Məhkəmə qərarları › İş №2-2(105)-115/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-115/2025

15.01.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-115/2025 15.01.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Məhəmmədhadıyeviçin cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Hüseynzadə Afiq Hüseyn oğlu və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səlim Günay Asif qızının katibliyi, iddiaçı Ramazanov Mövləddin Məhəmmədhadıyeviçin nümayəndəsi vəkil Nümayəndə2, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə3, digər Cavabdeh2 və onun nümayəndəsi vəkil X10 iştirakı ilə, İddiaçı Məhəmmədhadıyeviçin cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı “AAAF-İNŞAAT" MMC-nin nizamnaməsinin 4.2.3-cü bəndinin və nizamnaməyə bu bəndlə əlaqədar edilmiş dəyişikliklə bağlı ümumi yığıncağın qərarının həmin hissədə etibarsız hesab edilməsi, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, onun əsasında verilmiş dövlət reyestrindən daşınmaz əmlaka dair çıxarışın, torpaq sahəsinin plan və ölçüsünün ləğv edilməsi, tikintinin sökülməsi” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 24 iyun 2025-ci il tarixli, e-2-2(119)-19/2025 nömrəli qətnaməsindən cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri əsasında işə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İşin halları

1. İş materiallarında olan təsisçi Cavabdeh4 adından Vamiq Şükürov və təsisçi Pərvin Əliyev tərəfindən 25 fevral 2005-ci il tarixində təsdiq edilmiş və 02 mart 2005-ci il tarixində dövlət qeydiyyatına alınmış "xxxx" MMC-nin nizamnaməsinin birinci redaksiyasının 6.3-cü bəndinə əsasən, Cavabdeh4 nizamnamə kapitalında 100% paya malikdir.

2. İş materiallarında olan təsisçi Cavabdeh4 adından Vamiq Şükürov və təsisçi Pərvin Əliyev tərəfindən 26 oktyabr 2016-cı il tarixində təsdiq edilmiş və eyni tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Departamenti tərəfindən qeydə alınmış "xxxx" MMC-nin nizamnaməsinin ikinci redaksiyasının 2.2-ci bəndinə əsasən, cəmiyyət iştirakçılarının nizamnamə kapitalındakı payları: “Cavabdeh4 - 90%, 18 manat, 18 pay, pul şəklində; X20 - 10%, 2 manat, 2 pay, pul şəklində” kimi müəyyən edilmişdir.

3. Həmin redaksiyada olan nizamnamənin 4.2-ci bəndinə əsasən, ümumi yığıncaq növbəti və növbədənkənar ola bilər. Növbəti ümumi yığıncaq icra orqanı tərəfindən müəyyən edilmiş müddətdə çağırılır. Hər bir təsisçi cəmiyyətin ümumi yığıncağında iştirak etmək, cəmiyyətin orqanlarını seçmək (təyin etmək), onlara seçilmək (təyin edilmək) və səsvermədə (şəxsən) iştirak etmək və ya müəyyən edilmiş qaydada təyin etdiyi nümayəndə vasitəsilə təmsil olunmaq hüququ vardır. İştirakçıların həmin hüquqlarını məhdudlaşdıran hər hansı razılaşma və ya hərəkət etibarsızdır.

4. Həmin redaksiyanın 4.2.3-cü bəndinə əsasən, direktor, bu nizamnamə ilə ümumi yığıncağın səlahiyyətlərinə aid edilməmiş istənilən məsələylə bağlı, bu nizamnamədə nəzərdə tutulub-tutulmamasından asılı olmayaraq ümumi yığıncağın razılığı olmadan öz mülahizəsinə əsasən müstəqil şəkildə qərar vermək və cəmiyyətə məxsus əmlak (istənilən əşya və qeyri-maddi əmlak nemətləri) üzərində sərəncam vermək, o cümlədən hüquqi və ya fiziki şəxslərə etibarnamə vermək səlahiyyətinə malikdir.

5. İş materiallarında olan X20 və İddiaçı Məhəmmədhadıyeviç arasında bağlanmış Bakı şəhəri 21 saylı notariat ofisində xüsusi notarius X21 tərəfindən təsdiq edilmiş 29 iyun 2020-ci il tarixli 3M-445 reyestr nömrəli payın alqı-satqı müqaviləsinin 1-ci bəndinə əsasən, satıcı Pərvin Əliyev "xxxx" MMC-nin nizamnamə kapitalında ona məxsus nizamnamə kapitalının 2 pay, 2 manat pul şəklində olmaqla 10 %-lik payını təsisçilik hüquqlarını İddiaçı Məhəmmədhadıyeviçə satır. Alıcı isə həmin payı alır və bu müqavilədə müəyyən olunan haqqı ödəyir. Həmin müqavilənin 1.4-cü bəndinə əsasən, X20 ona məxsus nizamnamə kapitalının 2 pay, 2 manat pul şəkilində olmaqla 10%-lik payını, təsisçilik hüquqlarını 200 manata İddiaçı Məhəmmədhadıyeviçə satır.

6. İş materiallarında olan 27 dekabr 2021-ci il tarixli İddiaçı Məhəmmədhadıyeviç tərəfindən X12 verilmiş etibarnamə ilə 3 il müddətinə “bütün növ ictimai təşkilat, idarə, qurum və müəssisələrdə, digər fiziki və hüquqi şəxslər qarşısında təmsil etmək” səlahiyyəti də daxil olmaqla bir çox səlahiyyətlər Nazim Nəsirova etibar edilmişdir.

7. İş materiallarında olan İddiaçı tərəfindən "xxxx" MMC-yə və Cavabdeh4 ünvanlanmış 19 aprel 2022-ci il tarixli “Təsisçilərin növbədənkənar yığıncağının keçirilməsi və gündəliyə yeni müzakirə mövzularının əlavə olunması barədə” bildirişin məzmununda 4 məsələnin : 1) cəmiyyətin hazırkı qanuni təmsilçisi X15 tərəfindən ümumi yığıncağa müvafiq sənədlərin təqdim edilməsi və həmin sənədlərin müvafiq qaydada həm direktor, həm də şirkətin hüquqşünası tərəfindən imzalanaraq möhürlə təsdiq edilməsi; 2) "xxxx" MMC-nin nizamnaməsinə uyğun olaraq, 2021-ci il üçün maliyyə fəaliyyətinin yoxlanılması məqsədilə onun iştirakı ilə müstəqil auditorun (kənar audit) dəvət edilməsi barədə təsişçilər tərəfindən qərar qəbul edilməsi; 3) cəmiyyətin iş fəaliyyətinə nəzarətin həyata keçirilməsi, planlaşdırılan tədbirlərin lazımi səviyyədə görülməsi məqsədi ilə "xxxx" MMCnin icraçı direktoru vəzifəsinə X11 təyin edilməsi, şirkətin bütün işçi heyətinin işinə nəzarəti həyata keçirmək funksiyalarına malik səlahiyyətlər verilməklə onunla əmək müqaviləsinin bağlanması, direktorun aldığı əmək haqqına uyğun maaşla, xidməti otaqla (otağın zəruri mebel, əşya, ləvazimat, avadanlıqlarla (kompüter, printer və s. təchiz edilməsi) təmin edilməsi barədə əmrin verilməsi üçün qanuni təmsilçiyə müvafiq göstərişin verilməsi ilə bağlı məsələlərin müzakirəsi; 4) "xxxx" MMC-də qanuni təmsilçilərin mütəmadi dəyişdirilməsinin və hazırkı qanuni təmsilçisi X8 dəyişdirilməsinin səbəbləri, işlərində nöqsanlara yol verdiyi müəyyən olunmuşdursa, əgər ciddi qanun pozuntusuna yol verilməsi barədə sübutlar mövcuddursa ona qarşı hansı qanuni tədbirlərin görülməsi ilə bağlı məsələlərin müzakirəsi kimi məsələlərin keçirilməsi nəzərdə tutulan "xxxx" MMC-nin növbədənkənar ümumi yığıncağının gündəliyinə həmin müzakirə mövzularının da əlavə olunmasını xahiş etmişdir.

8. İş materiallarında olan təsisçi Cavabdeh4 və digər təsisçi İddiaçı nümayəndəsi Nazim Nəsirov tərəfindən imzalanmış "xxxx" MMC-nin təsisçilərinin 19 aprel 2022-ci il tarixli ümumi yığıncağının qərarı ilə "xxxx" MMC-nin qanuni təmsilçiliyinə və eyni zamanda direktor vəzifəsinə Cavabdeh4 təyin edilməsi, həmçinin dəyişikliklərin qeydə alınması barədə müvafiq sənədləşmənin aparılması və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin müvafiq strukturlarına müraciəti cəmiyyətin hüquqşünası X5 həvalə olunması və ona müvafiq etibarnamə verilməsi qərara alınmışdır.

9. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsindən verilmiş 29 aprel 2022-ci il tarixli çıxarışdan görünür ki, "xxxx" MMC-nin təsisçiləri: nizamnamə kapitalında 10 faiz paya malik olan İddiaçı Məhəmmədhadıyeviç və 90 faiz paya malik olan Cavabdeh4dur.

10. İş materiallarında olan İddiaçı tərəfindən "xxxx" MMC-yə və Cavabdeh4 ünvanlanmış 21 iyun 2022-ci il tarixli “səhmlərin satın almaqda üstünlük hüququna malik olan şəxsə təklif olunması barədə” bildirişin məzmununda “... hal-hazırda "xxxx" MMC-də özümə məxsus nizamnamə kapitalı 2 (iki) paydan ibarət olmaqla 10% payı həqiqi dəyərinə uyğun olaraq satmaq niyyətim var və qanunvericiliyin tələbinə əsasən səhmlərin satın almaqda üstünlük hüququna malik olduğunuz üçün bunu ilk öncə Sizə təklif edirəm” qeyd edilmişdir.

11. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh4 ünvanlanmış 26 iyul 2022-ci il tarixli bildirişin məzmununda “... "xxxx" MMC-nin nizamnamə kapitalında 10 % təsis payımı ******* manata satmaq niyyətimin olduğunu bildirirəm və qaydalara uyğun olaraq, səhmləri satın almaqda üstünlük hüququna malik olduğunuz üçün bunu ilk öncə Sizə təklif edirəm. Onu da xüsusi olaraq qeyd edim ki, əgər həmin 10 % təsis payın əldə edilməsində istəyiniz, marağınız və məqsədiniz varsa, satış qiyməti və digər şərtlərlə bağlı məsələləri Sizinlə birgə müzakirə etməyə də hazıram” qeyd edilmişdir.

12. İş materiallarında olan satıcı qismində "xxxx" MMC ilə alıcı qismində Cavabdeh2 arasında bağlanmış, Bakı şəhəri 26 saylı notariat ofisinin xüsusi notariusu Cavabdeh3 tərəfindən təsdiq edilmiş, 23 dekabr 2022- ci il tarixli AN-İ ******* nömrəli (reyestr nömrəsi: 4Ə-810) daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 1-ci və 4-cü bəndlərinə əsasən, satıcı (cavabdeh "xxxx" MMC) Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən, ümumi sahəsi 0,06 ha olan torpaq sahəsini alıcıya (Cavabdeh2) 5000 manata satmış, alıcı isə həmin torpaq sahəsini qeyd edilən qiymətə almışdır.

13. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən 0,06 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində Cavabdeh2 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 27 dekabr 2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə (reyestr nömrəsi: **********91) daşınmaz əmlakın dövlət reyestrində 1213 nömrəli reyestr kitabının 26 nömrəli vərəqində qeydiyyata alınmışdır.

14. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən məhkəməyə təqdim edilmiş 12 iyun 2024-cü il tarixli 10/2031- 9/2076 nömrəli ekspert rəyinin nəticə hissəsində göstərilmişdir: - “birinci və ikinci suallar üzrə: Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167, giriş hissədə inşa edilmiş 7 mərtəbəli yaşayış binasının yan tərəfində hasar inşa olunduğu, həmin hasarın hündürlüyünün 2,6 metr təşkil etdiyini nəzərə alaraq həmin hasarın Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.3-cü maddəsinin tələblərinə uyğun inşa edilmədiyi müəyyən edilmişdir; - üçüncü sual üzrə: Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167, giriş hissədə inşa edilmiş yeddimərtəbəli yaşayış binasının yan tərəfində yerləşən Cavabdeh2 mülkiyyətində olan sözügedən torpaq sahəsinin hasara alınması və ya orada tikinti işlərinin aparılması həmin binanın sakinlərinin, onlara və ya üçüncü şəxslərə məxsus nəqliyyat vasitələrinin, o cümlədən fövqəladə hallar zamanı digər müvafiq vasitələrin binaya giriş-çıxış imkanlarına, həmçinin sakinlərin istirahət, gəzinti imkanlarına məhdudiyyət yaradıb-yaratmaması üçün xüsusi bilik tələb olunmadığından üçüncü sualda göstərilən məsələlər üzrə tədqiqat aparılmamışdır; - dördüncü sual üzrə: Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167, giriş hissədə inşa edilmiş yeddimərtəbəli yaşayış binasının yan tərəfində yerləşən torpaq sahəsinə yaxınlıqda yerləşən analoji torpaq sahələrinin 1 sotunun 2022-ci ilə olan orta bazar qiyməti təqribən 76000 manat məbləğində müəyyən edilmişdir” qeyd edilmişdir.

15. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən məhkəməyə təqdim edilmiş 08 yanvar 2025-ci il tarixli 10/7170- 9/7506 nömrəli ekspert rəyinin nəticə hissəsində göstərilmişdir: - “birinci sual üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssis rəyinin təqdim edilməsi barədə məhkəməyə 19 sentyabr 2024-cü il tarixdə vəsatət verilmişdir. Vəsatətə cavab olaraq, məhkəmə tərəfindən mütəxəssislər tərəfindən tədqiq olunan torpaq sahəsinə baxış keçirilməsi 03 noyabr 2024-cü il tarixə təyin edilmişdir. Lakin həmin tarixdə mütəxəssislər baxışda iştirak etmədiyindən və vəsatətin verilməsindən 1 aydan artıq müddət keçməsinə baxmayaraq mütəxəssis rəyi Mərkəzə təqdim edilmədiyindən sual üzrə tədqiqat aparılmamışdır; - ikinci sual üzrə: Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69 saylı maddəsinin, 69.5.1-ci bəndində tikililər arasındakı məsafənin divar hündürlüyünün 0,6 hissəsi qədər olmasına əsasən, yaşayış binası ilə sözügedən hasar arasında olan məsafənin 6,3 metr olmalı olduğunu, faktiki olaraq isə hasarla bina arasındakı məsafələrin 5 metr, 8,7 metr və 7,4 metr təşkil etdiyini nəzərə alaraq, müəyyən edilmiş 5 metr, 8,7 metr və 7,4 metr məsafələrin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olmadığı müəyyən edilmişdir; - üçüncü sual üzrə: Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167, giriş hissədə inşa edilmiş yeddimərtəbəli yaşayış binasının yan tərəfində yerləşən Cavabdeh2 mülkiyyətində olan sözügedən torpaq sahəsinin hasara alınması və ya orada tikinti işlərinin aparılması həmin binanın sakinlərinin, onlara və ya üçüncü şəxslərə məxsus nəqliyyat vasitələrinin, o cümlədən fövqəladə hallar zamanı digər müvafiq vasitələrin binaya giriş-çıxış imkanlarına, həmçinin sakinlərin istirahət, gəzinti imkanlarına məhdudiyyət yaradıb-yaratmaması üçün xüsusi bilik tələb olunmadığından üçüncü sualda göstərilən məsələlər üzrə tədqiqat aparılmamışdır; - dördüncü sual üzrə: Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167, giriş hissədə inşa edilmiş 7 mərtəbəli yaşayış binasının yan tərəfində yerləşən 6 sot torpaq sahəsinin 2022-ci ilə olan orta bazar qiyməti təqribən 456000 manat məbləğində müəyyən edilmişdir” qeyd edilmişdir.

16. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən təqdim edilmiş 15 yanvar 2025-ci il tarixli 3-21-3-32/2-490/2025 nömrəli mütəxəssis rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, Cavabdeh2 faktiki istifadəsində olan daş hasarın daxilində yerləşən torpaq sahəsi ilə **********91 reyestr nömrəli çıxarışla Cavabdeh2 sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşən hissəsi 0.05 ha təşkil edir (rəyə müvafiq sxem əlavə olunmuşdur). Cavabdeh2 faktiki istifadəsində olan daş hasar ilə çoxmərtəbəli yaşayış binası ilə ara məsafəsi 5,7 metrlə 7,56 metr artan məsafədə yerləşir. Həmin məsafənin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin və bu sahədə qüvvədə olan digər normativ aktların tələblərinə uyğun olub-olmaması sualının cavablandırılması idarənin səlahiyyətləri xaricindədir. 3-cü sualın (Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167, giriş hissədə inşa edilmiş 7 mərtəbəli yaşayış binasının yan tərəfində - Cavabdeh2 mülkiyyətində olan sözügedən torpaq sahəsində çəkilmiş hasarın həmin binanın sakinlərinin, onlara və ya üçüncü şəxslərə məxsus nəqliyyat vasitələrinin, o cümlədən fövqaladə hallar zamanı digər müvafiq vasitələrin binaya giriş-çıxış imkanlarına texniki cəhətdən məhdudiyyət yaradıb-yaratmaması qüvvədə olan normativ aktların tələbləri nəzərə alınmaqla müəyyən edilməsi) cavablandırılması idarənin səlahiyyətləri xaricindədir” qeyd edilmişdir.

17. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən məhkəməyə təqdim edilmiş 01 may 2025-ci il tarixli 10/1989 nömrəli ekspert rəyinin nəticə hissəsində göstərilmişdir: - “birinci sual üzrə: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin 15.01.25-ci tarixli 3-21-3-32/2-490/2025 nömrəli mütəxəssis rəyində göstərilənlərə əsasən Cavabdeh2 faktiki istifadəsində olan daş hasarın daxilində yerləşən torpaq sahəsi ilə **********91 reyestr nömrəli çıxarışla Cavabdeh2 sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşən hissəsi 0.05 ha təşkil edir; - ikinci sual üzrə: Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69 saylı maddəsinin, 69.52-1-ci bəndində tikililər arasındakı məsafənin divar hündürlüyünün 0,6 hissəsi qədər olmasına əsasən, yaşayış binası ilə sözügedən hasar arasında olan məsafənin 6,3 metr olmalı olduğunu, faktiki olaraq isə hasarla bina arasındakı məsafələrin 5 metr, 8,7 metr və 7,4 metr təşkil etdiyini nəzərə alaraq, müəyyən edilmiş 5 metr, 8,7 metr və 7,4 metr məsafələrin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olmadığı müəyyən edilmişdir; - üçüncü sual üzrə: Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167, giriş hissədə inşa edilmiş yeddimərtəbəli yaşayış binasının yan tərəfində yerləşən Cavabdeh2 mülkiyyətində olan sözügedən torpaq sahəsinin hasara alınması və ya orada tikinti işlərinin aparılması həmin binanın sakinlərinin, onlara və ya üçüncü şəxslərə məxsus nəqliyyat vasitələrinin, o cümlədən fövqəladə hallar zamanı digər müvafiq vasitələrin binaya giriş-çıxış imkanlarına, həmçinin sakinlərin istirahət, gəzinti imkanlarına məhdudiyyət yaradıb-yaratmamsı üçün xüsusi bilik tələb olunmadığından üçüncü sualda göstərilən məsələlər üzrə tədqiqat aparılmamışdır; - dördüncü sual üzrə: qiymətləndirmə fəaliyyəti elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən ekspert tərəfindən materialların və xidmətlərin qiymətləri müəyyən edilmir” qeyd edilmişdir.

18. İş materiallarında olan "xxxx" MMC tərəfindən İddiaçı Məhəmmədhadıyeviçin nümayəndəsinə ünvanlanmış 16 avqust 2023-cü il tarixli HŞ/409 nömrəli məktubun məzmununda "xxxx" MMC ilə alıcı Cavabdeh2 arasında 0,06 ha torpaq sahəsinin alqısatqısı Cəmiyyətin direktoru Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən təsdiq edilmiş nizamnaməsinə əsasən ümumi yığıncağın razılığı olmadan öz mülahizəsinə əsasən müstəqil şəkildə qərar verərək həyata keçirmişdir” qeyd edilmişdir.

19. İş materiallarında olan Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı Məhəmmədhadıyeviçə ünvanlanmış 07 avqust 2023-cü il tarixli məktubun məzmununda “Abşeron rayonu, H.Əliyev prospekti 167 ünvanında vətəndaş Cavabdeh2 tərəfindən mülkiyyətində olan 0,06 ha torpaq sahəsində (DƏDRX-nin 27 dekabr 2022-ci il ********** qeydiyyatı olan çıxarış əsasında) mövcud qanunvericiliyə uyğun olaraq özünəməxsus ərazisində hasarlama işlərinin aparılması aşkar olunmuşdur. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 79-cu maddəsinə əsasən hündürlüyü 2 metr 20 santimetr olan və qonşu torpaq sahəsi ilə sərhəddə olan hasarların tikintisinə icazə tələb olunmur. Abşeron RİH tərəfindən sözügedən ərazidə hər hansısa bir yaşayış yaxud qeyriyaşayış obyektinin tikintisinə icazə verilməmişdir” qeyd edilmişdir.

20. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən İddiaçı Məhəmmədhadıyeviçin nümayəndəsinə ünvanlanmış 08 avqust 2023-cü il tarixli məktubun məzmununda “Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən 0,06 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində "xxxx" MMCnin adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 05 noyabr 2022-ci il tarixdə **********91 reyestr nömrəsi ilə qeydiyyata ("xxxx" MMC-nin mülkiyyətində olan əmlak kompleksi kimi müəssisənin yerləşdiyi torpaq sahəsindən bölgü olunaraq əldə edilmişdir) alınmışdır. Bakı şəhəri 26 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş 23 dekabr 2022-ci il tarixli 4Ə-810 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 0,06 ha torpaq sahəsi Cavabdeh2 adına özgəninkiləşdirilmişdir. Torpaq sahəsi üzərində Cavabdeh2 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 27 dekabr 2022-ci il tarixdə **********91 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir” qeyd edilmişdir.

21. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X7 Agentliyini tərəfindən İddiaçı Məhəmmədhadıyeviçə ünvanlanmış 24 avqust 2023-cü il tarixli 3-18-2/2-R-29xx-xx/2023 nömrəli məktubun məzmununda “Abşeron rayonu, H.Əliyev prospekti 167 ünvanında Cavabdeh2 tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 27 dekabr 2022-ci il tarixli çıxarışa əsasən mülkiyyətində olan torpaq sahəsinin hasarlama işləri aparılır” qeyd edilmişdir.

22. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli 2(004)-635/2021 nömrəli qətnaməsi ilə iddiaçı "xxxx" MMC tərəfindən cavabdehlər Bakı şəhəri 21 saylı Notariat ofisinin xüsusi notariusu X16, X17, İddiaçı Məmmədhadiyeviçə və X13, üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə, Cavabdeh4 və X9rşı verilmiş “payın alqı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsi tələbinə dair iddianın rədd edilməsi qət edilmişdir.

23. İş materiallarında olan cavabdeh "xxxx" MMC-nin nümayəndəsi tərəfindən təqdim edilmiş "xxxx" MMC tərəfindən tərtib edilmiş 29 iyul 2024-cü il tarixli qiymətləndirmə rəyi ilə Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin 2022- ci il üçün bazar dəyəri 60000 manat məbləğində müəyyən edilmişdir.

24. İş materiallarında olan cavabdeh "xxxx" MMC-nin nümayəndəsi tərəfindən təqdim edilmiş "xxxx" MMC tərəfindən tərtib edilmiş 29 iyul 2024-cü il tarixli arayışın məzmununda Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin 2022-ci il üçün bazar dəyəri 10000 manat, likvid dəyərinin 8000 manat məbləğində olduğu qeyd edilmişdir.

25. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi tərəfindən məhkəməyə 6 cilddən ibarət “Memarlıq hissəsi” adlanan sənədlər təqdim edilmiş, “Elektron məhkəmə” informasiya sistemində hazırkı iş üzrə elektron kabinetə cavabdehlər "xxxx" MMC və Cavabdeh2 arasında bağlanmış mübahisələndirilən alqı-satqı müqaviləsi üzrə sonuncuya satılmış torpaq sahəsinin görüntülərini əks etdirən fotoşəkillər əlavə edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

26. İddiaçı Məhəmmədhadıyeviç 20 noyabr 2023-cü il tarixində cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh2 və Cavabdeh3 qarşı “alqı-satqı müqaviləsinin, onun əsasında verilmiş dövlət reyestrindən daşınmaz əmlaka dair çıxarışın, torpaq sahəsinin plan və ölçüsünün etibarsız hesab edilməsi, tikintinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış, Bakı şəhəri 26 saylı notariat ofisinin xüsusi notariusu Cavabdeh3 tərəfindən təsdiq edilmiş 23 dekabr 2022-ci il tarixli 4Ə-810 reyestr nömrəli alqı-satqı müqaviləsinin, həmin torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın, torpaq sahəsinin plan və ölçüsünün etibarsız hesab edilməsi və Cavabdeh2 tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında, giriş hissədə inşa edilmiş yeddimərtəbəli yaşayış binasının yan tərəfində, ara məsafəsi saxlamadan aparılan tikintinin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 27.İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı "xxxx" MMC-nin təsisçilərindən biridir və o, hüquqi şəxsin nizamnamə kapitalında 10 faiz paya malikdir. "xxxx" MMC-nin ərazisi olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında inşa edilmiş yeddi mərtəbəli yaşayış binasının yan tərəfində ara məsafəsi saxlamadan Cavabdeh2 tərəfindən qanunsuz olaraq əsaslı tikinti işlərinə başlanılmış və hasarlanma işləri həyata keçirilmişdir. Məlum olmuşdur ki, "xxxx" MMC ilə Cavabdeh2 arasında 23 dekabr 2022-ci il tarixdə bağlanmış, Bakı şəhəri 26 saylı notariat ofisinin xüsusi notariusu Cavabdeh3 tərəfindən təsdiq edilmiş 4Ə-810 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Abşeron rayonu, Xırdalan şəhərində yerləşən yuxarıda qeyd edilən ərazidən 0,06 ha torpaq sahəsi Cavabdeh2 satılmış və sonuncuya Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən həmin torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (reyestr nömrəsi: **********91) verilmişdir. İddiaçı təsisçi olaraq satılmış torpaq sahəsindən və aparılmış tikintidən məlumatı olmamışdır. Cavabdehlərə göndərilmiş sorğulara cavab olaraq bildirilmişdir ki, ümumiyyətlə Abşeron rayonu, Xırdalan şəhəri ünvanında yerləşən 0,06 ha torpaq sahəsinə dair Cavabdeh2 ilə 23 dekabr 2022-ci il tarixli 4Ə-810 reyestr nömrəli alqısatqı müqaviləsinin bağlanmasına əsas olacaq sənədlər, yəni notariusun əqdi təsdiqləməsi üçün təqdim olunmalı sənədlər - "xxxx" MMC-də qəbul edilmiş qərarlar (ümumi yığıncağın qərarı, təsisçilərin (iştirakçıların) məlumatlandırılması barədə məlumat, əmlakın qiymətləndirilməsi, real (bazar) dəyəri, hüquqi şəxsdə olan və həmin hallarla bağlı sənədlər) mövcud deyildir. Cavabdeh "xxxx" MMC mövcud vəziyyəti şərh edərkən bildirmişdir ki, Cavabdeh2 ilə bağlanılmış 0,06 ha torpaq sahəsinin alqı-satqısı cəmiyyətin direktoru nizamnaməsinə əsasən ümumi yığıncağın razılığı olmadan öz mülahizəsinə əsasən müstəqil şəkildə qərar verərək həyata keçirmişdir. Göründüyü kimi, hüquqi şəxsin adından çıxış edən, hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan şəxs qanunvericiliyə uyğun olaraq nəzərdə tutulmuş qaydalara əməl etməməklə, hüquqi şəxsin və onun digər iştirakçısı (payçısı) olan İddiaçı maraqlarına zidd olaraq öz vəzifə öhdəliyini pozmuşdur.

28. İddia ərizəsində, həmçinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 43, 49, 49-1, 87, 91, 337, 340-cı maddələrinə istinad edilərək qeyd edilmişdir ki, cavabdehlər "xxxx" MMC və Cavabdeh2 arasında bağlanmış 23 dekabr 2022-ci il tarixli əqd etibarsız və əhəmiyyətsiz olmaqla birbaşa olaraq təsisçi İddiaçı və hüquqi şəxsin hüquqlarını kobud şəkildə pozur, onu təsisçi hüququndan məhrumetmə xarakteri daşıyır. Verilən müvafiq sorğudan aydın olmuşdur ki, Cavabdeh2 Abşeron rayonu, Xırdalan şəhəri ünvanında yerləşən 0,06 ha torpaq sahəsi, ilkin olaraq "xxxx" MMC-yə məxsusdur və həmin torpağa dair mülki qanunvericiliyin tələblərinə zidd şəkildə Cavabdeh2lə müqavilə bağlanılmışdır. Bu müqavilə pərdələnmiş əqddir. Hətta 20 sentyabr 2023-cü il tarixdə keçirilən mediasiya prosesində alıcı Cavabdeh2 özü də etiraf etmişdir ki, bu torpağı almaq üçün hər hansı vəsait ödəməmiş, "xxxx" MMC bu torpağı ona bağışlamışdır. Qeyd olunan müddəalara əsasən məlum olur ki, mübahisə olunan torpağa dair bağlanmış daşınmaz əmlakın alqısatqı müqaviləsi "xxxx" MMC-nin arasında yaranmış borc münasibətlərini vergi orqanı qarşısında pərdələmək məqsədilə bağlanmış yalan əqddir. Bundan əlavə, "xxxx" MMC-nin apardığı tikinti işlərinin layihələrində, ərazinin baş planında belə bir tikintinin aparılması nəzərdə tutulmamışdır. Binanın yerləşdiyi ərazidə, binanın sağ tərəfində olan yol ilə bina arasındakı mühafizə boşluğunda tikinti işlərinin görülməsi üçün hazırlığa başlanılması sakinlər tərəfindən müşahidə edilmişdir. Sakinlər bu barədə öz narazılığını bildirərək aidiyyəti qurumlara dəfələrlə yazılı və şifahi müraciətlər ünvanlamışdır. Əldə edilən məlumata əsasən, belə tikintiyə yerli icra hakimiyyəti orqanı tərəfindən icazə verilməmişdir. Yaşayış binası yeddimərtəbəli, yeddi blokludur və 215 mənzildən ibarətdir. Binanın fasad hissəsi yanğına davamsız penoplast örtüklə üzlənmiş və boyanmışdır. Sakinlər tərəfindən binanın ətrafında bu kimi sahibkarlıq obyektinin tikintisi, binanın ətrafında olan yanğıntəhlükəsizlik zolağının bağlanılması, hər hansı bir fövqəladə hal zamanı təxliyə üsullarına maneçilik törədilməsi tikinti normalarının kobud surətdə pozulması hesab edilir. Çünki tikiləcək obyektlərin bina ilə ara məsafəsi çox yaxındır. Bu yanğın zamanı əraziyə yanğınsöndürən maşın və digər köməkçi vasitələrin daxil olmasına maneə olacaqdır. Digər tərəfdən binaların qarşısında bu kimi obyektlərin tikilməsi əlavə səs-küyə səbəb olur və sakinlərin rahatlığını pozan amillərdən biri hesab edilir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar”ın təsdiq edilməsi haqqında 29 iyun 2012-ci il tarixli qərarına, həmçinin Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə, Azərbaycan Respublikası Tikintidə X4 istinad edərək bu ərazidə aparılan tikinti qanunsuz və bina üçün təhlükəli hesab edilir. 29.İddiaçının nümayəndəsi 23 noyabr 2023-cü il tarixində ekspertizaların təyin edilməsi barədə yazılı vəsatətlə birinci instansiya məhkəməsinə müraciət edərək iş üzrə məhkəmə tikinti-texniki və məhkəmə-torpaqşünaslıq ekspertizalarının keçirilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin 22 fevral 2024-cü il tarixli e-2-2(119)-88/2024 nömrəli qərardadı ilə həmin vəsatət təmin edilərək iş üzrə məhkəmə-tikinti, o cümlədən məhkəməəmtəəşünaslıq ekspertizaları təyin edilmişdir. 30.İddiaçının nümayəndəsi 27 noyabr 2023-cü il tarixində üçüncü şəxslər qismində cəlb edilmə barədə yazılı vəsatətlə birinci instansiya məhkəməsinə müraciət edərək mübahisələndirilən alqı-satqı müqaviləsi üzrə Cavabdeh2 satılmış 0,06 ha torpaq sahəsinin iddiaçının nümayəndəsi 27 noyabr 2023-cü il tarixində üçüncü şəxslər qismində cəlb edilmə barədə yazılı vəsatətlə məhkəməyə müraciət edərək mübahisələndirilən alqısatqı müqaviləsi üzrə Cavabdeh2 satılmış 0,06 ha torpaq sahəsinin sərhədlərinin müəyyənləşdirilməsi, torpaq sahəsinin sərhədləri önündə mühafizə xəttinin olubolmaması, qonşu torpaqlara, ətrafdakı çoxmərtəbəli yaşayış binalarına münasibətdə ara məsafəsinin saxlanılıb-saxlanılmaması, bu barədə qanunvericiliklə tənzimlənən müvafiq normaların olub-olmaması, habelə “AAAF-İNŞAAT" MMC-nin apardığı tikinti işlərinin layihələrində, ərazinin baş planında belə bir tikintinin və hasarlanma işlərinin aparılmasının nəzərdə tutulub-tutulmaması, torpağın təyinatı, məqsədli istifadə növü və digər bu kimi məlumatların dəqiqləşdirilməsi, bu halların məhkəmə prosesində araşdırılması məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyini, həmin nazirliyin Tikintidə X7 Agentliyini, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsini, Abşeron Rayon İcra Hakimiyyətini, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətini, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsini, həmin publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsini üçüncü şəxslər qismində işə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Həmin vəsatət birinci instansiya məhkəməsinin 24 yanvar 2024-cü il tarixli iclasında müzakirə edilmiş və təmin edilməmişdir. 31.Cavabdeh3 11 dekabr 2023-cü il tarixində iddiaya etirazla məhkəməyə müraciət edərək hazırkı işə cavabdeh qismində yox, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməli olduğunu, qanunvericiliyin tələbinə əsasən müqavilə predmetinin, şərtlərinin müəyyən edilməsinin yalnız satıcı və alıcının iradə ifadəsindən asılı olduğunu, notariat ofisinin, notariusun və ya hər hansı digər şəxslərin buna hər hansı bir formada təsir göstərmək imkanının olmadığını bildirərək birinci instansiya məhkəməsinən iddianın təmin edilməməsini xahiş etmişdir. 32.İddiaçının nümayəndəsi 21 dekabr 2023-cü il tarixində birinci instansiya məhkəməsinə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək birinci instansiya məhkəməsindən “AAAF-İNŞAAT" MMC-nin nizamnaməsinin 4.2.3-cü bəndinin və nizamnaməyə bu bəndlə əlaqədar edilmiş dəyişikliklə bağlı ümumi yığıncağın qərarının həmin hissədə etibarsız hesab edilməsi, alqı-satqı müqaviləsinin, onun əsasında verilmiş dövlət reyestrindən daşınmaz əmlaka dair çıxarışın, torpaq sahəsinin plan və ölçüsünün etibarsız hesab edilməsi, Cavabdeh2 tərəfindən aparılan tikintinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış, Bakı şəhəri 26 saylı notariat ofisinin xüsusi notariusu Cavabdeh3 tərəfindən təsdiq edilmiş 23 dekabr 2022-ci il tarixli 4Ə-810 reyestr nömrəli alqı-satqı müqaviləsinin, həmin torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın, torpaq sahəsinin plan və ölçüsünün etibarsız hesab edilməsi və Cavabdeh2 tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında, giriş hissədə inşa edilmiş 7 mərtəbəli yaşayış binasının yan tərəfində, ara məsafəsi saxlamadan aparılan qanunsuz tikintinin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 33.İddiaçının nümayəndəsi 21 dekabr 2023-cü il tarixində məhkəməyə başqa cavabdehin cəlb edilməsi barədə yazılı vəsatətlə müraciət edərək məhkəmədən "xxxx" MMC-nin digər təsisçisi Cavabdeh4 işə cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir. Həmin vəsatət məhkəmənin 22 dekabr 2023-cü il tarixli hazırlıq iclasında təmin edilərək Cavabdeh4 işə cavabdeh qismində cəlb edilməsi qərara alınmışdır. 34.Cavabdeh "xxxx" MMC 22 dekabr 2023-cü il tarixində iddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş vəsatətlərə etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş “Üçüncü şəxslər qismində cəlb edilmə barədə” vəsatət tamamilə əsassızdır. Hazırkı mübahisənin Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə, həmin nazirliyin Tikintidə X7 Agentliyinə təsiri yoxdur. Çünki mübahisəli torpaq sahəsində hər hansı bir tikinti həyata keçirilmir. Qanunsuz tikinti dedikdə, mübahisələndirilən Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0,06 ha torpaq sahəsinin sadəcə olaraq hasarlanması nəzərdə tutulur. Torpaq sahəsində hansısa tikinti işləri aparılmamışdır. Qanunsuz tikintinin hasarlanmadan ibarət olmasını, dolayı olaraq iddiaçının vəkili də təsdiq etmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi, həmin publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi isə hamısı bir strukturun tərkibindədir və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinə tabedir. Bir dövlət orqanının strukturlarının hər birini ayrılıqda üçüncü şəxs qismində cəlb edilməsi lüzumsuzdur, məhkəmə çəkişməsinin dairəsinin süni şəkildə genişləndirilməsi məqsədi daşıyır. Həmçinin vəsatətdə qeyd edildiyi kimi mübahisəli torpaq sahəsində hər hansı iş "xxxx" MMC tərəfindən həyata keçirilməmişdir. İddiaçının hazırki vəsatətdə qeyd etdiyi dövlət orqanlarının fəaliyyəti və funksiyaları məlumdur və mübahisəli torpaq sahəsinə aidiyyatı yoxdur. Vəsatətdə qeyd olunan, aydınlaşdırmaq istədiyi məqamlar iddiaçının təqdim etidiyi sübutlarda öz əksini tapmışdır: Abşeron Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin 07 avqust 2023-cü il tarixli 5-29/2-R-79-071/2023 nömrəli məktubunda torpaq sahəsinin hasarlanmasına Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 79-cu maddəsinə əsasən münasibət bildirilmişdir. Həmin Məcəllənin 79.1.3cü maddəsinə görə, hündürlüyü ən çoxu 2 metr 20 santimetr olan və qonşu torpaq sahəsi ilə sərhəddə və ya küçə boyunca hasarların (təbii və süni daşdan olan hasarlar da daxil olmaqla) tikintisinə icazə tələb olunmur. İddiaçının “Qanunsuz tikinti” iddiasına qanunvericilik maddi norma ilə qısa və aydın anlayış vermişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X7 Agentliyinin 24 avqust 2023-cü il tarixli 3-18-2/2- R29xx-xx/2023 nömrəli məktubu ilə Cavabdeh2 mülkiyyətində olan torpaq sahəsində hasarlanma işərinin aparılması təsdiq edilmişdir. 4 saylı Abşeron Ərazi İdarəsi 08 avqust 2023-cü il tarixli 32/332/2-9235/2023 nömrəli məktubu ilə isə torpaq sahəsinə dair hamıya bəlli olan faktı təsdiq edilmişdir. 35.Vəsatətlərə etirazda "xxxx" MMC tərəfindən aparılan tikinti işlərinin layihələrində, ərazisinin baş planında belə bir tikintinin aparılmasının nəzərdə tutulmaması barədə məsələyə münasibətdə qeyd edilmişdir ki, hazırkı mübahisə “AAAF Park” yaşayış massivinin və ya yaşayış kompleksinin tikinti layihələri, yaxud ərazinin baş planı barədə deyildir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələbinə görə, baş plan şəhərlər və ya digər yaşayış məntəqələri səviyyəsində hazırlanır. Baş planda şəhər və ya digər yaşayış məntəqələrinin ərazisi üçün nəzərdə tutulan torpaqlardan şəhərsalma məqsədləri baxımından istifadənin növü proqnozlaşdırıla bilən ehtiyaclara əsasən ümumi şəkildə təsvir edilməlidir. Baş planın dəyişdirilməsinə yol verilir. Lakin baş plan və müfəssəl plan fərqli anlayışlardır. Müfəssəl planlar şəhərlərin, qəsəbələrin, kəndlərin əraziləri və ya onların ərazi hissələri üçün hazırlanır. Müfəssəl planda şəhərsalma fəaliyyətinin tənzimlənməsi üçün məcburi hüquqi qüvvəyə malik qaydalar təsbit olunur. Plan tikinti məqsədilə yaradılır. Lakin hazırki vəziyyətdə hər hansı bir tikintidən söhbət getmir. 36.Etirazda, həmçinin göstərilmişdir ki, iş üzrə iddiaçı tərəfindən “Ekspertizaların təyin edilməsi barədə” vəsatət təqdim edilərək məhkəmədən məhkəmə tikinti-texniki və məhkəmə-torpaqşünaslıq ekspertizalarının təyin edilməsi xahiş edilmişdir. Bu vəsatətdə qeyd olunan məsələ ilə bağlı mütəxəssis rəyinə ehtiyac yoxdur. Çünki sadalanan suallara cavabı müvafiq qanunvericilik normaları vasitəsilə vermək mümkündür. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 1-ci, 19-cu və 20-ci maddələri torpaq sahəsinin təyinatı, istifadəsi və digər sualları konkret olaraq cavablandırır. Mühafizə xəttinə gəldikdə isə ümumiyyətlə torpaq qanunvericiliyində belə bir anlayış nəzərdə tutulmamışdır. Ekspertiza və ya mütəxəsis rəyinin alınması və ya təyin edilməsi yaranmış sual üzrə xüsusi bilik tələb olunan hallarda meydana çıxır. Lakin hazırkı sualların cavablarını qanunvericilik konkret olaraq müəyyən edir. Həmin torpaq sahəsində hər hansı bir tikinti mövcud deyildir və bu hal iddiaçının təqdim etdiyi məktublarla təsdiq olunur. Məhkəmətorpaqşünaslıq ekspertizaları adətən kənd təsərrüfatı və digər növ torpaq sahələri ilə əlaqəli mübahisələr zamanı təyin edilir. Hazırkı vəsatətlər iddiaçının Mülki Prosessual Məcəllənin 97-ci maddəsinə istinad edərək müəyyən edilmiş hüququndan sui-istifadə etməsidir. Cavabdeh "xxxx" MMC göstərilənlərin nəzərə alınaraq məhkəmədən həmin vəsatətlərin təmin edilməməsini xahiş etmişdir. 37.Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi 22 fevral 2024-cü il tarixində məhkəməyə iddiaya etirazla müraciət edərək bildirmişdir ki, 4.2.3-cü bəndi mübahisələndirilən "xxxx" MMC-nin üçüncü redaksiya nizamnaməsi təsisçilər 90 % faiz paya malik olan Cavabdeh4 və 10% faiz paya malik olan İddiaçı tərəfindən təsdiq edilməklə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Həmin üçüncü redaksiyada olan (cəmi üç səhifədən ibarət) nizamnamə məhz 2 paya sahib İddiaçı etibarnamə üzrə nümayəndəsi Nazim Nəsirovun iştirakı ilə təsdiq edilmişdir. Belə ki, 01 fevral 2022-ci il tarixli təsisçilərin növbəti 2022-ci il üçün ümumi yığıncağında və 19 aprel 2022-ci il tarixli təsisçilərin qərarında İddiaçı Abşeron rayonu 1 saylı notariat ofisində 7E15771 reyestr nömrəsi ilə təsdiq edilmiş 27 dekabr 2021-ci il tarixli etibarnamə əsasında nümayəndəsi Nazim Nəsirovla təmsil olunmuşdur. Ümumi yığıncaqda payçı Nazim Nəsirov ümumi yığıncağın gündəliyi ilə tanış olmuş, ümumi yığıncağa çıxarılan məsələlərlə bağlı müzakirələr aparılmış, səsə qoyulmuş və təsdiq edilməklə imzalanmışdır. Belə olan halda, payçı İddiaçı məlumatı olmadan "xxxx" MMC-nin 3-cü redaksiya nizamnaməsinə dəyişikliyin edilməsi ilə bağlı xüsusat əsassızdır. Həmçinin İddiaçı 29 iyun 2020-ci il tarixli 3M-445 reyestr nömrəli payın alqı-satqı müqaviləsi əsasında satıcı Pərvin Əliyevdən "xxxx" MMC-nin iki ədəd təsis payını aldıqdan sonra özü müstəqil şəkildə 15 iyul 2020-ci il tarixində ərizə ilə 2 saylı Ərazi Vergilər Baş İdarəsinə payının qeydə alınması ilə bağlı müraciət edərək 19 aprel 2021-ci il tarixində reyestrdən çıxarış əldə etmişdir. Beləliklə, iddiaçı nizamnamədəki payını əldə etməklə nizamnamə barədə məlumatlı olmuşdur. Bundan başqa, yeni payçı İddiaçı 01 fevral 2022-ci il tarixli təsisçilərin növbəti 2022-ci il üçün və 19 aprel 2022-ci il tarixində təsisçilərin növbədənkənar 2022-ci il üçün ümumi yığıncaqlarında nümayəndəsi Nazim Nəsirov vasitəsilə iştirak etmiş, ümumi yığıncağın protokolları, qərarı ilə tanış olaraq imza etmişdir. Məhz 01 fevral 2022-ci il tarixli təsisçilərin növbəti 2022-ci il üçün ümumi yığıncaqda payçı İddiaçı nümayəndəsi Nazim Nəsirov vasitəsilə “Cavabdeh4 yeni direktor təyin edilməsi”, "xxxx" MMC-nin yeni redaksiyada nizamnaməsinin müzakirə edilməsi və təsdiq edilməsində” və digər iclasın gündəlik məsələlərinin müzakirəsində iştirak etmiş və lehinə səs verərək razılıq verməklə təsdiq etmişdir. İddiaçı 19 aprel 2022-ci il tarixində “Təsisçilərin növbədənkənar yığıncağının keçirilməsi və gündəliyə yeni müzakirə mövzularının əlavə olunması barədə” bildirişində “MMC-nin nizamnaməsinə uyğun olaraq 2021-ci il üçün maliyyə fəaliyyətinin yoxlanılması məqsədilə bizim iştirakımızla müstəqil auditorun dəvət edilməsi barədə təsisçilər tərəfindən qərar qəbul edilməsi”ni tələb etmişdir. Göründüyü kimi, iddiaçı "xxxx" MMC-nin nizamnaməsi barədə məlumatlı olmuşdur. İddiaçı tərəfindən “Müzakirə mövzuları”na “Üçüncü redaksiya nizamnamənin 4.2.3-cü bəndinə dəyişikliyin edilməsi” daxil edilməmiş və tələb edilməmişdir. Bu da, iddiaçının üçüncü redaksiyada nizamnamənin bəndlərini qəbul etməsi kimi anlaşılır. Mülki Məcəllənin 49.5-ci maddəsinin tələbinə görə, hüquqi şəxsin adından çıxış edən, hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs hüquqi şəxsə vurulmuş zərərə görə hüquqi şəxsin ümumi yığıncağının qərarı ilə tutduğu vəzifədən kənarlaşdırıla bilər. İddiaçı təsisçi olaraq hansı həcmdə ziyan vurulmasını göstərmədən, ümumi yığıncağın çağırılması hüququndan istifadə etmədən birbaşa məhkəməyə müraciət hüququndan istifadə edir. Hüquqların həyata keçirilməsi ardıcıllığı müəyyən edilməsə də, birbaşa məhkəməyə müraciət etməklə bəndin etibarsızlığının tələb olunması qanuni deyildir. İddiaçının 19 aprel 2022-ci il tarixində ümumi yığıncağın çağırılmasında irəli sürdüyü tələblərdə “Nizamnamənin 4.2.3-cü bəndinin dəyişdirilməsi” tələbinin olmaması, daha sonradan məlum olduqda belə “Nizamnamənin 4.2.3-cü bəndinin dəyişdirilməsi” tələbinə dair ümumi yığıncağın çağırılması hüququndan istifadə etməməsi və tələb etməməsi iddiaçının hüquqdan sui-istifadə edərək süni məhkəmə çəkişməsi yaratmasıdır. İddiaçı iddia tələbinin hüquqi əsası olaraq Mülki Məcəllənin 49-cu və 87-ci maddələrinə istinad edir. Həmin maddi hüquq normaları iddiaçı tərəfindən düzgün tövsif edilmir. Belə ki, mübahisələndirilən 23 dekabr 2022-ci il tarixli 4Ə-810 reyestr nömrəli alqı-satqı müqaviləsi üzrə daşınmaz əmlak bazar şərtlərindən əhəmiyyətli dərəcədə aşağı qiymətə satılmamış və payçıya hansısa ziyan vurulmamışdır. Ümumiyyətlə, satış predmeti olan daşınmaz əmlakın likvid və ya bazar dəyəri fərqli anlayışlardır. Hər hansı bir daşınmaz əmlakın dəyərinin bir vahid qiymətdə təsvir edilməsi ağlabatan deyildir. Çünki hamıya məlum olduğu kimi daşınmaz əmlak bazarında qiymət dəyişikliyi ilbəil deyil, daha tez, yəni gündəlik dəyişir. Bu dəyişikliyi 600000 manat məbləğində dəyərləndirməklə “Əhəmiyyətli dərəcədə dəyişiklik” kimi təqdim etmək əsassızdır. Sözügedən daşınmaz əmlak Bakı şəhərinin tanınmış ərazilərində və ya əlverişli zonasında inşa edilmiş fərdi yaşayış evi, qeyri-yaşayış sahəsi və ya hektarlarla olan torpaq sahəsi deyil, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “AAAF Park” yaşayış massivində zibil qutularının yerləşdiyi, istifadə edilməyən 6 sotdan ibarət torpaq sahəsidir. Satış predmeti olan daşınmaz əmlakın həddindən artıq yüksək göstərilməsi də hüquqi şəxsin maraqlarına təhlükə yaradır. Belə ki, satış predmeti olan əmlakın dəyərinin aşağı və ya yüksək göstərilməsi həmin alqı-satqı müqaviləsinin etibarsızlığına əsas deyildir. Bunlardan əlavə, payçı İddiaçı "xxxx" MMC-nin fəaliyyətində maraqlı deyildir. Hazırkı mübahisə isə sadəcə olaraq keçmiş təsisçi Pərvin Əliyevin pərdələnmiş hərəkətlərinin nəticəsidir. Çünki mübahisəli torpaq sahəsinin tam yaxınlığında yerləşən yaşayış binasının birinci mərtəbəsində yerləşən, keçmiş təsisçi Pərvin Əliyevə məxsus qeyri-yaşayış sahəsinin bir hissəsinin qarşısını kəsdiyinə görə çəkişmə başlamışdır. Bunu məhkəmə iclasında digər Cavabdeh2 də bildirmişdir. Eyni zamanda, payçı İddiaçı 200 manat məbləğinə aldığı 2 payı satmaq üçün ******* manat məbləğinə təklif etmişdir. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi göstərilənlərin nəzərə alınaraq məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 38.İş materiallarında olan cavabdeh "xxxx" MMC-nin nümayəndəsi tərəfindən təqdim edilmiş 06 fevral 2024-cü il tarixli iddia müddətinin tətbiqi barədə ərizənin məzmununda qeyd edilmişdir ki, iş materiallarına "xxxx" MMC-nin Azərbaycan Respublikasının Vergilər Nazirliyi 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən 26 oktyabr 2016-cı il tarixində qeydiyyata alınmış nizamnamənin ikinci redaksiyası əlavə edilmiş, həmin nizamnaməsinin ikinci redaksiyası təsisçilər Cavabdeh4 (90%) və X20 (10%) tərəfindən təsdiq edilmiş, nizamnamənin 4.2.3-cü bəndində göstərilir ki, “direktor, bu nizamnamə ilə ümumi yığıncağın səlahiyyətlərinə aid edilməmiş istənilən məsələylə bağlı, bu nizamnamədə nəzərdə tutulub-tutulmamasından asılı olmayaraq ümumi yığıncağın razılığı olmadan öz mülahizəsinə əsasən müstəqil şəkildə qərar vermək və cəmiyyətə məxsus əmlak (istənilən əşya və qeyri-maddi əmlak nemətləri) üzərində sərəncam vermək, o cümlədən hüquqi və ya fiziki şəxslərə etibarnamə vermək səlahiyyətinə malikdir". Göründüyü kimi, iddiaçının iddia tələbində mübahisələndirdiyi bənd cəmiyyətin nizamnaməsinin ikinci və üçüncü redaksiyalarında eynilik təşkil edir. 29 iyun 2020-ci il tarixində 3M-445 reyestr nömrəli payın alqı-satqı müqaviləsi üzrə alıcı - İddiaçı cəmiyyətin 10%-lik təsis payını əldə edən zaman mübahisələndirdiyi bənd nizamnamədə mövcud idi. Məhz payı əldə edən İddiaçı özü 15 iyul 2020-ci il tarixində payın qeydə alınması üçün ərizə ilə 2 saylı Ərazi Vergilər Baş İdarəsinə müraciət etmişdir. Belə olan halda iddiaçı iddia tələbi üzrə mübahisələndirdiyi bənd barədə məlumatlı olmuşdur. Bu hal da iddia müddətinin tətbiqinə əsas yaradır. Belə ki qanunvericilikdə etibarsızlıqla bağlı iddia müddəti birillik müddət nəzərdə tutulur. Azərbaycan Republikası Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühün əhəmiyyətə malikdir. Beləliklə, iş üzrə İddiaçı iddia tələbi üzrə mübahisələndirdiyi - nizamnamənin 4.2.3-cü bəndinin etibarsız hesab edilməsi üzrə iddia müddətinin axımı 15 iyul 2020-ci il tarixində 2 saylı Ərazi Vergilər Baş İdarəsinə müraciət etdiyi andan hesablanmalı və müddətin axımı birillik müddət tətbiq edilməklə 15 iyul 2021ci il tarixində bitmişdir. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi kommersiya işi üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. 39.İddaçının nümayəndəsi 22 fevral 2024-cü il tarixində məhkəməyə sübutların əldə edilməsi barədə vəsatətlə müraciət edərək məhkəmədən mübahisənin düzgün həlli məqsədilə "xxxx" MMC-nin nizamnaməsinin 4.2.3-cü bəndinə edilmiş dəyişikliklə bağlı ümumi yığıncağın qərarları, habelə nizamnamələri (ilkin və sonrakı redaksiyalarda olan) və nizamnamələrə edilən əlavə və dəyişikliklərin aparılması proseduru ilə bağlı digər bütün sənədlərin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsindən təqdim edilməsinin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Həmin vəsatət məhkəmənin 22 fevral 2024-cü il tarixli iclasında təmin edilərək 2 saylı Ərazi Vergilər Baş İdarəsinə məktub ünvanlanaraq "xxxx" MMC-nin nizamnaməsinin ilkin, ikinci və üçüncü redaksiyaları, həmin redaksiyalara edilmiş dəyişiklikləri təsdiq edən sənədlər (ümumi yığıncağın iclaslarının protokolları, qərarları, əlavə və dəyişikliklərin aparılması proseduru ilə digər sənədlər) də daxil olmaqla Cəmiyyətin qeydiyyatına dair bütün sənədlərin müvafiq qaydada təsdiq edilmiş surətlərinin məhkəməyə təqdim edilməsinin təmin edilməsi xahiş edilmişdir.

40. İddiaçının nümayəndəsi 27 iyul 2024-cü il tarixində əlavə məhkəmə ekspertizasının təyin edilməsi barədə vəsatətlə birinci instansiya məhkəməsinə müraciət edərək qeyd etmişdir ki, Sumqayıt Kommersiya Məhkəməsinin qərardadı ilə e-2-2(119)-88/2024 nömrəli iş üzrə məhkəmə tikinti-texniki və məhkəmə-əmtəəşünaslıq ekspertizaları təyin edilmiş, ekspert qarşısında müvafiq suallar qoyulmuşdur. Lakin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 12 iyun 2024-cü il tarixli ekspert rəyində 1.1-ci və 1.2-ci suallara (həmin hasar 1-ci sualda istinad olunan çıxarış əsasında (Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********91 reyestr nömrəli, ********** qeydiyyat nömrəli) Cavabdeh2a məxsus olan torpaq sahəsinin hüdudlarındadırmı?) tam cavab verilməmiş, 1.3-cü sual (Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167, giriş hissədə inşa edilmiş 7 mərtəbəli yaşayış binasının yan tərəfində yerləşən Cavabdeh2 mülkiyyətində olan sözügedən torpaq sahəsinin hasara alınması və ya orada tikinti işlərinin aparılması həmin binanın sakinlərinin, onlara və ya üçüncü şəxslərə məxsus nəqliyyat vasitələrinin, o cümlədən fövqəladə hallar zamanı digər müvafiq vasitələrin binaya giriş-çıxış imkanlarına, həmçinin sakinlərin istirahət, gəzinti imkanlarına məhdudiyyət yaradırmı?) üzrə ümumiyyətlə tədqiqat aparılmamış və xüsusi bilik tələb olunması bəhanə gətirilərək suallara cavab verilməsindən imtina edilmişdir. Ekspert məhkəmə ekspertizasının aparılması zamanı tədqiqat obyektinə baxış keçirərkən, ərazinin baş planına əsasən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167, giriş hissədə inşa edilmiş 7 mərtəbəli yaşayış binasının yan tərəfi ilə Cavabdeh2 mülkiyyətində olan sözügedən torpaq sahəsinin hasarı arasında ara məsafə nə qədər olmalı olduğunu müəyyən etməmişdir. İddiaçının nümayəndəsi göstərilənlərin nəzərə alınaraq məhkəmədən iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsini xahiş etmişdir. Məhkəmənin 28 avqust 2024-cü il tarixli e-2-2(119)-88/2024 nömrəli qərardadı ilə həmin vəsatət qismən təmin edilərək iş üzrə əlavə məhkəmə-tikinti, o cümlədən əlavə məhkəmə-əmtəəşünaslıq ekspertizaları təyin edilmişdir. 41.İş materiallarında olan cavabdeh "xxxx" MMC tərəfindən təqdim edilmiş 28 avqust 2024-cü il tarixli ərizənin məzmununda Məhkəmə Ekspertizası Mərkəzinin 12 iyun 2024-cü il tarixli 10/2031-9/2076 nömrəli ekspert rəyinə münasibətdə qeyd edilmişdir ki, rəyin dördüncü sualı üzrə - Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167, giriş hissədə inşa edilmiş yeddimərtəbəli yaşayış binasının yan tərəfində torpaq sahəsinin yaxınlığında yerləşən analoji torpaq sahələrinin bir sotunun 2022-ci ilə orta bazar qiymətinin təqribən 76000 manat məbləğində müəyyən edilməsi hissəsi ilə razılaşmır... Belə ki, Azərbaycan Respublikası Milli Qiymətləndirmə Standartları və Əmlakin qiymətləndirilməsinə dair X2 nəzərə alsaq, əmlakın qiymətləndirilməsində xərc yanaşması, müqayisə yanaşması, gəlir yanaşması kimi meyarlar nəzərə alınaraq qiymət müəyyən olunur. Lakin sözügedən ekspert rəyində yalnız bir metoddan, yəni müqayisəli yanaşma metodundan istifadə edilmişdir. Lakin bu da natamamdır. Rəydən göründüyü kimi iki əmlak elanı əsasında ortalama hesablanmışdır. Elanda qeyd olunan əmlaklardan biri torpaq sahəsi ilə birlikdə tikilidən ibarətdir. Bundan başqa, mübahisəli torpaq sahəsinin 1 sotunun 2022-ci ilə orta bazar qiymətinin təqribən 76000 manat məbləğində müəyyən edilməsi reallığı əks etdirmir. Çünki Xırdalan şəhərində və ya şəhərətrafı (Masazır və sair) ərazilərdə 76000 manat məbləğinə 3-4 sot torpaq sahəsində inşa edilmiş 100-120 kv.m. ibarət fərdi yaşayış evini almaq olar. “Emlak.az”, “bina.az”, “arenda.az”, “Yeniemlak.az”, “Tezbazar.az” və sair internet səhifələrindan əldə edilmiş elanlara istinad etsək 2022-2023cü illər ərzində Abşeron rayonu - Xırdalan şəhərində yerləşən torpaq sahələrinin alış-satış diaqnostikasının dəyişkən olması müşahidə olunur. Xırdalan şəhərində 400000-500000 manat məbləğinə hazır inşa edilmiş və istismar olunan, mülkiyyət hüququ qeydə alınmış qeyri-yaşayış binasını almaq olar. Bu fakt hamıya bəllidir. Müqayisəli təhlil etsək, Bakı şəhərinin tanınmış küçələrində və ya prospektində, misal üçün Teymur Əliyev küçəsində yerləşən torpaq sahəsinin 1 sotunun qiyməti təxminən 100000 manat təşkil edir. Bakı şəhəri ilə Xırdalan şəhərində torpaq sahələrinin 1 sotunun dəyərinin müqayisə etdikdə aralarında 50 faizdən çox qiymət fərqi yaranır. Azərbaycan Respublikası Milli Qiymətləndirmə Standartlarının 7.0-cı bəndinə görə, qiymətləndirmə hesabatı birmənalı olmayan şərhə və ya hər hansı təhrifə imkan verməməlidir. Bazar dəyərinin müəyyənləşdirilməsi məqsədilə aparılan qiymətləndirilmə bu standartın 5-ci bölməsinin tələblərinə cavab verməlidir. Hesabatda bazar dəyəri anlayışının mövcud standartdakı tərifinə əsaslanıldığı və bununla bərabər dəyərin faydalılıq (və yaxud da daha ağlabatan istifadə) prinsipinə əməl edildiyi əks etdirilməlidir. Bundan əlavə, hesabatda qiymətləndirmənin ümumi şərtləri qısa və aydın şəkildə verilməlidir. Göründüyü kimi, 12 iyun 2024-cü il tarixli 10/2031-9/2076 nömrəli ekspert rəyinin dördüncü sual üzrə nəticəsi Azərbaycan Respublikası Milli Qiymətləndirmə Standartlarına cavab vermir. 42.İddiaçının nümayəndəsi 04 fevral 2025-ci il tarixində ekspertin dindirilməsi və müvafiq orqanların mütəxəssislərinin işə cəlb edilməsi barədə vəsatətlə birinci instansiya məhkəməsinə müraciət edərək birinci instansiya məhkəməsindən iş üzrə təyin edilmiş ilkin və əlavə ekspertizalar üzə ekspertin rəyini aydınlaşdırmaq və tamamlamaq üçün məhkəmə iclasında ekspert Amid Əliyevin dindirilməsini, həmçinin iş üzrə məhkəmənin 28 avqust 2024-cü il tarixli qərardadı ilə təyin edilmiş əlavə məhkəmə tikinti-texniki ekspertizası üzrə ekspert qarşısına qoyulmuş və tədqiq olunmayan 1.3-cü suala aydınlıq gətirilməsi və rəydəki boşluğun aradan qaldırılması üçün Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi, həmin nazirliyin Tikintidə X7 Agentliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən mütəxəssis cəlb olunmasını, onların məsləhətinin yazılı formada alınmasını xahiş etmişdir. Məhkəmənin 05 fevral 2025-ci il tarixli iclasında vəsatətin “Ekspertin dindirilməsi” hissəsi təmin edilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəisinə ünvanlanmış 12 iyun 2025-ci il tarixli məktubla 21 iyun 2025-ci il tarixli məhkəmə baxışı iclasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Amid Əliyevin iştirakının təmin olunması xahiş edilmiş, məhkəmənin 21 iyun 2025-ci il tarixli keçirilmiş iclasında vəsatətin “müvafiq orqanların mütəxəssislərinin işə cəlb edilməsi” hissədə təmin edilməməsi qərara alınmışdır. 43.Sumqayıt Kommersiya Məhkəməsinin 24 iyun 2025-ci il tarixli, e-2-2(119)-19/2025 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 23 dekabr 2022-ci il tarixli 4Ə- 810 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsi əsasında verilmiş 27 dekabr 2022-ci il tarixli ********** qeydiyyat nömrəli **********91 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, torpaq sahəsinin plan və ölçüsünün ləğv edilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında, giriş hissədə 7 mərtəbəli yaşayış binasının yan tərəfində Cavabdeh2 tərəfindən inşa edilmiş hasarın sökülməsi, cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 80 (səksən) manat məbləğində dövlət rüsumunun, 30 (otuz) manat məbləğində mediasiya xərcinin və mütəxəssis rəyinin verilməsi ilə əlaqədar çəkilmiş 95 (doxsan beş) manat məbləğində xərcin əvəzi olmaqla, cəmi 205 (iki yüz beş) manat məbləğində pul vəsaitinin İddiaçı Məhəmmədhadıyeviçin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 300 (üç yüz) manat məbləğində pul vəsaitinin cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir (hakim Fərman Həmidli).

44. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “AAAF- İNŞAAT" MMC-nin nizamnaməsinin 4.2.3-cü bəndinin və nizamnaməyə bu bəndlə əlaqədar edilmiş dəyişikliklə bağlı ümumi yığıncağın qərarının həmin hissədə etibarsız hesab edilməsinə dair hissədə iddianın əsaslı olub-olmamasının müəyyən edilməsi üçün, ilk növbədə cavabdeh “AAAF-İNŞAAT" MMC-nin nizamnaməsindəki mübahisələndirilən bəndin nə zaman və hansı qaydada nizamnaməyə daxil edilməsi, İddiaçı hansı tarixdən etibarən hüquqi şəxsin təsisçilərindən biri olması kimi hallar aydınlaşdırılmalıdır. Qətnamənin 3.2-ci bəndində təsvir edilmiş nizamnamə məlumatlarından aydın olur ki, "xxxx" MMC-nin ikinci redaksiyada olan nizamnaməsi 26 oktyabr 2016-cı il tarixində təsdiq edilmiş və eyni tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Departamenti tərəfindən qeydə alınmışdır. Həmin redaksiyada olan nizamnamənin 4.2.3cü bəndinə əsasən, direktor, bu nizamnamə ilə ümumi yığıncağın səlahiyyətlərinə aid edilməmiş istənilən məsələylə bağlı, bu nizamnamədə nəzərdə tutulub-tutulmamasından asılı olmayaraq ümumi yığıncağın razılığı olmadan öz mülahizəsinə əsasən müstəqil şəkildə qərar vermək və cəmiyyətə məxsus əmlak (istənilən əşya və qeyri-maddi əmlak nemətləri) üzərində sərəncam vermək, o cümlədən hüquqi və ya fiziki şəxslərə etibarnamə vermək səlahiyyətinə malikdir. Qətnamənin 3.13-cü bəndində qeyd edilmiş müqavilədən aydın olur ki, İddiaçı və Pərvin Əliyev arasında 29 iyun 2020-ci il tarixli payın alqı-satqı müqaviləsi müqaviləsi bağlanılmış, müqaviləyə əsasən, Pərvin Əliyev "xxxx" MMC-nin nizamnamə kapitalındakı ona məxsus 10 %-lik payına təsisçilik hüquqlarını (2 pay, 2 manat pul şəklində) İddiaçı satmışdır. Göründüyü kimi, 29 iyun 2020-ci il tarixindən etibarən iddiaçı 10 faiz paya malik olmaqla cavabdeh “AAAF-İNŞAAT" MMC-nin təsisçilərindən biri olmuşdur. Bundan başqa, qətnamənin 3.3-cü bəndində təsvir edilmiş nizamnamə məlumatlarından aydın olur ki, "xxxx" MMC-nin üçüncü redaksiyada olan nizamnaməsi İddiaçı adından nümayəndəsi Nazim Nəsirov və Cavabdeh4 adından nümayəndəsi Nümayəndə1 tərəfindən 2022-ci ildə təsdiq edilmişdir. Həmin redaksiyada olan nizamnamənin 4.2.3-cü bəndi əvvəlki redaksiyada olan nizamnamənin eyni bəndi ilə məzmunca tamamilə eynidir. Başqa sözlə, iddiaçı 29 iyun 2020-ci il tarixindən etibarən cavabdeh “AAAF-İNŞAAT" MMC-nin 10 faiz paya malik olmaqla təsisçilərindən biri olmuş, o, hüquqi şəxsin təsisçisi olmazdan öncə - 2016-cı ildə təsdiq edilmiş nizamnamənin ikinci redaksiyasında hazırda mübahisələndirilən 4.2.3-cü bənd mövcud olmuşdur. Bundan sonra, İddiaçı “AAAF-İNŞAAT" MMC-nin təsisçilərdən biri olduqdan təxminən iki il sonra cəmiyyətin üçüncü redaksiyada olan nizamnaməsi onun özünün və digər təsisçinin (Cavabdeh4) nümayəndələri tərəfindən təsdiq edilmiş, həmin nizamnamədə də hazırda mübahisələndirilən 4.2.3-cü bənd məzmunca hər hansı dəyişiklik olmadan olduğu kimi saxlanılmışdır. Bu göstərilənlər onu deməyə imkan verir ki, cavabdeh “AAAF-İNŞAAT" MMC-nin nizamnamənin iddia ərizəsində mübahisələndirilən 4.2.3-cü bəndi nizamnaməyə edilmiş hər hansı dəyişikliyin nəticəsi olaraq nizamnaməyə daxil edilməmişdir, əksinə ikinci redaksiya 2016-cı ildə təsdiqlənərkən belə bir bənd mövcud olmuş, iddiaçı nizamnamənin belə bir bəndin mövcudluğunu bilərək və ya bilməli olduğu halda hüquqi şəxsin təsisçisi olmuş, daha sonra isə məhz onun da səlahiyyətli nümayəndəsinin iştirakı ilə nizamnamənin üçüncü redaksiyası təsdiqlənərkən həmin bənd nizamnamədə olduğu kimi saxlanılmışdır. Burada qeyd edilməsi yerinə düşər ki, iddaçının nümayəndəsinin məhkəməyə təqdim etdiyi sübutların əldə edilməsi barədə vəsatət (qətnamənin 1.11-ci bəndi) təmin edilərək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə məktub ünvanlanaraq "xxxx" MMCnin nizamnaməsinin ilkin, ikinci və üçüncü redaksiyaları, həmin redaksiyalara edilmiş dəyişiklikləri təsdiq edən sənədlər (ümumi yığıncağın iclaslarının protokolları, qərarları, əlavə və dəyişikliklərin aparılması proseduru ilə digər sənədlər) də daxil olmaqla Cəmiyyətin qeydiyyatına dair bütün sənədlərin müvafiq qaydada təsdiq edilmiş surətlərinin məhkəməyə təqdim edilməsinin təmin edilməsi xahiş edilmişdir. Həmin İdarədən daxil olmuş və iş materiallarına əlavə edilmiş sənədlərdə nizamnaməyə bu və ya digər bəndlə əlaqədar dəyişiklik edilməsi üçün ümumi yığıncağın keçirilməsi müəyyən edilməmişdir. “AAAF-İNŞAAT" MMC-nin üçüncü redaksiyasında olan nizamnaməsinin mübahisələndirilən 4.2.3-cü bəndində göstərilir: Direktor bu nizamnamə ilə ümumi yığıncağın səlahiyyətlərinə aid edilməmiş istənilən məsələylə bağlı, bu nizamnamədə nəzərdə tutulub-tutulmamasından asılı olmayaraq ümumi yığıncağın razılığı olmadan öz mülahizəsinə əsasən müstəqil şəkildə qərar vermək və cəmiyyətə məxsus əmlak (istənilən əşya və qeyri-maddi əmlak nemətləri) üzərində sərəncam vermək, o cümlədən hüquqi və ya fiziki şəxslərə etibarnamə vermək səlahiyyətinə malikdir. Həmin nizamnamənin 4.1.3-cü bəndinə əsasən, aşağıdakı məsələlər ümumi yığıncağın səalhiyyətlərinə aid edilmişdir: cəmiyyətin nizamnaməsini və onun nizamnamə kapitalının miqdarını dəyişdirmək (4.1.3.1); cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək (4.1.3.2); cəmiyyətin illik hesabatlarını və mühasibat balanslarını təsdiq etmək, onun mənfəətini və zərərini bölüşdürmək (4.1.3.3); cəmiyyətin yenidən təşkili və ya ləğvi haqqında qərar qəbul etmək (4.1.3.4); cəmiyyətin direktorlar şurası (və ya müşahidə şurası) və (və ya təftiş komissiyasını (müfəttişini) seçmək (4.1.3.5); Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49-1.2-ci maddəsində nəzərdə tutulmuş əqdlərin bağlanması haqqında qərar qəbul etmək (4.1.3.6). Nizamnamənin istinad edilən bəndlərindən göründüyü kimi, hüquqi şəxsin nizamnaməsinə dəyişiklik edilməsi ümumi yığıncağın səlahiyyətlərinə daxildir. Qətnamənin 3.6-cı bəndində qeyd edilmiş İddiaçı tərəfindən cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh4 ünvanlanmış 19 aprel 2022-ci il tarixli “Təsisçilərin növbədənkənar yığıncağının keçirilməsi və gündəliyə yeni müzakirə mövzularının əlavə olunması barədə” bildirişin məzmununda iddiaçı tərəfindən ümumi yığıncağın iclasında 4 məsələnin müzakirə edilməsi təklif edilmişdir. Bu məsələlərin hər hansı biri nizamnamənin hansısa bəndinə (o cümlədən 4.2.3-cü bəndinə) dəyişikliklə bağlı deyildir. Qətnamənin 3.5-ci bəndində təsvir edilmiş 01 fevral 2022-ci il tarixli "xxxx" MMCnin təsisçilərinin növbəti 2022-ci il üçün ümumi yığıncağının protokoluna əsasən, iddiaçı özünün nümayəndəsi Nazim Nəsirov (eyni zamanda iclasın katibi) vasitəsilə iclasda təmsil olunmuş, iclasın gündəliyi barədə müzakirə aparılmış, təsisçilərə göndərilən bildirişdə qeyd olunan gündəlikdə nəzərdə tutulan məsələlərlə bağlı hər hansı etiraz və təklifin daxil olması barədə soruşulmuş, belə bir ərizə və təklifin daxil olmadığı bildirilmiş, daha sonra iclasın gündəliyi səsə qoyularaq qəbul edilmişdir. İclasda müzakirə edilən 9 məsələnin heç biri nizamnaməyə edilən dəyişiklə bağlı deyildir. İddia tələbinin “AAAF-İNŞAAT" MMC-nin nizamnaməsinin 4.2.3-cü bəndinin və nizamnaməyə bu bəndlə əlaqədar edilmiş dəyişikliklə bağlı ümumi yığıncağın qərarının həmin hissədə etibarsız hesab edilməsi barədə hissəsi ona görə əsassızdır ki, yuxarıda şərh edilənlər və hüquqi şəxsin nizamnaməsinin 4.1.3-cü bəndi bu nəticəyə gəlməyə imkan verir ki, nizamnaməyə edilən hər bir dəyişiklik yalnız ümumi yığıncağın qərarı ilə edilə bilər, hazırda mübahisələndirilən bənd iddiaçının təsisçilərdən biri olduqdan sonra və ya bundan öncə keçirilmiş hansısa ümumi yığıncağın müzakirə mövzusu olmamışdır, iddiaçının iştirak etdiyi ümumi yığıncaqda belə bir məsələ, ümumiyyətlə müzakirə olunmamışdır, iddiaçı özü də belə bir məsələni müzakirəyə çıxarmamış, müzakirəyə çıxarmağa təşəbbüs (səy) göstərməmişdir, əgər müzakirə mövzusu olmuşdursa və ya müzakirəyə çıxarmışdırsa, bu halları təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir, üstəlik mübahisələndirilən bəndin mövcud olduğu nizamnamə bilavasitə iddiaçının özünün razılığı ilə təsdiq edilmişdir. Başqa sözlə, iddiaçının təqdim etdiyi (o cümlədən ümumən işdə olan) sübutlar və əsaslandığı mülki qanunvericiliyin normaları nizamnamənin 4.2.3-cü bəndini etibarsız hesab etməyə imkan vermir, eyni zamanda nizamnaməyə bu bəndlə əlaqədar dəyişikliyin baş tutduğu ümumi yığıncağın keçirilməsi iş materialları ilə təsdiq edilmir və iddiaçı məhz hansı ümumi yığıncaqda bu bəndə dəyişiklik edildiyini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bundan başqa, hüquqi şəxsin nizamnaməsinə əsasən, nizamnaməyə dəyişiklik edilməsinin ümumi yığıncağın səlahiyyətlərinə aid olması nəzərə alındıqda, iddiaçı Mülki Məcəllənin 91.1-3-cü maddəsindən irəli gələn hüququndan istifadə edərək növbədənkənar ümumi yığıncaq çağırmaq hüququna malik olsa da, onun tərəfindən ümumi yığıncağın çağrılması üçün müvafiq hərəkətlərin (yığıncağın gündəliyinin müəyyən edilməsi, bu barədə digər təsisçiyə müvafiq bildiriş göndərilməsi və s.) edilməsi barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. İddia tələbi bu hissədə təmin edilmədiyindən məhkəmə “AAAF-İNŞAAT" MMC-nin nümayəndəsinin 06 fevral 2024-cü il tarixli iddia müddətinin tətbiqi barədə ərizəyə münasibət bildirməyə zərurət görməmişdir. Yuxarıda göstərilənlərə və şərh edilənlərə əsasən, məhkəmə hesab etmişdir ki, “AAAF- İNŞAAT" MMC-nin nizamnaməsinin 4.2.3-cü bəndinin və nizamnaməyə bu bəndlə əlaqədar edilmiş dəyişikliklə bağlı ümumi yığıncağın qərarının həmin hissədə etibarsız hesab edilməsi barədə iddia tələbi əsassızdır və təmin edilməməlidir. 45.Alqı-satqı müqaviləsinin, onun əsasında verilmiş dövlət reyestrindən daşınmaz əmlaka dair çıxarışın, torpaq sahəsinin plan və ölçüsünün etibarsız hesab edilməsi, ara məsafəsi saxlamadan Cavabdeh2 tərəfindən aparılan tikintinin sökülməsiə dair isə məhkəmə qeyd etmişdir k, cavabdehlər "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış 23 dekabr 2022-ci il tarixli 4Ə-810 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh2 "xxxx" MMC-nin mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən 0,06 ha torpaq sahəsini 5000 manata satın almışdır (qətnamənin 3.11-ci bəndi). İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən məhkəməyə təqdim edilmiş 12 iyun 2024-cü il tarixli 10/2031-9/2076 nömrəli ekspert rəyində sözügedən torpaq sahəsinin alqı-satqı müqaviləsinin imzalandığı tarixə, yəni 2022-ci il üçün 1 sotunun orta bazar qiymətinin təqribən 76000 manat olduğu qeyd edilmişdir (qətnamənin 3.14-cü bəndi). Həmin Mərkəzdən təqdim edilmiş 08 yanvar 2025-ci il tarixli 10/7170-9/7506 nömrəli ekspert rəyində 6 sot torpaq sahəsinin 2022-ci ilə olan orta bazar qiymətinin təqribən 456000 manat (1 sot 76000 manat) məbləğində olduğu qeyd edilmişdir (qətnamənin 3.15- ci bəndi). Həmçinin cavabdeh "xxxx" MMC-nin nümayəndəsi tərəfindən təqdim edilmiş "xxxx" MMC tərəfindən tərtib edilmiş 29 iyul 2024-cü il tarixli qiymətləndirmə rəyi ilə sözügedən 0,06 ha torpaq sahəsinin 2022-ci il üçün bazar dəyərinin 60000 manat, "xxxx" MMC tərəfindən tərtib edilmiş 29 iyul 2024-cü il tarixli arayışın məzmununda həmin torpaq sahəsinin 2022-ci il üçün bazar dəyərinin 10000 manat, likvid dəyərinin 8000 manat məbləğində olduğu qeyd edilmişdir (qətnamənin 3.23cü və 3.24-cü bəndləri). Mülki Məcəllənin 337.1-ci maddəsində etibarsız əqdlərə ümumi anlayış verilərək qeyd edilir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin maddədə bu cür əqdlərin iki növü - mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər fərqləndirilir. Mülki Məcəllənin 339.1-ci maddəsində qeyd edilir ki, bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd zərərçəkən tərəfindən mübahisələndirilə bilər. 339.6-cı maddədə isə göstərilir ki, Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Mülki Məcəllənin 49.4-cü maddəsində hüquqi şəxs adından çıxış edən şəxsin, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxsin hüquqi şəxsə və ya səhmdara (payçıya) dəyən zərərə görə məsuliyyət daşıyacağı halların siyahısı sadalanır. Həmin hallardan biri hüquqi şəxsin əmlakının bazar şərtlərindən əhəmiyyətli dərəcədə aşağı şərtlərlə və qiymətlə özgəninkiləşdirilməsi və ya istifadəyə verilməsidir (49.4.2-ci maddə). Məhkəmə hesab edir ki, iddia tələbinin bu hissədə qanuni əsasları məhz Mülki Məcəllənin 339.1-ci, 49.4.2-ci və 339.6-cı maddələridir. İddiaçı tərəfindən cavabdehlər arasında bağlanmış 23 dekabr 2022-ci il tarixli əqdin mübahisələndirilməsi artıq həmin əqd barəsində məhkəmənin müvafiq qiymətləndirmə aparmaqla bu əqdin etibarlı olubolmaması nəticəsinə gəlməsini zəruri edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli Qərarında qeyd edildiyi kimi, “mübahisələndirilən əqdlərin müəyyən müddətlər ərzində mübahisə edilməklə etibarsız hala gətirilməsi mümkün olur” və “maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir”. Göründüyü kimi, hüquqi şəxsin əmlakının bazar şərtlərindən əhəmiyyətli dərəcədə aşağı şərtlərlə və qiymətlə özgəninkiləşdirilməsi həmin hüquqi şəxsin 10 faiz paya malik olan təsisçisinə - hazırkı iş üzrə iddiaçıya həmin əqdi mübahisələndirməklə müqaviləni etibarsız hala gətirmək imkanı verir və belə olduğu halda məhkəmənin apardığı qiymətləndirmə hüquqi şəxsin əmlakının bazar şərtlərindən əhəmiyyətli dərəcədə aşağı şərtlərlə və qiymətlə özgəninkiləşdirilməsi halının müəyyən edilib-edilməməsi barədə olmalıdır. Yuxarıda qeyd edildiyi kimi, sözügedən əmlakın satıldığı dövr üçün bazar dəyərinin müəyyən edilməsi üçün məhkəmə-əmtəəşünaslıq və əlavə məhkəmə-əmtəəşünaslıq ekspertizaları təyin edilərək keçirilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən məhkəməyə təqdim edilmiş 12 iyun 2024-cü il tarixli 10/2031-9/2076 nömrəli ekspert rəyində sözügedən torpaq sahəsinin alqı-satqı müqaviləsinin imzalandığı tarixə, yəni 2022-ci il üçün 1 sotunun orta bazar qiymətinin təqribən 76000 manat olduğu (qətnamənin 3.14-cü bəndi), 08 yanvar 2025-ci il tarixli 10/7170-9/7506 nömrəli ekspert rəyində isə 6 sot torpaq sahəsinin 2022-ci ilə olan orta bazar qiymətinin təqribən 456000 manat (1 sot 76000 manat) məbləğində olduğu qeyd edilmişdir. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi tərəfindən iş materiallarına əlavə edilmiş müstəqil qiymətləndiricilər tərəfindən təqdim edilmiş yuxarıda göstərilən rəylərdə isə torpaq sahəsinin bazar dəyəri 60000 manat və 10000 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə cavabdehlər "xxxx" MMC və Cavabdeh2 arasında bağlanmış 23 dekabr 2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsində göstərilmiş torpaq sahəsinin ümumi dəyərini (5000 manat) ekspert və mütəxəssis rəylərində göstərilmiş dəyərləri ilə müqayisə edərək belə nəticəyə gəlmişdir ki, alqı-satqı müqaviləsinin predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən 0,06 ha torpaq sahəsinin satışı real bazar dəyərindən dəfələrlə aşağı qiymətə həyata keçirilmiş, müqavilədə əmlakın dəyəri onun real bazar dəyərindən kəskin şəkildə aşağı qiymət müəyyən edilməklə bağlanılmışdır. Başqa sözlə, hüquqi şəxsin əmlakı bazar şərtlərindən əhəmiyyətli dərəcədə aşağı şərtlərlə və qiymətlə özgəninkiləşdirilmişdir. Qeyd edilməsi yerinə düşər ki, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi tərəfindən iş materiallarına əlavə edilmiş mütəxəssis rəyində müəyyən edilmiş torpağın ən aşağı qiyməti belə onun müqavilədə müəyyən edilmiş qiymətindən iki dəfə çoxdur. Məhkəmə Mülki Məcəllənin 49.4.4-cü, 339.1-ci və 339.6-cı maddələrini rəhbər tutaraq qeyd edir ki, cavabdehlər "xxxx" MMC və Cavabdeh2 arasında bağlanmış 23 dekabr 2022-ci il tarixli 4Ə-810 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi "xxxx" MMC-nin əmlakının bazar şərtlərindən əhəmiyyətli dərəcədə aşağı qiymətlə özgəninkiləşdirilməsi ilə nəticələndiyindən etibarsız hesab edilməli, eyni zamanda onun əsasında verilmiş dövlət reyestrindən daşınmaz əmlaka dair çıxarış, torpaq sahəsinin plan və ölçüsü ləğv edilməli, Cavabdeh2 tərəfindən müqavilənin predmeti olan torpaq sahəsində çəkilmiş hasar sökülməlidir. Məhkəmə, əlavə olaraq qeyd etmişdir ki, Cavabdeh2 tərəfindən müqavilənin predmeti olan torpaq sahəsində çəkilmiş hasarın sökülməsi barədə gəldiyi nəticə Mülki Məcəllənin 337.5-ci maddəsində təsbit edilən imperativ tələbdən irəli gəlməklə yanaşı, həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən məhkəməyə təqdim edilmiş məhkəmə tikinti-texniki ekspertizalarına dair 12 iyun 2024-cü il tarixli 10/2031-9/2076 nömrəli və 08 yanvar 2025ci il tarixli 10/7170-9/7506 nömrəli ekspert rəylərində həmin hasarın hündürlük baxımından Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.3-cü maddəsinin, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında inşa edilmiş yeddimərtəbəli yaşayış binası ilə ara məsafəsi baxımından isə həmin Məcəllənin 69.5.1-ci maddəsinin tələblərinə uyğun olmadığı qeyd edilmişdir.

46. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 389.1, 389.2, 390.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.4-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətlərinin dəlilləri

47. Qətnamədən narazı qalan cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti apellyasiya şikayəti verərək Sumqayıt Kommersiya Məhkəməsinin 24 iyun 2025-ci il tarixli, e-2-2(119)-19/2025 nömrəli qətnaməsinin qismən ləğv edilməsi və cavabdehlər "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 4Ə-810 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsi əsasında verilmiş xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli **********91 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, torpaq sahəsinin plan və ölçüsünün ləğv edilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında, giriş hissədə 7 mərtəbəli yaşayış binasının yan tərəfində Cavabdeh2 tərəfindən inşa edilmiş hasarın sökülməsi hissəsində iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

48. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qənaətinə görə, digər Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən 0,06 ha torpaq sahəsinin dəyəri 5000 manat deyil, 1 sot 76.000 manat olmaqla cəmi 456.000 manat məbləğində olmalıdır. Qətnamədə göstərilir ki, hüquqi şəxsin əmlakının bazar şərtlərindən əhəmiyyətli dərəcədə aşağı qiymətlə özgəninkiləşdirilməsi həmin hüquqi şəxsin 10 faiz paya malik olan təsisçisinin marağına zidddir. Sözügedən əmlakın satıldığı dövr üçün bazar dəyərinin müəyyən edilməsi üçün məhkəmə-əmtəəşünaslıq və əlavə məhkəmə əmtəəşünaslıq ekspertizaları təyin edilərək keçirilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən məhkəməyə təqdim edilmiş 12 iyun 2024-cü il tarixli 10/2031-9/2076 nömrəli ekspert rəyində sözügedən torpaq sahəsinin alqı-satqı müqaviləsinin imzalandığı tarixə, yəni 2022-ci il üçün 1 sotunun orta bazar qiymətinin təqribən 76.000 manat olduğu, 08 yanvar 2025-ci il tarixli 10/7170-9/7506 nömrəliekspert rəyində isə 6 sot torpaq sahəsinin 2022-ci ilə olan orta bazar qiymətinin təqribən 456.000 manat (1 sot 76.000 manat) məbləğində olduğu göstərilir. Abşeron rayonunda, 0.06 sot boş torpaq sahəsinin ümumi dəyərinin 456.000 manat məbləğində olması gülüncdür. İş materiallarında MMC tərəfindən təqdim edilmiş əmlak elanlarından, habelə ümumi işgüzar adətlərdən bilindiyi kimi Xırdalanda 456.000 manat məbləğinə, mülkiyyət hüququ Əmlak Məsələləri Dövlət Xidmətində qeydə alınmış, təxminən 10 sot torpaq sahəsində inşa edilmiş 300 kv.m.-400 kv.m. ibarət həcmdə qeyri-yaşayış binasını almaq olar. Həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertinin cəmi satış elanı əsasında rəy verilməsini obyektiv və hərtərəfli hesab etmək olmaz. Ekspertin ekspertiza rəyində istinad etdiyi iki elanda olan daşınmaz əmlakların mövcud vəziyyətini mübahisələndirilən torpaq sahəsi ilə müqayisə etdikdə uyğunsuzluq açıq-aşkardır. Həmin elanda əmlak torpaq sahəsi ilə yanaşı üzərində yerləşən qeyriyaşayış obyektindən ibarətdir. Lakin mübahisələndirilən əmlak üzərində heç bir tikilinin olmadığı torpaq sahəsidir. Məhkəmənin istinad etdiyi və ekspertin rəy verdiyi 456.000 manat məbləğinə nəinki Xırdalan, xüsusilə Bakı şəhərində də prespektivli qeyri-yaşayış binasını əldə etmək olar. Məhkəmə-əmtəəşünaslıq üzrə ekspert xüsusi bilik nümayiş etmək əvəzinə sadəcə olar rəyini iki elan üzərində qurmuşdur. Halbuki daşınmaz əmlakın qiymətləndirilməsinin müxtəlif metodları mövcud olduğu halda ekspertin ancaq müqayisə metodu üzrə iki elana baxış keçirməklə yekunlaşdırması ekspertin öz peşəsinə səriştəsiz yanaşmasının nümunəsidir. Bundan başqa, iş üzrə keçirilmiş təkrar məhkəmə ekspertizası zamanı əmtəəşünas ekspert tərəfindən daşınmaz əmlakın dəyərinin qeyri-obyektivliyinə münasibət bildirilməmiş və məhkəmə tərəfindən qiymətləndirilməmişdir. Məhkəmə, əlavə olaraq qeyd edir ki, Cavabdeh2 tərəfindən müqavilənin predmeti olan torpaq sahəsində çəkilmiş hasarın sökülməsi barədə gəldiyi nəticə Mülki Məcəllənin 337.5-ci maddəsində təsbit edilən imperativ tələbdən irəli gəlməklə yanaşı, həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən məhkəməyə təqdim edilmiş məhkəmə tikinti-texniki ekspertizalarına dair xx.xx.2024-cü il tarixli 10/2031-9/2076 nömrəli və xx.xx.2025-ci il tarixli 10/7170-9/7506 nömrəli ekspert rəylərində həmin hasarın hündürlük baxımından Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.3-cü maddəsinin, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında inşa edilmiş yeddi mərtəbəli yaşayış binası ilə ara məsafəsi baxımından isə həmin Məcəllənin 69.5.1-cimaddəsinin tələblərinə uyğun olmadığı qeyd edilmişdir. Məhkəmə yanlış qənaətə gəlmişdir. Əvvəla, torpaq sahəsinin hüdudlarından kənara çıxılmamışdır. Yaşayış binasının ərazisinə münasibətdə ölçü meyarlarının müəyyənləşdirilməsi onun mülkiyyətində olan torpaq sahəsinin hüdudlarına kimi olmalıdır. Lakin məhkəmə yanlış maddi normaya istinad edərək əsassız məhkəmə aktı qəbul etmişdir. Sözügedən yaşayış binası ümumi küçə olaraq qeydə alınmış və həmin binanın tikintisi zamanı müvafiq sənədləşmə prosesləri Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən aparılmamışdır. Çünki həmin dövr üçün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvədə olmamışdır. Lakin məhkəmə bu halı nəzərə almamışdır. Məhkəmə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən məhkəməyə təqdim edilmiş məhkəmə tikinti-texniki ekspertizalarına dair xx.xx.2024-cü il tarixli 10/2031-9/2076 nömrəli və xx.xx.2025-ci il tarixli 10/7170-9/7506 nömrəli ekspert rəylərində həmin hasarın hündürlük (2.20 metr) baxımından Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.3-cü maddəsinin tələblərini uyğun olmadığını qeyd etsə də, dəfələrlə Cavabdeh2 məhkəmə iclaslarında həmin hasarın hündürlüyünün onun tərəfindən normativə uyğun azaldılmasını bildirmişdir. Məhkəmə aktında göstərilir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli 10/1989 nömrəli ekspert rəyində cavabdeh Musayevin faktiki istifadəsində olan daş hasarın daxilində yerləşən torpaq sahəsi ilə **********91 reyestr nömrəli çıxarışla sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşən hissəsi 0.05 ha. təşkil etməsi mübahisəsiz haldır. Çünki bu subyektiv hüquq mülkiyyət sahibi "xxxx" MMC-yə məxsus olduğuna görə mübahisləndirilmir. Nəzərə çatdırmaq lazımdır ki, mübahisəli torpaq sahəsini satıcı MMC təklif etdiyi qiymət və şərtlər daxilində razılaşaraq əldə edilmiş və razılaşma əsasında satılmışdır. Yəni alqı-satqı zamanı alıcı və satıcının niyyəti torpaq sahəsini satmaq, abadlaşdırma işlərini həyata keçirmək və qanunun tələblərinə müvafiq aidiyyatı dövlət orqanlarından müvafiq icazə alaraq işlərin görülməsindən ibarət olmuşdur. Alıcı və satıcı münasibətləri dürüstlük prinsipi əsasında hərəkət etmişdir. Lakin alınmış torpaq sahəsi təsisçi İddiaçı ilə "xxxx" MMC arasında yaranan daxili mübahisələrin predmetinə çevrilmişdir. Halbuki təsisçi İddiaçı əmlak satışına görə dəyən ziyanı cavabdeh MMC-dən tələb etməli halda hüquqdan sui-istifadə edərək mübahisəni torpaq alqı-satqı münasibətlərinin etibarsızlığına yönəltmişdir. Ədalət mühakiməsini həyata keçirən məhkəmə alıcı Musayevin vicdanlı alıcı olmağı nəzərə almamış, preyudisiallıq institutunu düzgün tətbiq etməmiş, nəticədə Konstitusiya ilə təsbit edilmiş mülkiyyət hüququnu pozmuşdur. İş üzrə keçirilmiş məhkəmə ekspertizaları Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 10/1989 nömrəli; xx.xx.2024-cü il tarixli 10/2031-9/2076 nömrəli Ekspertiza rəyləri və 15.01.25-ci il tarixli 3- 21-3-32/2-490/2025 nömrəli Mütəxəssis rəyi Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında, giriş hissədə inşa edilmiş 7 mərtəbəli yaşayış binasının mübahisələndirilən torpaq sahəsinə münasibətdə fərqli mütəxəssis fikirləri bildirmiş, hətta ziddiyyətli fikirləri də qeyd etmək olar. Hesab edir ki, iş üzrə verilmiş rəylər natamam və qeyri-obyektivdir. Mübahisəli daşınmaz əmlaka qeyri-obyektiv və şişirdilmiş qiymət müəyyən edilmişdir. Bununla bağlı tərəfindən kifayətedici sübutlar da təqdim edilmişdir. Eyni zamanda, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında, giriş hissədə inşa edilmiş 7 mərtəbəli yaşayış binasının mübahisələndirilən torpaq sahəsi ilə əlaqəli hissəsində də maddi hüquq normalarıdüzgün tətbiq edilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi **********16-12301 reyestr nömrəli Çıxarışa əsasən 36 hektar əraziyə görə ekspert tədqiqatı düzgün aparılmamışdır. Ekspert rəylərində mütəxəsislər Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin normalarına istinad etmişlər. Sözügedən yaşayış binasının inşası Abşeron Rayon İcra Hakimiyyətinin Başçısının 1105 nömrəli 11 iyul 2012-ci il Sərəncamına əsasən başlanılmışdır.Lakin, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 392- İVQ nömrəli “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi təsdiq edilmiş və Şəhərsalma və Tikinti Məcəlləsi 2013-cü il yanvarın 1-dən qüvvəyə minmişdir. Həmin Qanunun 2-ci bəndinə görə, Məcəllənin aşağıdakı müddəaları bu maddədə nəzərdə tutulmuş müddətdə və qaydada qüvvəyə minir: 2.1. şəhərsalma və tikinti sahəsində bələdiyyələrin səlahiyyətlərinə, şəhərsalma və tikinti fəaliyyətinin ətraf mühitə təsirinin qiymətləndirilməsinə dair müddəalar - həmin məsələlərlə bağlı müvafiq qanunlar qəbul edildikdə; 2.2. tikinti layihələrinin şəhərsalma sənədlərinə uyğunluğuna dair Məcəllənin 11.1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müddəa - Məcəllənin qüvvəyə mindiyi gündən 14 il sonra. (7.) Məcəllə qüvvəyə minənədək hazırlanmış və ya hazırlanmaqda olan, lakin təsdiq edilməmiş ərazi planlaşdırılması sənədlərinə Məcəllənin müddəaları şamil olunmur. Belə olan halda, ekspert Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarını deyil, qüvvədə olan tikinti normativlərini tətbiq etməli idi. Torpaq sahəsinin orta bazar qiymətinin müəyyən olunmasında əsaslandırıcı hissədə qeyd edilir ki, rəyin təsviri və əsaslandırıcı hissəsində (səhifə 12, 1-ci abzas): qiymətləndiricinin qənaətinə görə qiymətləndirməyə təqdim edilmiş obyektin qiymətləndirilməsi üçün mövcud üç yanaşmadan yalnız müqayisə yanaşmasının tətbiq olunması daha məqsədəuyğundur. Azərbaycan Respublikası Milli X1 ümumi anlayışı və prinsipləri (AMQŞ 2).2.2-ci bəndində qeyd olunur ki, mülkün faydalılığı, yəni onun insanların ehtiyac və təlabatlarını ödəmək qabiliyyəti dəyər yaradır. Mülkün dəyərinə onun nadirliyi, faydalı ömrü, yerləşdiyi məkanın sabitliyi, müvafiq bazarda təklifinin nisbi məhdudluğu və konkret sahənin istehlak xassələri təsir edir. (6.3.) Bazar dəyəri anlayışına görə, qiymət açıq və rəqabətli bazarda danışıqlar yolu ilə müəyyənləşir. Əmlakın satışa çıxarıldığı bazar, bazar dəyərinin tərifinə görə kiçik və ya məhdud deyil. Başqa sözlə, “açıq” sözünün işlədilməməsi sövdələşmənin qapalı və ya təsadüfi xarakter daşıdığına dəlalət etmir. Azərbaycan Respublikası Milli Qiymətləndirmə Standartları. Bazar dəyəri qiymətləndirmə bazası kimi. (AMQŞ 3). 5.8-ci bəndə görə, Qiymətləndirici bazar dəyərini qiymətləndirilməsi hesabatında: 1) Hərtərəfli,aydın və birmənalı izah edilmiş şəkildə qiymətləndirmənin nəticələrini verməli, 2) Hesabatın istifadəçilərinə onun məlumat, sübut, təhlil və nəticələrini başa düşmək üçün kifayət qədər informasiya verməli, 3) Qiymətləndirmə prosesi zamanı çatışmazlıqları, boşluq və məhdudiyyətləri dəqiq surətdə qısaca verməli, 4) Qiymətləndirilən əmlakı, həmçinin onun tədqiq xarakterini və miqyasını dəqiq surətdə uyğunlaşdırmalı və təsvir etməli, 5) Qiymətləndirilən maraq və ya maraqları uyğunlaşdırmalı, 6) Qiymətləndirilən dəyəri müəyyən etmək, səmərəli qiymətləndirmə və hesabat tarixini təsbit etməli, 7) Qiymətləndirmənin tətbiq edilmiş bazası, onların tətbiq edilmə arqumentləri və çıxarılmış nəticələr haqqında tam və hərtərəfli izahat verməli, 8) Obyektivliyi, qərəzsizliyi,əmək haqqından və ya digər mükafatlandırılmalardan asılı olmadığını, standartın və digər lazımi informasiyaların tətbiq edildiyini qeyd etməli və peşəkarlığı əks etdirən imzalanmış peşəkarlıq sertifikatını hesabata əlavə kimi daxil etməlidir. Beləliklə, Azərbaycan Respublikası Milli Qiymətləndirmə Standartları və Əmlakın qiymətləndirilməsinə dair X2 nəzərə alanda əmlakın qiymətləndirilməsində xərc yanaşması, müqayisə yanaşması, gəlir yanaşması kimi meyarlar nəzərə alınaraq metodları əsasında müəyyən olunur. Lakin sözügedən Ekspertiza rəyində yalnız bir metoddan, yəni müqayisəli yanaşma metodundan istifadə edilmişdir. Lakin o da natamamdır. Rəydən göründüyü kimi iki əmlak elanı əsasında ortalama hesablanmışdır. Tamamilə yanlışdır. Çünki elanda qeyd olunan əmlaklardan biri torpaq sahəsi ilə birlikdə tikilidən ibarətdir. Bundan başqa, mübahisəli torpaq sahəsinin 1 sotunun 2022-ci ilə orta bazar qiymətinin təqribən 76.000,0 manat məbləğində müəyyən edilməsi reallığı əks etdirmir. Çünki Xırdalan şəhərində və ya şəhərətrafı (Masazır və sair) ərazilərində 76.000 manat məbləğində 3-4 sot torpaq sahəsində inşa edilmiş 100-120 k.m. ibarət fərdi yaşayş evini almaq olar. “Emlak.az”, “bina.az”, “arenda.az”, “Yeniemlak.az”, “Tezbazar.az” və sair internet səhifələrindan əldə edilmiş elanlara istinad etsək 2022-2023-cü illər ərzində Abşeron rayonu - Xırdalan şəhərində yerləşən torpaq sahələrinin alış-satış diaqnostikası dəyişkən olması müşahidə olunur. Maraqlı hal ondan ibarətdir ki, Xırdalan şəhərində 400.000-500.000 manat məbləğinə hazır inşa edilmiş və istismar olunan, mülkiyyət hüququ qeydə alınmış qeyri-yaşayış binasını almaq olar. Bu fakt hamıya bəllidir. Müqayisəli təhlil etsək, Bakı şəhərinin tanınmış küçələrində və ya prospektində, misal üçün Teymur Əliyev küçəsində yerləşən torpaq sahəsinin 1 sotunun qiyməti təxminən 100.000 manat təşkil edir. Bakı şəhəri ilə Xırdalan şəhərində torpaq sahələrinin 1 sotunun dəyərinin müqayisə etdikdə aralarında 50 faizdən çox qiymət fərqi yaranır. Azərbaycan Respublikası Milli Qiymətləndirmə Standartları.7.0 bəndinə görə, Qiymətləndirmə hesabatı birmənalı olmayan şərhə və ya hər hansı təhrifə imkan verməməlidir. Bazar dəyərinin müəyyənləşdirilməsi məqsədilə aparılan qiymətləndirilmə bu Standartın 5-ci bölməsinin tələblərinə cavab verməlidir. Hesabatda bazar dəyəri anlayışının mövcud standartdakı tərifinə əsaslanıldığı və bununla bərabər dəyərin faydalılıq (və yaxud da daha ağlabatan istifadə) prinsipinə əməl edildiyi əks etdirilməlidir. Bundan əlavə hesabatda qiymətləndirmənin ümumi şərtləri qısa və aydın şəkildə verilməlidir. Göründüyü kimi Məhkəmə Ekspertiza Mərkəzinin 10/2031-9/2076 nömrəli 12 iyun 2024-cü il tarixli Ekspertiza rəyinin dördüncü sual üzrə nəticəsi Azərbaycan Respublikası Milli Qiymətləndirmə Standartlarına cavab vermir. Azərbaycan Respublikası Milli Qiymətləndirmə Standartları. Qiymətləndirmə hesabatının tərtibi (AMQS 5) 2.1 Hesabata aid olan tələblər hazırki standartda əhatə olunmuşdur və qiymətləndirmə hesabatının bütün növlərinə tətbiq edilir. Qiymətləndirmə haqqında hər bir hesabat AMQS-nın tələblərə müvafiq olmalıdır. Mülkiyyət hüququ hamılıqla qəbul olunmuş hüquq olmaqla, insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi və s.) da əsas və ayrılmaz hüquqlardan biri kimi önəmli yer tutur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə 13 iyun 1979-cu il tarixli Qərarında mülkiyyət hüququ ilə bağlı qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən - “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından,eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Eyni zamanda İddiaçı subyektiv hüququ yalnız təsis payına münasibətdə ona dəyən ziyanı sübut etmək, sübut edildiyi halda həmin ziyan həcmində təsisçi olduğu MMC-dən tələb etməklə məhdudlaşır. Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi və ya etibarsız hesab edilməsi tələbinə (müqavilə tərəfi) dair hissədə subyektiv hüququ yaranmır. Subyektiv hüquq, subyekt tərəfindən müəyyən bir hüquqi əlaqənin yaranması ilə yanaşı hüquqi fakt əsasında əldə edilir. Hüquq münasibətləri dispozitiv bir norma ilə tənzimlənərsə, səlahiyyətli şəxs ona məxsus olan hüquqdan, o cümlədən başqa bir şəxsə təhvil verməkdən imtina edə bilər (belə imtina, qanuni fəaliyyət saymaqla, hüquqi münasibətləri dayandırır və ya dəyişdirir).

49. Qətnamədən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti verərək Sumqayıt Kommersiya Məhkəməsinin 24 iyun 2025-ci il tarixli, e-2-2(119)-19/2025 nömrəli qətnaməsinin qismən ləğv edilməsi və cavabdehlər "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 4Ə-810 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsi əsasında verilmiş xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli **********91 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, torpaq sahəsinin plan və ölçüsünün ləğv edilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında, giriş hissədə 7 mərtəbəli yaşayış binasının yan tərəfində Cavabdeh2 tərəfindən inşa edilmiş hasarın sökülməsi hissəsində iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

50. Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkəmənin qənaətinə görə, mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən 0,06 ha torpaq sahəsinin dəyəri 5000 manat deyil, 1 sot 76.000 manat olmaqla cəmi 456.000 manat məbləğində olmalıdır. Qətnamədə göstərilir ki, hüquqi şəxsin əmlakının bazar şərtlərindən əhəmiyyətli dərəcədə aşağı qiymətlə özgəninkiləşdirilməsi həmin hüquqi şəxsin 10 faiz paya malik olan təsisçisinin marağına ziddir. Sözügedən əmlakın satıldığı dövr üçün bazar dəyərinin müəyyən edilməsi üçün məhkəmə-əmtəəşünaslıq və əlavə məhkəmə-əmtəəşünaslıq ekspertizaları təyin edilərək keçirilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən məhkəməyə təqdim edilmiş 12 iyun 2024-cü il tarixli 10/2031-9/2076 nömrəli ekspert rəyində sözügedən torpaq sahəsinin alqı-satqı müqaviləsinin imzalandığı tarixə, yəni 2022-ci il üçün 1 sotunun orta bazar qiymətinin təqribən 76.000 manat olduğu, 08 yanvar 2025-ci il tarixli 10/7170-9/7506 nömrəli ekspert rəyində isə 6 sot torpaq sahəsinin 2022-ci ilə olan orta bazar qiymətinin təqribən 456.000 manat (1 sot 76.000 manat) məbləğində olduğu göstərilir. Abşeron rayonunda, 0.06 sot boş torpaq sahəsinin ümumi dəyərinin 456.000 manat məbləğində olması gülüncdür. İş materiallarında digər cavabdeh MMC tərəfindən təqdim edilmiş əmlak elanlarından, habelə ümumi işgüzar adətlərdən bilindiyi kimi Xırdalanda 456.000 manat məbləğinə, mülkiyyət hüququ Əmlak Məsələləri Dövlət Xidmətində qeydə alınmış, təxminən 10 sot torpaq sahəsində inşa edilmiş 300 kv.m. - 400 kv.m.-dən ibarət həcmdə qeyri-yaşayış binasını almaq olar. Həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertinin cəmi satış elanı əsasında rəy verilməsini obyektiv və hərtərəfli hesab etmək olmaz. Ekspertin ekspertiza rəyində istinad etdiyi iki elanda olan daşınmaz əmlakların movcud vəziyyətini mübahisələndirilən torpaq sahəsi ilə müqayisə etdikdə uyğunsuzluq açıq-aşkardır. Həmin elanda əmlak torpaq sahəsi ilə yanaşı üzərində yerləşən qeyriyaşayış obyektindən ibarətdir. Lakin mübahisələndirilən əmlak üzərində heç bir tikilinin olmadığı torpaq sahəsidir. Məhkəmənin istinad etdiyi və ekspertin rəy verdiyi 456.000 manat məbləğinə nəinki Xırdalan, xüsusilə Bakı şəhərində də prespektivli qeyri-yaşayış binasını əldə etmək olar. Məhkəmə-əmtəəşünaslıq üzrə ekspert xüsusi bilik nümayiş etmək əvəzinə sadəcə olar rəyini iki elan üzərində qurmuşdur. Halbuki daşınmaz əmlakın qiymətləndirilməsinin müxtəlif metodları mövcud olduğu halda, ekspertin ancaq müqayisə metodu üzrə iki elana baxış keçirməklə yekunlaşdırması ekspertin öz peşəsinə səriştəsiz yanaşmasının nümunəsidir. Bundan başqa, iş üzrə keçirilmiş təkrar məhkəmə ekspertizası zamanı əmtəəşünas ekspert tərəfindən daşınmaz əmlakın dəyərinin qeyri-obyektivliyinə münasibət bildirilməmiş və məhkəmə tərəfindən qiymətləndirilməmişdir. Məhkəmə, əlavə olaraq qeyd edir ki, Cavabdeh2 tərəfindən müqavilənin predmeti olan torpaq sahəsində çəkilmiş hasarın sökülməsi barədə gəldiyi nəticə Mülki Məcəllənin 337.5-ci maddəsində təsbit edilən imperativ tələbdən irəli gəlməklə yanaşı, həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən məhkəməyə təqdim edilmiş məhkəmə tikinti-texniki ekspertizalarına dair xx.xx.2024-cü il tarixli 10/2031-9/2076 nömrəli və xx.xx.2025-ci il tarixli 10/7170-9/7506 nömrəli ekspert rəylərində həmin hasarın hündürlük baxımından Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.3-cü maddəsinin, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında inşa edilmiş yeddi mərtəbəli yaşayış binası ilə ara məsafəsi baxımından isə həmin Məcəllənin 69.5.1-cimaddəsinin tələblərinə uyğun olmadığı qeyd edilmişdir. Məhkəmə yanlış qənaətə gəlmişdir. Əvvəla, torpaq sahəsinin hüdudlarından kənara çıxılmamışdır. Yaşayış binasının ərazisinə münasibətdə ölçü meyarlarının müəyyənləşdirilməsi onun mülkiyyətində olan torpaq sahəsinin hüdudlarına kimi olmalıdır. Lakin məhkəmə yanlış maddi normaya istinad edərək əsassız məhkəmə aktı qəbul etmişdir. Sözügedən yaşayış binası ümumi küçə olaraq qeydə alınmış və həmin binanın tikintisi zamanı müvafiq sənədləşmə prosesləri Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən aparılmamışdır. Çünki həmin dövr üçün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvədə olmamışdır. Lakin məhkəmə bu halı nəzərə almamışdır. Məhkəmə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən məhkəməyə təqdim edilmiş məhkəmə tikinti-texniki ekspertizalarına dair xx.xx.2024-cü il tarixli 10/2031-9/2076 nömrəli və xx.xx.2025-ci il tarixli 10/7170-9/7506 nömrəli ekspert rəylərində həmin hasarın hündürlük (2.20 metr) baxımından Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.3-cü maddəsinin tələblərini uyğun olmadığını qeyd etsə də, dəfələrlə Cavabdeh2 məhkəmə iclaslarında həmin hasarın hündürlüyünün onun tərəfindən normativə uyğun azaldılmasını bildirmişdir. Məhkəmə aktında göstərilir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli 10/1989 nömrəli ekspert rəyində cavabdeh Musayevin faktiki istifadəsində olan daş hasarın daxilində yerləşən torpaq sahəsi ilə **********91 reyestr nömrəli çıxarışla sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşən hissəsi 0.05 ha. təşkil etməsi mübahisəsiz haldır. Çünki bu subyektiv hüquq mülkiyyət sahibi "xxxx" MMC-yə məxsus olduğuna görə mübahisləndirilmir. Nəzərə çatdırmaq lazımdır ki, mübahisəli torpaq sahəsini satıcı MMC təklif etdiyi qiymət və şərtlər daxilində razılaşaraq əldə edilmiş və razılaşma əsasında satılmışdır. Yəni alqı-satqı zamanı alıcı və satıcının niyyəti torpaq sahəsini satmaq, abadlaşdırma işlərini həyata keçirmək və qanunun tələblərinə müvafiq aidiyyatı dövlət orqanlarından müvafiq icazə alaraq işlərin görülməsindən ibarət olmuşdur. Alıcı və satıcı münasibətləri dürüstlük prinsipi əsasında hərəkət etmişdir. Lakin alınmış torpaq sahəsi təsisçi İddiaçı ilə "xxxx" MMC arasında yaranan daxili mübahisələrin predmetinə çevrilmişdir. Halbuki təsisçi İddiaçı əmlak satışına görə dəyən ziyanı cavabdeh MMC-dən tələb etməli halda hüquqdan sui-istifadə edərək mübahisəni torpaq alqı-satqı münasibətlərinin etibarsızlığına yönəltmişdir. Ədalət mühakiməsini həyata keçirən məhkəmə alıcı Musayevin vicdanlı alıcı olmağını nəzərə almamış, preyudisiallıq institutunu düzgün tətbiq etməmiş, nəticədə Konstitusiya ilə təsbit edilmiş mülkiyyət hüququnu pozmuşdur. İş üzrə keçirilmiş məhkəmə ekspertizaları Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 10/1989 nömrəli; xx.xx.2024-cü il tarixli 10/2031-9/2076 nömrəli Ekspertiza rəyləri və 15.01.25-ci il tarixli 3-21-3-32/2-490/2025 nömrəli Mütəxəssis rəyi Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında, giriş hissədə inşa edilmiş 7 mərtəbəli yaşayış binasının mübahisələndirilən torpaq sahəsinə münasibətdə fərqli mütəxəssis fikirləri bildirmiş, hətta ziddiyyətli fikirləri də qeyd etmək olar. Hesab edir ki, iş üzrə verilmiş rəylər natamam və qeyri-obyektivdir. Mübahisəli daşınmaz əmlaka qeyri-obyektiv və şişirdilmiş qiymət müəyyən edilmişdir. Bununla bağlı tərəfindən kifayətedici sübutlar da təqdim edilmişdir. Eyni zamanda, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında, giriş hissədə inşa edilmiş 7 mərtəbəli yaşayış binasının mübahisələndirilən torpaq sahəsi ilə əlaqəli hissəsində də maddi hüuq norması düzgün tətbiq edilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi **********16-12301 reyestr nömrəli Çıxarışa əsasən 36 hektar əraziyə görə ekspert tədqiqatı düzgün aparılmamışdır. Ekspert rəylərində mütəxəsislər Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin normalarına istinad etmişlər. Sözügedən yaşayış binasının inşası Abşeron Rayon İcra Hakimiyyətinin Başçısının 1105 nömrəli 11 iyul 2012-ci il Sərəncamına əsasən başlanılmışdır.Lakin, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 392- İVQ nömrəli “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi təsdiq edilmiş və Şəhərsalma və Tikinti Məcəlləsi 2013-cü il yanvarın 1-dən qüvvəyə minmişdir. Həmin Qanunun 2-ci bəndinə görə, Məcəllənin aşağıdakı müddəaları bu maddədə nəzərdə tutulmuş müddətdə və qaydada qüvvəyə minir: 2.1. şəhərsalma və tikinti sahəsində bələdiyyələrin səlahiyyətlərinə, şəhərsalma və tikinti fəaliyyətinin ətraf mühitə təsirinin qiymətləndirilməsinə dair müddəalar - həmin məsələlərlə bağlı müvafiq qanunlar qəbul edildikdə; 2.2. tikinti layihələrinin şəhərsalma sənədlərinə uyğunluğuna dair Məcəllənin 11.1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müddəa - Məcəllənin qüvvəyə mindiyi gündən 14 il sonra. (7.) Məcəllə qüvvəyə minənədək hazırlanmış və ya hazırlanmaqda olan, lakin təsdiq edilməmiş ərazi planlaşdırılması sənədlərinə Məcəllənin müddəaları şamil olunmur. Belə olan halda, ekspert Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarını deyil, qüvvədə olan tikinti normativlərini tətbiq etməli idi. Torpaq sahəsinin orta bazar qiymətinin müəyyən olunmasında əsaslandırıcı hissədə qeyd edilir ki, rəyin təsviri və əsaslandırıcı hissəsində (səhifə 12, 1-ci abzas): qiymətləndiricinin qənaətinə görə qiymətləndirməyə təqdim edilmiş obyektin qiymətləndirilməsi üçün mövcud üç yanaşmadan yalnız müqayisə yanaşmasının tətbiq olunması daha məqsədəuyğundur. Azərbaycan Respublikası Milli X1 ümumi anlayışı və prinsipləri (AMQŞ 2).2.2-ci bəndində qeyd olunur ki, mülkün faydalılığı, yəni onun insanların ehtiyac və təlabatlarını ödəmək qabiliyyəti dəyər yaradır. Mülkün dəyərinə onun nadirliyi, faydalı ömrü, yerləşdiyi məkanın sabitliyi, müvafiq bazarda təklifinin nisbi məhdudluğu və konkret sahənin istehlak xassələri təsir edir. (6.3.) Bazar dəyəri anlayışına görə, qiymət açıq və rəqabətli bazarda danışıqlar yolu ilə müəyyənləşir. Əmlakın satışa çıxarıldığı bazar, bazar dəyərinin tərifinə görə kiçik və ya məhdud deyil. Başqa sözlə, “açıq” sözünün işlədilməməsi sövdələşmənin qapalı və ya təsadüfi xarakter daşıdığına dəlalət etmir. Azərbaycan Respublikası Milli Qiymətləndirmə Standartları. Bazar dəyəri qiymətləndirmə bazası kimi. (AMQŞ 3). 5.8-ci bəndə görə, Qiymətləndirici bazar dəyərini qiymətləndirilməsi hesabatında: 1) Hərtərəfli,aydın və birmənalı izah edilmiş şəkildə qiymətləndirmənin nəticələrini verməli, 2) Hesabatın istifadəçilərinə onun məlumat, sübut, təhlil və nəticələrini başa düşmək üçün kifayət qədər informasiya verməli, 3) Qiymətləndirmə prosesi zamanı çatışmazlıqları, boşluq və məhdudiyyətləri dəqiq surətdə qısaca verməli, 4) Qiymətləndirilən əmlakı, həmçinin onun tədqiq xarakterini və miqyasını dəqiq surətdə uyğunlaşdırmalı və təsvir etməli, 5) Qiymətləndirilən maraq və ya maraqları uyğunlaşdırmalı, 6) Qiymətləndirilən dəyəri müəyyən etmək, səmərəli qiymətləndirmə və hesabat tarixini təsbit etməli, 7) Qiymətləndirmənin tətbiq edilmiş bazası, onların tətbiq edilmə arqumentləri və çıxarılmış nəticələr haqqında tam və hərtərəfli izahat verməli, 8) Obyektivliyi, qərəzsizliyi,əmək haqqından və ya digər mükafatlandırılmalardan asılı olmadığını, standartın və digər lazımi informasiyaların tətbiq edildiyini qeyd etməli və peşəkarlığı əks etdirən imzalanmış peşəkarlıq sertifikatını hesabata əlavə kimi daxil etməlidir. Beləliklə, Azərbaycan Respublikası Milli Qiymətləndirmə Standartları və Əmlakın qiymətləndirilməsinə dair X2 nəzərə alanda əmlakın qiymətləndirilməsində xərc yanaşması, müqayisə yanaşması, gəlir yanaşması kimi meyarlar nəzərə alınaraq metodları əsasında müəyyən olunur. Lakin sözügedən Ekspertiza rəyində yalnız bir metoddan, yəni müqayisəli yanaşma metodundan istifadə edilmişdir. Lakin o da natamamdır. Rəydən göründüyü kimi iki əmlak elanı əsasında ortalama hesablanmışdır. Tamamilə yanlışdır. Çünki elanda qeyd olunan əmlaklardan biri torpaq sahəsi ilə birlikdə tikilidən ibarətdir. Bundan başqa, mübahisəli torpaq sahəsinin 1 sotunun 2022-ci ilə orta bazar qiymətinin təqribən 76.000,0 manat məbləğində müəyyən edilməsi reallığı əks etdirmir. Çünki Xırdalan şəhərində və ya şəhərətrafı (Masazır və sair) ərazilərində 76.000 manat məbləğində 3-4 sot torpaq sahəsində inşa edilmiş 100-120 k.m. ibarət fərdi yaşayş evini almaq olar. “Emlak.az”, “bina.az”, “arenda.az”, “Yeniemlak.az”, “Tezbazar.az” və sair internet səhifələrindan əldə edilmiş elanlara istinad etsək 2022-2023-cü illər ərzində Abşeron rayonu - Xırdalan şəhərində yerləşən torpaq sahələrinin alış-satış diaqnostikası dəyişkən olması müşahidə olunur. Maraqlı hal ondan ibarətdir ki, Xırdalan şəhərində 400.000-500.000 manat məbləğinə hazır inşa edilmiş və istismar olunan, mülkiyyət hüququ qeydə alınmış qeyri-yaşayış binasını almaq olar. Bu fakt hamıya bəllidir. Müqayisəli təhlil etsək, Bakı şəhərinin tanınmış küçələrində və ya prospektində, misal üçün Teymur Əliyev küçəsində yerləşən torpaq sahəsinin 1 sotunun qiyməti təxminən 100.000 manat təşkil edir. Bakı şəhəri ilə Xırdalan şəhərində torpaq sahələrinin 1 sotunun dəyərinin müqayisə etdikdə aralarında 50 faizdən çox qiymət fərqi yaranır. Azərbaycan Respublikası Milli Qiymətləndirmə Standartları.7.0 bəndinə görə, Qiymətləndirmə hesabatı birmənalı olmayan şərhə və ya hər hansı təhrifə imkan verməməlidir. Bazar dəyərinin müəyyənləşdirilməsi məqsədilə aparılan qiymətləndirilmə bu Standartın 5-ci bölməsinin tələblərinə cavab verməlidir. Hesabatda bazar dəyəri anlayışının mövcud standartdakı tərifinə əsaslanıldığı və bununla bərabər dəyərin faydalılıq (və yaxud da daha ağlabatan istifadə) prinsipinə əməl edildiyi əks etdirilməlidir. Bundan əlavə hesabatda qiymətləndirmənin ümumi şərtləri qısa və aydın şəkildə verilməlidir. Göründüyü kimi Məhkəmə Ekspertiza Mərkəzinin 10/2031-9/2076 nömrəli 12 iyun 2024-cü il tarixli Ekspertiza rəyinin dördüncü sual üzrə nəticəsi Azərbaycan Respublikası Milli Qiymətləndirmə Standartlarına cavab vermir. Azərbaycan Respublikası Milli Qiymətləndirmə Standartları. Qiymətləndirmə hesabatının tərtibi (AMQS 5) 2.1 Hesabata aid olan tələblər hazırki standartda əhatə olunmuşdur və qiymətləndirmə hesabatının bütün növlərinə tətbiq edilir. Qiymətləndirmə haqqında hər bir hesabat AMQS-nın tələblərə müvafiq olmalıdır. Mülkiyyət hüququ hamılıqla qəbul olunmuş hüquq olmaqla, insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi və s.) da əsas və ayrılmaz hüquqlardan biri kimi önəmli yer tutur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə 13 iyun 1979-cu il tarixli Qərarında mülkiyyət hüququ ilə bağlı qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir.

51. Cavabdehin nümayəndəsi Vəkil2 apellyasiya şikayətinə əlavə izahat verərək qeyd etmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən təqdim edilmiş 08 yanvar 2025-ci il tarixli ekspert rəyinə bu işlə bağlı ümumiyyətlə ehtiyac yox idi. Çünki bu məsələ ilə bağlı İddiaçı Məhəmmədhadıyeviçin subyektiv hüququ yoxdur. Çünki ara məsafəsi ilə bağlı hüququ pozulan şəxslər binadan istifadə edən şəxslər ola bilərdilər və yaxud buna səlahiyyəti olan müvafiq orqanlar ola bilərdilər. Hüquqlarını müdafiə etdiyi şəxsə mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsində inşa edilmiş hasar İddiaçı Məhəmmədhadıyeviçin hər hansı bir hüququnu pozmur. Məhkəmə iclasında da qeyd etdiyi kimi iddiaçı hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs vəzifələrini vicdanla yerinə yetirmədiyi üçün o, pozuntu nəticəsində hüquqi şəxsə dəymiş zərərin əvəzini ödəməlidir. (MM-nin 49.3-cü maddəsi). Yəni iddiaçı bu məsələdə cavabdeh ola biləcək şəxs "xxxx" MMC-yə qarşı iddia qaldıraraq ona dəymiş ziyanını əvəzini tələb edə bilər. Hasarın bina ilə ara məsafəsi şəhərsalma və torpaq mübahisəsidir. İddiaçı isə nə torpaq sahibi, nə binanın mülkiyyətçisi, nə də səlahiyyətli orqandır. Onun şirkətdə 10% paya malik olması, üçüncü şəxsin torpağında aparılan tikintiyə müdaxilə üçün hüququ əsas yaratmır. Həmçinin hüquqlarını müdafiə etdiyi şəxs məhkəmə iclasında və dəfələrlə bildirmişdir ki, həmin torpaq sahəsinin yerində zibillik olmuş, o bu əraziləri zibillikdən təmizləyərək abadlaşdırmışdır.

Apellyasiya şikayətlərinə etiraz

52. İddiaçının nümayəndəsi vəkil Nümayəndə2 apellyasiya şikayətinə qarşı etiraz verərək qeyd etmişdir ki, apellyasiya şikayəti əsassızdır, iddiası ilə bağlı öz mövqeyində qalaraq apellyasiya şikayətinə aşağıdakı əsaslarla etiraz edir. İşin halları üzrə İddiaçı "xxxx" MMC-nin təsisçilərindən biridir. xx.xx.2020-ci il tarixli Hüquqi şəxslərin dövlət reyestrindən Çıxarışa əsasən onun MMC-nin nizamnamə kapitalındakı maya dəyəri 10 faiz təşkil edir. "xxxx" MMC-nin ərazisi olan, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında, giriş hissədə inşa edilmiş 7 mərtəbəli yaşayış binasının yan tərəfində, ara məsafəsi saxlamadan Cavabdeh2 tərəfindən qanunsuz olaraq əsaslı tikinti işlərinə başlanılmış, özbaşına hasarlanma işləri həyata keçirilmişdir. Aidiyyatı qurumlara etdiyi sorğular nəticəsində məlum olmuşdur ki, "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış, Bakı şəhəri, 26 saylı notariat ofisinin xüsusi notariusu Cavabdeh3 tərəfindən xx.xx.2022-ci il tarixdə təsdiq edilmiş, 4Ə-810 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Abşeron rayonu, Xırdalan şəhəri ünvanında yerləşən, yəni yuxarıda qeyd etdiyi ərazidən 0.06 ha torpaq sahəsi satılmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən Cavabdeh2 Abşeron rayonu, Xırdalan şəhəri ünvanında yerləşən 0.06 ha torpaq sahəsinə xx.xx.2022-ci il tarixdə hüquqlarının dövlət qeydiyyatı aparılaraq, həmin torpaq sahəsinə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış (reyestr nömrəsi: **********91) verilmişdir. İddiaçı təsisçi olaraq bu tikintidən, satılmış torpaq sahəsindən heç bir xəbəri olmayıb. Ərazidə olan yaşayış binalarının sakinləri ilə bərabər aidiyyatı qurumlara dəfələrlə yazılı və şifahi müraciətlər ünvanlamaqla bu barədə öz böyük narazılığını bildirmişdir. Cavabdehlərə etdiyi sorğulara cavab olaraq bildirilmişdir ki, ümumiyyətlə Abşeron rayonu, Xırdalan şəhəri ünvanında yerləşən 0.06 ha torpaq sahəsinə dair Cavabdeh2 ilə xx.xx.2022-ci il tarixli 4Ə-810 reyestr nömrəli alqı-satqı müqaviləsinin bağlanmasına əsas olacaq sənədlər, yəni notariusun əqdi təsdiqləmək üçün təqdim olunmalı sənədlər - "xxxx" MMC-də qəbul edilmiş qərarlar (ümumi yığıncağın qərarı, təsisçilərin (iştirakçıların) məlumatlandırılması barədə məlumat, əmlakın qiymətləndirilməsi, real (bazar) dəyəri, hüquqi şəxsdə olan və həmin hallarla bağlı sənədlər) mövcud deyildir. "xxxx" MMC movcud vəziyyəti şərh edərkən bildirmişdir ki, MMC ilə Cavabdeh2 arasında bağlanmış 0.06 ha torpaq sahəsinin alqı-satqısı Cəmiyyətin direktoru AR İN yanında DVX tərəfindən təsdiq edilmiş Nizamnaməsinə əsasən ümumi yığıncağın razılığı olmadan öz mülahizəsinə əsasən müstəqil şəkildə qərar verərək həyata keçirir. Lakin sorğusuna cavab məktubuna heç bir sənəd əlavə etməmişdir. Hesab edir ki, bu hal da mülki qanunvericiliyin tələblərinə ziddir və qanun pozuntusuna yol vermiş şəxslər məsuliyyət daşıyırlar. Göründüyü kimi, hüquqi şəxsin adından çıxış edən, hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan şəxs qanunvericiliyə uyğun olaraq nəzərdə tutulmuş qaydalara əməl etməməklə, hüquqi şəxsin və onun digər iştirakçısı (payçısı) olan İddiaçı maraqlarına zidd olaraq öz vəzifə öhdəliyini pozmuşdur. Bağlanmış əqd etibarsız və əhəmiyyətsiz olmaqla birbaşa olaraq təsisçi İddiaçı və hüquqi şəxsin hüquqlarını kobud şəkildə pozmuş, bu onun təsisçi hüququndan məhrum etmə xarakteri daşıyır. Aidiyyəti qaydada sorğu verərək aydın olmuşdur ki, Cavabdeh2 Abşeron rayonu, Xırdalan şəhəri ünvanında yerləşən 0.06 ha torpaq sahəsi ilk olaraq "xxxx" MMC-yə məxsusdur və həmin torpağa dair mülki qanunvericiliyin tələblərinə zidd şəkildə Cavabdeh2 ilə müqavilə bağlanılmışdır. Bu müqavilə pərdələnmiş əqddir. Hətta xx.xx.2023-cü il tarixdə keçirilən mediasiya prosesində alıcı Cavabdeh2 özü də etiraf etdi ki, bu torpağı almaq üçün hər hansı bir vəsait ödəməmişdir, MMC bu torpağı ona bağışlamışdır. Belə nəticəyə də gəlmək olur ki, müqavilədə göstərilən qiymət formal xarakter daşıyır. Yuxarıda göstərdiyi faktlar üzrə məhkəmə prosesində də bir daha sübut olundu ki, sözügedən torpaq kimlərinsə qanunsuz hərəkətləri nəticəsində satılmış və hazırda da əsaslı mübahisələrin yaranmasına səbəb olmuşdur. İddia ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43,49,87,91,337,340,349-cu maddələrinə, «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə, «Notariat haqqında» Qanuna əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 saylı Qərarına, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 5,11,20,22,23,69,75,96,97-ci maddələrinə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumun qərarlarına və digər normativlərə istinad edərək tələbinə hüquqi əsaslandırma verib məhkəməyə müraciət etmişdir. Qeyd olunan müddəalara əsasən məlum olur ki, mübahisə olunan torpağa dair bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsi "xxxx" MMC-nin vergi orqanı ilə arasında yaranmış borc münasibətlərini pərdələmək məqsədilə bağlanmış yalan əqddir. Hesab edir ki, hazırki iş üzrə təmsilçinin bağlamış olduğu əqd etibarsız hesab olunmalıdır və bununla bağlı gəldiyi nəticə hüquqidir. Həmçinin təmsilçi də ona təmsil olunan tərəfindən verilmiş səlahiyyətlər həddində bağladığı əqddə sui-istifadə hallarına yol vermiş, öz maraqları naminə müqavilə bağlanmasına şərait yaratmış, ona verilmiş təmsil mənafeyini aşmış, hüquqi şəxsin iradəsi xaricində hərəkət etmişdir. Bununla yanaşı mövcud işə müvafiq məhkəmələrdə baxılarkən fərdi şikayət vermiş şəxslər, təmsil olunanın vermiş olduğu səlahiyyətlər çərçivəsində təmsilçinin hərəkətlərinin (əqd) nəticələri ilə razılaşdığını və nəticəsindən xəbərdar olmaqla ona etiraz etmədən bəyənməsini sübut etməlidir. Habelə, "xxxx" MMC-nin ərazisi olan, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında, giriş hissədə inşa edilmiş 7 mərtəbəli yaşayış binasının yan tərəfində, ara məsafəsi saxlamadan Cavabdeh2 tərəfindən qanunsuz olaraq əsaslı tikinti işlərinə başlanılmış, özbaşına hasarlanma işləri həyata keçirilmişdir. Ümumiyyətlə "xxxx" MMC-nin apardığı tikinti işlərinin layihələrində, ərazinin baş planında belə bir tikintinin aparılması nəzərədə tutulmayıb. Ərazidə olan yaşayış binalarının sakinləri də bu barədə öz böyük narazılığını bildirərək aidiyyatı qurumlara dəfələrlə yazılı və şifahi müraciətlər ünvanlamışdır. Əldə etdikləri məlumata əsasən belə tikintiyə yerli icra hakimiyyəti orqanı tərəfindən icazə verilməmişdir (məktublar iş materiallarına əlavə olunmuşdur). Binanın yerləşdiyi ərazidə, binanın sağ tərəfində olan yol ilə bina arasındakı mühafizə boşluğunda 16 iyul tarixində tikinti işlərinin görülməsi üçün hazırlığa başlanıldığı sakinlər tərəfindən müşahidə edilmişdir. Sakinlər öz şikayətlərində bildirmişdir ki, bu barədə tikinti aparan şəxslərdən aldığı məlumata görə ərazidə sahibkarlıq obyekti tikiləcəkdir. Hətta bunu Cavabdeh2 özü də bir neçə dəfə etiraf etmişdir. Bina 7 mərtəbəli, 7 bloklu, 215 yaşayış mənzilindən ibarətdir. Binanın fasad hissəsi yanğına davamsız penoplast örtüklə üzlənmişdir və boyanmışdır. Sakinlər binanın ətrafında bu kimi sahibkarlıq obyektinin tikintisini, binanın ətrafında olan yanğın-təhlükəsizlik zolağının bağlanılmasını hər hansı bir fövqəladə hal zamanı təxliyyə üsullarına maneçilik törədilməsi və ümumilikdə tikinti normalarının kobud surətdə pozulması hesab edir. Çünki tikiləcək obyektlərin bina ilə ara məsafəsi çox yaxındır. Bu yanğın zamanı əraziyə yanğınsöndürən maşın və digər köməkçi vasitələrin daxil olmasına mane olacaqdır. Tikiləcək obyektlərin bina ilə arası çox yaxın olması səbəbindən həmin obyektlərdə baş verə biləcək hər hansı bir kiçik yanğın təhlükəsinin dərhal binaya yayılması riski yüksəkdir. Digər tərəfdən binaların qarşısında bu kimi obyektlərin tikilməsi əlavə səs-küyə səbəb olur və sakinlərin rahatlığını pozan amillərdən biri hesab edilir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar”ın təsdiq edilməsi haqqında 29 iyun 2012-ci il tarixli qərarına, həmçinin Azərbaycan Respublikasının “Mənzil Məcəlləsi”-nə, “Azərbaycan Respublikası Tikintidə X4” Azərbaycan Respublikasının Konstitusiyasının 31ci maddəsinə istinad edərək bu ərazidə aparılan tikintini qanunsuz və bina üçün təhlükəli hesab edir. Qanunla, normativ hüquqi sənədlərlə nəzərdə tutulmuş şəhərsalma, tikinti norma və qaydalarına riayət etmədən obyekt inşa etmək niyyətində olan şəxs, Cavabdeh2 "xxxx" MMC-nin mülkiyyətində, sakinlərin ümumi istifadəsində olan torpaq sahəsində qazıntı işləri aparmış, özbaşına hasarlama, tikinti işlərinə başlamışdır. Tikinti aparan şəxs qanunla və baş planla tələb edilən ara məsafəsini pozmuşdur. Ara məsafəsinin pozulması isə özlüyündə "xxxx" MMC-nin mülkiyyətində, sakinlərin ümumi istifadəsindəki torpaq sahəsində yerləşən, onların məskunlaşdıqları yaşayış binalarının dayanıqlığı üçün birmənalı təhlükə yaradır, eyni zamanda yanğından mühafizə şərtləri pozulur. Lakin tikinti aparan şəxs buna məhəl qoymadan, təsisçisi olduğu tikinti şirkətinə məxsus torpaq sahəsində qanunsuz tikinti işlərinə başlamışdır. Yalnız onun və sakinlərin aidiyyatı qurumlara edilən şikayəti əsasında Cavabdeh2 mübahisə predmeti olan torpağın içində apardığı tikinti işlərini dayandırmışdır. Hətta məhkəmə qaydasında müvvəqəti təminat tədbiri tətbiq edilərək Cavabdeh2 və digər şəxslərə tikinti işlərinin aparılması qadağan edilmişdir (xx.xx.2023-cü il tarixli Qərardad). Məhkəmə prosesində ilkin və əlavə məhkəmə tikinti-texniki, məhkəmə-əmtəəşünaslıq ekspetizaları təyin olunmuş, ekspert rəyləri ilə də sübut olunmuşdur ki, alqı-satqı müqaviləsinin predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən 456000 manat dəyərində olan 0,06 ha torpaq sahəsinin satışı real bazar dəyərindən dəfələrlə aşağı qiymətə həyata keçirilmiş, müqavilədə əmlakın dəyəri onun real bazar dəyərindən kəskin şəkildə aşağı qiymət müəyyən edilməklə bağlanılmışdır. Başqa sözlə, hüquqi şəxsin əmlakı bazar şərtlərindən əhəmiyyətli dərəcədə aşağı şərtlərlə və qiymətlə özgəninkiləşdirilmişdir. Aydındır ki, cavabdeh məhdud məsuliyyətli cəmiyyətdir və qərarlar ümumi yığıncaqda qəbul edilməlidir. Torpaq sahəsinin satılması barədə nə ümumi yığıncağın qərarı, nə müvafiq vergi orqanından aidiyyyəti sənəd təqdim edilmişdir. Belə ki, alqı-satqı müqaviləsi notariat orqanı tərəfindən təsdiqlənərkən bu sənədlər toplanılmalıdır. Əmlakın bazar dəyərindən əhəmiyyətli dərəcədə aşağı qiymətə satılması alqı-satqı müqaviləsinin etibarsızlığına səbəb olan hallardan biridir. Bağlanmış əqd əhəmiyyətsiz olmaqla təsisçinin hüquqlarını birbaşa olaraq pozmuşdur. Digər Cavabdeh2 də mediasiya prosesində torpaq sahəsinin alqı-satqısı zamanı hər hansı məbləğ ödəmədiyini və "xxxx" MMC-nin müvafiq torpaq sahəsini ona bağışladığını bildirmişdir. Bu da alqı-satqı müqaviləsinin formal olaraq bağlandığını göstərir və ekspert rəyi də bu halı təsdiq edir. Özü üçün, hüquqi şəxsə aidiyyəti olan şəxslər və ya digər şəxslər üçün maddi və qeyri-maddi əmlak nemətləri və bu cür əmlaka hüquqların təmin edilməsi məqsədilə hüquqi şəxsin əmlakının mənimsənilməsi və ya israf edilməsi nəticəsində hazırkı əmlak mənimsənilmiş və israf edilmişdir. Payçılara münasibətdə ədalətsiz və ya onlara ziyan vuran əqdlərin bağlanması ilə payçıya ziyan vurmuşdur. "xxxx" MMC-nin xalis aktivlərinin dəyərinin əlli faizindən artıq məbləğdə olan əqd xüsusi əhəmiyyətli əqd hesab edilir. Xüsusi əhəmiyyətli əqdin bağlanılması barədə qərar cəmiyyətinin iştirakçılarının ümumi yığıncağında qəbul edilir. İştirakçıların həmin hüquqlarını məhdudlaşdıran hər hansı razılaşma və ya hərəkət etibarsızdır. Cavabdeh "xxxx" MMC istər məhkəmə proseslərində, istər də apellyasiya şikayətində şifahi məlumat səsləndirərək iddia etsə də ki, bağlanmış əqd xüsusi əhəmiyyətli əqd deyil, lakin onun əksini sübut edən, hüquqi şəxsin xalis aktivlərinin dəyəri barədə mötəbər dəlillər təqdim edə bilməmişdir. Bundan başqa, "xxxx" MMC-nin apellyasiya şikayətində vurğuladığı iddia müddəti ilə bağlı bildirir ki, hazırkı iş üzrə iddia müddətinin ötürüldüyünü düşünmür, iddiaçının hüquqlarının pozulduğunu bildiyi andan məhkəməyə iddia ərizəsi ilə müraciət olunmuşdur. 2022-ci ilin dekabr ayında əmlakın alqısatqısı həyata keçirilmiş, təsisçi olaraq bu barədə 2023-cü ilin iyul ayının sonunda sakinlərin etdiyi şikayət əsasında xəbərdar olmuşdur və prosessual qaydalara riayət etməklə (sorğular, aidiyyatı qurumlara şikayətlər, pretenziya, mediasiya qaydaları) 2023-cü ilin noyabr ayında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bundan başqa da, nizamnamənin müvafiq bəndinin etibarsızlığı ilə bağlı iddia müddətinin tətbiqi məsələsinə münasibətdə bildirir ki, cavabdeh nizamnaməni əqdlə eyniləşdirərək mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsi olmasını təsdiq edə bilməmişdir. Nizamnamənin əqd və ya əqd hesab oluna bilməsi sual doğurur. Hesab edir ki, nizamnamənin müvafiq bəndinin mübahisələndirilməsinə kəsici bir illik iddia müddətinin tətbiqi yanlış addım olardı ki, məhkəmə də bu ərizəyə münasibət bildirməmişdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair 12 aprel 2004-cü il tarixli qərarı ilə müəyyən edilmişdir: “Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 342.4 və 324.5-ci maddələri). Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Bu məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. AR Mülki Məcəlləsinin 324.6-cı maddəsinə əsasən əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. Cavabdeh2 apellyasiya şikayətində iddia edir ki, o guya vicdanlı alıcıdır. Cavabdeh2 bir sahibkar kimi həmin ərazidə yerləşən digər əmlaklara münasibətdə aldığı 0.06 ha torpaq sahəsinin real bazar dəyərindən dəfələrlə aşağı qiymətə satılması barədə məlumatlı olub və daşınmaz əmlak bazarında anoloji torpaqlara münasibətdə bilməli olduğu informasiyadır, özü də yaxşı bilir ki, əsassız varlanmaqla əmlak əldə etmişdir. Habelə, Cavabdeh2 apellyasiya şikayətində iddia edir, guya məhkəmə proseslərində dəfələrlə vurğulayıb ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.3-cü maddəsinin tələblərinə zidd olaraq inşa etdiyi hasarı normativə uyğun azaldıb. Amma məhkəmə prosesləri zamanı aparılan audio yazı və video çəkilişlərə diqqət yetirsək belə ifadənin səslənmədiyinin şahidi olarıq. Həmdə bu fakt olsa belə bağlanmış əqdin etibarsızlığı baxımından Mülki Məcəllənin 337.5-ci maddəsində təsbit edilən imperativ normadan irəli gələrək heç bir əhəməiyyət kəsb etmədiyini hesab etmək olar. Habelə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən məhkəməyə təqdim edilmiş məhkəmə tikinti-texniki ekspertizalarına dair 12 iyun 2024- cü il tarixli 10/2031-9/2076 nömrəli və 08 yanvar 2025ci il tarixli 10/7170-9/7506 nömrəli ekspert rəylərində həmin hasarın hündürlük baxımından Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.3-cü maddəsinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli ekspert rəyinin nəticə hissəsində 2-ci sual üzrə yaşayış binası ilə sözügedən hasar arasında olan məsafənin 12.6 metr olmalı olduğunu nəzərə alsaq Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında inşa edilmiş yeddimərtəbəli yaşayış binası ilə ara məsafəsi baxımından da həmin Məcəllənin 69.5.1-ci maddəsinin tələblərinə uyğun olmadığı aşkar edilmişdir. "xxxx" MMC-nin apellyasiya şikayətində iddia edir ki, “sözügedən yaşayış binası ümumi küçə olaraq qeydə alınmış və həmin binanın tikintisi zamanı müvafiq sənədləşmə prosesləri Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən aparılmamışdır. Çünki həmin dövr üçün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvədə olmamışdır. Lakin məhkəmə bu halı nəzərə almamışdır.” Qeyd edir ki, əgər sözügedən yaşayış binasının inşasına cavabdehin vurğuladığı kimi Abşeron Rayon İcra Hakimiyyətinin Başçısının 1105 nömrəli 11 iyul 2012-ci il Sərəncamına əsasən başlanılıbsa, demək həmin binanın tikintisi və başa çatması elə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvədə olduğu dövrdə aparılmışdır. "xxxx" MMC həmin sərəncama əsasən həmin dövrlərdə yaşayış kompleksi inşa edirsə binaların 5 ay ərzində tikilib başa çatması mümkün deyil. Cavabdeh unudub ki, özü məhkəməyə təqdim etdiyi etirazlarda tətbiq etdiyi hüquqi əsas olaraq elə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə istinad etmişdir. Qeyd edir ki, hazırda qüvvədən düşmüş “Şəhərsalmanın əsasları haqqında” Azərbaycan Respublikasının Qanununa, “Memarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanuna, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 4 sentyabr tarixli 158 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhərsalma fəaliyyətinə, o cümlədən şəhərsalma sənədlərinin həyata keçirilməsində sifarişçinin, tərtibatçının və podratçının fəaliyyətinə də nəzarətin həyata keçirilməsi Qaydaları”na, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən müvafiq əmrlərlə təsdiq edilmiş AZDTN və s. Azərbaycan Respublikasında qüvvədə olan şəhərsalma və tikintiyə dair normativ sənədlərin siyahısına daxil olan normativlərə nəzər salanda görünür ki, dövlət ekspertizasına təqdim olunmuş hər bir binanın (sözü gedən yaşayaış binası və kompleksə daxil olan digər binalar daxil olmaqla) tikintisi zamanı müvafiq sənədləşmə prosesləri məcəllənin qüvvədə olduğu və ya əvvəlki dövrlərdə belə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən razılaşdırılmış qaydada həyata keçirilirdi. Yəni, şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlətin səlahiyyətləri müvafiq icra hakimiyyəti orqanı -Azərbaycan Respublikasının Fövqaladə Hallar Nazirliyi, AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və yerli icra hakimiyyti orqanları tərəfindən birgə həyata keçirilir. Bu baxımdan istər ekspertin, istərsə də, məhkəmənin məcəllənin tətbiqində səhvə yol verdiyini hesab etmir. Maraqlı hal budur ki, iş materiallarında cavabdehlərin ekspert rəyi ilə razılaşmadığı halda ziddiyyətli məqamlar var idisə, təkrar və ya natamamlığı ilə bağlı əlavə ekspertiza təyin edilməsi ilə əlaqədar hər hansı bir vəsatəti mövcud deyil. İş materiallarına diqqət yetirsək elə bütün vəsatətlər demək olar ki mənim tərəfindən verilmişdir. Ritorik sual doğurur ki, niyə ??? Çünki özlərinin təqdim etdiyi müstəqil qiymətləndiricilər belə verdiyi rəylərdə satılmış torpağın qiymətini müqavilədəki satış dəyərindən dəfələrlə çox qiymətləndirmişdir, ekspert rəyində narazı olduğu digər hallarla bağlı isə ümumiyyətlə sübut təqdim edə bilməmişdir. Məhkəmə tərəfindən iş üzrə qeyd olunan hallarla bağlı kifayət qədər geniş araşdırma aparılmış, əlavə ekspertizalar təyin edilmişdir və 3 dəfə ekspert rəyi verilmiş, cavabdeh özü 2 mütəxəssis (qiymətləndirici) rəyi təqdim etmişdir. Aydındır ki, Azərbaycan Respublikası Milli X3 1 (AMQS 1) 4.3.1-ci bəndinə əsasən Qiymətləndirici müştərinin sifarişini dəqiq və məxfiliklə həyata keçirməlidir. Azərbaycan Respublikası Milli X3 2 (AMQS 2) 2.5-ci bəndinə əsasən Daşınmaz əmlakın qiymətləndirməsinə bir sıra ümumqəbul edilmiş metodlar və prinsiplər tətbiq edilə bilər. Onlara tələb və təklif prinsipi, rəqabət, əvəzetmə, proqnozlaşdırma və ya gözləmələr, mübadilə prinsipləri və digərləri aid edilir. Bu prinsiplərin ümumi cəhəti ondan ibarətdir ki, onlar əmlakın faydalılıq və məhsuldarlıq dərəcəsinə birbaşa və ya dolayı təsir edirlər. Ona görə də, belə demək olar ki, daşınmaz əmlakın faydalılığı onun dəyərində özünü göstərən bütün bazar amillərinin xalis məcmu təsirini əks etdirir. Qeyd etmək lazımdır ki, istənilən yanaşmadan səmərəli istifadə etmək üçün obyektiv bazar informasiyaları olmalıdır. Müqayisə yanaşmasından istifadə etmək üçün isə indiki halda bazardan kifayət qədər obyektiv informasiyalar əldə etmək mümkündür. Qiymətləndirici tərəfindən də torpağın yerləşdiyi ərazinin bazar informasiyalarından instifadə edərək anoloji obyektlərin satışa çıxarılmış qiymətləri ilə müqayisəli yanaşma tətbiq etməklə qiymətləndirmə aparılmışdır. Hamıya bəllidir ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında inşa edilmiş "xxxx" MMC-yə məxsus yaşayış kompleksinin ərazisi istər məskunlaşma, istər ticarət, istərsə də bazar iqtisadiyyatı baxımından faydalılıq və məhsuldarlıq dərəcəsinə görə həmişə əmlak dəyərləri daha yüksək olub. Bundan başqa, "xxxx" MMC-nin apellyasiya şikayətində iddiaçının əqdin tərəfi olmaması baxımından subyektiv hüquq məsələsinə toxunmuşdur, məhkəmə isə həmin hissədə ətraflı hüquqi əsaslandırma verərək bildirir ki, İddiaçı əqdin tərəfi olmasa da belə, o, 29 iyun 2020-ci il tarixindən etibarən 10 faiz paya malik olmaqla cavabdeh “AAAF-İNŞAAT" MMC-nin təsisçilərindən biri olmuşdur. İddiaçı tərəfindən cavabdehlər arasında bağlanmış 23 dekabr 2022-ci il tarixli əqdin mübahisələndirilməsi artıq həmin əqd barəsində məhkəmənin müvafiq qiymətləndirmə aparmaqla bu əqdin etibarlı olub-olmaması nəticəsinə gəlməsini zəruri edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli Qərarında qeyd edildiyi kimi, “mübahisələndirilən əqdlərin müəyyən müddətlər ərzində mübahisə edilməklə etibarsız hala gətirilməsi mümkün olur” və “maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir”. Göründüyü kimi, hüquqi şəxsin əmlakının bazar şərtlərindən əhəmiyyətli dərəcədə aşağı şərtlərlə və qiymətlə özgəninkiləşdirilməsi həmin hüquqi şəxsin 10 faiz paya malik olan təsisçisinə - hazırkı iş üzrə iddiaçıya həmin əqdi mübahisələndirməklə müqaviləni etibarsız hala gətirmək imkanı verir. Bildiyimiz kimi, subyektiv hüquq, subyektiv mənada hüquq və ya hüquq; hüquqlar — subyektin hər hansı bir yaxşı və ya davranış forması üçün tanınmış tələbidir. Subyektiv hüquq, subyekt tərəfindən müəyyən bir hüquqi əlaqənin yaranması ilə yanaşı hüquqi fakt əsasında əldə edilir. Hüquq münasibətləri dispozitiv bir norma ilə tənzimlənərsə, səlahiyyətli şəxs ona məxsus olan hüquqdan, o cümlədən başqa bir şəxsə təhvil verməkdən imtina edə bilər (belə imtina, qanuni fəaliyyət saymaqla, hüquqi münasibətləri dayandırır və ya dəyişdirir). Əgər ictimai münasibətlər imtina norması ilə tənzimlənirsə, müvafiq subyektiv qanunundan imtina hüquqi qüvvəyə malik deyildir (bu tip hüquqlar, xüsusən də insan hüquqları daxildir). Bununla birlikdə, bütün hallarda subyektiv qanunun icrası pulsuzdur, yəni səlahiyyətli subyektin də subyektiv hüququnu həyata keçirməkdən çəkinmək hüququ var (əks halda qanun vəzifə adlandırılacaqdı). Səlahiyyətli qurumlar, icazə verilən davranış çərçivəsindədirlər, çünki hüququn həyata keçirilməsinə yönəlmiş hərəkətlər etmək (və ya qüsursuz) etməkdir. Subyektiv qanunun icrası müəyyən münasibətləri həyata keçirməklə maddi və ya qeyri-maddi mənfəət əldə etmək üçün həyata keçirməkdən çəkinməklə baş verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinın 339.1-ci maddəsinə əsasən Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. 339.5. Əgər 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. 339.6. Bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 349cu maddəsinə əsasən Hüquqi şəxsin öz nizamnaməsində müəyyənləşdirilmiş fəaliyyət məqsədlərinə zidd olaraq bağladığı əqd, əgər əqddə iştirak edən digər tərəfin onun qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu sübuta yetirilərsə, həmin hüquqi şəxs və ya onun təsisçisi tərəfindən mübahisələndirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli Qərarıına əsasən 7. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 77.1-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. AR Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə etibarilə Sumqayıt Kommersiya Məhkəməsinin e-2- 2(119)-19/2025 nömrəli, xx.xx.2025-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Məhkəmə iddia tələbinin təmin edilən hissəsinə belə əsaslandırma vermişdir ki, “iddia tələbinin təmin olunan hissəsində qanuni əsasları məhz Mülki Məcəllənin 339.1-ci, 49.4.2-ci və 339.6-cı maddələridir. İddiaçı tərəfindən cavabdehlər arasında bağlanmış 23 dekabr 2022-ci il tarixli əqdin mübahisələndirilməsi artıq həmin əqd barəsində məhkəmənin müvafiq qiymətləndirmə aparmaqla bu əqdin etibarlı olub-olmaması nəticəsinə gəlməsini zəruri edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli Qərarında qeyd edildiyi kimi, “mübahisələndirilən əqdlərin müəyyən müddətlər ərzində mübahisə edilməklə etibarsız hala gətirilməsi mümkün olur” və “maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir”. Göründüyü kimi, hüquqi şəxsin əmlakının bazar şərtlərindən əhəmiyyətli dərəcədə aşağı şərtlərlə və qiymətlə özgəninkiləşdirilməsi həmin hüquqi şəxsin 10 faiz paya malik olan təsisçisinə - hazırkı iş üzrə iddiaçıya həmin əqdi mübahisələndirməklə müqaviləni etibarsız hala gətirmək imkanı verir və belə olduğu halda məhkəmənin apardığı qiymətləndirmə hüquqi şəxsin əmlakının bazar şərtlərindən əhəmiyyətli dərəcədə aşağı şərtlərlə və qiymətlə özgəninkiləşdirilməsi halının müəyyən edilib-edilməməsi barədə olmalıdır. Yuxarıda qeyd edildiyi kimi, sözügedən əmlakın satıldığı dövr üçün bazar dəyərinin müəyyən edilməsi üçün məhkəməəmtəəşünaslıq və əlavə məhkəmə-əmtəəşünaslıq ekspertizaları təyin edilərək keçirilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən məhkəməyə təqdim edilmiş 12 iyun 2024-cü il tarixli 10/2031-9/2076 nömrəli ekspert rəyində sözügedən torpaq sahəsinin alqı-satqı müqaviləsinin imzalandığı tarixə, yəni 2022-ci il üçün 1 sotunun orta bazar qiymətinin təqribən 76000 manat olduğu (qətnamənin 3.14-cü bəndi), 08 yanvar 2025-ci il tarixli 10/7170-9/7506 nömrəli ekspert rəyində isə 6 sot torpaq sahəsinin 2022-ci ilə olan orta bazar qiymətinin təqribən 456000 manat (1 sot 76000 manat) məbləğində olduğu qeyd edilmişdir. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi tərəfindən iş materiallarına əlavə edilmiş müstəqil qiymətləndiricilər tərəfindən təqdim edilmiş yuxarıda göstərilən rəylərdə isə torpaq sahəsinin bazar dəyəri 60000 manat və 10000 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə cavabdehlər "xxxx" MMC və Cavabdeh2 arasında bağlanmış 23 dekabr 2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsində göstərilmiş torpaq sahəsinin ümumi dəyərini (5000 manat) ekspert və mütəxəssis rəylərində göstərilmiş dəyərləri ilə müqayisə edərək belə nəticəyə gəlir ki, alqı-satqı müqaviləsinin predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən 0,06 ha torpaq sahəsinin satışı real bazar dəyərindən dəfələrlə aşağı qiymətə həyata keçirilmiş, müqavilədə əmlakın dəyəri onun real bazar dəyərindən kəskin şəkildə aşağı qiymət müəyyən edilməklə bağlanılmışdır. Başqa sözlə, hüquqi şəxsin əmlakı bazar şərtlərindən əhəmiyyətli dərəcədə aşağı şərtlərlə və qiymətlə özgəninkiləşdirilmişdir. Qeyd edilməsi yerinə düşər ki, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi tərəfindən iş materiallarına əlavə edilmiş mütəxəssis rəyində müəyyən edilmiş torpağın ən aşağı qiyməti belə onun müqavilədə müəyyən edilmiş qiymətindən iki dəfə çoxdur. Məhkəmə Mülki Məcəllənin 49.4.4-cü, 339.1-ci və 339.6-cı maddələrini rəhbər tutaraq qeyd edir ki, cavabdehlər "xxxx" MMC və Cavabdeh2 arasında bağlanmış 23 dekabr 2022-ci il tarixli 4Ə-810 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi "xxxx" MMC-nin əmlakının bazar şərtlərindən əhəmiyyətli dərəcədə aşağı qiymətlə özgəninkiləşdirilməsi ilə nəticələndiyindən etibarsız hesab edilməli, eyni zamanda onun əsasında verilmiş dövlət reyestrindən daşınmaz əmlaka dair çıxarış, torpaq sahəsinin plan və ölçüsü ləğv edilməli, Cavabdeh2 tərəfindən müqavilənin predmeti olan torpaq sahəsində çəkilmiş hasar sökülməlidir. Məhkəmə, əlavə olaraq qeyd edir ki, Cavabdeh2 tərəfindən müqavilənin predmeti olan torpaq sahəsində çəkilmiş hasarın sökülməsi barədə gəldiyi nəticə Mülki Məcəllənin 337.5-ci maddəsində təsbit edilən imperativ tələbdən irəli gəlməklə yanaşı, həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən məhkəməyə təqdim edilmiş məhkəmə tikinti-texniki ekspertizalarına dair 12 iyun 2024-cü il tarixli 10/2031-9/2076 nömrəli və 08 yanvar 2025-ci il tarixli 10/7170-9/7506 nömrəli ekspert rəylərində həmin hasarın hündürlük baxımından Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.3-cü maddəsinin, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında inşa edilmiş yeddimərtəbəli yaşayış binası ilə ara məsafəsi baxımından isə həmin Məcəllənin 69.5.1-ci maddəsinin tələblərinə uyğun olmadığı qeyd edilmişdir...” Göründüyü kimi, cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətində şikayət olunan qətnamə çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hansı maddi və prosessual hüquq normasını göstərməmiş, qətnamədə göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeyini aydın şəkildə ifadə edən izah verməmiş, habelə məhkəmənin hansı faktiki halları aydınlaşdırmadığını dəqiq göstərməmiş və hər birinin qarşısında bu halın məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətinin nədən ibarət olduğuna aydın şəkildə izah verməmişdir. Məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hansı halların sübut edilməməsini dəqiq göstərməmiş və hər birinin qarşısında bunun nədə ifadə olunmasına (qanunla göstərilən sübutlarla təsdiq edilməməsi və ya qeyrimötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilməsi) aydın şəkildə izah verməmişdir. Məhkəmənin müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlməsi ilə bağlı halları göstərməmiş və bunun nədən ibarət olduğuna aydın şəkildə izah verməmişdir. Bununla da, şikayət Azərbaycan Respublikasının MPMnin tələbləri pozulmaqla məhkəməyə verilmişdir.

53. İddiaçının nümayəndəsi vəkil Nümayəndə2 apellyasiya şikayətinə əlavəyə qarşı etiraz verərək qeyd etmişdir ki, Cavabdeh2 apellyasiya şikayətində toxunmadığı və mübahisələndirmədiyi mövqedən çıxış edərək fərqli yanaşma nümayiş etdirir. Belə ki, kifayət qədər geniş araşdırma aparmış birinci instansiya məhkəməsi öz qətnaməsində iddiaçının subyektiv hüququ ilə bağlı əsaslı mövqe bildirmişdir. Bu halı apellyasiya şikayətinə xx.xx.2025-ci il tarixdə verdiyi etirazda da qeyd etmişdir ki, məhkəmə həmin hissədə ətraflı hüquqi əsaslandırma verərək bildirir: İddiaçı əqdin tərəfi olmasa da belə, o, 29 iyun 2020-ci il tarixindən etibarən 10 faiz paya malik olmaqla cavabdeh “AAAF- İNŞAAT" MMC-nin təsisçilərindən biri olmuşdur. İddiaçı tərəfindən cavabdehlər arasında bağlanmış 23 dekabr 2022-ci il tarixli əqdin mübahisələndirilməsi artıq həmin əqd barəsində məhkəmənin müvafiq qiymətləndirmə aparmaqla bu əqdin etibarlı olubolmaması nəticəsinə gəlməsini zəruri edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli Qərarında qeyd edildiyi kimi, “mübahisələndirilən əqdlərin müəyyən müddətlər ərzində mübahisə edilməklə etibarsız hala gətirilməsi mümkün olur” və “maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir”. Göründüyü kimi, hüquqi şəxsin əmlakının bazar şərtlərindən əhəmiyyətli dərəcədə aşağı şərtlərlə və qiymətlə özgəninkiləşdirilməsi həmin hüquqi şəxsin 10 faiz paya malik olan təsisçisinə - hazırkı iş üzrə iddiaçıya həmin əqdi mübahisələndirməklə müqaviləni etibarsız hala gətirmək imkanı verir və belə olduğu halda məhkəmənin apardığı qiymətləndirmə hüquqi şəxsin əmlakının bazar şərtlərindən əhəmiyyətli dərəcədə aşağı şərtlərlə və qiymətlə özgəninkiləşdirilməsi halının müəyyən edilib-edilməməsi barədə olmalıdır. Yuxarıda qeyd edildiyi kimi, sözügedən əmlakın satıldığı dövr üçün bazar dəyərinin müəyyən edilməsi üçün məhkəmə-əmtəəşünaslıq və əlavə məhkəmə-əmtəəşünaslıq ekspertizaları təyin edilərək keçirilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən məhkəməyə təqdim edilmiş 12 iyun 2024-cü il tarixli 10/2031-9/2076 nömrəli ekspert rəyində sözügedən torpaq sahəsinin alqı-satqı müqaviləsinin imzalandığı tarixə, yəni 2022-ci il üçün 1 sotunun orta bazar qiymətinin təqribən 76000 manat olduğu (qətnamənin 3.14-cü bəndi), 08 yanvar 2025-ci il tarixli 10/7170-9/7506 nömrəli ekspert rəyində isə 6 sot torpaq sahəsinin 2022-ci ilə olan orta bazar qiymətinin təqribən 456000 manat (1 sot 76000 manat) məbləğində olduğu qeyd edilmişdir. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi tərəfindən iş materiallarına əlavə edilmiş müstəqil qiymətləndiricilər tərəfindən təqdim edilmiş yuxarıda göstərilən rəylərdə isə torpaq sahəsinin bazar dəyəri 60000 manat və 10000 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə cavabdehlər "xxxx" MMC və Cavabdeh2 arasında bağlanmış 23 dekabr 2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsində göstərilmiş torpaq sahəsinin ümumi dəyərini (5000 manat) ekspert və mütəxəssis rəylərində göstərilmiş dəyərləri ilə müqayisə edərək belə nəticəyə gəlir ki, alqı-satqı müqaviləsinin predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən 0,06 ha torpaq sahəsinin satışı real bazar dəyərindən dəfələrlə aşağı qiymətə həyata keçirilmiş, müqavilədə əmlakın dəyəri onun real bazar dəyərindən kəskin şəkildə aşağı qiymət müəyyən edilməklə bağlanılmışdır. Başqa sözlə, hüquqi şəxsin əmlakı bazar şərtlərindən əhəmiyyətli dərəcədə aşağı şərtlərlə və qiymətlə özgəninkiləşdirilmişdir. Qeyd edilməsi yerinə düşər ki, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi tərəfindən iş materiallarına əlavə edilmiş mütəxəssis rəyində müəyyən edilmiş torpağın ən aşağı qiyməti belə onun müqavilədə müəyyən edilmiş qiymətindən iki dəfə çoxdur. Həmçinin 0.06 ha tropaq sahəsinin bütünlüklə zibillik ərazi olması mümkün deyil, çünki cavabdehin inşa etdiyi hasar əsas prospektə çıxışı olan düz məhəllədaxili yolun kəsişməsindədir. Demək ki, Cavabdeh2 özü də etiraf edərək ara məsafəsi saxlamadan bu qanunsuz tikintini aparmaqla, ətrafda yerləşən bina sakinlərinin məişət tullantıları üçün nəzərdə tutulmuş ərazisini zəbt edərək antisanitar vəziyyət yaratmışdır. Bu hal daha bir qanunsuz haldır və sakinlərin rahatlığını pozan amillərdən biridir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təmsilçisi də ona təmsil olunan tərəfindən verilmiş səlahiyyətlər həddində bağladığı əqddə sui-istifadə hallarına yol vermiş, öz maraqları naminə müqavilə bağlanmasına şərait yaratmış, ona verilmiş təmsil mənafeyini aşmış, hüquqi şəxsin iradəsi xaricində hərəkət etmişdir. Cavabdehlər istər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, istərsə də Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətində, apellyasiya şikayətinə əlavə izhatlarında şikayət olunan qətnamə çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hansı maddi və prosessual hüquq normasını göstərməmiş, qətnamədə göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeyini aydın şəkildə ifadə edən izah verməmiş, habelə məhkəmənin hansı faktiki halları aydınlaşdırmadığını dəqiq göstərməmiş və hər birinin qarşısında bu halın məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətinin nədən ibarət olduğuna aydın şəkildə izah verməmişdir. Məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hansı halların sübut edilməməsini dəqiq göstərməmiş və hər birinin qarşısında bunun nədə ifadə olunmasına (qanunla göstərilən sübutlarla təsdiq edilməməsi və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilməsi) aydın şəkildə izah verməmişdir. Məhkəmənin müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlməsi ilə bağlı halları göstərməmiş və bunun nədən ibarət olduğuna aydın şəkildə izah verməmişdir. Bir sözlə apellyasiya şikayəti, verilən izahatlar belə əsaslandırılmamışdır.

İşdə iştirak edən şəxslərin izahatları

54. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətinin dəlilərini müdafiə edərək təmin edilməsini xahiş etdi.

55. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 və onun nümayəndəsi vəkil X18 apellyasiya şikayətinin dəlilərini müdafiə edərək təmin edilməsini xahiş etdilər.

56. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil Nümayəndə2 apellyasiya şikayətlərinin dəlilərinə etiraz edərək təmin edilməsini xahiş etdi.

57. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur.

Tətbiq edilən hüquq:

58. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:

43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. 44.1-ci maddəsinə əsasən hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir. 44.3-cü maddəsinə əsasən hüquqi şəxsin hüquqları yalnız qanunla nəzərdə tutulan hallarda və qaydada məhdudlaşdırıla bilər. Hüquqi şəxs öz hüquqlarının məhdudlaşdırılması haqqında qərardan məhkəməyə etiraz verə bilər. 46-cı maddəsinə əsasən hüquqi şəxsin təsisçiləri hüquqi şəxsin dövlət qeydiyyatına alınmasına qədər əmələ gəlmiş, hüquqi şəxsin yaradılması ilə bağlı olan öhdəliklər üzrə birgə məsuliyyət daşıyırlar. 49.1-ci maddəsinə əsasən hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər. 49.2-ci maddəsinə əsasən hüquqi şəxs öz iştirakçıları, habelə təmsilçiləri vasitəsilə mülki hüquqlar əldə edə bilər və öhdəsinə mülki vəzifələr götürə bilər. 49.3-cü maddəsinə əsasən hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Hüquqi şəxsin nizamnamə kapitalında ən azı 5 faiz paya (səhmə) malik olan iştirakçısının (iştirakçılarının) tələbi ilə o, vəzifələrini pozduğu halda, pozuntu nəticəsində hüquqi şəxsə dəymiş zərərin əvəzini ödəməlidir. 52.1-ci maddəsinə əsasən hüquqi şəxs öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdehdir. 52.2-ci maddəsinə əsasən bu Məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir. 87.1-ci maddəsinə əsasən, bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. 339.6-cı maddəsinə əsasən bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər.

59. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 47.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

60. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayətləri təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin olunmuş hissəsində ləğv edilməli, iddia tələbi digər hissədə də təmin olunmamalıdır.

61. Məhkəmə kollegiyası ilk növbədə hüquqi şəxs institutuna münasibətdə qeyd edir ki, yuxarıda qeyd olunan Mülki Məcəllənin 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır.

62. Həmçinin qeyd etmək lazımdır ki, hüquqi şəxs onun təsis edilməsi və nizamnaməsinin hazırlanması yolu ilə yaradılır. Mülki Məcəllənin 52.2-ci maddəsinə əsasən hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir. Bu norma da özlüyündə təsisçi ilə hüquqi şəxsin öhdəliklərinin və hüquqlarının müstəqil olduğunu açıq şəkildə təsdiq edir.

63. Beləliklə, hüquqi şəxs institutunun mahiyyəti nəzərə alındıqda, hüquqi şəxs və onun təsisçisi müstəqil subyektlərdir. Hüquqi şəxsin öhdəlikləri üzrə hüquqi nəticələr yalnız onun özünə aid olur və bu öhdəliklər təsisçinin şəxsi məsuliyyətinin yaranmasına səbəb olmur. Buna görə bağlanılmış müqavilə üzrə onun etibarsızlığını tələb etmək hüququ müqavilənin tərəfi kimi hüquqi şəxsin özünə aiddir.

64. Bundan əlavə yuxarıda qeyd edilən Mülki Məcəllənin 339.1-ci maddəsi və 339.6cı maddələrinə əsasən müqavilənin etibarsızlığına dair əqdi yalnız zərərçəkən mübahisələndirə bilər.

65. Hazırki kommersiya işi üzrə torpağın alqı-satqısına dair müqavilənin etibarsızlığını tələb edən şəxs müqavilə tərəfi kimi hüquqi şəxsin 10% təsis payı olan fiziki şəxsin özüdür.

66. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Mübahisə edilən əqdlərdə tərəfin mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsi, əhəmiyyətsiz əqdlərdə isə əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir. Mülki Məcəllənin 339.6-cı maddəsi məhz bu cür başa düşülməlidir. Belə ki, qeyd edilən maddəyə əsasən, bu Məcəllənin 339.1-339.4-cü maddələrdə göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin əsaslar zərərçəkənin iradə ifadəsinin zədələnmiş olduğu hallardır və bu zaman Mülki Məcəllənin 337.2-ci maddəsinə əsasən şəxsin əqdi mübahisələndirməsini qarşı tərəfə bildirməsi ilə əqd bağlandığı andan etibarsız hesab olunur. Qarşı tərəf əqdin etibarsızlığı faktının mövcudluğu ilə razılaşmadığı təqdirdə Mülki Məcəllənin 339.6-cı maddəsi zərərçəkənə məhkəmədə iddia irəli sürməklə mübahisəni həll etmək imkanını verir.

67. Yuxarıda qeyd edilənlərə əsasən hüquqi şəxs və təsisçisi bir-birinin öhdəlikləri üzrə cavabdeh olmadıqlarından təsisçinin də zərərçəkən şəxs kimi hüquqi şəxsin adından iddia qaldırmaq səlahiyyəti yoxdur.Buna görə də iddia apellyasiya şikayəti ilə mübühaisələndirilən digər hissədə də təmin edilməməlidir.

68. Bundan əlavə yuxarıda qeyd edilən Mülki Məcəllənin 49.3-cü maddəsinə əsasən hüquqi şəxs adından çıxış edən şəxs, vəzifələri hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilmədiyi hallarda hüquqi şəxsin nizamnamə kapitalında ən azı 5 faiz paya (səhmə) malik olan iştirakçısının (iştirakçılarının) tələbi ilə ondan pozuntu nəticəsində hüquqi şəxsə dəymiş zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

69. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 23 dekabr 2022-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsızlığına dair iddia tələbi təmin edilməli olmadığından, iddia tələbi digər hissədə də, yəni müqavilənin etibarsızlığının hüquqi nəticələrinə aid Mülki Məcəllənin yuxarıda qeyd olunan 337.5-ci maddəsinin tələbləri baxımından da təmin edilməməlidir.

70. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 12 iyun 2024-cü il tarixli 10/2031-9/2076 nömrəli ekspert rəyinə əlavə olunmuş ekspertiza xərclərinə dair bildiriş üzrə 100 manat, 08 yanvar 2025-ci il tarixli 10/7170-9/7506 nömrəli ekspert rəyinə əlavə olunmuş ekspertiza xərclərinə dair bildiriş üzrə 100 manat və 01 may 2025-ci il tarixli 10/1989 nömrəli ekspert rəyinə əlavə olunmuş ekspertiza xərclərinə dair bildiriş üzrə 100 manat məbləğində olmaqla, aparılan ekspertiza tədqiqatlarının dəyəri ümumilikdə 300 manat iddia tələbi təmin edilməli olmadığından iddiaçıdan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir.

71. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Kommersiya Məhkəməsinin 24 iyun 2025-ci il tarixli, e-2-2(119)-19/2025 nömrəli qətnaməsi apellyasiya şikayətləri ilə mübahisələndirilən hissədə, yəni iddianın təmin olunmuş cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 23 dekabr 2022-ci il tarixli 4Ə-810 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsi əsasında verilmiş 27 dekabr 2022-ci il tarixli ********** qeydiyyat nömrəli **********91 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, torpaq sahəsinin plan və ölçüsünün ləğv edilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında, giriş hissədə 7 mərtəbəli yaşayış binasının yan tərəfində Cavabdeh2 tərəfindən inşa edilmiş hasarın sökülməsi hissəsində ləğv edilsin. Həmin hissədə iddia təmin edilməsin. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 300 (üç yüz) manat iddiaçı “İddiaçı Məhəmmədhadıyeviçdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE********************, X6, KOD210005; VÖEN**********; Müxbir hesAz41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar