Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-131/2023 25.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, X4 və “X12.Azerbaijan” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı kommersiya işi üzrə (Açar sözlər: eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə iş üzrə icraatın xitam edilməsi) X7 Süleymanovanın sədrliyi və məruzəsi, X6 Qafari və X1 ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə3, Cavabdeh “X12.Azerbaijan” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh1 və onun vəkili Vəkil1 iştirakları ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, X4 və “X12.Azerbaijan” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın girov predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 11 avqust 2023-cü il tarixli, 2-2(119)-66/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1, X4 və “X12.Azerbaijan” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın girov predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, X5 və “X12.Azerbaijan” MMCdən müştərək qaydada, xx.xx.2015-ci il tarixli 2000/15 nömrəli kredit müqaviləsinə əsasən ödənilməmiş 282.900 ABŞ dolları əsas, 31.520,07 ABŞ dolları faiz, 72.209,93 ABŞ dolları cərimə, müqavilənin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün illik beş faiz üzrə 68.010,99 ABŞ dolları borc olmaqla, cəmi 454.640,99 ABŞ dolları və xx.xx.2015- ci il tarixli 1992/15 nömrəli kredit müqaviləsinə əsasən ödənilməmiş 100.000 ABŞ dolları əsas, 11.000 ABŞ dolları faiz, 28.066,67 ABŞ dolları cərimə, müqavilənin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün illik beş faiz üzrə 24.251,94 ABŞ dolları borc olmaqla, cəmi 163.318,61 ABŞ dolları məbləğində kredit borcunun və iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması, tutmanın girov predmetinə yönəldilməsi, həmin malların açıq hərracdan satılması və satışdan əldə olunmuş vəsait hesabına borcun Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə “X12.Azerbaijan” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2015-ci il tarixli 2000/15 nömrəli Təminatlı Kredit müqaviləsinə əsasən sonuncuya 12 ay müddətinə illik 12 % dərəcəsi ilə 282.900 ABŞ dolları məbləğində kredit verilmişdir. Eyni tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1992/15 nömrəli təminatlı kredit müqaviləsinə əsasən sonuncuya 12 ay müddətinə illik 12 % dərəcəsi ilə 100000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu olaraq İddiaçı ASC ilə “X12.Azerbaijan” MMC arasında xx.xx.2015-ci il tarixli 2000/15 nömrəli və xx.xx.2015-ci il tarixli 1992/15 nömrəli girov müqavilələri bağlanmış və həmin girov müqavilələrinə Əlavə 1-də qeyd olunan mallar “X12.Azerbaijan” MMC tərəfindən girov qoyulmuşdur. Eyni zamanda sözügedən kredit müqavilələri üzrə öhdəliklərin təminatı qismində X5 ilə xx.xx.2015-ci il tarixli 2000/15 nömrəli və xx.xx.2015-ci il tarixli 1992/15 nömrəli zaminlik müqavilələri bağlanmışdır. Zamin bank qarşısında olan öhdəliklərinin yerinə yetirməməsi ilə əlaqədar faizlərin, cərimələrin məhkəmə xərclərin və digər xərclərin ödənilməsi də daxil olmaqla bütün ödənişlərə görə məsuliyyəti öz üzərinə götürmüşdür. Daha sonra “X12.Azerbaijan” MMC ilə Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixli “Öhdəçilik müqaviləsi” bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən “X12.Azerbaijan” MMC-nin İddiaçı ASC qarşısında olan bütün kredit müqavilələri üzrə öhdəlikləri Cavabdeh1 ötürülmüş və həmin müqavilənin şərtləri İddiaçı ASC tərəfindən də təsdiq edilmişdir. Göründüyü kimi, “X12.Azerbaijan” MMC tərəfindən kredit müqaviləsi üzrə borclu qismində ona məxsus öhdəliklər Cavabdeh1 ötürülmüş və xx.xx.2015-ci il tarixli 2000/15 nömrəli və xx.xx.2015-ci il tarixli 1992/15 nömrəli girov və zaminlik müqavilələrinin şərtləri olduğu kimi qüvvədə qalmışdır. Kredit müqaviləsinə əsasən borcalan bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsinə əsasən borc alan tərəfindən müqavilə ilə müəyyən olunmuş məbləğ və ona hesablanmış faizlər hər ayın müvafiq günü tam şəkildə ödənilməlidir. Eyni zamanda kredit müqaviləsinə görə borc alan üzərinə düşən öhdəlikləri icra etmədikdə kreditin, kredit üzrə hesablanmış faizlərin və gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün faizlər də hesablanmaqla ümumi məbləğin müvafiq məbləğində dəbbə pulu ödəməlidir. Bundan başqa zaminlik müqaviləsində göstərilmişdir ki, əgər borcalan kredit müqaviləsinin şərtlərinə əsasən krediti və onun faizlərini vaxtında ödəməzsə, zamin bankın ona göndərdiyi bildirişin alınması vaxtından müvafiq sayda gündən gec olmamaq şərti ilə borcalanın bütün borclarının ödənilməsinə zamin olur. Kredit müqaviləsinin müvafiq bəndlərinə əsasən borcalan kreditdən istifadəyə görə əsas və faiz borcu üzrə banka hər ay ödəniş etmək barədə öhdəlik götürməsinə baxmayaraq, o, bu öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar bank tərəfindən cavabdehə dəfələrlə şifahi müraciət edilməsinə və xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq kredit borcunun banka qaytarılması təmin edilməmişdir.
3. Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(027)-162/2022 nömrəli qətnaməsi ilə iddia müddəti tətbiq olunaran iddia rədd edilmişdir.
4. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(105)-1775/2022 nömrəli qərardadı ilə Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)-162/2022 nömrəli qətnaməsi ləğv edilmiş və iddia ərizəsi mahiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir.
5. Sumqayıt Kommersiya Məhkəməsinin 08 fevral 2023-cü il tarixli, 2-2(119)- 66/2023 nömrəli qərardadı ilə iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, X4 və “X12.Azerbaijan” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın girov predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair 2-2(119)- 66/2023 nömrəli kommersiya işi üzrə icraata Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsinə əsasən xitam verilmişdir.
6. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 17 mart 2023-cü il tarixli 2-2(105)-59/2023 nömrəli qərrardadı ilə Sumqayıt Kommersiya Məhkəməsinin 08 fevral 2023-cü il tarixli, 2-2(119)-66/2023 nömrəli qərardadı ləğv edilmiş və iş mahiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə qaytarılmışdır.
7. İddiaçı 28 aprel 2023-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehlərdən müştərək qaydada ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2015-ci il tarixli 1992/15 nömrəli kredit müqaviləsinə əsasən ödənilməmiş 100.000 ABŞ dolları əsas, 11.000 ABŞ dolları faiz, 28.066,67 ABŞ dolları cərimə, müqavilənin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün illik beş faiz üzrə 31,988.67 ABŞ dolları borc olmaqla, cəmi 171,055.34 ABŞ dolları məbləğində kredit borcunun tutulmasına, tutmanın 24 noyabr 2015-ci il tarixli 1992/15 nömrəli girov müqaviləsinə 1 saylı əlavədə qeyd olunan girov predmetinin borc məbləği həcmində hissəsinə yönəldilməsinə, həmin malların açıq hərracdan satılmasına və satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəldilməsinə, xx.xx.2015-ci il tarixli 2000/15 nömrəli kredit müqaviləsinə əsasən ödənilməmiş 282.900 ABŞ dolları əsas, 31.520,07 ABŞ dolları faiz, 72.209,93 ABŞ dolları cərimə, müqavilənin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün illik beş faiz üzrə 89,895.52 ABŞ dolları borc olmaqla, cəmi 476,525.52 ABŞ dolları məbləğində kredit borcunun və iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulmasına, tutmanın 09 dekabr 2015-ci il tarixli 2000/15 nömrəli girov müqaviləsinə 1 saylı əlavədə qeyd olunan girov predmetinin borc məbləği həcmində hissəsinə yönəldilməsinə, həmin malların açıq hərracdan satılmasına və satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəldilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
Birinci instansiya məhkəməsində icraat
8. Sumqayıt Kommersiya Məhkəməsinin 11 avqust 2023-cü il tarixli e-2-2(119)- 66/2023 nömrəli qərardadı ilə (hakim Həlimə Alıyeva) həmin iddia ərizəsinə dair 2-2(119)- 66/2023 nömrəli kommersiya işi üzrə icraata xitam verilmiş, məhkəmə xərcləri iddiaçının özünə aid edilmiş və iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 400 (dörd yüz) manat məbləğində pul vəsaitinin ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq X2 ödənilməsi qərara alınmışdır.
9. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Sumqayıt Kommersiya Məhkəməsinin 11 avqust 2023-cü il tarixli e-2-2(119)-66/2023 nömrəli qərardadından şikayət vermişdir.
10. Sumqayıt Kommersiya Məhkəməsinin 25 avqust 2023-cü il tarixli e-2-2(119)- 66/2023 nömrəli qərardadı ilə iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Sumqayıt Kommersiya Məhkəməsinin 11 avqust 2023-cü il tarixli e-2-2(119)-66/2023 nömrəli qərardadından verdiyi şikayətin təmin edilməməsi və həmin qərardadın qüvvəsində saxlanılması, şikayətin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Şikayət və onun dəlilləri
11. İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu şikayət verərək, Sumqayıt Kommersiya Məhkəməsinin 11 avqust 2023-cü il tarixli e-2-2(119)-66/2023 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir.
12. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdehlərin ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2015-ci il tarixli 2000/15 nömrəli Kredit müqaviləsinə əsasən ödənilməmiş 282.900 ABŞ dolları əsas, 31.520,07 ABŞ dolları faiz, 72.209,93 ABŞ dolları cərimə, müqavilənin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün illik beş faiz üzrə 68.010,99 ABŞ dolları borc olmaqla, cəmi 454.640,99 ABŞ dolları və xx.xx.2015-ci il tarixli 1992/15 nömrəli Kredit müqaviləsinə əsasən ödənilməmiş 100.000 ABŞ dolları əsas, 11.000 ABŞ dolları faiz, 28.066,67 ABŞ dolları cərimə, müqavilənin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün illik beş faiz üzrə 24.251,94 ABŞ dolları borc olmaqla, cəmi 163.318,61 ABŞ dolları məbləğində kredit borcu vardır. Cavabdehlərdən müştərək qaydada borcun tutulması və girov predmetinə yönəldilməsi üçün Bank Quba Rayon Məhkəməsinə müraciət etmişdir. Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)-162/2022 saylı qətnaməsi ilə Bankın iddia tələbi iddia müddəti tətbiq olunaraq rədd edilmişdir. Tərəflərindən apellyasiya şikayəti verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi ilə Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)-162/2022 saylı qətnaməsi ləğv edilmiş və iddia ərizəsi baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(119)-66/2023 saylı qərardadı ilə kommersiya işinə MPM-nin 261.0.2-ci maddəsinə əsasən xitam verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-2(105)-59/2023 saylı qərardadı ilə Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(119)- 66/2023 saylı qərardadı ləğv edilmiş və iş mahiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə qaytarılmışdır. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(119)-66/2023 saylı qərardadı ilə işə MPM-nin 261.0.2-ci maddəsi ilə kommersiya işi üzrə icraata xitam verilmişdir. Bundan əlavə bildirir ki, Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(027)-367/2020 saylı qətnaməsi üzrə məhkəmə baxışının predmeti olmuş iddia hazırkı iddiadan predmeti və əsasına görə fərqlənir. Lakin buna baxmayaraq məhkəmənin eyni tərəflər arasında, eyni predmetə dair və eyni əsaslar üzrə qanuni qüvvədə olan məhkəmə qətnaməsinin mövcud olmasına əsaslanıb iş üzrə icraata xitam vermişdir. Məhkəmə nəzərə almamışdır ki, Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(027)367/2020 nömrəli qətnaməsi ilə bankın iddiası kredit və təminat müqavilələri məhkəməyə təqdim edilmədiyinə görə təmin edilməmişdir. Əvvəlki icraat zamanı faktiki əsas olan Kredit müqaviləsinə qiymət verilməmişdir. Belə ki, iddianın əsası onun faktiki və hüquqi əsaslarından ibarətdir. İddianın faktiki əsası dedikdə iddiaçının cavabdehə qarşı olan tələbini əsaslandırdığı hüquqi faktlar başa düşülür. İddia ərizəsində iddiaçının öz tələblərini əsaslandırdığı hallar hüquqi faktlar olmaqla tərəflər arasındakı mübahisəli hüquq münasibətlərinin yaranmasının, dəyişməsinin və xitamının əsası kimi çıxış edir. İddianın hüquqi əsası dedikdə - iddiaçının cavabdehə qarşı tələbinin hüquqi cəhətdən əsaslandırılması (hüquqi tövsüf) başa düşülür. Hər bir halda iddiaçının cavabdehə qarşı tələbi konkret hüquq münasibətlərindən irəli gəlir və bu münasibətlər də normativ-hüquqi aktlarla tənzimlənir. Həmçinin nəzərə alınmalıdır ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş istənilən halların deyil, məhz araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Hər hansı mülki iş üzrə məhkəmənin hüquqi dəyərləndirməsi və gəldiyi hüquqi nəticə, ifadə etdiyi hüquqi mövqe iş üzrə müəyyən edilmiş faktlar hesab edilmədiyindən eyni tərəflərin iştirak etdiyi başqa mülki iş üzrə preyudisial əhəmiyyət daşımır. Bildirmək istəyir ki, qanunvericiliyin tələblərinə görə eyni tərəflər arasında, eyni predmetə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin mövcud olması başqa əsasla məhkəməyə təkrar müraciət etmək imkanını istisna etmir. Belə ki, ilk dəfə Quba Rayon Məhkəməsində işə baxılarkən bankdan asılı olmayan səbəblərdən kredit müqavilələri təqdim edilmədiyi üçün iddia tələbi təmin olunmamışdır. Buna əsas kimi bildirmək istəyir ki, Cavabdeh1 istər Quba Rayon Məhkəməsində keçirilən iclaslarda, istərsədə Sumqayıt Kommersiya Məhkəməsində keçirilən iclaslarda çıxışı zamanı bildirmişdir ki, əvvəllər dostluq münasibətində olduğu İddiaçı ASC-nin keçmiş rəhbərliyində təmsil olunan şəxs tərəfindən bank bağlanan zaman sözügedən kredit müqavilələrinin götürüldüyünü bildirmiş və buna görə də həmin şəxsin ona narahat olmamağı tövsiyyə etdiyini bildirmişdir. Bu səbəbdən kredit müqavilələri tərəflərindən məhkəməyə təqdim oluna bilməmişdir. Halbuki, kredit müqaviləsi İddiaçı ASC ilə “X12.Azerbaijan” MMC arasında bağlandığından və həmin kredit üzrə öhdəlik “öhdəçilik müqaviləsi” əsasında Cavabdeh1 ötürüldüyündən ona münasibətdə kredit müqavilələrinin məhkəmə tərəfindən tələb olunması qanunsuz və əsassız hesab olunmalı idi. Bundan əlavə, Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(027)-367/2020 nömrəli qətnaməsindən Sumqayıt Apellyasiya Məhkəməsində bankın apellyasiya şikayəti verməsi üçün müddət bərpa ərizəsinin təmin olunmaması qərardadından verilmiş şikayət üzrə işə baxan tərkib tərəfindən kredit müqavilələrinin tapıldığı zaman yeni maddi əsas yarandığı üçün yenidən məhkəməyə müraciət etmək hüququnun olduğu bildirilmişdir. Həmin tərkibin tövsiyyəsini və qanunvericiliyin yaratdığı imkanları nəzərə alaraq kredit müqavilələri aşkar edildiyi üçün tərəfimizlərindən yenidən məhkəməyə müraciət olunmuşdur. Sumqayıt Kommersiya Məhkəməsi bu iş üzrə daha əvvəl məhkəmə qətnaməsi olduğuna görə iddia tələbi üzrə icraata xitam verərək yanlış nəticəyə gəlmişdir. Hesab edir ki, məhkəmə bu hissədə qanunvericilikdə olan prosessual məsələyə hüquqi münasibət bildirməsi üçün Konstitusiya Məhkəməsinə müraciət etməlidir. İlk dəfə İddiaçı ASC Cavabdeh1 və digərlərinə qarşı 2019-cu ildə Quba Rayon Məhkəməsinə müraciət etmişdir. Lakin məhkəməyə müraciət olunan zaman Bank xx.xx.2015-ci il tarixli Öhdəçilik Müqaviləsini məhkəməyə təqdim etsə də, onun əsası olan kredit müqavilələrini məhkəməyə təqdim edə bilmədiyinə görə Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(027)-367/2020 saylı qətnaməsi ilə kredit müqavilələri təqdim olunmadığından iddia təmin olunmamışdır. (Halbuki, öhdəçilik müqaviləsi “əqdin bəyənilməsidir” və kredit müqavilələrinin məhkəmə tərəfindən tələb olunmasının heç bir hüquqi əsası olmamışdır) Hal-hazırda eyni iş üzrə, eyni əsaslarla 2 xitam qərardadı mövcuddur. Sumqayıt Kommersiya Məhkəməsi xx.xx.2023-cü il tarixli, 2-2(119)-66/2023 saylı qərardadı ilə qüvvədə olan məhkəmə aktına yenidən qiymət vermişdir ki, bu da qanunvericiliyin tələblərinə ziddir. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-2(105)- 59/2023 saylı qüvvədə olan qərardadı mövcud olduğu halda, Sumqayıt Kommersiya Məhkəməsi xx.xx.2023-cü il tarixli, 2-2(119)-66/2023 saylı qərardadı ilə işə yenidən eyni əsaslarla xitam verməsi MPM-nin 400, 82.3 və 233.3-cü maddələrinin tələblərini pozur. Məhkəmə tərəfindən müəyyən edilmiş faktlar və hüquq münasibətləri qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Sumqayıt Kommersiya Məhkəməsinin 11 avqust 2023-cü il tarixli, 2-2(119)-66/2023 nömrəli qərardadının ləğv edilməsini, əks təqdirdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir.
13. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 14 sentyabr 2023-cü tarixli qərardadı ilə Sumqayıt Kommersiya Məhkəməsinin 11 avqust 2023-cü il tarixli e-2-2(119)-66/2023 nömrəli qərardadından verilmiş şikayətə məhkəmə iclasında baxılması qərara alınmışdır.
b) Şikayətə qarşı etirazın dəlilləri
14. Cavabdeh “X12.Azerbaijan” Məhdud Məsuliyyətli Cəmiyyəti və digər Cavabdeh1 vəkili Vəkil1 tərəfindən şikayətə qarşı yazılı etirazlar daxil olmuşdur.
15. Cavabdeh “X12.Azerbaijan” Məhdud Məsuliyyətli Cəmiyyəti etirazı onunla əsaslandırmışdır ki, Sumqayıt Kommersiya Məhkəməsinin 11 avqust 2023-cü il tarixli e- 2-2(119)-66/2023 nömrəli qərardadı tamamilə qanuni və əsaslıdır, bu səbəbdən həmin qərardad qüvvədə saxlanılmalı və iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, Sumqayıt Kommersiya Məhkəməsinin özünün də qərardadda qeyd etdiyi kimi, məhkəmə araşdırması zamanı tərəflərin izahatları və iş materialları ilə müəyyən olunmuşdur ki, ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1, X4 və “X12.Azerbaijan” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın girov predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə 2019-cu ilin noyabr ayında Quba Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, X5 və “X12.Azerbaijan” MMC-dən müştərək qaydada, xx.xx.2015-ci il tarixli 2000/15 nömrəli kredit müqaviləsinə əsasən ödənilməmiş 282.900 ABŞ dolları əsas, 31.520,07 ABŞ dolları faiz, 72.209,93 ABŞ dolları cərimə, müqavilənin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün illik beş faiz üzrə 40.390,12 ABŞ dolları borc olmaqla, cəmi 427.020,12 ABŞ dolları və xx.xx.2015-ci il tarixli 1992/15 nömrəli kredit müqaviləsinə əsasən ödənilməmiş 100.000 ABŞ dolları əsas, 11.000 ABŞ dolları faiz, 28.066,67 ABŞ dolları cərimə, müqavilənin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün illik beş faiz üzrə 14.487,27 ABŞ dolları borc olmaqla, cəmi 153.553,94 ABŞ dolları məbləğində kredit borcunun və iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması, tutmanın girov predmetinə yönəldilməsi, həmin malların açıq hərracdan satılması və satışdan əldə olunmuş vəsait hesabına ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 12 fevral 2020-ci il tarixli 2(027)-367/2020 nömrəli qətnaməsi ilə kredit müqavilələri təqdim olunmadığından iddia təmin olunmamışdır. Quba rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(027)-367/2020 nömrəli qərardadı ilə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Quba Rayon Məhkəməsinin 12 fevral 2020-ci il tarixli, 2(027)-367/2020 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizəsi təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(105)-2389/2021-ci il tarixli qərardadı ilə Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(027)-367/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, hazırkı iş üzrə iddia tələbi ilə bağlı eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəsini almış yekun məhkəmə qətnaməsi vardır. Məhkəmə qeyd etmişdir ki, mülki prosesdə iddianın predmetini – iddiaçının məhkəmədən baxılmasını və həll olunmasını xahiş etdiyi maddi hüquqi tələb təşkil edir. İddianın əsasını isə irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın “faktiki tərkibi” adlanan faktların məcmusundan ibarət olur. Hazırkı iddianın əsasını aşağıdakı hüquqi faktlar təşkil edir: 1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə “X12.Azerbaijan” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 24 noyabr 2015-ci il tarixli 1192/15 nömrəli və 09 dekabr 2015-ci il tarixli 2000/15 nömrəli təminatlı kredit müqavilələri bağlanmış; 2. Cavabdehlər həmin müqavilələr üzrə öz öhdəliklərini lazımınca icra etməmiş; 3. Bunun nəticəsində cavabdehlərin ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə kredit borcu yaranmışdır. Hazırkı iddianın predmetini isə cavabdehlər tərəfindən göstərilən müqavilələr üzrə üzərilərinə götürdükləri öhdəliklərinin lazımınca icra edilməməsi nəticəsində yaranmış kredit borcunun ödənilməsi və tutmanın girov predmetlərinə yönəldilməsi təşkil edir. Quba Rayon Məhkəməsinin 12 fevral 2020-ci il tarixli 2(027)-367/2020 nömrəli qətnaməsindən müəyyən edilmişdir ki, ləğv prosesində olan İddiaçı Açıq Cəhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1, X4 və “X12.Azerbaijan” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın girov predmetinə yönəldilməsi” tələbinə dair iddia qaldıraraq, cavabdehlər Cavabdeh1, X5 və “X12.Azerbaijan” MMCdən müştərək qaydada, xx.xx.2015-ci il tarixli 2000/15 nömrəli kredit müqaviləsinə əsasən ödənilməmiş 282.900 ABŞ dolları əsas, 31.520,07 ABŞ dolları faiz, 72.209,93 ABŞ dolları cərimə, müqavilənin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün illik beş faiz üzrə 40.390,12 ABŞ dolları borc olmaqla, cəmi 427.020,12 ABŞ dolları və xx.xx.2015-ci il tarixli 1992/15 nömrəli kredit müqaviləsinə əsasən ödənilməmiş 100.000 ABŞ dolları əsas, 11.000 ABŞ dolları faiz, 28.066,67 ABŞ dolları cərimə, müqavilənin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün illik beş faiz üzrə 14.487,27 ABŞ dolları borc olmaqla, cəmi 153.553,94 ABŞ dolları məbləğində kredit borcunun və iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması, tutmanın girov predmetinə yönəldilməsi, həmin malların açıq hərracdan satılması və satışdan əldə olunmuş vəsait hesabına ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi, Quba Rayon Məhkəməsində həmin iddiaya baxılarkən tərəflər ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu, Cavabdeh1, X4 və “X12.Azerbaijan” Məhdud Məsuliyyətli Cəmiyyəti olmuş, iddianın əsasını İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə “X12.Azerbaijan” MMC arasında 24 noyabr 2015-ci il tarixli 1192/15 nömrəli və 09 dekabr 2015-ci il tarixli 2000/15 nömrəli təminatlı kredit müqavilələrinin bağlanması, cavabdehlərin həmin müqavilələr üzrə öz öhdəliklərini lazımınca icra etməməsi və bunun nəticəsində ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə kredit borcunun yaranması, iddianın predmetini isə kredit borcunun ödənilməsi və tutmanın girov predmetlərinə yönəldilməsi təşkil etmişdir. Quba Rayon Məhkəməsinin 12 fevral 2020-ci il tarixli 2(027)-367/2020 nömrəli qətnaməsi ilə xx.xx.2015-ci il tarixli 1992/15 nömrəli və xx.xx.2015-ci il tarixli 2000/15 nömrəli kredit müqavilələri üzrə borcun tutulmasına dair iddia tələbi kredit müqavilələrinin təqdim olunmaması səbəbindən rədd edilmişdir. Hazırda həmin təminatlı kredit müqavilələrinin iddiaçı tərəfindən təqdim olunması iddianın əsasını dəyişməsi hesab oluna bilməz. Beləliklə, yuxarıda təsvir olunanlarla müəyyən olunmuşdur ki, hazırkı iş üzrə iddia tələbi ilə bağlı eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəsini almış yekun məhkəmə qətnaməsi olduğuna görə Sumqayıt Kommersiya Məhkəməsinin 11 avqust 2023-cü il tarixli e-2-2(119)-66/2023 nömrəli qərardadı ilə iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1, X4 və “X12.Azerbaijan” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın girov predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair 2-2(119)-66/2023 nömrəli kommersiya işi üzrə icraata xitam verilməsi tamamilə qanuni və əsaslı olmuşdur. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən eyni tərəflər arasında, eyni mübahisə predmeti üzrə fərqli məhkəmə icraatında baxılması mahiyyət etibarı ilə fərqli nəticələrə və sonda hüquqi müəyyənlik prinsipinin pozulmasına səbəb ola bilər (Konstitusiya Məhkəməsi Plenumunun G.İsmayılzadənin şikayəti üzrə 2016-cı il 29 noyabr tarixli Qərarı). Mülki Prosessual Məcəllənin 367.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər apellyasiya şikayətinin surəti onlara rəsmi qaydada verildikdən sonra 20 gün müddətində ona qarşı öz etiraz və ya izahatlarını məhkəməyə göndərməyə haqlıdırlar. Yuxarıda sadalananları rəhbər tutaraq, Sumqayıt Kommersiya Məhkəməsi tərəfindən qəbul edilmiş 11 avqust 2023-cü il tarixli, e-2-2(119)-66/2023 nömrəli qərardadının qüvvədə saxlanılmasını və iddiaçının şikayətinin təmin olunmamasını xahiş etmişdir.
16. Cavabdeh1 vəkili Vəkil1 etirazı onunla əsaslandırmışdır ki, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun verdiyi şikayət əsassızdır və şikayət xatirinə verildiyi üçün təmin edilməməli birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Belə ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə Quba Rayon Məhkəməsində iddia qaldırmışdır. Quba Rayon Məhkəməsinin 12 fevral 2020-ci il tarixli 2(027)-367/2020 nömrəli qətnaməsi ilə kredit müqavilələri təqdim olunmadığından iddia təmin olunmamışdır. Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(027)-367/2020 nömrəli qərardadı ilə iddiaçının Quba Rayon Məhkəməsinin 12 fevral 2020-ci il tarixli, 2(027)- 367/2020 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizəsi təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(105)-2389/2021-ci il tarixli qərardadı ilə Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(027)-367/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bununla da iddiaçı tərəf artıq təkrar eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə iddianın qaldırılması müvafiq hüquqi nəticə ilə yekunlaşmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 261.0.2ci maddəsinin tələblərinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Göründüyü kimi, qeyd edilən norma icra edilməsi tələbinə görə imperativ norma hesab olunur ki, bu halda da konkret davranış qaydası müəyyən edilir və olduğu kimi icra edilməlidir. Qeyd edilən normanın şərti kimi 3 əsas elementin eyni olması tələbidir: 1) tərəflər, 2) predmet və 3) əsas. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 27 avqust 2012-ci il tarixli Qərarında deyilir: Qüvvədə olan prosessual qanunvericilikdə iddianı fərdiləşdirən iki elementə rast gəlmək olar: iddianın predmeti və onun əsası (məsələn, MPM-in 53, 153-cü maddələri). Bu elementlər nəinki iddianı, həmçinin iş üzrə prosesin özünü konkretləşdirməyə, onun həcmini, xarakterini, məhkəmənin fəaliyyətinin istiqamətini və xüsusiyyətlərini müəyyən etməyə imkan verir. Prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. İddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur. Bu kontekstdə hesab edirik ki, Quba Rayon Məhkəməsi kredit müqavilələri (hətta iddiaçıdan asılı olmayan səbəblərdən olduğu halda belə) təqdim olunmadığından iddia tələbini haqlı olaraq rədd etmişdir. Sonradan isə həmin müqavilələrin təqdim olunması yeni əsas kimi qiymətləndirilməməli, və işə mahiyyəti üzrə baxmalmamalı və iş üzrə icraata xitam verməlidir. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında qanunverici tərəfindən hər hansı ictimai münasibətlərin tənzimlənməsinə dair normativ hüquqi aktlar qəbul edilməsi zamanı hüquqi dövlətin ali prinsiplərindən olan hüquqi müəyyənlik prinsipinə riayət edilməsinin vacibliyi xüsusi vurğulanmışdır. Başqa bir məsələ hüquqi müəyyənlik prinsipi aspektidir. Belə ki, Hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu, öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarının müdafiə ediləcəyinə, hüquq tətbiqedənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. Bunun əksi, yəni hüquq normasının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmədə məhdudiyyətsiz mülahizə üçün imkan yaratmaqla, hər bir normativ hüquqi aktın əsasında dayanmalı olan qanunun aliliyi, qanun və məhkəmə qarşısında bərabərlik və ədalət prinsiplərinin pozulmasına gətirib çıxara bilər (Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 180.3-cü maddəsinin müddəalarının şərh edilməsinə dair” 2008-ci il 22 sentyabr və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2012-ci il 2 aprel tarixli Qərarları). Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qanunun aydın və proqnozlaşdırıla bilən olması hüquqi dövlətin vacib təzahürlərindən biri olan qanunun ümumiliyini təmin etmək zərurəti ilə uzlaşmalıdır. Nəzərə almaq lazımdır ki, qanunun mətninin mütləq aydınlığı (qanunvericinin bütün mümkün ola biləcək həyati halları qanunda nəzərdə tutması) qeyri-realdır. Bu səbəbdən qanunda ümumi anlayışlardan istifadə edilməsi qaçılmazdır. Belə ki, məhkəmə təcrübəsinin vahidliyini təmin etmək məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 14 iyun 2022-ci il tarixli, 02/2022 №-li Qərardadını misal gətirmək istərdim. X3 nəinki eyni tərəflər arasında, eyni predmet barəsində və eyni tərəflər üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin mövcudluğu təqdirdə hakim iş üzrə icraata xitam verilməsindən, daha irəli gedərək əqd əsaslanan tələb üzrə artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcud olduqda – həmin əqdin etibarsızlığı üzrə tələbin yol verilməməsi qərarına gəlmişdir. Belə ki, sözügedən Qərardadın 5-ci hissəsində deyilir: “Digər hüquqi mövqe isə ondan ibarət olmuşdur ki, kredit müqavilələri üzrə verilmiş borcun tutulmasına dair iddia ərizələri məhkəmənin icraatına qəbul edildikdən və yaxud həmin iddialar üzrə məhkəmə qətnaməsi qəbul edildikdən sonra eyni tərəflər arasında ayrıca icraatda kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizələrinin icraata qəbul edilməsi və həmin işlərə mahiyyəti üzrə baxılması hüquqi müəyyənlik prinsipinə uyğun deyildir. Belə ki, kredit borcunun tutulması tələbinə dair işə baxan məhkəmə mübahisəni mahiyyəti üzrə həll edərkən iddianın əsaslı olub-olmadığını müəyyən etmək üçün ilk növbədə bu tələbin əsasını təşkil edən etibarlı borc müqaviləsinin bağlanıb-bağlanmadığını müəyyən etmək vəzifəsi daşıyır və həmin vəzifəni yerinə yetirməklə tələbin qanuni və əsaslı olmasına hüquqi qiymət verir. Ona görə də bu mübahisəyə baxılan vaxt və yaxud baxıldıqdan sonra ayrıca icraatda kredit müqaviləsinin etibarsız hesab edilməsinə dair ayrıca iddia tələbinin irəli sürülməsi və həmin tələblərə mahiyyəti üzrə baxılması prosessual qanunvericiliyin normaları baxımdan mümkün deyildir. Sumqayıt Kommersiya Məhkəməsinin 11 avqust 2023-cü il tarixli, 2-2(119)-66/2023 nömrəli qərardadından iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş şikayətin təmin edilməməsi, Sumqayıt Kommersiya Məhkəməsinin 11 avqust 2023-cü il tarixli, 2-2(119)-66/2023 nömrəli qərardadının dəyişdirilmədən saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
17. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə3 şikayəti müdafiə edərək təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
18. Cavabdeh “X12.Azerbaijan” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil2 şikayətə etirazın dəlillərini müdafiə edərək edərək şikayətin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.
19. Cavabdeh1 və onun vəkili Vəkil1 şikayətə etirazın dəlillərini müdafiə edərək edərək şikayətin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdilər.
20. İş üzrə cavabdeh X4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.
21. Apellyasiya baxışının hədləri Şikayətdən görünür ki, apellyator Sumqayıt Kommersiya Məhkəməsinin 11 avqust 2023-cü il tarixli, 2-2(119)-66/2023 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Odur ki, kollegiya Sumqayıt Kommersiya Məhkəməsinin 11 avqust 2023-cü il tarixli, 2- 2(119)-66/2023 nömrəli qərardadının tam yoxlanılmasını vacib hesab edir.
Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM):
Maddə 261.0.2. Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Maddə 357.1 Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə;
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun Qərarı : İddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Kommersiya Məhkəməsinin 11 avqust 2023-cü il tarixli, 2-2(119)-66/2023 nömrəli və bununla bağlı 25 avqust 2023-cü il tarixli, 2-2(119)-66/2023 nömrəli qərardadları dəyişdirilmədən saxlanılmalıdır.
25. Göründüyü kimi birinci instansiya məhkəməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəsini almış yekun məhkəmə qətnaməsinin olması əsası ilə çıxış edərək işi üzrə icraata xitam vermiş və mövqeyini bununla əsaslandırmışdır ki, Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1, X4 və “X12.Azerbaijan” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın girov predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə 2019-cu ilin noyabr ayında Quba Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, X5 və “X12.Azerbaijan” MMC-dən müştərək qaydada xx.xx.2015-ci il tarixli 2000/15 nömrəli kredit müqaviləsinə əsasən ödənilməmiş 282.900 ABŞ dolları əsas, 31.520,07 ABŞ dolları faiz, 72.209,93 ABŞ dolları cərimə, müqavilənin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün illik beş faiz üzrə 40.390,12 ABŞ dolları borc olmaqla, cəmi 427.020,12 ABŞ dolları və xx.xx.2015-ci il tarixli 1992/15 nömrəli kredit müqaviləsinə əsasən ödənilməmiş 100.000 ABŞ dolları əsas, 11.000 ABŞ dolları faiz, 28.066,67 ABŞ dolları cərimə, müqavilənin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün illik beş faiz üzrə 14.487,27 ABŞ dolları borc olmaqla, cəmi 153.553,94 ABŞ dolları məbləğində kredit borcunun və iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması, tutmanın girov predmetinə yönəldilməsi, həmin malların açıq hərracdan satılması və satışdan əldə olunmuş vəsait hesabına ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 12 fevral 2020-ci il tarixli 2(027)-367/2020 nömrəli qətnaməsi ilə kredit müqavilələri təqdim olunmadığından iddia təmin olunmamışdır.
26. Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(027)-367/2020 nömrəli qərardadı ilə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Quba Rayon Məhkəməsinin 12 fevral 2020-ci il tarixli, 2(027)-367/2020 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizəsi təmin edilməmişdir.
27. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(105)- 2389/2021-ci il tarixli qərardadı ilə Quba rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(027)-367/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
28. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mülki prosesdə iddianın predmetini – iddiaçının məhkəmədən baxılmasını və həll olunmasını xahiş etdiyi maddi hüquqi tələb təşkil edir. İddianın əsasını isə irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın “faktiki tərkibi” adlanan faktların məcmusundan ibarət olur.
29. Hazırkı iddianın əsasını aşağıdakı hüquqi faktlar təşkil edir: 1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə “X12.Azerbaijan” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 24 noyabr 2015-ci il tarixli 1192/15 nömrəli və 09 dekabr 2015-ci il tarixli 2000/15 nömrəli təminatlı kredit müqavilələri bağlanmış; 2. Cavabdehlər həmin müqavilələr üzrə öz öhdəliklərini lazımınca icra etməmiş; 3. Bunun nəticəsində cavabdehlərin ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə kredit borcu yaranmışdır.
30. Hazırkı iddianın predmetini isə cavabdehlər tərəfindən göstərilən müqavilələr üzrə üzərilərinə götürdükləri öhdəliklərinin lazımınca icra edilməməsi nəticəsində yaranmış kredit borcunun ödənilməsi və tutmanın girov predmetlərinə yönəldilməsi təşkil edir.
31. Quba Rayon Məhkəməsinin 12 fevral 2020-ci il tarixli 2(027)-367/2020 nömrəli qətnaməsindən müəyyən edilir ki, ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1, X4 və “X12.Azerbaijan” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın girov predmetinə yönəldilməsi” tələbinə dair iddia qaldıraraq, cavabdehlər Cavabdeh1, X5 və “X12.Azerbaijan” MMC-dən müştərək qaydada, xx.xx.2015-ci il tarixli 2000/15 nömrəli kredit müqaviləsinə əsasən ödənilməmiş 282.900 ABŞ dolları əsas, 31.520,07 ABŞ dolları faiz, 72.209,93 ABŞ dolları cərimə, müqavilənin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün illik beş faiz üzrə 40.390,12 ABŞ dolları borc olmaqla, cəmi 427.020,12 ABŞ dolları və xx.xx.2015-ci il tarixli 1992/15 nömrəli kredit müqaviləsinə əsasən ödənilməmiş 100.000 ABŞ dolları əsas, 11.000 ABŞ dolları faiz, 28.066,67 ABŞ dolları cərimə, müqavilənin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün illik beş faiz üzrə 14.487,27 ABŞ dolları borc olmaqla, cəmi 153.553,94 ABŞ dolları məbləğində kredit borcunun və iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması, tutmanın girov predmetinə yönəldilməsi, həmin malların açıq hərracdan satılması və satışdan əldə olunmuş vəsait hesabına ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi, Quba Rayon Məhkəməsində həmin iddiaya baxılarkən tərəflər ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu, Cavabdeh1, X4 və “X12.Azerbaijan” Məhdud Məsuliyyətli Cəmiyyəti olmuş, iddianın əsasını İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə “X12.Azerbaijan” MMC arasında 24 noyabr 2015-ci il tarixli 1192/15 nömrəli və 09 dekabr 2015-ci il tarixli 2000/15 nömrəli təminatlı kredit müqavilələrinin bağlanması, cavabdehlərin həmin müqavilələr üzrə öz öhdəliklərini lazımınca icra etməməsi və bunun nəticəsində ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə kredit borcunun yaranması, iddianın predmetini isə kredit borcunun ödənilməsi və tutmanın girov predmetlərinə yönəldilməsi təşkil etmişdir.
32. Quba Rayon Məhkəməsinin 12 fevral 2020-ci il tarixli 2(027)-367/2020 nömrəli qətnaməsi ilə xx.xx.2015-ci il tarixli 1992/15 nömrəli və xx.xx.2015-ci il tarixli 2000/15 nömrəli kredit müqavilələri üzrə borcun tutulmasına dair iddia tələbi kredit müqavilələrinin təqdim olunmaması səbəbindən rədd edilmişdir. Hazırda həmin təminatlı kredit müqavilələrinin iddiaçı tərəfindən təqdim olunması iddianın əsasının dəyişməsi hesab oluna bilməz.
33. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosesual normaların tətbiqində pozuntuya yol verilməmişdir, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, nəticədə düzgün və əsaslı məhkəmə aktı qəbul edilmişdir.
34. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşdığından, eləcə də şikayətin dəlillərində göstərilən hallara birinci instansiya məhkəməsi tərəfindən araşdırılaraq qiymət verildiyindən, şikayətinin dəlilləri üzrə təkrar ayrıca hüquqi dəyərləndirmə aparmağa proesesual qənaət prinsipi baxımından lüzum görmür.
35. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları ümumiləşdirərək bu nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərardadını qəbul edərkən birinci instansiya məhkəməsi hər hansı bir yanlışlığa yol verməmiş, prosessual normanı düzgün tətbiq etmişdir. Məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas yoxdur. Odur ki, şikayət təmin edilməməlidir.
36. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə r a r a a l d ı:
İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 11 avqust 2023-cü il tarixli, 2-2(119)-66/2023 nömrəli və bununla bağlı 25 avqust 2023-cü il tarixli, 2-2(119)-66/2023 nömrəli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.