Məhkəmə qərarları › İş №2-2(105)-125/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-125/2024

21.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-125/2024 21.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin xxxxxxxxxxxxxx (sədrlik edən və məruzəçi hakim), xxxxxxxxxxxxxxxxxxxxx oğlundan ibarət tərkibdə, İddiaçın Cavabdehnə qarşı “borcun tutulması tələbinə dair” iddia ərizəsi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 25 sentyabr 2024-cü il tarixli, 2-2(119)-1716/2024 nömrəli qərardadından iddiaçının vəkili və nümayəndəsi X1 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “borcun tutulması tələbinə dair” iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 25 sentyabr 2024-cü il tarixli, e-2-2(119)- 1716/2024 nömrəli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.2-ci maddəsinin tələbinə əsasən iddiaçıya geri qaytarılmışdır. İddiaçı qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsi, iddia ərizəsinin icraata qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 27 sentyabr 2024-cü il tarixli, e-2-2(119)- 1716/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Şikayətdən görünür ki, apellyator Sumqayıt Kommersiya Məhkəməsinin 25 sentyabr 2024-cü il tarixli, e-2-2(119)-1716/2024 nömrəli qərardadının tam ləğv olunmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi X1 məhkəməyə elektron qaydada ərizə ilə müraciətində şikayətdən imtina etdiyini və apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 397.3. maddəsinə əsasən şikayət verən şəxs apellyasiya instansiyası məhkəməsində qəraradad qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Şikayətdən imtina birinci instansiya məhkəməsinin qərardadının qüvvəyə minməsinə səbəb olur. Həmin Məcəllənin 398.0.4. maddəsinə əsasən qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam verilir. Beləliklə, İddiaçı vəkili və nümayəndəsi X1 tərəfindən Sumqayıt Kommersiya Məhkəməsinin 25 sentyabr 2024-cü il tarixli, 2-2(119)-1716/2024 nömrəli qərardadından verilmiş şikayətdən imtina olunduğu üçün apellyasiya icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 397-398, 400, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı vəkili və nümayəndəsi X1 tərəfindən Sumqayıt Kommersiya Məhkəməsinin 25 sentyabr 2024-cü il tarixli, 2-2(119)-1716/2024 nömrəli qərardadından verilmiş şikayətdən imtina olunduğu üçün apellyasiya icraatına xitam verilsin. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən, 10 gün müddətində şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar