Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-123/2023 06.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı kommersiya işi üzrə (Açar sözlər: borcun tutulması, iddia müddətinin axımının dayanması) X3 Süleymanovanın sədrliyi və məruzəsi, X4 Məmmədov və X2 ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə3, Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı "borcun tutulması" tələbinə dair kommersiya mübahisəsi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, e-2-2(119)-402/2023 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu 09 mart 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə sadələşdirilmiş icraat qaydasında cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair kiçik iddialar üzrə ərizə ilə məhkəməyə müraciət edərək, 3446,28 (üç min dörd yüz qırx altı manat 28 qəpik) manat əsas borcun, 2833,55 (iki min səkkiz yüz otuz üç manat 55 qəpik) manat faiz borcunun və 3190,11 (üç min bir yüz doxsan manat 11 qəpik) manat cərimənin, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 480,96 (dörd yüz səksən manat 96 qəpik) manat faiz borcunun, iş üzrə ödənilmiş 19,51 (on doqquz manat 51 qəpik) manat dövlət rüsumunun və iş üzrə mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 100 (yüz) manat məbləğində mediasiyaya dair xərcin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tutularaq, Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Xırdalan filialı ilə Cavabdeh2arasında bağlanmış ********* nömrəli xx.xx.2015-ci il tarixli Kredit müqaviləsi üzrə cavabdehə dövriyyə vəsaitinin artırılması məqsədi ilə 24 (iyirmi dörd) ay müddətinə illik 21.5 faiz dərəcəsi ilə 5000 (beş min) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh3 və Cavabdeh1 ilə Bank arasında 480004649/ZM nömrəli xx.xx.2015-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. 03 avqust 2015-ci il tarilxi ********* saylı Kredit müqaviləsinə 13 fevral 2017-ci il tarixdə 1 nömrəli Əlavə saziş bağlanmışdır. Əlavə Sazişə əsasən borcalanın kreditor qarşısındakı 2991,31 (iki min doqquz yüz doxsan bir ABŞ dolları 31 sent) ABŞ dolları kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) konvertasiya edilməklə (1 USD=1.50 AZN)] 4486,97 (dörd min dörd yüz səksən altı manat 97 qəpik) manat təşkil edir. Borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 2991,31 (iki min doqquz yüz doxsan bir ABŞ dolları 31 sent) ABŞ dolları əsas borc, 699,95 (altı yüz doxsan doqquz ABŞ dolları 95 sent) ABŞ dolları ayrıca hesabda dondurulmuş faiz borcu və 91,67 (doxsan bir ABŞ dolları 67 sent) ABŞ dolları cərimə borcu təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2020-ci il tarixədək uzadılır və illik 20 (iyirmi) faiz ödənilir. Əlavə Sazişə əsasən Cavabdeh3 və Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanılır. LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı sözügedən kredit müqaviləsinin icra edilməməsinə görə 9950,90 manat məbləğində ümumi borcun ödənilməsi tələbinə dair” mübahisə ilə əlaqədar xx.xx.2023-cü il tarixdə mediasiya sessiyası keçirilmiş, lakin cavabdehlər mediasiya sessiyasında iştirak etmədiklərindən “İlkin Mediasiya sessiyasında iştirak edilməməsi” barədə MŞS/MT030/2023/00071 nömrəli xx.xx.2023-ci il tarixli Arayış tərtib edilmişdir. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********225 saylı xx.xx.2022-ci il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Cavabdeh sonuncu dəfə xx.xx.2017-ci il tarixdə 170 (bir yüz yetmiş) AZN məbləğində ödəniş etmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2022-ci il tarixə Cavabdeh2 kredit üzrə cəmi borcu 9950,90 (doqquz min doqquz yüz əlli manat 90 qəpik) manat təşkil edir. Bundan 3446,28 (üç min dörd yüz qırx altı manat 28 qəpik) manat əsas, 2833,55 (iki min səkkiz yüz otuz üç manat 55 qəpik) manat faiz, 3190,11 (üç min bir yüz doxsan manat 11 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 480,96 (dörd yüz səksən manat 96 qəpik) manat faiz borcu təşkil edir. Azərbaycan Respubikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
3. Məhkəmə, iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, Mülki-Prossesual Qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehlərə göndərilmişdir.
4. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.
5. İddiaçı Açıq Səhmdar Cəmiyyəti – “Borc verən” və Cavabdeh2 – “Borc alan” arasında bağlanmış 03 avqust 2015-ci il tarixli ********* nömrəli Kredit Müqaviləsi və həmin müqaviləyə 1 saylı Əlavəyə əsasən dövriyyə vəsaitinin alınması və cari xərclər üçün borcalan Cavabdeh2 (VÖEN **********) 24 ay müddətinə illik 21,5 % dərəcəsi ilə 5000 (beş min) ABŞ dolları məbləğində kredit verilmişdir.
6. İş materiallarından görünür ki, borcalan Cavabdeh2 Banka olan borcunu müvafiq Ödəniş Cədvəlinə əsasən son ödəniş tarixi 03 avqust 2017-ci il olmaqla, müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin Ödəniş Cədvəlini borcalan Cavabdeh2 imzası ilə təsdiq etmişdir.
7. İddiaçı Açıq Səhmdar Cəmiyyəti – “Borc verən” və Cavabdeh2 – “Borc alan” arasında bağlanmış 03 avqust 2015-ci il tarixli ********* nömrəli Kredit Müqaviləsi üzrə bağlanmış 13 fevral 2017-ci il tarixli 1 nömrəli Əlavə Sazişə əsasən, Borcalanın Kreditor qarşısındakı 2991,31 (iki min doqquz yüz doxsan bir ABŞ dolları 31 sent) ABŞ dolları kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) konvertasiya edilməklə (1 USD=1,50 AZN) 4486,97 (dörd min dörd yüz səksən altı manat 97 qəpik) manat təşkil etmiş (1.1-ci bənd) və Restrukturizasiya edilmiş kreditin müddəti illik 20 (iyirmi) faiz hesablanmaqla, 13 fevral 2020-ci il tarixədək uzadılmışdır.
8. 03 avqust 2015-ci il tarixli 480004649/ZM nömrəli Zaminlik müqaviləsi və həmin müqavilə üzrə bağlanılmış 1 saylı Əlavədən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti – “Borc verən”, müvafiq olaraq Cavabdeh3 və Cavabdeh1 – “Zaminlər” olmaqla, bağlanmış həmin Müqaviləyə əsasən, həmin zaminlər borc alan Cavabdeh2 03 avqust 2015-ci il tarixli ********* nömrəli Kredit Müqaviləsi üzrə Bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsinə görə üzərlərinə Borcalanla birgə məsuliyyəti götürmüşlər.
9. X1 tələblərinə görə zaminliklə təmin edilmiş öhdəlik Kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə Zamin və ya Zaminlər və Borcalan Kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (müqavilələrin 4.1-ci bəndi).
10. 22 noyabr 2022-ci il tarixli **********970 nömrəli Maliyyə Arayışından görünür ki, borcalan Cavabdeh2 Kredit müqaviləsi üzrə 11 noyabr 2022-ci il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 3446,28 manat məbləğində əsas borc, 2833,55 manat məbləğində faiz borcu, 3190,11 manat məbləğində cərimə və kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 480,96 manat məbləğində faiz borcu olmaqla, cəmi 9950,90 (doqquz min doqquz yüz əlli manat 90 qəpik) manat məbləğində borcu vardır və kredit müqaviləsi üzrə gecikmə 1002 gün təşkil edir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
11. Sumqayıt Kommersiya Məhkəməsinin 18 aprel 2023-cü il tarixli e-2-2(119)- 402/2023 nömrəli qətnaməsi ilə (hakim Zülfüqar Sadiqov) iddianın qismən təmin edilməsi, Cavabdeh2 (VÖEN **********) 3446,28 (üç min dörd yüz qırx altı manat 28 qəpik) manat məbləğində əsas borc, 2833,55 (iki min səkkiz yüz otuz üç manat 55 qəpik) manat məbləğində faiz borcu, müqavilə müddəti bitdikdən sonra illik 5 %-lə hesablanmış 480,96 (dörd yüz səksən manat 96 qəpik) manat məbləğində faiz, 200 (iki yüz) manat məbləğində cərimə, mediasiya ilə əlaqədar ödənilmiş 100 (yüz) manat məbləğində xidmət haqqı və 19,51 (on doqquz manat 51 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 7080,3 (yeddi min səksən manat 30 qəpik) manat məbləğində pul vəsaitinin Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh2 dövlət rüsumunun qalığı kimi 70,09 (yetmiş manat 09 qəpik) manat məbləğində pul vəsaitinin dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 739.2, 470.1, 472.1, 472.3, 477.0, 477.0.4, 385.1, 425.1, 427.3, 442, 448, 449.1, 462.1, 465.2-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 88, 119.1, 119.2, 216-220, 222, 227, 233, 284-1 – 284-6, 358, 360 və 362-ci maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyanın 17 avqust 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayətinə şifahi icraat qaydasında məhkəmə iclasında baxılması qərara alınmışdır.
b) Apellyasiya şikayəti və onun dəlilləri
13. Cavabdeh Nəzərova Mehrı̇ ban Nərı̇ man qızı apellyasiya şikayəti verərək Sumqayıt Kommersiya Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, e-2-2(119)-402/2023 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə yekun nəticəyə gəlmək üçün qətnamənin təsviri-əsaslandırıcı hissəsində hansı halların müəyyən edildiyini göstərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birilərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. İş materiallarından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti – “Borc verən” və Cavabdeh2 arasında bağlanılmış kredit müqaviləsinin müddəti 13 fevral 2020-ci il tarixədək uzadılmışdır.Müqavilənin bitmə tarixi xx.xx.2023-ci il tarixdir. Mövcud mübahisənin məhkəməyə qədər mərhələdə və yaxud, mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır, cavabdehlər mediasiya sessiyasında iştirak etməmişlər, “İlkin Mediasiya sessiyasında iştirak edilməməsi” barədə 25 yanvar 2023-cü il tarixli MŞS/MT030/2023/00071 nömrəli Arayış alinmişdir. Mediyasiya təşkilatina müraciət xx.xx.2023-ci ildə olmuşdur və 25 yanvar 2023-cü il tarixli MŞS/MT030/2023/00071 nömrəli arayış alinmişdir. Mediysiya təşkilatinda İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Ləğvedicisi”-nin müraciəti və arayışın alınmasi 13 gün çəkmişdir. Buda 13 fevral 2023-ci ildə bitmiş 03 avqust 2015-ci il tarixli ********* nömrəli Kredit Müqaviləsi müqavilənin13 fevral 2020-ci il tarixədək uzadılmış müqavilənin aximinin 13 gün dayanmasina səbəb olmuşdur. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Ləğvedicisi” –nin Sumaqyıt kommersiya məhkəməsinə müraciət etmək hüququ müqavilən bitdiyi 13 fevral 2023-ci il tarixinin sonuncu günü 26 fevral 2023-ci il olmaliydi. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Ləğvedicisi” müddətin bərpa olunmasi bağlı Sumqayıt kommersiya məhkəməsinə heç bir sənəd təqdim etmədən 11 gün müddəti keçirdərək, 09 mart 2023-ci ildə məhkəməyə müraciət etmişdir. Qeyd olunan halları, apellyasiya şikayətinin bununla bağlı dəlilini nəzərə alaraq hesab edirəm ki, birinci instansiya məhkəməsinin qətnaməsi prosessual əsasla ləğv edilməlidir, birinci instansiyyaya məhkəməsində üzürlü səbəbdən iştirak edə bilmədiyimdən, çəkişmə prinsiplər pozulmasi, mediasiya işləri məhkəməyə təqdim olunmasilə bağlı vəsadətlərimi təqdim edilməməsi, idddiya müddətilə tətbiq edilməsilə bağlı ərizələrimi məhkəmiyə təqdim edə bilmədiyimdən apelyasiyada yeni qətnamə qəbul edilməldir.
15. Cavabdeh Nəzərova Mehrı̇ ban Nərı̇ man qızının nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən araşdırılan iddia tələbi üzrə iddia müddətinin tətbiq edilməsi barədə ərizə verərək iddianın rədd edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
16. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
d) Apellyasiya icraatı iştirakçılarının izahatları
17. Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını, iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsini məhkəmə kollegiyasından xahiş etdi.
18. İddiaçının nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını, iddia müddətinin tətbiqi üçün əsasların olmadığını, müddətin buraxılmadığını bildirdi və birinci instanisya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Həmçinin bildirdi ki, mübahisələndirilən kredit müqaviləsi üzrə borc Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli fərmanının təsiri altına düşmüş, lakin borclu müraciət etmədiyinə görə kredit borcu restruktruzasiya olunmamışdır.
19. İş üzrə cavabdehlər Cavabdeh3 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.
Apellyasiya baxışının hədləri
20. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi Cavabdeh2 verdiyi apellyasiya şikayətində Sumqayıt Kommersiya Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, e-2-2(119)-402/2023 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 739. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 472.3. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 477.0. və 477.0.4. Zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda - zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin nümayəndələrinin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv olunmalı, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməlidir.
24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmiş, qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmişdir.
25. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 03 avqust 2015-ci il tarixli ********* nömrəli Kredit Müqaviləsi və həmin müqaviləyə 1 saylı Əlavəyə əsasən dövriyyə vəsaitinin alınması və cari xərclər üçün borcalan Cavabdeh2 24 ay müddətinə illik 21,5 % dərəcəsi ilə 5000 (beş min) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh3 və Cavabdeh1 ilə Bank arasında 480004649/ZM nömrəli xx.xx.2015-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. 03 avqust 2015-ci il tarilxi ********* saylı Kredit müqaviləsinə 13 fevral 2017-ci il tarixdə 1 nömrəli Əlavə saziş bağlanmışdır. Əlavə Sazişə əsasən borcalanın kreditor qarşısındakı 2991,31 ABŞ dolları kredit öhdəliyinin qalığı konvertasiya edilməklə 4486,97 manat təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2020-ci il tarixədək uzadılmışdır. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmiş, verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarmamışlar. İddiaçı qeyd olunan əsaslardan çıxış edərək araşdırılan iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
26. Sumqayıt Kommersiya Məhkəməsinin 18 aprel 2023-cü il tarixli e-2-2(119)- 402/2023 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilərək Cavabdeh2 3446,28 manat əsas borc, 2833,55 manat faiz borcu, müqavilə müddəti bitdikdən sonra illik 5 %-lə hesablanmış 480,96 manat faiz, 200 (iki yüz) manat cərimə məbləğinin Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir.
27. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan borcalan Cavabdeh2 (VÖEN: **********) 03 avqust 2015-ci il tarixli ********* nömrəli Kredit müqaviləsini və 13 fevral 2017-ci il tarixli 1 nömrəli Əlavə Sazişi bağlayarkən götürdüyü öhdəlikləri pozmuş və onları lazımınca icra etməyərək borcverən İddiaçı ASC-yə ödənilməli olan əsas borcu müvafiq qaydada ödəməmiş və bununla da, Borcverəndən aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişdir. Borcalan Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliklərini müvafiq qaydada yerinə yetirmədiyindən, zaminlər Cavabdeh1 və Cavabdeh3 da borcverən Bank qarşısında öhdəlikləri yaranmışdır. Zaminlər Cavabdeh3 və Cavabdeh1 “borc alan” Cavabdeh2 03 avqust 2015-ci il tarixli ********* nömrəli Kredit Müqaviləsi və həmin müqavilə əsasında bağlanmış 13 fevral 2017-ci il tarixli 1 nömrəli Əlavə Sazişə əsasən kreditin qaytarılma vaxtının son müddəti 13 fevral 2020-ci il tarixidir və həmin tarixdə məlum kredit müqaviləsinin müddəti bitmişdir. Yəni, cavabdehlər Cavabdeh3 və Cavabdeh1 zaminliyi ilə təmin olunmuş kredit müqaviləsinin və kreditin qaytarılmasının son müddəti 13 fevral 2020-ci il tarixi olmuşdur. Lakin, iddiaçı zaminliklə təmin edilmiş həmin öhdəliyin icrası vaxtının çatdığı gündən, yəni müvafiq olaraq 13 fevral 2020-ci il tarixdən 1 (bir) il ərzində həmin zaminlərə qarşı iddia irəli sürməmişdir. Belə ki, iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu həmin müqavilələr üzrə yaranmış öhdəliklərin yerinə yetirilməsi ilə bağlı hazırkı iddia ərizəsini qeyd olunan müddət (bir illik müddət) keçdikdən sonra, yəni 09 mart 2023-cü ildə məhkəməyə təqdim etmişdir. Odur ki, qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin tələblərinə görə, yəni məlum kredit müqaviləsi üzrə zaminliklə təmin edilmiş öhdəliklərin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditor tərəfindən zaminlərə qarşı iddia irəli sürülmədiyi üçün, hazırkı iddia ərizəsi üzrə müqavilə üzrə tələb edilən borclar zaminlərdən tutulmamalı və zamin qismində Cavabdeh3 və zamin qismində Cavabdeh1 qarşı zaminliklə əlaqədar yönəlmiş iddia tələbi həmin Məcəllənin 477-ci maddəsində müəyyən olunmuş müddət keçdikdən sonra məhkəməyə müraciət olunması ilə əlaqədar təmin edilməməlidir.
28. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan Cavabdeh2 araşdırılan apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir.
29. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə əsas borcun tutulması və zaminliyə xitam verilməsi hissəsi istisna olmaqla razılaşmır, apellyasiya şikayətini birinci instansiya məhkəməsi tərəfindən hüquq normaların pozuntusuna yol verilməsi, tərəflər arasında hüquq münasibətlərinə düzgün hüquqi qiymət verilməməsi hissəsində əsaslı hesab edir.
30. Məhkəmə kollegiyası hesab edir ki, iddianın faiz, illik 5% və cərimənin tutulması hissəsində maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir.
31. Qeyd olunmalıdır ki, ədalət mühakiməsinin həyata keçirilməsində hakimin fəaliyyəti hüquq tətbiqetmənin həyata keçirilməsi ilə bağlıdır.
32. Bu baxımdan qeyd olunmalıdır ki, iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, tələbin qanuni və əsaslı olmasına, habelə istinad olunan sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir. Sübutun qanuni olmaması hüquqi nəticə yaratmamaqla, mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir.
33. Azərbaycan Respublikası Prezidentin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlıəlavə tədbirlər haqqında” Fərmanın 5-ci bəndinə əsasən fiziki şəxslərin xarici valyutada əsas məbləği 10000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizaşiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682.000.000 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsi, eləcə də, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215.000.000 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsi qərara alınmışdır. Fərmanın təsir dairəsinə (8.6-cı bəndi) fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar daxil edilmişdir.
34. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, araşdırılan mübahisə üzrə kredit müqaviləsi Fərmanın təsiri altına düşmüşdür. Bu baxımdan kollegiya hesab edir ki, iddia tələbi illik 5% və cərimənin tutulması hissədə təmin edilə bilməzdi, kredit öhdəliyi üzrə əsas borc tələbi ilə bağlı hisssədə iddianın təmin edilməsi qanuni və əsaslıdır.
35. Belə ki, qeyd olunan Fərmanın 6.2-ci bəndinə əsasən fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə onlan işlərin geri çağrılmasını təmin edən tədbirlər görülməlidir.
36. 8.9-cu bəndə əsasən faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi nəzərdə tutulur.
37. Məhkəmə hesab edir ki, araşdırılan mübahisə üzrə borc Fərmanın təsiri altına düşməklə, həmin kredit öhdəliyi üzrə tələb olunan faizlər, cərimə silinmişdir, bu baxımdan iddiaçının qeyd olunan hissədə tələbi təmin oluna bilməzdi.
38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddia müddətinin ötürülməsi və iddia müddəti tətbiq edilməklə iddianın rədd olunması barədə dəllilini isə əsassız hesab edir.
39. Belə ki, işin müəyyən edilmiş hallarından göründüyü kimi tərəflər arasında bağlanmış kredit müqaviləsinin bitmə müddəti 13 fevral 2020-ci il tarix olmuşdur. Müqavilə tələbləri üzrə iddia müddəti üç il olmaqla kredit müqaviləsi üzrə iddia müddəti 13 fevral 2023-cü il tarixdə bitmişdir. İş materialları ilə müəyyən edilir ki, 24 dekabr 2022-ci il tarixdə poçt orqanına təqdim etməklə (poçt göndərişi, zərf iş materiallarına əlavə edilmişdir) iddiaçı Mediasiya prosesinin tətbiqi barədə təklif ilə Mediasiya Şurasına müraciət etmişdir. Mediasiya prosesinin nəticəsinə dair 25 yanvar 2023-cü il tarixdə Mediasiya Şurası tərəfindən arayış tərtib edilmiş, həmin arayış 31 yanvar 2023-cü il tarixdə iddiaçı tərəfindən qəbul edilmiş, 09 mart 2023-cü il tarixdə araşdırılan iddia ilə iddiaçı məhkəməyə müraciət etmişdir.
40. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu: 35.1. Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. 35.2. Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. 32.4.2. bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən.
41. Qeyd olunmalıdır ki, iddiaçı 24 dekabr 2022-ci il tarixdə Mediasiya Şurasına müraciət etməklə iddia müddətinin axımı dayanmış, 31 yanvar 2023-cü il tarixdə müvafiq arayışın iddiaçıya təqdim olunması ilə iddia müddətinin axımı bərpa olunmuşdur. 24 dekabr 2023-cü il tarixdə iddia müddətinin axımı dayanarkən iddia müddətinin bitməsinə (13 fevral 2023-cü ildə bitir) 52 gün qalmışdır. 31 yanvar 2023-cü il tarixdə Mediasiya prosesinin nəticəsinə dair 25 yanvar 2023-cü il tarixli arayışı əldə etdikdən sonra həmin müddətin axımı bərpa olunmuşdur. 31 yanvar 2023-cü il tarixdən məhkəməyə müraciət edildiyi 09 mart 2023-cü il tarixədək 38 gün müddət (52- 38= 14 gün) keçmişdir.
42. Şərh olunanlardan göründüyü kimi iddiaçı tərəfindən iddia müddəti buraxılmamışdır. Bu göstərilənlərə əsasən kollegiya hesab edir ki, iddia müddətinin tətbiq edilməsi üçün qanuni əsas yoxdur, şikayətin bu barədə dəlili əsassızdır.
43. Beləliklə, məhkəmə kollegiyası şərh olunanlara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi üçün əsaslı olmaqla, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Kommersiya Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, e-2-2(119)-402/2023 nömrəli qətnaməsi qismən - Sumqayıt Kommersiya Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, e-2- 2(119)-402/2023 nömrəli qətnaməsi qismən - Cavabdeh2 (VÖEN **********) 2833,55 (iki min səkkiz yüz otuz üç manat 55 qəpik) manat məbləğində faiz borcu, müqavilə müddəti bitdikdən sonra illik 5 %-lə hesablanmış 480,96 (dörd yüz səksən manat 96 qəpik) manat məbləğində faiz, 200 (iki yüz) manat məbləğində cərimə Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 2833,55 (iki min səkkiz yüz otuz üç manat 55 qəpik) manat faiz borcunun və 3190,11 (üç min bir yüz doxsan manat 11 qəpik) manat cərimənin, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 480,96 (dörd yüz səksən manat 96 qəpik) manat faiz borcunun tutularaq Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi hissəsində iddia rədd edilməlidir.
44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378- 382, 384.0.2, 392, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh Nəzərova Mehrı̇ ban Nərı̇ man qızı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Kommersiya Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, e-2-2(119)- 402/2023 nömrəli qətnaməsi qismən - Cavabdeh2 (VÖEN **********) 2833,55 (iki min səkkiz yüz otuz üç manat 55 qəpik) manat məbləğində faiz borcu, müqavilə müddəti bitdikdən sonra illik 5 %-lə hesablanmış 480,96 (dörd yüz səksən manat 96 qəpik) manat məbləğində faiz, 200 (iki yüz) manat məbləğində cərimə Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun hissəsində ləğv edilsin, həmin hissədə yeni qətnamə qəbul edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 2833,55 (iki min səkkiz yüz otuz üç manat 55 qəpik) manat faiz borcunun və 3190,11 (üç min bir yüz doxsan manat 11 qəpik) manat cərimənin, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 480,96 (dörd yüz səksən manat 96 qəpik) manat faiz borcunun tutularaq Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi hissəsində iddia rədd edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.