Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-95/2024 22.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “X16 Şəbəkəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X3 və Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “X16 Şəbəkəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh (üçüncü şəxslər Samux rayon İcra Hakimiyyəti, Samux rayon bələdiyyəsi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı ərazi üzrə Ekologiya və Təbii Sərvətlər İdarəsi, İddiaçı ASC-yə) qarşı 330 kv-luq 3-cü X19 verilişi xəttinin 13-14-cü dayaqlar arasında mühafizə zonasındakı qoz ağaclarının cavabdehin hesabına qırılması, budanması və yaxud köçürülməsi tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)- 6/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-6/2024 saylı qətnaməsi ilə (hakim G.Quliyeva) iddianın qismən təmin edilməsi, Cavabdeh məxsus ünvan 1ində 0,5299 ha kənd təsərrüfatlı torpaq sahəsində 330 kv-luq 3-cü X19 verilişi xəttinin 13-14-cü dayaqlar arasında mühafizə zonasında yerləşən qoz ağaclarının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “X16 Şəbəkəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına budanması, iş üzrə məhkəmə tikinti-texniki ekspertizaların keçirilməsi ilə bağlı 300 (üç yüz) manat ekspertiza xərcinin 150 (bir yüz əlli) manatı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “X16 Şəbəkəsi” Məhdud Məsuliyyətli Cəmiyyətindən, 150 (bir yüz əlli) manatı isə Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (X2, kodu:210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN:**********, hesab AZ34CTRE********************) ödənilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. İşin halları: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “X16 Şəbəkəsi” MMC Cavabdeh qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya məhkəməsinə müraciət edərək, 330 kv-luq 3-cü X19 verilişi xəttinin 13-14-cü dayaqlar arasında mühafizə zonasındakı qoz ağaclarının Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 103 saylı xx.xx.2005-ci il tarixli “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları”-nın 26.ç bəndinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 321 saylı qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydası”-nın tələblərinə uyğun şəkildə Cavabdeh hesabına qırılması, budanması və yaxud köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin "xxxx" MMC-nin balansında və istismarında olan Samux rayonu Qarabağlar kənd ərazisindən keçən 1968-ci ildən istismarda olan 330 kv-luq 3-cü X19 verilişi xəttinin 2011-ci ildə yeni inşa edilmiş 13-14 saylı dayaqları arasındakı mühafizə zonasında Samux rayon Qarabağlar kənd sakini Cavabdeh ona məxsus pay torpağında qoz ağaclarından ibarət bağ salmışdır. Həmin hava elektrik verilişi xətti 2011-ci ildə "xxxx" ASC tərəfindən inşa edilmişdir. Mühafizə zonasında salınmış qoz ağacları son illər böyüyərək hava elektrik verilişi xəttinin işinə böyük maneə yaratmağa başlamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli 103 saylı qərarı ilə “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizə qaydaları” və “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları” təsdiq edilmişdir. Bu qaydalara əsasən elektrik şəbəkələrinin qorunmasının təmin edilməsi istismar üçün normal şəraitin yaradılması və bədbəxt hadisələrin baş verməsinin qarşısının alınması məqsədi ilə torpaq sahələri ayrılır və mühafizə zonaları müəyyən olunur. Həmin qərara əsasən hava elektrik ötürücü xətləri boyunca kənar naqillərin meyl etməmiş vəziyyətində hər iki tərəfdən şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi və hava fazası şəklində 330 kv-luq yüksək gərginlikli hava xətlərinin mühafizə zonası 30m məsafə ilə müəyyən edilir. Ümumiyyətlə hava elektrik verilişi xətlərinin mühafizə zonalarında vaxtaşırı təmizlik işlərinin aparılmaması qəza açılmalarına, avadanlıqların sıradan çıxmasına, insan və digər canlıların tələfatına səbəb ola bilər. Eyni zamanda belə qəzalar Azərbaycan Respublikasının enerji ixracı üzrə Beynəlxalq öhdəliklərinin yerinə yetirilməsində fasilələr yarada bilər. 13-14 saylı dayaqlar arasında mühafizə zonasındakı qoz ağaclarının heç olmazsa budanması zərurəti yaranmışdır. Bunun üçün "xxxx" MMC tərəfindən göstərilən bütün təşəbbüslər Cavabdeh tərəfindən rədd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 103 saylı qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan Elektrik Şəbəkələrinin mühafizə qaydaları”-nın 26.ç) bəndində göstərilir ki, “Ağacların və kolların yetişdirilməsi üçün istifadə edilən yerlərdə hündürlüyü 4 m-dən artıq olan ağacların qırılması və budanması aparılmalıdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 321 saylı qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydası”-nın 2.2.6. bəndində göstərilir ki, “Ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndis kommunikasiya təminatı sistemlərinə maneə olduqda götürülür. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən bəzi məqamlar araşdırılmamışdır. İddiaçı tərəf 330 kv 3-cü X19 Verilişi xəttinin cavabdehin torpaq sahəsindən keçən hissəsinin mühafizə zolağına aid edilməsinə dair hər hansı sübut təqdim edə bilməmişdir. İş materiallarında bununla bağlı hər hansı sənəd yoxdur. Ümumiyyətlə torpaq sahəsinin mühafizə zolağına düşməsi üçün iddiaçı tərəf torpaq sahəsini mülkiyyətə almalı, ya icarəyə götürməli və ya da ki, kompensasiya ödəməli idi. Çünki bu halların heç biri olmadan iddiaçının mühafizə zolağını əlində bayraq tutaraq kiminsə mülkiyyət hüququnu məhdudlaşdırmaq üçün hər hansı subyektiv hüququ yoxdur. Məhkəmə iddiaçının hesabına ağacların budanması qənaətinə gələrkən digər əsasdan düzgün nəticəyə gəlməmişdir. Belə ki, açıq məkanlarda ağacların budanması və kəsilməsi müvafiq İcra Hakimiyyəti orqanın, yəni Ekologiya və Təbii Sərvətlər Nazirliyinin struktur bölmələrinin səlahiyyətinə aiddir. İddiaçı tərəfin özbaşına bu səlahiyyəti həyata keçirmək səlahiyyəti yoxdur. İddiaçı iddia ərizəsində göstərir ki, “hava elektrik verilişi xətti 2011-ci ildə "xxxx" ASC tərəfindən inşa edilmişdir”. Bu faktla birmənalı şəkildə təsdiq olunur ki, onların torpaq sahəsi üzərində ümumi birgə mülkiyyət hüquqları qeydə alındığı 2001-ci il tarixdən 10 il sonra, 2011-ci ildə çəkilmişdir. 2011-ci il tarixdə hava xətti çəkilərkən hava xəttinin dayaqlarını onların torpaq sahəsində yerləşdirmək istəyirdilər. Valideynləri isə buna çox ciddi etiraz etdi. Onun etirazından sonra dayaqları torpaq sahəsinin hüdudlarından kənarda quraşdırdılar. Atasıın etirazlarından biri də o idi ki xətt elə çəkilməlidir ki, onların qoz ağaclarına ümumiyyətlə təsərrüfat fəaliyyətinə hər hansı maneçilik törətməsin. İndi isə hava məkanından keçən hava xətti nəinki qoz ağaclarına maneə törədir və əlavə olaraq da, təsərrüfatdan səmərəli istifadə edilməsini qeyri-mümkün edir. Prosessual məsələlər və tərəflərin izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq üçüncü şəxslər Samux rayon İcra Hakimiyyəti, Samux rayon bələdiyyəsi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı ərazi üzrə Ekologiya və Təbii Sərvətlər İdarəsi, İddiaçı ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “X16 Şəbəkəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X12 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respublikasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini, məhkəmə iclasında iştirtak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə araşdırararaq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Kommersiya Məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, iş materiallarında olan JN 0393 Kod 50712028 nömrəli 27 iyun 2001-ci il tarixli Torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, Samux rayonu Dövlət Notoriat kontoru xx.xx.2001-ci il tarixli 4ə/9 saylı alqı-satqı müqaviləsi ilə satılmış cizgidə göstərilən sərhəd daxilində 6,36 hektar kənd təsərrüfatı məhsulları istehsalı üçün Samux rayonu Qarabağlar kənd sakini X4 torpaq sahəsi verilmişdir. İş materiallarında olan 25 noyabr 2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür k, hədiyyəverənlər X13, X7, X6, X8, X9, X14, X5 və X1 rayonu, Qarabağlar kəndi ünvanında yerləşən ümumi sahəsi 0.529911 ha olan torpaq sahəsindən hər biri özlərinə məxsus hissəsini, yəni bütövlükdə 0.471032 ha olan torpaq sahəsini qardaşları olan Cavabdeh bağışlamışlar. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1ində yerləşən kənd təsərrüfatı təyinatlı 0.5299 ha torpaq sahəsi üzərində xx.xx.2020-ci il tarixli ********** qeyddiyat nömrəsi, daşınmaz əmlakın reyestr nömrəsi **********03 olmaqla Cavabdeh mülkiyyət hüququ qeydiyyata alınmışdır. İş materillarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin 22 iyun 2020-ci il tarixli AA517930 nömrəli torpaq sahəsinin planı və ölçüsü haqqında sənəddən görünür ki, ünvan 1ində yerləşən kənd təsərrüfatı təyinatlı 0.5299 ha torpaq sahəsinin planı və ölçüsü tərtib edilib təsdiq edilmişdir. İş materillarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin 28 may 2022-ci il tarixli B№026716 nömrəli torpaq sahəsinin planı və ölçüsü haqqında sənəddən görünür ki, ünvan 1ində yerləşən kənd təsərrüfatı təyinatlı 0.5299 ha torpaq sahəsinin yenidən planı və ölçüsü tərtib edilib təsdiq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 may 2023-cü il tarixli 10/2610 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-2024/2023 saylı mütəxəssis rəyinin məlumatlarına əsasən mübahisəli ərazidə mövcud olan elektirik verilişi xəttinin 13 və 14-cü dayaqları **********03 reyestr nömrəli xx.xx.2020-ci il tarixli çıxarış və həmin çıxarışın AA 517930 nömrəli plan və ölçü sənədindəki koordinatlara əsasən, Cavabdeh məxsus Samux rayonu Qarabağlar kəndində yerləşən 0,5299 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hüdudları daxilində yerləşmədiyi müəyyən edilmişdir. Həmçinin mütəxəssisin rəyinə əsasən, mübahisəli ərazidə mövcud olan elektrik verilişi xəttinin 13 və 14-cü dayaqları arasında olan elektrik xətləri (naqilləri) **********03 reyestr nömrəli xx.xx.2020-ci il tarixli çıxarış və həmin çıxarışın AA517930 nömrəli plan və ölçü Qarabağlar kəndində yerləşən 0,5299 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hava məkanından keçmədiyi müəyyən edilmişdir. Tədqiqatın dəyəri 100 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 sentyabr 2023-cü il tarixli rəyindən görünür ki, Samux rayonu Qarabağlar kəndində yerləşən və Cavabdeh faktiki istifadəsində olan ağaclar əkilmiş torpaq sahəsi, Cavabdeh adına olan **********03 reyestr nömrəli xx.xx.2020-ci il tarixli çıxarış və həmin çıxarış əsasında verilmiş xx.xx.2023-cü il tarixli B№026716 nömrəli torpaq sahəsinin planı və ölçüsündə göstərilən 0,5299 ha kənd təsərrüfatlı torpaq sahəsi ilə üst-üstə düşür. Ərazidə mövcud olan elektrik verilişi xətlərinin 13 və 14-cü dayaqları Cavabdeh adına olan **********03 reyestr nömrəli xx.xx.2020-ci il tarixli çıxarış və həmin çıxarış əsasında verilmiş xx.xx.2023-cü il tarixli B№026716 nömrəli torpaq sahəsinin planı və ölçüsündə göstərilən Samux rayonu Qarabağlar kəndində yerləşən 0,5299 ha kənd təsərrüfatlı torpaq sahəsinin hüdudları daxilində yerləşmir. Ərazidə mövcud olan elektrik verilişi xətlərinin 13 və 14-cü dayaqları arasında olan elektrik xəttləri (naqilləri) Cavabdeh adına olan **********03 reyestr nömrəli xx.xx.2020-ci il tarixli çıxarış və həmin çıxarış əsasında verilmiş xx.xx.2023-cü il tarixli B№026716 nömrəli torpaq sahəsinin planı və ölçüsündə göstərilən Samux rayonu Qarabağlar kəndində yerləşən 0,5299 ha kənd təsərrüfatlı torpaq sahəsinin hava məkanından keçmir. X16 Şəbəkəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin verdiyi məlumata əsasən, sözügedən ərazidə mövcud olan elektrik xətti 330 kv-luqdur. Belə olan təqdirdə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş, gərginliyi 1000 voltdan yuxarı elektrik şəbəkələrinin mühafizəsi qaydalarına əsasən, sözügedən ərazidə mövcud olan ağacların yerləşdiyi 0,5299 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi, bütünlüklə elektrik xəttinin mühafizə zonasında yerləşir. Ağacların sayı və növü mütəxəssislər tərəfindən cavablandırılmadığından bu sualın 2-ci hissəi üzrə hədqiqat aparılmadı. Tədqiqatın dəyəri 100 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 dekabr 2023-cü il tarixli rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin yerquruluşu üzrə mühəndisi Sevindik Həsənovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, ərazidə mövcud olan elektirik verilişi xətlərinin 13 və 14 nömrəli dayaqlar arasında olan xətləri (naqilləri) Cavabdeh adına olan **********03 reyestr nömrəli xx.xx.2020-ci il tarixli çıxarış və həmin çıxarış əsasında verilmiş xx.xx.2023-cü il tarixli B№026716 nömrəli torpaq sahəsinin planı və ölçüsündə göstərilən ünvan 1ində yerləşən 0.5299 ha kənd təsərrüfatlı torpaq sahəsinin hava məkanından keçir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, İddiaçı ASC-nin "xxxx" MMC-nin balansında və istismarında olan Samux rayonu Qarabağlar kənd ərazisindən keçən 1968-ci ildən istismarda olan 330 kv-luq 3-cü X19 verilişi xəttinin 2011-ci ildə yeni inşa edilmiş 13-14 saylı dayaqları arasındakı mühafizə zonasında Samux rayon Qarabağlar kənd sakini Cavabdeh ona məxsus pay torpağında qoz ağaclarından ibarət bağ salmışdır. Həmin hava elektrik verilişi xətti 2011-ci ildə "xxxx" ASC tərəfindən inşa edilmişdir. Mühafizə zonasında salınmış qoz ağacları son illər böyüyərək hava elektrik veriliş xəttinin işinə maneə yaratmağa başlamışdır. İddia tələbini qismən təmin etmiş birinci istansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçı elektrik xəttinin çəkilməsi və istismara verilməsi ilə bağlı məhkəməyə hər hansı sənəd təqdim etməsə də tərəflərin izahatı ilə hava elektrik verilişi xəttinin torpaq sahəsinin cavabdehin mülkiyyətinə keçməsindən əvvəl çəkildiyi məlum olur. X11 tərəfindən Dövlət aktına əsasən ona verilmiş torpaq sahəsindən hava elektrik verilişi xəttinin çəkilməsinə etiraz etməsi ilə bağlı cavabdeh tərəfindən hər hansı sənəd təqdim edilməmişdir. Uzun müddətdir ki, istismarda olan 3-cü X19 verilişi xətti yüksək gərginlikli elektrik xəttidir, xəttin mühafizə zonasında əkilmiş qoz ağacları boy ataraq naqillərə çatacağı təqdirdə həmin naqillərə ziyan vurucağı və təhlükə yaradacağı istisna olunmur. Ona görə də Cavabdeh məxsus ünvan 1ində 0,5299 ha kənd təsərrüfatlı torpaq sahəsində 330 kv-luq 3-cü X19 verilişi xəttinin 13-14-cü dayaqlar arasında mühafizə zonasında yerləşən qoz ağacları iddiaçının hesabına budanılmalıdır. Məhkəmə həmçinin bildirir ki, iddiaçı mühafizə zonasında əkilmiş qoz ağaclarının qırılması və ya köçürülməsi tələbini irəli sürsə də cavabdehin özünə məxsus torpaq sahəsində əkilmiş qoz ağaclarının qırılması və ya köçürülməsi onun mülkiyyət hüquqlarının pozulması ilə nəticələnər. Odur ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının mülki qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.3-cü maddəsinə əsasən dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. Birinci instansiya məhkəməsində işə baxılarkən qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları”na əsasən mühafizə zonası dedikdə-elektrik şəbəkələrinin qorunmasını təmin etmək, bədbəxt hadisələrin qarşısını almaq məqsədi ilə elektrik şəbəkələrindən binalara, qurğulara qədər torpaq sahəsi, su səthindən suyun dibinə qədər olan su boşluğu, torpaq və su səthindən hava fəzası şəkilində minimal məsafələr nəzərdə tutulur. Həmin Qaydaların 2-ci bəndinə əsasən bu qaydaların məqsədi gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin (bundan sonra-elektrik şəbəkələri) qorunmasını təmin etməkdən, qəzaların və bədbəxt hadisələrin baş verməsinin qarşısını almaqdan, həmçinin elektrik şəbəkələrinin layihələşdirilməsini, tikintisini, istismarını, şəbəkənin mühafizə zonasında işlərin aparılmasını müəyyən etməkdən ibarətdir və tətbiqi məcburidir. Elektrik şəbəkələrinin mühafizəsi həmin şəbəkələrin istismarçıları tərəfindən həyata keçirilir. Həmin Qaydaların 6-cı bəndinə əsasən elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. Həmin Qaydaların 11-ci bəndinə əsasən hava elektrik ötürücü xətləri meşə massivlərindən, parklardan, bağlardan və başqa çoxillik əkmələrdən keçdikdə, ağacların qırılması və budanması elektrik ötürücü xətlərinin mülkiyyətçiləri və yaxud istismarçıları tərəfindən onların mülkiyyətçiləri ilə razılaşdırmaqla yerinə yetirilir. İkitərəfli razılaşma olduqda isə həmin işlər elektrik ötürücü xətlərinin istismarçısı tərəfindən müəyyən edilmiş qaydalara müvafiq həmin əkmələrin, fərdi bağ və başqa çoxillik əkmələrin mülkiyyətçiləri tərəfindən yerinə yetirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 16 may tarixli 261 nömrəli Qərarı ilə təsdiq edilmiş Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair Tələblərin 2.2, 2.2.6-cı bəndlərində göstərilir ki, elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri elektrik verilişi xətlərinə münasibətdə izolyasiyasız naqilli hava elektrik verilişi xətləri üçün – 30 metr müəyyən edilir. Həmin Tələblərin 3.4-cü bəndinə əsasən hava elektrik verilişi xətlərinin mühafizə zonalarında yerləşən yaşıllıqların budanması və götürülməsi (kəsilməsi) işləri “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla aparılmalıdır. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13.1. və 13.1.6-cı maddələrinə əsasən ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndiskommunikasiya təminatı sistemlərinə mane olduqda yaşıllıqların götürülməsinə yol verilir. Göründüyü kimi istismarda olan 3-cü X19 verilişi xətti yüksək gərginlikli elektrik xəttidir və xəttin mühafizə zonasında əkilmiş qoz ağacları boy ataraq naqillərə çatacağı təqdirdə təhlükə yaranacağı müəyyən olunduğundan birinci instansiya məhkəməsi iddianı yuxarıda göpstərilən qaydada təmin etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlillərində göstərilir ki, iddiaçı tərəf 330 kv-luq 3-cü X19 Verilişi xəttinin cavabdehin torpaq sahəsindən keçən hissəsinin mühafizə zolağına aid edilməsinə dair hər hansı sübut təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlili ilə razılaşmır. Ona görə ki, cavabdehin özü də məhkəm kollegiyasının iclasında verdiyi izahatında 3-cü X19 verilişi xəttinin 13-14-cü dayaqlarını birləşdirən yüksək gərginlikli elektrik xəttinin onun mülkiyyətində olan torpaq sahəsinin üzərindən keçdiyini inkar etmir. Digər tərəfdən həmin xüsusat məhkəmə ekspertizasının rəyi ilə də təsdiqini tapır. Cavabdehə məxsus torpaq sahəsindəki ağacların elektrik xəttinin mühafizə zonasına düşməsi isə Nazirlər Kabinetinin yuxarıda istinad olunan qərarı ilə təsdiq olunur. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, şikayətlə mübahisələndirilən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsəsən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384.0.1, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-6/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(104)-95/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-95/2024
22.05.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver