cı il tarixli 16/16 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla xx.xx.2021-ci il tarixə Cavabdeh5 Bank Olmayan Kredit Təşkilatı İddiaçı MMC-yə olan borcu 104256 manat 70 qəpik məbləğində, o cümlədən əsas borc üzrə 89603 manat 96 qəpik, faiz borcu üzrə 14652 manat 74 qəpik məbləğində müəyyən edilir. Tədqiqatın dəyəri 150 manat təşkil etmişdir. İş materiallarında olan 29 noyabr 2016-cı il tarixli ipoteka müqaviləsindən görünür ki, cavabdehin kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh4 məxsus Bərdə rayonu, Mehdili kəndində 0.12 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 159.7 kv.m, yaşayış sahəsi 98.9 kv.m, yardımçı sahəsi 60.8 kv.m olan 3 otaqlı fərdi yaşayış evi 0.12 ha torpaq sahəsi ilə birlikdə banka ipotekaya qoyulmuşdur. İş materiallarında olan 29 noyabr 2016-cı il tarixli ipoteka müqaviləsindən görünür ki, cavabdehin kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh5 məxsus Bərdə şəhəri, Cəfər Cabbarlı küçəsi, 22 nömrəli fərdi yaşayış evi 0.06 ha torpaq sahəsi ilə birlikdə banka ipotekaya qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK-nın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh4 məxsus Bərdə rayonu, Mehdili kəndində 0.12 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 159.7 kv.m, yaşayış sahəsi 98.9 kv.m, yardımçı sahəsi 60.8 kv.m olan 3 otaqlı fərdi yaşayış evinin 0.12 ha torpaq sahəsi ilə birlikdə, Cavabdeh5 məxsus Bərdə şəhəri, Cəfər Cabbarlı küçəsi, 22 nömrəli fərdi yaşayış evinin 0.06 ha torpaq sahəsi ilə birlikdə ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatdan keçirilmişdir. İş materiallarında olan məhkəmənin qərardadına əsasən təyin edilərək alınmış 10 oktybar 2022-ci il tarixli G-10/22-229 nömrəli əmlakın qiymətləndirilməsi üzrə ekspert rəyindən görünür ki, Bərdə rayonu, Mehdili kəndində 0.12 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 159.7 kv.m, yaşayış sahəsi 98.9 kv.m, yardımçı sahəsi 60.8 kv.m olan 3 otaqlı fərdi yaşayış evinin (0.12 ha torpaq sahəsi ilə birlikdə) bazar dəyəri 78000 manat, likvid dəyəri 71000 manat təşkil etmişdir. Tədqiqatın dəyəri 250 manat təşkil etmişdir. İş materiallarında olan məhkəmənin qərardadına əsasən təyin edilərək alınmış 10 oktybar 2022-ci il tarixli 204/GFB/22 nömrəli əmlakın qiymətləndirilməsi üzrə ekspert rəyindən görünür ki, Bərdə şəhəri, Cəfər Cabbarlı küçəsi, 22 nömrəli fərdi yaşayış evinin (0.06 ha torpaq sahəsi ilə birlikdə) bazar dəyəri 88000 manat, likvid dəyəri 83000 manat təşkil etmişdir. Tədqiqatın dəyəri 250 manat təşkil etmişdir. İş materiallarında olan bildiriş məktublarından görünür ki, Bank Olmayan Kredit Təşkilatı İddiaçı MMC cavabdehə kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə tutmanın ipoteka predmeti olan yaşayış evinə yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə cavabdehə-ipoteka qoyana xəbərdarlıq etmişdir. İş materiallarında olan 09 mart 2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan göründüyü kimi Bank Olmayan Kredit Təşkilatı İddiaçı MMC-nin nümayəndəsi Vəkil1 mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 400 manat mediasiya xərcini ödəmişdir Məhkəmə sorğusu əsasında "xxxx" QSC-dən alınmış 083706 nömrəli 2024/07/23 tarixli nömrəli məktubda bildirilmişdir ki, X1 "xxxx" QSC-nin Bərdə filialında olan AZ23ACAB******************** saylı hesabından xx.xx.2018-ci il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il ,xx.xx.2019-cu il tarixlərdə qərarda qeyd olunan ödənişlər “MyAccess” İnternet Bankçılıq sistemi ilə onlayn şəkildə həyata keçirilmişdir. Onlayn qaydada müştəri tərəfindən icra edilən əməliyyatlar üzrə qərarda sorğu edilən məlumatın (Cavabdeh5 adına olan kredit ödənişinin aparılması ilə bağlı) qeydiyyatı aparılmadığından tərəflərindən həmin məlumatın ötürülməsi mümkün olmamışdır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, iddiaçı (kreditor) Bank Olmayan Kredit Təşkilatı"xxxx" MMC (Bundan sonra BOKT) ilə Cavabdeh5 (Borc alan) arasında bağlanmış 29 noyabr 2016-cı il tarixli 16/16 №-li Kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən borc alana 60 (altmış) ay müddətinə, kreditdən istifadəyə görə illik 7 % (yeddi faiz) ödənilməsi şərtilə, 100000 (bir yüz min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı MMC ilə Cavabdeh5 arasında mülkiyyət hüququ ilə sonuncuya məxsus Bərdə şəhəri, Cəfər Cabbarlı küçəsi, 22 nömrəli fərdi yaşayış evinin (0.06 ha torpaq sahəsi ilə birlikdə) ipoteka qoyulması barədə 29 noyabr 2016-cı il tarixli İpoteka müqaviləsi bağlanmışdır. Bundan başqa Kredit müqaviləsi üzrə öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı MMC ilə Cavabdeh4 arasında mülkiyyət hüququ ilə sonuncuya məxsus Bərdə rayonu, Mehdili kəndində 0.12 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 159.7 kv.m, yaşayış sahəsi 98.9 kv.m, yardımçı sahəsi 60.8 kv.m olan 3 otaqlı fərdi yaşayış evinin (0.12 ha torpaq sahəsi ilə birlikdə) ipoteka qoyulması barədə 29 noyabr 2016-cı il tarixli İpoteka müqaviləsi bağlanmışdır. BOKT-un yuxarıda qeyd edilən ipoteka predmetlərinə 29 noyabr 2016-cı il tarixli Cavabdeh5 ilə bağlamış olduğu İpoteka müqaviləsi üzrə ipoteka hüququnun qeydiyyata alınmasına dair İddiaçı MMC-yə ARƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsi tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2017-ci il tarixli RX seriyalı ******* №-li və 29 noyabr 2016-cı il tarixli Cavabdeh4 ilə bağlamış olduğu İpoteka müqaviləsi üzrə ipoteka hüququnun qeydiyyata alınmasına dair İddiaçı MMC-yə AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsi tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2017-ci il tarixli RX seriyalı ******* №-li çıxarışlar verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh5 krediti və ona hesablanmış faizləri vaxtında qaytarmağı öhdəsinə götürsə də, bu öhdəliklərini kobud şəkildə pozmuş, edilmiş xəbərdarlıqlara baxmayaraq kredit üzrə əsas borc məbləğinin mühüm hissəsini Banka qaytarmamış və əsas borc məbləğinə hesablanmış faizləri ödəməmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini əsas kredit borcu və faiz borcu hissəsində tam, cərimə hissəsində isə qismən təmin edərək cavabdehdən iddiaçının xeyrinə ümumilikdə 105256,70 manat tutulmalı olması qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1 və 739.2-ci maddələrinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasənİcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinəəsasən öhdəliyin onun icra üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasənəgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Qanunvericiliyin istinad olunan normalarının məzmunundan da görünür ki, müqavilə tərəfi müqavilə üzrə götürdüyü öhdəliyi müqavilə ilə şərtləşdirilmiş vaxtda və qaydada yerinə yetirməlidir, icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda istinad olunmuş normaları və borclu ilə bank arasında bağlanmış 29 noyabr 2016-cı il tarixli 16/16 №-li kredit müqaviləsinin yuxarıda qeyd olunmuş müddəaları baxımından Cavabdeh5 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilir. Belə ki, cavabdeh kredit vəsaitini vaxtında ödənilməsi ilə bağlı kredit müqaviləsi bağlamaqla üzərinə götürdüyü öhdəliklərin şərtlərini lazımi qaydada yerinə yetirməmiş, bununla da kredit müqaviləsinin şərtlərini pozmuşdur. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Kollegiya qeyd edir ki, cavabdeh tərəfindən ödənilməli olan borcun məbləğinun qalıq hissəsi mübahisələndirildiyinə görə birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın rəyi ilə cavabdehin borcunun qalıq hissəsi yuxarıda göstərilən qaydada, yəni xx.xx.2021-ci il tarixə Cavabdeh5 Bank Olmayan Kredit Təşkilatı İddiaçı MMC-yə olan borcu 104256 manat 70 qəpik məbləğində, o cümlədən əsas borc üzrə 89603 manat 96 qəpik, faiz borcu üzrə 14652 manat 74 qəpik olduğu müəyyən edilmişdir. Cavabdeh5 apellyasiya şikayətinin dəlillərində İddiaçı BOKT MMC-nin kassasına 22420,00 (iyirmi iki min dörd yüz iyirmi manat 00 qəpik) manat ödəniş edildiyini və bunun əsas borcdan silinməli olduğunu göstərmişdir. Kollegiya qeyd edir ki, işdə olan ödəniş qrafikindən göründüyü kimi cavabdeh 24 ay müddətinə hər ay 583.33 manat olmaqla ancaq faiz borcundan ödəmişdir ki, bu da 13 999,92 manat təşkil edir. Ödənilmiş kreditin qalan hissəsi isə cavabdehin həm əsas həm də faiz borcundan silinmişdir. İddiaçı iddia ərizəsində cavabdehin əsas borcunun 90500 manat təşkil etdiyini göstərmişdir. Apellyasiya şikayətinin Bank Olmayan Kredit Təşkilatı İddiaçı MMC-nin Bərdə filialı bağlandıqdan sonra kredit ödənişlərini qohumu Vasif Əsgərov vasitəsi ilə ödədiyini, yəni kredit ödənişlərini Vasif Əsgərovun "xxxx"ın Bərdə filialında olan hesabından Aqrar Kredit və İnkişaf Agentliyinə ödədiyi, İddiaçı BOKT-a ödənişlə bağlı məlumat verdiklərinə dair dəlili ilə bağlı kollegiya qeyd edir ki, həmin xüsusat iş materialları ilə təsdiq olunmur. Belə ki, cavabdeh apellyasiya şikayətinin dəlillərini təsdiq edən sübutları məhkəməyə təqdim etməli olduğu halda bunu etməmiş, təkrar-təkrar Vasif Əsgərovun adından "xxxx" QSC-də olan hesabı vasitəsi ilə ödənişlər edilməsinə dair sənədləri məhkəməyə göndərmiş, ona görə də məhkəmə kollegiyası Vasif Əsgərovun "xxxx" QSC-də olan hesabı vasitəsi ilə edilmiş ödənişlərə dair çıxarışı "xxxx" QSC-dən götürmüş, lakin həmin çıxarışdan ödənişlərin Cavabdeh5 müştəri kodundan ödənildiyini müəyyən etmək mümkün olmamışdır. Cavabdeh5 isə özünün müştəri kodu ilə bağlı məhkəməyə məlumat verməmiş, məhkəmə iclasının dəfələrlə təxirə salınmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və həmin məlumatı məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla bağlı "xxxx" QSC-dən alınmış 083706 nömrəli OUT-2024/07/23-148 nömrəli məktubdan bildirilmişdir ki, X1 "xxxx" QSC-nin Bərdə filialında olan AZ23ACAB******************** saylı hesabından xx.xx.2018-ci il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il,xx.xx.2019-cu il tarixlərdə qərarda qeyd olunan ödənişlər “MyAccess” İnternet Bankçılıq sistemi ilə onlayn şəkildə həyata keçirilmişdir. Onlayn qaydada müştəri tərəfindən icra edilən əməliyyatlar üzrə qərarda sorğu edilən məlumatın (Cavabdeh5 adına olan kredit ödənişinin aparılması ilə bağlı) qeydiyyatı aparılmadığından tərəflərindən həmin məlumatın ötürülməsi mümkün olmamışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən hərhansı əlavə ödənişin edilməsi müəyyən olunmadığından birinci instansiya məhkəməsi iddianı kredit borcuna münasibətdə yuxarıda göstərilən qaydada təmin etməkdə haqlı olmuşdur. Kollegiya iddianın tələbin ipoteka predmetlərinə yönəldilməli olması hissəsi ilə razılaşır və aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipotekasaxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini geçikdirmişsə, ipotekasaxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracda satmaq hüququna malikdir. Həmin Məcəllənin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinə görə ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Həmin Qanunun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyinə görə iddiaçı tutmanın ipoteka predmetlərinə yönəldilməsini tələb etməkdə, məhkəmə isə həmin hissədə iddianı yuxarıda göstərilmiş qaydada təmin etməkdə haqlı olmuşdur. Kollegiya qeyd edir ki, Bərdə şəhəri, Cəfər Cabbarlı küçəsində 0.06 hektar torpaq sahəsində yerləşən 22 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 83000 manat, Bərdə rayonu, Mehdili kəndində 0.12 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 71000 manat həddində müəyyən edilmiş, həmin məbləğləri nə iddiaçı, nə də cavabdeh tərəf mübahisələndirməmişdir. Kollegiya həmçinin birinci instansiya məhkəməsinin ipoteka predmeti olan fərdi yaşayış evləri açıq hərracda satıldıqdan sonra cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh1, Cavabdeh6, Cavabdeh2 və Cavabdeh3 1 ay ərzində müvafiq fərdi yaşayış evlərindən çıxarılmalrı olmasına dair mövqeyi ilə də razılaşır. Ona görə ki, məhkəmənin bu kimi qənaəti “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinə əsaslanır. Odur kollegiya həmin hissədə də birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, şikayətlə mübahisələndirilən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-22/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar