Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-105/2020 16.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası, sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X2 ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, iddiaçının nümayəndəsi Nəcəf-zadə Anar Ziya oğlunun iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh “X7 Təsərrüfatı” MMC-yə qarşı cavabdehdən 12.000.000 manat məbləğində əsas borc, 1.154.998,84 manat məbləğində faiz borcu, 2050,83 manat cərimə, ümumilikdə 13.157.049,67 manat məbləğində borc və 30 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi tələbinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-2(085)-16/2019 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdeh “X7 Təsərrüfatı” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 12.000.000 manat məbləğində əsas borc, 1.154.998,84 manat məbləğində faiz borcu, 2050,83 manat cərimə, ümumilikdə 13.157.049,67 manat məbləğində borc və 30 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC ilə cavabdeh “X7 Təsərrüfatı” MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 021/16 saylı «Kredit müqaviləsi»nə əsasən, cavabdehə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə 60 (altmış) ay müddətinə, illik 7 % (yeddi) dərəcəsi olmaqla 12 000 000 manat məbləğində kredit vəsaiti verilmişdir. Kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə bank borcalana 60 ay müddətinə qaytarmaq şərti ilə, 12 000 000 manat məbləğində kredit verməyi, borcalan krediti qəbul edərək, bu müqavilədə göstərilən müddətdə və qaydada, müqavilənin tərkib hissəsi olan ödəniş qrafiki əsasında krediti və həmin kreditə görə hesablanmış faizləri Banka qaytarmağı öz öhdəsinə götürür. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən kredit nağd və ya köçürmə yolu ilə verilir 7 % olmaqla faiz ödəyir. Cavabdeh “X7 Təsərrüfatı” MMC bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, o, bankla imzalanmış müqavilənin şərtlərini pozaraq ödənişlərini vaxtı-vaxtında etməmişdir. Bunun nəticəsində cavabdehin banka 12.000.000 manat məbləğində əsas borcu, 1.154.998,84 manat məbləğində faiz borcu, 2050,83 manat cərimə borcu, ümumilikdə 13 157 049,67 manat məbləğində borcu yaranmışdır. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında təqdimat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin tələb olunan öhdəlik yerinə yetirilməmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(085)-16/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh “X7 Təsərrüfatı” MMC-dən 12.000.000 manat məbləğində əsas borc, 1.154.998,84 manat məbləğində faiz borcu, 2050,83 manat cərimə, ümumilikdə 13.157.049,67 manat məbləğində borc və 30 manat dövlət rüsumunun tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir.(hakim V.Əzizova). Qətnamədən narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və borcun düzgün hesablanmaqla yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri: qətnamə qanunsuzdur. Belə ki, cavabdeh ekspert rəyi ilə tanış edilməmiş və ekspertiza onun iştirakı olmadan keçirilmişdir. Ona görə də həmin ekspert rəyi sübut sayıla bilməz. Məhkəmə isə onu sübut saymaqla AR MPM-in 88-ci maddəsini düzgün tətbiq etməmişdir. Tərəflərin izahatları: cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişldir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi Nəcəf-zadə Anar Ziya oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apelyasiya şikayətinin dəlillərini araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materialları ilə müəyyən edilir ki, İddiaçı ASC ilə cavabdeh “X7 Təsərrüfatı” MMC arasında bağlanmış xx xxxx 2016-cı il tarixli 021/16 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən «X7 Təsərrüfatı” MMC -yə illik 14 % ödənilməsi şərti ilə 60 ay müddətinə 12 000 000 manat məbləğində kredit verilmişdir. xx.xx.2017-ci il tarixli 10/H-7425 saylı maliyyə arayışından görünür ki, «X7 Təsərrüfatı” MMC-nin İddiaçı ASC-yə xx.xx.2017-ci il tarixə 12.000.000 manat əsas borc, 1.154.998.84 manat faiz borcu, 2050.83 manat cərimə borcu, cəmi 13.157.049,67 manat məbləğində borcu vardır. Kreditlərin və ona hesablanmış faizlərin ödəniş cədvəlindən görünür ki, «X7 Təsərrüfatı” MMC-nin İddiaçı ASC-yə xx.xx.2017-ci il tarixə fazilərlə birlikdə 16 200 000 manat borcu olmuşdur. İş materiallarında olan 383501 E1 nömrəli çekin surətindən görünür ki, 12 milyon manat iddiaçı tərəfindən xx.xx.2016-cı il tarixdə cavabdehin nümayəndəsi olan və müqaviləni imzalamış X1 təqdim olunmuş, onun tərəfindən imzalanmış, və hər iki tərəfin möhürü ilə təsdiqlənmişdir. xx.xx.2016-cı il tarixli arayışdan görünür ki, 12 milyon manat iddiaçı tərəfindən cavabdehə ödənilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 12380 saylı rəydən görünür ki, «X7 Təsərrüfat” MMC-nin xx xxxx 2016-cı il tarixli 021/16 saylı kredit müqaviləsi üzrə xx xxxxxx 2018-ci il tarixə İddiaçı ASC-yə olan borcu əsas borc üzrə 12.000.000 manat, faiz borcu üzrə 1.344.000 manat təşkil edir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və ona əsaslanmışdır ki, cavabdeh İddiaçı ASC ilə “X7 Təsərrüfatı” MMC arasında bağlanmış xx.xx.2006-cı il tarixli kredit müqaviləsi üzrə cavabdeh illik 7 %-lə 60 ay müddətinə 12.000.000 manat məbləğində kredit götürmüş, həmin məbləği və hesablanmış faiz borcunu vaxtında ödəməmiş, bununla da kredit müqavilələrinin şərtlərini pozmuşdur. Kredit müqavilələri üzrə əsas kredit və hesablanmış faizlərin ödənilməsi ilə bağlı bank tərəfindən cavabdehə yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh öz öhdəliklərini yerinə yetirməmiş və borcun ödənişini təmin etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnamə üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığı tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin vaxtında icra edilməməsi hüquqi nəticələrə səbəb olan öhdəliyin pozulması hallarından biridir. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Apelyasiya şikayətində cavabdeh ekspert rəyinin qanunsuzluğuna və onun iştirakı olmadan ekspertizanın keçirilməsinə əsaslanmışdır. İş materiallarından görünür ki, cavabdehin hüquqi ünvanına göndərilmiş məhkəmə bildirişləri “ünvan düzgün deyil” qeydi ilə məhkəməyə qayıtmışdır. Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında arayışdan görünür ki, cavabdehin hüquqi ünvanı ünvan 1anı cavabdehin məhkəmə iclaslarında iştirakının təmin edilməsi üçün həm hüquqi ünvanına, həm də vəkil kimi onu təmsil etmiş X3 ərizədə qeyd etdiyi ünvana- yəni, ünvan 2 yerləşən “Femida” Vəkil Bürosuna məhkəmə bildirişi göndərilmiş və həmin bildiriş “Femida” Vəkil Bürosuna xx.xx.2020-ci il tarixdə təqdim olunmuşdur. Bundan başqa, məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsinə cavabdehə təqdim olunması üçün növbəti məhkəmə iclasının keçiriləcəyi barədə məhkəmə bildirişi verilmişdir. İddiaçının nümayəndəsi tərəfindən təqdim olunmuş aktlardan görünür ki, cavabdehin hüquqi ünvanı olan Abşeron rayonu, Pereküşkül qəsəbəsi, Qaradərə adlanan sahəyə, həmçinin cavabdehin nümayəndəsi X1 ünvan 4 göndərilmiş məhkəmə bildirişləri ünvan tam olmadığı üçün çatdırılmamışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Göstərilənlərlə bağlı məhkəməkollegiyasıbelə nəticəyə gəlirki, cavabdehin apelyasiya şikayəti təmin edilməməli və Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-2(085)-16/2019 saylı qətnaməsi qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Hazırki işə apelyasiya qaydasında baxılması üçün cavabdeh X5 tərəfindən ödənilmiş 15 manat məbləğində dövlət rüsumu apelyasiya şikayətinin təmin edilməməsi səbəbindən onun özünə aid edilməlidir. NƏTİCƏ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1 və 404.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh “X7 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindənverilmiş apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-2(085)- 16/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh tərəfindən ödənilmiş 15 manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: ünvan 6 vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına (ünvan: ünvan 7 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Məmmədov Hakimlər Fuad Məmmədov Elman Əhmədov
Məhkəmə qərarları › İş №2-2(105)-105/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-105/2020
16.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver