Məhkəmə qərarları › İş №2-2(105)-126/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-126/2020

17.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-126/2020 17.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası, sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X5 ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı “xxxxxxxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı “pul tələbinə” dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, e-2-2(119)-111/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı “xxxxxxxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2019-cu il tarixli 08- 01 nömrəli X2 göstərilən öhdəliklər üzrə yaranmış ümumilikdə 33047,17 (otuz üç min qırx yeddi manat 17 qəpik) manat, vəkilə ödənilmiş 200 (iki yüz) manat və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat məbləğində pulun Cavabdehndən tutularaq “xxxxxxxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi və 24,253 kiloqramlıq avadanlığın (dəmir ayaqaltıların) Cavabdeh tərəfindən “xxxxxxxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə geri qaytarması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı “iddia tələbinin həcminin artırılması” barədə ərizə təqdim edərək, xx xxxxxx 2019-cu il tarixli 08-01 nömrəli X4 əsasən 88519,19 (səksən səkkiz min beş yüz on doqquz manat 19 qəpik) manat məbləğində borcun, vəkilə ödənilmiş 200 (iki yüz) manat pulun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində pulun Cavabdeh MMC-dən tutularaq iddiaçı “xxxxxxxxxxxxxxxxxx” MMC-nə ödənilməsi və 24,04 ton avadanlığın - skofold boruların (760 ədəd 6 metr uzunluğunda, 32 ədəd 5 metr uzunluğunda, 145 ədəd 4 metr uzunluğunda və 100 ədəd 2,4 metr uzunluğunda) Cavabdeh MMC tərəfindən iddiaçı “xxxxxxxxxxxxxxxxxx” MMC-nə geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, icarəyə verən “xxxxxxxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə icarəçi Cavabdeh arasında xx xxxxxx 2019-cu il tarixli 08-01 nömrəli X8 bağlanmışdır. İcarəyə verən iddiaçı tərəf avadanlıqları tam yararlı halda vaxtlı-vaxtında Cavabdeh MMC-nə təhvil verməklə, həmin Müqavilə ilə öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirmişdir. Lakin Cavabdeh MMC həmin Müqavilə üzrə öhdəliklərini tam şəkildə icra etməmişdir. Cavabdeh MMC tərəfindən ardıcıl olaraq ödənişlə bağlı gecikmələr edilərək, icarə haqqı vaxtlı-vaxtında ödənilməmiş və müqavilə müddətinin bitməsinə baxmayaraq, avadanlığın bir hissəsi hələ də cavabdeh tərəfindən geri qaytarılmamışdır. Buna görə də müqavilənin müddətinin bitdiyi vaxta cavabdehin icarə haqqına görə ödənilməmiş qalan ümumi əsas borcu 30091,36 manat olmuşdur. Bundan əlavə, müqavilə müddətinin bitməsinə baxmayaraq, 24,253 kiloqramlıq avadanlıq hələ də Cavabdeh MMC-nin istifadəsindədir. Müqavilənin bitdiyi tarixdən etibarən Avadanlığın qaytarılmadığı hər gün üçün Avadanlığın hər tonuna görə 10 manat məbləğində kompensasiya məbləği də nəzərə alınmalı və Avadanlığın qaytarılmayacağı növbəti hər bir gün üçün bu məbləğ hesablanıb ümumi borc məbləğinə əlavə edilməlidir. İddiaçı tərəfindən dəfələrlə şifahi və yazılı xəbərdar edilsə də, nə ödənişlər, nə də avadanlığın geri qaytarılması ilə bağlı hər hansı bir hərəkət Cavabdeh MMC tərəfindən icra edilməmişdir. xx xxxxxx 2019-cu il tarixli 08-01 nömrəli X3 tələblərinə uyğun olaraq Müqavilə üzrə İcarəyə verən tərəfindən dəmir ayaqaltı (avadanlıq) icarəçiyə icarəyə verilir, İcarəçi isə bunun müqabilində bu Müqavilədə göstərilən qaydada icarə haqqı ödəyir, Müqavilə xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək bağlanılır, avadanlıq üçün aylıq icarə haqqı hər ton üçün günlük 6 (altı) manat təşkil edir və müvafiq qanunvericilikdə birbaşa nəzərdə tutulmuş və irəli gələn hallar istisna olmaqla, icarə müddəti ərzində dəyişdirilmədən saxlanılır, icarə haqqının ödənişi icarə müddəti ərzində aylıq əsasla cari ayın 7-nə kimi həyata keçirilir, ödəniş qeyd olunan vaxt ərzində İcarəçi tərəfindən həyata keçirilmədikdə, ödənişin həyata keçirilmədiyi hər gün üçün 0,1 faiz cərimə hesablanır, İcarəyə verən Avadanlığın təhlükəsizlik normalarına uyğun olmasına təminat verir, İcarəyə verən avadanlığı bu Müqavilənin şərtlərinə uyğun və qanunvericilikdə nəzərdə tutulmuş qaydada İcarəçiyə icarəyə vermək və qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri yerinə yetirməyi öz üzərinə götürür və İcarəçi bu Müqavilə müddəti başa çatdıqdan sonra (ona xitam verildikdə) Avadanlığı olduğu kimi İcarəyə verənə təhvil-təslim aktı əsasında geri qaytarmağı, bu Müqavilənin müddəalarına uyğun olaraq icarə haqqını vaxtlı-vaxtında ödəməyi və qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri yerinə yetirməyi öz üzərinə götürür. Beləliklə, “xxxxxxxxxxxxxxxxxx” MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli 08-01 nömrəli X3 müddəti xx xxxxxx 2019-cu il tarixdə bitmişdir. Cavabdeh MMC-nin “xxxxxxxxxxxxxxxxxx” MMC-nə həmin tarixə kimi avadanlıqların (skofold boruların) icarəyə verilməsindən 30091,36 manat borcu ödənilməmişdir. Həmçinin, Müqavilənin müddəti bitməsinə baxmayaraq icarəyə verilmiş 760 ədəd 6 metr uzunluğunda, 32 ədəd 5 metr uzunluğunda, 145 ədəd 4 metr uzunluğunda və 100 ədəd 2,4 metr uzunluğunda icarəyə verilmiş skofold borular Cavabdeh MMC tərəfindən “xxxxxxxxxxxxxxxxxx” MMC-nə qaytarılmamışdır. Cavabdeh MMC öz öhdəliyini icra etməməsi səbəbindən “xxxxxxxxxxxxxxxxxx” MMC skofold borulardan istifadə etmək hüququndan məhrum olmuşdur ki, bu da “xxxxxxxxxxxxxxxxxx” MMC-ni müqavilə müddəti bitdikdən sonrakı tarixə qədər olan dövr üçün gəlir əldə etməkdən məhrum etmişdir. İddiaçı tərəfindən müqavilənin müddəti bitdikdən sonrakı tarix üçün həmin skofold boruların hər tonuna görə 10 manat məbləğində kompensasiya məbləği müəyyən edilmişdir. xx xxxxxx 2019-cu il tarixli 08-01 saylı X4 əsasən Cavabdeh MMC-nin “xxxxxxxxxxxxxxxxxx” MMC-nə xx xxxxxx 2019-cu il tarixə kimi 30091,36 manat borcu yaranmışdır. Daha sonra həmin dövrdən (xx xxxxxx 2019-cu ildən) xx xxxxxx 2020-ci il tarixə kimi avadanlıqların Cavabdeh MMC-də saxlanılmasına görə cəmi 51205,20 manat məbləğində borc və həmçinin, həmin Müqavilənin 3.4-cü bəndinə əsasən hesablanmış cəmi 7222,63 manat cərimə borcu yaranmışdır. Mülki Məcəllənin 705-ci maddəsinə əsasən icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Göründüyü kimi, Cavabdeh MMC Mülki Məcəllənin və xx xxxxxx 2019-cu il tarixli 08-01 nömrəli X3 tələblərinə riayət etməyərək öz öhdəliklərini icra etməmişdir ki, bu da “xxxxxxxxxxxxxxxxxx” MMC-nə Cavabdeh MMC-nə verilmiş dəmir skofold boruları və həmin mallara görə ödənilməli olan icarə haqqını və cəriməni tələb etmək hüququ vermişdir. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-111/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdehndən xx xxxxxx 2019cu il tarixli 08-01 nömrəli X8 üzrə 60814,48 (altımış min səkkiz yüz on dörd manat 48 qəpik) manat məbləğində icarə haqqı, 500 (beş yüz) manat məbləğində cərimə və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 61344,48 (altımış bir min üç yüz qırx dörd manat 48 qəpik) manat məbləğində pul vəsaitinin iddiaçı “xxxxxxxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması, Cavabdehndən 6 metr uzunluğunda 760 ədəd, 5 metr uzunluğunda 32 ədəd, 4 metr uzunluğunda 145 ədəd və 2,4 metr uzunluğunda 100 ədəd (cəmi 24,04 ton) skofold boruların (dəmir ayaqaltılar) alınaraq iddiaçı “xxxxxxxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.(hakim Z.Sadiqov). Qətnamədən narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: Məhkəmə qanunvericiliyin tələbini pozaraq iddiaçı tərəfindən təqdim edilmiş şahid ifadələri və sənədlərə sübut kimi qiymət vermişdir. Məhkəmə icraatı zamanı cavabdehin nümayəndəsi olaraq iddiaçı tərəfdən məhkəmə iclasına “xxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən Cavabdeh MMC-yə iddia ərizəsində göstərilən qurğuların verilməsinə dair hər hansı bir sənədi təqdim edilməsi xahiş edilmişdir. Lakin iddiaçı tərəf qeyd olunan sənədlərin əvəzinə şahidləri və aidiyyəti olmayan şəxslərin imzaladığı qaimə-fakturaları məhkəməyə təqdim etdi. Halbuki, işdə şahid kimi iştirak edən şəxslərin dedikləri və qaimə-fakturada göstərilən malların Cavabdeh MMC-nin rəsmi nümayəndələri tərəfindən təhvil alınması və möhürlə təsdiq edilməsi öz təsdiqini tapmamışdır. Belə ki, işdə olan şahidlərin ifadələrindən müəyyən olunur ki, anbardan mallar aparılarkən və ya gətirilərkən Cavabdeh MMC-nin rəsmi nümayəndələri olmamış və ya buna dair sənədlər təqdim edilməmişdir, həmçinin malların təhvil alınmasına dair Cavabdeh MMC-nin möhürü və səlahiyyətli şəxs tərəfindən qəbul və imza edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 izahatında göstərir ki, o, “xxxxxxxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus avadanlıqların, yəni dəmir boruların saxlandığı anbarın anbardarı olmuş və 2019-cu ilin avqust-sentyabr aylarında müvafiq qaydada daxil olmuş elektron sifarişlər əsasında tərtib edilmiş qaimə-fakturalar əsasında Cavabdeh adından gəlmiş Rafiq və İdris adlı şəxslərə müxtəlif uzunluqda dəmir ayaqaltı boruları təhvil vermiş və eyni zamanda, sonradan həmin boruların müvafiq qaimə-fakturalar əsasında qaytarılmış olan bir hissəsini qəbul etmişdir. Lakin Cavabdeh MMC-nin işçiləri tərəfindən aparılmış dəmir boruların bir hissəsi qaytarılmamışdır”. Məhkəmə iclasında şahid X1 verildi: Anbardan malların götürülməsi ilə bağlı sizə sifarişi kim verdi?, Sözügedən malları təhvil alan şəxs sizə Cavabdeh MMC-nin işçisi olmasına dair hər hansı sənəd və yaxud etirbanamə təqdim etdi? Şahid S.Hüseynov suala cavab olaraq bildirdi ki, şirkətdən ona dedilər ki, Cavabdeh MMC-nin nümayəndəsi gələcək malları aparacaq. O da öz növbəsində malları Cavabdeh MMC-nin adından gələn şəxslər Rafiq və İdris adlı şəxslərə malları vermişdir. Amma onlar ona Cavabdeh MMC-nin işçisi olmasına dair nə sənəd, nə də etibarnamə təqdim etməyiblər. Məhkəmə iclasında ikinci şahid qismində dindirilmiş X11 izahatında göstərir ki, “onun maliyyə müdiri olduğu əsas şirkət olan “X12” MMC-nin və “xxxxxxxxxxxxxxxxxx” MMC-nin təsisçisi eyni şəxsdir və həmin hüquqi şəxslərin ofisi və anbarı eyni ünvanda yerləşir.....” Məhkəmə iclasında şahid A.Quliyevə sual verildi: “xxxxxxxxxxxxxxxxxx” MMC-də rəsmi işləyirsiz?, Sizin “xxxxxxxxxxxxxxxxxx” MMC-nin işlərinin aparılmasına dair hər hansı bir rəsmi sənəd var, yəni əmr, etibarnamə və s.? Şahid A.Quliyev suala cavab olaraq bildirdi ki, “xxxxxxxxxxxxxxxxxx” MMC-nin rəsmi işçisi deyildir, sadəcə olaraq “X12” MMC-nin və “xxxxxxxxxxxxxxxxxx” MMC-nin təsisçisi eyni şəxsdir və onun göstərişlərini icra edir, həmçinin görülən işlərlə bağlı heç bir əmr və ya etibarnamə verilməyib. Məhkəmənin sübut kimi qiymət verdiyi şahidlərin ifadələrindən müəyyən olunur ki, xx xxxxxx 2019-cu il tarixli 08-01 nömrəli X3 tələblərində göstərilən qaydada birincisi “xxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən Cavabdeh MMC-yə hər hansı malların verilməsinin təsdiq edilməsi sübut olunmur, ikincisi “X12” MMC ayrı bir hüquqi şəxsdir və onun rəsmi işçisinin “xxxxxxxxxxxxxxxxxx” MMC-nin adından hər hansı bir hərəkət edilməsinə dair öhdəliklərin icra edilməməsinə dair əqd bağlanmayıb, eyni zamanda hər hansı bir rəsmi göstərişlər verilməyib. Bundan əlavə “xxxxxxxxxxxxxxxxxx” MMC “X12” MMC-nin törəmə cəmiyyəti deyil və hər iki cəmiyyət arasında sözügedən işlərin aparılması ilə bağlı xidməti müqavilə bağlanmayıb. Lakin məhkəmə sadalanan faktları nəzərə almamış və şahid ifadələrinə əsassız olaraq istinad etmişdir. Bundan başqa, iddiaçı tərəfindən malların təhviltəsliminə dair təqdim edilmiş qaimə-fakturalarda olan möhür “xxxxxxxxxxxxxxxxxx” MMCnin yox, “X12” MMC-yə aid olmasını, eyni zamanda həmin sənədlərdə Cavabdeh MMC-nin möhürünün olmamasını və cavabdeh şirkətin səlahiyyətli şəxslərinin imzalarının olmamasını nəzərə almamışdır. Digər tərəfdən, məhkəməyə iddia ərizəsində tələb olunan avadanlıqların “xxxxxxxxxxxxxxxxxx” MMC-yə məxsus olmasına dair hüquqi sənədlər təqdim edilməmişdir. Bundan əlavə, iddiaçı tərəfindən Cavabdeh MMC tərəfindən “xxxxxxxxxxxxxxxxxx” MMC-yə rəsmi qaydada malların sifariş verilməsinə dair hər hansı bir sənəd məhkəməyə təqdim edilməmişdir. Tərəflər arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli 08-01 nömrəli X3 2.2-ci bəndində tam aydın formada göstərilir ki, “İcarəyə verən Avadanlığı bu Müqavilə imzalandığı tarixdən 10 (on) gün ərzində Avadanlığı təsvir edən X17 (Əlavə 1) əsasında İcraçıya təhvil verir”. Niyə məhkəmə bu Müqavilənin 2.2-ci bəndinin tələblərini nəzərə almadan şahid ifadələrinə və ya digər hallara qiymət verir? Birinci instansiya məhkəməsi tərəfindən hazırki mübahisəyə kommersiya işi kimi yox, sadəcə olaraq mübahisənin ümumi məhkəməyə aid olan mülki işin xarakteri kimi baxmışdır. Bu isə məhkəmə Mülki və Mülki Prosessual qanunvericiliyin tələblərinin pozulmasına səbəb olmuşdur. İş materiallarından müəyyən edilir ki, iddiaçı tərəflər arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli 08-01 nömrəli X3 2.2-ci bəndində nəzərdə tutlmuş “Avadanlığı təsvir edən X16 (Əlavə 1)” məhkəməyə təqdim etməmişdir. Halbuki hazırkı iş üzrə yeganə sübut “Avadanlığı təsviredən X17 (Əlavə 1)” qəbul edilir. Bundan əlavə, iş materiallarına təqdim edilmiş malların verilməsinə dair qaimə-fakturalarda olan möhürün “X12” MMC-nə məxsus olmasını nəzərə almamış və həmin cəmiyyəti işə cəlb etməmişdir. Hazırki iş üzrə “xxxxxxxxxxxxxxxxxx” MMC-nin iddiaçı kimi çıxış etmək üçün subyektiv hüquqi yoxdur. Ona görə ki, sözügedən malların təhvil verilməsinə dair sənədlərdə “xxxxxxxxxxxxxxxxxx” MMC yox, “X12” MMC göstərilmişdir. Belə olan halda isə “xxxxxxxxxxxxxxxxxx” MMC iddia tələb hüququ olmayan şəxs tərəfindən iddia qaldırımış kimi qiymətləndirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Həmin Məcəllənin tələblərinə əsaslanaraq məhkəmə prosesi zamanı cavabdeh tərəfindən hazırki kommesriya işinin icraatının dayandırılmasına dair vəsatət təqdim edilmişdir. Vəsatət əsaslandırılsa da, məhkəmə onu təmin etməmişdir. Tərəflərin izahatları: Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi və vəkili Nümayəndə apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş etdi. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apelyasiya şikayətinin dəlillərini araşdıraraq, iddiaçının və cavabdehin nümayəndəsini dinləyərək, hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddianı qismın təmin etmiş və xx xxxxxx 2019-cu il tarixli 08-01 nömrəli X8 üzrə xx xxxxxx 2019-cu il tarixinədək icarəyə verilmiş 6 metr uzunluğunda 760 ədəd, 5 metr uzunluğunda 32 ədəd, 4 metr uzunluğunda 145 ədəd və 2,4 metr uzunluğunda 100 ədəd (cəmi 24,04 ton) skofold boruların (dəmir ayaqaltı borular) Cavabdeh MMC tərəfindən iddiaçı “xxxxxxxxxxxxxxxxxx” MMC-nə qaytarılması barədə iddia tələbinin və həmin Müqavilə üzrə müqavilə müddətində, yəni xx xxxxxx 2019-cu il tarixə kimi cəmi 30091,36 manat icarə haqqının hesablanmasının əsaslı olmasına, icarə predmetinin qaytarılmaması ilə əlaqədar xx xxxxxx 2020 tarixindən xx xxxx 2020-ci il tarixinə kimi ödənilməli pulun hesabatı da “günlük hər ton üçün 6 manatdan” olmaqla aparılmalı olmasına, həmin dövr üçün iddia ərizəsində qeyd olunan 51205,20 manat məbləğində deyil, 30723,12 manat məbləğində pul hesablanmalı olmasına və bununla da, Cavabdehndən xx xxxxxx 2019-cu il tarixli 08-01 nömrəli X8 üzrə icarə haqqı olaraq 60814,48 manat (30091,36 manat + 30723,12 manat) məbləğində pul vəsaiti tutulmalı olmasına və işin halları nəzərə alınmaqla, cavabdehdən cərimə kimi cəmi 500 manat məbləğində pul tutulmalı olmasına əsaslanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnamə üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X6 ifadəsindən görünür ki, o, “xxxxxxxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus avadanlıqların, yəni dəmir boruların saxlandığı anbarın anbardarı olmuş və 2019-cu ilin avqust-sentyabr aylarında müvafiq qaydada daxil olmuş elektron sifarişlər əsasında tərtib edilmiş qaimə-fakturalar əsasında Cavabdeh adından gəlmiş Rafiq və İdris adlı şəxslərə müxtəlif uzunluqda dəmir ayaqaltı boruları təhvil vermiş və eyni zamanda, sonradan həmin boruların müvafiq qaimə-fakturalar əsasında qaytarılmış olan bir hissəsini qəbul etmişdir. Lakin Cavabdeh MMC-nin işçiləri tərəfindən aparılmış dəmir boruların bir hissəsi qaytarılmamışdır. Şahid qismində dindirilmiş X7 ifadəsindən görünür ki, onun maliyyə müdiri olduğu əsas şirkət olan “X12” MMC-nin və “xxxxxxxxxxxxxxxxxx” MMC-nin təsisçisi eyni şəxsdir və həmin hüquqi şəxslərin ofisi və anbarı eyni ünvanda yerləşir. Buna görə də, o, “xxxxxxxxxxxxxxxxxx” MMC-nin maliyyə məsələlərinin idarə olunması ilə yaxından məşğul olmuşdur. İcarəyə verən “xxxxxxxxxxxxxxxxxx” MMC ilə icarəçi Cavabdeh MMC arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli 08-01 nömrəli X2 nəzərdə tutulan avadanlıqlar, yəni təxminən 80 ton dəmir boru-ayaqaltılar “X12” MMC-nin anbarından götürülüb müvafiq qaimələr əsasında Cavabdeh MMC-nin nümayəndələrinə təhvil verilmişdir. Həmin avadanlıqların çox hissəsi müqavilə müddətində istifadə olunub qaytarılmış olsa da, təxminən 24 ton miqdarında avadanlıq hal-hazıradək qaytarılmamışdır. Eyni zamanda, müqavilə əsasında icarəyə götürülmüş avadanlığa görə cavabdeh tərəfindən cəmi 12600 manat məbləğində icarə haqqı ödənilmiş olsa da, qalan məbləğ ödənilməmişdir. Buna görə də, o, şəxsən Cavabdeh MMC-nin rəhbəri Samir Nəbiyevlə çoxsaylı danışıqlar aparmış və görüşlər keçirmişdir. Samir Nəbiyev icarə pulunun ödənilməsini və avadanlığın qalan hissəsinin qaytarılmasını “xxxxxxxxxxxxxx” MMC ilə yaranmış problemlərlə əlaqələndirmiş və müxtəlif bəhanələrlə Avadanlığın qalan hissəsini qaytarmaqdan və borcun ödənilməsindən yayınmışdır. İş materiallarında olan “xxxxxxxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti – “İcarəyə verən” ilə Cavabdeh – “İcarəçi” arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli 08- 01 nömrəli X3 1.1-ci bəndinə əsasən, İcarəyə verən tərəfindən dəmir ayaqaltı (Avadanlıq) İcarəçiyə icarəyə verilir, İcarəçi isə bunun müqabilində bu Müqavilədə göstərilən qaydada icarə haqqı ödəyir. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən, bu Müqavilə xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək bağlanılmışdır. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən, avadanlıq üçün aylıq icarə haqqı hər ton üçün günlük 6 (altı) manat təşkil edir və müvafiq qanunvericilikdə birbaşa nəzərdə tutulmuş və irəli gələn hallar istisna olmaqla, icarə müddəti ərzində dəyişdirilmədən saxlanılır. Həmin Müqavilənin 3.3-cü bəndinə əsasən, icarə haqqının ödənişi icarə müddəti ərzində aylıq əsasla cari ayın 7-nə kimi həyata keçirilir. Həmin Müqavilənin 3.4-cü bəndinə əsasən, ödəniş qeyd olunan vaxt ərzində İcarəçi tərəfindən həyata keçirilmədikdə, ödənişin həyata keçirilmədiyi hər gün üçün 0,1 faiz cərimə ödənilir. Həmin Müqavilənin 5.1-ci bəndinin tələblərinə görə, İcarəçi bu Müqavilə müddəti başa çatdıqdan sonra (ona xitam verildikdə) Avadanlığı olduğu kimi İcarəyə verənə təhviltəslim aktı əsasında geri qaytarmağı və bu Müqavilənin müddəalarına uyğun olaraq icarə haqqının vaxtlı-vaxtında ödəməyi üzərinə götürmüşdür. İş materiallarında olan sənədlərlə müəyyən olunur ki, xx xxxxxx 2019-cu il tarixli 08- 01 nömrəli X8 bağlandıqdan sonra Cavabdeh MMC-nin (direktor Samir Nəbiyevin) sifarişləri əsasında müxtəlif ölçülərdə (uzunluqda) dəmir skofold boruları (dəmir ayaqaltı borular) tərtib edilmiş müvafiq sənədlərdə (qaimə-fakturalar və s.) Cavabdeh MMC-nin işçiləri kimi göstərilmiş İdris Tağıyev və Rafiq İsmayılov adlı şəxslər tərəfindən anbardan qəbul edilmiş və eyni zamanda, həmin boruların bir hissəsi həmin şəxslər tərəfindən anbara qaytarılmışdır. İş materiallarında olan “xxxxxxxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli 03/20 nömrəli arayışdan görünür ki, xx xxxxxx 2019-cu il tarixli 08-01 nömrəli X8 üzrə icarəyə verən "xxxxxxxxxxxxxxxxxx" MMC (VÖEN **********) tərəfindən icarəçi "xxx" MMC-yə (VÖEN **********) x xxxxxxx 1710 ədəd, 5 metrlik 620 ədəd, 4 metrlik 500 ədəd, 3,60 metrlik 100 ədəd və 2,40 metrlik 100 ədəd dəmir skofold boruları verilmişdir. "xxx" MMC tərəfindən "xxxxxxxxxxxxxxxxxx" MMC-yə 6 metrlik 950 ədəd, 5 metrlik 588 ədəd, 4 metrlik 355 ədəd və 3,60 metrlik 100 ədəd dəmir skofold boruları geri qaytarılmışdır. "xxx" MMC-də qaytarılmamış 24,04 ton, yəni 6 metrlik 760 ədəd, 5 metrlik 32 ədəd, 4 metrlik 145 ədəd və 2,40 metrlik 100 ədəd dəmir skofold boruları qalmışdır. "xxx" MMC-nin xx xxxxxx 2019-ci il tarixli 08-01 nömrəli X8 əsasında xx xxxxxx 2019cu il tarixə kimi 30091,36 manat və xx xxxxxx 2020 tarixindən xx xxxx 2020-ci il tarixinə kimi isə 51205,20 manat olmaqla, ümumilikdə cəmi 81296,56 manat məbləğində icarə borcu yaranmışdır. Eləcə də, həmin Müqavilə üzrə 7222,63 manat məbləğində cərimə borcu hesablanmışdır. İş materiallarında olan “xxxxxxxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il 02/20 nömrəli arayışdan görünür ki, "xxxxxxxxxxxxxxxxxx“ MMC və Cavabdeh MMC arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli 08-01 nömrəli X8 üzrə "xxx“ MMC-nin "xxxxxxxxxxxxxxxxxx“ MMC-yə cəmi 81196,79 manat (ƏDV xaric) debitor borcu yaranmış və 24,04 ton miqdarında dəmir ayaqaltılar qaytarılmamışdır. Beləliklə iş materialları ilə müəyyən olunur ki, icarəyə verən “xxxxxxxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə icarəçi Cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli 08-01 nömrəli X8 üzrə xx xxxxxx 2019-cu il tarixinədək İcarəçiyə icarəyə verilmiş avadanlıqların bir hissəsi – yəni, 6 metr uzunluğunda 760 ədəd, 5 metr uzunluğunda 32 ədəd, 4 metr uzunluğunda 145 ədəd və 2,4 metr uzunluğunda 100 ədəd (cəmi 24,04 ton) skofold boruları (dəmir ayaqaltı borular) İcarəyə verənə qaytarılmamışdır. Ona görə də, İcarəçi tərəfindən xx xxxxxx 2019-cu il tarixə kimi günlük hər ton üçün 6 manatdan hesablanmaqla 30091,36 manat icarə haqqı, xx xxxxxx 2020 tarixindən xx xxxx 2020-ci il tarixinə (müqavilə müddəti bitdikdən sonra icarə predmetinin qaytarılmaması ilə əlaqədar) kimi isə günlük hər ton üçün 10 manatdan hesablanmaqla 51205,20 manat icarə haqqı və 7222,63 manat cərimə borcu olmaqla, cəmi 88519,19 manat məbləğində hesablanmış borcun ödənilməsi və yuxarıda qeyd olunan qaytarılmamış avadanlıqların qaytarılması tələb olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 701.2.4-ci maddəsinə əsasən, icarəyə xitam verildikdən sonra icarəçi mövcud ləvazimatı icarəyə verənə qaytarmalıdır. Həmin Məcəllənin 705-ci maddəsinə əsasən, əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətinin dəlili olan iddiaçının subyektiv hüququnun olmamasına münasibətdə bildirir ki, mübahisə məhz icarəyə verən “xxxxxxxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə icarəçi Cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli 08-01 nömrəli X8 üzrə yarandığından həmin dəlil əsassızdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Göstərilənlərlə bağlı məhkəməkollegiyasıbelə nəticəyə gəlirki, cavabdehin apelyasiya şikayəti təmin edilməməli və Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, e-2-2(119)-111/2020 saylı qətnaməsi qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Hazırki işə apelyasiya qaydasında baxılması üçün cavabdeh «xxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ödənilmiş 15 manat məbləğində dövlət rüsumu apelyasiya şikayətinin təmin edilməməsi səbəbindən onun özünə aid edilməlidir. NƏTİCƏ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1 və 404.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh «xxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindənverilmiş apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, e-2-2(119)- 111/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh «xxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ödənilmiş 15 manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: ünvan 2 vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına (ünvan: ünvan 3 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Məmmədov Hakimlər Fuad Məmmədov Elman Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar