Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-101/2021 19.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə3, Cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2, “X3 Təsərrüfatı” MMC-nin direktoru Nümayəndə2 iştirakı ilə İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər “X3 Təsərrüfatı” MMC-yə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı müqavilənin ləğvi, borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi barədə kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-379/2021 saylı, 29 aprel 2021-ci il tarixli qətnaməsindən cavabdeh “X3 Təsərrüfatı” MMC tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-470/2020 saylı, 20 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər “X3 Təsərrüfatı” MMC-yə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı müqavilənin ləğvi, borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiasının təmin edilməsi, cavabdeh “X3 Təsərrüfatı” MMC ilə İddiaçı ASC arasında bağlanmış 04.05.2018-ci il tarixli 1802 XK saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, cavabdeh “X3 Təsərrüfatı” MMC-dən 396.507,22 (üç yüz doxsan altı min beş yüz yeddi manat, 22 qəpik) manat əsas borc, 135.269,67 (bir yüz otuz beş min iki yüz altmış doqquz manat, 67 qəpik) manat müqavilə müddəti üçün hesablanmış faiz borcu, 14091.44 (on dörd min doxsan bir manat, 44 qəpik) manat gecikməyə görə hesablanan cərimə olmaqla ümumilikdə 545.868,33 (beş yüz qırx beşmin səkkiz yüz altmış səkkiz manat, 33 qəpik) manat tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, tutmanın Cavabdeh3 mülkiyyətində olan Siyəzən şəhəri, Xətai küçəsində 1A ünvanında istifadəsində olan 0.07 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli 534,42 kv.m ümumi, 309,8 kv.m tikinti altı sahəsindən ibarət qeyri-yaşayış binasına yönəldilməsi, həmin qeyriyaşayış binasının ilkin satış qiymətinin 228.100 (iki yüz iyirmi səkkiz min yüz) manat məbləğində müəyyən edilməsi, tutmanın Cavabdeh3 mülkiyyətində olan ünvan 2ində mülkiyyətində olan 1.0018 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 658.6 kv.m ümumi sahədən ibarət əmlak kompleksi olan müəssisəyə yönəldilməsi, həmin torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən 658.6 kv.m ümumi sahədən ibarət əmlak kompleksinin birlikdə ilkin satış qiymətinin 625.000 (altı yüz iyirmi beş min) manat məbləğində müəyyən edilməsi, tutmanın Cavabdeh4 mülkiyyətində olan Siyəzən şəhəri, B.Bayramov küçəsində istifadədə olan 0.0139 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli 4 otaqlı 17 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin ilkin satış qiymətinin 161.550 (yüz altmış bir min beş yüz əlli) manat məbləğində müəyyən edilməsi, tutmanın Cavabdeh2 mülkiyyətində olan Siyəzən şəhəri, Su kəməri küçəsində yerləşən 0.08 ha torpaq sahəsi və həmin torpaq sahəsində 42.3 kv.m. yaşayış, 36.2 kv.m. köməkçi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən 42.3 kv.m. yaşayış, 36.2 kv.m. köməkçi sahədən ibarət fərdi yaşayış evinin birlikdə ilkin satış qiymətinin 113.200 (yüz on üç min iki yüz) manat məbləğində müəyyən edilməsi, ipoteka predmetlərinin açıq hərracda satılaraq, satışdan əldə edilən pul vəsaitlərinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmetlərinin satışından əldə edilən vəsaitin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsinə yönəldikdən sonra artıq vəsait qalarsa, qalan vəsaitin ipoteka predmetlərinin mülkiyyətçilərinə verilməsi, ipoteka predmetlərinin satışından əldə edilən vəsait yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün kifayət etmədikdə, qalıq borcun ümumi qaydada “X3 Təsərrüfatı” MMC-dən iddiaçının xeyrinə tutulması, məhkəmə məsrəfləri - iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu, ipoteka predmetlərinə tutma yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 120 (bir yüz iyirmi) manat dövlət rüsumu, kredit və ipoteka müqavilələrinin surətlərinin notarial qaydada təsdiq edilməsi üçün çəkilmiş 28 (iyirmi səkkiz) manat notariat xərcin cavabdehlərə aid edilməsi, cavabdehlərdən müştərək qaydada 30 manat dövlət rüsumunun, ipoteka predmetlərinə tutma yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 120 (bir yüz iyirmi) manat dövlət rüsumunun, kredit və ipoteka müqavilələrinin surətlərinin notarial qaydada təsdiq edilməsi üçün çəkilmiş 28 (iyirmi səkkiz) manat notariat xərcinin əvəzinin tutularaq, iddiaçıya ödənilməsi qət edilmişdir. (hakim Xəqani Tağıyev) Qətnamədən cavabdeh “X3 Təsərrüfatı” MMC apelyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdehlər “X3 Təsərrüfatı” MMC-yə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı müqavilənin ləğvi, borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə cavabdeh “X3 Təsərrüfatı” MMC arasında bağlanılmış 04.05.2018-ci il tarixli, 1802 XK nömrəli kredit müqaviləsinə əsasən, cavabdehə illik 20 faizlə, 48 ay müddətinə 450.000 (dörd yüz əlli min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı qismində Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş 18.05.2011-ci il tarixli, MA seriyalı ******* nömrəli Çıxarışa əsasən Cavabdeh3 mülkiyyətində olan Siyəzən şəhəri, Xətai küçəsində istifadədə olan 0.07 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli 1A nömrəli qeyri-yaşayış binası (mağaza); 26.04.2018-ci il tarixli RX seriyalı ******* nömrəli Çıxarışa əsasən Cavabdeh3 mülkiyyətində olan ünvan 2ində 1.0018 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 658,6 kv.m ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisə; 03.04.2008-ci il tarixli MH seriyalı ******* nömrəli Çıxarışa əsasən Cavabdeh4 mülkiyyətində olan Siyəzən şəhəri, B.Bayramov küçəsində istifadədə olan 0.0139 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli 4 otaqlı 17 nömrəli fərdi yaşayış evi və 18.12.2008-ci il tarixli MH seriyalı ******* nömrəli Çıxarışa əsasən Cavabdeh2 mülkiyyətində olan Siyəzən şəhəri, Su Kəməri küçəsində yerləşən 0.08 ha torpaq sahəsi və həmin torpaq sahəsində 42.3 kv.m. yaşayış, 36.2 kv.m. köməkçi sahədən ibarət fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsinin 3.3-cü bəndinə əsasən, kredit məbləğinin kreditin kredit alan üçün açılan ssuda hesabına köçürüldüyü tarixdən başlayaraq hər 30 (otuz) təqvim gününün bitdiyi gündən ertəsi gün kredit alan tərəfindən kredit verənin hesabına nəğd və ya köçürmə yolu ilə müqavilənin 4.1-ci bəndi ilə müəyyən olunan müddət ərzində hər ay bərabər hissələrlə geri qaytarılması nəzərdə tutulmuşdur. Lakin “X3 Təsərrüfatı” MMC bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin hal-hazırda ləğv prosesində olan İddiaçı ASC-yə 27.10.2020-ci il tarixə 396.507,22 (üç yüz doxsan altı min beş yüz yeddi manat, 22 qəpik) manat əsas borc, 135.269,67 (bir yüz otuz beş min iki yüz altmış doqquz manat, 67 qəpik) manat faiz borcu, 14.091,44 (on dörd min doxsan bir manat, 44 qəpik) manat gecikdirilməyə görə hesablanmış cərimə olmaqla, cəmi: 545.868,33 (beş yüz qırx beş min səkkiz yüz altmış səkkiz manat, 33 qəpik) manat borcu vardır. Pul məbləğinin ödənilməsi tələbi ilə iddiaçı tərəfindən dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas borc, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bu günədək yerinə yetirilməmişdir. Göstərilənləri nəzərə alaraq, iddiaçı ləğv prosesində olan İddiaçı ASC məhkəmədən “X3 Təsərrüfatı” MMC ilə İddiaçı ASC arasında bağlanmış 04.05.2018-ci il tarixli 1802 XK saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, cavabdeh “X3 Təsərrüfatı” MMC-dən ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 396.507,22 (üç yüz doxsan altı min beş yüz yeddi manat, 22 qəpik) manat əsas borcun, 135.269,67 (bir yüz otuz beş min iki yüz altmış doqquz manat, 67 qəpik) manat müqavilə müddəti üçün hesablanmış faiz borcunun, 14.091,44 (on dörd min doxsan bir manat, 44 qəpik) manat gecikməyə görə hesablanan cərimənin, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, ipoteka predmetlərinə tutma yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 120 (bir yüz iyirmi) manat dövlət rüsumunun, kredit və ipoteka müqavilələrinin surətlərinin notarial qaydada təsdiq edilməsi üçün çəkilmiş 28 (iyirmi səkkiz) manat notariat xərcinin tutulması, tutmanın Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş 18.05.2011-ci il tarixli MA seriyalı ******* nömrəli Çıxarışa əsasən Cavabdeh3 mülkiyyətində olan Siyəzən şəhəri, Xətai küçəsində istifadədə olan 0.07 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli 1A nömrəli qeyri-yaşayış binasına, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş 26.04.2018-ci il tarixli RX seriyalı ******* nömrəli Çıxarışa əsasən Cavabdeh3 mülkiyyətində olan ünvan 2ində 1.0018 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 658.6 kv.m ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisəyə, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş 03.04.2008-ci il tarixli MH seriyalı ******* nömrəli Çıxarışa əsasən Cavabdeh4 mülkiyyətində olan Siyəzən şəhəri, B.Bayramov küçəsində istifadədə olan 0.0139 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli 4 otaqlı 17 nömrəli fərdi yaşayış evinə və Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş 18.12.2008-ci il tarixli MH seriyalı ******* nömrəli Çıxarışa əsasən Cavabdeh2 mülkiyyətində olan Siyəzən şəhəri, Su Kəməri küçəsində yerləşən 0.08 ha torpaq sahəsi və həmin torpaq sahəsində 42.3 kv.m. yaşayış, 36.2 kv.m. köməkçi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetlərinin açıq hərracda satılması, satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmetlərinin satışından əldə edilən vəsait yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün kifayət etmədikdə qalıq borcun ümumi qaydada “X3 Təsərrüfatı” MMC-dən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh “X3 Təsərrüfatı” MMC qətnamədən apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlili ondan ibarət olmuşdur ki, məhkəmə prosessual tərəf olan cavabdehlərin AR MPM-nin müvafiq maddələrində nəzərdə tutulan hüquqlardan istifadə etməsini məhdudlaşdırmış, cavabdehlərə məhkəmə iclasının bildirişinin çatıbçatmamasını araşdırmamış, AR MPM-nin 185.5-ci maddəsini əsas götürərək iş üzrə tərəf olan şəxslərin iştirakı olmadan iclas keçirərək konstitusion hüquqların pozulması ilə nəticələnən qərarını qəbul etmişdir ki, bu da qanunla yolverilməzdir. Birinci instansiya zamanı mübahisə predimeti olan “kredit və digər müqavilələr”in etibarsızlığı və hüquqi nəticələrinin əhəmiyyətsizliyi iş materialları ilə konkret olaraq təsdiqini tapsa da, məhkəmə bu hala əhəmiyyət verilməmişdir. Mübahisə predimeti olan “kredit müqaviləsi və s.” bağlı yaranan hüquqi əsasın mahiyyəti ondan ibarətdir ki, kredit müqaviləsinin imzalanmasına səbəb iddiaçının pis niyyətlə X3 Təsərrüfatı MMC-ni razılaşdıraraq əvvəllər tamamilə başqa şəxsin adına bağlanılmış və hər kredit götürüldükdə götürülmüş kredit məbləğinin xeyli hissəsi ödənilmiş müqaviləyə imza etdirməsi və etibardan sui-istifadə halının baş verməsi olmuşdur. İddiaçı ilə yaranan kredit müqaviləsi qısa zaman ərzində rəsmiləşdirilən elə bir müqavilədir ki, bu müqavilənin əsasında iddiaçının niyyəti müqavilə üzrə öhdəliklər üzrlü səbəblərdən olsa belə gecikmələrlə icra edildikdə təminat olaraq rəsmiləşdirilmiş daşınmaz əmlakları ələ keçirilmək olmuşdur ki, işi qeyri-obyektiv araşdıran məhkəmə cavabdeh tərəfin iştirakını təmin etmədiyi üçün əsl niyyəti araşdıraraq ədalətli qərar qəbul etməmişldir. Mübahisə predimeti olan 1802 XK saylı, 04.05.2018-ci il tarixli kredit müqaviləsi 2013-cü il tarixdə tamamilə başqa şəxslə bağlanılmış və həmin şəxsə 100.000 manat olmaqla müxtəlif tarixlərdə ümumilikdə 300.000 manat kredit vəsaiti verilmişdir. Qeyd edilən kredit məbləğindən 70.000 manat, 60.000 manat və 30.000 manat borc ödənilmişdir. Sonradan həmin şəxsin fəaliyyətində sıxıntılar yarandığından kreditin ödənilməsində gecikmə halları baş vermişdir. Bir müddət sonra isə iddiaçı həmin kredit üzrə X3 Təsərrüfatı ilə müqavilə bağlayaraq AtaBank ASC-yə məxsus olmaqla Samux rayonunda yerləşən quşçuluq fermasının fəaliyyətini bərpa etmək və əldə edilən gəlir hesabına kredit borcunun ödənilməsini təmin etməyə çalışmışdır ki, 04.05.2018-ci il tarixli müqavilə üzrə X3 Təsərrüfatı MMC-yə 150.000 manat kredit vəsaiti adı altında təxminən 130.000 manat kredit verilmişdir. Təxminən 9 ay ərzində Samux rayonunda yerləşən quşçuluq fermasının fəaliyyəti Candahar KFT MMC tərəfindən bərpa edilmiş, gələn gəlirdən hər ay 20.000 manat (14.000 və 6.000 məbləğlər olmaqla) ödənişlər edilmişdir. Sonradan isə hansısa lizinq şirkəti məhkəmə qərarı əsasında icra xidmətinin iştirakı ilə Samux rayonundakı quşçuluq fermasından "xxxx" MMC-ni kənarlaşdırmışdır ki, məhz bu səbəbdən kreditin ödənilməsində çətinliklər olmuşdur. 2020-ci ilin fevral ayından etibarən qlobal problemə çevrilən pandemioloji vəziyyət digər sahələrə mənfi təsir etdiyi kimi "xxxx" MMC-nin də fəaliyyətinə mənfi təsir etmiş və qalıq kredit məbləğinin ödənilməsində çətinliklər yaranmışdır. İddiaçının tələb etdiyi borcun konkret nə qədər əsas və faiz borcdan ibarət olması, tələb edilən borcun hansı dövrdən hansı dövrədək olması, ödənilən ödənişlərin nə qədər vəsait təşkil etməsi və s. halların dəqiq müəyyənləşdirilməsi üçün xüsusi biliyə malik olan ekspert hesablamalar əsasında rəy verməli idi. Təəssüflər olsun ki, İ instansiya məhkəməsi tələb edilən borcun məbləğinin dəqiqləşdirilməsi üçün məhkəmə mühasibatlıq ekspertizası keçirilməsini təyin etmək əvəzinə iddiaçının təqdim etdiyi sənəd əsasında qərar qəbul etmişdir. Həmçinin, İ instansiya məhkəməsi kredit müqaviləsinin təminatı olaraq ipoteka ilə yüklü edilmiş əmlakların real bazar qiymətinin müəyyənləşdirilməsi üçün ekspertiza keçirilməsini təmin etmədən öz qərarını elan etmişdir. İpoteka ilə yüklü edilən əmlakların real bazar qiyməti qətnamədə göstərilən məbləğlərdən tamamilə fərqlənir. Belə ki, təkcə onu bildirmək kifayətdir ki, qətnamədə 625.000 manat qiymətində göstərilən ünvan 2i, 1.0018 ha torpaq sahəsində yerləşən 658.6 m göstərilən daşınmaz əmlakın (tam təmirli və evro şəraitli, müasir avropa standartlarına uyğun Qafqaz şadlıq evi) indiki həcmi 1.458,6 m olmaqla real bazar qiyməti ən pis halda 2.100.000 manat təşkil edir. Hər hansı əqdin, o cümlədən alqı-satqı, kredit, ipoteka və s. müqavilələrn etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Tərəflərin izahatları: Apelyasiya baxışı zamanı cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 cavabdeh “X3 Təsərrüfatı” MMC tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdi və bildirdi ki, "xxxx" MMC-nin 19.10.2021-ci il tarixli, 363/ATB/21 nömrəli rəyinə əsasən, ipoteka predmetlərinin 19.10.2021-ci il tarixə olan likvid qiymətləri müəyyən edilmişdir. Həmin rəy ilə yalnız Cavabdeh3 mülkiyyətində olan ünvan 2ində 1.0018 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 658.6 kv.m ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisəsinin qiymətləndirilməsində kəskin fərq mövcuddur. Çünki həmin əmlakda sonradan 800 kv.m artırma olmuşdur. Bu da əmlakın dəyərini artırmışdır. Əmlakda zal, şadlıq evi kimi tikili tikilərək artırılmışdır. Əmlak həmin artırmalar olmadan satıla bilməz. Bundan başqa, kredit müqaviləsi "xxxx" KFT ilə imzalansa da, sonrakı ipoteka müqaviləsində kredit alan qismində X2 göstərilmişdir. Apelyasiya baxışı zamanı cavabdeh “X3 Təsərrüfatı” MMC-nin direktoru Nümayəndə2 apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdi. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi Nümayəndə3 apelyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi və bildirdi ki, hazırki ekspert rəyi ilə razı deyildir. Rəylə kredit və faiz məbləği azaldılmış, qiymətləndirmə hesabatında isə əmlaklar yüksək qiymətləndirilmişdir. Belə ki, iddiaçıya məxsus sistemdə hesablama düsturu ilə müəyyən olunmuş borc ekspert rəyi ilə müəyyən olunmuş borcla uyğun gəlmir. Sözügedən ipoteka predmetləri artıq bir dəfə 18.04.2018-ci il tarixdə müstəqil qiymətləndirici olan "xxxx" MMC tərəfindən qiymətləndirilmiş və qeyd olunmuş əmlakların likvid dəyəri müvafiq olaraq 205290 (iki yüz beş min iki yüz doxsan manat) manat, 562950 (beş yüz altmış iki min doqquz yüz əlli) manat, 145395 (bir yüz qırx beş min üç yüz doxsan beş) manat və 101880 (bir yüz min səkkiz yüz səksən) manat müəyyən olunmuşdur. İpoteka predmetinə müxtəlif zamanlarda qoyulmuş iki müxtəlif likvid dəyər arasında bu cür böyük fərqin olması sonuncu ekspertin rəyini şübhə altına alır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci və 327.7-ci maddələrinə əsasən apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimi və tərəflərin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli və iddia tələbi qismən təmin edilməlidir. Belə ki, kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun olaraq qismən əsaslı hesab edir. İş materiallarında olan İddiaçı ASC ilə cavabdeh “X3 Təsərrüfatı” MMC arasında bağlanılmış 04.05.2018-ci il tarixli, 1802 XK №-li kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 48 ay müddətinə illik 20% hesablanmaq şərtilə 450.000 manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin 3.6-cı bəndinə əsasən, faizlər kreditin ssuda hesabına daxil olduğu gündən etibarən hər 30 (otuz) təqvim gününün bitdiyi gündən sonra ertəsi gün kredit alan tərəfindən kredit verənin hesabına nağd və ya köçürülmə yolu ilə ödənilməlidir. Müqavilənin 5.2-ci bəndində bu müqavilənin 3.3-cü bəndində göstərilən vəzifənin icra müddəti kredit alan tərəfindən gecikdirildiyi halda, gecikdirilmiş borc məbləği tam şəkildə geri qaytarılanadək hər gecikdirilmiş günə görə gecikdirilmiş əsas borca müqavilənin 3.4cü bəndi ilə müəyyən olunan faizlərin iki misli miqdarında cərimə hesablanması nəzərdə tutulmuşdur. İş materiallarında olan 04.05.2018-ci il tarixli, sonrakı ipoteka müqavilələrindən görünür ki, qeyd edilən kredit müqaviləsinin təminatı olaraq:
1. 03.04.2008-ci il tarixli MH seriyalı ******* nömrəli Çıxarışa əsasən Cavabdeh4 mülkiyyətində olan Siyəzən şəhəri, B.Bayramov küçəsində istifadədə olan 0.0139 ha torpaq sahəsində yerləşən, 94,4 kv.m yaşayış, 130,04 kv.m köməkçi sahədən ibarət 2 mərtəbəli 4 otaqlı 17 nömrəli fərdi yaşayış evi (İpoteka predmeti 161.550 manat məbləğində qiymətləndirilmişdir);
2. 18.05.2011-ci il tarixli MA seriyalı ******* nömrəli Çıxarışa əsasən Cavabdeh3 mülkiyyətində olan Siyəzən şəhəri, Xətai küçəsində istifadədə olan 0.07 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli 1A nömrəli 534,42 kv.m ümumi, 309,8 kv.m tikinti altı sahəsindən ibarət qeyri-yaşayış binası (mağaza) (İpoteka predmeti 228.100 manat məbləğində qiymətləndirilmişdir.);
3. 26.04.2018-ci il tarixli RX seriyalı ******* nömrəli Çıxarışa əsasən Cavabdeh3 mülkiyyətində olan ünvan 2ində 1.0018 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 658.6 kv.m ümumi, 148,2 kv.m əsas, 510.4 köməkçi sahədən ibarət əmlak kompleksi (İpoteka predmeti 625.500 manat məbləğində qiymətləndirilmişdir);
4. 18.12.2008-ci il tarixli MH seriyalı ******* nömrəli Çıxarışa əsasən Cavabdeh2 mülkiyyətində olan Siyəzən şəhəri, Su Kəməri küçəsində yerləşən 0.08 ha torpaq sahəsi və həmin torpaq sahəsində 42.3 kv.m. yaşayış, 36.2 kv.m. köməkçi sahədən ibarət 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evi (İpoteka predmeti 113.200 manat məbləğində qiymətləndirilmişdir) ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan 16.05.2018-ci il tarixli, RX seriyalı ******* nömrəli Çıxarışın surətindən görünür ki, Cavabdeh4 mülkiyyətində olan Siyəzən şəhəri, B.Bayramov küçəsində yerləşən 0.0139 ha torpaq sahəsində 94,4 kv.m yaşayış, 130,04 kv.m köməkçi sahədən ibarət 17 nömrəli fərdi yaşayış evinin ipotekasının dövlət qeydiyyatı aparılmışdır. İş materiallarında olan 16.05.2018-ci il tarixli, RX seriyalı ******* nömrəli Çıxarışın surətindən görünür ki, Cavabdeh3 mülkiyyətində olan Siyəzən şəhəri, Xətai küçəsində yerləşən 0.07 ha torpaq sahəsində yerləşən, 1A nömrəli ümumi sahəsi 534,42 kv.m olan qeyri-yaşayış binasının (mağaza) ipotekasının dövlət qeydiyyatı aparılmışdır. İş materiallarında olan 16.05.2018-ci il tarixli RX, seriyalı ******* nömrəli Çıxarışın surətindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan Siyəzən şəhəri, Su Kəməri küçəsində 0.08 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 78,5 kv.m. fərdi yaşayış evinin ipotekasının dövlət qeydiyyatı aparılmışdır. İş materiallarında olan 16.05.2018-ci il tarixli RX, seriyalı ******* nömrəli Çıxarışın surətindən görünür ki, Cavabdeh3 mülkiyyətində olan ünvan 2ində 1.0018 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 658.6 kv.m olan əmlak kompleksinin ipotekasının dövlət qeydiyyatı aparılmışdır. İş materiallarında olan 13.11.2019-cu il tarixli bildirişdən görünür ki, cavabdeh “X3 Təsərrüfatı” MMC-nin rəhbəri X2 bank qarşısında öhdəliklərinin yerinə yetirilməsi, öhdəliklər yerinə yetirilmədiyi təqdirdə borcun məhkəmə qaydasında alınması üçün müvafiq tədbirlər görüləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan 11.01.2021-ci il tarixli **********025 №-li bildirişdən görünür ki, Cavabdeh4 bank qarşısında öhdəliklərinin yerinə yetirilməsi, öhdəliklər yerinə yetirilmədiyi təqdirdə borcun məhkəmə qaydasında alınması üçün müvafiq tədbirlər görüləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan 11.01.2021-ci il tarixli **********023 №-li bildirişdən görünür ki, Cavabdeh3 bank qarşısında öhdəliklərinin yerinə yetirilməsi, öhdəliklər yerinə yetirilmədiyi təqdirdə borcun məhkəmə qaydasında alınması üçün müvafiq tədbirlər görüləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan 11.01.2021-ci il tarixli **********024 №-li bildirişdən görünür ki, Cavabdeh2 bank qarşısında öhdəliklərinin yerinə yetirilməsi, öhdəliklər yerinə yetirilmədiyi təqdirdə borcun məhkəmə qaydasında alınması üçün müvafiq tədbirlər görüləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan 11.01.2021-ci il tarixli **********025 №-li bildirişdən görünür ki, Cavabdeh4 bank qarşısında öhdəliklərinin yerinə yetirilməsi, öhdəliklər yerinə yetirilmədiyi təqdirdə borcun məhkəmə qaydasında alınması üçün müvafiq tədbirlər görüləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, 04.05.2018-ci il tarixli, 1802 XK №-li kredit müqaviləsi üzrə cavabdeh “X3 Təsərrüfatı” MMC-nin ləğv prosesində olan İddiaçı ASC-yə əsas borcu üzrə 396.507,22 manat məbləğində qalıq, ona hesablanmış 135.269,67 manat məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 14.091,44 manat məbləğində dəbbə pulu olmaqla cəmi 545.863,33 manat məbləğində borcu yaranmışdır. Müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildirişləri ilə müəyyən olunur ki, iddiaçı tərəfindən 120 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Apelyasiya baxışı zamanı cavabdeh “X3 Təsərrüfatı” MMC-nin nümayəndəsi və vəkili Vəkil1 məhkəmə kollegiyasına ekspertiza keçirilməsi barədə vəsatət təqdim etmiş və bildirmişdir ki, iddiaçı “Ata Bank” tərəfindən kreditin təminatı olaraq ünvan 2ində yerləşən cavabdehlərdən biri olan Cavabdeh3 məxsus əmlak kompleksini bankdan 04.05.2018-ci ildə kredit götürdükdən sonra böyük zalı və bir çox tikintiləri tikmiş və 26.09.2018-ci il tarixdə yenidən "xxxx" qiymətləndirmə şirkəti tərəfindən 2 093 900 manat qiymətləndirilmişdir. Bank tərəfindən 04.05.2018-ci ildə kredit götürən zaman həmin əmlak 658 kvm olub və 700 000 manat qiymətləndirilmişdir. Lakin həmin faktiki 1418,9 kvm sahəsi olan şadlıq sarayı kimi fəaliyyət göstərən obyekt hal-hazırda 3 000 000 manat qiymətindədir. İddiaçı tərəfindən kredit borcu, faizlər və dəbbə şişirdilərək məhkəməyə iddia ilə müraciət edilmişdir. Onlar tərəfdən ödənilən pulların bir çox hissəsi əsas məbləğdən deyil, faiz və dəbbələrə silinmişdir. Mütəmadi olaraq ödənişləri etmələrinə baxmayaraq, əsas məbləğ və faizlər azalmamışdır. Ona görə də mülki iş üzrə mühasibatlıq ekspertizası keçirilməsinə ehtiyac var. ünvan 2ində yerləşən cavabdehlərdən biri olan Cavabdeh3 məxsus əmlak kompleksinin yenidən qiymətləndirilməsinə zərurət var. Birinci instansiya məhkəməsi tutma yönəldilən əmlakların likvid dəyərini müəyyən etmədən əmlakların sonrakı ipoteka müqavilələrində olan qiymətləndirmə məbləğinə əsaslanmışdır. Məhkəmə kollegiyasının 26 iyul 2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəməmühasibatlıq ekspertizası və ipotekaya qoyulmuş əmlakların qiymətləndirilməsi təyin edilmiş, məhkəmə-mühasibatlıq ekspertizasının aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə, ipotekaya qoyulmuş əmlakların qiymətləndirilməsi "xxxx" MMC-yə tapşırılmışdır. 06 sentyabr 2021-ci il tarixli 9/5645 №-li Ekspert Rəyindən görünür ki, iş materiallarında olan “hesabdan çıxarış” məlumatları və tərəflər arasında imzalanmış 04 may 2018-ci il tarixli 1802 XK saylı kredit müqaviləsinin qeyd olunan şərtlərini nəzərə alaraq cavabdeh «X4 Təsərrüfatı» Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçı Açıq Səhmdar Cəmiyyətinə sualda soruşulan tarixə, yəni 27.10.2020-ci il tarixə olan borcu aşağıdakı kimi müəyyən edilir: əsas borc üzrə - 396458,30 manat, faiz borcu üzrə - 133555,84 manat. Hazırki ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış kredit müqaviləsi üzrə cərimə bəndi nəzərdə tutulsa da, bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun silinməsi ilə əlaqədar məlumat (cərimə hesabı üzrə çıxarış) olmadığı üçün cavabdeh «X3 Təsərrüfatı » Məhdud Məsuliyyətli Cəmiyyətinə cərimə borcu hesablanmadı. Göründüyü kimi, iddiaçı tərəfindən təqdim olunmuş maliyyə arayışı və məhkəmənin qətnaməsi ilə 396.507,22 (üç yüz doxsan altı min beş yüz yeddi manat, 22 qəpik) manat əsas borcun, 135.269,67 (bir yüz otuz beş min iki yüz altmış doqquz manat, 67 qəpik) manat müqavilə müddəti üçün hesablanmış faiz borcunun olduğu qeyd edilsə də, ekspert rəyi ilə həmin borcun fərqli, yəni əsas borc üzrə - 396458,30 manat, faiz borcu üzrə - 133555,84 manat olduğu müəyyən edilmişdir. Bu səbəbdən iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətinin kredit və faiz borcunun düzgün hesablanmaması barədə dəlilini qismən əsaslı hesab edir. Belə ki, ekspert rəyinin tədqiqat prosesinin təsviri hissəsində də qeyd olunmuşdur ki, iş materiallarında olan hesabdan çıxarış məlumatlarından göründüyü kimi, cavabdeh «X3 Təsərrüfatı» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə kredit məbləğinin məxaric edildiyi tarixdən, yəni 08.05.2018-ci il tarixindən sualda borcun soruşulduğu tarixədək, yəni 27.10.2020-ci il tarixinədək 120.841,06 manat məbləğində ödəniş aparılmışdır ki, həmin məbləğin 53.541,70 məbləğində olan hissəsinin əsas borca, 67.299,36 manat məbləğində olan hissəsinin isə faiz borcuna silinməsi müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh "xxxx" KFT MMC kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, həmin kreditdən yaranan borclarını ödəməli olmasına dair vəzifəsini isə lazımınca icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əmlakın satılmasını tələb edə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən, əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi əsas borc; faizlər; öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi; ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi də daxil edilməklə tam həcmdə təmin edilir. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 41.1-ci maddəsinə əsasən, ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Sadalanan normalara əsasən əsas öhdəlik icra edilmədikdə və ya müqavilə üzrə nəzərdə tutulmuş qaydada lazımınca icra edilmədikdə, öhdəliyin icrasının təminatı olan ipoteka müqaviləsinə yönəldilmə edilərək əsas öhdəliyin icrası təmin edilə bilər. İş materiallarından görünür ki, müqavilə üzrə öhdəlik cavabdeh tərəfindən lazımınca icra edilmədiyindən, iddiaçı əsas öhdəliyin icrasının təmin edilməsi üçün tutmanın ipoteka predmetinə yönəldilməsini də məhkəmədən xahiş etmişdir. Belə olan halda məhkəmə kollegiyası iddia tələbini tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində qismən əsaslı hesab edir. İpoteka predmetinin dəyəri ilə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən, ilkin satış qiyməti– qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. “Likvidlik” özü iqtisadi termin olaraq biznesdə, yaxud investisiya proseslərində aktivlərin bazarda əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmadan tez reallaşdırıla (satıla) bilməsi qabiliyyətidir. Likvid dəyər bazar dəyərinin müəyyənləşdirilməsi üçün adekvat marketinqin keçirilməsi üçün vaxt məhdudluğu şəraitində mülkiyyətin satılmasından real əldə oluna biləcək pulun məbləğidir. Bu baxımdan aydın olur ki, əmlakın likvid qiyməti onun bazar qiymətinin açıq bazar şəraitində daha asan və tez satılma imkanı verən həddini ehtiva edir. İpotekaya qoyulmuş əmlakların likvid qiymətinin müəyyənləşdirilməsi üzrə "xxxx" MMC-nin 19.10.2021-ci il tarixli, 363/ATB/21 nömrəli rəyinə əsasən, ipoteka predmetlərinin 19.10.2021-ci il tarixə olan likvid qiymətləri aşağıdakı kimi müəyyən edilmişdir.
1. Cavabdeh3 mülkiyyətində olan Siyəzən şəhəri, Xətai küçəsində istifadədə olan 0.07 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli 1A nömrəli qeyri- yaşayış binası (mağaza) - 267200 (iki yüz altmış yeddi min iki yüz) manat;
2. Cavabdeh3 mülkiyyətində olan ünvan 2ində mülkiyyətində olan 1.0018 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 658.6 kv.m ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisəsi - ******* (bir milyon səkkiz yüz yetmiş dörd min) manat;
3. Cavabdeh4 mülkiyyətində olan Siyəzən şəhəri, B.Bayramov küçəsində istifadədə olan 0.0139 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli 4 otaqlı 17 nömrəli fərdi yaşayış evi - 180000 (bir yüz səksən min) manat;
4. Cavabdeh2 mülkiyyətində olan Siyəzən şəhəri, Su Kəməri küçəsində mülkiyyətində olan 0.08 ha torpaq sahəsi və həmin torpaq sahəsində 42.3 kv.m. yaşayış, 36.2 kv.m. köməkçi sahədən ibarət fərdi yaşayış evi - 150000 (bir yüz əlli min) manat. Rəydən görünür ki, 4 əmlak üzrə aparılmış qiymətləndirmə zamanı əmlakların qiymətlərindəki fərq birinci instansiya məhkəməsinin qətnaməsi ilə müqayisədə aşağıdakı kimi müəyyən edilmişdir. Siyəzən şəhəri, Xətai küçəsində istifadədə olan 0.07 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli 1A nömrəli qeyri- yaşayış binası (mağaza) üzrə 228.100 (iki yüz iyirmi səkkiz min yüz) manat- 267200 (iki yüz altmış yeddi min iki yüz) manat ünvan 2ində mülkiyyətində olan 1.0018 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 658.6 kv.m ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisəsi üzrə- 625.000 (altı yüz iyirmi beş min) manat -1874000 (bir milyon səkkiz yüz yetmiş dörd min) manat Siyəzən şəhəri, B.Bayramov küçəsində istifadədə olan 0.0139 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli 4 otaqlı 17 nömrəli fərdi yaşayış evi üzrə- 161.550 (yüz altmış bir min beş yüz əlli) manat-180000 (bir yüz səksən min) manat Siyəzən şəhəri, Su Kəməri küçəsində mülkiyyətində olan 0.08 ha torpaq sahəsi və həmin torpaq sahəsində 42.3 kv.m. yaşayış, 36.2 kv.m. köməkçi sahədən ibarət fərdi yaşayış evi üzrə- 113.200 (yüz on üç min iki yüz) manat-150000 (bir yüz əlli min) manat. Göründüyü kimi, əmlakların qiymətlərində əsaslı fərq yalnız Cavabdeh3 mülkiyyətində olan ünvan 2ində mülkiyyətində olan 1.0018 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 658.6 kv.m ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisə üzrə qeydə alınmışdır. Belə ki, qətnamə ilə həmin əmlakın ilkin satış qiyməti 625.000 (aitı yüz iyirmi beş min) manat məbləğində müəyyən edilmiş, qiymətləndirici tərəfindən isə əmlakın likvid dəyəri 1 874 000 (bir milyon səkkiz yüz yetmiş dörd min) manat məbləğində müəyyən olunmuşdur. "xxxx" MMC-nin 19.10.2021-ci il tarixli rəyindən görünür ki, mütəxəssislərin bu zonada apardıqları monitorinq nəticəsində müəyyən olmuşdur ki, əmlakın yerləşdiyi ərazidə mülkiyyətdə olan 1 (bir) sot torpaq sahəsinin 19 oktyabr 2021-ci il tarixinə olan orta bazar dəyəri 1500 - 2500 manat aralığında təşkil edir. 1.12 (ha) x 2000 = 224 000 AZN (iki yüz iyirmi dörd min) manat təşkil edir. Beləliklə, müqayisə yanaşması ilə əmlak kompleksi kimi müəssisənin likvid qiyməti 1 650 000 manatdır. Monitorinq nəticəsində müəyyən olmuşdur ki, həmin ərazidə qeyri-yaşayış binalarının 1 kvadrat metrinin orta bazar dəyəri 500 - 1200 manat aralığında dəyişir) + 224 000 (əmlak kompleksi kimi müəssisənin torpaq sahəsi)=1 874 000 manat (əmlak kompleksi kimi müəssisənin ümumilikdə likvid dəyəri) təşkil edir. Rəylə müəyyən olunmuş əmlak kompleksinin ümumi xarakteristikası ilə müəyyən olunur ki, ünvan 2ində yerləşən əmlakın hüquqi sənəd üzrə sahəsi 658.6 m2, faktiki sahəsi isə 1418.9 m2 təşkil edir. Göründüyü kimi, əmlakın faktiki sahəsinin 2 dəfədən çox artırılması həmin əmlakın likvid dəyərinin də məhkəmə qətnaməsi ilə müəyyən olunmuş qiymətdən əsaslı şəkildə fərqlənməsinə səbəb olmuşdur. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi əmlakların qiymətlərinin əsassız şəkildə artırılmasına istinad etmiş və qeyd etmişdir ki, "xxxx" MMC-nin 19 10.2021-ci il tarixli, 363/ATB/21 nömrəli ekspert rəyi həqiqəti əks etdirmir və ekspert tərəfindən aparılmış tədqiqat şübhə doğurur. İş üzrə həqiqətə nail olmaq üçün təkrar ekspertiza keçirilməlidir. Belə ki, sözügedən ipoteka predmetləri artıq bir dəfə 18.04.2018ci il tarixdə müstəqil qiymətləndirici olan "xxxx" MMC tərəfindən qiymətləndirilmiş və yuxarıda qeyd olunmuş əmlakların likvid dəyəri müvafiq olaraq 205290 (iki yüz beş min iki yüz doxsan manat) manat, 562950 (beş yüz altmış iki min doqquz yüz əlli) manat, 145395 (bir yüz qırx beş min üç yüz doxsan beş) manat və 101880 (bir yüz min səkkiz yüz səksən) manat müəyyən olunmuşdur. Qeyd edilən rəylə həm kredit alan, həm də ipoteka qoyanlar tanış olmuş, həmin şərtlərlə razı olduğunu bildirmiş və buna müvafiq olaraq müştəriyə kredit ayrılmışdır. İpoteka predmetinə müxtəlif zamanlarda qoyulmuş iki müxtəlif likvid dəyər arasında bu cür böyük fərqin olması sonuncu ekspertin rəyini şübhə altına alır. Sözügedən əmlakın qiymətləndirilməsi barədə rəyin verilməsindən 4 ilə yaxın müddət keçməsinə baxmayaraq, əmlaklarda qiyməti bu cür əhəmiyyətli dərəcədə dəyişdirəcək yaxşılaşdırmalar aparılmamışdır. Məhkəmə kollegiyasının 19.11.2021-ci il tarixli qərardadı ilə iddiaçının vəsatəti təmin edilməmişdir. Məhkəmə kolegiyası qeyd edir ki, həmin qiymətləndirmə hesabatı aparılarkən vəsatətin dəlillərinin əksinə olaraq, daşınmaz əmlakların ətraflı təsvir olunmuş fotoşəkilləri rəyə əlavə olunmuş, qiymətləndirmədə xərc metodu, gəlir metodu, uyğun satışların müqayisəsi metodu nəzərdən keçirilmişdir. Kollegiya həmçinin qeyd edir ki, iddiaçının vəsatətdə istinad etdiyi müstəqil qiymətləndirici olan "xxxx" MMC tərəfindən də ipoteka predmeti Cavabdeh3 mülkiyyətində olan ünvan 2ində mülkiyyətində olan 1.12 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən çıxarış üzrə ümumi sahəsi 658.6 kv.m və faktiki ümumi sahəsi 1418,9 kv.m təşkil edən əmlak kompleksi (şadlıq sarayı) 18.04.2018-ci il tarixdən sonra da, yəni 28.09.2018ci il tarixdə Cavabdeh3 təşəbbüsü ilə təkrar qiymətləndirilmiş, nəticədə həmin tarixə standartın tələbləri həddində aparılmış hesablamalara əsasən daşınmaz əmlakın bazar dəyəri 2 093 900 (iki milyon doxsan üç min doqquz yüz) manat məbləğində ("xxxx" MMC-nin qiymətləndirməsi ilə müqayisədə daha yüksək qiymətlə) müəyyən olunmuşdur. "xxxx" MMC tərəfindən aparılmış həmin qiymətləndirmə ilə müəyyən olunmuşdur ki, ünvan 2i ünvanında əmlak kompleksinin ərazisində A,B,C,D, E, F, H literalı binalar inşa edilmişdir. Bundan əlavə, “A” tikilisinə bitişik ölçüləri 40,0 m x 20,0 m əlavə tikili inşa olunmuşdur ki, həmin xidmət sahəsində toy mərasimləri təşkil olunur. Tikilinin sahəsi 800 m2 təşkil edir, lakin bu əlavə tikili sənədlərdə öz əksini tapmayıb. Məhkəmə kollegiyası "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə rəyinə əsaslanaraq hesab edir ki, Siyəzən şəhəri, Xətai küçəsində 1A ünvanında 0.07 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli 534,42 kv.m ümumi, 309,8 kv.m tikinti altı sahəsindən ibarət qeyri-yaşayış binasının likvid qiyməti 267 200 (İki yüz altmış yeddi min iki yüz) manat məbləğində, ünvan 2ində 1.0018 ha torpaq sahəsi və üzərində yerləşən 658.6 kv.m ümumi sahədən ibarət əmlak kompleksinin birlikdə likvid qiyməti 1 874 000 (Bir milyon səkkiz yüz yetmiş dörd min) manat məbləğində, Siyəzən şəhəri, B.Bayramov küçəsində 0.0139 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli 4 otaqlı 17 nömrəli fərdi yaşayış evinin likvid qiyməti 180 000 (bir yüz səksən min) manat məbləğində, Siyəzən şəhəri, Su kəməri küçəsində yerləşən 0.08 ha torpaq sahəsi və həmin torpaq sahəsində 42.3 kv.m. yaşayış, 36.2 kv.m. köməkçi sahədən ibarət fərdi yaşayış evinin birlikdə likvid qiyməti 150 000 (bir yüz əlli min) manat məbləğində müəyyən edilməlidir. İpoteka predmetlərinin satışından əldə edilən vəsait göstərilən pul tələblərinin təmin edilməsi üçün kifayət etmədikdə, qalıq borcun ümumi qaydada “X3 Təsərrüfatı” MMC-dən iddiaçının xeyrinə tutulması hissəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6-cı maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Borclu tələbin birinci növbədə hansı əmlaka və əşyalara yönəldilməsini icra məmuruna bildirmək hüququna malikdir. Borclunun belə müraciəti icra sənədinin icrasına mane olmursa, icra məmuru onu təmin etməyə borcludur. Göründüyü kimi, tələbin təmin edilməsi üçün yetərli pul vəsaiti olmayan borcludan borcun tutulması qaydası qətnamənin icra mərhələsində həll edilən məsələ olduğundan iddia həmin hissədə təmin edilə bilməz. Məhkəmə kollegiyası apelyasiya şikayətinin kredit müqavilələrinin etibarsızlığı dəlilinə münasibətdə qeyd edir ki, həmin hallarla bağlı cavabdeh heç bir sübut təqdim etməmişdir. Cavabdehin vəkili Vəkil2 məhkəmə kollegiyasının iclasında kredit müqaviləsi və sonrakı ipoteka müqvilələrini mübahisələndirəcəklərini bildirmiş və qeyd etmişdir ki, kredit müqaviləsi "xxxx" KFT MMC ilə imzalansa da, sonrakı ipoteka müqaviləsində kredit alan qismində X2 göstərilmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. İş materiallarından və apelyasiya şikayətinin dəlillərindən də bəlli olur ki, cavabdeh kredit müqaviləsi üzrə ödənişlər etmiş, yalnız sonradan sahibkarlıq fəaliyyətlərində baş vermiş ləngimələr və pandemioloji vəziyyət səbəbindən ödənişləri davam etdirə bilməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası apelyasiya şikayətinin həmin dəlilini əsassız hesab edir. Məhkəmə kollegiyası kredit və ipoteka müqavilələrinin surətlərinin notarial qaydada təsdiq edilməsi üçün çəkilmiş 28 (iyirmi səkkiz) manat notariat xərcinin cavabdehlərə aid edilməsi, kredit və ipoteka müqavilələrinin surətlərinin notarial qaydada təsdiq edilməsi üçün çəkilmiş 28 (iyirmi səkkiz) manat notariat xərcinin əvəzinin tutularaq, iddiaçıya ödənilməsi ilə bağlı qeyd edir ki, həmin hissədə də qətnamə ləğv edilməli, iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, notariat xərcinin çəkilməsi ilə bağlı iddiaçı tərəfindən heç bir sənəd təqdim edilməmişdir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iş üzrə ekspertiza xərci 145 manat və ipoteka predmetlərinin qiymətləndirilməsi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 1200 manat “X3 Təsərrüfatı” MMC-dən tutularaq müvafiq olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin və "xxxx" MMC-nin hesabına ödənilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdeh “X3 Təsərrüfatı” MMC-nin apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-379/2021 saylı, 29 aprel 2021-ci il tarixli qətnaməsi qismən ləğv edilməli, cavabdeh “X3 Təsərrüfatı” MMC-dən 396.458,30 (üç yüz doxsan altı min dörd yüz əlli səkkiz manat, otuz qəpik) manat əsas borc, 133555.84 (bir yüz otuz üç min beş yüz əlli beş manat, səksən dörd qəpik) manat müqavilə müddəti üçün hesablanmış faiz borcu, 14091.44 (on dörd min doxsan bir manat, 44 qəpik) manat gecikməyə görə hesablanan cərimə olmaqla ümumilikdə 544105,58 (beş yüz qırx dörd min yüz beş manat, əlli səkkiz qəpik) manat tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməli, tutma Cavabdeh3 mülkiyyətində olan Siyəzən şəhəri, Xətai küçəsində 1A ünvanında istifadəsində olan 0.07 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli 534,42 kv.m ümumi, 309,8 kv.m tikinti altı sahəsindən ibarət qeyri-yaşayış binasına yönəldilməli, həmin qeyriyaşayış binasının likvid qiyməti 267 200 (İki yüz altmış yeddi min iki yüz) manat məbləğində müəyyən edilməli, tutma Cavabdeh3 mülkiyyətində olan ünvan 2ində mülkiyyətində olan 1.0018 ha torpaq sahəsi və üzərində yerləşən 658.6 kv.m ümumi sahədən ibarət əmlak kompleksi olan müəssisəyə yönəldilməli, həmin torpaq sahəsinin və üzərində yerləşən 658.6 kv.m ümumi sahədən ibarət əmlak kompleksinin birlikdə likvid qiyməti 1 874 000 (Bir milyon səkkiz yüz yetmiş dörd min) manat məbləğində müəyyən edilməli, tutma Cavabdeh4 mülkiyyətində olan Siyəzən şəhəri, B.Bayramov küçəsində istifadədə olan 0.0139 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli 4 otaqlı 17 nömrəli fərdi yaşayış evinə yönəldilməli, həmin fərdi yaşayış evinin likvid qiyməti 180 000 (bir yüz səksən min) manat məbləğində müəyyən edilməli, tutma Cavabdeh2 mülkiyyətində olan Siyəzən şəhəri, Su kəməri küçəsində yerləşən 0.08 ha torpaq sahəsi və həmin torpaq sahəsində 42.3 kv.m. yaşayış, 36.2 kv.m. köməkçi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməli, həmin torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən 42.3 kv.m. yaşayış, 36.2 kv.m. köməkçi sahədən ibarət fərdi yaşayış evinin birlikdə likvid qiyməti 150 000 (bir yüz əlli min) manat məbləğində müəyyən edilməli, qətnamə ipoteka predmetlərinin satışından əldə edilən vəsait yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün kifayət etmədikdə, qalıq borcun ümumi qaydada “X3 Təsərrüfatı” MMC-dən iddiaçının xeyrinə tutulması hissəsində ləğv edilməli, həmin hissədə iddia təmin edilməməli, qətnamə kredit və ipoteka müqavilələrinin surətlərinin notarial qaydada təsdiq edilməsi üçün çəkilmiş 28 (iyirmi səkkiz) manat notariat xərcinin cavabdehlərə aid edilməsi, kredit və ipoteka müqavilələrinin surətlərinin notarial qaydada təsdiq edilməsi üçün çəkilmiş 28 (iyirmi səkkiz) manat notariat xərcinin əvəzinin tutularaq, iddiaçıya ödənilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalı, iş üzrə ekspertiza xərci 145 manat “X3 Təsərrüfatı” MMCdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu: 142595 Büdcə səviyyəsinin kodu: 3 SAP (XİİS) hesabı X1 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməli, iş üzrə ipoteka predmetlərinin qiymətləndirilməsi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 1200 manat “X3 Təsərrüfatı” MMC-dən tutularaq "xxxx" Consulting MMC-nin VÖEN ********** Müxbir hesab AZ03NABZ013501**********2944, kodu 805539, S.W.İ.F.T BİC İBAZAZ2X H/h AZ52İBAZ******************** saylı hesabına ödənilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 384.0.2, 392, 393 və 402-ci maddələrini rəhbər tuturaq məhkəmə kollegiyası QƏT ETDİ:
Cavabdeh “X3 Təsərrüfatı” MMC-nin apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-379/2021 saylı, 29 aprel 2021-ci il tarixli qətnaməsi qismən ləğv edilsin. Cavabdeh “X3 Təsərrüfatı” MMC-dən 396.458,30 (üç yüz doxsan altı min dörd yüz əlli səkkiz manat, otuz qəpik) manat əsas borc, 133555.84 (bir yüz otuz üç min beş yüz əlli beş manat, səksən dörd qəpik) manat müqavilə müddəti üçün hesablanmış faiz borcu, 14091.44 (on dörd min doxsan bir manat, 44 qəpik) manat gecikməyə görə hesablanan cərimə olmaqla ümumilikdə 544105,58 (beş yüz qırx dörd min yüz beş manat, əlli səkkiz qəpik) manat tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. Tutma Cavabdeh3 mülkiyyətində olan Siyəzən şəhəri, Xətai küçəsində 1A ünvanında istifadəsində olan 0.07 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli 534,42 kv.m ümumi, 309,8 kv.m tikinti altı sahəsindən ibarət qeyri-yaşayış binasına yönəldislin. Həmin qeyriyaşayış binasının likvid qiyməti 267 200 (İki yüz altmış yeddi min iki yüz) manat məbləğində müəyyən edilsin. Tutma Cavabdeh3 mülkiyyətində olan ünvan 2ində mülkiyyətində olan 1.0018 ha torpaq sahəsi və üzərində yerləşən 658.6 kv.m ümumi sahədən ibarət əmlak kompleksi olan müəssisəyə yönəldilsin. Həmin torpaq sahəsinin və üzərində yerləşən 658.6 kv.m ümumi sahədən ibarət əmlak kompleksinin birlikdə likvid qiyməti 1 874 000 (Bir milyon səkkiz yüz yetmiş dörd min) manat məbləğində müəyyən edilsin. Tutma Cavabdeh4 mülkiyyətində olan Siyəzən şəhəri, B.Bayramov küçəsində istifadədə olan 0.0139 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli 4 otaqlı 17 nömrəli fərdi yaşayış evinə yönəldilsin. Həmin fərdi yaşayış evinin likvid qiyməti 180 000 (bir yüz səksən min) manat məbləğində müəyyən edilsin. Tutma Cavabdeh2 mülkiyyətində olan Siyəzən şəhəri, Su kəməri küçəsində yerləşən 0.08 ha torpaq sahəsi və həmin torpaq sahəsində 42.3 kv.m. yaşayış, 36.2 kv.m. köməkçi sahədən ibarət fərdi yaşayış evinə yönəldilsin. Həmin torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən 42.3 kv.m. yaşayış, 36.2 kv.m. köməkçi sahədən ibarət fərdi yaşayış evinin birlikdə likvid qiyməti 150 000 (bir yüz əlli min) manat məbləğində müəyyən edilsin. Qətnamə ipoteka predmetlərinin satışından əldə edilən vəsait yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün kifayət etmədikdə, qalıq borcun ümumi qaydada “X3 Təsərrüfatı” MMC-dən iddiaçının xeyrinə tutulması hissəsində ləğv edilsin. Həmin hissədə iddia təmin edilməsin. Qətnamə kredit və ipoteka müqavilələrinin surətlərinin notarial qaydada təsdiq edilməsi üçün çəkilmiş 28 (iyirmi səkkiz) manat notariat xərcinin cavabdehlərə aid edilməsi, kredit və ipoteka müqavilələrinin surətlərinin notarial qaydada təsdiq edilməsi üçün çəkilmiş 28 (iyirmi səkkiz) manat notariat xərcinin əvəzinin tutularaq, iddiaçıya ödənilməsi hissəsində ləğv edilsin. Həmin hissədə iddia təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərci 145 manat “X3 Təsərrüfatı” MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu: 142595 Büdcə səviyyəsinin kodu: 3 SAP (XİİS) hesabı X1 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. İş üzrə ipoteka predmetlərinin qiymətləndirilməsi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 1200 manat “X3 Təsərrüfatı” MMC-dən tutularaq "xxxx" Consulting MMC-nin VÖEN ********** Müxbir hesab AZ03NABZ013501**********2944, kodu 805539, S.W.İ.F.T BİC İBAZAZ2X H/h AZ52İBAZ******************** saylı hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.