Məhkəmə qərarları › İş №2-2(105)-11/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-11/2020

30.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-11/2020 30.01.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər X10 və X1 ibarət tərkibdə, X21 oğlunun katibliyi, ilkin iddia üzrə iddiaçı «Xəzər» səhmdar cəmiyyətinin sədri X11, vəkili X3, ilkin iddia üzrə cavabdeh və eyni zamanda cavabdeh «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi X4 iştirakı ilə, İddiaçı «Xəzər» Səhmdar Cəmiyyətinin cavabdehlər «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə, X5, X8 və X16 qarşı ilkin iddia üzrə 395.000 manat məbləğində borcun «xxxx» məhdud məsuliyyətli cəmiyyətindən, X2, X6 və X12 tutularaq «Xəzər» səhmdar cəmiyyətinə ödənilməsi, qarşılıqlı iddia üzrə iddiaçı X4 cavabdeh «Xəzər» Səhmdar Cəmiyyətinə qarşı X7 ilə «Xəzər» Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2017-ci il tarixli borc müqaviləsində qeyd edilmiş “Borcalan öhdəsinə götürür: bu Müqavilə bağlandığı gündən əldə etdiyi gəlirdən hər əməliyyat üçün həftədə 7000-10000 manat (əməliyyatın nəticəsindən asılı olaraq) Borcverənə divident ödəyir” şərtinin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia tələbinə dair iddiası üzrə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-2(85)-81/2019 saylı qətnaməsindən cavabdehlər tərəfindən verilmiş şikayətə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı «Xəzər» səhmdar cəmiyyəti cavabdeh «xxxx» MMC-nə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək 375.000 manat məbləğində borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı «Xəzər» səhmdar cəmiyyəti iddia tələbinin həcminin artırılması barədə ərizəylə məhkəməyə müraciət edərək, 395.000 manat məbləğində borcun «xxxx» MMC-dən, X2, X6 və X12 tutularaq «Xəzər» səhmdar cəmiyyətinə ödənilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə, X7, X13 və X18 cavabdeh qismində işə cəlb edilmişlər. Sonradan cavabdeh X7 «Xəzər» səhmdar cəmiyyətinə qarşı qarşılıqlı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək X7 ilə «Xəzər» Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2017-ci il tarixli borc müqaviləsində qeyd edilmiş “Borcalan öhdəsinə götürür: bu Müqavilə bağlandığı gündən əldə etdiyi gəlirdən hər əməliyyat üçün həftədə 7000-10000 manat (əməliyyatın nəticəsindən asılı olaraq) borcverənə dividend ödəyir” şərtinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə ilkin iddia təmin edilmiş, 395.000 manat məbləğində borcun və 30 manat dövlət rüsumunu «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətindən, X2, X6 və X12 tutularaq «Xəzər» Səhmdar Cəmiyyətinə ödənilməsi, qarşılıqlı iddianın isə rədd edilməsi qət olunmuşdur. Qətnamədən ilkin iddia üzrə cavabdehlər apelyasiya şikayəti vermişlər. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(105)- 76/2019 saylı xx xxx 2019-cu il tarixli qətnaməsi ilə ilkin iddia üzrə cavabdehlərin apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-2(85)-81/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən narazı qalan ilkin iddia üzrə cavabdehlər tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(102)-456/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə ilkin iddia üzrə cavabdehlərin kassasiya şikayəti qismən təmin edilərək Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(105)-76/2019 saylı xx xxx 2019-cu il tarixli qərarı ləğv edilmiş və işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. İşə yenidən apelyasiya qaydasında baxılarkən ilkin iddia üzrə iddiaçı «Xəzər» səhmdar cəmiyyətinin sədri X11, ilkin iddia üzrə cavabdeh və eyni zamanda cavabdeh «xxxx» MMC-nin təsisçisi X7 və ilkin iddia üzrə cavabdeh X13 eyni zamanda cavabdeh «xxxx» MMC-nin direktoru məhkəməyə müraciət edərək tərəflər arasında imzalanmış xx xxxxxx 2020-ci il tarixli barışıq sazişinin təsdiq edilməsini xahiş etmişlər. xx xxxxxx 2020-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər kommersiya mübahisəsinə dair öz aralarında aşağıda göstərilən şərtlərlə razılığa gəlmişlər:

1. “Xəzər” Səhmdar Cəmiyyəti və “xxxx” MMC-nin təsisçisi X7 və “xxxx” MMC-nin direktoru X13 barışığa gələrək sonuncuların iddiaçı “Xəzər” SC-nin cavabdehlər “xxxx” MMC, X7, X13 və X16 qarşı “ilkin iddia üzrə 395000 manat məbləğində borcun “xxxx” MMC-dən, X2, X6 və X12 tutularaq “Xəzər” SC-nə ödənilməsi, qarşiliqlı iddia üzrə X7 ilə “Xəzər” SC-i arasında bağlanmış xx.xx.2017-ci il tarixli borc müqaviləsində qeyd edilmiş “borcalan öhdəsinə götürür: bu müqavilə bağlandığı gündən əldə etdiyi gəlir hər əməliyyat üçün həftədə 7000-10000 manat (əməliyyatın nəticəsindən asılı olaraq) borcverənə divident ödəyir” şərtinin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia tələbinə dair iş üzrə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli Qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apelyasiya şikayətinə dair Sumqayıt Apelyasiya məhkəməsinin icraatında olan işin xitam olunması barədə və bir-birinə qarşı olan iddia tələblərindən imtina etməyi və bunun müqabilində “Xəzər” SC-i “xxxx” MMC-nin ödədiyi 48000 manatı və torpaq satışından əldə olunan əlavə gəliri divident kimi qəbul etməyi və dividenti bağlamağı, “xxxx” MMC-nin təsisçisi X7 və “xxxx” MMC-nin direktoru X13 isə əsas borc kütləsini - 135000 manatı on ayda bağlanmağı öhdəsinə götürürlər (“xxxx” MMC-nin təsisçisi X4 xx.xx.2020-ci il tarixli Ərizəsi əlavə olunur).

2. Barışıq sazişinə əsasən “Xəzər” Səhmdar Cəmiyyəti və “xxxx” MMC-nin təsisçisi X7 və “xxxx” MMC-nin direktoru X13 iddiaçı “Xəzər” SC-nin cavabdehlər “xxxx” MMC, X7, X13 və X16 qarşı “ilkin iddia üzrə 395000 manat məbləğində borcun “xxxx” MMC-dən, X2, X6 və X12 tutularaq “Xəzər” SC-nə ödənilməsi, qarşiliqlı iddia üzrə X7 ilə “Xəzər” SC-i arasında bağlanmış xx.xx.2017ci il tarixli borc müqaviləsində qeyd edilmiş “borcalan öhdəsinə götürür: bu müqavilə bağlandığı gündən əldə etdiyi gəlir hər əməliyyat üçün həftədə 7000-10000 manat (əməliyyatın nəticəsindən asılı olaraq) borcverənə divident ödəyir” şərtinin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia tələbləri ilə bağlı iddialarına son qoyurlar.

3. Sazişə əsasən “Xəzər” Səhmdar Cəmiyyəti və “xxxx” MMC-nin təsisçisi X7 və “xxxx” MMC-nin direktoru X13 öhdəlik götürürlər ki, bir daha yuxarıda göstərilən tələblə bağlı bir-birlərinə qarşı heç bir iddia qaldırmayacaq və bir-birlərini narahat etməyəcəklər.

4. Bu sazişin şərtləri hər iki tərəf üçün məcburi qüvvəyə malik olan öhdəlikdir, əgər hər hansı tərəf sazişin şərtlərinə əməl etməzsə hüquqları pozulan şəxs məhkəməyə müraciət edərək sazişdə nəzərdə tutulan öhdəliklərin tam icrasını tələb edə bilər.

5. Barışıq sazişi tərəflərin onu imzaladığı andan qüvvəyə minir, tərəflər üçün buna müvafiq hüquq və öhdəliklər yaradır. Barışıq sazişi işi sülh yolu ilə həll etmək niyyəti ilə tərtib olunmuş və hər iki tərəf məhkəmənin icraatında olan həmin mübahisəyə xitam verilməsi üçün bu sazişi məhkəməyə təqdim etməkdə sərbəstdir. Apelyasiya baxışı zamanı ilkin iddia üzrə iddiaçı «Xəzər» səhmdar cəmiyyətinin sədri X11, ilkin iddia üzrə cavabdeh və eyni zamanda cavabdeh «xxxx» MMC-nin təsisçisi X7 barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmə kollegiyasından xahiş etdilər. İşə apelyasiya qaydasında baxılarkən cavabdehlər X13 və X16 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağrılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzrlü səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə cavabdehlər X13 və X14 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə tərəflərə AR MPM-nin 191-ci maddəsinin tələbləri izah edilmişdir. Məhkəmə kollegiyası barışıq sazişini nəzərdən keçirərək, iş üzrə tərəflərin barışıq sazişinə dair fikirlərini dinləyərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən barışıq sazişi təsdiq edilməli, qətnamə ləğv edilməklə, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5. maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, tərəflərin təqdim etdikləri barışıq sazişinin şərtləri qanuna zidd deyil və digər şəxslərin mənafelərinə toxunmur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, tərəflərin bağlamış olduqları xx xxxxxx 2020-ci tarixli barışıq sazişi qanuni və əsaslı olduğu üçün təsdiq edilməli və Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinin qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli 2-2(85)-81/2019 saylı qətnamə ləğv edilməklə, iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261-264, 391 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə R А R А A L D İ:

Aşağıda göstərilən məzmunda tərəflər arasında bağlanmış xx xxxxxx 2020-ci tarixli barışıq sazişi təsdiq edilsin:

1. “Xəzər” Səhmdar Cəmiyyəti və “xxxx” MMC-nin təsisçisi X7 və “xxxx” MMC-nin direktoru X13 barışığa gələrək sonuncuların iddiaçı “Xəzər” SC-nin cavabdehlər “xxxx” MMC, X7, X13 və X16 qarşı “ilkin iddia üzrə 395000 manat məbləğində borcun “xxxx” MMC-dən, X2, X6 və X12 tutularaq “Xəzər” SC-nə ödənilməsi, qarşiliqlı iddia üzrə X7 ilə “Xəzər” SC-i arasında bağlanmış xx.xx.2017-ci il tarixli borc müqaviləsində qeyd edilmiş “borcalan öhdəsinə götürür: bu müqavilə bağlandığı gündən əldə etdiyi gəlir hər əməliyyat üçün həftədə 7000-10000 manat (əməliyyatın nəticəsindən asılı olaraq) borcverənə divident ödəyir” şərtinin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia tələbinə dair iş üzrə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli Qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apelyasiya şikayətinə dair Sumqayıt Apelyasiya məhkəməsinin icraatında olan işin xitam olunması barədə və bir-birinə qarşı olan iddia tələblərindən imtina etməyi və bunun müqabilində “Xəzər” SC-i “xxxx” MMC-nin ödədiyi 48000 manatı və torpaq satışından əldə olunan əlavə gəliri divident kimi qəbul etməyi və dividenti bağlamağı, “xxxx” MMC-nin təsisçisi X7 və “xxxx” MMC-nin direktoru X13 isə əsas borc kütləsini - 135000 manatı on ayda bağlanmağı öhdəsinə götürürlər (“xxxx” MMC-nin təsisçisi X4 xx.xx.2020-ci il tarixli Ərizəsi əlavə olunur).

2. Barışıq sazişinə əsasən “Xəzər” Səhmdar Cəmiyyəti və “xxxx” MMC-nin təsisçisi X7 və “xxxx” MMC-nin direktoru X13 iddiaçı “Xəzər” SC-nin cavabdehlər “xxxx” MMC, X7, X13 və X16 qarşı “ilkin iddia üzrə 395000 manat məbləğində borcun “xxxx” MMC-dən, X2, X6 və X12 tutularaq “Xəzər” SC-nə ödənilməsi, qarşiliqlı iddia üzrə X7 ilə “Xəzər” SC-i arasında bağlanmış xx.xx.2017ci il tarixli borc müqaviləsində qeyd edilmiş “borcalan öhdəsinə götürür: bu müqavilə bağlandığı gündən əldə etdiyi gəlir hər əməliyyat üçün həftədə 7000-10000 manat (əməliyyatın nəticəsindən asılı olaraq) borcverənə divident ödəyir” şərtinin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia tələbləri ilə bağlı iddialarına son qoyurlar.

3. Sazişə əsasən “Xəzər” Səhmdar Cəmiyyəti və “xxxx” MMC-nin təsisçisi X7 və “xxxx” MMC-nin direktoru X13 öhdəlik götürürlər ki, bir daha yuxarıda göstərilən tələblə bağlı bir-birlərinə qarşı heç bir iddia qaldırmayacaq və bir-birlərini narahat etməyəcəklər.

4. Bu sazişin şərtləri hər iki tərəf üçün məcburi qüvvəyə malik olan öhdəlikdir, əgər hər hansı tərəf sazişin şərtlərinə əməl etməzsə hüquqları pozulan şəxs məhkəməyə müraciət edərək sazişdə nəzərdə tutulan öhdəliklərin tam icrasını tələb edə bilər.

5. Barışıq sazişi tərəflərin onu imzaladığı andan qüvvəyə minir, tərəflər üçün buna müvafiq hüquq və öhdəliklər yaradır. Barışıq sazişi işi sülh yolu ilə həll etmək niyyəti ilə tərtib olunmuş və hər iki tərəf məhkəmənin icraatında olan həmin mübahisəyə xitam verilməsi üçün bu sazişi məhkəməyə təqdim etməkdə sərbəstdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-2(85)-81/2019 saylı qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, barışıq sazişi məhkəmə tərəfindən təsdiq edildikdə və işin icraatına xitam verildikdə tərəflərin eyni predmet və eyni əsaslar üzrə mübahisəyə dair məhkəməyə təkrar müraciət etmələrinə yol verilmir. Qərardad elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibatiiqtisadi kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Səadət Bəktaşi Hakimlər Telman Quliyev Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar