Məhkəmə qərarları › İş №2-2(105)-135/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-135/2023

16.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-135/2023 16.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zaur İkram oğlu, hakimlər X1 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-36/2023 nömrəli, 01 avqust 2023-cü il tarixli qətnaməsindən iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 20 may 2019-cu il tarixli 027L**********22 nömrəli Uzunmüddətli Kredit Müqaviləsindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – “Kredit verən”, Cavabdeh2-“Kredit alan” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən, Bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün (bundan sonra «kredit» adlandırılacaq) Kredit Alana 120 (yüz iyirmi) ay müddətinə 150000 (yüz əlli min) manat məbləğində kredit xətti (bundan sonra «kredit xətti» adlandırılacaq) açmışdır. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən, kreditlər tərəflər arasında «Kredit Razılaşması», «Bank qarantiyası verilməsi haqqında müqavilə», «Akkreditiv açılması üçün razılaşma» və «Bank hesabının kreditləşməsi barədə razılaşma» formasında bağlanacaq ayrıca Razılaşmalar (bundan sonra «Kredit Razılaşmaları») əsasında veriləcək. X7 kredit vermək vədini ifadə etmir. Həmin Müqavilənin 1.4-cü bəndinə əsasən, verilən hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtləri hər dəfə tərəflər arasında bağlanan və bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan Kredit Razılaşmaları ilə müəyyən edilir.

2. 20 may 2019-cu il tarixli 027S**********03 nömrəli Zaminlik Müqaviləsindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti- “Bank”, Cavabdeh1 – “Zamin” olmaqla, bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh1 zamin olaraq borcalan Cavabdeh2 20 may 2019-cu il tarixli 027L**********22 nömrəli Uzunmüddətli Kredit Müqaviləsi əsasında alınan kreditlər üzrə Bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsinə görə Borcalanla birgə məsuliyyəti öz üzərinə götürmüşdür.

3. 20 may 2019-cu il tarixli 027L**********22 nömrəli Uzunmüddətli Kredit Müqaviləsi əsasında bağlanmış 28 yanvar 2020-ci il tarixli 027R********** nömrəli Kredit Razılaşmasından görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – “Kredit verən”, Cavabdeh2-“Kredit alan” olmaqla, bağlanmış həmin Razılaşmaya əsasən fərdi mikro kredit məqsədilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan borcalan Cavabdeh2 (VÖEN **********) 24 ay müddətinə aylıq 2% dərəcəsi ilə 22000 (iyirmi iki min) manat məbləğində kredit verilmişdir. Həmin Razılaşmanın 1.2-ci bəndinə əsasən, Kredit alan bu Kredit Razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilmiş Ödəniş Planına («Ödəniş Planı») əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə Banka qaytarmağı öz öhdəsinə götürür. Həmin Razılaşmanın 4.2.2-ci bəndinə əsasən, Ödəniş Planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməyə bocludur.

4. 28 yanvar 2020-ci il tarixli 027R********** nömrəli Kredit Razılaşması üzrə alınan kreditin və ona hesablanmış faizlərin 28 yanvar 2020-ci il tarixli Ödəniş Planından (Ödəniş Cədvəlindən) görünür ki, kredit alan Cavabdeh2 Banka olan borcunun müvafiq qrafikə əsasən aylar üzrə müəyyən edilmiş məbləğlərdə (hər ay 1168 manat məbləğində olmaqla) və müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuşdur və həmin Ödəniş Planını kredit alan Cavabdeh2 imza etmişdir. X6 əsasən ödənişin son tarixi 28 yanvar 2022-ci il müəyyən olunmuşdur (həmin Ödəniş Planı zamin Cavabdeh1 tərəfindən də imzalanmışdır).

5. 20 aprel 2020-ci il tarixli 027R**********S nömrəli “Kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi” haqqında Sazişdən və həmin Saziş üzrə tərtib edilmiş 20 aprel 2020-ci il tarixli yeni Ödəniş Planından görünür ki, kredit alan Cavabdeh2 28 yanvar 2020ci il tarixli 027R********** nömrəli Kredit Razılaşması üzrə verilmiş kreditin 20 aprel 2020-ci il tarixli Ödəniş Planı əsasında aylar üzrə müəyyən edilmiş məbləğlərdə (hər ay 1156 manat məbləğində olmaqla) və müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuşdur və həmin Ödəniş Planını kredit alan Cavabdeh2 imza etmişdir. X6 əsasən ödənişin son tarixi 28 mart 2022-ci il müəyyən olunmuşdur (həmin Ödəniş Planı zamin Cavabdeh1 tərəfindən də imzalanmışdır).

6. 16 sentyabr 2020-ci il tarixli 027R**********SA nömrəli “Kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi” haqqında Sazişdən və həmin Saziş üzrə tərtib edilmiş 16 sentyabr 2020-ci il tarixli yeni Ödəniş Planından görünür ki, borcalan Cavabdeh2 28 yanvar 2020-ci il tarixli 027R********** nömrəli Kredit Razılaşması üzrə verilmiş kreditin 16 sentyabr 2020-ci il tarixli Ödəniş Planı əsasında aylar üzrə müəyyən edilmiş məbləğlərdə (hər ay 1153 manat məbləğində, sonuncu ay isə 2004,84 manat məbləğində olmaqla) və müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuşdur və həmin Ödəniş Planını borcalan Cavabdeh2 imza etmişdir. X6 əsasən ödənişin son tarixi 30 avqust 2022-ci il müəyyən olunmuşdur (həmin Ödəniş Planı zamin Cavabdeh1 tərəfindən də imzalanmışdır).

7. 14 dekabr 2020-ci il tarixli 027R**********SB nömrəli “Kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi” haqqında Sazişdən və həmin Saziş üzrə tərtib edilmiş 14 dekabr 2020-ci il tarixli yeni Ödəniş Planından görünür ki, borcalan Cavabdeh2 28 yanvar 2020-ci il tarixli 027R********** nömrəli Kredit Razılaşması üzrə verilmiş kreditin 14 dekabr 2020-ci il tarixli Ödəniş Planı əsasında aylar üzrə müəyyən edilmiş məbləğlərdə (hər ay 1156 manat məbləğində, sonuncu ay isə 3614,87 manat məbləğində olmaqla) və müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuşdur və həmin Ödəniş Planını borcalan Cavabdeh2 imza etmişdir. X6 əsasən ödənişin son tarixi 30 yanvar 2023-cü il müəyyən olunmuşdur (həmin Ödəniş Planı da zamin Cavabdeh1 tərəfindən imzalanmışdır).

8. 25 iyun 2021-ci il tarixli 027R**********SC nömrəli “Kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi” haqqında Sazişdən və həmin Saziş üzrə tərtib edilmiş 25 iyun 2021-ci il tarixli yeni Ödəniş Planından görünür ki, borcalan Cavabdeh2 28 yanvar 2020-ci il tarixli 027R********** nömrəli Kredit Razılaşması üzrə verilmiş kreditin 25 iyun 2021-ci il tarixli Ödəniş Planı əsasında aylar üzrə müəyyən edilmiş məbləğlərdə (hər ay 1156 manat məbləğində, sonuncu ay isə (12 iyul 2022-ci ildə) 15327,29 manat məbləğində birdəfəlik ödəniş edilməklə) və müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuşdur və həmin Ödəniş Planını borcalan Cavabdeh2 imza etmişdir. X6 əsasən ödənişin son tarixi 12 iyul 2022-ci il müəyyən olunmuşdur (həmin Ödəniş Planı isə zamin Cavabdeh1 tərəfindən imzalanmamışdır).

9. 26 sentyabr 2022-ci il tarixli 1588 nömrəli Maliyyə Arayışından görünür ki, borcalan Cavabdeh2 28 yanvar 2020-ci il tarixli 027R********** nömrəli Kredit Razılaşması üzrə 07 iyun 2022-ci il tarixə borcverən İddiaçı QSC-yə 19273,34 manat məbləğində əsas borc, 5658,55 manat məbləğində faiz borcu və 8993,07 manat məbləğində cərimə borcu olmaqla, cəmi 33924,96 manat məbləğində borcu vardır (cərimə hesablanmış gecikdirilən günlərin sayı: 270 gün).

10. Məhkəmənin 24 yanvar 2023-cü il tarixli qərardadı ilə məhkəmə-xətşünaslıq ekspertizası və mübahisənin obyektiv həlli məqsədi ilə 28 yanvar 2020-ci il tarixli 027R********** nömrəli Kredit Razılaşması üzrə tələb edilən borcun düzgün hesablanıbhesablanmamasının müəyyən edilməsi üçün məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.

11. Məhkəmə-mühasibatlıq ekspertizasının 24 fevral 2023-cü il tarixli 9/1032 nömrəli ekspert rəyindən görünür ki, borc alan Cavabdeh2 ilə borcverən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış 28 yanvar 2020ci il tarixli 027R********** nömrəli Kredit Razılaşması (həmin Razılaşma üzrə imzalanmış 25 iyun 2021-ci il tarixli sonuncu Sazişin şərtləri və müvafiq Ödəniş Planları nəzərə alınmaqla) üzrə Cavabdeh2 07 iyun 2022-ci il tarixə (sualda göstərilən tarixə) Banka olan borcu ümumilikdə aşağıdakı kimi müəyyən olunmuşdur: - 07 iyun 2022-ci il tarixə (sualda qeyd edilən tarixə) - əsas borc üzrə 20097,22 manat və faiz borcu üzrə 6695,22 manat.

12. Məhkəmə-xətşünaslıq ekspertizasının 21 iyun 2023-cü il tarixli 4/995 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş 20 may 2019-cu il tarixli 027L**********22 nömrəli Uzunmüddətli Kredit Müqaviləsi və həmin Müqavilə əsasında tərtib edilmiş Razılaşmada, Sazişlərdə, Ödəniş Planlarında və digər sənədlərdə kredit alan Cavabdeh2 aid edilən imzaların hamısı eyni şəxs tərəfindən, yəni Cavabdeh2 tərəfindən icra olunmuşdur (çəkilmişdir).

Birinci instansiya məhkəməsindəki icraat

13. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti 04 oktyabr 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 027R********** saylı Krеdit Razılaşması üzrə 19273,34 manat məbləğində krеdit bоrcu, 5658,55 manat məbləğində faiz bоrcu və 8993,07 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 33924,96 (otuz üç min doqquz yüz iyirmi dörd manat 96 qəpik) manat məbləğində bоrcun və mediasiya prosesi ilə əlaqədar ödənilmiş 210 manat məbləğində mediasiya xərcinin tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

14. İddia tələbi onunla əsaslandırılmışdır ki, kredit alan Cavabdeh2 kredit verən İddiaçı QSC tərəfindən 20 may 2019-cu il tarixli 027L**********22 saylı Uzunmüddətli Kredit Müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 150000 (yüz əlli min) manat məbləğində krеdit хətti açılmışdır. Bu Müqaviləyə əsasən kredit alana vеriləcək məbləğ və müddət ayrıca оlaraq Krеdit Razılaşması ilə müəyyən оlunur. Uzunmüddətli Kredit Müqaviləsi üzrə borc alan Cavabdeh2 kredit verən İddiaçı QSC ilə bağlanmış 28 yanvar 2020-ci il tarixli 027R********** saylı Krеdit Razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2 % оlmaqla, Ödəniş Planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 22000 (iyirmi iki min) manat məbləğində krеdit götürmüşdür. Tərəflərin imzaladıqları 20 aprel 2020-ci il tarixli 027R**********S saylı, 16 sentyabr 2020-ci il tarixli 027R**********SA saylı, 14 dekabr 2020-ci il tarixli 027R**********SB saylı və 25 iyun 2021-ci il tarixli 027R**********SC saylı Sazişlərlə həmin Razılaşmaya və Ödəniş Planına dəyişiklik edilmişdir. Lakin, borcalan Cavabdeh2 Krеdit Razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri 10 sentyabr 2021-ci il tarixdən etibarən Banka qaytarmamışdır. Kredit alan Cavabdeh2 götürdüyü krеdit üzrə bоrcundan 2726,66 manat məbləğində ödəniş etmiş və onun 19273,34 manat məbləğində əsas kredit borcu qalmışdır. Kredit Razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün Bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirilir ki, borcalan Cavabdeh2 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 07 iyun 2022-ci il tarixə 270 gün üçün hesablanmış faiz borcu 5658,55 manat təşkil edir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu Ödəniş Planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda, hər gеcikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. 07 iyun 2022-ci il tarixə 270 gün üçün hеsablanmış cərimə 8993,07 manat təşkil edir. Uzunmüddətli Krеdit Müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən krеdit alan müvafiq оlaraq krеditi və faizi Ödəniş Planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə borc alan Cavabdeh2 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеh Cavabdeh1 Zaminlik müqaviləsinə əsasən Bank qarşısında üzərinə məsuliyyət götürmüşdür. Cavabdеh Cavabdeh1 həmin Zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən yuхarıda göstərilən Uzunmüddətli Kredit Müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün Bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidir. Cavabdehlərə müvafiq qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar müqavilə üzrə yaranmış borcu ödəməmişlər. Həmçinin, tərəflər arasında olan hazırkı mübahisə kommersiya mübahisəsi olduğundan, məhkəməyə müraciət olunmamışdan əvvəl iddiaçı tərəfindən bu mübahisə ilə əlaqədar mediasiya prosesinin təşkil olunmasına baxmayaraq, mediasiya vasitəsi ilə də mübahisənin həll edilməsi mümkün olmamış və mediasiya xərcləri olaraq İddiaçı QSC tərəfindən mediatora 210 manat haqq ödənilmişdir.

15. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və cavabdеhlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 027R********** nömrəli Krеdit Razılaşması üzrə 19273,34 manat məbləğində krеdit bоrcu, 5658,55 manat məbləğində faiz bоrcu və 8993,07 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 33924,96 manat məbləğində bоrcun və mediasiya prosesi ilə əlaqədar ödənilmiş 210 manat məbləğində mediasiya xərcinin tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

16. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qismən qəbul etdiyini, hüquqi şəxs yaratmadan məşğul olduğu fərdi sahibkarlıq fəaliyyəti ilə əlaqədar İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən 22000 manat məbləğində aldığı kredit üzrə işində yaranmış problemlərə görə vaxtlı-vaxtında ödənişlər edə bilmədiyini və buna görə də müqavilə müddətinin bitməsinə baxmayaraq aldığı krediti tam qaytara bilmədiyini, lakin hazırkı iddia ərizəsi üzrə ondan yalnız əsas borcun tutulmasına razı olsa da, iddia tələbi ilə qalan hissədə, yəni faiz və cərimə borcunun tutulması hissəsində razı olmadığını bildirərək, məhkəmədən yalnız əsas borcun tutulması və tələb olunan faiz və cərimə borcunun isə silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

17. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-36/2023 nömrəli, 01 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakim Zülfüqar Sadiqov) iddianın qismən təmin edilməsi, Cavabdeh2 (VÖEN **********) 19273,34 (on doqquz min iki yüz yetmiş üç manat 34 qəpik) manat məbləğində əsas borc, 5658,55 (beş min altı yüz əlli səkkiz manat 55 qəpik) manat məbləğində faiz borcu, 1000 (min) manat məbləğində cərimə və mediasiya ilə əlaqədar ödənilmiş 210 (iki yüz on) manat məbləğində xidmət haqqı olmaqla, cəmi 26141,89 (iyirmi altı min yüz qırx bir manat 89 qəpik) manat məbləğində pul vəsaitinin İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh2 dövlət nəfinə 167,79 (yüz altmış yeddi manat 79 qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq, Dövlət Büdcəsinə ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 238 (iki yüz otuz səkkiz) manat məbləğində pul vəsaitinin Cavabdeh2 dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir.

18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, 28 yanvar 2020-ci il tarixli 027R********** nömrəli Kredit Razılaşması üzrə verilən kreditin qaytarılması ilə əlaqədar Bankla kredit alan Cavabdeh2 arasında sonuncu dəfə imzalanmış və əvvəlki Ödəniş Planından qaytarılmalı borcun müddəti və məbləği üzrə ciddi fərqli şərtlərin müəyyən olunduğu sonuncu 25 iyun 2021-ci il tarixli 027R**********SC nömrəli “Kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi” haqqında Saziş və həmin Saziş üzrə tərtib edilmiş 25 iyun 2021-ci il tarixli yeni Ödəniş Planı ilə zamin Cavabdeh1 tanış edilməsi və həmin Saziş və Ödəniş Planında müəyyən edilən şərtlərlə əlaqədar Zaminin razılığının alınması təsdiq edilmir. Belə ki, əvvəlki “Ödəniş Planı” sənədləri (həmin imza ilə birlikdə yazılmış qeydlərdən görünür ki, o, zamin olaraq qeyd olunan sənədlərlə tanış edilmiş və həmin sənədlərə öz razılığını bildirmişdir) olsa da, 25 iyun 2021-ci il tarixli 027R**********SC nömrəli “Kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi” haqqında Sazişin (sonuncu Sazişin) və həmin Saziş üzrə tərtib edilmiş 25 iyun 2021-ci il tarixli yeni Ödəniş Planının (sonuncu Ödəniş Planının) zamin Cavabdeh1 təqdim olunması və onun zamin qismində həmin sənədləri imza edərək tanış olması - iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərlə öz təsdiqini tapmamışdır. Yəni, iş materiallarında olan sənədlərlə müəyyən olunur ki, 28 yanvar 2020ci il tarixli 027R********** nömrəli Kredit Razılaşması üzrə kredit alan Cavabdeh2 ilə kredit verən İddiaçı QSC arasında tərtib edilərək təsdiq olunmuş 25 iyun 2021-ci il tarixli Saziş, eləcə də həmin sonuncu Saziş üzrə ödənişlərin məbləğini və müddətini müəyyən edən 25 iyun 2021-ci il tarixli sonuncu “Ödəniş Planı” sənədi zamin Cavabdeh1 tərəfindən imzalanmamışdır və iş materialları ilə Cavabdeh1 “Zamin” olaraq qeyd olunan həmin sənədlərlə tanış edilməsi təsdiq olunmamışdır (24 yanvar 2023-cü ildə keçirilən məhkəmə baxış iclasında iştirak etmiş Cavabdeh1 verilən suallara cavab olaraq 25 iyun 2021-ci il tarixli Saziş və Ödəniş Planı barədə məlumatlı olmadığını və zamin qismində həmin sənədlərlə tanış edilmədiyini bildirmişdir). Halbuki, Bankla həmin Zamin arasında 20 may 2019-cu il tarixli Zaminlik Müqaviləsi 150000 (yüz əlli min) manat məbləğində kredit xəttinin açılması ilə əlaqədar bağlanmış 20 may 2019-cu il tarixli 027L**********22 nömrəli Uzunmüddətli Kredit Müqaviləsi üzrə imzalanmış olsa da, hazırkı iddia tələbi üzrə iddianın əsaslandırıldığı 28 yanvar 2020-ci il tarixli 027R********** nömrəli Kredit Razılaşması üzrə imzalanmış 25 iyun 2021-ci il tarixli 027R**********SC nömrəli “Kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi” haqqında Saziş və həmin Saziş üzrə tərtib edilmiş 25 iyun 2021-ci il tarixli yeni Ödəniş Planında Kredit Razılaşması üzrə ödənişin son tarixi 30 yanvar 2023-cü il tarixindən 12 iyul 2022-ci il tarixinədək azaldılmış və ödənişin son tarixi olan 12 iyul 2022-ci ildə kredit alan Cavabdeh2 tərəfindən 15327,29 (on beş min üç yüz iyirmi yeddi manat 29 qəpik) manat məbləğində birdəfəlik ödəniş edilməsi nəzərdə tutulmuşdur. Təsvir olunan bu hallar üzrə 24 yanvar 2023-cü ildə keçirilən məhkəmə iclasında iddiaçının nümayəndəsinin suallara cavab olaraq qeyd etdiyi "borcalanla imzalanmış sonuncu Sazişin bağlanmasında zamin Cavabdeh1 imzasına ehtiyac yoxdur, çünki bu Saziş zaminin vəziyyətini pisləşdirmir" izahatının əksinə olaraq, 25 iyun 2021-ci il tarixli sonuncu Ödəniş Planında zamin Cavabdeh1 vəziyyətini çətinləşdirən və onun məsuliyyətinin artmasına, eləcə də onun üçün digər əlverişsiz nəticələrə səbəb olan şərtlər mövcud olmuşdur. Həmçinin, məhkəmə bununla əlaqədar qeyd etməyi lazım bilir ki, 14 dekabr 2020-ci il tarixli 027R**********SB nömrəli “Kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi” haqqında Saziş üzrə tərtib edilmiş və zamin Cavabdeh1 tərəfindən də imzalanmış 14 dekabr 2020-ci il tarixli Ödəniş Planında “kreditin hər ay 1156 manat məbləğində, sonuncu ay isə 3614,87 manat məbləğində olmaqla 30 yanvar 2023-cü il tarixinədək ödənilməsi” nəzərdə tutulduğu halda, həmin Zaminin imzalamadığı (tanış edilmədiyi) 25 iyun 2021-ci il tarixli sonuncu Ödəniş Planında isə “kreditin hər ay 1156 manat məbləğində, sonuncu ay isə 15327,29 manat məbləğində olmaqla 12 iyul 2022-ci il tarixinədək ödənilməsi” nəzərdə tutulmuşdur. Göründüyü kimi, bu şərtlər, yəni “qaytarılmalı kredit üzrə sonuncu ödənişin təxminən 5 dəfə artırılması” və “müddətin isə 6 aydan çox qısaldılması” - birmənalı olaraq Zaminin vəziyyətini ağırlaşdıran və pisləşdirən şərtlər kimi qiymətləndirilməlidir.

19. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 739.1, 739.2, 470.1,472.1, 472.3, 477.0, 477.0.1, 385.1, 425.1, 425.2, 427.3, 430.1, 442, 443.1, 445.1, 448, 462.1, 465.2, 467, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsi, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 103.1, 106.1, 217.3, 217.4, 218.3, 119.1, 119.2, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3, 9.1-1-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.

20. Qətnamədən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək, qətnamənin Cavabdeh1 aid hissəsində ləğv edilməsi və həmin hissədə də iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

21. Apellyasiya şikayəti aşağıdakı dəlillərlə əsaslandırılmışdır: - Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 477.1-ci maddəsinin düzgün tətbiq edilməməsi- İstinad olunan maddəyə əsasən “...zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda, zaminliyə xitam verilir.” Zaminliyə xitam verilməsi üçün qeyd olunan maddi hüquq normasının dispozitiv şərti ondan ibarətdir ki, zaminin razılığı olmadan öhdəlik dəyişdirilmiş olsun və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olsun. Hazırkı kommersiya mübahisəsi üzrə təqdim edilən sənədlərdən aşkardır ki, zamin-cavabdehin vəziyyətini ağırlaşdıran hər hansı bir dəyişiklik mövcud deyil. İş materiallarına əlavə edilmiş zaminlik müqaviləsindən göründüyü kimi, tərəflər arasında zaminlik müqaviləsi ilə zaminin öhdəliyi 150000 manat məbləğində, 120 ay müddətində28 % dərəcəsi ilə müəyyən edilmiş və razılaşdırılmışdır. Məhkəmə AR MM-nin 477.0.1-ci maddəsinə istinad etsə də, həmin maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun (bundan sonra Plenum) “Azərbaycan Respublikası Mülki M əcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin hazırda mübahisələndirilən məhkəmə qətnaməsində Plenumun müvafiq Qərarına istinad edilsə də, məhkəmə yekun məhkəmə aktı qəbul edən zaman həmin Qərarda ifadə olunmuş mövqelərə zidd nəticəyə gəlmişdir. Belə ki, 31 may 2018-ci il tarixli Qərarda qeyd edilmişdir ki, “...Zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.)yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır.” “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 31 may 2018-ci il tarixli Qərarına uyğunsuzluq- Hazırkı Qərardakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, kredit xətti müqaviləsində mühüm şərtlər qeyd edilməlidir, lakin, həmin şərtlər qeyd edilmədiyi təqdirdə, zaminin razılığı alınmalıdır. Belə ki, kredit xətti müqaviləsində mühüm şərtlərin (halbuki, hazırkı kommersiya mübahisəsi üzrə kredit xətti müqaviləsində məbləğ, müddət müəyyən edilmiş və faiz dərəcəsi ilə bağlı kredit razılaşmasına istinad edilmişdir ki, həmin razılaşmada isə faiz dərəcəsi zaminlik müqaviləsində müəyyən edilmiş həddə olmuşdur (kredit xətti müqaviləsinin 1.2 və 1.3-cü bəndləri). İş materiallarında olan zaminlik müqaviləsindən aşkar şəkildə görünür ki, kredit öhdəliyi üzrə mühüm bütün şərtlər (məbləğ, faiz dərəcəsi, müddət) zaminə razılaşdırılmışdır. Qərarda ifadə olunmuş mövqenin əsas mahiyyəti zaminin razılığı olmadan AR MM-nin 477.0.1-ci maddəsində nəzərdə tutulmuş öhdəliyin artmasının və yaxud digər əlverişsiz nəticələrinin qarşısının alınmasıdır. 31 may 2018-ci il tarixli Qərarın 4-cü bəndinə əsasən, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur.” İş materiallarına əlavə edilmiş kredit xətti müqaviləsinin, kredit razılaşmasını və zaminlik müqaviləsinin təhlili zamanı məlum olur ki, Qərarın 4-cü bəndində vurğulan hal, yəni öhdəliyin artması baş verməmişdir. Məhkəmə qətnaməsində qeyd etmişdir ki, “...İş materiallarında olan 25 iyun 2021-ci il tarixli 027R**********SC nömrəli“Kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi” haqqında Sazişdən və həmin Saziş üzrə tərtib edilmiş 25 iyun 2021-ci il tarixli yeni Ödəniş Planından görünür ki, borcalan Cavabdeh2 28 yanvar 2020-ci il tarixli 027R********** nömrəli Kredit Razılaşması üzrə verilmiş kreditin 25 iyun 2021-ci il tarixli Ödəniş Planı əsasında aylar üzrə müəyyən edilmiş məbləğlərdə (hər ay 1156 manat məbləğində, sonuncu ay isə (12 iyul 2022-ci ildə) 15327,29 manat məbləğində birdəfəlik ödəniş edilməklə) və müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuşdur və həmin Ödəniş Planını borcalan Cavabdeh2 imza etmişdir. X6 əsasən ödənişin son tarixi 12 iyul 2022-ci il müəyyən olunmuşdur (həmin Ödəniş Planı isə zamin Cavabdeh1 tərəfindən imzalanmamış və həmin 25 iyun 2021-ci il tarixli Saziş və 25 iyun 2021-ci il tarixli Ödəniş Planı ilə zamin Cavabdeh1 rəsmi qaydada tanış edilməmişdir)”. İlkin olaraq qeyd edilməlidir ki, 25 iyun 2021-ci il tarixli 027R**********SC nömrəli sazişlə aylıq ödəniş 1156 manat məbləğində deyil, 1000 manat müəyyən edilmişdir. Bununla yanaşı, Məhkəmə qeyd edir ki, sonuncu ay isə (12 iyul 2022-ci ildə)15327,29 manat məbləğində birdəfəlik ödəniş zaminin vəziyyətini ağırlaşdırır. Lakin, bu hissəyə münasibətdə bildiririk ki, məhkəmə kredit öhdəliyinin gecikdirilməsinin hansı vaxtdan başlandığını araşdırmamış və düzgün qiymət verməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş hesabdan çıxarışdan görünür ki, 25 iyun 2021-ci il tarixli sazişdən sonra cavabdehlər tərəfindən cəmi iki dəfə ödəniş aparılmışdır və sonuncu sazişlə müəyyən edilmiş ödəniş planı üzrə öhdəlik icra etməmişdirlər, yəni gecikməyə düşmənin səbəbi xx.xx.2022-ci il tarixinə müəyyən edilmiş birdəfəlik ödəniş olmamışdır. İstinad olunan hesabdan çıxarışdan göründüyü kimi, artıq xx.xx.2020-ci il sazişlə cavabdehlər ödəniş planına uyğun öhdəlikləri icra etmirdilər. Belə olan halda iddiaçının cavabdehlərə münasibətdə öhdəliyin vaxtından əvvəl icra edilməsi ilə bağlı tələb etmə hüququ yaranır və qalan vəsaitin tam ödənilməsini tələb edə bilir. Əlavə tətbiq edilən güzəştlər cavabdehlərin vəziyyətinin yüngülləşdirilməsinə yönəlmişdir. Qeyd olunanlara əsasən, hesab edirlər ki, məhkəmə bu istiqamətdə araşdırma aparmamış və istinad olunan maddi hüquq normalarını, həmçinin Plenumun müvafiq qərarlarında ifadə olunmuş hüquqi mövqeni məhdud şəkildə istifadə edərək düzgün tətbiq etməmişdir. Plenumun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 25 iyul 2019-cu il tarixli Qərarına uyğunsuzluq- istinad olunan Qərara əsasən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.)barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir.” İş materiallarına əlavə edilmiş zaminlik müqaviləsində mühüm bütün şərtlər qeyd edilmişdir. Məhkəmə tərəfindən zaminlik müqaviləsinin şərtləri nəzərə alınmamışdır. Halbuki, Plenumun Qərarında əks olunan mövqe ondan ibarət olmuşdur ki, zaminlik müqaviləsində razılaşdırılmış şərtlər nəzərə alınmalıdır. Həmin müqavilə əsasında bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi,valyuta və s.) barəsində razılıq əldə olunmadığı təqdirdə, zaminlik öhdəliyinə xitam verilə bilər. Məhkəmə tərəfindən qeyd olunan hallar nəzərə alınmamışdır. AR MPM-nin 88-ci maddəsinin pozuntusu-məlum olduğu kimi, AR MPM-nin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. İş materiallarına əlavə edilmiş sübutlar 1-ci instansiya məhkəməsi tərəfindən tam və hərtərəfli araşdırılmadığından və həmin sübutlara düzgün qiymət verilmədiyindən bu şikayətin 5-ci hissəsində qeyd olunmuş maddi hüquq normalarının pozuntusuna yol verilməklə nəticədə mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış və bununla da qətnamədə göstərilmiş nəticələr işin halları ilə uyğunsuzluq təşkil etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” xx.xx.2019-cu il tarixli qərarına uyğunsuzluq- hazırkı qərara əsasən “Mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cumaddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.” İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, zaminin öhdəliyinin artması halı baş verməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Apellyasiya şikayətinə etiraz təqdim edilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

23. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini və iddia tələbinin zaminə aid təmin edilməmiş hissəsində ləğv edilməsi, iddia tələbinin həmin hissədə təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi və bildirdi ki, sonuncu ödəniş planında faiz dərəcəsi eyni olaraq qalmış, sadəcə müştərinin müraciəti ilə kredit xətt müqaviləsinin müddəti daxilində ödəniş müddəti uzadılmışdır. Faiz dərəcəsi ilə bağlı dəyişiklik olmamışdır. Konstitusiya Məhkəməsinin qərarına əsasən, hər bir halda zaminin məlumatının olmaması müqavilənin xitamına səbəb olmur, zamin üçün əlverişsiz nəticələrə səbəb ola biləcəyi halda məlumatının olmaması xitam üçün səbəb ola bilər. Konstitusiya Məhkəməsinin müvafiq qərarlarında qeyd olunur ki, kredit xətti müqaviləsində faiz dərəcəsi qeyd edilib zaminin razılığı alınıbsa, sonra razılığın alınmasına ehtiyac yoxdur.

24. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq, cavabdehlərin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

25. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 477.0. Zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.4. Zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.

26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...) Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..) Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar (...)385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; Maddə 386. Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

27. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommmersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin zaminə aid təmin edilməmiş hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən- Cavabdeh1 əsas borc, faiz borcu, cərimə borcunun tutulmasının rədd edilməsi hissəsində ləğv edilməli, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməli və iddia qismən təmin edilməlidir.

29. Bu aşağıdakı səbəblərdən irəli gəlir:

30. İşdən görünür ki, 20 may 2019-cu il tarixli 027L**********22 nömrəli Uzunmüddətli Kredit Müqaviləsinə əsasən, bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün Kredit Alana 120 (yüz iyirmi) ay müddətinə 150000 (yüz əlli min) manat məbləğində kredit xətti açmışdır. Həmin Müqavilənin 1.3-cü bəndinə əsasən, bu müqavilə və kredit razılaşmaları əsasında verilmiş kreditlərin illik faiz dərəcəsinin yuxarı həddi 28 (iyirmi səkkiz) faiz müəyyən olunur.

31. 20 may 2019-cu il tarixli 027S**********03 nömrəli Zaminlik Müqaviləsi ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti-Bank”, Cavabdeh1–“Zamin” olmaqla, bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh1 zamin olaraq borcalan Cavabdeh2 20 may 2019-cu il tarixli 027L**********22 nömrəli Uzunmüddətli Kredit Müqaviləsi əsasında alınan kreditlər üzrə Bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsinə görə Borcalanla birgə məsuliyyəti öz üzərinə götürmüşdür. Həmin müqavilədə müəyyən olunmuşdur ki, “bu müqaviləni tərəflər 027L**********22 nömrəli Uzunmüddətli Kredit Müqaviləsi və bu Uzunmüddətli Kredit Müqaviləsinin ayrılmaz tərkib hissəsi olan “kredit razılaşması”, “Bank qarantiyası verilməsi haqqında müqavilə”, “akkreditiv açılması üçün razılaşma, “bank hesabının kreditləşdirilməsi barədə razılaşma” formasında bağlanan ayrıca razılaşmalar üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlamışlar: Uzunmüddətli Kredit Müqaviləsinin məbləği- 150.000 manat Uzunmüddətli Kredit Müqaviləsinin müddəti- 120 (bir yüz iyirmi) ay Uzunmüddətli Kredit Müqaviləsinin faiz dərəcəsinin yuxarı həddi- 28% Ödənişlərin dövriliyi- hər təqvim ayında bir dəfə olmaqla”

32. Bundan sonra, bank ilə Cavabdeh2 arasında 28 yanvar 2020-ci il tarixli kredit müqaviləsi bağlanmış, bir neçə dəfə Saziş, Ödəniş Planı yenilənmiş, dəyişdirilmişdir.

33. Birinci instansiya məhkəməsinin iddianın borc məbləğinin zamindən tutulması hissəsində təmin edilməməsi ilə bağlı əsaslandırması ondan ibarət olmuşdur ki, 25 iyun 2021-ci il tarixli 027R**********SC nömrəli “Kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi” haqqında Sazişin (sonuncu Sazişin) və həmin Saziş üzrə tərtib edilmiş 25 iyun 2021-ci il tarixli yeni Ödəniş Planının (sonuncu Ödəniş Planının) zamin Cavabdeh1 təqdim olunması və onun zamin qismində həmin sənədləri imza edərək tanış olması-iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərlə öz təsdiqini tapmamışdır. Hazırkı iddia tələbi üzrə iddianın əsaslandırıldığı 28 yanvar 2020-ci il tarixli 027R********** nömrəli Kredit Razılaşması üzrə imzalanmış 25 iyun 2021-ci il tarixli 027R**********SC nömrəli “Kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi” haqqında Saziş və həmin Saziş üzrə tərtib edilmiş 25 iyun 2021-ci il tarixli yeni Ödəniş Planında Kredit Razılaşması üzrə ödənişin son tarixi 30 yanvar 2023-cü il tarixindən 12 iyul 2022-ci il tarixinədək azaldılmış və ödənişin son tarixi olan 12 iyul 2022-ci ildə kredit alan Cavabdeh2 tərəfindən 15327,29 (on beş min üç yüz iyirmi yeddi manat 29 qəpik) manat məbləğində birdəfəlik ödəniş edilməsi nəzərdə tutulmuşdur. 25 iyun 2021-ci il tarixli sonuncu Ödəniş Planında zamin Cavabdeh1 vəziyyətini çətinləşdirən və onun məsuliyyətinin artmasına, eləcə də onun üçün digər əlverişsiz nəticələrə səbəb olan şərtlər mövcud olmuşdur.

34. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayıb qeyd edir ki, 20 may 2019-cu il tarixli 027S**********03 nömrəli zaminlik müqaviləsinin məzmunu ilə müəyyən olunur ki, zamin borcalan Cavabdeh2 20 may 2019-cu il tarixli 027L**********22 nömrəli Uzunmüddətli Kredit Müqaviləsi əsasında alınan kreditlər üzrə Bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsinə görə Borcalanla birgə məsuliyyəti öz üzərinə götürmüşdür. Zaminlik müqaviləsində bütün müqavilə şərtləri öz əksini tapmışdır.

35. Hazırda araşdırılmalı olan hal bağlanmış 25 iyun 2021-ci il tarixli 027R**********SC nömrəli “Kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi” haqqında Sazişlə zaminin məsuliyyətinin artıb-artmamasının müəyyən olunmasıdır.

36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair 4 sentyabr 2012-ci il tarixli qərarında Plenum qeyd etmişdir ki, zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır. Beləliklə, qanunverici borclunun kreditor qarşısında öhdəliyinin zaminliklə təmin edildiyi halı tənzimləyərək, məhz müqavilə ilə müəyyən edilən konkret öhdəliyi nəzərdə tutur. MM-in 470.2-ci maddəsinə görə gələcəkdə yaranacaq öhdəlik üzrə zaminlik müqaviləsi tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılıq əldə etdikdə bağlana bilər.

37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 31 may 2018-ci il tarixli Qərarın təsviriəsaslandırıcı hissəsində qeyd edilmişdir ki, “zaminlik müqaviləsinin bağlanması üçün kredit xətti müqaviləsinin əsas şərtləri aydın müəyyən olunmalıdır. Zaminin sonradan əmələ gələcək öhdəliyə görə məsuliyyətinin həcmini müəyyən etməyə imkan verən hallar mühüm şərtlər hesab edildiyindən onlar kredit xətti müqaviləsində dəqiq göstərilməlidir. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən, bank krediti - bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin uzadılması hüququ ilə) və faizlər (komisyon haqlar) ödənilmək şərti ilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir. Göründüyü kimi, kredit müqaviləsinin mühüm şərtlərinə kreditin məbləği, müddəti, illik faiz dərəcəsi və s. aid edilə bilər. Zaminliyə xitam verilməsi halları Mülki Məcəllənin 477-ci maddəsində göstərilmişdir. Belə ki, həmin Məcəllənin 477.0.1-ci maddəsində qeyd edilmişdir ki, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə gətirib çıxaran dəyişikliklər dedikdə, zaminin müqavilə bağlayarkən həmin müqavilə üzrə öhdəsinə götürdüyündən daha artıq öhdəliyinin yaranması nəzərdə tutulur. Göründüyü kimi, həmin maddə istənilən dəyişikliyə görə zaminliyin xitamını nəzərdə tutmur. Bu normaya əsasən, zaminliyin xitamı üçün təmin edilmiş öhdəliyə edilən dəyişiklik zaminin məsuliyyətini artırmalı və ya onun üçün başqa əlverişsiz nəticələrə səbəb olmalıdır. Zaminliyə xitam verilməsi üçün hər iki şərtin, yəni zaminin razılığı olmadan öhdəliyin dəyişdirilməsi və belə dəyişdirilmənin onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması vacibdir. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması hallarına: - kreditin ümumi məbləğinin artırılması; - kreditin faizinin artırılması; - kreditin valyutasının dəyişdirilməsi; - kreditin qaytarılma müddətinin uzadılması və digər mühüm hallar aid edilə bilər. Mülki Məcəllənin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur;

38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 25 iyul 2019-cu il tarixli Qərarında qərara alınmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir.

39. İş materiallarında olan zaminlik müqaviləsindən görünür ki, kredit xətti müqaviləsi üzrə mühüm bütün şərtlər (məbləğ, faiz dərəcəsi, müddət) zaminlə razılaşdırılmışdır.

40. Qərarlarda ifadə olunmuş mövqenin əsas mahiyyəti zaminin razılığı olmadan AR MM-nin 477.0.1-ci maddəsində nəzərdə tutulmuş öhdəliyin artmasının və yaxud digər əlverişsiz nəticələrinin qarşısının alınmasıdır.

41. İş materiallarına əlavə edilmiş kredit xətti müqaviləsinin, kredit razılaşmasının və zaminlik müqaviləsinin məzmunu ilə müəyyən olunur ki, öhdəliyin artması baş verməmişdir.

42. Məhkəmənin istinad etdiyi Kredit Razılaşması üzrə ödənişin son tarixinin 30 yanvar 2023-cü il tarixindən 12 iyul 2022-ci il tarixinədək azaldılması və ödənişin son tarixi olan 12 iyul 2022-ci ildə kredit alan Cavabdeh2 tərəfindən 15327,29 manat məbləğində birdəfəlik ödəniş edilməsi halı isə zaminin vəziyyətinin ağırlaşması halı kimi qeyd oluna bilməz. Belə ki, yuxarıda istinad olunan Plenum qərarları ilə də müəyyən olunur ki, müddətin azaldılması deyil, uzadılması zaminin məsuliyyətinin ağırlaşması halı kimi müəyyən olunmuşdur. Birdəfəlik ödənişin son ay üçün müddət qısaldılmalqa artırılması da həmin qərarda zaminin məsuliyyətinin ağırlaşması halı kimi müəyyən olunmamış və həmin müqavilə üzrə öhdəsinə götürdüyündən daha artıq öhdəliyinin yaranmasına səbəb olmamışdır.

43. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi borc məbləğinin hesablanması ilə bağlı düzgün nəticəyə gəlmiş, lakin yuxarıda qeyd olunan Plenum qərarlarına istinad etsə də, zaminin məsuliyyətinin ağırlaşması və həmin borc məbləğini yalnız Cavabdeh2 tutmaqla səhv nəticəyə gəlmişdir.

44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-36/2023 nömrəli, 01 avqust 2023cü il tarixli qətnaməsi qismən- Cavabdeh1 əsas borc, faiz borcu, cərimə borcunun tutulmasının rədd edilməsi hissəsində ləğv edilsin. İş üzrə həmin hissədə yeni qətnamə qəbul edilsin və iddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 (VÖEN **********) və Cavabdeh1, 19273,34 (on doqquz min iki yüz yetmiş üç manat 34 qəpik) manat məbləğində əsas borc, 5658,55 (beş min altı yüz əlli səkkiz manat 55 qəpik) manat məbləğində faiz borcu, 1000 (min) manat məbləğində cərimə və mediasiya ilə əlaqədar ödənilmiş 210 (iki yüz on) manat məbləğində xidmət haqqı olmaqla, cəmi 26141,89 (iyirmi altı min yüz qırx bir manat 89 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdehlər Cavabdeh2 (VÖEN **********), Cavabdeh1 dövlət nəfinə 167,79 (yüz altmış yeddi manat 79 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar