Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-108/2021 13.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Ağayev Rəşadət Əhməd oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “qeyri-yaşayış sahəsindən çıxarılma və pul tələbi”nə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 18 may 2021-ci il tarixli, e-2-2(119)-428/2021 saylı qətnaməsindən Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apelyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “qeyri-yaşayış sahəsindən çıxarılma və pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh, ona məxsus olan avadanlıqlar, əmlaklar və onun işçilərinin İddiaçı MMC-nin qanuni icarəsində olan qeyri-yaşayış binasının (“Mərkəz Plaza”) 600 kv.m olan anbarından məcburi qaydada çıxarılması və qeyd edilən sahəni qeyri-qanuni olaraq zəbt etdiyi hər bir ay üçün ƏDV daxil olmamaqla 3000 (üç min) manat məbləğində icarə haqqının Cavabdeh alınaraq İddiaçı MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etmiş və Cavabdeh avadanlıqları, əmlakları və işçiləri ilə birlikdə İddiaçı MMC-nin qanuni icarəsində olan qeyri-yaşayış binasının (“Mərkəz Plaza”) 600 kv.m sahəsi olan anbarından məcburi qaydada çıxarılması və qeyd edilən sahəni qeyri-qanuni olaraq zəbt etdiyi 07 yanvar 2021ci il tarixindən 18 may 2021-ci il tarixinə qədər olan müddətin hər bir ayı üçün 3000 (üç min) manat məbləğində (ƏDV daxil olmamaqla) icarə haqqı olmaqla, ümumilikdə 10064,34 manat məbləğində pulun Cavabdeh alınaraq iddiaçı "Mərkəz Servis” MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC Sumqayıt şəhəri, 36-ci məhəllə, Heydər Əliyev prospektində yerləşən 9 mərtəbəli qeyri-yaşayış binasını (“Mərkəz Plaza”) mülkiyyətçi “A+A Şirkətlər Qrupu” MMC-dən icarəyə götürmüşdür və Cəmiyyətin icarə hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınmışdır. Qeyd edilən qeyri-yaşayış binasının (“Mərkəz Plaza”) anbarı (600 kv.m) İddiaçı MMC-dən əvvəl subicarə qaydasında həmin qeyri-yaşayış binasının (“Mərkəz Plaza”) icarəçisi olmuş "xxxx" MMC tərəfindən Cavabdeh icarəyə verilmişdir. Lakin "xxxx" MMC-nin təşəbbüsü əsasında onun “A+A Şirkətlər Qrupu” MMC ilə bağladığı icarə müqaviləsinə xitam verilmişdir. Bundan sonra qeyd edilən qeyri-yaşayış binasının (“Mərkəz Plaza”) İddiaçı MMC-yə icarəyə verilməsi ilə bağlı tərəflər arasında müqavilə bağlanmış və iddiaçının icarə hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestrində rəsmi olaraq qeydə alınmışdır. İddiaçı MMC yeni icarəçi olaraq qeyri-yaşayış binasında (“Mərkəz Plaza”) yerləşən subicarəçilərlə yenidən icarə müqavilələri bağlamışdır. Yalnız Cavabdeh İddiaçı MMC ilə istifadə etdiyi sahə ilə əlaqədar yeni subicarə müqaviləsinin bağlanmasından, həmçinin həmin anbar sahəsi üçün icarə haqqını ödəməkdən imtina etmişdir. Yeni subicarə müqaviləsinin bağlanmasından imtina etməsinə və icarə haqqı ödəməməsinə baxmayaraq, cavabdeh hələ də qeyri-yaşayış binasının (“Mərkəz Plaza”) həmin anbar bölməsini zəbt edərək orada qalmaqda və orada qeyri-qanuni sahibkarlıq fəaliyyətini davam etdirməkdədir. Həmin sahə ilə bağlı yeni subicarə müqaviləsinin bağlanması ilə bağlı iddiaçının təklifi cavabdeh tərəfindən rədd edilmiş və eyni zamanda, iddiaçı tərəfindən verilmiş pretenziyaya da cavabdeh tərəfindən heç bir əhəmiyyət verilməmişdir. Buna görə də iddiaçı öz pozulmuş hüquqlarının qorunması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sumqayıt Kommersiya Məhkəməsinin 18 may 2021-ci il tarixli, e-2-2(119)-428/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı icarəsində olan Sumqayıt şəhəri, 36-ci məhəllə, Heydər Əliyev prospektində yerləşən qeyri-yaşayış binasının (“Mərkəz Plaza”) 600 m2 sahəsi olan anbarından Cavabdeh (VÖEN **********) əmlakları, avadanlıqları və işçiləri ilə birlikdə çıxarılması, Cavabdeh (VÖEN **********) 07 yanvar 2021- ci il tarixindən 18 may 2021-ci il tarixədək hesablanmış 5240 (beş min iki yüz qırx) manat məbləğində pul və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 5270 (beş min iki yüz yetmiş) manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Z.Sadiqov). Qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamədən həmçinin mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. apelyasiya şikayətlərinin dəlilləri: Cavabdehin apelyasiya şikayətinin dəlilləri: qeyri-yaşayış sahəsi iddiaçının mülkiyyətində deyildir və iddiaçı bu sahəni icarəyə götürən vaxt artıq onunla icarə müqaviləsi bağlanmış və obyektin 38 aylıq icarə haqqı ondan alınmış və tərəfindən bu obyektə böyük məbləğdə vəsait sərf olunmuşdur. İddiaçı bu qeyri-yaşayış sahəsinin yüklü edildiyini və faktiki olaraq onun istifadəsində olduğunu bilərək, həmin obyekti ona uzunmüddətli icarəyə vermiş şəxslə əlaqəyə girərək bu planı qurmuş və indi də onun bu qeyri-yaşayış sahəsini boşaltmasını tələb edir. 01 oktyabr 2020-ci il tarixdə Sumqayıt şəhəri, 36-cı məhəllə, Heydər Əliyev prospektində yerləşən "Yusa MMC"-yə məxsus 9 mərtəbəli binanın birinci mərtəbəsində yerləşən sahəsi 600 kv.m-dən ibarət qeyri-yaşayış sahəsini həmin MMC-nin direktoru X2 aylıq icarə haqqı 1200 manat olmaqla 32 ay müddətinə icarəyə götürmüş və bununla bağlı onların arasında icarə müqaviləsi bağlanmışdır. Həmin qeyri-yaşayış sahəsindən o “avtosalon” kimi istifadə etmiş və tərəfindən əlavə vəsait qoyulmuşdur. Eyni zamanda, onunla müqavilə bağlayan şəxs ondan 32 ayın icarə haqqını - 38400 manat məbləğində pulu almışdır. Artıq onun tərəfindən həmin sahənin icarəyə götürülməsinə və icarə haqqı kimi 38400 manat məbləğində pul ödənilməsinə baxmayaraq, hazırda iddiaçı "xxxx" MMC həmin qeyriyaşayış sahəsinin özünün icarəsində olduğunu bildirmiş və 04 fevral 2021-ci il tarixdə ona belə bir xəbərdarlıq məktubu ünvanlanmışdır ki, "Yusa” MMC ilə "A+A Şirkətlər Qrupu" MMC arasında qeyd edilən qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında tərəflər arasında 32 nömrəli icarə müqaviləsi mövcud olmuş və həmin müqavilə "Yusa” MMC-nin təşəbbüsü ilə ləğv edilmişdir. Hazırda “A+A Şirkətlər Qrupu” MMC ilə "Mərkəz Servis” MMC arasında müqavilə bağlanaraq onun istifadəsində olan qeyri-yaşayış sahəsi "Mərkəz Servis” MMC-nin icarəsinə verilmişdir. Belə olan təqdirdə o, ya "xxxx" MMC ilə müqavilə bağlamalı, yaxud da həmin obyektdən çıxmalıdır. İddiaçı MMC xəbərdarlıq məktubunda ondan hər ay üçün 1600 manat icarə haqqı tələb etmişdir. Göründüyü kimi, bir qrup şəxs müxtəlif adlar altında şirkətlər təsis etməklə vətəndaşları soymaqla məşğuldurlar. Belə ki, "xxxx" MMC ondan 38400 manat pul aldıqdan sonra könüllü olaraq icarə müqaviləsindən imtina edir və bu zaman başqa bir şirkət peyda olaraq ondan yenidən icarə haqqı ödəməyi tələb edir. Bu şirkətlər asan qazanc yolu taparaq onun bir sahibkar kimi fəaliyyətinə əngəl yaradır, aldatma yolu ilə pullarını ələ keçirir və onu ağır duruma salırlar. O bu qanunsuzluqlar barəsində hüquq mühafizə orqanlarına şikayət etmişdir. İddiaçı ondan qeyri-yaşayış sahəsinin istifadəsində olduğu hər ay üçün 3000 manat məbləğində vəsait tələb edir. Halbuki, o, bu qeyri-yaşayış sahəsini icarəyə götürən vaxt iddiaçı həmin obyekti icarəyə götürməmişdir. Onunla razılaşma həmin obyektin əvvəlki icarəçisi "xxxx" MMC arasında olmuşdur və o, "xxxx" MMC-yə 38 ayın icarə haqqını tam olaraq bank vasitəsi ilə ödəmiş və bu qeyri-yaşayış sahəsinin 38 ay icarəsində olacağını düşünərək, həmin təmirsiz anbarı təmir etdirərək avtosalon vəziyyətinə gətirilməsi məqsədi ilə 13000 manat pul vəsaiti xərcləmişdir. Maraqlısı odur ki, iddiaçı bu qeyri-yaşayış sahəsində onun avtosalon açdığını və onun istifadəsində olduğunu bildiyi halda, necə olur ki, boş olmayan bu sahənin icarəyə götürülməsinə razılıq verir. Həmin obyektin əsl sahibi obyekt boşaldıldıqdan sonra onu icarəyə verə bilərdi. Bütün bunlar ona dəlalət edir ki, bu məsələ məqsədli olaraq qurulmuş bir plandır. Məqsəd onun 50 min manatdan artıq pulunu mənimsəmək, sonra da onu bu obyektdən çıxarmaq olmuşdur. Nəticədə, o, bu qeyriyaşayış sahəsinə 50000 manatdan artıq vəsait sərf etmişdir. Üçüncü şəxsin apelyasiya şikayətinin dəlilləri: "YUSA MMC" ilə "A+A Şirkətlər Qrupu" MMC arasında qeyd edilən qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında icarə müqaviləsi mövcud olmuş və həmin müqavilə ləğv edilmişdir. Bundan sonra “A+A Şirkətlər Qrupu” MMC ilə "Mərkəz Servis” MMC arasında sonradan müqavilə bağlanılaraq "YUSA MMC" tərəfindən icarəyə verilmiş və 38 ayın icarə haqqısı ödənilmiş bu qeyriyaşayış sahəsi onların icarəsinə verilmişdir. Göründüyü kimi, "YUSA MMC" həmin qeyriyaşayış sahəsini iddiaçının icarəsinə verərkən buna tam səlahiyyətli olmuşdur. Lakin sonradan "YUSA MMC" ilə həmin qeyri-yaşayış sahəsinin sahibi olan “A+A Şirkətlər Qrupu” MMC arasında mövcud olmuş müqavilənin ləğv edilməsi bir sıra səbəblərlə bağlı olmuş, hazırda məhkəmədə “A+A Şirkətlər Qrupu” MMC onlara qarşı iddia qaldırmış və həmin şirkətə qarşı qarşılıqlı iddia verilmişdir. 20.02.2020-ci il tarixdə Sumqayıt şəhəri, Heydər Əliyev prospekti, 36-cı məhəllə ünvanında yerləşən qeyri-yaşayış binasını «A+A Şirkətlər qrupu» Məhdud Məsuliyyətli Cəmiyyətindən 5 il müddətitnə, aylıq 30000 manat olmaqla icarəyə götürmüş və müqaviləyə əsasən 6 aydan sonra icarə haqqının hesablanması aparılmalı idi. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri olaraq bu binanın ayrı-ayrı sahələrini müxtəlif hüquqi şəxs və fiziki şəxslərə icarəyə vermiş, lakin bu müqavilə bağlandıqdan sonra pandemiyanın başlanması, işlərin dayandırılması səbəbindən planlaşdırılmış işdə çətinliklər olmuşdur. İcarədən alınmış pullarla binanın əsaslı təmiri həyata keçirilmiş, ümumilikdə binanın təmirinə 380 000 (üç yüz səksən min) manat məbləğində vəsait sərf edilmişdir. 6 aydan sonra, yəni 2020-ci ilin sentyabr-oktyabr aylarının icarə haqqını, hər ay üçün 35000 manat olmaqla 2 aya görə 70000 manat ödəmiş, lakin həmin ərəfədə pandemiya ilə bağlı yumşalmalara başlandığını görən şirkət bildirdi ki, binanın icarə haqqını artıraraq 75000 (yetmiş beş min) manat edir, bundan sonra icarə haqqı bu məbləğdə ödənməlidir. Lakin bu məbləğdə ödəməyə imkanı olmadığını bildirdikdə müqaviləyə xitam veriləcəyi bildirildi. Bu binaya 380 000 manat vəsait qoyduğunu və artıq binanın ayrı-ayrı hissələrini icarəyə verdiyi şəxslərdən də uzun müddətli icarə haqqı aldığını dedikdə isə əmin etmişlər ki, 75000 manata binanı icarəyə götürmək istəyən şəxsdən icarə haqqını alıb çəkdiyi xərci qaytaracaq və həmin obyekti icarəyə verdiyi şəxslərin pulunu qaytarmaqla onların borcunu ödəyəcəkdir. Lakin “A+A Şirkətlər Qrupu” MMC nəinki vermiş olduğu vədə əməl etdi, əksinə həmin icarə müqaviləsinə daxil edilmiş və qanunvericiliyin tələbinə zidd olan bəndə istinad etməklə istifadə etmədiyi 2 illik icarə haqqını, yəni 600 000 manat məbləğində pulu tələb etmək qərarına gəlmiş və onlara qarşı iddia qaldırmışdır. Nəticədə hazırki iş üzrə cavabdeh və üçüncü şəxs ağır duruma düşmüş, maddi itkilərə məruz qalmışlar. tərəflərin izahatları: Apelyasiya baxışı zamanı iddiaçının vəkili apelyasiya şikayətlərinin rədd edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Cavabdeh və üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsaslanaraq, cavabdeh və üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, apelyasiya şikayətlərinin dəlillərini araşdıraraq və iddiaçının vəkilinin izahatlarını dinləyib hesab edir ki, apelyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan icarəyəverən “A+A Şirkətlər Qrupu” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN 1********) ilə icarəçi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) arasında bağlanaraq, notarial qaydada tərtib və təsdiq edilmiş (Reyestrdə 3M- 12 № ilə qeyd olunub) 07 yanvar 2021-ci il tarixli İcarə Müqaviləsinin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, bu Müqaviləyə əsasən “İcarəyəverən” Sumqayıt şəhəri, 36-cı məhəllə, Heydər Əliyev prospekti ünvanda yerləşən ümumi sahəsi 7169,20 kv.metr olan binanı (qeyri-yaşayış sahəsini), habelə orada yerləşən və bu Müqavilənin 1.2 və 4-cü bəndlərində göstərilən qaydada təhvil-təslim aktında ətraflı şəkildə sadalanan daşınar əşyaları (bundan sonra daşınmaz əmlak və daşınar əşyalar birlikdə “icarə obyekti” adlandırılacaq) “İcarəçi”nin istifadəsinə verir, “İcarəçi” isə bunun müqabilində bu Müqavilə ilə müəyyən edilən qaydada icarə haqqı ödəməyi öhdəsinə götürür (Müqavilənin 1.1-ci bəndi). Həmin Müqavilənin 1.4-cü bəndinə əsasən, tərəflər razılaşırlar ki, “İcarəçi” icarə obyektindən Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə müvafiq olaraq özünün və/və ya subicarə əsasında istifadəyə verəcəyi digər şəxlərin nizamnamə fəaliyyətini həyata keçirmək üçün nəzərdə tutulmuş ofis binası və/və ya ticarət mərkəzi kimi istifadə edir. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən, bu Müqavilə imzalandığı tarixdən 5 (beş) il müddətində (bundan sonra "ilkin icarə müddəti" və ya “İlkin müddət” adlandırılacaq) qüvvədədir. İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, Sumqayıt şəhəri, 36-cı məhəllə, Heydər Əliyev prospekti ünvanda yerləşən “A+A Şirkətlər Qrupu” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus qeyri-yaşayış binasının (ümumi sahəsi 7169,20 kv.metr) 07 yanvar 2021-ci il tarixli 3M-12 nömrəli İcarə Müqaviləsi əsasında 07 yanvar 2021-ci ildən başlayaraq 5 (beş) il müddətinə İddiaçı icarəsində olması (“icarə” növündə yüklülükdür, hüququn əvvəlki yüklülüyü və ipoteka kağızı yoxdur) Daşınmaz Əmlakın Dövlət Reyestrində 12 nömrəli reyestr kitabının 30 nömrəli vərəqində qeydiyyata alınmışdır ((Reyestr nömrəsi – **********3406301); Qeydiyyat nömrəsi – **********; Qeydiyyat tarixi – 21 yanvar 2021-ci il). İş materialları ilə müəyyən olunur ki, İddiaçı MMC Sumqayıt şəhəri, 36-ci məhəllə, Heydər Əliyev prospektində yerləşən 9 mərtəbəli qeyri-yaşayış binasını 07 yanvar 2021-ci il tarixli İcarə Müqaviləsinə əsasən mülkiyyətçi “A+A Şirkətlər Qrupu” MMC-dən icarəyə götürdükdən sonra “həmin binanın 600 m2 sahəsi olan anbarının müvafiq icarə müqaviləsi bağlamaqla icarəyə götürülməsi, əks təqdirdə isə əmlakı ilə birlikdə həmin qeyri-yaşayış sahəsini tərk etməsi” barədə Cavabdeh müraciət etmişdir. İş materiallarında olan icarəyəverən “A+A Şirkətlər Qrupu” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə icarəçi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) arasında bağlanaraq, notariat qaydasında tərtib və təsdiq edilmiş (Reyestrdə 3M-112 № ilə qeyd olunub) 20 fevral 2020-ci il tarixli İcarə Müqaviləsi ilə müəyyən olunur ki, həmin Müqavilə ilə müvafiq icarə şərtləri əsasında icarəyəverən “A+A Şirkətlər Qrupu” MMC tərəfindən Sumqayıt şəhəri, 36-cı məhəllə, Heydər Əliyev prospekti ünvanda yerləşən ümumi sahəsi 7169,20 kv.metr olan bina (qeyri-yaşayış sahəsi) 5 il müddətinə icarəçi "xxxx" MMC-nin istifadəsinə verilmişdir. İş materiallarında olan icarəçi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən icarəyəverən “A+A Şirkətlər Qrupu" Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlanmış 01 oktyabr 2020-ci il tarixli məktubun məzmunu ilə müəyyən olunur ki, həmin “Bildiriş” məktubunda “Yusa" Məhdud Məsuliyyətli Cəmiyyətinin təşəbbüsü ilə 20 fevral 2020-ci il tarixli İcarə Müqaviləsində nəzərdə tutulan bildiriş müddəti gözlənilmədən 30 dekabr 2020ci il tarixdən etibarən həmin İcarə Müqaviləsinə xitam verilməsinin və həmin tarixdən icarə obyektinin Müqavilə şərtlərinə uyğun olaraq təhvil-təslim aktı əsasında "xxxx" MMC tərəfindən “A+A Şirkətlər Qrupu" MMC-yə geri təhvil verilməsinin mümkünlüyünə münasibət bildirilməsi xahiş olunmuşdur. İş materiallarında olan icarəyəverən “A+A Şirkətlər Qrup” MMC tərəfindən icarəçi “Yusa" MMC-nə ünvanlanmış 05 oktyabr 2020-ci il tarixli məktubun məzmunu ilə müəyyən olunur ki, icarəyəverən “A+A Şirkətlər Qrup” MMC 01 oktyabr 2020-ci il tarixli “Bildiriş” məktubu ilə “Yusa" MMC tərəfindən edilmiş müraciətə razılıq verərək, 20 fevral 2020-ci il tarixli İcarə Müqaviləsinin tərəflər arasında bağlanacaq Saziş əsasında xitam verilməsinə və icarə obyektinin geri təhvil alınmasına etiraz etməmişdir. İş materiallarında olan icarəyəverən “A+A Şirkətlər Qrupu” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İcarəçi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanaraq, notariat qaydasında tərtib və təsdiq edilmiş (Reyestrdə 3M-527 № ilə qeyd olunub) 07 dekabr 2020-ci il tarixli “İcarə Müqaviləsinin ləğvinə dair” Sazişin məzmunu ilə müəyyən olunur ki, həmin Saziş əsasında icarəyəverən “A+A Şirkətlər Qrupu” MMC ilə icarəçi "xxxx" MMC 20 fevral 2020-ci il tarixli İcarə Müqaviləsinin qarşılıqlı razılıq əsasında 30 dekabr 2020-ci il tarixindən etibarən xitam verilməsi və 30 dekabr 2020-ci ildə icarə obyektinin geri təhvil verilməsi barədə razılığa gəlmişlər (Sazişin 4-cü bəndində göstərilir ki, həmin Saziş 07 dekabr 2020-ci il tarixindən qüvvəyə minir). İş materiallarında olan icarəyəverən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə X1 (VÖEN **********) arasında bağlanmış 01 oktyabr 2020-ci il tarixli 32 №-li İcarə Müqaviləsinin (həmin Müqavilə notariat qaydasında təsdiq edilməmişdir) məzmunu ilə müəyyən olunur ki, icarəyəverən "xxxx" MMC tərəfindən Sumqayıt şəhəri, 36-cı məhəllə, Heydər Əliyev prospektində yerləşən 9 mərtəbəli qeyri-yaşayış binasının birinci mərtəbəsindəki 600 kv.m. ibarət qeyri-yaşayış sahəsi ƏDV daxil aylıq 1200 (min iki yüz) manat məbləğində icarə haqqı müqabilində 32 ay müddətinə X1na icarəyə verilmişdir. Həmin Müqavilənin şərtlərinə əsasən - qeyri-yaşayış sahəsindən istifadəyə görə “İcarəçi” “İcarəyəverən”ə aylıq 1200 (min iki yüz) manat məbləğində icarə haqqı ödəyir (3.1-ci bənd); Müqavilənin imzalandığı təqvim ayı üzrə İcarəçi tərəfindən icarə haqqı ödənilir. Hər növbəti icarə haqqı müvafiq təqvim ayının ilk 5 (beş) günü ərzində İcarəçi tərəfindən İcarəyə verənin bank hesabına köçürülmə və ya kassasına nağd şəkildə mədaxil edilmə yolu ilə ödənilir (3.2-ci bənd); İcarəyə verilmiş əmlaka münasibətdə qanunvericiliklə nəzərdə tutulmuş bütün vergilər “İcarəyəverən”in hesabına ödənilir (3.3-cü bənd); İcarəyə götürən Cavabdeh İcarəyəverən "xxxx" MMC-yə aylıq 1016,90 (min on altı manat 90 qəpik) manat və aylıq 183,10 (yüz səksən üç manat 10 qəpik) manat ƏDV olmaqla, cəmi 1200 (min iki yüz) manat icarə haqqı hesablanır. Ödəniş avans olaraq 32 (otuz iki) ay üçün hər biri 1200 (min iki yüz) manat olmaqla, ümumilikdə 38400 manat ödənilmişdir (10.1-ci bənd). İş materiallarında olan, sifarişçi “Mərkəz Servis" MMC-nin müraciəti əsasında "xxxx" MMC tərəfindən tərtib edilmiş 21 aprel 2021-ci il tarixli 47 nömrəli daşınmaz əmlakın qiymətinin təyin edilməsi barədə Rəydən görünür ki, Sumqayıt şəhəri, 36-cı məhəllə, Heydər Əliyev prospekti ünvanda yerləşən, 0,075 ha torpaq sahəsinin üzərində inşa edilmiş, ümumi sahəsi 7169.2 kv.m. olan 8 (səkkiz) mərtəbəli, biznes təyinatlı (Biznes Mərkəzi) qeyri-yaşayış binasının zirzəmisində (Parking), 600 (altı yüz) kv.m olan sahənin 1 (bir) ay üçün icarə dəyəri (Vergilər xaric) 3500 (üç min beş yüz) manat məbləğində qiymətləndirilmişdir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, icarəçi "xxxx" MMC 07 yanvar 2021-ci il tarixli İcarə Müqaviləsi əsasında icarəyəverən “A+A Şirkətlər Qrupu” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus Sumqayıt şəhəri, 36-cı məhəllə, Heydər Əliyev prospektində yerləşən ümumi sahəsi 7169,20 kv.metr olan binanı icarəyə götürdükdən sonra, həmin binanın (“Mərkəz Plaza”) 600 m2 sahəsi olan anbarından faktiki istifadə edən Cavabdeh (VÖEN **********) "xxxx" MMC ilə subicarə müqaviləsinin bağlanması, əks təqdirdə isə istifadə etdiyi qeyri-yaşayış sahəsini təhvil verərək əmlakı ilə birlikdə çıxması üçün müraciət etmiş olsa da, həmin təklif qarşı tərəfdən qəbul edilməmişdir. Cavabdeh apelyasiya şikayətində bu imtinasını – “həmin binanın əvvəlki icarəçisi "xxxx" MMC ilə bağladığı 01 oktyabr 2020-ci il tarixli İcarə Müqaviləsi əsasında aylıq 1200 manat olmaqla, 32 ay müddətinə icarəyə götürməsi və icarə haqqı olaraq "xxxx" MMC-yə əvvəlcədən həmin 32 ay üçün nəzərdə tutulan cəmi 38400 manat məbləğində icarə haqqını bir dəfəyə ödəməsi” ilə əsaslandırmışdır. İş materialları ilə o da müəyyən olunur ki, 20 fevral 2020-ci il tarixli İcarə Müqaviləsi əsasında icarəyəverən “A+A Şirkətlər Qrupu” MMC tərəfindən Sumqayıt şəhəri, 36-cı məhəllə, Heydər Əliyev prospekti ünvanında yerləşən məlum bina icarəçi "xxxx" MMC-yə 5 il müddətinə icarəyə verilsə də, icarəçi "xxxx" MMC-nin 01 oktyabr 2020-ci il tarixli “Bildiriş” məktubunda edilən müraciətinə əsasən imzalanmış “İcarə Müqaviləsinin ləğvinə dair” 07 dekabr 2020-ci il tarixli Saziş ilə icarəyəverən “A+A Şirkətlər Qrupu” MMC ilə icarəçi "xxxx" MMC arasında bağlanmış 20 fevral 2020-ci il tarixli İcarə Müqaviləsinə qarşılıqlı razılıq əsasında 30 dekabr 2020-ci il tarixində xitam verilmişdir. Həmçinin, "xxxx" MMC ilə X4 arasında bağlanmış 01 oktyabr 2020-ci il tarixli İcarə Müqaviləsində icarəyəverən "xxxx" MMC tərəfindən Sumqayıt şəhəri, 36-cı məhəllə, Heydər Əliyev prospektində yerləşən 9 mərtəbəli qeyri-yaşayış binasının birinci mərtəbəsindəki 600 kv.m.-dən ibarət qeyri-yaşayış sahəsinin ƏDV daxil aylıq 1200 (min iki yüz) manat məbləğində icarə haqqı müqabilində 32 ay müddətinə X1na icarəyə verildiyi göstərilmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş və hesab etmişdir ki, tələb qismən təmin olunmalı, 07 yanvar 2021-ci il tarixindən 18 may 2021-ci il tarixinə qədər olan müddət üçün iddia tələbində qeyd olunan aylıq “3000 manat” məbləğində deyil, aylıq 1200 (min iki yüz) manat məbləğində hesablanmaqla tutulmalıdır və 07.01.2021-ci il tarixindən 18.05.2021-ci il tarixə qədər olan müddət üçün ümumilikdə cəmi 5240 (beş min iki yüz qırx) manat məbləğində pul tutulmalıdır (07 yanvar 2021-ci il - 18 may 2021-ci il = 4 ay 11 gün x 1200 manat = 4800 (4 ay) + 440 (11 gün) = 5240 manat). Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir. Kollegiya ilkin olaraq icarəyəverən "xxxx" MMC ilə X4 arasında bağlanmış 01 oktyabr 2020-ci il tarixli İcarə Müqaviləsinə əsasən 1200 (min iki yüz) manat məbləğində aylıq icarə haqqı olmasını nəzərə alaraq, birinci instansiya məhkəməsinin 07 yanvar 2021ci il tarixindən 18 may 2021-ci il tarixinə qədər olan müddət üçün icarə haqqını aylıq 1200 (min iki yüz) manat məbləğində hesablamasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.1 və 158.1.2-ci maddələrinə əsasən, əmlakdan istifadə hüququ da mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Həmin Məcəllənin 675-ci maddəsinə əsasən, əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş İcarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 701.2.4-ci maddəsinə əsasən, icarəyə xitam verildikdən sonra icarəçi mövcud ləvazimatı icarəyə verənə qaytarmalıdır. Həmin Məcəllənin 705-ci maddəsinə əsasən, əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir. Cavabdehin və üçüncü şəxsin apelyasiya şikayətlərinin əsas dəlili cavabdehlə üçüncü şəxs arasında artıq icarə müqaviləsinin olması, cavabdeh tərəfindən icarə haqqının ödənilməsi və bu səbəbdən iddiaçı ilə cavabdeh arasında yeni icarə müqaviləsi bağlanmasının yolverilməzliyi olmuşdur. Yuxarıda qeyd olunan normalara əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətlərinin dəlilləri formal olmaqla qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Ona görə də apelyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. NƏTİCƏ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 402, 403, 404, 405, 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Apelyasiya şikayətləri təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-428/2021 saylı, 18 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən təqdim olunduğu gündən 2 ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına (ünvan: ünvan 3
Məhkəmə qərarları › İş №2-2(105)-108/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-108/2021
13.09.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver