Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-98/2023 20.10.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri- Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh6, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh4 qarşı “borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və ipoteka predmetinin boşaldılması” tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin 26 dekabr 2023-ci il tarixli, e-2-2(115)-709/2022 saylı qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh6, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh4 qarşı “borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və ipoteka predmetinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 xx.xx.2018-ci il tarixli, SHNİP-0272/175 saylı kredit müqaviləsi üzrə əsas borca görə 93065,19 manat, faiz borcuna görə 37232,28 manat, cərimə borcuna görə 4081,68 manat olmaqla, cəmi 134379,15 manat məbləğində borcun, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 40 manat rüsumun, 400 manat məbləğində mediasiya xidmətinə ödənilmiş vəsaitin və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 24,38 manat məbləğində dövlət rüsumunun, cəmi 464,38 manat pulun tutulması, tələbin Cavabdeh3 məxsus ünvan 1 ünvanında olan 0,1110 ha torpaq sahəsində yerləşən torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinə, Cavabdeh6 məxsus 2015-ci il buraxılışlı, sedan tipli, ban WDD2050401F076985 olan, ağ rəngli, ** TT *** qeydiyyat nişanlı, Mercedes Benz C180 minik markalı nəqliyyat vasitəsinə və Cavabdeh3 məxsus 2008-ci ilburaxılışlı, sedan tipli, ban WDD2211561A181601 olan, qara metal rəngli, **-ZP-*** qeydiyyat nişanlı, “Mercedes Benz” S350 minik markalı nəqliyyat vasitəsinə yönəldilməsi, Cavabdeh3 məxsus ünvan 1 ünvanında olan 0,1110 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə ilkin satış qiyməti müəyyən edilməklə, bu əmlakın həmçinin Cavabdeh6 məxsus 2015-ci il buraxılışlı, sedan tipli, ban WDD2050401F076985 olan, ağ rəngli, ** TT *** qeydiyyat nişanlı, Mercedes Benz C180 minik markalı nəqliyyat vasitəsinin və Cavabdeh3 məxsus 2008-ci il buraxılışlı, sedan tipli, ban WDD2211561A181601 olan, qara metal rəngli, ** ZP *** qeydiyyat nişanlı, Mercedes Benz S350 minik markalı nəqliyyat vasitələrinin hərracda satılması və onların satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh3 xx.xx.2018-ci il tarixli SHNİP-0272/175 saylı kredit müqaviləsi üzrə cəmi 134379,15 (yüz otuz dörd min üç yüz yetmiş doqquz manat on beş qəpik) manat borcunun və cəmi 464,38 manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmeti olan Cavabdeh3 məxsus ünvan 1 ünvanında olan 0,1110 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi torpaq sahəsi ilə birlikdə tutma yönəldikdən və o satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh6, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh4 fərdi yaşayış evindən çıxarılması və əmlakın boşaldılması, ipoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan xx.xx.2018-ci il tarixli SHNİP0272/175 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa qalan borcun Cavabdeh3 tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin Şəmkir filialı ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2018-ci il tarixli SHNİP0272/175 saylı kredit müqaviləsinə əsasən illik 18 (on səkkiz) faiz dərəcəsi olmaqla, 36 (otuz altı) ay müddətinə 180000 (yüz səksən min) manat məbləğində kredit verilmişdir. xx.xx.2018-ci il tarixli SHNİP-0272/175 saylı kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh3 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh3 öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Maliyyə arayışına əsasən Cavabdeh3 xx.xx.2018-ci il tarixli SHNİP- 0272/175 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borca görə 93065,19 (doxsan üç min altmış beş manat, on doqquz qəpik) manat, faiz borcuna görə 37232,28 (otuz yeddi min iki yüz otuz iki manat iyirmi səkkiz qəpik) manat, cərimə borcuna görə 4081,68 (dörd min səksən bir manat altmış səkkiz qəpik) manat olmaqla,cəmi 134379,15 (yüz otuz dörd min üç yüz yetmiş doqquz manat on beş qəpik) manat təşkil edir. xx.xx.2018-ci il tarixli SHNİP-0272/175 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh3 məxsus ünvan 1 ünvanında olan 0,1110 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi torpaq sahəsi ilə birlikdə, xx.xx.2018-ci il tarixli SHNİO-0272/175B saylı ipoteka müqaviləsinı əsasən Cavabdeh6 məxsus 2015-ci il buraxılışlı, sedan tipli, ban WDD2050401F076985 olan, ağ rəngli, ** TT *** qeydiyyat nişanlı, Mercedes Benz C180 minik markalı nəqliyyat vasitəsi və xx.xx.2018-ci il tarixli SHNİO-0272/175C saylı əlavə ipoteka müqaviləsinə əsaəsn Cavabdeh3 məxsus 2008-ci il buraxılışlı, sedan tipli, ban WDD2211561A181601 olan, qara metal rəngli, ** ZP *** qeydiyyat nişanlı, Mercedes Benz S350 minik markalı nəqliyyat vasitəsini ipotekaya qoymuşdur. İpoteka predmetləri notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Buna görə də iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Daha sonra İddiaçı ASC tələbinin həcmini artıraraq, ipoteka predmetinin qiymətləndirilməsi üçün "xxxx" ASC tərəfindən ödənilmiş 500 manat xidmət haqqının da Cavabdeh3 tutularaq, "xxxx" ASC-yə ödənilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 26 dekabr 2023-ci il tarixli, e-2-2(115)-709/2022 saylı qətnaməsi ilə (hakim R.Məmmədov) iddia qismən təmin edilərək, 93065 manat 19 qəpik əsas borc, 10115 manat 87 qəpik faiz borcu, 1000 manat cərimə borcu olmaqla, cəmi 104181 manat 06 qəpik məbləğində borc, həmçinin 500 manat qiymətləndirmə haqqı, 400 manat mediasiya xərci, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 24 manat 38 qəpik dövlət rüsumu və bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumunun Cavabdeh3 tutularaq, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, tələb üzrə tutmanın Cavabdeh3 məxsus Şəmkir rayonu, Dəllər qəsəbəsi, Səməd Vurğun küçəsi, 0.1110 hektar torpaq sahəsində yerləşən 28 saylı fərdi yaşayış evinə, 2008-ci il buraxılışlı, WDD2211561A181601 ban nömrəli, qara metal rəngli “Mercedes Benz S350” markalı **-ZP-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə və Cavabdeh6 məxsus 2015ci il buraxılışlı, WDD2050401F076985 ban nömrəli, ağ rəngli “Mercedes Benz C180” markalı **-TT-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə yönəldilməsi, həmin fərdi yaşayış evi və avtomobillərin açıq hərracdan satılması, fərdi yaşayış evinin ilkin satış qiyməti 250.000 manat həddində müəyyən edilməsi, satışdan əldə edilən vəsait hesabına ümumi borc məbləğinin İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, bankın tələbləri ödənildikdən sonra qalan məbləğin müvafiq olaraq cavabdehlər Cavabdeh3 və Cavabdeh6 qaytarılması, fərdi yaşayış evinin və avtomobillərin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləğinin Cavabdeh3 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, açıq hərrac keçirildikdən bir ay sonra cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh6, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh4 fərdi yaşayış evindən çıxarılması və fərdi yaşayış evinin boşaldılması, ödənilməli olan 369 manat 80 qəpik məbləğində dövlət rüsumu və 200 manat ekspertiza xərcinin Cavabdeh3 tutularaq müvafiq olaraq dövlət büdcəsinə və Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi və iddianın qalan hissəsində təmin edilməməsi qət edilmişdir. İşdə olan sübutlar: xx.xx.2018-ci il tarixli SHNİP-0272/175 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh3 36 ay müddətinə illik 18 faiz olmaqla 180000 manat məbləğində kredit verilmişdir. xx.xx.2018-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh3 kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh3 məxsus ünvan 1 ünvanında olan 0,1110 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi torpaq sahəsi ilə birlikdə ipotekaya qoymuşdur. xx.xx.2018-ci il tarixli SHNİO-0272/175B saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh3 kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh6 məxsus 2015-ci il buraxılışlı, sedan tipli, ban WDD2050401F076985 olan, ağ rəngli, ** TT *** qeydiyyat nişanlı, Mercedes Benz C180 minik markalı nəqliyyat vasitəsi ipotekaya qoymuşdur. xx.xx.2018-ci il tarixli SHNİO-0272/175C saylı əlavə ipoteka müqaviləsindən görünür ki, Cavabdeh3 kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh3 məxsus 2008-ci il buraxılışlı, sedan tipli, ban WDD2211561A181601 olan, qara metal rəngli, ** ZP *** qeydiyyat nişanlı, Mercedes Benz S350 minik markalı nəqliyyat vasitəsini ipotekaya qoymuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ******* saylı RX seriyalı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında olan 0,1110 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatdan keçirilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/7397 nömrəli rəyindən görünür ki, rəyin tədqiq hissəsində göstərilənlərə əsasən, Cavabdeh3 banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və xx.xx.2018-ci il tarixli SHNİP-0272/175 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınaraq Cavabdeh3 xx.xx.2021-ci il tarixə (kredit müqaviləsinin son tarixi) banka olan əsas və faiz borcu 106189 manat 37 qəpik, o cümlədən xx.xx.2021-ci il tarixə əsas borc üzrə 96073 manat 50 qəpik, faiz borcu üzrə 10115 manat 87 qəpik müəyyən olunmuşdur. Tədqiqatın dəyəri 200 manat təşkil etmişdir. “AB Consulting" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixli 98/RB/22 nömrəli rəyindən görünür ki, Cavabdeh3 məxsus ünvan 1 ünvanında olan 0,1110 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi torpaq sahəsi ilə birlikdə bazar dəyəri 270000 manat, likvid dəyəri 250000 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 avqust 2022-ci il tarixli, 10/2912-9/3133 saylı ekspert rəyindən görünür ki, 1-ci və 2-ci suallar üzrə ekspertiza tətqiqatına təqdim edilən, normal vəziyyətdə olan 2 ədəd avtomobillərinin likvid orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən olunur:
1. 2008-ci il buraxılışlı qara rəngli, 245912 km məsafə qət etmiş, Mercedes markalı, S350 model, dəri salon avtomobil – 32500,00 manat;
2. 2015-ci il buraxılışlı ağ rəngli, 279718 km məsafə qət etmiş, Mercedes markalı, C180 model, dəri salon avtomobil. Avtomobilin ön buferinin sağ hissəsində kiçik ölçüdə zədə var – 38000,00 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 avqust 2022-ci il tarixli, 10/2912-9/3133 saylı ekspert rəyindən görünür ki, 3-cü sual üzrə ünvan 2 ünvanında, 0,1110 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 270 kv.m olan fərdi yaşayış evinin likvid dəyərinin təqribən 212000 manat (235000-10%) məbləğində olduğu müəyyən edilmişdir. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir.
Apellyasiya şikayətinin dəlilləri:
Gəncə Kommersiya Məhkəməsinin 26 dekabr 2023-ci il tarixli, e-2-2(115)-709/2022 saylı qətnaməsindən Cavabdeh3 apellyasiya şikayəti verərək, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci iltarixli, e-2- 2(115)-709/2022 saylı qətnaməsininin ləğv edilməsi, iddia tələbinin ipoteka predmetinə yönəldiməsi hissəsində rədd olunması və borclu olduğu İddiaçı ASC-yə borcunun qalan hissəsini qrafık üzrə ödəməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-dən xx.xx.2018-ci ildə 36 ay müddətində illik 18 faiz ödəmək şərti ilə 180000 (bir yüz səksən min) manat məbləğində kredit götürmüşdür. Azərbaycan Respublikasında iqtisadi böhranın dayanmadan artdığı bir dövrdə və pandemiya səbəbindən kredit borcunun ödənilməsi ondan asılı olmadan qeyri-mümkün olmuşdur. Müqavilə üzrə öhdəliklərə əməl olunmamasına görə təqsirkar deyil. Müqavilə bağlayarkən gələcəkdə belə bir problemlə qarşılaşacağını bilsəydi müqavilə bağlamaz, kredit götürməzdir. Əslində borcun yaranması fors-major hallarına aid olduğundan müqaviləyə xitam verilməli idi. Dəfələrlə banka ödəniş məbləğinin azaltmağını və ya işin məhkəməyə göndərilməsini tələb etsə də lakin heç bir nəticəsi olmamışdır. Çünki bank həmin məbləğə artıq faizlərin hesablanmasında maraqlı olmuşdur. Bank ödədiyi məbləğləri düzgün hesablamamışdır. Həmçinin qətnamə qəbul edərkən cərimə borcu artıq hesablanmışdır. Həmçinin iddiaçının ona qarşı ipoteka əmlakına tutmanın yönəldilməsinin və həmin fərdi yaşayış evini öz mülkiyyətinə keçirməklə gələcəkdə mənzil üzərində onun mülkiyyət hüququna və ailə üzvlərinin evdən çıxarılması barədə iddiasını məhkəmə təmin edən zaman onun və ailə üzvlərinin olmasını məhkəmə nəzərə alaraq tutmanın təxirə salınması məsələsini araşdırmamışdır. Həmçinin onun və ailə üzvlərinin mənzilin ipotekaya qoyan zaman gələcəkdə həmin mənzili qeyri-şərtsiz boşaldılması barədə iradəsinin olmamasını, o, cümlədən ipotekaya qoyduğu mənzilin onun və ailəsinin həmin evdə başqa yaşayış yerinin olmamasını nəzərə almamışdır. Bundan başqa hesab edir ki, birinci instansiya məhkəməsində hər üç əmlakın hərracda satılması barədə çıxarılmış qərar ədalətli deyil. Hazırda hər üç əmlak hərracda satılarsa onların maddi vəziyyətləri daha da pisləşəcək və onlar evsiz-eşiksiz və digər qazanclarından məhrum olacağlar. Hesab edir ki, tələb edilən pul məbləği ipotekaya qoyulmuş əmlaka adekvat olmadığı nəzərə alınıb iddia tələbi həmin hissədə rədd edilməlidi. Qeyd edir ki, o borcunu ödəməyə hazırdır. Həmin borc qrafikə salınsa hissəhissə ödəyər. Hesab edir ki, işin faktiki hallarında qeyd olunan hallar və iş materiallarında olan sübutlar düzgün qiymətləndiriliməmişdir. Halbuki, sübutların düzgün dəyərləndirilməsi qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Məhkəmənin qətnaməsi o zaman əsaslı olar ki, o, məhkəmə iclasında mülki məhkəmə icraatının prinsiplərinə və mülki prosessual qaydalara əməl olunmaqla hərtərəfli və tam araşdırılmış iş üçün önəmli olan hallara əsaslansın. Məhkəmə sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq dəyərləndirməlidir.
Apellyasiya icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə verərək şikayətə iştirakları olmadan baxılmasını və şikayətin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əssasən iddiaçının iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh6, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh4 məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavadbehlər məhkəmə iclasına gəlməmişlər. Cavabdeh3 məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasının başqa vaxta təyin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası cavabdehlərin məhkəmə iclasına gəlməməsini üzürsüz hesab edərək, Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əssasən cavbdehlərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Bununla yanaşı əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 məhkəməyə vəsatət təqdim edərək ərizəsini onunla əsaslandırmışdır ki, ipotekaya qoyulmuş əmlaklardan Şəmkir rayonu Dəllər qəsəbəsi S.Vurğun küçəsində yerləşən 28 saylı fərdi yaşayış evinin qiyməti dəyərindən çox aşağı qiymətləndirilmişdir. Qiymətləndirmə özəl təşkilat tərəfindən aparıldığından və qiymətləndirmə şirkətinin ödənişini bank tərəfindən edildiyindən ipotekaya qoyulmuş əmlak bankın maraqlarına uyğun olaraq dəyərindən ucuz qiymət müəyyən etmişdir. Hesab edir ki ipotekaya qoyulmuş əmlaklar Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi ekspertləri tərəfindən qiymətləndirilməlidir. Belə ki, həmin ekspertlər müstəqildilər və heç bir quruma tabe deyillər. Odur ki, yuxarda qeyd olunanları nəzərə alıb ipotekaya qoyulmuş əmlakların qiymətləndirilməsi üçün iş üzrə məhkəmə əmtəşünaslıq ekspertizası təyin edilməsini və ekspertizanın keçirilməsinin Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.7. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.
“İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu:
1.0.1. ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. 30.6. İpoteka predmetinin özgəninkiləşdirilməsinin əsas öhdəlik üzrə tələblərin ödənilməsinə kifayət etdiyi hallarda, bu Qanunun 30.1-ci maddəsinin tələbləri nəzərə alınmadan ipoteka qoyan ipoteka predmetini özgəninkiləşdirə və ipoteka saxlayana əsas öhdəlik üzrə borclarını ödəyə bilər. İpoteka qoyan bu Qanunun 25.3.5-ci maddəsində nəzərdə tutulmuş əsas öhdəliyin həcmi barədə arayışı notariusa təqdim edir. Bu halda notarius ipoteka predmetinin özgəninkiləşdirilməsinə dair müqaviləni təsdiqləyir, ipoteka saxlayanın tələblərinin tam ödənilməsinə dair müəyyən edilmiş məbləğin ipoteka saxlayanın hesabına köçürülməsini təmin edir. İpoteka saxlayanın tələbləri tam ödənildikdə, ipoteka saxlayan (birgə ipoteka saxlayanlar) ipotekanın dövlət qeydiyyatının ləğvi məqsədilə ipotekanın dövlət qeydiyyatı orqanına müraciət etməlidir. 36-cı maddəsinə görə ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. 39.3.3-cü maddəsinə əsasən ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri:
Məhkəmə kollegiyası tərəfindən Gəncə Kommersiya Məhkəməsinin 26 dekabr 2023ci il tarixli, e-2-2(115)-709/2022 saylı qanuniliyi və əsaslılığı mübahisə edilən, yəni, cavabdehdən tutulan borc məbləği, tutmanının ipoteka predmetinə yönəldilməsinin təmin edilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi və ipoteka predmetinin boşaldılması hissəsində yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Kommersiya Məhkəməsinin 2-2(115)-709/2022 saylı, 26 dekabr 2022-ci il tarixli qətnaməsi qismən, yəni avtomobillərdən ibarət ipoteka predmetlərinə tutmanın yönəldilməsi hissəsində, ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməməsinə görə ləğv edilməli və həmin hissədə yeni qətnamə çıxarılaraq, iddia təmin edilməli və ipoteka predmetləri olan Cavabdeh6 məxsus 2015-ci il buraxılışlı, sedan tipli, ban WDD2050401F076985 olan, ağ rəngli, **-TT-*** qeydiyyat nişanlı, Mercedes Benz C180 minik markalı və Cavabdeh3 məxsus 2008-ci il buraxılışlı, sedan tipli, ban WDD2211561A181601 olan, qara metal rəngli, **-ZP-*** qeydiyyat nişanlı, “Mercedes Benz” S350 minik markalı nəqliyyat vasitələrinin ilkin satış qiyməti müəyyən edilməlidir. Belə ki, işə baxan birinci instansiya məhkəməsi maddi hüquq normalarını tələbini pozaraq, tutmanın ipoteka ilə yüklü edilmiş mülkiyyət hüququ üzrə Cavabdeh6 məxsus 2015-ci il buraxılışlı, sedan tipli, ban WDD2050401F076985 olan, ağ rəngli, **-TT-*** qeydiyyat nişanlı, “Mercedes Benz” C180 minik markalı və Cavabdeh3 məxsus 2008-ci il buraxılışlı, sedan tipli, ban WDD2211561A181601 olan, qara metal rəngli, **-ZP-*** qeydiyyat nişanlı, “Mercedes Benz” S350 minik markalı nəqliyyat vasitələrinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması ilə bağlı qərar qəbul etsə də, ipoteka predmetinin ilkin satış qiymətini müəyyən etməmişdir. Halbuki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir. Həmçinin, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən, ilkin satış qiyməti bu qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Məhkəmə kollegiyası tərəfindən ipoteka predmetləri olan Cavabdeh6 məxsus 2015-ci il buraxılışlı, sedan tipli, ban WDD2050401F076985 olan, ağ rəngli, 10-TT- 670 qeydiyyat nişanlı, “Mercedes Benz” C180 minik markalı və Cavabdeh3 məxsus 2008-ci il buraxılışlı, sedan tipli, ban WDD2211561A181601 olan, qara metal rəngli, **-ZP-*** qeydiyyat nişanlı, “Mercedes Benz” S350 minik markalı nəqliyyat vasitələrinin ilkin satiş qiymətinin mövcud bazar qiymətlərinə uyğun dəyərlərinin müəyyən edilməsi məqsədi ilə əmlakların Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən qiymətləndirilməsi qənaətinə gəlmiş və Məhkəmə Ekspertizası Mərkəzinin 22.08.23-cü il tarixli ekspert rəyi ilə 2008-ci il buraxılışlı qara rəngli, 245912 km məsafə qət etmiş, Mercedes markalı, S350 model, dəri salon avtomobil bazar dəyərinin (likvid) 32500 manat və 2015-ci il buraxılışlı ağ rəngli, 279718 km məsafə qət etmiş, Mercedes markalı, C180 model, dəri salon avtomobil bazar dəyərinin (likvid) 38000 manat təşkil etdiyi müəyyən edilmişdir. Buna görə də ipoteka predmetləri olan nəqliyyat vasitələrinin ilkin satış qiymətləri Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən göstərilmiş məbləğdə, yəni 32500 (otuz iki min beş yüz) manat və 38000.00 (otuz səkkiz min) manat dəyərində müəyyən edilməlidir. Məhkəmə Ekspertizası Mərkəzinin 22 avqust 2022-ci il tarixli, 10/2912-9/3133 saylı ekspert rəyi ilə ipoteka predmeti olan ünvan 2 ünvanında, 0,1110 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 270 kv.m olan fərdi yaşayış evinin likvid dəyərinin təqribən 212000 manat məbləğində olması müəyyən edilmişdir ki, qeyd olunan məbləğ birinci instansiya məhkəməsinin müəyyən etdiyi məbləğdən ciddi şəkildə fərqlənməmiş, o cümlədən şikayətin dəlilləri baxımından həmin ipoteka predmetinin ilkin satış qiymətinin birinci instansiya məhkəməsinin müəyyən etdiyi dəyərdən aşağı həddə müəyyən edilməsi üçün də əsas olmamışdır. Məhəmə kollegiyası cavabdehin borcun düzgün hesablanmaması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, cavabdeh borc məbləğlərin düzgün hesablanmadığını iddia etsə də tələb edilən borc məbləğinin düzgün hesablanmamasına dair hər hansı bir arqument irəli sürə bilməmişlər. Hərçənd ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və əldə edilmiş rəyə müvafiq olaraq qərar qəbul edilmişdir. Ekspert rəyinin əsassızlığına dair isə iddiaçı hər hansı bir dəlil irəli sürə bilməmişdir. Bundan başqa cavadbeh pandemiya səbəbindən kredit borcunun ödənilməsinin ondan asılı olmayan səbəbdən baş verdiyini iddia etsə də öhdəlik üzrə pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığına dair, həmçinin pandemiyanın onun fəaliyyətinə hansı qaydada maneə yaratması və təsiri barədə kreditora məlumat verməsi barədə də məhkəməyə sübut təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası cavabdehin tələbin fərdi yaşayış evindən ibarət ipoteka predmetinə yönəldilməsi, onun və ailə üzvlərinin evdən çıxarılması barədə iddianı təmin edən zaman başqa yaşyış yerlərinin olmamasının nəzərə alınmaması, onun və ailə üzvlərinin mənzili ipotekaya qoyan zaman gələcəkdə həmin mənzili qeyri-şərtsiz boşaldılması barədə iradələrinin olmaması ilə bağlı dəlillərini də əsassız hesab etmişdir. Belə ki, əvvəla iş materiallarında olan Cavabdeh1, Cavabdeh6, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh4 notrial qaydada təsdiqlənmiş ərizələrinin surətindən görünür ki, onlar Cavabdeh3 kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh3 məxsus fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsinə etiraz etməmiş və həmin əmlaka tutma yönəldikdə oranı qeyri-şərtsiz tərk etməyi öz öhdəliklərinə götürmüşlər. Bundan başqa “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinin tələbinə görə, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o, satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o, satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Kommersiya Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli, e-2- 2(115)-709/2022 saylı qətnaməsi tələb üzrə tutmanın Cavabdeh3 məxsus 2008-ci il buraxılışlı, WDD2211561A181601 ban nömrəli, qara metal rəngli “Mercedes Benz S350” markalı **-ZP-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə və Cavabdeh6 məxsus 2015-ci il buraxılışlı, WDD2050401F076985 ban nömrəli, ağ rəngli “Mercedes Benz C180” markalı **-TT-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə yönəldilməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək, tələb üzrə tutma Cavabdeh3 məxsus 2008-ci il buraxılışlı, WDD2211561A181601 ban nömrəli, qara metal rəngli “Mercedes Benz S350” markalı **-ZP-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə və Cavabdeh6 məxsus 2015-ci il buraxılışlı, WDD2050401F076985 ban nömrəli, ağ rəngli “Mercedes Benz C180” markalı **-TT-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə yönəldilməli, Cavabdeh3 məxsus 2008-ci il buraxılışlı, WDD2211561A181601 ban nömrəli, qara metal rəngli “Mercedes Benz S350” markalı **- ZP-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin ilkin satış qiyməti 32500 (otuz iki min beş yüz) manat, Cavabdeh6 məxsus 2015-ci il buraxılışlı, WDD2050401F076985 ban nömrəli, ağ rəngli “Mercedes Benz C180” markalı **-TT-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin isə ilkin satış qiyməti 38000 (otuz səkkiz min) müəyyən edilməli, ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat Cavabdeh3 alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməli, apellyasiya şikayəti qalan hissədə təmin edilməməli və qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Gəncə Kommersiya Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli, e-2- 2(115)-709/2022 saylı qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli, e-2- 2(115)-709/2022 saylı qətnaməsi tələb üzrə tutmanın Cavabdeh3 məxsus 2008-ci il buraxılışlı, WDD2211561A181601 ban nömrəli, qara metal rəngli “Mercedes Benz S350” markalı **- ZP-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə və Cavabdeh6 məxsus 2015-ci il buraxılışlı, WDD2050401F076985 ban nömrəli, ağ rəngli “Mercedes Benz C180” markalı **-TT-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə yönəldilməsi hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilsin. Tələb üzrə tutma Cavabdeh3 məxsus 2008-ci il buraxılışlı, WDD2211561A181601 ban nömrəli, qara metal rəngli “Mercedes Benz S350” markalı **-ZP-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə və Cavabdeh6 məxsus 2015-ci il buraxılışlı, WDD2050401F076985 ban nömrəli, ağ rəngli “Mercedes Benz C180” markalı **-TT-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə yönəldilsin. Cavabdeh3 məxsus 2008-ci il buraxılışlı, WDD2211561A181601 ban nömrəli, qara metal rəngli “Mercedes Benz S350” markalı **-ZP-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin ilkin satış qiyməti 32500 (otuz iki min beş yüz) manat, Cavabdeh6 məxsus 2015-ci il buraxılışlı, WDD2050401F076985 ban nömrəli, ağ rəngli “Mercedes Benz C180” markalı **-TT-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin isə ilkin satış qiyməti 38000 (otuz səkkiz min) müəyyən edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat Cavabdeh3 alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə təqdim edilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommerisya kollegiyasına kassasiya şikayəti verilə bilər.