Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-128/2025 27.11.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Dəmirov İlqar Kamal oğlu və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Abiyeva Fidan Əfqan qızının katibliyi, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin, həmçinin üçüncü şəxslər "xxxx" MMC və "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı "xxxx"xxxx"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 15 iyul 2025-ci il tarixli, e-2-2(119)-336/2025 nömrəli qətnaməsindən iddiaçı Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx"xxxx"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 15494,33 (on beş min dörd yüz doxsan dörd manat, otuz üç qəpik) manat məbləğində əsas borc, 292,67 (iki yüz doxsan iki manat, altmış yeddi qəpik) manat məbləğində faiz borcu, 138 (yüz otuz səkkiz) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 15925 (on beş min doqquz yüz iyirmi beş) manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 15 iyul 2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə apellyasiya qaydasında baxılarkən xx.xx.2025-ci il tarixdə iddiaçının nümayəndəsi məhkəməyə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə barışıq sazişi ünvanlayaraq xx.xx.2025-ci il tarixində tərəflər arasında barışıq sazişi bağlanıldığını bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Ə.Babayev və cavabdehin nümayəndəsi Nümayəndə2 tərəflərin mübahisəni öz aralarında barışıq sazişində razılaşdırılmış şərtlərlə həll etdiklərini bildirmiş, iddiaçının nümayəndəsi Ə.Babayev barışıq sazişinin əslini məhkəmə kollegiyasına təqdim etmiş və tərəflər barışıq sazişinin təsdiq edilməklə Sumqayıt Kommersiya Məhkəməsinin iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası iş materiallarını, barışıq sazişinin şərtlərini nəzərdən keçirərək hesab edir ki, barışıq sazişi təsdiq olunmalı, Sumqayıt Kommersiya Məhkəməsinin 15 iyul 2025-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 52.3-cü maddəsinə görə tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.5-ci maddəsinə görə ...tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə iş üzrə icraat xitam verilməlidir. Həmin Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyin qeyd olunan normalarına istinad edərək hesab edir ki, tərəflər barışıq sazişi bağladıqları üçün və barışıq sazişi qanuna zidd olmadığı, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından qəbul edilməli, Sumqayıt Kommersiya Məhkəməsinin 15 iyul 2025-ci il tarixli, e-2-2(119)-336/2025 nömrəli qətnaməsi Mülki Prosessual Məcəllənin 384.0.5-ci maddəsinə əsasən ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 191, 261.0.5, 370, 384.0.5, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 15 iyul 2025-ci il tarixli, e-2- 2(119)-336/2025 nömrəli qətnaməsi ləğv edilsin. Tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin: “X4 (Barışıq Sazişi) bir tərəfdən sədrin müavini X2 şəxsində təmsil olunan "xxxx" Qapalı Səhmdar Cəmiyyəti (Birinci Tərəf) və digər tərəfdən "xxxx" MMC-nin direktoru X3 (İkinci Tərəf) arasında bağlanılır. Bundan sonra Barışıq Sazişində “Birinci Tərəf” və “İkinci tərəf” ayrılıqda “Tərəf” birlikdə isə “Tərəflər” adlandırılacaqlar. A. Nəzərə alaraq ki, X1rşı iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək "xxxx" MMC-yə göstərilən stansiya xidmətlərinə görə hesablanmış 15.494,33 (on beş min dörd yüz doxsan dörd manat 33 qəpik) manat əsas borc, 292,67 (iki yüz doxsan iki manat 67 qəpik) manat faiz borcu, 138 (bir yüz otuz səkkiz) manat dövlət rüsumu, cəmi 15.925 (on beş min doqquz yüz iyirmi beş) manat məbləğin "xxxx" MMC-dən alınaraq ADY-yə ödənilməsini xahiş etmişdir, iş hal-hazırda Sumqayıt Apellyasiya Məhkəməsinin icraatındadır. B.Tərəflər aralarında yaranmış məhkəmə mübahisəsini barışıq yolu ilə həll etmək niyyətindədirlər.
1. BARİŞİQ SAZİŞİNİN PREDMETİ 1.1. İkinci tərəf qəbul edir və razılaşır ki, 15.925 (on beş min doqquz yüz iyirmi beş) manat borc məbləğindən 7.500 (yeddi min beş yüz) manat məbləği Birinci Tərəfə ödəməyi öhdəsinə götürür. 1.2. Birinci Tərəf (İkinci Tərəf borc məbləğindən 7.500 (yeddi min beş yüz) manat ödədiyi təqdirdə) İkinci Tərəfə qarşı “stansiya xidmətlərinə görə hesablanmış yığımın tutulmasına dair” iddia tələbindən imtina edir və razılaşır ki, yerdə qalan 8.425 (səkkiz min dörd yüz iyirmi beş) manat borc məbləğini ikinci Tərəfdən tələb etməyəcək. 1.3.Birinci Tərəf razılaşır ki, Sumqayıt Kommersiya Məhkəməsində qaldırdığı iddia ərizəsinin predmetinə dair gələcəkdə İkinci Tərəfə qarşı hər hansı iddia tələbi və ya şikayət irəli sürməyəcək.
2. ÖHDƏLİYİN İCRASİ QAYDASİ: Borc məbləğini ödəmək öhdəliyi Barışıq Sazişi imzalandıqdan və Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən qərardadla təsdiq edildikdən sonra 5 (beş) iş günü ərzində icra ediləcəkdir.
3. BARİŞİQ SAZİŞİNİN MÜDDƏTİ X4 hər iki Tərəfin imzaları və Sumqayıt Apellyasiya Məhkəməsinin qərardadı ilə təsdiq edildiyi gündən etibarən hüquqi qüvvəyə minir və borc məbləğinin ödənilməsi ilə əlaqədar İkinci Tərəf öhdəliyi icra edəcəyi günədək qüvvədədir. 4.NÜSXƏLƏR X4 3 (üç) nüsxədə azərbaycan dilində tərtib edilmişdir. Nüsxələrdən biri Sumqayıt Apellyasiya Məhkəməsində, ikincisi-Birinci Tərəfdə, üçüncüsü isə-İkinci Tərəfdə saxlanılır. Bununla tərəflər imzaları ilə Barışıq Sazişinin müddəalarını təsdiq edir.”
İddiaçı "xxxx"xxxx"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə işin icraatına xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.