Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-103/2021 29.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Zaur İkram oğlu Məmmədov, hakimlər Fuad Əli oğlu Məmmədov və Hökümə Çingiz qızı Babayevadan ibarət tərkibdə, Gülsaba Xeyrulla qızı Ağayevanın katibliyi ilə, İddiaçı cavabdeh "Cavabdeh" Fərdi Şirkətinə qarşı pul tələbinə dair iddası üzrə iddiaçının iddianı təmin etmə tədbiri barədə ərizəsi ilə bağlı Sumqayıt Kommersiya Məhkəməsinin 01 iyun 2021-ci il tarixli e-2-2(119)-535/2021 nömrəli qərardadından cavabdeh "Cavabdeh" Fərdi Şirkəti tərəfindən verilmiş şikayətə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” Fərdi Şirkəti tərəfindən icra olunmamış müqavilənin icrasının təmin edilərək 19979,4 (on doqquz min doqquz yüz yetmiş doqquz manat dörd qəpik) manat, hüquqi yardıma görə 300 (üç yüz) manat və məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumu olaraq 31 (otuz bir) manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi Vəkil məhkəməyə iddianın təmin edilməsi barədə ərizə ilə müraciət edərək, cavabdeh “xxxx” Fərdi Şirkətinin adına qeydiyyatda olan 90AC747 dövlət qeydiyyat nişanlı Toyota Hilux markalı minik avtomobili, 90AC668 dövlət qeydiyyat nişanlı Mitsubishi L200 markalı minik avtomobili, 10PE407 dövlət qeydiyyat nişanlı Toyota Hilux markalı minik avtomobili, 10PD907 dövlət qeydiyyat nişanlı Toyota Hilux markalı minik avtomobili və 90JA696 dövlət qeydiyyat nişanlı Mitsubishi L200 yük sərnişin avtomobili üzərinə həbsin (özgəninkiləşdirilmənin, istifadə olunmanın və etibarnamə vermənin qadağan olunması) qoyulmasına dair qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 01.06.2021-ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilərək işə mahiyyəti üzrə baxılıb yekunlaşanadək “xxxx” Fərdi Şirkətinin adına qeydiyyatda olan 90AC747 dövlət qeydiyyat nişanlı Toyota Hilux markalı minik avtomobilinin, 90AC668 dövlət qeydiyyat nişanlı Mitsubishi L200 markalı minik avtomobilinin, 10PE407 dövlət qeydiyyat nişanlı Toyota Hilux markalı minik avtomobilinin və 10PD907 dövlət qeydiyyat nişanlı Toyota Hilux markalı minik avtomobilinin üzərinə həbs qoyulmaqla həmin avtomobillərin özgəninkiləşdirilməsi cavabdeh “xxxx” Fərdi Şirkətinə qadağan olunması qərara alınmış, ərizə qalan hissədə təmin olunmamışdır.(hakim Z.Məmmədov) Cavabdeh həmin qərardaddan şikayət verərək onun ləğv edilməsini və ərizənin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-535/2021 saylı 11 iyun 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq icraata qəbul edilmişdir. İşə apelyasiya qaydasında baxılarkən cavabdeh apelyasiya şikayətinin geri götürülməsi haqqında ərizə ilə məhkəməyə müraciət edərək, həmin ərizənin nəzərə alınmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı və cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq, iddiaçı və cavabdehin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, qərardaddan verilmiş şikayətdən apelyasiya icraatı zamanı imtina edilməsi birbaşa prosessual qanunvericiliklə tənzimlənmədiyindən, qanunun anologiyasına istinad edilməklə, qərardaddan verilmiş şikayətdən imtina edilməsi məsələsinə apelyasiya şikayətindən imtina ilə bağlı normalara uyğun hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 369.2-ci maddəsinə əsasən, apelyasiya şikayəti verən şəxs apelyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.3-cü maddəsinə əsasən, məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apelyasiya qaydasında baxa bilər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh “xxxx” Fərdi Şirkəti tərəfindən verilmiş şikayətdən imtina qəbul edilməli və şikayət üzrə apelyasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.4-cü maddəsinə əsasən, şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apelyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apelyasiya icraatına xitam verir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 365, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Cavabdeh “xxxx” Fərdi Şirkətinin şikayətdən imtina barədə ərizəsi qəbul edilsin. Sumqayıt Kommersiya Məhkəməsinin 01 iyun 2021-ci il tarixli e-2-2(119)- 535/2021 saylı qərardadından cavabdeh “xxxx” Fərdi Şirkəti tərəfindən verilmiş şikayət üzrə icraata xitam verilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(105)-103/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-103/2021
29.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver