Məhkəmə qərarları › İş №2-2(105)-122/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-122/2022

24.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-122/2022 24.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, Cavabdeh2 “Sumqayıt Kommersiya Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli e-2- 2(119)-599/2020 nömrəli qətnaməsinə izah verilməsi” barədə ərizəsi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, e-2-2(119)-599/2020 nömrəli qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında yazılı icraatda baxaraq, müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti 04 sentyabr 2020-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması və obyektdən çıxarılma” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 01 yanvar 2017-ci il tarixli 04 saylı İcarə müqaviləsinə 11 avqust 2020-ci il tarixdən xitam verilməsini nəzərə alaraq Cəmiyyətə dəymiş maddi və mənəvi ziyana görə 10000 (on min) manat təzminat və 01 sentyabr 2020-ci ilə hesablanmış 3750 (üç min yeddi yüz əlli) manat icarə borcu olmaqla, cəmi 13750 (on üç min yeddi yüz əlli) manat pulun və məhkəməyə iddia ərizəsinin verilməsi üçün ödənilmiş 31 (otuz bir) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı QSC-nə ödənilməsi və cavabdehlərin icarə obyektindən məcburi qaydada çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli e-2-2(119)-599/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə məxsus Sumqayıt şəhəri, Sahil küçəsi, Sumqayıt-Novxanı yolunun sol tərəfində yerləşən və 01 yanvar 2017-ci il tarixli 04 saylı icarə müqaviləsi üzrə icarəyə verilmiş sahibkarlıq obyektindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 01 sentyabr 2020-ci il tarixə hesablanmış 3750 (üç min yeddi yüz əlli) manat məbləğində icarə borcu və 15 (on beş) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla – cəmi 3765 (üç min yeddi yüz altmış beş) manat məbləğində pul vəsaitinin İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli e-2-2(119)-599/2020 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayəti (i/v: 2-ci cild, səhifə 48-55) və kassasiya şikayəti (i/v: 2-ci cild, səhifə 172-183) təmin olunmamış və qanuni qüvvəsini almış Sumqayıt Kommersiya Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli e-2-2(119)-599/2020 nömrəli qətnaməsi 05 oktyabr 2021-ci ildə müvafiq qaydada icraya yönəldilmişdir. Həmin qətnamə əsasında verilmiş icra sənədi üzrə Sumqayıt şəhəri üzrə İcra İdarəsində 11 oktyabr 2021-ci il tarixli qərarla icraata başlanmış olsa da, icra məmuru tərəfindən qəbul edilmiş 14 mart 2022ci il tarixli qərarla həmin icra sənədinin icraatına xitam verilmişdir. Lakin, Sumqayıt Kommersiya Məhkəməsinin 05 may 2022-ci il tarixli 8-2(119)-5/2022 nömrəli qərardadı ilə Sumqayıt Kommersiya Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli e-22(119)-599/2020 nömrəli qətnaməsinə əsasən verilmiş icra sənədinin icraatına xitam verilməsi barədə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin 14 mart 2022-ci il tarixli qərarından tələbkar İddiaçı QSC və borclu Cavabdeh2 tərəfindən verilmiş şikayətlər təmin edilmiş və Sumqayıt şəhəri üzrə İcra İdarəsinin 14 mart 2022-ci il tarixli qərarı ləğv edilmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 05 may 2022-ci il tarixli 82(119)-5/2022 nömrəli qərardadı qanuni qüvvəsini almış və buna görə də, Sumqayıt Kommersiya Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli e-2- 2(119)-599/2020 nömrəli qətnaməsinə əsasən verilmiş icra sənədinin icrasının davam etdirilməsi üçün həmin qərardad Sumqayıt şəhəri üzrə İcra İdarəsinə göndərilmişdir. Cavabdeh2 10 may 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə “Sumqayıt Kommersiya Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli e-2-2(119)-599/2020 nömrəli qətnaməsinə izah verilməsi” barədə ərizə ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək, qətnamədə qeyd olunan "Sumqayıt şəhəri, Sahil küçəsi, Sumqayıt Novxanı yolunun sol tərəfində yerləşən və 01 yanvar 2017-ci il tarixli 04 saylı müqaviləsi üzrə icarəyə verilmiş sahibkarlıq obyektinin” sahəsinin nə qədər olması barədə izah verilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 27 may 2022-ci il tarixli e-2-2(119)-599/2020 qərardadı ilə Sumqayıt Kommersiya Məhkəməsinin 15oktyabr2020-ciiltarixlie-2- 2(119)599/2020 nömrəli qətnaməsinə izah verilmişdir. Lakin Sumqayıt Apellyasiya Məhkəməsinin 29 iyun 2022-ci il tarixli 2-2(105)-79/2022 nömrəli qərardadı ilə Sumqayıt Kommersiya Məhkəməsinin 27 may 2022-ci il tarixli e-2- 2(119)-599/2020 nömrəli qərardadı və onun əsasında çıxarılmış 03 iyun 2022-ci il tarixli e-2- 2(119)599/2020 nömrəli qərardadı ləğv edilmiş, Cavabdeh2 qətnaməyə izah verilməsinə dair ərizəsinə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmışdır. Sumqayıt Kommersiya Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli e-2-2(119)- 599/2020 nömrəli qərardadı ilə Cavabdeh2 “Sumqayıt Kommersiya Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli e-2-2(119)-599/2020 nömrəli qətnaməsinə izah verilməsi” barədə ərizəsi təmin edilməmişdir. Cavabdeh2 həmin qərardaddan şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə iclasında məhkəməyə vəsatət təqdim olunmuşdur ki, mübahisə predmeti olan ərazinin koordinatlarının alınması barədə vəkil sorğusu göndərilmiş və sorğunun cavabı gələnədək təxirə salınsın. Məhkəmə vəsatəti əsassız olaraq təmin etməmişdir. Bundan başqa məhkəmə iclasında iddiaçının mübahisəli əraziyə dair koordinatlarını təsdiq edən heç bir rəsmi sənəd təqdim olunmamışdır. Hər hansı ərazinin koordinatlarını təsdiq edən sənəd texniki passport, torpaq sahəsinin planı və ölçüsü və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışıdır. Qətnamənin icra mərhələsində çətinliklər yaranmış və cavabdehlərin hansı ərazidən çıxarılması dəqiq deyildir. Hazırda şikayət olunan qərardadda da bu məsələ açıq qalmışdır. Məhkəmə yekun qərar qəbul edərkən əsaslandırmada ancaq onu qeyd etmişdir ki, cavabdehlərin hansı hissədən çıxarılması məsələsinə aydınlıq gətirilsə bundan əvvəlki qanuni qüvvəyə minmiş məhkəmə qərarlarını şübhə altına alır. Dolayısı ilə məhkəmə razılaşır ki, cavabdehlər həqiqətən də 150 m ərazidən çıxarılmalıdır. Bundan başqa MPM-in 230.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, qətnaməyə izah verilərkən qətnamənin məzmunu dəyişdirilməməlidir. Məhkəmə qətnaməsində cavabdehlərin hansı hissədən çıxarılması barədə heç nə qeyd olunmamışdır. Ona görə həmin hissənin dəqiqləşdirilməsi barədə ərizə qətnamənin məzmununun dəyişdirilməsi kimi yox dəqiqləşdirilməsi kimi başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən mübahisənin qanuni həlli üçün mühüm əhəmiyyəti olan bir sıra hallar aydınlaşdırılmamışdır. Belə ki, birinci instansiya məhkəməsi iddiaçıdan ona məxsus obyektin və torpaq sahəsinin koordinatları barədə sənəd ala bilməmiş, cavabdehin obyektin hansı hissəsindən çıxarılması ilə bağlı heç bir araşdırma aparmamışdır. Sumqayıt Kommersiya Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli e-2-2(119)-599/2020 saylı qərardadı ilə şikayətin təmin edilməməsi və işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. (hakim Həlimə Alıyeva) Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayəti araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Sumqayıt Apellyasiya Məhkəmənin kollegiyası işə yazılı icraat qaydasında baxaraq aşağıdakı göstərilənləri qeyd etməyi zəruri hesab edir. Yuxarıda qeyd olunduğu kimi, Sumqayıt Kommersiya Məhkəməsinin 15 oktyabr 2020ci il tarixli e-2-2(119)-599/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə məxsus Sumqayıt şəhəri, Sahil küçəsi, SumqayıtNovxanı yolunun sol tərəfində yerləşən və 01 yanvar 2017-ci il tarixli 04 saylı icarə müqaviləsi üzrə icarəyə verilmiş sahibkarlıq obyektindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 01 sentyabr 2020-ci il tarixə hesablanmış 3750 (üç min yeddi yüz əlli) manat məbləğində icarə borcu və 15 (on beş) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla – cəmi 3765 (üç min yeddi yüz altmış beş) manat məbləğində pul vəsaitinin İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədə istinad olunan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 01 yanvar 2017-ci il tarixli icarə müqaviləsinin 1- ci bəndinə əsasən isə “İcarəyəverən” “icarəyəgötürən”in müraciətini nəzərə alaraq özünün Dənizkənarı İstirahət zonasında 3 №-li sahəsini təsnifatı üzrə müəyyən olunan hüdudlarda 150 m²-lik əmlakı ilə əhaliyə xidmət göstərilməsi üçün “İcarəyəgötürən”ə icarəyə verir. 01 yanvar 2017-ci il tarixli icarə müqaviləsinin 1-ci bəndində birbaşa göstərilmişdir ki, “İcarəyəverən” “icarəyəgötürən”in müraciətini nəzərə alaraq özünün Dənizkənarı İstirahət zonasında 3 №- li sahəsini təsnifatı üzrə müəyyən olunan hüdudlarla 150m²-lik əmlakı ilə əhaliyə xidmət göstərilməsi üçün “İcarəyəgötürən”ə icarəyə verir”. Həmin müqavilənin 2-ci bəndində isə göstərilmişdir ki, ““İcarəyəgötürən” öhdəsinə götürür: “İcarəyəverən”in Dənizkənarı İstirahət zonasında 3 №-li sahəsini təsnifatı üzrə müəyyən olan hüdudlarla 150 m²-lik əmlakı ilə əhaliyə xidmət göstərilməsi üçün icarəyə götürür və aldığı lisenziyaya əsasən fəaliyyət göstərir”. Yəni həmin müqavilədə yalnız 150 m²-lik əmlak deyil, həmin əmlakın aid olduğu Dənizkənarı istirahət zonasının 3№-li sahəsinin (təsnifatı ilə müəyyən olunmuş hüdudlarda) icarəyə verildiyi göstərilmişdir. Kollegiya qeyd edir ki, qətnamədə icarəyə verilmiş əmlak yuxarıda qeyd olunan müqaviləyə əsasən dəqiq göstərilmişdir, cavabdehin ərizəsində qeyd olunduğu kimi qətnaməyə izah verilməsi qətnamənin məzmununun dəyişməsi ilə əlaqədar olduğundan, ərizə təmin olunmamalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 398-ci maddəsinə əsasən аpellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qəraraalır: Cavabdeh2 şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli e-2-2(119)- 599/2020 saylı qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar