Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-101/2023 27.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı kommersiya işi üzrə (Açar sözlər: pul tələbi, sübutların qiymətləndirilməsi, iddia müddəti) X7 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və Səyyad Ağaəli oğlu Qafaridən ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi, İddiaçının nümayəndəsi və vəkili X6, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 26 avqust 2022-ci il tarixli e-2-2(119)-41/2022 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı 06 fevral 2020-ci ildə Cavabdeh1nə qarşı “iştirakçının hüquqlarının təmin edilməsi” tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh “Magna Trans" Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə “Magna Trans" MMC-nin maliyyə hesabatının audit yoxlanışının həyata keçirilməsindən ötrü 2010- 2019-cu illər üzrə illik maliyyə hesabatlarının və audit yoxlamasının aparılması üçün bütün zəruri sənədlərin iddiaçı tərəfindən seçilmiş sərbəst auditor X2 təqdim edilməsi və “Magna Trans" MMC-nin nizamnamə kapitalındakı 33,3%-lik iştirak payına uyğun olaraq 2010- 2019-cu illər üçün ona mənfəətdən dividendin ödənilməsinin təmin edilməsi vəzifəsinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddiaçı tərəfindən həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh1 MMC-nin üç təsisçisindən biri olsa da, MMC-nin fəaliyyəti dövründə qanunvericiliyin tələblərinə zidd olaraq ona bir təsiçi kimi Cəmiyyətin maliyyə göstəricilərini əks etdirən maliyyə hesabatları, gəlir, xərc, əsas vəsaitlər, debitor və kreditor borcları barədə hər hansı məlumat təqdim edilməmiş və nəticədə onun Cəmiyyətin maliyyə vəziyyətindən məlumatı olmamışdır. Cəmiyyətin təsis edilməsi zamanı tərəfindən pul vəsaiti qoydulduğu və məqsədinin mənfəət əldə etmək olduğu nəzərə alınarsa, hazırda Cəmiyyətin maliyyə vəziyyətindən məlumatsızlığı onun dividend formasında əldə edə biləcəyi gəlirdən xəbərsiz olmasına səbəb olmuşdur. Bu günədək Cavabdeh1 MMC-nin paylarında 33,3 % iştirak payı ona məxsus olaraq qalır və onun bu iştirak payına görə MMC-dən mənfəət almaq hüququ vardır. Lakin MMC tərəfindən bu günədək ona mənfəətin ödənilməsi təmin edilməmişdir.
2. Həmin iddia ərizəsi üzrə Abşeron Rayon Məhkəməsində aparılan məhkəmə prosesi zamanı İddiaçı 23 sentyabr 2020-ci ildə məhkəməyə 22 sentyabr 2020-ci il tarixli “iddia tələbinin dəqiqləşdirilməsi və yeni cavabdehlərin cəlb edilməsi” barədə ərizə təqdim edərək, Cavabdeh1ndən əlavə, "xxxx" MMC-nin direktoru (qanuni təmsilçi) Cavabdeh4, "xxxx" MMC-nin iştirakçısı Cavabdeh3 və "xxxx" MMC-nin iştirakçısı Cavabdeh2 da mülki iş üzrə cavabdeh qismində cəlb edilməsini və iddia tələbinin təmin edilərək, cavabdehlərdən müştərək qaydada cəmi 8186756,80 manat məbləğində dividendin (7310488 + 876268,80), Cavabdeh1nə 2010-2019-cu illər üzrə İddiaçı tərəfindən qoyulmuş 452.436 ABŞ dolları məbləğində vəsaitin və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi və nəqliyyat vasitələrinin satışındən əldə edilmiş 2.600.500 manat vəsaitin cavabdeh "xxxx" MMC-nin hesablaşma hesabına ödənilməsi barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmiş və ərizədə həmin iddia tələbləri onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-nin təsisçisi İddiaçı ilə Azərbaycan Respublikası Auditorlar Palatasının 15 yanvar 2018-ci il tarixli SA/382 Seriyalı icazəsi əsasında fəaliyyət göstərən sərbəst auditor X3 arasında 04 dekabr 2019-ci ildə bağlanmış "Auditor xidməti göstərilməsi barədə" müqaviləyə əsasən İddiaçı tərəfindən təqdim edilmiş məlumatlar və sənədlər əsasında "xxxx" MMC-nin 2010 - 2019-cu illəri əhatə edən fəaliyyət dövrünün maliyyə hesabatlarının auditi aparılmış, İddiaçı təqdim etdiyi sənədlər və məlumatlar əsasında illik mənfəəti və həmin mənfəətdən ona çatası dividend hesablanmış, onun tərəfindən təsisçi kimi qoyduğu vəsaitin məbləği müəyyən edilmiş, yoxlama ilə əhatə edilən dövrdə satılmış nəqliyyat vasitələrinin satışından əldə edilən vəsaitin MMC-nin hesablaşma hesabına mədaxil edilib-edilmədiyi, nəqliyyat vasitələrinin satılması nəticəsində MMC-nin hansı məbləğdə gəlir əldə edilməsindən məhrum olduğu müəyyən olunmuşdur. Həmin Audit araşdırmasının nəticəsinə əsasən müəyyən edilmişdir ki, 2010- 2019-cu illər üzrə "xxxx" MMC-nin mənfəəti 22.152.995 manat olmuş və hənim mənfətdən 33 faiz təsis payı olan təsisçi İddiaçı ******* manat məbləğində dividend hesablanıb ödənilməli idi. 213 saylı marşrut və nəqliyyat vasitələrinin əsassız satışı aparılmasaydı, MMC-nin əldə edəcəyi mənfəət ******* manat olardı və buna görə də, həmin mənfəətdən 33 faiz təsis payı olan təsisçi İddiaçı 876268,80 manat məbləğində dividend hesablanıb ödənilməli idi. "xxxx" MMC-yə 2010-2019-cu illər üzrə İddiaçı tərəfindən qoyulmuş vəsaitin məbləği isə 452.436 ABŞ dolları təşkil etmişdir. Nəqliyyat vasitələrinin satışından əldə edilmiş 2.600.500 manat vəsait isə MMC-nin hesablaşma hesabına ödənilməmişdir.
3. Abşeron Rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli 2(012)-168/2021 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair mübahisənin kommersiya mübahisəsi olması qənaətinə gəlinərək, həmin iddia ərizəsinə dair 2(012)-168/2021 nömrəli mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmiş və 02 noyabr 2021-ci ildə həmin iş Sumqayıt Kommersiya Məhkəməsinin icraatına daxil olmuşdur.
4. Sumqayıt Kommersiya Məhkəməsində araşdırma aparılarkən İddiaçı tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə təqdim edilmiş və həmin ərizədə iddia tələbinin həcmi azaldılaraq, cavabdehlər Cavabdeh1ndən, "xxxx" MMC-nin direktoru (qanuni təmsilçi) Cavabdeh4, "xxxx" MMC-nin iştirakçısı Cavabdeh3 və "xxxx" MMC-nin iştirakçısı Cavabdeh2 müştərək qaydada 2010 - 2019-cu illər üzrə "xxxx" MMC-nin mənfəət kimi əldə etdiyi 22.152.995 manat məbləğin 33 faiz təsis payına münasib olaraq 7.310.488 manat məbləğində dividendin, İddiaçı tərəfindən 2012-ci ildə “Magna Trans" Məhdud Məsuliyyətli Cəmiyyətinin krediti üçün ödənilmiş 452.436 ABŞ dolların və 30 manat dövlət rüsumunun tutularaq, İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuş və həmin ərizə onunla əsaslandırılmışdır ki, sərbəst auditor X3 tərəfindən aparılmış audit araşdırmasının nəticəsinə əsasən müəyyən edilmişdir ki, 2010-2019-cu illər üzrə "xxxx" MMC-nin mənfəəti 22.152.995,00 manat olmuşdur və hənim mənfətdən 33 faiz təsis payı olan təsisçi İddiaçı 7.310.488,00 manat məbləğində dividend hesablanıb ödənilməli idi. 213 saylı marşrut və nəqliyyat vasitələrinin əsassız satışı aparılmasaydı, MMC-nin əldə edəcəyi mənfəət 2.655.360,00 manat olardı və buna görə də, həmin mənfəətdən 33 faiz təsis payı olan təsisçi İddiaçı 876.268,80 manat məbləğində dividend hesablanıb ödənilməli idi. Bundan əlavə, İddiaçı tərəfindən 2012-ci ildə Cavabdeh1 krediti üçün ödənilmiş məbləğ isə 452436 ABŞ dolları təşkil edir.
5. Cavabdeh1 MMC tərəfindən məhkəməyə iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmuşdur.
6. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı iddia tələbində Cəmiyyətə 452436 ABŞ dolları vəsait qoyduğunu iddia etmiş, lakin həmin vəsaitin qoyulmasını təsdiq edən sənədləri iddia ərizəsinə əlavə etməmişdir. Bundan əlavə, Mülki Məcəlləyə və Vergi Məcəlləsinə görə iştirakçı tərəfindən Cəmiyyətə verilmiş vəsait onun nizamnamə kapitalına qoyulmalı və bu zaman iştirakçıların qərarı olmalıdır və / və ya həmin vəsait iştirakçı tərəfindən Cəmiyyətə öz təsərrüfat fəaliyyətini təşkil etməsi üçün borc şəkilində verilməli və bununla bağlı Cəmiyyət və iştirakçı arasında borc müqaviləsi olmalıdır. Nəzərə alınsa ki, Cəmiyyətin “nizamnamə kapitalı” pul ekvivalentində müəyyən olunaraq, 30 manat təşkil edir. İstər iddia ərizəsində, eləcə də iş materiallarında iddiaçı tərəfindən Cəmiyyətə 452436 ABŞ dolları vəsaitin qoyulmasını göstərən qərar və ya müqavilə yoxdur. Bu zaman belə nəticəyə gəlmək olar ki, iddiaçının bu iddiası formal mülahizələrə əsaslanmışdır. İddiaçının digər tələbi “8186756,8 manat məbləğində dividendin cavabdehlərdən müştərək qaydada tutularaq, iddiaçıya ödənilməsi” barədədir. İddiaçının bu tələbi də əsassızdır. Çünki, iddiaçı bu tələbinin əsasını təşkil edəcək heç bir mötəbər sübut təqdim etməmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi haqqında yeni ərizəsində qeyd etmişdir ki, iddiaçının sifarişi ilə sərbəst auditor Eldəniz Çələbiyev tərəfindən audit aparılmış və aparılmış audit nəticəsində bu dividend məbləği müəyyən olunmuşdur. İddiaçının cəlb etdiyi sərbəst auditor Eldəniz Çələbiyev isə hazırladığı Arayışda birbaşa qeyd etmişdir ki, auditin aparılması mümkün olmamışdır. Həmçinin auditor Eldəniz Çələbiyev hazırladığı Arayışda onu da qeyd edir ki, bu Arayış iddiaçının verdiyi məlumatlar əsasında hazırlanmışdır. Həmin Arayışı diqqətlə təhlil etdikdə aydın olur ki, orada qeyd olunanlar fərziyyədir və iddiaçının özünə sərf edən şifahi məlumatlar əsasında hazırlanmışdır. İddiaçının ərizəsində qeyd etdikləri ilə onun tərəfindən cəlb olunmuş sərbəst auditorun qeyd etdikləri arasında ziddiyyət var və onların dedikləri üstüstə düşmür. Belə ki, iddiaçı ərizəsində qeyd edir ki, maliyyə hesabatlarının auditi aparılmışdır və onun dividend ödənilməsi tələbi buna əsaslanır. İddiaçının cəlb etdiyi sərbəst Auditor isə qeyd edir ki, audit aparılması mümkün olmamışdır. Göstərilənlərdən bir daha aydın olur ki, iddiaçının bu tələbinin əsasını da fərziyyə təşkil edir. Qeyd etmək lazımdır ki, iddiaçı əvvəlki məhkəmə proseslərində 195000 manat dividend aldığını etiraf etmişdir. İddiaçının digər bir tələbi də nəqliyyat vasitəsinin satışından əldə edilmiş ******* manat vəsaitin Cavabdeh1 MMC-nin hesablaşma hesabına ödənilməsindən ibarətdir. İddiaçının bu tələbi də əsassızdır və fərziyyədən ibarətdir.
7. Cavabdeh1 tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə 03 mart 2022-ci ildə məhkəməyə “İddia müddətinin tətbiq olunması” barədə ərizə təqdim edilərək, İddiaçı “452436 ABŞ dolları məbləğində vəsaitin cavabdehlərdən tutularaq ona geri qaytarılması” tələbinə müqavilə tələbləri üzrə 3 illik iddia müddətini tətbiq etməklə, bu hissədə iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsi xahiş olunmuş və həmin ərizə onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-yə təsisçi tərəfindən hər hansı vəsait qoyulmamışdır və iddiaçının bu tələbi tamamilə əsassızdır. Belə ki, "xxxx" MMCyə məxsus mühasibatlıq sənədlərində, iş materiallarında olan sərbəst auditor A.M.Musayev tərəfindən tərtib edilmiş 06 oktyabr 2021-ci il tarixli audit aktı məlumatlarında, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin eksperti tərəfindən tərtib olunmuş Ekspert rəyində və "X4" MMC tərəfindən tərtib edilmiş 19 noyabr 2021-ci il tarixli 558 nömrəli "Mühasibatlıq Rəyi" məlumatlarında 2010 - 2019-cu illər ərzində iddiaçı (təsisçi) tərəfindən Cavabdeh1nə və yaxud, Cəmiyyətin əvəzindən hər hansı bir ödəniş aparılmasını təsdiq edən məlumat mövcud deyildir. Eyni zamanda, təsisçi tərəfindən Cəmiyyətə pul qoyulması üçün 2 əsas ola bilər. Birinci əsas - təsisçi tərəfindən cəmiyyətin nizamnamə kapitalının ödənilməsi və / və ya nizamnamə kapitalının artırılması ola bilər. "xxxx" MMC-nin nizamnamə kapitalının 30 manat olması və iddiaçıya münasibətdə nizamnamə kapitalının 10 manatdan ibarət olması nəzərə alınsa, onda görmək olar ki, iddiaçının qoyduğunu iddia etdiyi vəsait Cəmiyyətə bu əsasla qoyulmamışdır. İkinci əsas - təsisçi tərəfindən Cəmiyyətə borc müqaviləsi ilə borcun verilməsi ola bilər. Məhkəmə proseslərinin gedişində iddiaçı onda yazılı borc müqaviləsinin olmadığını bildirmiş və məhkəməyə hər hansı müqavilə təqdim etməmişdir. Fərz edilsə ki, “tərəflər arasındakı borc müqaviləsi şifahi formada olmuşdur” – bu halda isə həmin vəsaitin ona geri qaytarılmasına münasibətdə iddia müddəti ötürülmüşdür. Çünki, iddiaçı məhkəmə proseslərinin gedişində bildirmişdir ki, iddia etdiyi vəsaiti 2012-ci ilin iyun və iyul aylarında iki hissədə "xxxx" MMC-nin hesabına qoymuşdur. Həmin vəsaitin qaytarılması ilə bağlı isə 2020-ci ildə, yəni 8 ildən sonra məhkəməyə müraciət etmişdir. Belə olan halda isə, iddiaçının bu tələbinə münasibətdə iddia müddəti ötürülmüşdür.
8. İş materiallarında olan sənədlərlə müəyyən olunur ki, hüquqi şəxs Cavabdeh1 06 oktyabr 2010-cu ildə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən kommersiya qurumu kimi qeydiyyata alınmış və bu barədə X5 Dövlət Reyestrindən Çıxarış verilmişdir (VÖEN **********). Cavabdeh1 06 oktyabr 2010-cu ildə hüquqi şəxs kimi qeydiyyata alınarkən MMC-nin əvvəlki təsisçiləri - hər biri “1 manat olmaqla 30 paydan ibarət” ümumilikdə 30 manat məbləğində Nizamnamə kapitalında 10 payı olan Cavabdeh3, 10 payı olan İddiaçı və 10 payı olan X8 olmuşlar. Hal-hazırda isə hüquqi şəxs Cavabdeh1 MMC-nin təsisçiləri 10 payı olan Cavabdeh3, 10 payı olan İddiaçı və 10 payı olan Cavabdeh2dur. Eyni zamanda, X5 Dövlət Reyestrində olan mövcud rəsmi qeydiyyat məlumatlarına əsasən hüquqi şəxs Cavabdeh1 MMC-nin qanuni təmsilçisi (direktoru) isə Cavabdeh4dur.
9. İş materiallarından görünür ki, hüquqi şəxs Cavabdeh1 Nizamnaməsinin 4.1ci bəndinə əsasən cəmiyyətin ali idarətetmə orqanı təsisçilərinin azı ildə bir dəfə çağırılan Ümumi Yığıncağıdır, 4.3-cü bəndinə əsasən cəmiyyətin illik hesabatlarını və mühasibat balanslarını təsdiq etmək, mənfəəti və zərəri bölüşdürmək cəmiyyətin təsisçilərinin Ümumi Yığıncağının müstəsna səlahiyyətlərinə aid edilmişdir, 4.6-cı bəndinə əsasən cəmiyyətin fəaliyyətinə cari rəhbərlik Cəmiyyətin icraedici orqanı və qanuni təmsilçilik funksiyasına malik olan Direktor tərəfindən həyata keçirilir və 4.7-ci bəndinə əsasən direktor Cəmiyyətin adından vəkalətnaməsiz fəaliyyət göstərir, Cəmiyyətin operativ idarə edilməsini həyata keçirir, üçüncü şəxslərlə münasibətdə, o cümlədən məhkəmədə cəmiyyəti təmsil edir, Ümumi yığıncağın təsdiqinə verilən sənədləri hazırlayır, Cəmiyyətin adından əqdlər bağlayır, rəsmi sənədləri imzalayır, Cəmiyyətin işçilərini vəzifəyə təyin edir, başqa işə keçirir, vəzifəsindən azad edir, onların vəzifə maaşlarını müəyyən edir, onların barəsində həvəsləndirmə və tənbeh tədbirlərinin tətbiq edilməsi haqqında əmrlər verir.
10. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən təsdiq edilərək verilmiş Cavabdeh1nə aid 01 yanvar 2010-cu il tarixindən 31 dekabr 2016-cı il tarixinədək dövrü əks etdirən və “ABŞ dolları” ilə olan Bank Hesabının 13 sentyabr 2019-cu il tarixdə verilmiş Çıxarışdan (iş vərəqi: 1-ci cild, 125-136-cı səhifə) Hesabın aid olduğu Cavabdeh1 MMCnin “ABŞ dolları” ilə olan bank hesabı üzrə “29 iyun 2012-ci ildə İddiaçı tərəfindən 71000 ABŞ dolları məbləğində” və “06 iyul 2012-ci ildə İddiaçı tərəfindən 381436 ABŞ dolları məbləğində” ödənişlərin edildiyi göstərilir və həmin ödənişlərin “Təyinatı” qrafasında “təsisçi tərəfindən kredit ödənişi” qeydləri aparılmışdır (i/v: 1-ci cild, 132-ci səhifə).
11. İş üzrə məhkəmə tərəfindən məhkəmə-mühasibatlıq ekspertizaları təyin olunaraq, 31 mart 2021-ci il tarixli 9/5042 nömrəli ekspert rəyi, 28 yanvar 2022-ci il tarixli 9/91 nömrəli ekspert rəyi və 25 iyul 2022-ci il tarixli 9/4533 nömrəli X18 alınmışdır.
12. Sumqayıt Kommersiya Məhkəməsinin 02 iyun 2022-ci il tarixli 2-2(119)- 41/2022 nömrəli qərardadına əsasən iş üzrə keçirilən təkrar məhkəmə-mühasibatlıq ekspertizası zamanı hazırkı işin bütün mövcud materiallarını və sənədlərini, habelə işdə olan əvvəlki ekspert rəylərini və audit sənədlərini əhatə edən ekspertiza tədqiqatı nəticəsində 25 iyul 2022-ci il tarixli 9/4533 nömrəli X18 verilmiş və həmin Rəyin “Nəticə” hissəsində göstərilmişdir ki, ...... (Üçüncü sual üzrə): - Təqdim edilmiş iş materiallarının 1ci cildinin 132-ci səhifəsində öz əksini tapmış "xxxx" MMC-nin Hesabdan Çıxarış məlumatlarında İddiaçı tərəfindən xx.xx.2012-ci il tarixdə 71000,00 ABŞ dolları və xx.xx.2012-ci il tarixdə isə 381436,00 ABŞ dolları olmaqla, ümumilikdə 452436,00 ABŞ dolları məbləğində pul vəsaitinin kredit ödənişi üçün Cavabdeh1 "xxxx" ASC-də olan hesabına ödənildiyi, həmçinin həmin ödənişlərin hesabdan çıxarış məlumatlarının “ödənişin təyinatı” hissəsində göstərilənlərə əsasən “təsisçi tərəfindən kredit ödənişi” olduğu göstərilmişdir. Lakin, tədqiqata təqdim edilmiş iş materiallarında 2010-2019-cu illər ərzində İddiaçı tərəfindən Cavabdeh1nə və yaxud Cəmiyyətin əvəzindən hər hansı bir ödəniş aparıldığını təsdiq edən ilkin mühasibat sənədi (ödəniş qəbzi, ödəniş tapşırığı, mədaxil sənədi), həmçinin Cəmiyyətin mühasibatlıq sənədlərində (balans, kreditor borcları və s.) bununla bağlı məlumat mövcud deyildir. Bundan əlavə, təqdim olunmuş iş materiallarında təsisçi İddiaçı tərəfindən Cavabdeh1 MMC-yə və yaxud Cəmiyyətin əvəzindən ödəniş aparılmasına dair təsisçilərin qərarı və Cəmiyyətlə İddiaçı arasında bağlanmış hər hansı bir müqavilə mövcud deyildir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat:
13. Sumqayıt Kommersiya Məhkəməsinin 26 avqust 2022-ci il tarixli e-2-2(119)- 41/2022 nömrəli qətnaməsi ilə (hakim Zülfüqar Sadiqov) iddianın qismən təmin edilməsi, Cavabdeh1ndən (VÖEN **********) 25553,83 (iyirmi beş min beş yüz əlli üç manat 83 qəpik) manat məbləğində dividend, ödəniş anında Azərbaycan manatının məzənnəsi ilə 452436 (dörd yüz əlli iki min dörd yüz otuz altı) ABŞ dolları məbləğində pul vəsaiti və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 600 (altı yüz) manat məbləğində pul vəsaitinin Cavabdeh1ndən dövlət nəfinə tutulması qət edilmişdir.
14. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı mübahisə üzrə həqiqətə nail olmaq üçün iş üzrə məhkəmə tərəfindən məhkəməmühasibatlıq ekspertizaları təyin olunaraq, 2021-ci il 31 mart tarixli 9/5042 nömrəli ekspert rəyi, 2022-ci il 28 yanvar tarixli 9/91 nömrəli ekspert rəyi və 2022-ci il 25 iyul tarixli 9/4533 nömrəli X18 alınmışdır. 2010-2019-cu illər üzrə MMC-nin təsisçilərindən biri olan iddiaçının payına uyğun dividend məbləğinin 25.553,83 manat təşkil etməsi ekspert rəyi ilə təsdiq olunmuş və eyni zamanda, iddiaçının 2012-ci il 29 iyun tarixində 71.000 ABŞ dolları və 2012-ci il 6 iyul tarixində isə 381.436 ABŞ dolları olmaqla, ümumilikdə 452.436 ABŞ dolları məbləğində pul vəsaitini kredit alan MMC-nin kreditinin ödənişi olaraq sonuncunun "xxxx" ASC-də olan bank hesabı vasitəsilə ödəmiş olması iş materiallarında olan Bank Hesabından çıxarışla, təkrar məhkəmə-mühasibatlıq ekspertizasının rəyi, tərəflərin məhkəmə iclasında vermiş olduğu izahatlarla təsdiq olunmuşdur. Lakin iddiaçı tərəfin2010-2019-cu illər üzrə ona çatası dividendin "xxxx", eləcə də MMC-nin nümayəndəsinin məlum X14 “digər şəxslərin də MMCnin əvəzindən kredit ödənişləri aparması” barədə qeydlərin olması kimi dəlilləri – “iddiaçının payına uyğun dividend məbləğinin 25.553,83 manat təşkil etməsi” və “iddiaçının 2012-ci il 29 iyun tarixində 71.000 ABŞ dolları, 2012-ci il 6 iyul tarixində isə 381.436 ABŞ dolları olmaqla, ümumilikdə 452.436 ABŞ dolları məbləğində pul vəsaitini kredit alan MMC-nin kreditinin ödənişi olaraq sonuncunun "xxxx" ASC-də olan bank hesabı vasitəsi ilə ödəmiş olması” xüsusatlarının əsaslılığını şübhə altına almır. Halbuki tərəflərin elə yuxarıda qeyd olunan dəlilləri həmin nəticələrin əsaslı olmasını bir daha təsdiq edir. Çünki kredit almış MMC-nin mənfəətinin az olması və yaxud mənfəətlə fəaliyyət göstərməməsi onun əvəzindən üçüncü şəxslər tərəfindən kredit ödənişlərinin aparılmamasını istisna etmir. Eyni zamanda, iddiaçı tərəfin 2010-2019-cu illər üzrə ona çatası dividendin "xxxx" xüsusatı isə rəsmi maliyyəmühasibatlıq sənədləri ilə deyil, iddiaçı tərəfin öz təxmini hesablaması əsasında tələb olunur. Bundan əlavə, iddiaçı tərəfin məhkəmə iclaslarında vermiş olduğu izahatlarında “2016-cı ilin sentyabr ayından 2020-ci ilin yanvar ayı daxil Cavabdeh3 sürücüsü vasitəsi ilə ona ümumilikdə təxminən 195.000-200.000 manat məbləğində pul verməsi” xüsusatı da MMC-nin mənfəətindən qanunvericiliklə və hüquqi şəxsin Nizamnaməsi ilə müəyyən edilmiş qaydada dividendin hesablanaraq alınması kimi qiymətləndirilə və qəbul edilə bilməz. Çünki yuxarıda qeyd olunduğu kimi hər hansı bir dividend məbləği MMC tərəfindən qanunvericiliyin müəyyən etdiyi qaydada hesablanaraq, rəsmi qaydada ona təqdim olunmamışdır. Qeyd olunanlarla və işin konkret halları ilə müəyyən olunur ki, cavabdehlər MMCdən, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 2010-2019-cu illər üzrə MMC-nin mənfəət kimi əldə etdiyi 22.152.995 manat məbləğin 33 faiz təsis payına münasib olaraq 7.310.488 manat məbləğində dividendin tutulması hissəsində iddia tələbi qismən əsaslıdır və həmin tələb üzrə MMC-dən təkrar məhkəmə-mühasibatlıq ekspertizasının 2022-ci il 25 iyul tarixli 9/4533 nömrəli rəyi ilə müəyyən olunmuş 25.553,83 manat məbləğində dividend iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda, “İddiaçı tərəfindən 2012-ci ildə MMC-nin krediti üçün ödənilmiş 452.436 ABŞ dollarının cavabdehlərdən tutulması” hissəsində isə həmin tələb MMC-yə yönələn hissədə əsaslı olaraq təmin olunmalıdır. Lakin hər iki iddia tələbi digər cavabdehlər Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 qarşı yönələn hissələrdə əsaslılığı müəyyən edilmədiyi üçün təmin olunmamalıdır. Məhkəmə cavabdehin iddia müddətinin tətbiq edilməsi haqqında ərizəsi üzrə qeyd etmişdir ki, həmin ərizə əsassız olduğu və ərizədə qeyd olunan xüsusatlar işin konkret halları ilə təsdiq olunmadığı üçün təmin edilməməlidir. Çünki yuxarıda da qeyd olunanlarla müəyyən edilmişdir ki, kredit alan MMC-nin əvəzindən məlum kredit ödənişlərinin təsisçilərindən biri olan iddiaçı tərəfindən 2012-ci il 29 iyun tarixində 71.000 ABŞ dolları və 2012-ci il 6 iyul tarixində 381.436 ABŞ dolları olmaqla, ümumilikdə 452.436 ABŞ dolları məbləğində pul vəsaitinin bank hesabı vasitəsi ilə ödənilməsi, mahiyyəti etibarilə özgə işini tapşırıqsız aparmadır və bu münasibətlərə müqavilə tələbləri üzrə nəzərdə tutulan üç illik iddia müddəti şamil edilə bilməz. Ümumi iddia müddəti isə on il təşkil edir.
15. Birinci instansiya məhkəməsi gəldiyi nəticədə Mülki Məcəllənin 87.1, 90-1.1, 90-1.2, 386.1, 431.1, 439.1, 439.2, 1087.1, 1090.1, 1090.3-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 76, 77.1, 78.1, 88, 106.1, 106.3-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli Qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına qarşı” və “Qavazov Bolqarıstana qarşı” işlər üzrə qərarlarına istinad etmişdir.
Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
Apellyasiya şikayəti və onun dəlilləri
16. Sumqayıt Kommersiya Məhkəməsinin 26 avqust 2022-ci il tarixli e-2-2(119)- 41/2022 nömrəli qətnaməsindən iddiaçı 2022-ci il 7 oktyabr tarixində apellyasiya şikayəti verərək qətnamənin iddia tələbinin rədd olunması hissəsində ləğv edilərək, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
17. Cavabdeh Magna Trans” Məhdud Məsuliyyətli Cəmiyyəti 2022-ci il 9 oktyabr tarixində apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
18. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının pul tələbi, işin növü isə kommersiya mübahisəsidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məclləsinin 4.3.-cü maddəsinə əsasən əgər qanunla müəyyən kateqoriya kommersiya mübahisələri üçün məhkəməyə qədər nizamlama (pretenziya) qaydası müəyyən olunarsa və yaxud bu, tərəflər arasında müqavilə ilə nəzərdə tutularsa, mübahisə həmin qaydaya riayət edildikdən sonra kommersiya məhkəməsinin həllinə verilə bilər. Mülki Prosessual Məclləsinin bu tələbinə baxmayaraq iddiaçı iddia tələbi ilə bağlı cavabdehlərə pretenziya göndərməmişdir. Məhkəmə isə Mülki Prosessual Məclləsinin 152.1.6-cı maddəsinə əsasən iddia ərizəsini geri qaytarmalı olduğu halda, həmin iddia ərizəsini icraata qəbul etmiş və işə mahiyyəti üzrə baxaraq qətnamə qəbul etmişdir. Bununla da məhkəmə prosessual hüquq pozuntusuna yol verilmişdir. Cavabdeh1ndən 452436 (dörd yüz əlli iki min dörd yüz otuz altı) ABŞ dolları məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması hissəsində məhkəmənin mövqeyi ilə razı deyillər, məhkəmə bu hissədə qətnamə qəbul edərkən kobud maddi hüquq pozuntusuna yol vermişdir. Belə ki, təxminən 3 illik məhkəmə mübahisəsi zamanı iddiaçı bu tələbi ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut (müqavilə, qərar, ödəniş tapşırığı, kassa mədaxil qəbzi, həmin dövürdə onda bu qədər pulun olmasını təsdiq edən sənəd, həmin pulun mənbəyi s.) təqdim edə bilməmişdir. Hətta, məhkəməyə təqdim olunmuş Audit Rəyində, "X4" tərəfindən hazırlanmış "Mühasibatlıq Rəyin"də, o cümlədən Cəmiyyətə məxsus maliyyə mühasibatlıq sənədlərində iddiaçı tərəfindən Cəmiyyətə və yaxud Cəmiyyətin adından hər hansı ödənişin aparılması ilə bağlı məlumat aşkar olunmamışdır. Həmçinin, xx.xx.2021-ci tarixdə məhkəmə tərəfindən təyin olunmuş məhkəmə-mühasibatlıq ekspertizası zamanı hakim iddiaçının bu tələbi ilə bağlı ekspertiza qarşısında sual qoymuş, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin eksperti tərəfindən tərtib olunmuş 28 yanvar 2022-ci il tarixli ilkin Ekspert Rəyinin nəticə hissəsində suala cavab olaraq ekspert bildirmişdir ki, “Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən ekspertiza zamanı 2010-2019-cu illər ərzində İddiaçı tərəfindən Cavabdeh1nə və yaxud həmin Cəmiyyətin əvəzindən hər hansı bir ödənişin aparıldığı müəyyən edilmədi”. 02 iyun 2022-ci il tarixdə məhkəmə tərəfindən təkrar məhkəmə mühasibatlıq ekspertizası təyin olunmuşdur. Bu dəfə də hakim iddiaçının bu tələbi ilə bağlı başqa ekspert qarşısında sual qoymuş, lakin 2-2(119)-41/2022 saylı qətnamədə bununla bağlı qeyd olunanın əksinə olaraq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin eksperti tərəfindən tərtib olunmuş 25 iyul 2022-ci il tarixli Rəyinin nəticə hissəsində suala cavab olaraq ekspert bildirmişdir ki, “Təqdim edilmiş iş materialının 1-ci cildinin 132-ci səhifəsində öz əksini tapmış Cavabdeh1 MMC-nin hesabdan çıxarış məlumatlarında İddiaçı tərəfindən xx.xx.2012-ci il tarixdə 71000,00 ABŞ dolları, xx.xx.2012-ci il tarixdə isə 381436,00 ABŞ dolları olmaqla, ümumilikdə 452436,00 ABŞ dolları məbləğində pul vəsaitinin kredit ödənişi üçün Cavabdeh1 Paşa Bank ASC-də olan hesabına ödənildiyi, həmçinin həmin ödənişlərin hesabdan çıxarış məlumatlarının “ödənişin təyinat”ı hissəsində göstərilənlərə əsasən “təisiçi tərəfindən kredit ödənişi” olduğu göstərilmişdir. Lakin, tədqiqata təqdim edilmiş iş materiallarında 2010-2019-cu illər ərzində İddiaçı tərəfindən Cavabdeh1nə və yaxud həmin Cəmiyyətin əvəzindən hər hansı bir ödənişin aparıldığını təsdiq edən ilkin mühasibat sənədi (ödəniş qəbzi, ödəniş tapşırığı, mədaxil sənədi), həmçinin Cəmiyyətin mühasibatlıq sənədlərində (balans, kreditor borcu və s.) bununla bağlı məlumat mövcud deyildir. Bundan əlavə, təqdim olunmuş iş materiallarında təsisçi İddiaçı İsalam oğlu tərəfindən Cavabdeh1 MMC-yə və yaxud Cəmiyyətin əvəzindən ödəniş aparılmasına dair təsisçilərin qərarı və Cəmiyyətlə İsmayılov İslam oğlu arasında bağlanmış hər hansı müqavilə mövcud deyildir.” Göründüyü kimi, iş materiallarında olan “Audit Rəyi”, "X4" tərəfindən hazırlanmış "Mühasibatlıq Rəyi", İlkin və X15 və Cəmiyyətə məxsus maliyyə-mühasibatlıq sənədələri ilə iddiaçının bu iddiası öz təsdiqini tapmır. Lakin, məhkmə iddiaçının təqdim etdiyi bir cümləlik bank çıxarışı məlumatına əsaslanaraq belə bir qənatə gəlmişdir ki, iddiaçı Cəmiyyətin əvəzindən 452436,00 ABŞ dolları məbləğində pul vəsaitini kredit ödənişi üçün ödəmişdir. Halbuki, həmin bank çıxarışı məlumatlarında Cəmiyyətin təsisçisi olmayan, əmək müqaviləsi ilə Cəmiyyətdə işləyən işçilərin (Ramil Xəlilov və s.) gündəlik Cəmiyyətin kassasına yığılmış pulları Cəmiyyətin bank hesabına mədaxil etdiyi zaman da ödənişin təyinatı hissəsinə bankın əməliyyatçısı (operatoru) “təsisiçi tərəfindən kredit ödənişi” yazmışdır. Bununla da müəyyən olunur ki, iddiaçı Cəmiyyətə və yaxud Cəmiyyətin əvəzindən hər-hansı ödəniş aparmamışdır. Buna baxmayaraq, məhkəmə qətnamə qəbul edərkən xüsusi bilik tələb edən mübahisədə mütəxəssislərin “Rəylərinə”, maliyyə-mühasibatlıq sənədlərinə deyil, bankın operatorunun və/və ya əməliyyatçısının yazdıqlarına, iddiaçının mülahizələrinə inanmış və qərar verərkən bunu əsas götürmüşdür. İddiaçı Cəmiyyətin adından ödəniş etdiyini iddia etdiyi 452436,00 ABŞ dolları ötən 9 il (2012-2020) ərzində Cəmiyyətdən geri istəməmiş, bununla bağlı Cəmiyətə hər hansı şifahi və ya yazılı müraciət etməmişdir. Təsisçi tərəfindən Cəmiyyətə pul qoyulması üçün 2 (iki) əsas ola bilər: Birinci əsas təsisçi tərəfindən Cəmiyyətin nizamnamə kapitalının ödənilməsi və/və ya nizamnamə kapitalının artırılması ola bilər. “Magna Trans" Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitalının 30 manat olması və iddiaçıya münasibətdə nizamnamə kapitalının 10 manatdan ibarət olması nəzərə alınsa, iddiaçının qoyduğunu iddia etdiyi vəsait Cəmiyyətə bu əsasla qoyulmamışdır. İkinci əsas isə təsisçi tərəfindən cəmiyyətə borc müqaviləsi ilə borcun verilməsi ola bilər. Məhkəmə proseslərinin gedişində iddiaçıdan onda yazılı borc müqaviləsinin olub-olmaması soruşulmuşdur. İddiaçı isə öz növbəsində onda yazılı borc müqaviləsinin olmadığını bildirmiş və məhkəməyə hər hansı müqavilə təqdim etməmişdir. Tərəflər arasındakı borc müqaviləsinin şifahi formada olması fərz edilsə, bu zaman həmin vəsaitin ona geri qaytarılmasına münasibətdə iddia müddəti ötürülmüşdür. Mülki Məcəlləsinin 740-cı maddəsinin əvvəlki redaksiyasına görə borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. İddiaçı tərəfindən Cəmiyyətə ikinci əsasla, yəni şifahi borc müqaviləsinə əsasən vəsaitin qoyulmasını iddia etsə belə artıq həmin vəsaitin ona geri qaytarılmasına münasibətdə iddia müddəti ötürülmüşdür. Birinci instansiya məhkəməsinə müqavilə tələbləri üzrə üç illik iddia müddətini tətbiq etməklə, iddiaçının bu hissədə iddia tələbinin rədd olunması barədə ərizə verilsə də, ərizə məhkəmə tərəfindən təmin olunmamışdır. Məhkəmə ərizənin təmin olunmamasını onunla əsaslandırmışdır ki, 452436 ABŞ dolları məbləğində pul vəsaitinin ödənilməsi, mahiyyəti etibarilə özgə işini tapşırıqsız aparmadır və bu münasibətlərə müqavilə tələbləri üzrə nəzərdə tutulan üç illik iddia müddəti şamil edilə bilməz. Lakin, hər bir halda istər borc münasibəti, istər tapşırıq, istərsə də özgə işini tapşırıqsız aparma müqavilədən yaranan öhdəlikdir və buna görə də müqavilə tələbləri üzrə üç illik iddia müddəti tətbiq olunmalıydı. Mülki Məcəllənin 1087.2.-ci maddəsində qeyd olunur ki, işlərin tapşırıqsız aparılmasını sonradan sahibkar bəyəndikdə bu bölmənin müddəaları əvəzinə tapşırıq haqqında müddəalar tətbiq olunur. Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin bu maddəsindən də göründüyü kimi, zərər vurulması və əsassız varlanma xaric öhdəlyin əmələ gəlməsi üçün istənilən halda müqavilə olmalıdır və bu maddənin tələbi imperativ normadır. İddiaçının Cəmiyyətin adından ödəniş etdiyini iddia etdiyi 452436,00 ABŞ dollarə sassız varlanma obyekti olsa belə yenə də məhkəmə tərəfindən 2 illik müddət tətbiq olunmaqla iddiaçının bu hissədə iddiası rədd olunmalıydı. Belə ki, Mülki Məcəllənin 1095-ci maddəsində qeyd olunur ki, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. İddiaçının bu iddia tələbi üzrə Mülki Məcəllənin 1095-ci maddəsini tətbiq etməklə iddia tələbini bu hissədə rədd etmək məhkəmənin vəzifəsi idi. Cavabdeh1ndən 25553,83 (iyirmi beş min beş yüz əlli üç manat 83 qəpik) manat məbləğində dividendin İddiaçı xeyrinə tutulması hissəsində də məhkəmənin mövqeyi ilə razı deyillər. Belə ki, məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçının iddia etdiyi müddət ərzində (2010-2019) ona 25553,83 (iyirmi beş min beş yüz əlli üç manat 83 qəpik) manat məbləğində dividend düşür. Məhkəmə proseslərinin gedişində iddiaçı dəfələrlə etiraf etmişdir ki, təsisçi kimi 2010- 2019-cu illər ərzində 195000 - 200000 manat məbləğində pul vəsaiti (dividend) almışdır. İddiaçının etirafından göründüyü kimi, iddiaçı ona düşəcək dividenddən artıq vəsait almışdır. Buna baxmayaraq, yenə də məhkəmə 25553,83 (iyirmi beş min beş yüz əlli üç manat 83 qəpik) manat məbləğində dividendin iddiaçıya ödənilməsi barədə qətnamə qəbul etmişdir. Bununla da bu hissədə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlmir. İş materiallarında olan “Audit Rəyi”, "X4" tərəfindən hazırlanmış "Mühasibatlı Rəyi", İlkin və X15 və Cəmiyyətə məxsus maliyyə mühasibatlıq sənədələri ilə iddiaçının 452436,00 ABŞ dollar məbləğində pul tələbi öz təsdiqini tapmamışdır. İddiaçı özü də bu tələbi ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut (müqavilə, qərar, ödəniş tapşırığı, kassa mədaxil qəbzi, həmin dövürdə onda bu qədər pulun olmasını təsdiq edən sənəd, həmin pulun mənbəyi və s.) təqdim etməmişdir. Məhkəmə isə Cəmiyyətin təsisçisi olmayan, əmək müqaviləsi ilə Cəmiyyətdə işləyən işçilərin belə (Ramil Xəlilov və s.) gündəlik Cəmiyyətin kassasına yığılmış pulları Cəmiyyətin bank hesabına mədaxil etdiyi zaman ödənişin təyinatı hissəsinə “təsisiçi tərəfindən kredit ödənişi” yazan bankın əməliyyatçısının (operatoru) kopüter yazısına və iddiaçının mülahizəsinə əsaslanaraq iddiaçının bu tələbini təmin etmişdir.
19. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 13 yanvar 2023-cü il tarixli 2-2(105)-4/2023 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, MMC-nin apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi MMC-dən ödəniş anında Azərbaycan manatının məzənnəsi ilə 452.436 ABŞ dolları məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – Zaur Məmmədov, hakimlər – Fuad Məmmədov və İlqar Dəmirov).
20. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 49.2, 49.3, 52.1, 87.1-ci, MPM-in 14.2, 88, 101.7-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
21. İddiaçı 22 mart 2023-cü il tarixində kassasiya şikayəti verməklə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın tam təmin olunması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
22. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır.
Kassasiya instansiyası məhkəməsindəki icraat
23. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 24 may 2023-cü il tarixli Qərarına əsasən İddiaçı kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 13 yanvar tarixli 2-2(105)-4/2023 saylı qətnaməsinin qismən - iddianın iddiaçı tərəfindən 2012-ci ildə Cavabdeh1 MMC-nin krediti üçün ödənildiyi bildirilən 452.436 ABŞ dollarının tutulması hissəsində ləğv edilməsi, işin həmin hissədə yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılması, qətnamənin mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
24. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi iddianın iddiaçı tərəfindən 2012-ci ildə MMC-nin krediti üçün ödənildiyi bildirilən 452.436 ABŞ dollarının tutulması hissəsində işdə olan sübutları qiymətləndirərkən MPM-in 88-ci maddəsinin tələblərini pozmuş, nəticədə həmin hissədə MPM-in 217.1-ci maddəsinə zidd olaraq əsassız qətnamə qəbul etmişdir.
25. Kassasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49, 52.1, 87.1, 90-1.1, 90-1.2-ci maddələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 76.3, 77.1, 88, 97.1, 217.1 və 416-ci maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
Apellyasiya icraatı iştirakçılarının izahatları
26. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Əlavə olaraq göstərdi ki, pulun ödənilməsi işin mübahisəsiz halıdır, mübahisə predmeti həmin pulun kimin vəsaiti hesabına ödənilməsi ilə bağlıdır. Bütün məhkəmə araşdırması zamanı MMC həmin vəsaitin onun məxsus olduğunu bildirir. Təqdim edilmiş mədaxil qəbzlərindən görünür ki, 999.377 manat kassada pul olub. Bu qədər pul olduğu halda iddiaçı nəyə görə öz vəsaiti hesabına MMC-nin kredit ödənişini etməli idi. Kassada bu qədər məbləğdə pulun olması ödənişin iddiaçının vəsaiti hesabına ödənilməsini təkzib edən hal kimi qəbul edilməlidir.
27. Cavabdehin nümayəndəsi Ramil Xəlilov izahatında bildirdi ki, MMC-nin direktor müavini işləmişdir. Mütəmadi olaraq MMC-nin kredit ödənişləri onun tərəfindən ödənilmişdir. Onun tərəfindən ödənilmiş vəsaitlərin məbləği az miqdarlarda olmuşdur. Mübahisə predmeti olan məbləğin-kredit ödənişinin iddiaçı tərəfindən ödənilməsinin səbəbi isə həmin məbləğlərin miqdarının çox olması ilə əlaqədar olmuşdur ki, iddiaçı kassadan pul məbləğini özü götürərək ödənişi həyata keçirmişdir. 2012-ci ildə MMC-yə faktiki olaraq iddiaçı rəhbərlik etmişdir.
28. İddiaçının nümayəndəsi və vəkili X10 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. Həmçinin bildirdi ki, iddiaçı hüquqlarının pozulduğunu 2020-ci ilin mart ayında digər təsisçilər tərəfindən MMC-yə məxsus avtobusların satılmasından sonra bilmişdir. İddiaçı 452.436 ABŞ dolları kredit ödənişi ödəməklə MMC-nin fəaliyyətini dirçəltmək niyyətində olmuşdur. Lakin 2020-ci ilin mart ayında başa düşdü ki, onu aldadırlar, ona görə də araşdırılan iddia tələbi ilə məhkəməyə müraciət etdi.
29. İddiaçının nümayəndəsi eləcə də bildirdi ki, 452.436 ABŞ dolları ödənilən vaxt, yəni 2012-ci ildə iddiaçı digər təsisçilərə bu barədə məlumat vermişdir. 2020-ci ilədək təsisçilər birgə normal fəaliyyət göstərmişlər, tərəflər arasında ödənişlə bağlı heç bir problem olmamışdır. Ona görə də araşdırılan iddia tələbi ilə iddiaçı əvvəllər məhkəməyə müraciət etməmişdir.
30. Cavabdehlər Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq, həmin cavabdehlərin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab edir.
Apellyasiya baxışının hədləri
31. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdeh tərəf verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Ali Məhkəmə Kommersiya Kollegiyasının 24 may 2023-cü il tarixli Qərarının göstərişinə uyğun olaraq hazırda apellyasiya instansiya məhkəməsi cavabdeh Magna Trans” MMC tərəfindən verilmiş apellyasiya şikayətinə «iddianın iddiaçı tərəfindən 2012-ci ildə Cavabdeh1 MMC-nin krediti üçün ödənildiyi bildirilən 452.436 ABŞ dollarının tutulması hissəsində ləğv edilməsi» hissəsində baxılmasında səlahiyyətlidir. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında həmin hissədə yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
32. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 49. Hüquqi şəxs öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdehdir. Hüquqi şəxs öz iştirakçıları, habelə təmsilçiləri vasitəsilə mülki hüquqlar əldə edə bilər və öhdəsinə mülki vəzifələr götürə bilər. Hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Hüquqi şəxsin nizamnamə kapitalında ən azı 5 faiz paya (səhmə) malik olan iştirakçısının (iştirakçılarının) tələbi ilə o, vəzifələrini pozduğu halda, pozuntu nəticəsində hüquqi şəxsə dəymiş zərərin əvəzini ödəməlidir. Maddə 52.1. Hüquqi şəxs öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdehdir. Maddə 87.1. Bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır.” Maddə 1087.1. Özgəsinin (sahibkarın) işlərini tapşırıq və ya digər əsas olmadan aparan şəxs (icraçı) onu vicdanla aparmağa borcludur. Maddə 1087.2. İşlərin tapşırıqsız aparılmasını sonradan sahibkar bəyəndikdə bu bölmənin müddəaları əvəzinə tapşırıq haqqında müddəalar tətbiq olunur. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. https://eqanun.az/framework/53598 Maddə 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. Maddə 373.4. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Maddə 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.
33. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia rədd olunmalıdır.
35. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq və təfsir etməmiş, qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iddianı mübahisələndirilən hissədə əsassız olaraq təmin etmişdir.
36. Məhkəmə kollegiyası aradırması zamanı müəyyən edildi ki, 2012-ci il 29 iyun tarixində 71.000 ABŞ dolları və 2012-ci il 6 iyul tarixində isə 381.436 ABŞ dolları olmaqla, ümumilikdə 452.436 ABŞ dolları məbləğində pul vəsaiti kredit alan MMC-nin kreditinin ödənişi olaraq sonuncunun "xxxx" ASC-də olan bank hesabı vasitəsilə ödənilmişdir. Həmin ödənişin olması Bank Hesabından çıxarışla, məhkəmə-mühasibatlıq ekspertizasının rəyi, tərəflərin məhkəmə iclasında vermiş olduğu izahatlarla təsdiq olunur. Həmin məbləğdə pul vəsaitinin MMC-nin kreditinin ödənişi olaraq "xxxx" ASC-də olan bank hesabı vasitəsilə ödənilməsi işin mübahisəsiz halıdır.
37. İddiaçı qeyd olunan ümumilikdə 452.436 ABŞ dolları məbləğində pulun onun tərəfindən və məhz onun özünün şəxsi vəsaiti hesabına ödənildiyini iddia edir. Tələbinin əsası olaraq Bank Hesabından çıxarışda göstərilmiş «Təyinat» qrafasında “təsisçi tərəfindən kredit ödənişi”, Ödəyən qrafasında «İddiaçı» göstərilməsinə dair qeydə əsaslanır.
38. Cavabbdehin şikayətinin dəlillərindən görünür ki, MMC qeyd olunan ödənişin ödənilməsini mübahisələndirmir, yalnız bu ödənişin iddiaçının deyil, MMC-nin vəsaiti hesabına ödənildiyinə dair etirazını bildirir.
39. Göründüyü kimi araşdırılan tələb üzrə mübahisə döğuran hal 452.436 ABŞ dolları pul məbləğinin tərəflərdən kimə məxsus olmasının müəyyən edilməsi ilə bağlıdır.
40. Məhkəmə kollegiyası ilk əvvəl Ali Məhkəmənin Qərarının 79-cu bəndinin göstərişinə diqqət yetirərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 04 sentyabr 2023-cü il tarixli, 2-2(105)-101/2023 nömrəli qərardadı ilə araşdırılan kommersiya mübahisəsinə baxılması zərurəti ilə əlaqədar Cavabdeh1 bank hesabı üzrə İddiaçı tərəfindən “29 iyun 2012-ci il tarixdə 71.000 ABŞ dolları məbləğində” və “06 iyul 2012-ci il tarixdə 381.436 ABŞ dolları məbləğində” ödənilmiş ödənişin təyinatı, hansı kredit müqaviləsi üzrə həyata keçirilməsi, ödənilən vəsaitin Bank tərəfindən nəzərə alınıb-alınmaması barədə məhkəməyə məlumat verilməsi "xxxx" Açıq Səhmdar Cəmiyyətinə həvalə edilmişdir.
41. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə ünvanlanmış 19 sentyabr 2023-cü il tarixli məktubla Azərbaycan Respublikası “Banklar haqqında Qanun”un 41.2-ci maddəsinə əsasən və məktubda sorgulanan şəxsin hesablarına dair müvafiq məlumatları əks etdirən xx.xx.2012-xx.xx.2012-ci il tarixli hesabdan çıxarış, kredit müqavilələri məhkəməyə təqdim edilmişdir.
42. 22 fevral 2011-ci il tarixli KO302 №-li Kredit xətti müqaviləsi üzrə Kredit Razılaşması №2 Kredit xətti müqaviləsinə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh1nə 759.000 ABŞ dolları (akkredivitin illik faizi 11%, razılaşmanın müddəti 24 ay, akkreditiv üzrə kreditin illik faizi 18%, akkreditiv üzrə kreditin müddəti 3 ay, akkreditiv üzrə kreditin illik cərimə faizi 36 %, icraçı bank tərəfindən akkreditivlərin sonradan maliyyələşdirilməsi üzrə illik faiz dərəcəsi 12%) məbləğində kredit verilmişdir.
43. 22 fevral 2011-ci il tarixli KO302 №-li Kredit xətti müqaviləsi üzrə Kredit Razılaşması №3 Kredit xətti müqaviləsinə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh1nə 976.885 ABŞ dolları (akkredivitin illik faizi 11%, razılaşmanın müddəti 24 ay, akkreditiv üzrə kreditin illik faizi 18%, akkreditiv üzrə kreditin müddəti 3 ay, akkreditiv üzrə kreditin illik cərimə faizi 36 %, icraçı bank tərəfindən akkreditivlərin sonradan maliyyələşdirilməsi üzrə illik faiz dərəcəsi 12%) məbləğində kredit verilmişdir.
44. 22 fevral 2011-ci il tarixli KO302 №-li Kredit xətti müqaviləsi üzrə Kredit Razılaşması №1 Kredit xətti müqaviləsinə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh1nə 1.215.000 ABŞ dolları (akkredivitin illik faizi 11%, razılaşmanın müddəti 24 ay, akkreditiv üzrə kreditin illik faizi 18%, akkreditiv üzrə kreditin müddəti 3 ay, akkreditiv üzrə kreditin illik cərimə faizi 36 %, icraçı bank tərəfindən akkreditivlərin sonradan maliyyələşdirilməsi üzrə illik faiz dərəcəsi 12%) məbləğində kredit verilmişdir.
45. Göründüyü kimi aparılmış araşdırma zamanı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinin olduğu, mübahisə predmeti olan məbləğin həmin kredit müqavilələri üzrə ödənildiyi müəyyən edilmişdir.
46. Ali Məhkəmənin müvafiq Qərarının göstərişinə (86-cı bənd) görə mötəbər sübutlar əsasında MMC-nin krediti üçün ödənildiyi bildirilən 452.436 ABŞ dollarının MMCnin özünə və ya digər təsisçilərinə məxsus olub-olmaması aydınlaşlaşdırılmalı və qanunauyğun qiymət verilməlidir.
47. Məhkəmə kollegiyası kassasiya insansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq hesab edir ki, araşdırılan mübahisəyə məhz sübutlar, sübutetmə, sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişlərinə uyğun olaraq qiymət verilməlidir.
48. Qeyd olunmalıdır ki, mülki prosessual qanunvericilik tərəflərə eyni hüquqlar verir. Buna görə də prosesdə tərəflərdən heç biri prosessual hüquqların həcminə görə digəri qarşısında üstünlüyə malik deyildir. Tərəflərin prosessual bərabərliyi prosesin çəkişmə prinsipi əsasında həyata keçirilməsinə şərait yaradır.
49. Mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir. Prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir.
50. Kollegiya Ali Məhkəmənin göstərişləri baxımından (74, 75-ci bəndlər) araşdırma apararaq nə qədər ki, mübahisə tərəflərindən hər biri sözügedən pul vəsaitinin ona məxsus olduğunu iddia edir, tərəflərə qeyd olunan faktın təsdiqi ilə bağlı sübutların təqdim edilməsi təklif olunmuş, lakin tərəflər heç bir mötəbər sübut məhkəməyə təqdim etməmişlər.
51. Belə olan halda məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyin məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir göstərişinə uyğun olaraq hüquqi qiymətləndirmənin aparılmasını qanuni hesab etmişdir.
52. Qeyd edildiyi kimi iddiaçı iddia tələbinin əsası olaraq Bank hesabından çıxarışa və orada əks olunan məlumatlara istinad edir və iddia tələbinin əsaslı olduğunu iddia edir.
53. Məhkəmə kollegiyası qeyd edir ki, Bank hesabından çıxarış mühasibat sənədi olmasa da, istənilən müəssisənin bank əməliyyatlarını göstərən, nəticələri, bank hesabındakı pul vəsaitlərinin hərəkətinin xülasəsini və hesabın cari vəziyyətini əks etdirən uçot sənədidir. Məhkəmə kollegiyası hesab edir ki, bank hesabından çıxarışda hər hansı əməliyyatın əks etdirilməsi həmin əməliyyatın mövcudluğuna dəlalət edir (həmin əməliyyatın konkret olaraq kim tərəfindən həyata keçirilməsindən asılı olmayaraq) və mötəbər sübutlar olmadan bu əməliyyatın şübhə altına alınması əsaslı hesab edilə bilməz.
54. Bu baxımdan qeyd olunmalıdır ki, ödəniş tapşırığının, ödəniş qəbzi, kassa mədaxil-məxaric sənədlərinin iddiaçı tərəfindən təqdim edilməməsi həmin əməliyyatı şübhə altına hal kimi qiymətləndirilə bilməz. Belə ki, qeyd edildiyi kimi Bank hesabından çıxarış bank əməliyyatları üzrə üçot sənədi olmaqla məhz ödəniş qəbzi, mədaxil-məxaric sənədlərindəki məlumatlar orada əks olunur.
55. O cümlədən məhkəmə kollegiyası xüsusi ilə vurğular ki, iddianı sübuta yetirmək vəzifəsi iddia edənin üzərinə düşür prinsipi ilə yanaşı cavabdeh tərəf də etirazın əsaslarını sübuta yetirmək vəzifəsi daşıyır. Bu konteksdən yanaşaraq kollegiya MMC-nin nümayəndəsinə mübahisə predmeti olan pul məbləğinin MMC-nin kassasından məxaric olunmasını təsdiq edən mühasibatlıq sənədlərinin təqdim olunmasını təklif etsə də, heç bir sənəd təqdim edilməmişdir.
56. Ali Məhkəmənin digər göstərişinə (76-cı bənd) uyğun olaraq aparılmış araşdırma zamanı dindirilmiş MMC-nin direktor müavini Ramil Xəlilov bildirmişdir ki, kredit ödənişləri əks hallarda onun tərəfindən icra edilmişdir. Cəmi 452.436 ABŞ dolları pul vəsaitinin iddiaçı tərəfindən ödənilməsinə səbəb isə həmin vaxt MMC-yə rəhbərliyin faktiki olaraq iddiaçı A.İsmaylıov tərəfindən edildiyini və qeyd olunan məbləğin miqdarı çox olduğundan iddiaçının özü tərəfindən MMC-nin kassasından məxaric edilərək Banka ödənildiyini bildirdi.
57. Kollegiya tərəfindən MMC-nin üçüncü şəxslər qarşısında olan öhdəliklərinin icrası ilə bağlı ödənişlərin aparılmasına səlahiyyətlərin həvalə edilməsi ilə bağlı müvafiq sənədlərin təqdim edilməsi, mübahisələndirilən vəsaitin MMC-nın kassasında iddiaçıya verilməsini təsdiq edən sənədlərin təqdim edilməsi təklif olunmuş, lakin cavabdeh tərəf heç bir sənəd təqdim etməmişdir.
58. Eləcə də kollegiya qeyd edir ki, cavabdeh tərəfin 2012-ci ildə MMC-nin balansında xeyli vəsaitin olduğu, maliyyə çətinliyinin olmadığı halda iddiaçının vəsaiti hesabına ödənişin aparılmasına zərurət olmaması barədə etirazının dəlillərinin araşdırılması məqsədə ilə, MMC-nin maliyyə vəziyyətinin öyrənilməsi ilə bağlı 2012-ci il hesabat dövrü üzrə məlumatların əldə edilməsi ilə bağlı kollegiya tərəfindən Ərazi Vergi İdarəsinə sorğu verilmiş, sorğuya verilmiş cavabla vergi ödəyicisi Cavabdeh1 xx.xx.2012ci il tarixdə tərtib edilmiş 2012-ci ilin mənfəət vergisi bəyannaməsinin məlumatlarına əsasən gəlirləri və xərclərinin mövcud olmadığı müəyyən edilmişdir.
59. Ali Məhkəmənin digər göstərişi (81-ci bənd) uzrə aparılmış araşdırma zamanı müəyyən edildi ki, cavabdeh mübahisələndirilən məbləğin ödənildiyini və MMC-nin vəsaiti hesabına ödənişin aparıldığına dair etirazını bildirməklə, həmin ödəniş barədə məlumatlı olduğunu qəbul edir. Eyni zamanda iddiaçı tərəf də bu barədə cavabdehin məlumatlı olduğunu təsdiq edir (iddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında iddiaçı tərəfindən 2012-ci ildə ödəniş aparlarkən digər təsisçilərə bu barədə deyildiyini göstərmişdir).
60. Bütun bu şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası toplanmış və tədqiq edilmiş sübutlara istinadən iddianın əsaslığını qiymətləndirərək hesab edir ki, cavabdeh tərəfindən etirazın əsaslandığı hallara dair-mübahisələndirilən məbləğin MMCyə məxsus olması, MMC-nin kassasından iddiaçı tərəfindən məxaric olunması, Bank hesabından çıxarışa əsasən ödənilmiş 452.436 ABŞ dollarının iddiaçının vəsaiti hesabına ödənilməsini şübhə altına alan heç bir sübutun təqdim edilməməsi, iddiaçının iddia tələbində haqlı olması qənaətinə gəlməyə əsas verir.
61. Sübutetmə vəzifəsinin bölgüsü baxımından məhkəmə kollegiyası hesab edir ki, cavabdeh etirazını əsaslandığı halları sübut etmə vəzifəsi daşımaqla, istinad etdiyi halları məhkəmə araşdırması zamanı sübuta yetirə bilmədi.
62. Məhkəmə kollegiyası vurğulayır ki, cavabdeh apellyasiya şikayətinin dəlillərində 2010-2019-cu illər ərzində İddiaçı tərəfindən Cavabdeh1nə və yaxud həmin Cəmiyyətin əvəzindən hər hansı bir ödənişin aparıldığını təsdiq edən ilkin mühasibat sənədi (ödəniş qəbzi, ödəniş tapşırığı, mədaxil sənədi) mövcud olmadığını mübahisələndirsə də, məhz həmin məbləğin MMC-nin kasassından məxaric olmasına dair mühasibat sənədlərini cavabdeh tərəf özü də təqdim edə bilməmişdir.
63. Eyni zamanda cavabdehin nümayəndəsi məhkəmə iclasında MMC-nin kassasında 2012-ci ildə 999.377 manat pul oluduğunu və bununla bağı kassa mədaxil qəbzlərinin təqdim edildiyini bildirsə də məhkəmə hesab edir ki, həmin mədaxil qəbzlər digər mühasibat sənədləri ilə təsdiq olunmadığından, eləcə də Vergilər İdarəsinin məhkəmə sorğusuna cavabına əsasən MMC-nin 2012-ci il hesab dövründə gəlirinin olmaması barədə məlumatına əsasən əsaslı şübhədən kənar sübut kimi qəbul edilə bilməz.
64. Məhkəmə kollegiyası şikayətin - təsisçi İddiaçı İsalam oğlu tərəfindən Cavabdeh1 MMC-yə və yaxud Cəmiyyətin əvəzindən ödəniş aparılmasına dair təsisçilərin qərarı və Cəmiyyətlə İsmayılov İslam oğlu arasında bağlanmış hər hansı müqavilə olmaması barədə dəlilini də əsaslı hesab etmir. Çünki qeyd olunan məsələlərin həllinin MMC-nin ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aid olması, MMC-nin Nizamnaməsində belə bir səlahiyyətlərin olması, bu məsələlərin həlli qaydası, aidiyyəti şəxslərlə borc müqaviləsinin bağlanması nəzərdə tutulmamışdır.
65. Eyni zamanda qeyd olunur ki, 2012-ildə qüvvədə olan mülki qanunvericilik normalarında aidiyyəti şəxslərlə borc müqaviləsinin bağlanması, ümumi yığıncağının qərarının olması nəzərdə tutulmamışdır.
66. Kollegiya hesab edir ki, iddiaçının iddia tələbinin əsası olaraq istinad etdiyi X9 və orada əks olunan məlumatların mötəbərliyini şübhə altına alan heç bir sübut olmadığından, mübahisə predmeti olan pul məbləğinin iddiaçıya məxsus olmasının əksi məhkəmə araşdırması zamanı təsdiqini tapmadığından iddiaçının iddia tələbi əsaslı, cavabdehin şikayətinin pul vəsaitinin MMC-yə məxsus olması barədə dəlili isə əsassızdır.
67. Cavabdehin şikayətinin digər dəlili – iddia müddətinin buraxılması ilə bağlıdır. Məhkəmə kollegiyası şikayətin bu dəlilini əsaslı hesab edir və gəldiyini nəticəni aşağıda şərh olunanlarla əsaslandırır:
68. Kollegiya Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqedən çıxış edərək qeyd edir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.
69. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir.
70. Kollegiya qeyd edir ki, aparılmış araşdırma nəticəsində iddia tələbinin əsaslı olduğu müəyyən edildi və müəyyən edilmiş bu nəticə iddiaçının iddia tələbi üzrə müvafiq subyektiv hüquqa malik olması qənaətinə gəlməyə əsas verir.
71. Məhkəmə kollegiyası ilk öncə iddia müddəti institutunun mahiyyəti ilə bağlı qanunvericiliyin qiymətləndirməsini şərh edərək qeyd edir ki, iddia müddəti tələb haqlarına şamil olunmaqla mülki münasibət iştirakçılarına pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsi (borclunun öhdəliyini icra etməyə məcbur edilməsi) imkanının müəyyən müddətlə (zaman kəsiyi) məhdudlaşdırılmasını nəzərdə tutur.
72. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.
73. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 2009-cu il 7 iyul tarixli Qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.
74. İşin müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçı 2012-ci ildə kredit ödənişi olaraq MMC-nin Bank hesabı vasitəsi ilə 452.436 ABŞ dolları ödəniş etmişdir. İddiaçı cavabdeh Cəmiyyətin maliyyə vəziyyətinb yaxşılaşdırmaq niyyəti ilə bu ödənişi etdiyini göstərmişdir.
75. Qeyd olunanlar belə bir nəticəyə gəlməyə əsas verir ki, iddiaçı cavabdehin tapşırığı olmadan, öz təşəbüsü ilə həmin kredit ödənişi etmişdir. Bu isə tərəflər arasında özgə işlərini tapşırıqsız aparılması ilə bağlı münasibətlərin yarandığını göstərir və məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında münasibətlərə Mülki Məcəllənin 57ci fəslinin (Özgə işlərini tapşırıqsız aparma) müddəaları tətbiq edilməlidir.
76. Birinci instansiya məhkəməsi iddia müddətinin tətbiqi ilə bağlı ərizə üzrə qiymətləndirmə apararar göstərmişdir ki, həmin ərizə əsassız olduğu və ərizədə qeyd olunan xüsusatlar işin konkret halları ilə təsdiq olunmadığı üçün təmin edilməməlidir. Çünki, yuxarıda da qeyd olunanlarla müəyyən edilmişdir ki, kredit alan Cavabdeh1 MMCnin əvəzindən məlum kredit ödənişlərinin təsisçilərindən biri olan İddiaçı tərəfindən 29 iyun 2012-ci il tarixdə 71000 ABŞ dolları və 06 iyul 2012-ci il tarixdə isə 381436 ABŞ dolları olmaqla, ümumilikdə 452436 ABŞ dolları məbləğində pul vəsaitinin bank hesabı vasitəsi ilə ödənilməsi, mahiyyəti etibarilə özgə işini tapşırıqsız aparmadır və bu münasibətlərə müqavilə tələbləri üzrə nəzərdə tutulan üç illik iddia müddəti şamil edilə bilməz. Ümumi iddia müddəti isə on il təşkil edir. Yəni, Cavabdeh1 MMC-nin İddiaçı qarşısında 452436 ABŞ dolları məbləğində pul vəsaitinə dair yaranmış öhdəliyi “müqavilə öhdəliyi” olmadığına görə həmin pul vəsaitini tələb edilməsinə ümumi iddia müddəti tətbiq edilməlidir.
77. Məhkəmə kollegiyası birinci istansiya məhkəməsinin bu qiymətləndirilməsini əsassız hesab edir, kollegiyanın qənaətincə birinci instansiya məhkəməsi tərəfindən iddia müddətinin tətbiqi ilə bağlı ərizəyə qiymət verilərkən maddi hüquq normalarının pozuntusuna yol verilmiş, işin halları düzgün dəyərləndirilməmişdir.
78. Məhkəmə kollegiyası bildirir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
79. Kollegiya Ali Məhkəmənin Qərarının 81-ci maddəsinin göstərişi üzrə araşdırma apararaq qeyd edir ki, məhkəmə iclasında iddiaçı tərəf ödənişin həyata keçirildiyi vaxtdan həmin ödəniş barədə cavabdeh Cəmiyyətin (digər təsisçilərin) məlumatlı olduğunu bildirdi. Həmçinin cavabdeh tərəf (bu ödənişin öz vəsaitləri hesabına olduğuna dair etirazlarını bildirsə də) ödəniş barədə məlumatlı olduğunu göstərdi. Bu hallar belə qənaətə gəlməyə əsas verir ki, cavabdeh ödənişin həyata keçirilməsi barədə məlumatlı olmaqla həmin ödənişin nəticələrini bəyənmişdir. Bu hal isə tərəflər arasında yaranmış münasibətlərin xarakterini dəyişmiş olur.
80. Belə ki, Mülki Məcəllənin Maddə 1087.2-ci maddəsinin göstərişinə görə işlərin tapşırıqsız aparılmasını sonradan sahibkar bəyəndikdə bu bölmənin müddəaları əvəzinə tapşırıq haqqında müddəalar tətbiq olunur.
81. Bu qeyd olunanlar belə qənaətə gəlməyə əsas verir ki, tərəflər arasında yaranmış münasibətlərə tapşırıq müqaviləsindən irəli gələn müddəalar tətbiq olunmalıdır. Bu isə onu göstərir ki, iddia müddətinin tətbiqi barədə ərizəyə məhz tərəflər arasında müqavilə münasibətləri ilə bağlı qanunvericiliyin tələbi baxımından qiymət verilməlidir.
82. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, qanunvericilikdə müqavilə münasibətləri üzrə tələblərin ayrı-ayrı növləri üçün qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri nəzərdə tutulmuşdur. Məhz həmin hallarda xüsusi müddətlərin tətbiqi önə keçir.
83. Bu baxımdan tapşırıq müqaviləsi üzrə iddia müddəti məsələsinə qiymət verərək kollegiya qeyd edir ki, bu müqavilə münasibətləri üzrə xüsusi iddia müddəti nəzərdə tutulmamışdır.
84. Bu isə araşdırılan münasibətlərə Mülki Məcəllənin 373.2-ci maddəsinin tətbiqi məsələsinin müzakirəsinə əsas verir.
85. Mülki Məcəllənin 373.2-cü maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir.
86. Qeyd olunmalıdır ki, qanunverici əmlak və qeyri-əmlak hüquqlarının pozulmasına dair iddia hüququna tətbiq edilən iddia müddətinin axımının başlanması anının müəyyən edilməsinə xüsusi diqqət yetirmiş və bu anı şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir.
87. İddia müddətinin tətbiqi şəxsin əmlak hüquqlarının məhdulaşmasına səbəb olur ki, bu hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməlidir.
88. Bu baxımdan şəxsn hüququn pozulduğu anın müəyən edilməsi mühüm əhəmiyyət daşıyır.
89. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır ki, onu bilməsi şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir.
90. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bilməli olduğu hal isə elə hüquqi faktdır ki, şəxsin bu hüquqi fakt barədə məlumatının olmaması mümkünsüzdür.
91. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, qanun iddia müddətinin axımının başlanmasını obyektiv anla deyil, subyektiv anla əlaqələndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Maddi mənada iddia hüququ dedikdə, mülki hüquqların məcburi həyata keçirilməsi imkanı başa düşülür və bu imkan müəyyən müddətlə məhdudlaşır. Prosessual mənada iddia hüququ, yəni pozulmuş hüququn müdafiəsi üçün iddia ilə məhkəməyə müraciət etmək imkanı isə hər hansı vaxtla (anla) məhdudlaşdırılmadan həmişə saxlanılır və mövcud olur.
92. Göstərilən hüquqi mövqe, həmçinin Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 2008-ci il 8 may tarixli Qərarında da öz əksini tapmışdır. Həmin Qərarda qeyd olunmuşdur ki, məhkəmə müdafiə hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv edə bilməz. Bu məhdudiyyətlər məhkəmələr tərəfindən özbaşına deyil, hüququn təbiətinə uyğunlaşa bilən, müvafiq hüquqa mütənasib şəkildə və eyni zamanda, bu hüququn hüdudları kimi düzgün tətbiq edilməlidir. Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır.
93. Beləliklə, qanunverici iddia müddətinin axımının başlamasını subyektiv hüququn pozulması ilə əlaqələndirdiyindən, şəxsin hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu günü müəyyən etmək üçün işin konkret hallarını ətraflı araşdıraraq müvafiq nəticəyə gəlinməlidir.
94. İşin müəyyən edilmiş hallarından göründüyü kimi mübahisə predmetini təşkil edən pul məbləği 2012-ci ilin iyun – iyul aylarında iddiaçı tərəfindən ödənilmişdir. İddiaçı bu ödənişi cavabdehin maliyyə vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə etdiyini göstərmişdir.
95. Göründüyü kimi iddiaçı cavabdehin maliyyə vəziyyətində çətinliklərin olduğunu bilmişdir.
96. İddiaçı MMC-nin təsçiçlərindən biridir. Tətsisçi kimi MMC-nin fəaliyyəti, maliyyəti vəziyyəti barədə birbaşa məlumatlı şəxslərdən olmaqla MMC-nin maliyyə vəziyyətinin yaxşı olmaması barədə iddiaçının xəbərsiz olması mümkün deyildir. Belə olan halda iddiaçı özünə məxsus xeyli miqdarda (452.436 ABŞ dolları) vəsaiti MMC-nin borcuna görə ödəməklə həmin vəsaitin MMC-nin mənfəəti olmadığı halda geri qaytarılmasının mümkün olmayacağı ehtimalını görməli idi və görürdü. Bu isə iddiaçının maddi zərərə uğraması ehtimalının real olmasını düşünməyə, hüquqlarının pozulacağını bilməyə əsas verirdi. Lakin göründüyü kimi iddiaçı bütün bu halları görməsinə və bilməsinə baxmayaraq, hüquqlarının qorunması üçün məhkəməyə araşdırılan iddia üzrə ilk dəfə 06 fevral 2020-ci ildə, “iddia tələbinin dəqiqləşdirilməsi və yeni cavabdehlərin cəlb edilməsi” barədə ərizə ilə isə 23 sentyabr 2020-ci il tarixdə müraciət etmişdir.
97. Bu göstərilənlərə əsasən kollegiya iddia müddətinin axımının başlanması anının 2012-ci ilin hesabat dövründən götürülməsini işin faktiki hallarına uyğun hesab edir. Məhkəmənin qənaətincə iddiaçı hüququnun pozulduğunu 2012-ci ilin hesabat dövründən bilmişdir. Bu isə ona hüquqlarının bərpası ilə bağlı həmin vaxtdan tələb hüququnu həyata keçirməsinə əsas verirdi.
98. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, araşdırılan mübahisə üzrə 3 illik iddia müddəti tətbiq olunmalıdır.
99. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin Magna Trans” Məhdud Məsuliyyətli Cəmiyyətindən ödəniş anında Azərbaycan manatının məzənnəsi ilə 452436 (dörd yüz əlli iki min dörd yüz otuz altı) ABŞ dolları məbləğində pulun tutulması hissədə iddianın təmin edilməsi və iddia müddətinin tətbiq edilməməsinə dair gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, mübahisələndirilən hissədə qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, iddia həmin hissədə təmin edilməklə qanuni və əsaslı qətnamə qəbul edilməmişdir.
100. Məhkəmə aktlarının qanuniliyi, ənənəvi olaraq, məhkəmə aktının maddi və prosessual hüquq normalarına uyğunluğu kimi qəbul olunur. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılıb və qərar qəbul edilmiş olsun. Mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir.
101. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
102. Beləliklə, məhkəmə kollegiyası şərh olunanlara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Kommersiya Məhkəməsinin 26 avqust 2022-ci il tarixli e-2-2(119)-41/2022 nömrəli qətnaməsi qismən – Cavabdeh1ndən (VÖEN **********) ödəniş anında Azərbaycan manatının məzənnəsi ilə 452436 (dörd yüz əlli iki min dörd yüz otuz altı) ABŞ dolları məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli və iddia tələbi 452.436 ABŞ dollarının tutulması hissədə iddia müddəti tətbiq edilərək rədd edilməlidir.
103. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 372, 384, 385, 392-393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Kommersiya Məhkəməsinin 26 avqust 2022-ci il tarixli e-2-2(119)-41/2022 nömrəli qətnaməsi qismən – Cavabdeh1ndən (VÖEN **********) ödəniş anında Azərbaycan manatının məzənnəsi ilə 452436 (dörd yüz əlli iki min dörd yüz otuz altı) ABŞ dolları məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun - hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. Cavabdeh1ndən, Cavabdeh1nə 2010-2019-cu illər üzrə İddiaçı tərəfindən qoyulmuş 452.436 ABŞ dolları məbləğində vəsaitin tutularaq İddiaçı ödənilməsi hissədə iddia tələbi rədd edilsn. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.