Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-125/2023 12.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmı̇ yyəti "Xalq" Bankı cavabdeh İ̇brahı̇ mov Qüdrət Elşad oğluna qarşı kommersiya işi üzrə (Açar sözlər: əldə çıxmış fayda, cərimə tutulması) X16 Süleymanovanın sədrliyi və məruzəsi, X17 Məmmədov və X13 ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmı̇ yyəti "Xalq" Bankı Cavabdeh qarşı "borcun tutulması" tələbinə dair kommersiya mübahisəsi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 05 iyul 2023-cü il tarixli e-2-2(119)-584/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı xxxx 25 aprel 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2010-cu il tarixli **********10 saylı Kredit müqaviləsi üzrə iddiaçı ASC “Xalq” Bankı qarşısında xx.xx.2022-ci il tarixinə kimi ödənilməsi gecikdirilmiş məbləğə illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanmış 10 264.82 (on min iki yüz altmış dörd manat səksən iki qəpik) manat təşkil edən cərimə faizləri üzrə borc, xx.xx.2012-ci il tarixindən xx.xx.2022-ci il tarixinə qədər illik 11 % (on bir faiz) faiz dərəcəsi ilə hesablanmış 9 460.56 (doqquz min dörd yüz altmış manat əlli altı qəpik) manat məbləğində əldən çıxmış faydanın əvəzi, cəmi 19.725,38 (on doqquz min yeddi yüz iyirmi beş manat otuz səkkiz qəpik) manat məbləğində pul vəsaiti, ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 203 (iki yüz üç) manat məbləğində xidmət haqqı və iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun ödənilməsi üzrə 149.18 (bir yüz qırx doqquz manat on səkkiz qəpik) manat məbləğində çəkilmiş xərclər Cavabdeh iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ASC “Xalq” Bankı (kreditor) ilə Cavabdeh (borc alan) arasında bağlanmış 06 oktyabr 2010-cu il tarixli **********10 nömrəli Kredit Müqaviləsinə (bundan sonra «Kredit müqaviləsi» adlandırılacaq) müvafiq olaraq iddiaçı tərəfindən Borc alana 24 ay müddətinə, kreditdən istifadəyə görə illik 25 % ödənilməsi şərtilə 12000 (on iki min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə Borc alanın öhdəliklərinin icrasını təmin etmək məqsədilə iddiaçı ASC “Xalq” Bankı ilə cavabdeh X14 arasında sonuncunun Xudat şəhərinin Dəmir-yolu küçəsində istifadədə olan 0,0123 ha torpaq sahəsində yerləşən 4 nömrəli, 1 mərtəbəli binanın 1-ci girişində 1-ci mərtəbəsində yerləşən, 46,2 kv.m ümumi, 36 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 2 nömrəli mənzilin ipoteka qoyulması barədə 06 oktyabr 2010-cu il tarixli 112002/0227/10/09 nömrəli İpoteka müqaviləsi bağlanmışdır. Cavabdeh tərəfindən Kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsinə görə ASC “Xalq” Bankı “Kredit müqaviləsi üzrə borc məbləğinin Borc alandan tutulması haqqında” iddia tələbi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin 06 dekabr 2012-ci il tarixli 2(060)- 4420/2012 nömrəli qətnaməsi ilə Bankın iddiası qismən təmin edilərək, iddiaçı ASC “Xalq” Bankın xeyrinə Cavabdeh 9500 manat əsas kredit borcu, 2157,64 manat faiz borcu və 1500 manat cərimə borcu olmaqla, cəmi 13157,64 manat borcun və 25 sentyabr 2012-ci il tarixindən başlayaraq iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 10 faiz dərəcəsi ilə hesablanan cərimə faizlərinin tutulması və iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 may 2013-cü il tarixli 2(105)-498/2013 nömrəli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin 06 dekabr 2012-ci il tarixli 2(060)-4420/2012 nömrəli qətnaməsi qismən – yəni, “25 sentyabr 2012-ci il tarixinə qədər əsas borc məbləğinə illik 10 faiz dərəcəsi ilə hesablanan cərimə faizlərinin tutulması” hissəsində ləğv edilərək, iddia tələbi bu hissədə rədd edilmiş olsa da, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Daha sonra iddiaçı ASC “Xalq” Bankı 06 oktyabr 2010-cu il tarixli **********10 №-li Kredit müqaviləsi üzrə iddiaçının (Kreditorun) tələblərinin təmin edilməsi üçün “ipoteka predmetinə tutmanın yönəldilməsi və satışdan sonra ipoteka predmeti olan mənzildən çıxarma haqqında” iddia tələbi ilə Xaçmaz Rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin 27 avqust 2019-cu il tarixli 2(067)-109/2019 nömrəli qətnaməsi ilə ASC “Xalq” Bankının cavabdeh X1 və qeyrilərinə qarşı cavabdehlər tərəfindən mirasın qəbul edilməsi faktı nəzərə alınmaqla, 06 oktyabr 2010-cu il tarixli **********10 nömrəli kredit müqaviləsi üzrə iddiaçının (kreditorun) tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi və satışdan sonra ipoteka predmeti olan yaşayış sahəsindən çıxarma tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qətnamədən Bank tərəfindən apellyasiya şikayəti verilmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 iyun 2021-ci il tarixli 2(105)- 128/2021 nömrəli qətnaməsinə əsasən iddiaçı ASC “Xalq” Bankının apellyasiya şikayəti qismən təmin edilərək, Xaçmaz Rayon Məhkəməsinin 27 avqust 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamənin qəbul edilməsi, 06 oktyabr 2010-cu il tarixli 112002/0227/10/09 nömrəli kredit müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən Xudat şəhərinin Dəmir-yolu küçəsində istifadədə olan 0,0123 ha torpaq sahəsində yerləşən 4 nömrəli, 1 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində yerləşən 46,2 kv.m ümumi, 36 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 2 nömrəli mənzilə tutmanın yönəldilməsi, Xudat şəhərinin Dəmir-yolu küçəsində torpaq sahəsinin və onun üzərində yerləşən fərdi yaşayış evin likvid dəyəri 25000 manat müəyyən edilməklə, ipoteka predmetinin açıq hərracda satılması və satışdan əldə edilən vəsait hesabına Cavabdeh ödənilməmiş 10732,31 manat məbləğində borcunun iddiaçı ASC "Xalq" Bankına ödənilməsi, cavabdehlər X6, X3 və X2 ipoteka predmeti olan mənzildən çıxarılması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra icra icraatı qaydasında "xxxx" MMC (bundan sonra “Hərrac təşkilatçısı” adlandırılacaq) tərəfindən keçirilmiş hərraclarda mənzil satılmadığından, həmin ipoteka predmeti əldə edilməsi üçün Banka təklif edilmiş və Bank həmin təklifi qəbul etmişdir. Mənzilin alqı-satqısı Hərrac təşkilatçısı və Bank tərəfindən imzalanmış Hərracın yekunları haqqında 269/22 №-li protokolla və Bank ilə Hərrac təşkilatçısı arasında 14 oktyabr 2022ci il tarixdə bağlanmış İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair müqavilə ilə rəsmiləşdirilmişdir. Həmin müqaviləyə uyğun olaraq əmlakın son satış qiyməti 15937,50 (on beş min doqquz yüz otuz yeddi manat 50 qəpik) manat məbləğində müəyyən edilmişdir. Cavabdeh tərəfindən qətnamə üzrə müəyyənləşdirilmiş borc məbləğinin bir hissəsinin ödənilməsinə və İpoteka predmeti qismində çıxış edən əmlakın ödənilməmiş borc müqabilində Bankın balansına keçməsinə baxmayaraq, Cavabdeh Banka Kredit xətti müqaviləsinin 2.4-cü bəndinə əsasən ödənilməsi gecikdirilmiş məbləğə illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanan cərimə faizi də ödəməlidir ki, əsas borc məbləğinin tam şəkildə qaytarıldığı 14 oktyabr 2022-ci il tarixinə bu məbləğ 10264,82 (on min iki yüzaltmış dörd manat 82 qəpik) manat təşkil edir. İpoteka predmeti hesabına iddiaçının tələbi ödənilmədiyinə görə "İpoteka haqqında" Azərbaycan Respublikasının 15 aprel 2005-ci il tarixli Qanununun 47.5-ci maddəsinə əsasən, iddiaçının tələbinin ödənilməyən hissəsini borc alanın başqa əmlakından almaq hüququ yaranmışdır. Kredit müqaviləsi üzrə cavabdehin üzərinə götürdüyü öhdəliklərin könüllü qaydada yerinə yetirilməsinə nail olmaq məqsədilə iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən borcun ödənilməsi üçün bu günə qədər heç bir əməli addım atılmamışdır. İddiaçı ilə cavabdeh arasında bağlanmış Kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən həmin müqavilə tərəflərin öz üzərinə götürdükləri öhdəliklərin tam icra edilməsi anına qədər qüvvəsini saxlayır və bu şərt Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsində ifadə olunmuş normaya tam uyğundur. Bu normanın hüquqi mahiyyəti bir daha “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında öz təsdiqini tapmışdır. Həmin qərarda Konstitusiya məhkəməsi qeyd edir ki: “Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə “öhdəliklər vicdanla yerinə yetirilməlidir” (pacta sunt servanda) hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir”. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin həmin qərarın nəticə hissəsində ifadə etdiyi hüquqi mövqeyinə görə kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Konstitusiya Məhkəməsi yuxarıda qeyd edilmiş əsaslardan çıxış edərək daha sonra həmin qərarda növbəti hüquqi mövqeyini ifadə edərək, göstərir ki, “kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər”. Bu zaman Konstitusiya Məhkəməsi həmin qərarda göstərir ki, kreditora ödənilməsi gecikdirilən əsas borc üzrə faizlər şəklində zərərin (əldən çıxmış fayda formasında) ödənilməsini tələb etmək üçün həmin zərərin mücərrəd qaydada hesablanmasını həyata keçirmək kifayətdir. Yəni, kreditora həyata keçirdiyi kredit əməliyyatlarının tərkibi və müvafiq növ kredit əməliyyatları üzrə bazara uyğun orta hesabla əldə etdiyi faiz gəlirlərinin miqdarı (müəyyən etdiyi faiz dərəcəsi) barədə məlumatların məhkəməyə təqdim edilməsi kifayətdir. Konstitusiya Məhkəməsi yuxarıda qeyd edilmiş qərarda göstərdiyi kimi, həmin mücərrəd qaydada hesablama metodu belə bir ehtimala əsaslanır ki, kreditor işlərin adi gedişatına əsasən borc məbləği vaxtında ona qaytarıldığı təqdirdə, bu məbləğdən tez bir zamanda müvafiq faizlər şəklində gəlir əldə etməklə kreditləşmə əməliyyatlarının aparılması üçün yenidən istifadə edə bilərdi. Bu zaman, sözügedən qayda kreditorun konkret olaraq yeni bir kredit əməliyyatı aparmış olacağını sübuta yetirməsini tələb etmir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, hazırkı iddia ərizəsinə iddiaçı tərəfindən Kredit müqaviləsi üzrə müddətinin bitməsi tarixindən (06 oktyabr 2012-ci il) etibarən əsas borc məbləğinin tam şəkildə ödənildiyi tarixə (14 oktyabr 2022-ci il) qədər olan dövr ərzində sahibkarlıq subyekti olan borcalanlara iddiaçı tərəfindən verilmiş kreditlər ("ASC “Xalq” Bankında verilən biznes krediti bank məhsulunun Pasportu") barədə statistik məlumatları əks etdirən arayış əlavə olunur. Təqdim edilmiş bu arayışdan göründüyü kimi, biznes məqsədləri üçün Bank (iddiaçı) tərəfindən verilmiş kreditlər üzrə orta faiz dərəcəsinin miqdarı illik 11 % faiz təşkil edir. Qeyd olunana əsasən Bank kreditləşmə müddətinin bitdiyi 06 oktyabr 2012-ci il tarixindən əsas borc məbləğinin tam şəkildə qaytarıldığı 14 oktyabr 2022-ci il tarixinə kimi əldən çıxmış faydanın hesablanmasında yuxarıda göstərilmiş faiz dərəcəsini əldə rəhbər tutmağı əsaslı hesab edir. Müvafiq hesablanma aparıldıqdan sonra həmin dövr üçün müvafiq məbləğ 9460,56 (doqquz min dörd yüz altmış manat 56 qəpik) manat təşkil edir. Onu da qeyd etmək zəruri hesab edilir ki, hazırki mübahisə kommersiya mübahisəsi olduğundan, qanunvericiliyin tələblərinə uyğun olaraq tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı mediasiya prosesi keçirilmiş, lakin cavabdeh mediasiya prosesində iştirak etməmiş və bununla bağlı “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayış verilmişdir.
3. Cavabdeh nümayəndəsi Nümayəndə1 tərəfindən 05 iyul 2022-ci ildə məhkəməyə "xxxx" barədə ərizə təqdim edilərək, iddiaçı xxxxnın “borcun tutulması” tələbinə müqavilə tələbləri üzrə 3 illik iddia müddətini tətbiq etməklə, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsi xahiş olunmuş və həmin "Ərizə” onunla əsaslandırılmışdır ki, hazırki mübahisə iddiaçı ilə cavabdeh arasında bağlanmış 06 oktyabr 2010-cu il tarixli **********10 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərlə bağlıdır. Hansı ki, həmin müqavilə üzrə cavabdehdən əsas, faiz və cərimə borcu olmaqla tutulan ümumilikdə 10732,31 manat borcun ipoteka predmeti qismində çıxış edən fərdi yaşayış evinin açıq hərracda satılması və satışdan əldə edilmiş vəsait hesabına ödənilməsi barədə Sumqayıt Apellyasiya Məhkəməsinin 09 iyun 2021-ci il tarixli 2(105)- 128/2021 nömrəli qətnaməsi mövcuddur. Həmin qətnamənin icrası nəticəsində ipoteka predmeti açıq hərracda satılaraq sözügedən borc tam ödənilmiş və hətta, satışdan artıq vəsait də qalmışdır. Bu hal işdə olan sənədlərlə öz təsdiqini tapır və mübahisələndirilmir. Göründüyü kimi müqavilə üzrə əsas borc öhdəliyi tam yerinə yetirilmişdir. Kreditin icra müddəti isə 06 oktyabr 2012-ci il tarixdə bitmişdir. Nəticə etibarı ilə iddiaçı hazırki tələb üzrə nəzərdə tutulan 3 (üç) illik iddia müddətini ötürmüşdür.
4. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.
5. Açıq Səhmdar Cəmiyyəti “Xalq” Bankla fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh (VÖEN **********) – “Borc alan” arasında bağlanmış 06 oktyabr 2010-cu il tarixli **********10 nömrəli Kredit Müqaviləsinə əsasən “pendir va kəsmik istehsalı” məqsədilə borcalan Cavabdeh 24 ay müddətinə, yəni 07 oktyabr 2012-ci il tarixinədək illik 25 % dərəcəsi ilə 12000 (on iki min) manat məbləğində kredit verilmişdir (həmin kreditin müvafiq qrafikə əsasən aylar üzrə müəyyən edilmiş məbləğlərdə və müəyyən olunmuş vaxtlarda Banka ödənilməsini nəzərdə tutan Ödəniş Cədvəlini (1 saylı Əlavəni) borcalan Cavabdeh da imzalamışdır və həmin Ödəniş Cədvəlinə əsasən ödənişin son tarixi 07 oktyabr 2012-ci il müəyyən olunmuşdur).
6. Həmin Müqavilənin 1.5-ci bəndinə əsasən, borcalanın bu kredit müqaviləsi üzrə yaranmış öhdəliklərinin icrasının təminatı qismində 06 oktyabr 2010-cu il tarixli 112002/0227/10/09 saylı ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan əmlak çıxış edir.
7. 06 oktyabr 2010-cu il tarixli **********10 nömrəli Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə kredit verən ASC “Xalq” Bankı ilə ipoteka qoyan X14 arasında sonuncuya məxsus Xudat şəhərinin Dəmiryolu küçəsində istifadədə olan 0,0123 ha torpaq sahəsində yerləşən 4 nömrəli, 1 mərtəbəli binanın 1-ci girişində, 1ci mərtəbəsində yerləşən 46.2 kv.m ümumi, 36 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 2 nömrəli mənzilin ipoteka ilə yüklü edilməsi barədə 06 oktyabr 2010-cu il tarixli 112002/0227/10/09 nömrəli İpoteka müqaviləsi də bağlanmışdır.
8. İş materialları ilə müəyyən edilir ki, 06 oktyabr 2010-cu il tarixli **********10 nömrəli Kredit Müqaviləsi üzrə Borc alanın əsas və faiz borclarının ödənilməsi üzrə icra olunmamış öhdəlikləri qaldığından, kredit verən ASC “Xalq” Bankı “kredit müqaviləsi üzrə borc məbləğinin ödənilməsi” tələbinə dair müvafiq iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, "Cavabdeh 25 sentyabr 2012-ci il tarixə hesablanmış 9500 manat əsas borcun, 2157,64 manat faiz borcunun və 2428,85 manat cərimə borcunun iddiaçı Açıq Səhmdar Cəmiyyəti "Xalq" Bankın xeyrinə tutulması" barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Həmin iddia tələbi üzrə qəbul edilmiş Sumqayıt Şəhər Məhkəməsinin 06 dekabr 2012-ci il tarixli 2(060)-4420/2012 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, iddiaçı ASC "Xalq" Bankın xeyrinə Cavabdeh 9500 manat əsas kredit borcu, 2157,64 manat faiz borcu və 1500 manat cərimə borcu olmaqla, cəmi 13157,64 manat məbləğində borcun və 25 sentyabr 2012-ci il tarixdən başlayaraq iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 10 faiz dərəcəsi ilə hesablanan cərimə faizləri tutulması qət edilmişdir.
9. Sumqayıt Apellyasiya Məhkəməsinin 20 may 2013-cü il tarixli 2(105)- 498/2013 nömrəli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 06 dekabr 2012-ci il tarixli 2(060)-4420/2012 nömrəli qətnaməsi qismən, yəni “25 sentyabr 2012-ci il tarixinə qədər əsas borc məbləğinə illik 10 faiz dərəcəsi ilə hesablanan cərimə faizlərinin tutulması” hissəsində ləğv edilib, iddia tələbi bu hissədə rədd edilmiş və qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
10. İş materialları ilə müəyyən edilir ki, iddiaçı ASC "Xalq" Bankı cavabdehlər X1, X4, X7, X9 və Cavabdeh qarşı "ipoteka predmetinə tutmanın yönəldilməsi" tələbinə dair iddia ərizəsi ilə Xaçmaz Rayon Məhkəməsinə müraciət edərək, mərhum X8 mirası cavabdeh X5 tərəfindən faktiki qəbul edildiyi üçün 06 oktyabr 2010-cu il tarixli 112002/0227/10/09 nömrəli İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən Xudat şəhərinin Dəmir-yolu küçəsində istifadədə olan 0,0123 ha torpaq sahəsində yerləşən 4 nömrəli, 1 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində yerləşən 46.2 kv,m ümumi, 36 kv,m yaşayış sahəsindən ibarət 3 otaqlı 2 nömrəli mənzilə tutmanın yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və 06 oktyabr 2010-cu il tarixli **********10 №-li kredit müqaviləsi üzrə borc alan Cavabdeh iddiaçı qarşısındakı 8940,25 manat məbləğində əsas borcu, kredit müqaviləsi ilə nəzərdə tutulmuş kreditin qaytarılma müddətinə kimi (07 oktyabr 2012-ci il tarixədək) kreditdən istifadəyə görə hesablanmış 3753,24 manat məbləğində adi faizlər üzrə borc məbləği, 07 oktyabr 2012-ci il tarixdən 12 aprel 2018-ci il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 16 % dərəcəsi ilə hesablanmış 8315,07 manat məbləğində əldən çıxmış faydanın əvəzi və illik 15 % dərəcəsi ilə hesablanmış 8750,25 manat məbləğində penya olmaqla, cəmi 29758,81 manat məbləğində borcun və 12 aprel 2018-ci il tarixindən başlayaraq iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinin qalığına illik 16 % dərəcəsi ilə hesablanan faizlər formasında zərərin (əldən çıxmış faydanın) əvəzi və illik 15 % dərəcəsi ilə hesablanan penyanın ipoteka predmetinin dəyərindən iddiaçı ASC "Xalq" Bankın xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 27 avqust 2019-cu il tarixli 2(067)-109/2019 nömrəli qətnaməsi ilə həmin iddia tələbi təmin edilməmişdir.
11. Sumqayıt Apellyasiya Məhkəməsinin 09 iyun 2021-ci il tarixli 2(105)- 128/2021 nömrəli qətnaməsi ilə Xaçmaz Rayon Məhkəməsinin 27 avqust 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsi, 06 oktyabr 2010-cu il tarixli 112002/0227/10/09 nömrəli kredit müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən Xudat şəhərinin Dəmir-yolu küçəsində istifadədə olan 0,0123 ha torpaq sahəsində yerləşən 4 nömrəli, 1 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində yerləşən 46,2 kv,m ümumi, 36 kv,m yaşayış sahəsindən ibarət 3 otaqlı 2 nömrəli mənzilə tutma yönəldilməsi, Xudat şəhərinin Dəmir-yolu küçəsində torpaq sahəsinin və onun üzərində yerləşən fərdi yaşayış evin likvid dəyərinin 25000 manat müəyyən edilməsi, ipoteka predmeti açıq hərracda satılması və satışdan əldə edilən vəsait hesabına Cavabdeh ödənilməmiş 10732,31 manat məbləğində borcunun iddiaçı ASC "Xalq" Bankına ödənilməsi, cavabdehlər X12, X10, X11 ipoteka predmeti olan Xudat şəhərinin Dəmiryolu küçəsində istifadədə olan 0,0123 ha torpaq sahəsində yerləşən 4 nömrəli, 1 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində yerləşən 46,2 kv,m ümumi, 36 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 2 nömrəli mənzildən çıxarılması və iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir.
12. İş materialları ilə müəyyən edilir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 09 iyun 2021-ci il tarixli 2(105)-128/2021 nömrəli qətnaməsi qanuni qüvvəsini almış və həmin qətnamə əsasında verilmiş icra sənədinin icrası tamamlanmışdır. Yəni, 07 oktyabr 2012-ci ildə müddəti bitmiş 06 oktyabr 2010-cu il tarixli **********10 nömrəli Kredit müqaviləsi üzrə “ödənilməmiş cəmi 10732,31 manat məbləğində borc” qanuni qüvvəsini almış məhkəmə Qətnaməsində qət edilmiş qaydada həmin Kredit Müqaviləsinin təminatı olaraq ipoteka ilə yüklü edilmiş torpaq sahəsinə və fərdi yaşayış evinə yönəldilərək tutulmuş və həmin Qətnaməyə əsasən ipoteka predmetinin açıq hərracda satılması üçün "xxxx" MMC tərəfindən keçirilmiş hərraclarda mənzil satılmadığından, həmin əmlak əldə edilməsi üçün Banka təklif edilmiş və Bank həmin təklifi qəbul etmişdir. Həmin ipoteka predmetinin alqısatqısı Hərrac təşkilatçısı və Bank tərəfindən imzalanmış Hərracın yekunları haqqında 14 oktyabr 2022-ci il tarixli 269/22 №-li protokolla və Bank ilə Hərrac təşkilatçısı arasında 14 oktyabr 2022-ci il tarixdə bağlanmış "İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair" müqavilə ilə rəsmiləşdirilmişdir. Həmin müqaviləyə uyğun olaraq əmlakın son satış qiyməti 15937,5 (on beş min doqquz yüz otuz yeddi manat 50 qəpik) manat məbləğində müəyyən edilərək, tələbkar Bankın mülkiyyətinə verilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
13. Sumqayıt Kommersiya Məhkəməsinin 05 iyul 2023-cü il tarixli e-2-2(119)- 584/2023 nömrəli qətnaməsi ilə (hakim Zülfüqar Sadiqov) iddiaçı xxxx tərəfindən Cavabdeh (VÖEN **********) qarşı verilmiş “borcun tutulması” barədə iddia tələbinin təmin edilməməsi, məhkəmə xərclərinin iddiaçının özünə aid edilməsi qət edilmişdir.
14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 421, 421.1, 421.2, 421.3, 427.3, 296.1, 317.1, 319.1, 385.1, 527.1, 528, 529.2, 529.4, 425.1, 425.2 və 560.2-ci maddələri, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 39.1 və 41.2-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 82.3, 233.3, 14.2, 77.1, 88, 106.1, 106.3, 217.3, 217.4, 218.3, 119.1, 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayəti və onun dəlilləri
15. İddiaçı Açıq Səhmdar Cəmı̇ yyəti "Xalq" Bankının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayəti verərək Sumayıt Kommersiya Məhkəməsinin 05 iyul 2023-ci il tarixli, e-2-2(119)-584/2023 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsini, iddia tələbinin təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini və Apellyasiya şikayətinin verilməsinə görə 74.59 (yetmiş dörd manat 59 qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehlərdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(119)-584/2023 nömrəli qətnaməsi ilə iddiaçı xxxxnın iddiası rədd edilmişdir. Məhkəmənin qeyd edilən Qətnaməsi maddi hüquq normalarının kobud pozulması ilə qəbul olunmuşdur. Buna görə də həmin Qətnamənin ləğv edilməsinə və Bankın iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Məhkəmə Bankın iddia tələbinin təmin etməməsinə dair öz mövqeyini belə əsaslandırmışdır ki, “... tərəflər arasında kredit müqaviləsi bağlanmaqla, ilk olaraq həmin müqavilədən irəli gələn “öhdəlik” hüquq münasibətləri yaranmış olsa da, sonradan iddiaçı icra müddəti bitmiş həmin kredit müqaviləsi üzrə yaranmış qalıq borcun tutulması tələbi ilə məhkəməyə müraciət etmiş və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə kredit müqaviləsi üzrə mövcud borcun ipoteka predmetinə yönəldilməklə, tutulması qət edilmişdir. Ona görə də, cavabdehin hərəkətlərinə bu aspektdən, yəni kredit müqaviləsi üzrə “borcalan” kimi deyil, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi üzrə “borclu” kimi qiymət verilməlidir. Bu baxımdan qiymət veriləndə isə, qətnamə ilə tutulan borcun hazırkı iddia ərizəsində qeyd olunan “14 oktyabr 2022-ci il tarixədək icra olunmasında” cavabdehin (borclunun) təqsiri müəyyən edilmir. Yəni, Sumqayıt Apellyasiya Məhkəməsinin 09 iyun 2021-ci il tarixli 2(105)-128/2021 nömrəli qətnaməsi əsasında “ipoteka predmeti satılmaqla” borcun 14 oktyabr 2022-ci il tarixədək ödənilməsinə görə cavabdeh məsuliyyət daşımır və yuxarıda qeyd olunduğu kimi qətnamə ilə tutulan borcun məlum üsulla ödənilməsinə (tələbkar (kreditor) olaraq Bankın "İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair" müqavilə əsasında ödənilməsinə) isə iddiaçı (tələbkar) tərəfindən heç bir etiraz olunmayaraq, sonuncu tərəfindən borcun həmin üsulla icra olunması qəbul edilmişdir”. Məhkəmənin qeyd edilən mövqeyi ilə razılaşmır. Belə ki, iddia ərizəsində də istinad etdikləri 24 dekabr 2014-cü il tarixli Qərarda qeyd edilmişdir ki, “MM-nin 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Göründüyü kimi, bu normanın birinci cümləsi müqavilənin qüvvədə olma müddətinin bitməsini, ikinci cümləsi isə müqavilədən yaranan öhdəliklərin qüvvədə olma müddətini tənzimləyir. Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə “öhdəliklər vicdanla yerinə yetirilməlidir” hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir. Əks təqdirdə, MM-nin 399.3-cü maddəsində qeyd olunduğu kimi, belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır”. Həmin Qərarda əldən çıxmış fayda ilə bağlı isə aşağıdakı mövqe bildirilmişdir: “Qeyd olunmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir. Beləliklə, kreditorun kredit müqaviləsi üzrə öhdəliklərin icrasının gecikdirilməsi nəticəsində müqavilə əsasında ödənilməli olan vəsaitin (əsas borcun tam və ya müvafiq hissəsinin, hesablanmış faizlərin) yenidən istifadə oluna bilməməsi ilə bağlı dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ MM-in 21.2, 443.1 və 443.2-ci maddələrinin tələblərindən irəli gəlir”. Digər tərəfdən iddiaçı ASC “Xalq” Bankının xx.xx.2022-ci il tarixinə ödənilməsi gecikdirilmiş məbləğə illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanmış 10 264.82 manat təşkil edən penyanın tutulması ilə bağlı tələbi isə MMnin 462-ci maddəsindən və Kredit müqaviləsinin 2.4-cü bəndindən irəli gəlir. Belə ki, Kredit müqaviləsinin 2.4-cü bəndinə əsasən Borc alan əsas borc məbləğinin ödənilməsi müddətlərini pozduqda Kreditora vaxtı keçmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün illik 15% faiz (müqavilədə hətta 40 % (qırx faiz) qeyd edilmişdir) dərəcəsi ilə hesablanan penya ödəməyi öz öhdəsinə götürmüşdür. MM-in 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin (penyanın) ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Beləliklə, Kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən həmin müqavilə Tərəflərin öz üzərinə götürdükləri öhdəliklərin tam icra edilməsi anına qədər qüvvəsini saxlaması və bu şərt Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsində ifadə olunmuş normaya tam uyğun olması, bu normanın hüquqi mahiyyətinin bir daha “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında öz təsdiqini tapması, Bankın tələbinin qanunauyğun olmasının göstəricisidir. Lakin, məhkəmə iddiaçı Bankın haqlı iddia tələbinə hüquqdan sui-istifadə qiyməti verərək iddiasını təmin etməməklə Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan məhkəmələr üçün məcburi sayılan hüquqi mövqeyinin tələbini pozmuşdur.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
17. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
18. İddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
19. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinə ediraz edərək təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.
Apellyasiya baxışının hədləri
20. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi iddiaçı Açıq Səhmdar Cəmı̇ yyəti "Xalq" Bank verdiyi apellyasiya şikayətində Sumayıt Kommersiya Məhkəməsinin 05 iyul 2023-ci il tarixli, e-2-2(119)-584/2023 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 739. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Maddə 527.1. Öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Maddə 528. Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Maddə 529.2. Öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir. Maddə 529.4. Borcun alınması barədə tərtib edilmiş, faizlərə dair məlumatlar göstərilməmiş sənəd nəzərdə tutur ki, həm faizlər ödənilmişdir, həm də pul öhdəliyinə tamamilə xitam verilir. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 296.1. Girov qoyanla girov saxlayan arasında girova tutmanın məhkəmədən kənar qaydada yönəldilməsinə dair razılaşma olmadıqda, girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.
22. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanunu: Maddə 33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Maddə 39.1. İpoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Maddə 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır.
23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
24. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müqaisəli araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.
25. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, kreditor ASC “Xalq” Bankı ilə borc alan Cavabdeh arasında 24 ay müddətinə bağlanmış 06 oktyabr 2010-cu il tarixli **********10 nömrəli Kredit müqaviləsi üzrə iddiaçı ASC “Xalq” Bankının müvafiq iddia ərizəsi əsasında qəbul edilmiş Sumqayıt Şəhər Məhkəməsinin 06 dekabr 2012-ci il tarixli 2(060)-4420/2012 nömrəli və Sumqayıt Apellyasiya Məhkəməsinin 20 may 2013-cü il tarixli 2(105)-498/2013 nömrəli qətnamələrinə əsasən iddiaçı ASC "Xalq" Bankın xeyrinə Cavabdeh 9500 manat əsas kredit borcu, 2157,64 manat faiz borcu və 1500 manat cərimə borcu olmaqla, cəmi 13157,64 manat məbləğində borcun tutulması qət edilmişdir. Eyni zamanda, məlum Kredit Müqaviləsi üzrə iddiaçı ASC “Xalq” Bankının ikinci dəfə vermiş olduğu iddia ərizəsi əsasında qəbul edilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin 09 iyun 2021-ci il tarixli 2(105)-128/2021 nömrəli qətnaməsinə əsasən 06 oktyabr 2010-cu il tarixli 112002/0227/10/09 nömrəli kredit müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən Xudat şəhərinin Dəmir-yolu küçəsində istifadədə olan 0,0123 ha torpaq sahəsində yerləşən 4 nömrəli, 1 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində yerləşən 46,2 kv,m ümumi, 36 kv,m yaşayış sahəsindən ibarət 3 otaqlı 2 nömrəli mənzilə tutmanın yönəldilməsi, Xudat şəhərinin Dəmir-yolu küçəsində torpaq sahəsinin və onun üzərində yerləşən fərdi yaşayış evin likvid dəyərinin 25000 manat müəyyən edilməsi, ipoteka predmeti açıq hərracda satılması və satışdan əldə edilən vəsait hesabına Cavabdeh ödənilməmiş 10732,31 manat məbləğində borcunun iddiaçı ASC "Xalq" Bankına ödənilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 09 iyun 2021-ci il tarixli 2(105)-128/2021 nömrəli qətnaməsi qanuni qüvvəsini almış və həmin qətnamə əsasında verilmiş icra sənədinin icrası tamamlanaraq, 07 oktyabr 2012-ci ildə müddəti bitmiş 06 oktyabr 2010-cu il tarixli **********10 nömrəli Kredit müqaviləsi üzrə “ödənilməmiş cəmi 10732,31 manat məbləğində borcun” qanuni qüvvəsini almış məhkəmə Qətnaməsində qət edilmiş qaydada həmin Kredit Müqaviləsinin təminatı olaraq ipoteka ilə yüklü edilmiş torpaq sahəsinə və fərdi yaşayış evinə yönəldilməsi təmin olunmuş və Hərracın yekunları haqqında 14 oktyabr 2022-ci il tarixli 269/22 №-li protokolla və Bank ilə Hərrac təşkilatçısı arasında 14 oktyabr 2022-ci il tarixdə bağlanmış "İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair" müqavilə ilə əmlakın son satış qiyməti 15937,5 manat məbləğində müəyyən edilərək, iddiaçı ASC "Xalq" Bankın mülkiyyətinə verilmiş və bunula da, iddiaçı tərəf qanuni qüvvəsini almış qətnamə üzrə tələbkar (kreditor) olaraq həmin icranı qəbul etmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 09 iyun 2021-ci il tarixli 2(105)- 128/2021 nömrəli qətnaməsi ilə ipotekaya qoyulmuş əmlaklar hesabına ödənilməli olması müəyyən edilən borc məbləği tələbkar (kreditor) olaraq ASC "Xalq" Bankın "İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair" müqavilə əsasında əmlakın əldə edilməsi ilə ödənilmiş və iddiaçı tərəf (tələbkar-kreditor) öhdəliyin bu cür icrasını qəbul etmişdir. Borcverən xxxx ilə borcalan Cavabdeh arasında 24 ay müddətinə bağlanmış 06 oktyabr 2010-cu il tarixli **********10 nömrəli Kredit Müqaviləsi üzrə sonuncunun halhazırda hər hansı bir ödənilməmiş əsas borcu və müqavilə şərtlərinə uyğun olaraq ödənilməmiş faiz borcu yoxdur. İddiaçı araşdırılan iddia tələbi ilə məhkəməyə müraciət edərək icrası yekunlaşmış kredit müqavləsi üzrə “zərər və cərimə” tələbi ilə çıxış edir.
27. Birinci instansiya məhkəməsi iddia tələbini rədd etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 09 iyun 2021-ci il tarixli 2(105)- 128/2021 nömrəli qətnaməsi ilə müəyyən edilmiş borcun ödənilməsinin iddiaçı (tələbkar) tərəfindən qəbul olunmasına baxmayaraq, 14 oktyabr 2022-ci il tarixinədək icra olunmasına görə hazırkı iddia tələbində qeyd olunan “06 oktyabr 2012-ci il tarixdən 14 oktyabr 2022-ci il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 11 % dərəcəsi ilə hesablanmış 9460,56 manat məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzi və 06 oktyabr 2012-ci il tarixdən 14 oktyabr 2022-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % dərəcəsi ilə hesablanmış 10264,82 manat məbləğində cərimə faizləri üzrə borc olmaqla, cəmi 19725,38 manat məbləğində pul vəsaitinin tutulmasının” tələb olunması – iddiaçının (tələbkarın) hüquqdan sui-istifadəsi kimi qiymətləndirilməlidir. Həmçinin, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin müvafiq qaydada icra olunmamasına görə cavabdehin təqsirinin olması müəyyən edilməmiş və məhkəmə araşdırması zamanı hazırkı iddia tələbinin, yəni “06 oktyabr 2012-ci il tarixdən 14 oktyabr 2022-ci il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 11 % dərəcəsi ilə hesablanmış 9460,56 manat məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzinin və 06 oktyabr 2012-ci il tarixdən 14 oktyabr 2022-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % dərəcəsi ilə hesablanmış 10264,82 manat məbləğində cərimə faizləri üzrə borcun” ödənilməli olmasının əsaslılığı təsdiq olunmamışdır.
28. Məhkəmə həmçinin qeyd etmişdir ki, qətnamə ilə tutulan borcun hazırkı iddia ərizəsində qeyd olunan “14 oktyabr 2022-ci il tarixədək icra olunmasında” cavabdehin (borclunun) təqsiri müəyyən edilmir. Sumqayıt Apellyasiya Məhkəməsinin 09 iyun 2021-ci il tarixli 2(105)-128/2021 nömrəli qətnaməsi əsasında “ipoteka predmeti satılmaqla” borcun 14 oktyabr 2022-ci il tarixədək ödənilməsinə görə cavabdeh məsuliyyət daşımır və qeyd olunduğu kimi qətnamə ilə tutulan borcun məlum üsulla ödənilməsinə (tələbkar (kreditor) olaraq Bankın "İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair" müqavilə əsasında ödənilməsinə) isə iddiaçı (tələbkar) tərəfindən heç bir etiraz olunmayaraq, sonuncu tərəfindən borcun həmin üsulla icra olunması qəbul edilmişdir.
29. Bundan əlavə, ipoteka predmetini hərracda satmaq mümkün olmadıqda, ipoteka saxlayanın (Bankın) ipoteka predmetini satış dəyərindən 40 faiz aşağı əldə etmək hüququ vardır və ipoteka saxlayan həmin hüquqdan 30 gün müddətində istifadə etmədikdə ipotekaya xitam verilir. Məhkəmə hesab etmişdir ki, iddiaçı (ipoteka saxlayan) ipoteka predmetini əldə etmək hüququndan qanunla nəzərdə tutulmuş müddət ərzində istifadə etdiyi halda, onun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399,3, 399,4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarına əsaslanmaqla real zərər və yaxud əldən çıxmış faydanın ödənilməsini tələb etmək hüququ itirilmiş olur. Çünki, ipoteka predmetinin hərracda satılmaması və ya onun ipoteka saxlayan tərəfindən əldə edilməsi – borc alan (cavabdeh) tərəfindən törədilmiş mülki hüquq pozuntusu hesab edilə bilməz.
30. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, məhkəmə qanunvericiliyin verdiyi bütün mümkün imkanlardan istifadə etməklə işi tam, hərtərəfli və obyektiv araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.
31. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddia etdiyi faktiki hallar həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır. Odur ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianı rədd etmişdir.
32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə hüquqi dəyərləndirmə apararaq qeyd edir ki, apellyatorun şikayətin dəlilləri iddia tələbinin əsası ilə eynilik təşkil edir. Həmin əsaslara birinci instansiya məhkəməsi tərəfindən müfəssəl qiymət verilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin əsaslandırılması ilə razılaşır və əlavə olaraq aşağıda şərh olunanları qeyd edir.
33. Göründüyü kimi, şikayətin dəlili olaraq iddiaçı əldən çıxmış fayda qismində zərərin tutulmasının qanunvericilikdən irəli gəlməsi ilə əsası ilə çıxış etmişdir.
34. Kollegiya qeyd edir ki, MM-in 449.1-ci maddəsinə görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər.
35. Konstitusiya Məhkəməsinin Qərarlarında formalaşmış hüquqi mövqeyə əsasən öhdəliyin lazımınca icrasının, ilk növbədə, onun şərtlərinə və qanunvericiliyin tələblərinə riayət olunmasından asılı olduğunu nəzərə alaraq, «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikasının Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün, o, MM-in 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilə bilməz.
36. Məhz bu mövqedən çıxış edərək, qanunverici MM-in 448.2-ci maddəsində borclunun öz öhdəlikləri üzrə məsuliyyət daşımasını təqsirlə (hərəkət və ya hərəkətsizlik) əlaqələndirməklə, 448.4-cü maddəsində borclunun öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımamasını müəyyən etmişdir ki, o, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin.
37. Məhkəmə qərarlarının icrası haqqında qanunvericiliyi könüllü yerinə yetirərək, öhdəliyin icra olunması məqsədilə borclu tərəfindən girov əmlakın təhvil verməsi isə birmənalı olaraq sübut edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə borc və faizlərin girov əmlaka yönəldilməsindən sonrakı istənilən pozuntu ondan asılı olmayan haldan irəli gəlir.
38. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası qeyd edir ki, işin müəyyən edilmiş faktiki halları cavabdehin kredit öhdəliyinin icra edilməməsi ilə təqsirli hərəkətsizliyə yol verməsi nəticəsinə gəlməyə əsas vermir. Təqsirliliyi müəyyən edilməmiş hala görə isə borclunun mülki-hüquqi məsuliyyət daşıması istisna olunur.
39. Məhkəmə kollegiyası şikayətin kredit müqaviləsinin qüvvədə olma müddətdən sonrakı dövr üçün öhdəliyin icra edilməməsinə görə hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsinə tələb hüququnun mülki qanunvericilikdə nəzərdə tutulması barədə dəlili ilə bağlı isə qeyd edir ki, qanunvericiliklə qeyd olunan tələb hüququnun tanınması istənilən halda belə bir iddianın təmin edilməsinin əsası kimi qəbul edilə bilməz. Qeyd olunduğu kimi borclunun təqsirli hərəkət (hərəkətsizliyi) nəticəsində kreditor həmin qanuni əsasla çıxış edərək tələb huququna malikdir.
40. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384, 385, 392-393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi: İddiaçı Açıq Səhmdar Cəmı̇ yyəti "Xalq" Bankının nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 05 iyul 2023-cü il tarixli e-2-2(119)-584/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.