Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-123/2024 23.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim: X oğlu, Hakimlər XX oğlu və X1 ibarət tərkibdə, XXX qızının katibliyi, İddiaçı, nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh "X3 Şirkəti" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh "X3 Şirkəti" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin e-2- 2(119)-809/2024 nömrəli 08 avqust 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı (VÖEN **********) 26 aprel 2024-cü ildə cavabdeh “X3 Şirkəti” Məhdud Məsuliyyyətli Cəmiyyətinə (VÖEN **********) qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “X3 Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyətindən vurulmuş zərərin əvəzi olaraq 99924 (doxsan doqquz min doqquz yüz iyirmi dörd) manat məbləğində pul vəsaitinin və ödənilmiş 390 (üç yüz doxsan) manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 08 avqust 2024-cü il tarixli e-2-2(119)- 809/2024 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdeh “X3 Şirkəti” Məhdud Məsuliyyyətli Cəmiyyətindən (VÖEN **********) 99924 (doxsan doqquz min doqquz yüz iyirmi dörd) manat məbləğində dəymiş maddi ziyan və 390 (üç yüz doxsan) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 100314 (yüz min üç yüz on dörd) manat məbləğində pul vəsaitinin İddiaçı (VÖEN **********) xeyrinə tutulması qət edilmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin qətnaməsi ilə razılaşmayan cavabdeh “X3 Şirkəti” MMC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 30 sentyabr 2024-cü il tarixli 2-2(105)- 123/2024 nömrəli qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilmişdir. İddiaçı və cavabdeh tərəf ərizə ilə məhkəməyə müraciət edərək yaranmış mübahisənin məhkəmədənkənar qaydada barışıq yolu ilə həll edilməsinə dair razılıq əldə olunduğunu bildirərək tərəflər arasında bağlanmış 18 dekabr 2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 barışıq sazişini məhkəməyə təqdim edərək, təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı, nümayəndəsi və vəkili Nümayəndə1 barışıq sazişinin şərtlərində qeyd edilmiş 30.000 (otuz min) manat məbləğində pul vəsaitinin İddiaçı ödənildiyini bildirərək barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Tərəflər arasında bağlanmış 18 dekabr 2024-cü il tarixli barışıq sazişinin şərtləri aşağıdakı kimidir: 1.Ümumi müddəalar. 1.1.Hər iki tərəf bəyan edirlər ki, vurulmuş zərərin əvəzi olaraq tələb olunan 99 924 (doxsan doqquz min doqquz yüz iyirmi dörd) manat pul vəsaitinin əvəzi olaraq 65 000 (altmış beş min) manat pul vəsaitinin ödənilməsi ilə aralarında yaranmış mübahisəni barışıq yolu ilə həll edirlər. 1.2.Hər iki tərəf bəyan edirlər ki, barışıq sazişinin bağlanmasının hüquqi nəticələri onlara tam izah edilmişdir. Barışıq sazişinin şərtləri tərəflərin könüllü iradə ifadəsini əks etdirir. Tərəflər 65 000 (altmış beş min) manat pul vəsaitinin ödənilməsi qaydasını, öhdəliklərini, hüquq və vəzifələrini, eləcə də həmin məbləğ şərtləşdirilmiş müddətdə və qaydada qaytarılmadıqda görüləcək məsuliyyət tədbirləri X5 ilə müəyyən edilir. 1.3.Hər iki tərəf bəyan edirlər ki, gələcəkdə bir-birilərinə qarşı möcvud mübahisə üzrə və bu mübahisədən irəli gələn digər tələblərə dair iddialar qaldırmayacaqlar. 2.Tərəflərin öhdəlikəri, hüquq və vəzifələri. 2.1.“X3 Şirkəti” MMC-nin öhdəlikləri, hüquq və vəzifələri: 2.2.“X3 Şirkəti” MMC öhdəsinə götürür ki, X5 imzalanan gün 30.000 (otuz min) manat məbləğində pul vəsaitini bank hesabı (bank köçürmə komissiya xərci xaric) vasitəsi ilə İddiaçı ödəyir. 2.3.“X3 Şirkəti” MMC öhdəsinə götürür ki, yerdə qalan 35000 (otuz beş min) manat məbləğində pul vəsaitini isə yeddi ay ərzində, yəni 2025-ci ilin yanvar, fevral, mart, aprel, may, iyun və iyul ayları (hər ayın 25-dən gec olmayaraq) ərzində, hər ay 5000 (beş min) manat olmaqla bank hesabı (bank köçürmə komissiya xərci xaric) vasitəsi ilə İddiaçı tam ödəyəcəkdir. 2.4.“X3 Şirkəti” MMC-nin hüququ vardır ki, bu Sazişin 1.1-ci bəndində nəzərdə tutulan pul vəsaitini İddiaçı ödədikdən sonra vurulmuş zərərin əvəzi olaraq tələb olunan 99 924 (doxsan doqquz min doqquz yüz iyirmi dörd) manat pul vəsaiti tam ödənilmiş hesab edilsin. 2.5.İddiaçı öhdəlikləri, hüquq və vəzifələri: 2.6.İddiaçı öhdəsinə götürür ki, “X3 Şirkəti” MMC-yə qarşı 99 924 (doxsan doqquz min doqquz yüz iyirmi dörd) manat pul tələbinə dair verilmiş iddia tələbinin əvəzi olaraq “X3 Şirkəti” MMC-dən bu Sazişin 1.1-ci bəndində nəzərdə tutulmuş pul vəsaitini Sazişin 2.2 və 2.3-ci bəndində nəzərdə tutulan qaydada ödənilməsi şərti ilə qəbul edir. 2.7.İddiaçı öhdəsinə götürür ki, bu Sazişin 1.1-ci bəndi ilə nəzərdə tutulmuş pul vəsaiti ona ödənildikdən sonra “X3 Şirkəti” MMC-yə qarşı 99 924 (doxsan doqquz min doqquz yüz iyirmi dörd) manat pul tələbinə iddia tələbini ödənilmiş hesab edir və həmin tələblə bağlı hər hansı iddia və tələbi olmayacaqdır. 3.Digər şərtlər. 3.1.X4 ilə müəyyən edilən öhdəliklər vaxtında və layiqincə icra edilmədikdə öz öhdəliyini icra etməyən tərəf məsuliyyət daşıyır və bu hal öhdəliyin məcburi qaydada icrasının təmin edilməsi üçün əsas hesab olunacaqdır. 4.Barışıq sazişinin müddəti. 4.1.X5 imzalandığı gündən qüvvəyə minir və tərəflər saziş üzrə öhdəliklərini tam və layiqincə yerinə yetirdikləri ana qədər qüvvədədir. 5.Barışıq sazişinin təsdiqi və hüquqi nəticələri. 5.1.Barışıq sazişi Sumqayıt Apellyasiya Məhkəməsində təsdiq edilir. Barışıq sazişinin ləğvi barədə sonradan ərizə verilməsi yolverilməzdir. 5.2. Bu saziş üç nüsxədən ibarət olmaqla, tərəflərin hər birində bir nüsxə saxlanmaqla, digər nüsxəsi Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim edilir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, barışıq sazişini nəzərdən keçirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən barışıq sazişi təsdiq edilməli, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 191.2-ci maddəsinə iddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0 və 261.0.5 maddələrinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verməlidir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 384.0.5-ci maddəsində qeyd edilmişdir ki, birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8— 259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, tərəflərin təqdim etdikləri barışıq sazişinin şərtləri qanuna zidd deyil və digər şəxslərin mənafelərinə toxunmur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, tərəflərin bağlamış olduqları 18 dekabr 2024-cü il tarixli barışıq sazişi qanuni və əsaslı olduğu üçün təsdiq edilməli və Sumqayıt Kommersiya Məhkəməsinin 08 avqust 2024-cü il tarixli e-2-2(119)-809/2024 nömrəli qətnaməsi ləğv edilməklə, iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261-264, 384.0.5 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Aşağıda göstərilən məzmunda tərəflər arasında bağlanmış 18 dekabr 2024-cü il tarixli barışıq sazişi təsdiq edilsin:
1. Ümumi müddəalar. 1.1.Hər iki tərəf bəyan edirlər ki, vurulmuş zərərin əvəzi olaraq tələb olunan 99 924 (doxsan doqquz min doqquz yüz iyirmi dörd) manat pul vəsaitinin əvəzi olaraq 65 000 (altmış beş min) manat pul vəsaitinin ödənilməsi ilə aralarında yaranmış mübahisəni barışıq yolu ilə həll edirlər. 1.2.Hər iki tərəf bəyan edirlər ki, barışıq sazişinin bağlanmasının hüquqi nəticələri onlara tam izah edilmişdir. Barışıq sazişinin şərtləri tərəflərin könüllü iradə ifadəsini əks etdirir. Tərəflər 65 000 (altmış beş min) manat pul vəsaitinin ödənilməsi qaydasını, öhdəliklərini, hüquq və vəzifələrini, eləcə də həmin məbləğ şərtləşdirilmiş müddətdə və qaydada qaytarılmadıqda görüləcək məsuliyyət tədbirləri X5 ilə müəyyən edilir. 1.3.Hər iki tərəf bəyan edirlər ki, gələcəkdə bir-birilərinə qarşı möcvud mübahisə üzrə və bu mübahisədən irəli gələn digər tələblərə dair iddialar qaldırmayacaqlar. 2.Tərəflərin öhdəlikəri, hüquq və vəzifələri. 2.1.“X3 Şirkəti” MMC-nin öhdəlikləri, hüquq və vəzifələri: 2.2.“X3 Şirkəti” MMC öhdəsinə götürür ki, X5 imzalanan gün 30.000 (otuz min) manat məbləğində pul vəsaitini bank hesabı (bank köçürmə komissiya xərci xaric) vasitəsi ilə İddiaçı ödəyir. 2.3.“X3 Şirkəti” MMC öhdəsinə götürür ki, yerdə qalan 35000 (otuz beş min) manat məbləğində pul vəsaitini isə yeddi ay ərzində, yəni 2025-ci ilin yanvar, fevral, mart, aprel, may, iyun və iyul ayları (hər ayın 25-dən gec olmayaraq) ərzində, hər ay 5000 (beş min) manat olmaqla bank hesabı (bank köçürmə komissiya xərci xaric) vasitəsi ilə İddiaçı tam ödəyəcəkdir. 2.4.“X3 Şirkəti” MMC-nin hüququ vardır ki, bu Sazişin 1.1-ci bəndində nəzərdə tutulan pul vəsaitini İddiaçı ödədikdən sonra vurulmuş zərərin əvəzi olaraq tələb olunan 99 924 (doxsan doqquz min doqquz yüz iyirmi dörd) manat pul vəsaiti tam ödənilmiş hesab edilsin. 2.5.İddiaçı öhdəlikləri, hüquq və vəzifələri: 2.6.İddiaçı öhdəsinə götürür ki, “X3 Şirkəti” MMC-yə qarşı 99 924 (doxsan doqquz min doqquz yüz iyirmi dörd) manat pul tələbinə dair verilmiş iddia tələbinin əvəzi olaraq “X3 Şirkəti” MMC-dən bu Sazişin 1.1-ci bəndində nəzərdə tutulmuş pul vəsaitini Sazişin 2.2 və 2.3-ci bəndində nəzərdə tutulan qaydada ödənilməsi şərti ilə qəbul edir. 2.7.İddiaçı öhdəsinə götürür ki, bu Sazişin 1.1-ci bəndi ilə nəzərdə tutulmuş pul vəsaiti ona ödənildikdən sonra “X3 Şirkəti” MMC-yə qarşı 99 924 (doxsan doqquz min doqquz yüz iyirmi dörd) manat pul tələbinə iddia tələbini ödənilmiş hesab edir və həmin tələblə bağlı hər hansı iddia və tələbi olmayacaqdır. 3.Digər şərtlər. 3.1.X4 ilə müəyyən edilən öhdəliklər vaxtında və layiqincə icra edilmədikdə öz öhdəliyini icra etməyən tərəf məsuliyyət daşıyır və bu hal öhdəliyin məcburi qaydada icrasının təmin edilməsi üçün əsas hesab olunacaqdır. 4.Barışıq sazişinin müddəti. 4.1.X5 imzalandığı gündən qüvvəyə minir və tərəflər saziş üzrə öhdəliklərini tam və layiqincə yerinə yetirdikləri ana qədər qüvvədədir. 5.Barışıq sazişinin təsdiqi və hüquqi nəticələri. 5.1.Barışıq sazişi Sumqayıt Apellyasiya Məhkəməsində təsdiq edilir. Barışıq sazişinin ləğvi barədə sonradan ərizə verilməsi yolverilməzdir. 5.2. Bu saziş üç nüsxədən ibarət olmaqla, tərəflərin hər birində bir nüsxə saxlanmaqla, digər nüsxəsi Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim edilir. Sumqayıt Kommersiya Məhkəməsinin 08 avqust 2024-cü il tarixli e-2-2(119)- 809/2024 qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, barışıq sazişi məhkəmə tərəfindən təsdiq edildikdə və işin icraatına xitam verildikdə tərəflərin eyni predmet və eyni əsaslar üzrə mübahisəyə dair məhkəməyə təkrar müraciət etmələrinə yol verilmir. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.