Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-128/2023 28.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Şahmərdanov Bəxtı̇ yar Abdulməcı̇ d oğlunun cavabdeh "Azəriqaz” İ̇stehsalat Bı̇ rlı̇ yinə qarşı mülki iş üzrə (Açar sözlər: borcun silinməsi) X2 Süleymanovanın sədrliyi və məruzəsi, X3 Məmmədov və Elman Məmməd oğlu Əhmədovdan ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Şahmərdanov Bəxtı̇ yar Abdulməcı̇ d oğlunun cavabdeh "Azəriqaz” İ̇stehsalat Bı̇ rlı̇ yinə qarşı “borcun sililməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 22 iyun 2023-cü il tarixli, e-2-2(119)-505/2023 nömrəli qətnaməsindən cavabdehin nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən iddiaçıya məxsus abonent hesabına “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 sentyabr 2021-ci il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 1280 (bir min iki yüz səksən) manat borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə bağlanmış qazın alqısatqısına dair müqaviləyə əsasən iddiaçıya məxsus müəssisədə təbii qazdan istifadə edilir və istifadə edilən qazın dəyəri hər ay vaxtında ödənilir. Cavabdeh ilə bağlanmış müqaviləyə əsasən yeni layihə üzrə obyektin qazlaşdırılması həyata keçirilmiş, həmin proses 27 yanvar 2020-ci il tarixdə başa çatmış və göstərilən tarixdə istismara qəbul aktı ilə istifadəyə verilmişdir. 27 yanvar 2020-ci il tarixində “G-6” markalı 28256912 saylı sayğac Cavabdeh əməkdaşları tərəfindən çıxarılaraq əvəzinə layihəyə uyğun yeni “G-16” markalı sayğac quraşdırılmışdır. Cavabdeh əməkdaşları iddiaçının istifadə etdiyi sayğacı çıxarıb apararkən sayğacda heç bir qüsur olmadığını bildirmişlər. xx.xx.2021-ci il tarixdə iddiaçıya 23 iyun 2020-ci il tarixli akt təqdim olunaraq, guya, xx.xx.2020-ci il tarixdə çıxarılıb aparılan sayğacın plasmas qapağının yan tərəfində əzik-cızıq izlərinin olması barədə akt tərtib edildiyi və 1280 manat məbləğində əlavə borc hesablandığı bildirilmişdir. İddiaçı hesablanmış həmin borcla razılaşmamış və bildirmişdir ki, əgər sayğaca müdaxilə edilmişdisə, Cavabdeh əməkdaşları xx.xx.2020-ci il tarixdə sayğacı çıxarıb apararkən iddiaçının iştirakı ilə qüsur aktı tərtib edilməli idi. Sayğac çıxarılıb aparıldıqdan beş ay sonra Cavabdeh öz tabeliyində olan Xaçmaz RQİİ-nin Metrologiya Departamentində laboratoriyada müayinədən keçirilib 05 oktyabr 2021-ci il tarixdə iddiaçıya aktın surəti təqdim edilmişdir. İddiaçı bu barədə müxtəlif təşkilatlara müraciət edib öz etirazını bildirmiş, lakin tədbir görən olmadığından Mediasiya şurasına müraciət etmiş, Cavabdeh nümayəndələri haqsız olduğu üçün mediasiya prosesində iştirak etməmişdir. İddia ərizəsinə əlavə edilmiş Cavabdeh tərəfindən tərtib edilmiş qeyri-əhali qaz sayğacının yoxlanılması haqqında xx.xx.2020-ci il tarixli aktdan aşkar olur ki, həmin akt iddiaçıya xx.xx.2021-ci ildə təqdim olunmuşdur. Tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktdan məlum olur ki, akt iddiaçının iştirakı olmadan tərtib olunmuşdur. Beləliklə, Cavabdeh əməkdaşları abonent hesabına əsassız akt tərtib edərək əlavə borc hesablamışdır. Göstərilənlərə əsasən tərtib edilmiş akt əsasında hesablanmış borc silinməlidir.
3. Cavabdeh “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmuşdur.
4. Etiraz onunla əsaslandırılmışdır ki, “Azəriqaz“ X1 RQİİnin Quba xidmət sahəsində qeyri-əhali abonenti kimi qeydiyyatda olan İddiaçı məxsus Quba şəhəri 223-cü atıcı diviziya küçəsində yerləşən restoranda əhaliyə iaşə xidməti göstərmək üçün müqavilə əsasında təbii qazdan istifadə edilir. İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə iki tərəfli qaydada müəyyən edilir. İstifadə olunan təbii qazın dəyər məbləğinin vaxtında ödənilməsi barədə tərəf üzərinə öhdəlik götürmüşdür. 22 may 2020-ci ilin tarixində növbəti dəfə obyektdəki qaz sayğacının göstəricilərini oxuyarkən ekranının sol tərəfinə müdaxilə edildiyinə görə sayğac xətdən açılaraq laboratoriyaya göndərilmiş, restorana əvəzedici sayğac quraşdırılmışdır. Bu barədə xx.xx.2020-ci il tarixdə ******* nömrəli akt tərtib edilmiş, həmin akt sayğacın çıxarılması zamanı iştirak etmiş abonent İddiaçı tərəfindən heç bir irad bildirilmədən imzalanmışdır. Dövlət yoxlamasında “28256912 nömrəli sayğacın plastmas qapağının yan tərəfində və daxili qulaqcıqlarda əzik-cızıq izləri var, xətalar normaya uyğundur” rəyi verilməklə sayğaca müdaxilə olunduğu aşkar edilmişdir. Buna görə abonent İddiaçı barəsində xx.xx.2021-ci il tarixli ******* nömrəli “Təbii qazdan istifadə Qaydaları”nın pozulması haqqında akt tərtib edilməklə itirilmiş qazın bərpası üçün qaz işlədici cihazların saatlıq qaz sərfiyyatına uyğun 6480 m3 və ya 1296 manat ziyan hesablanaraq abonentin koduna işlənilmişdir. Akt istehlakçının nümayəndəsi Abdulla Abdullayevin iştirakı ilə tərtib edilmişdir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı Qərarının 1.3-cü bəndinə uyğun bağlanmış qazın alqı-satqısı haqqında müqavilənin 2.2.5-ci bəndinə əsasən qazpaylayıcı istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində, habelə abonentlə bağlanmış müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək hüququna malikdir. “Qaz paylayıcı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə müqavilənin 2.3.3-cü bəndinə əsasən istehlakçı qaz qurğularına dair layihə və istismar sənədlərinin tələblərinə əməl etməlidir. Abonent İddiaçı restoranın qaz xəttinin üstündə quraşdırılmış qaz sayğacına müdaxilə edildiyi üçün keçən qazın qeydə alınmaması səbəbindən abonentin hesabına itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyan məbləği işlənilmişdir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı Qərarının 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayrılmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyinə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Abonent İddiaçı obyektində hər hansı yoxlama aparılmamış, restorandan kənarda yerləşən sayğac əvəz edilərək növbəti oxunuş zamanı xətdən açılaraq laboratoriyaya göndərilmiş, sayğac laboratoriyada yoxlanıldıqdan sonra rəyə əsasən iddiaçı barəsində xx.xx.2021-ci il tarixli ******* nömrəli “Təbii qazdan istifadə Qaydaları”nın pozulması haqqında akt tərtib edilmişdir. Bu aktın tərtib edilməsi üçün sahibkarlıq fəaliyyəti ilə bağlı hər hansı yoxlama aparılmamışdır. İddiaçı iddiasının əsası kimi Cavabdeh İB-nin Xaçmaz RQİİ-nin Quba rayon Qaz istismarı sahəsinin xx.xx.2021-ci il tarixli ******* saylı aktı mübahisələndirilir. Həmin akt Metrologiya Departamenti tərəfindən abonentin qaz xəttinin üzərində quraşdırılmış ELESTR tipli G-6 markalı, 28256912 №- li qaz sayğacının laboratoriyada yoxlanılmasının nəticələrinə görə verilmiş rəy əsasında tərtib olunan aktdır. Bununla da aydın olur ki, iddiaçının tələbi qanuna, sübut və dəlillərə əsaslanmır, iddiaçının öz şəxsi mülahizələrinə və fərziyyələrinə uyğun irəli sürülən fikirdir. Yuxarıda göstərilənlərə görə iddiaçı abonent İddiaçı iddia tələbi məhkəmə tərəfindən əsassız sayılmalı və təmin edilməməlidir.
5. “Qeyri-əhali qaz sayğacının yoxlanılması haqqında” 10 iyul 2020-ci il tarixli MS-29/1640-01266-39 nömrəli aktdan görünür ki, X6 İstismarı İdarəsindən dövlət yoxlamasına gətirilmiş G6 markalı mexanika tipli qaz sayğacına 10 iyul 2020-ci il tarixdə Metrologiya Departamenti tərəfindən baxış keçirilmiş və yoxlamanın nəticəsi kimi “plastmas qapağın yan tərəfində və daxili qulaqcıqlarında cızıq izləri var, xətalar normaya uyğundur” qeyd olunmuşdur.
6. Cavabdeh tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 sentyabr 2021-ci il tarixli, ******* nömrəli aktda qeyd olunur ki, İddiaçı məxsus Quba şəhərində yerləşən restorana baxış keçirilən zaman “sayğacın plastmas qapağının yan tərəfində və daxili qulaqcıqlarında əzik-cızıq izləri var, xətalar normaya uyğun deyil” kimi nöqsan aşkar olunmuşdur.
7. 20 oktyabr 2021-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnamədən görünür ki, abonentin qaz sayğacının nominal qaz sərfinin hesabatı aparılmış, G6 markalı qaz sayğacının nominal qaz sərfi 6 m3 /saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və həmin hesabatda itirilmiş qazın miqdarı 6480 m3 həcmində müəyyən edilmişdir.
8. Abonent saldosundan görünür ki, 2021-ci ilin oktyabr ayında akt əsasında İddiaçı məxsus abonent hesabına 1296 manat məbləğində borc hesablanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
9. Sumqayıt Kommersiya Məhkəməsinin 22 iyun 2023-cü il tarixli, e-2-2(119)- 505/2023 nömrəli qətnaməsi ilə (hakim Həlimə Alıyeva) iddianın təmin edilməsi, Cavabdeh tərəfindən İddiaçı (VÖEN **********) məxsus Quba şəhərində yerləşən sahibkarlıq obyektinə (abonent kodu: **********00000) “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 sentyabr 2021-ci il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 1280 (min iki yüz səksən) manat məbləğində borcun silinməsi, Cavabdehndən dövlət nəfinə 32,8 (otuz iki manat səksən qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2, 31.2 və 31.2.3-cü maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 2.11-2, 4.2. 4.9-cu bəndləri, Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4. 1.5, 5.2-ci bəndləri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4, 218.3, 119.1, 119.2, 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayəti və onun dəlilləri
11. Cavabdeh nümayəndəsi Nümayəndə2 apellyasiya şikayəti verərək, Sumqayıt Kommersiya Məhkəməsinin 22 iyun 2023-cü il tarixli, e-2-2(119)-505/2023 nömrəli qətnaməsini ləğv edib, iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs İddiaçı iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində iddianın təmin edilməsini “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması ilə əsaslandırılmışdır. Azərbaycan Respublikası NK-nin 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndində qeyd edilir ki, Müqaviləyə Qaz paylayıcı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt əlavə edilir. İddiaçının qaz sayğacı balans mənsubiyyətində qoyulur. Sayğacın quraşdırıldığı yer obyektdən xeyli aralıda yerləşir. Sayğaca baxış keçirilərkən cavabdehin nümayəndələri İddiaçı işlətdiyi restoranın ərazısınə daxil olmamışlar. Buna görə də sayğacın açılıb dövlət yoxlamasına göndərilməsi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbayçan Respublikası Qanununun tələblərini pozmur. Bu barədə Məhkəmənin qənaəti səhvdir. Belə ki, Məhkəmənin istinad etdiyi Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən: Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə monitorinq, müşahidə, təftiş, nəzarət, xrometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Qətnamədə qanunvericiliyin bu müddəasına əsaslanılmış, lakin nəyə görəsə yuxarıda kursivlə qeyd olunan hissə qətnamədə əks etdirilməmişdir. Yəni Cavabdeh İB-nin işçiləri sayğacı xətdən açıb onu başqa sayğac ilə əvəz edən zaman sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerə getməmiş, sahibkarlıq fəaliyyəti subyektlərində heç bir yoxlama aparmamışlar. Məhkəmə cavabdehin yoxlama haqqında məlumatın reyestrə daxil etməməsinə əsaslanaraq iddia tələbini təmin etmişdir. Mübahisə edilən məbləğ inventar aktında qeyd olunmuş qaz işlədici cihazların qaz sərfi miqdarının qaz sayğacının maksimal qaz sərfini qeydə alması ilə və sayğacın çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akta əsasən hesablanmamışdır. Sayğacın texniki şərtlərə cavab verməməsi isə laboratoriyada müəyyən edilmişdir. Bu rəyə əsasən iddiaçının hesabına itirilmiş qazın bərpası üçün qaz sərfinin miqdarı işlənilmişdir. Birinci instansiya məhkəməsi iş materiallarını səthi araşdıraraq, işdə olan sübutlara səhv hüquqi qiymət vermişdir. İşdə olan laboratoriya rəyi, tərtib edilmiş aktlar, iddiaçıya verilən cavab məktubu, iddia ərizəsinə etiraz qiymətləndirilməmişdir. Məhkəmə qanunsuz yoxlamaya əsaslanaraq iddianı təmin etmişdir. Halbuki, qanunsuz yoxlama o halda hesab edilir ki, yoxlayıcı sahibkarlıq fəaliyyətinin hayata keçirildiyi yerə getsin və sahibkarlıq fəaliyyəti subyektlərində yoxlama aparsın və bu yoxlama barədə məlumatı vahid reyestrə daxil etməsin. Bildiririk ki, iş materiallarından da göründüyü kimi iddiaçı iddia tələbini əsaslandırdığı halları sübut etmək üçün tutarlı və mötəbər sübutlar təqdim etməmişdir. Məhkəmə Qətnaməni “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbayçan Respublikası Qanununun tələblərinin pozulmasına əsasən qəbul etmişdir. Halbu ki, sayğacın çıxarılması qanunsuz yoxlama kimi qiymətləndirilə bilməz. Çünki, sayğac obyektdən kənar yerdə quraşdırılmışdır.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
13. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
14. Cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
15. İş üzrə iddiaçı tərəf məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.
Apellyasiya baxışının hədləri
16. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdeh tərəf verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 2.11-2-ci bəndinə əsasən qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qazpaylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. 4.2-ci bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.9cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
18. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: 3.2-ci maddəsinə əsasən həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir.
19. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin: 1.4-cü bəndinə əsasən Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh əməkdaşları tərəfindən iddiaçıya məxsus G6 markalı mexanika tipli qaz sayğacı dövlət yoxlamasına aparılmış, sayğaca 10 iyul 2020-ci il tarixdə baxış keçirilmiş və yoxlamanın nəticəsində “plastmas qapağın yan tərəfində və daxili qulaqcıqlarında cızıq izləri var” kimi nöqsanlar aşkar olunaraq 10 iyul 2020-ci il tarixli MS-29/1640-01266-39 nömrəli akt tərtib edilmiş və həmin akta əsasən dəymiş ziyanın hesablanması qərara alınmaqla 30 sentyabr 2021-ci il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt tərtib edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya akta əsasən 1296 (min iki yüz doxsan altı) manat borc hesablanmışdır.
23. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia təmin edilərək Cavabdeh tərəfindən İddiaçı (VÖEN **********) məxsus Quba şəhərində yerləşən sahibkarlıq obyektinə (abonent kodu: **********00000) “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 sentyabr 2021-ci il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 1280 (min iki yüz səksən) manat məbləğində borcun silinməsi qət dilmişdir.
24. Məhkəmə gəlmiş olduğu nəticəni belə əsaslandırmışdır ki, cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktdan müəyyən olunur ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, cavabdeh tərəfindən aparılan yoxlama. yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir. Lakin İddiaçı məxsus Quba şəhərində yerləşən sahibkarlıq obyektinə (restorana) “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 sentyabr 2021-ci il tarixli, ******* nömrəli akt əsasında 1296 manat məbləğində borc hesablansa da, iddiaçı iddia ərizəsində cavabdeh tərəfindən həmin akt əsasında hesablanmış 1280 manat məbləğində borcun silinməsini xahiş etmişdir. Buna görə də, Cavabdeh tərəfindən iddiaçıya məxsus sahibkarlıq obyektinə həmin akt əsasında hesablanmış 1280 manat məbləğində borcun silinməsi qanunauyğun hesab edilmişdir.
25. Apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və əsaslandırması ilə razılaşır, bu baxmdan əlavə araşdırmanın aparılmasına zərurət görmür və hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
26. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.
27. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Sumqayıt Kommersiya Məhkəməsinin 22 iyun 2023-cü il tarixli, e-2-2(119)-505/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.
28. Kollegiya qeyd edir ki, araşdırılan mübahisə kommersiya mübahisəsi olmaqla, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialardan kassasiya şikayəti verilməsi istisna olunduğundan hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.
29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 22 iyun 2023-cü il tarixli, e-2-2(119)- 505/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.