Məhkəmə qərarları › İş №2-2(105)-1/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-1/2021

22.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-1/2021 22.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, X5 oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçıxxxxCavabdeh MMC-nə qarşı cavabdehdən xx xxxxx 2017-ci il tarixli, CBHK- 0023/04 nömrəli kredit müqaviləsi üzrə 800000 manat əsas borcun, 315440,16 manat faiz borcunun, ümumilikdə 1115440,16 manat kredit borcunun, xx xxxxx 2017-ci il tarixli, CBHK- 0023/05 nömrəli kredit müqaviləsi üzrə 200000 manat əsas borcun, 87444,45 manat faiz borcunun, ümumilikdə 287444,45 manat kredit borcunun, hər iki kredit müqaviləsi üzrə cəmi 1402884,61 manat kredit borcunun, kredit müqavilələrinin, cavabdehə aid hüquqi sənədlərin notarial qaydada təsdiq olunması ilə bağlı iddiaçı tərəfindən ödənilmiş 60 manat notariat xərcinin və 30 manat məbləğində məhkəmə üçün ödənilmiş dövlət rüsumunun tutulub iddiaçının xeyrinə ödənilməsi tələbinə dair iddiası üzrə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli 2-2(85)-225/2019 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 18-xx xxxxxx 2021-ci il tarixlərdə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçıxxxxCavabdeh MMC-nə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək cavabdehdən xx xxxxx 2017-ci il tarixli, CBHK-0023/04 nömrəli kredit müqaviləsi üzrə 800000 manat əsas borcun, 315440,16 manat faiz borcunun, ümumilikdə 1115440,16 manat kredit borcunun, xx xxxxx 2017-ci il tarixli, CBHK-0023/05 nömrəli kredit müqaviləsi üzrə 200000 manat əsas borcun, 87444,45 manat faiz borcunun, ümumilikdə 287444,45 manat kredit borcunun, hər iki kredit müqaviləsi üzrə cəmi 1402884,61 manat kredit borcunun, kredit müqavilələrinin, cavabdehə aid hüquqi sənədlərin notarial qaydada təsdiq olunması ilə bağlı iddiaçı tərəfindən ödənilmiş 60 manat notariat xərcinin və 30 manat məbləğində məhkəmə üçün ödənilmiş dövlət rüsumunun tutulub iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, İddiaçı açıq səhmdar cəmiyyətinin Səhmdarlarının növbədənkənar Ümumi Yığıncağının xx.xx.2017-ci il tarixli, 04 saylı protokoluna əsasən, “X3 (CDB)” açıq səhmdar cəmiyyətinin İddiaçı açıq səhmdar cəmiyyətinə qoşulması şəklində İddiaçı açıq səhmdar cəmiyyətinin yenidən təşkil edilməsi, “X3 (CDB)” açıq səhmdar cəmiyyətinin fəaliyyətinə xitam verilməklə hüquq və vəzifələrinin (aktiv və öhdəliklərinin) yenidən təşkil olunan İddiaçı açıq səhmdar cəmiyyətinə keçirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli çıxarışa əsasən İddiaçı açıq səhmdar cəmiyyəti “X3 (CDB)” açıq səhmdar cəmiyyətinin ona qoşulması nəticəsində yenidən təşkil edilmiş və həmin hüquqi şəxsin hüquqi varisidir. “X3 (CDB)”xxxxcavabdeh arasında bağlanmış xx xxxxx 2017-ci il tarixli, CBHK-0023/04 saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 20 faiz olmaqla 12 ay müddətinə, cari xərclərin ödənilməsi məqsədi ilə 800000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin 2.3-cü bəndinə görə “Kredit məbləğinin borc alanın bank hesabına daxil edildiyi gündən verilmiş sayılır.” Həmin kredit müqaviləsinin 2.6-cı bəndinə əsasən borc alan bu Müqavilə ilə verilmiş kreditdən istifadəyə görə illik 20 faiz olmaqla faiz ödəyir. Həmin müqavilənin 3.4.3-cü bəndinə əsasən “Öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə əlaqədar borcun məcburi qaydada alınmasına yönəlmiş məhkəmə qətnaməsi tam icra olunub başa çatanadək hesablanmış faizləri Banka ödəmək” borcalanın vəzifəsidir. xx xxxxx 2017-ci il tarixli, CBHK-0023/05 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 12 ay müddətinə, illik 20 faiz olmaqla 200000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin 2.3-cü bəndinə görə “Kredit məbləğinin borc alanın bank hesabına daxil edildiyi gündən verilmiş sayılır.” Həmin müqavilənin 2.6-cı bəndində göstərilmişdir: Borcalan bu kreditdən istifadəyə görə illik 20 faiz olmaqla faiz ödəyir. Həmin müqavilənin 3.4.3-cü bəndində göstərilmişdir: “Öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə əlaqədar borcun məcburi qaydada alınmasına yönəlmiş məhkəmə qətnaməsi tam icra olunub başa çatanadək hesablanmış faizləri Banka ödəmək” borcalanın vəzifəsidir. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin xx xxxxx 2017-ci il tarixli, CBHK-0023/04 nömrəli kredit müqaviləsi üzrə xx xxxxxx 2019-cu il tarixə banka olan əsas borcu 800000 manat, faiz borcu 315440,16 manat, ümumilikdə 1115440,16 manat təşkil edir. xx xxxxx 2017-ci il tarixli, CBHK-0023/05 nömrəli kredit müqaviləsi üzrə xx xxxxxx 2019-cu il tarixə banka olan 200000 əsas borcu, faiz borcu 87444,45 manat, ümumilikdə kredit borcu 287444,45 manat təşkil edir, hər iki kredit müqaviləsi üzrə xx xxxxxx 2019-cu il tarixə ümumi borc 1402884,61 manat təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehlərə şifahi formada, o cümlədən yazılı «Bildiriş»lərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan «Kredit müqavilələri» üzrə əsas və faiz borcu haqqında məlumat verilmiş və onların qısa müddət ərzində banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bu günədək yerinə yetirilməmişdir. Sonda iddiaçı iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli 2-2(85)-225/2019 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. (hakim Z.Pirverdiyev) Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “kredit və ona hesablanmış faiz məbləğinin geri qaytarılması barədə” iddia ərizəsinin faiz məbləğinin hesablanması hissəsində tam rədd edilməsi, əsas borcun və faiz borcunun tutulması hissəsində isə banka ödənilmiş və bank tərəfindən cərimə faizi (penya) kimi silinmiş pulun əsas borcdan və faiz borcundan silinərək yenidən hesablanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, məhkəmə işi mahiyyəti üzrə baxarkən maddi və prosessual hüquq normalarının pozuntularına yol vermiş, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamış, tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gələ bilməmişdir. Bütün bu sadalanan pozuntular məhkəmənin işə obyektiv və qərəzsiz şəkildə yanaşmasına kölgə salmaqla, əsassız və qeyri-obyektiv qətnamənin çıxarılmasına səbəb olmuşdur. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hüquqi varisi olduğu keçmiş “X3”xxxx"Neftqazavtomat Elmi istehsalat Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanılmış xx xxxxx 2017-ci il tarixli,CBHK-0023/04 saylı kredit müqaviləsi üzrə illik 20% olmaqla 12 ay müddətinə 800000 manat və xx xxxxx 2017-ci il tarixli, CBHK-0023/05 saylı kredit müqaviləsi üzrə illik 20% olmaqla 12 ay müddətinə 200000 manat kredit götürülmüşdür. İş materiallarında olan sənədlərdən də göründüyü kimi, "Neftqazavtomat Elmi istehsalat Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti tam dövlət müəssisəsi olmaqla, artıq ləğv olunmuş keçmiş Müdafiə Sənayesi Nazirliyinin (hal-hazırda “Azərsilah” Açıq Səhmdar Cəmiyyəti) tərkibində fəaliyyət göstərmişdir. Lakin qeyd edilən dövrdə baş vermiş maliyyə böhranı və dövlət sifarişlərinin dəyərinin vaxtında ödənilməməsi müəssisənin fəaliyyətinə mənfi təsir göstərmiş və bank qarşısında kredit müqavilələri üzrə ödənişlərin həyata keçirilməsində problemləri yaranmışdır. Bütün bunlardan bankın da məlumatı olmuş və ödənişlərin normal həyata keçirilməsinin təmini üsulu kimi individual ödəniş cədvəlinin tərtib edilməsi tərəflərindən banka təklif edilsə də bankın rəhbərliyi tərəfindən bu məsələ öz həllini tapmamışdır. Kreditin ödənilməsində yaranmış çətinliklərlə bağlı ödənişlərin normal qaydada həyata keçirilməsi üçün möhlət verilməsi və fərdi (individual) cədvəlin tərtib edilməsi ilə əlaqədar qeyd olunan banka dəfələrlə edilmiş müraciətlər nəticəsiz qalmışdır. Nəticədə halhazırki mübahisəli maliyyə vəziyyəti yaranmışdır. Lakin kredit müqavilələri üzrə borc məbləğinin mövcudluğu tərəflərindən etiraf edilsə də hesab edirlər ki, iddia tələblərində borcun məbləği əsassız olaraq şişirdilərək, tərəflərindən banka edilmiş ödənişlərin bir hissəsi cərimə faizi kimi bank tərəfindən hesablanaraq silinmişdir. Belə ki, 2017-2018-ci illər ərzində "Neftqazavtomat Elmi istehsalat Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən adı çəkilən kredit müqavilələri üzrə ümumilikdə 143226,22 manat məbləğində ödəniş edilmişdir ki, həmin ödənişlər bank tərəfindən faiz borcu kimi silinmişdir. Eyni zamanda iş materiallarında olan kredit müqavilələrinin surətlərindən görünür ki, kredit məbləğləri illik 20% olmaqla 12 ay müddətinə verilmişdir. Belə olan halda, CBHK-0023/04 saylı kredit müqaviləsi üzrə illik 20% olmaqla 12 ay müddətinə verilmiş 800000 manat pulun faizi 160000 manat, xx xxxxx 2017-ci il tarixli, CBHK-0023/05 saylı kredit müqaviləsi üzrə illik 20 % olmaqla 12 ay müddətinə verilmiş 200000 manat kredit məbləğinin faizi 40000 manat təşkil etdiyi halda, iddiaçı tərəfindən həmin faizlər əsassız şəkildə müvafiq olaraq 315440,16 manat və 87444,45 manat kimi hesablanmışdır. Göründüyü kimi İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən hər hansı hüquqi əsasa söykənmədən 200000 manat əvəzinə 402884,61 manat məbləğində faiz borcu hesablanmışdır ki məhkəmə bu hissədə də iddiaçının tələblərini araşdırma aparmadan əsassız olaraq təmin etmişdir. Məhkəmə iddiaçının faiz kimi göstərdiyi məbləğ üzrə hesablanmış borcun yaranma əsaslarını aydınlaşdırmamış, həmin məbləğin reallığa uyğunluğunu araşdırmamışdır. Belə ki, məhkəmə bununla bağlı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qəbul etdiyi qərarları nəzərə almadan faiz kimi göstərilmiş pulun məbləğini azaltmamışdır. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin birinci hissəsinin yeddinci abzasının şərh edilməsinə dair" xx xxxxxxx 2010cu il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə mütənasiblik prinsipinə müvafiq olaraq fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin müddəa Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair" xx xxxx 2014-cü il tarixli Qərarında da bir daha vurğulanmışdır. Adı çəkilən Qərarda Mülki Məcəllənin 467-ci maddəsində mülki hüquq subyektlərinin iradə azadlığı prinsipinə uyğun olaraq, həmin subyektlər arasında öhdəlik münasibətləri pozulduqda bir tərəfin digər tərəfə dəbbə pulu (peniya) ödəyəcəyi barədə razılaşdırılmış məbləğin tam həcmdə ödənilməsi ədalətsizliyə səbəb olarsa, məhkəmə tərəfindən bu məbləğin azaldılmasının mümkün olduğu müəyyən edilmişdir. Nəzərə alsaq ki, cavabdeh maddi çətinliklər üzündən kredit kimi götürdüyü pulun əsas hissəsini ödəyə bilmir, bankın bu məbləğdə dəbbə pulunu hesablamasını ədalətsiz sayır. Təəssüf ki, məhkəmə bütün bu halları nəzərə almadan və lazımi hüquqi araşdırma aparmadan əsassız və qeyriobyektiv bir qətnamə çıxarmışdır ki, həmin qətnamənin apelyasiya qaydasında ləğvi ədalət mühakiməsinin bərqərar olması kimi qəbul ediləcəkdir. Bu səbəbdən hesab edirlər ki, iddiaçının iddia tələblərinin faiz pulunun tələb edildiyi hissədə heç bir hüquqi əsası olmadığından, yuxarıda qeyd edilənlərə əsaslanaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. İşə apelyasiya qaydasında baxılarkən Cavabdeh MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağrılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi X2 apelyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iş üzrə iddiaçının nümayəndəsini, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, apelyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. İş materiallarında olan Kommersiya hüquqi şəxsinin Dövlət qeydiyyatı haqqında Şəhadətnamənin və Kommersiya qurumunun Dövlət reyestrindən Çıxarışın surətlərindən görünür ki, Cavabdeh xx xxxx 1995-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan İddiaçı açıq səhmdar cəmiyyətinin Səhmdarlarının növbədənkənar Ümumi Yığıncağının xx.xx.2017-ci il tarixli, 04 saylı protokolundan çıxarışın surətindən görünür ki, “X3 (CDB)” açıq səhmdar cəmiyyətinin İddiaçı açıq səhmdar cəmiyyətinə qoşulması şəklində İddiaçı açıq səhmdar cəmiyyətinin yenidən təşkil edilməsi, “X3 (CDB)” açıq səhmdar cəmiyyətinin fəaliyyətinə xitam verilməklə hüquq və vəzifələrinin (aktiv və öhdəliklərinin) yenidən təşkil olunan İddiaçı açıq səhmdar cəmiyyətinə keçirilməsi qərara alınmışdır. İş materiallarında olan “X3 (CDB)”xxxxcavabdeh arasında bağlanmış xx xxxxx 2017-ci il tarixli, CBHK-0023/04 saylı kredit müqaviləsinin surətindən görünür ki, “X3 (CDB)” açıq səhmdar cəmiyyəti cavabdehə illik 20 faiz olmaqla 12 ay müddətinə, cari xərclərin ödənilməsi məqsədi ilə 800000 manat məbləğində kredit verməyi, cavabdeh isə kredit məbləğini və kreditə görə hesablanmış faizləri ödəməyi öhdələrinə götürmüşlər. İş materiallarında olan “X3 (CDB)”xxxxcavabdeh arasında bağlanmış xx xxxxx 2017-ci il tarixli, CBHK-0023/05 saylı kredit müqaviləsinin surətindən görünür ki, “X3 (CDB)” açıq səhmdar cəmiyyəti cavabdehə 12 ay müddətinə, illik 20 faiz olmaqla 200000 manat məbləğində kredit verməyi, cavabdeh isə kredit məbləğini və kreditə görə hesablanmış faizləri ödəməyi öhdələrinə götürmüşlər. İş materiallarında olan xx xxx 2019-cu il tarixli MD11-01069 saylı Arayışdan görünür ki, cavabdehin xx xxxxx 2017-ci il tarixli, CBHK-0023/04 nömrəli kredit müqaviləsi üzrə xx xxxxxx 2019-cu il tarixə banka olan əsas borcu 800000 manat, faiz borcu 315440,16 manat, ümumilikdə 1115440,16 manat, xx xxxxx 2017-ci il tarixli, CBHK-0023/05 nömrəli kredit müqaviləsi üzrə xx xxxxxx 2019-cu il tarixə banka olan 200000 əsas borcu, faiz borcu 87444,45 manat, ümumilikdə kredit borcu 287444,45 manat, hər iki kredit müqaviləsi üzrə xx xxxxxx 2019-cu il tarixə ümumi borc 1402884,61 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 425.1. maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 741 və 742.1. maddələrinin mənasından görünür ki, əgər tərəflər arasındakı müqavilədə borcun qaytarılmasına dair müddət nəzərdə tutulmuşdursa, borclu aldığı kredit məbləğini faizləri ilə birlikdə həmin müddət bitənədək qaytarmalıdır. İşdən göründüyü kimi, İddiaçı ASC cavabdehdən xx xxxxx 2017-ci il tarixli, CBHK- 0023/04 nömrəli kredit müqaviləsi üzrə 800000 manat əsas borcun, 315440,16 manat faiz borcunun, ümumilikdə 1115440,16 manat kredit borcunun, xx xxxxx 2017-ci il tarixli, CBHK- 0023/05 nömrəli kredit müqaviləsi üzrə 200000 manat əsas borcun, 87444,45 manat faiz borcunun, ümumilikdə 287444,45 manat kredit borcunun, hər iki kredit müqaviləsi üzrə cəmi 1402884,61 manat kredit borcunun, kredit müqavilələrinin, cavabdehə aid hüquqi sənədlərin notarial qaydada təsdiq olunması ilə bağlı iddiaçı tərəfindən ödənilmiş 60 manat notariat xərcinin və 30 manat məbləğində məhkəmə üçün ödənilmiş dövlət rüsumunun tutulub iddiaçının xeyrinə ödənilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən qeyd etmişdir ki, “X3 (CDB)”xxxxcavabdeh arasında bağlanmış xx xxxxx 2017-ci il tarixli, CBHK-0023/04 saylı kredit müqaviləsinə əsasən “X3 (CDB)” açıq səhmdar cəmiyyəti cavabdehə illik 20 faiz olmaqla 12 ay müddətinə, cari xərclərin ödənilməsi məqsədi ilə 800000 manat məbləğində kredit verməyi, cavabdeh isə kredit məbləğini və kreditə görə hesablanmış faizləri ödəməyi öhdələrinə götürmüşlər. “X3 (CDB)”xxxxcavabdeh arasında bağlanmış xx xxxxx 2017-ci il tarixli, CBHK-0023/05 saylı kredit müqaviləsinə əsasən “X3 (CDB)” açıq səhmdar cəmiyyəti cavabdehə 12 ay müddətinə, illik 20 faiz olmaqla 200000 manat məbləğində kredit verməyi, cavabdeh isə kredit məbləğini və kreditə görə hesablanmış faizləri ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı açıq səhmdar cəmiyyətinin Səhmdarlarının növbədənkənar Ümumi Yığıncağının xx.xx.2017-ci il tarixli, 04 saylı protokol qərarı ilə “X3 (CDB)” açıq səhmdar cəmiyyətinin İddiaçı açıq səhmdar cəmiyyətinə qoşulması şəklində İddiaçı açıq səhmdar cəmiyyətinin yenidən təşkil edilməsi, “X3 (CDB)” açıq səhmdar cəmiyyətinin fəaliyyətinə xitam verilməklə hüquq və vəzifələrinin (aktiv və öhdəliklərinin) yenidən təşkil olunan İddiaçı açıq səhmdar cəmiyyətinə keçirilməsi qərara alınmışdır. Cavabdehin xx xxxxx 2017-ci il tarixli, CBHK-0023/04 nömrəli kredit müqaviləsi üzrə xx xxxxxx 2019-cu il tarixə banka olan əsas borcu 800000 manat, faiz borcu 315440,16 manat, ümumilikdə 1115440,16 manat, xx xxxxx 2017-ci il tarixli, CBHK-0023/05 nömrəli kredit müqaviləsi üzrə xx xxxxxx 2019-cu il tarixə banka olan 200000 əsas borcu, faiz borcu 87444,45 manat, ümumilikdə kredit borcu 287444,45 manat, hər iki kredit müqaviləsi üzrə xx xxxxxx 2019-cu il tarixə ümumi borc 1402884,61 manat təşkil edir. Məhkəmə hesab etmişdir ki, xx xxxxx 2017-ci il tarixli, CBHK-0023/04 saylı və xx xxxxx 2017-ci il tarixli, CBHK-0023/05 saylı kredit müqavilələri üzrə əsas borcun cavabdehdən tutulması tələbi qanuni və əsaslı olduğundan təmin edilməlidir. Eyni zamanda, iş materiallarında olan kredit müqavilələrinin 2.6-cı bəndlərinə əsasən cavabdeh kredit üzrə hesablanacaq faizləri iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən əsas kredit məbləğinə hesablanmış faiz borcları əsaslı olduğuna görə cavabdehdən tutulmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi əsas borcun tutulmasını tam təmin etməklə düzgün hüquqi nəticəyə gəlsə də, faiz borcunun məbləği ilə bağlı hissədə səhvə yol vermişdir. Belə ki, iş üzrə keçirilmiş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli 9/4751 saylı rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış və maliyyə arayışı məlumatları, xx.xx.2017-ci il tarixli, CBHK-0023/04 nömrəli kredit müqaviləsində və xx.xx.2017-ci il tarixli, CBHK-0023/05 nömrəli kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh MMC-nin iddiaçı “X3 (CDB)” ASC-yə maliyyə arayışının tarixinə olan borcu xx.xx.2017-ci il tarixli, CBHK-0023/04 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2019cu il tarixə (maliyyə arayışı tarixinə) 800.000 manat əsas borc, 208.773,74 manat faiz borcu, ümumilikdə 1.008.773,74 manat kredit borcu, xx.xx.2017-ci il tarixli, CBHK-0023/05 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə (maliyyə arayışı tarixinə) 200.000 manat əsas borc, 62.888,93 manat faiz borcu, ümumilikdə 262.888,93 manat kredit borcu müəyyən edilmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi faiz borcunun tutulması hissəsində ekspert rəyi nəzərə alınmaqla dəyişdirilməli, İddiaçı»xxxxCavabdeh MMC-dən tutulması qət edilən faiz borcun məbləği azaldılaraq xx xxxxx 2017-ci il tarixli, CBHK-0023/04 nömrəli kredit müqaviləsi üzrə 208.773,74 manat, xx xxxxx 2017-ci il tarixli, CBHK-0023/05 nömrəli kredit müqaviləsi üzrə 62.888,93 manat həddində müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalı, eyni zamanda iş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində ekspertiza xərci Cavabdeh MMC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392, 393, 402 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh MMC-nin apelyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli 2-2(85)- 225/2019 saylı qətnaməsi faiz borcunun tutulması hissəsində dəyişdirilsin. İddiaçıxxxxCavabdeh MMC-dən tutulması qət edilən faiz borcun məbləği azaldılaraq xx xxxxx 2017-ci il tarixli, CBHK-0023/04 nömrəli kredit müqaviləsi üzrə 208.773,74 manat, xx xxxxx 2017-ci il tarixli, CBHK-0023/05 nömrəli kredit müqaviləsi üzrə 62.888,93 manat həddində müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində ekspertiza xərci Cavabdeh MMC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********; Hesab AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ xx xxxx 013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin kommersiya kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim Səadət Bəktaşi Hakimlər Telman Quliyev Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar