Məhkəmə qərarları › İş №2-2(105)-137/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-137/2023

18.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə müba
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-137/2023 18.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə (Açar sözlər: əlavə dərs vəsaitlərinin pirat nüsxələrinin istehsalının və satışının qadağan edilməsi, vurulmuş maddi zərərin əvəzinin ödənilməsi) Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri: X3 (sədrlik edən və məruzəçi), Əhmədov Elman Məmməd oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər: X10 və Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi) “əlavə dərs vəsaitlərinin pirat nüsxələrinin istehsalının və satışının qadağan edilməsi, vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(119)-1673/2022 nömrəli qətnaməsindən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları “İstifadəçi” "xxxx" MMC ilə “Müəllif” X10 arasında bağlanmış 2022-ci il 11 mart tarixli 11-03 nömrəli “Müəllif Müqaviləsi”nin 2.1- ci bəndindən görünür ki, “Müəllif” bu Müqavilə ilə nəzərdə tutulan şərtlər daxilində özünün müəllifi olduğu: Azərbaycan dilindən didaktik materiallar - 1 sinif, Azərbaycan dilindən didaktik materiallar - 2 sinif, Azərbaycan dilindən didaktik materiallar - 3 sinif, Azərbaycan dilindən didaktik materiallar - 4 sinif, Azərbaycan dilindən testlər - 1 sinif, Azərbaycan dilindən testlər - 2 sinif, Azərbaycan dilindən testlər - 3 sinif, Azərbaycan dilindən testlər - 4 sinif, Riyaziyyatdan didaktik materiallar - 1 sinif, Riyaziyyatdan didaktik materiallar - 2 sinif, Riyaziyyatdan didaktik materiallar - 3 sinif, Riyaziyyatdan didaktik materiallar - 4 sinif, Riyaziyyatdan testlər - 1 sinif, Riyaziyyatdan testlər - 2 sinif, Riyaziyyatdan testlər - 3 sinif, Riyaziyyatdan testlər - 4 sinif, Дидактические материалы по математике - 1 класс, Дидактические материалы пo математике - 2 класс, Дидактические материалы по математике - 3 класс, Дидактические материалы по математике - 4 класс, Тесты по математике - 1 класс, Тесты по математике - 2 класс, Тесты по математике - 3 класс, Тесты по математике - 4 класс, Дидактические материалы по русскому языку - 1 класс, Дидактические материалы по русскому языку - 2 класс, Дидактические материалы по русскому языку - 3 класс, Дидактические материалы по русскому языку - 4 класс, Тесты по русскому языку - 1 класс, Тесты по русскому языку - 2 класс, Тесты по русскому языку - 3 класс, Тесты по русскому языку - 4 класс, İbtidai sinif şagirdinin stolüstü kitabı (Qaydalar), Hüsnxət (məktəbəqədər üçün), Hüsnxət (1-ci sinif üçün) və Hüsnxət (2-ci sinif üçün) kitablarının (cəmi 36 adda) kütləvi şəkildə nəşr olunması üçün “İstifadəçi”nin hüququna verir və kitabları öncədən razılaşdırılmış müddətə qədər "xxxx" MMC-yə təhvil verməyi öhdəsinə götürür və təhvil verir. 2022-ci il 26 iyul tarixli, MŞB/4-01486 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh MMC-yə sessiyasının tarixi, saatı və yeri barədə məlumat verilməsinə baxmayaraq, həmin sessiyada iştirak etməmişdir. "xxxx" MMC tərəfindən ilkin mediasiya sessiyası üçün 100 manat məbləğində pul ödənmişdir. X6 ərizəsindən görünür ki, Cavabdeh MMC ilə onun arasında bağlanmış 2012-ci il tarixli müəlliflik haqqında müqavilə onda mövcud deyildir. Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı "xxxx" MMC (bundan sonra – “iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı 2022-ci il 9 sentyabr tarixdə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək, X6 (bundan sonra 3-cü şəxs “A.Məcidova”) müəllifi olduğu və əmlak hüquqları iddiaçıya məxsus əlavə dərs vəsaitlərinin – “Azərbaycan dilindən didaktik materiallar – 1-ci sinif”, “Azərbaycan dilindən didaktik materiallar – 2-ci sinif”, “Azərbaycan dilindən didaktik materiallar – 3-cü sinif”, “Azərbaycan dilindən didaktik materiallar – 4-cü sinif”, “Azərbaycan dilindən testlər – 1ci sinif”, “Azərbaycan dilindən testlər - 2-ci sinif”, “Azərbaycan dilindən testlər – 3-cü sinif”, “Azərbaycan dilindən testlər - 4-cü sinif”, “Riyaziyyatdan didaktik materiallar – 1-ci sinif”, “Riyaziyyatdan didaktik materiallar – 2-ci sinif”, “Riyaziyyatdan didaktik materiallar – 3-cü sinif”, “Riyaziyyatdan didaktik materiallar – 4-cü sinif”, “Riyaziyyatdan testlər - 1-ci sinif”, “Riyaziyyatdan testlər – 2-ci sinif”, “Riyaziyyatdan testlər – 3-cü sinif”, “Riyaziyyatdan testlər – 4-cü sinif”, “İbtidai sinif şagirdinin stolüstü kitabı” (Qaydalar), “Hüsnxət” (məktəbəqədər üçün), “Hüsnxət” (1-ci sinif üçün) və “Hüsnxət” (2-ci sinif üçün) kitablarının (Azərbaycan və rus dillərində) - cəmi 36 adda kitabların istehsalının və satışının cavabdehə qadağan edilməsi və sonuncu tərəfindən iddiaçıya vurulmuş zərərin əvəzi olaraq 9.500 manatın, mediasiya üçün ödənilmiş 100 manatın və 15 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı A.Məcidovanın müəllifi olduğu 36 adda “əlavə dərs vəsaitləri”nin əmlak hüquqlarının müəyyən müddətə iddiaçıya verilməsinə dair 2022-ci il 11 mart tarixdə müəllif A.Məcidovla “Müəllif müqaviləsi” bağlamışdır. Həmin müqaviləyə əsasən A.Məcidovun müəllifi olduğu “əlavə dərs vəsaitləri”nin – “Azərbaycan dilindən didaktik materiallar – 1-ci sinif”, “Azərbaycan dilindən didaktik materiallar – 2-ci sinif”, “Azərbaycan dilindən didaktik materiallar – 3-cü sinif”, “Azərbaycan dilindən didaktik materiallar – 4-cü sinif”, “Azərbaycan dilindən testlər – 1-ci sinif”, “Azərbaycan dilindən testlər - 2-ci sinif”, “Azərbaycan dilindən testlər – 3-cü sinif”, “Azərbaycan dilindən testlər - 4-cü sinif”, “Riyaziyyatdan didaktik materiallar – 1-ci sinif”, “Riyaziyyatdan didaktik materiallar – 2-ci sinif”, “Riyaziyyatdan didaktik materiallar – 3-cü sinif”, “Riyaziyyatdan didaktik materiallar – 4-cü sinif”, “Riyaziyyatdan testlər - 1-ci sinif”, “Riyaziyyatdan testlər – 2-ci sinif”, “Riyaziyyatdan testlər – 3-cü sinif”, “Riyaziyyatdan testlər – 4-cü sinif”, “İbtidai sinif şagirdinin stolüstü kitabı” (Qaydalar), “Hüsnxət” (məktəbəqədər üçün), “Hüsnxət” (1-ci sinif üçün) və “Hüsnxət” (2-ci sinif üçün) kitablarının (Azərbaycan və rus dillərində) nəşr olunması və satışı ilə bağlı bütün hüquqlar iddiaçıya məxsus olmuşdur. Cavabdeh isə iddiaçının hüquqlarını pozaraq A.Məcidovanın müəllifi olduğu, lakin nəşr olunması və satış hüquqları isə iddiaçıya məxsus əlavə dərs vəsaitləri kitablarının istehsalını və satışını həyata keçirmişdir. Bununla da cavabdeh tərəfindən iddiaçının qanunvericiliklə qorunan hüquqları pozulmuş və sonuncuya maddi zərər dəymişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə 2022-ci il 18 oktyabr tarixində ərizə ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək, A.Məcidovanən müəllifi olduğu və əmlak hüquqları iddiaçıya məxsus əlavə dərs vəsaitlərinin – “Azərbaycan dilindən didaktik materiallar - 1-ci sinif”, “Azərbaycan dilindən didaktik materiallar - 2-ci sinif”, "Azərbaycan dilindən didaktik materiallar - 3-cü sinif", "Azərbaycan dilindən didaktik materiallar – 4-cü sinif", "Azərbaycan dilindən testlər – 1-ci sinif", "Azərbaycan dilindən testlər - 2-ci sinif", "Azərbaycan dilindən testlər - 3-cü sinif", "Azərbaycan dilindən testlər - 4-cü sinif", "Riyaziyyatdan didaktik materiallar - 1-ci sinif", "Riyaziyyatdan didaktik materiallar - 2-ci sinif", "Riyaziyyatdan didaktik materiallar - 3-cü sinif", "Riyaziyyatdan didaktik materiallar - 4-cü sinif", "Riyaziyyatdan testlər - 1ci sinif", "Riyaziyyatdan testlər - 2-ci sinif", "Riyaziyyatdan testlər - 3-cü sinif", "Riyaziyyatdan testlər - 4-cü sinif", "İbtidai sinif şagirdinin stolüstü kitabı (Qaydalar)", "Hüsnxət (məktəbəqədər üçün)", "Hüsnxət (1-ci sinif üçün)" və "Hüsnxət (2-ci sinif üçün)" kitabları (Azərbaycan və rus dillərində) olmaqla, cəmi 36 (otuz altı) adda kitabların istehsalının və satışının cavabdehə qadağan edilməsi və sonuncu tərəfindən iddiaçıya vurulmuş zərərin əvəzi olaraq 29.500 manatın, mediasiya üçün ödənilmiş 100 manat pulun və 235 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbinə dair 2022-ci il 4 oktyabr tarixdə etiraz və 2022-ci il 19 oktyabr tarixdə subyektiv hüququn olmaması ilə bağlı iddia tələbinin rədd edilməsi barədə vəsatət təqdim edərək bildirmişdir ki, iddiaçı iddia tələbinin faktiki əsası kimi iddiaçı ilə müəllif A.Məcidova arasında bağlanmış 2022-ci il 11 mart tarixli “Müəllif Müqaviləsi”ni qeyd etmişdir. Cavabdeh tərəf hesab etmişdir ki, iddia tələbi əsassızdır və iddia hüququndan sui-istifadə olmuşdur. Belə ki, A.Məcidova ilə cavabdeh arasında uzun müddətli əməkdaşlıq olmuşdur. Cavabdeh 10 ilə yaxın həmin müəllifin kitablarının çapı və satışı ilə məşğul olmuşdur. Əldə edilən gəlirin 30 faizi isə müəlliflə bağlanmış müqaviləyə əsasən sonuncuya ödənilmişdir. Həmçinin, müəllifin kitablarının satışının təkmilləşdirilməsi də cavabdeh tərəfindən həyata keçirilmişdir. Belə ki, kitabların tanıtımı, dərs vəsaiti kimi zəruri olması üçün redaktə işlərini (yəni kitabların rus dilinə tərcümə edilməsini, kitabdakı qüsurların redaktə olunmasını, kitabların məktəblərdə tanıtımını və s.) məhz cavabdeh həyata keçirmişdir. Yəni, 10 ilə yaxın müddət ərzində kitabların nəşr edilməsi və satışının həyata keçirilməsi cavabdehlə müəllif arasında bağlanmış müəlliflik müqaviləsinə əsasən həyata keçirilmişdir. Bu qədər uzun müddət tərəflər arasında qarşılıqlı etimad formalaşmışdır. Tərəflər arasındakı hüquq münasibətlərinin hələ də davam etdiyi 2021-ci ildə qeyd edilən dərs vəsaitlərinin çoxsaylı nüsxələri cavabdeh tərəfindən nəşr olunsa da, həmin ildə pandemiya ilə bağlı satışın həyata keçirilməsi mümkün olmamışdır.2022-ci ildə isə müəllif iddiaçı ilə müqavilə bağlamış olsa da, bu hal cavabdehin daha əvvəldən nəşr etdirdiyi kitabların satışına maneə təşkil etməmişdir. Kitabların nəşri və satışı 2022-ci ilə kimi məhz cavabdehin müstəsna hüququnda olmuşdur. İddiaçı isə cavabdeh tərəfindən nəşr olunan dərs vəsaitlərinin satışının qarşısını almaq üçün, kitab satışını həyata keçirən şəxsləri DTX-nın əməkdaşları ilə hədələmişdir. İddiaçının hərəkətləri cavabdehə zərər vurmaqdan ibarət olmuşdur. Belə ki, məlum dərs vəsaitlərinin təşkili üçün cavabdeh tərəfindən bankdan külli miqdarda kredit götürülmüş və "xxxx" ASC ilə cavabdeh arasında bağlanmış 2019-cu il 29 oktyabr tarixli kredit müqaviləsinə əsasən cavabdeh 700.000 manat kredit götürmüşdür. "xxxx" ASC ilə cavabdeh arasında bağlanmış 2020-ci il 18 avqust tarixli kredit müqaviləsinə əsasən cavabdeh 170.000 manat kredit götürmüşdür. "xxxx" ASC ilə cavabdeh arasında bağlanmış 2021-ci il 8 dekabr tarixli kredit müqaviləsinə əsasən cavabdeh 343.500 manat məbləğində kredit götürmüşdür. Yekun olaraq yuxarıda qeyd edilənlər ümumiləşdirilərək qeyd olunmuşdur ki, a) Cavabdehlə müəllif arasında müqavilə bağlanmış (10 ilə yaxındır), b) Cavabdeh müəllifin kitablarının bazarda tanınması üçün zəruri olan bütün hərəkətləri etmiş, c) Cavabdeh kitabların redaktəsini həyata keçirmiş, d) Cavabdeh kitabların rus dilinə tərcümə olunmasını təmin etmiş, e) Cavabdeh məktəblərdə kitabların tanıtımını realizə etmiş, f) Cavabdeh uzun illər dərs vəsaitlərindən əldə olunan gəlirin 30 faizini müəllifə ödəmiş, g) İddiaçı sadəcə, 2022-ci ildən dərs vəsaiti ilə bağlı hüquqları əldə etmiş olsa da, müqaviləyə zidd hərəkətlər etmişdir, h) İddiaçı kitabların satışına mane olmaq üçün, kitab mərkəzlərinə cavabdeh barəsində yalan məlumatlar vermişdir (guya cavabdehin dərs vəsaitlərini çap etməyə hüququ olmamışdır, əgər cavabdehin nəşr etdiyi dərs vəsaitlərinin satışı həyata keçirilərsə DTX-nın əməkdaşları kitab satışını həyata keçirənləri narahat edəcəkdir və s.). Cavabdeh ilə müəllif arasında müqavilə münasibətləri olmuş və cavabdeh 10 ilə yaxındır ki, müəllifin razılığı ilə sonuncunun dərsliklərini nəşr etmişdir. Münasibətlər o qədər etibarlı hala gəlmişdir ki, cavabdeh bankdan müxtəlif vəsaitlər götürmüş, qeyd olunan dərsliklərin nəşrini həyata keçirmişdir. Lakin müəllif 2022- ci ildə əməkdaşlığa son qoymuş olsa da, 2021-ci ildə nəşr edilmiş kitabların satışına heç bir maneə törədə bilməmişdir. Müəllif A.Məcidova uzun illər cavabdehlə birlikdə işləmiş və cavabdeh isə dərs vəsaitlərinin satışından əldə edilən gəlirin 30 faizini həmin müəllifə ödəmişdir. Bu halın uzun illər davam etməsi cavabdehdə müəllifə qarşı etimad formalaşmışdır ki, müəllif bu halı nəzərə almadan, cavabdehlə aralarında olan hüquq münasibətlərinə xitam verərək, cavabdehin nəşr etdiyi dərs vəsaitlərini nəzərə almadan, iddiaçı ilə “Müəllif Müqaviləsi” bağlamışdır. Müəllif cavabdehə dərs vəsaitlərini nəşr etməyə uzun illər icazə vermiş, uzun illər cavabdehdən dərs vəsaitlərinin satışından gəlirini almışdır. Cavabdehin 2022-ci ilə qədər nəşr etdiyi dərs vəsaitlərinin satışına qadağa qoyulmasının tələb edilməsi müəlliflə aralarında yaranmış müqavilə münasibətlərinə zidd olmuş və hüquqdan sui – istifadə kimi qəbul edilmişdir. Müəllifin cavabdehin 2022-ci ilə qədər nəşr etmiş dərs vəsaitlərinin satışının həyata keçirilməsinə maneə törətmək hüququ olmamışdır. Cavabdeh 2022-ci ilə qədər müəllifin razılığı ilə dərs vəsaitlərini çap etmiş və satışını həyata keçirmişdir. Yəni, iddiaçı da 2022-ci ilə qədər nəşr olunmuş dərs vəsaitlərinin satışına dair heç bir iddia tələbi irəli sürə bilməz və iddiaçı yalnız 2022-ci il 11 mart tarixindən sonra dərc edilmiş dərs vəsaitlərinin satışına qarşı iddia irəli sürə bilərdi. Əks halda iddiaçının 2022-ci il 11 mart tarixindən əvvəl nəşr edilmiş kitablara görə hər hansı bir iddia verməsinə subyektiv hüququ olmamışdır. Cavabdeh 2022-ci il 6 oktyabr tarixlərində vəsatətlərlə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək, X7 və Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi Publik Hüquqi şəxsinin müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 2022-ci il 3 noyabr tarixli, e-2-2(119)- 1673/2022 saylı qərardadı ilə cavabdeh tərəfindən verilmiş vəsatətlər təmin olunmuşdur. Sumqayıt Kommersiya Məhkəməsinin 2022-ci il 16 dekabr tarixli, e-2-2(119)- 1673/2022 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, iddiaçı ilə müəllif A.Məcidova arasında bağlanmış 2022-ci il 11 mart tarixli 11-03 nömrəli “Müəllif Müqaviləsi”nə əsasən A.Məcidovanın müəllifi olduğu və əmlak hüquqları iddiaçıya məxsus “Azərbaycan dilindən didaktik materiallar - 1ci sinif”, “Azərbaycan dilindən didaktik materiallar - 2-ci sinif”, "Azərbaycan dilindən didaktik materiallar - 3-cü sinif”, "Azərbaycan dilindən didaktik materiallar – 4-cü sinif", "Azərbaycan dilindən testlər – 1-ci sinif", "Azərbaycan dilindən testlər - 2-ci sinif", "Azərbaycan dilindən testlər - 3-cü sinif”, "Azərbaycan dilindən testlər - 4-cü sinif”, “Riyaziyyatdan didaktik materiallar - 1-ci sinif”, "Riyaziyyatdan didaktik materiallar - 2-ci sinif”, “Riyaziyyatdan didaktik materiallar - 3-cü sinif", "Riyaziyyatdan didaktik materiallar - 4-cü sinif", "Riyaziyyatdan testlər - 1-ci sinif”, "Riyaziyyatdan testlər - 2-ci sinif”, "Riyaziyyatdan testlər - 3-cü sinif", "Riyaziyyatdan testlər - 4-cü sinif", "İbtidai sinif şagirdinin stolüstü kitabı (Qaydalar)”, “Hüsnxət (məktəbəqədər üçün)", "Hüsnxət (1-ci sinif üçün)" və "Hüsnxət (2-ci sinif üçün)” kitabları (Azərbaycan və rus dillərində) olmaqla, cəmi 36 adda “əlavə dərs vəsaitləri"nin istehsalı və satışı cavabdehə (VÖEN **********) qadağan edilmiş, cavabdehdən mediasiya ilə əlaqədar ödənilmiş xidmət haqqının 50 manat hissəsinin əvəzi və 79 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 129 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmuş, iddia qalan hissədə təmin edilməmiş, cavabdehdən dövlət rüsumunun qalığı kimi 21 manat məbləğində pul vəsaiti dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməsi qət olunmuşdur (hakim Zülfüqar Sadiqov). Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı tərəf cavabdehin 2022-ci ildə, yəni müəlliflə 2022-ci il 11 mart tarixli 11-03 nömrəli “Müəllif Müqaviləsi” bağlandıqdan sonra da qeyd olunan dərs vəsaitlərini Cavabdeh MMC-nin istehsal (nəşr) etməsini təsdiq edən hər hansı bir sübut təqdim etməmiş, cavabdeh isə həmin dərs vəsaitlərindən sonuncu dəfə 2021ci ilin noyabr ayında çap (nəşr) etdiyini etiraf etmişdir. Yəni, məhkəmə araşdırması zamanı A.Məcidovanın müəllifi olduğu əlavə dərs vəsaitlərini cavabdehin 2012-ci ildən etibarən müəllifin öz razılığı və müvafiq müqavilə əsasında müəlliflə birgə fəaliyyətləri əsasında 2021-ci ilin sonlarınadək nəşr edib satışını təşkil etməsi təsdiq olunsa da (məhkəmə araşdırması zamanı qeyd olunan fəaliyyətlə əlaqədar olan proses iştirakçıları tərəfindən cavabdeh ilə müəllif A.Məcidova arasında bu fəaliyyətlə bağlı 2012- ci ildə müqavilənin bağlanmış olmasını, həmin müqavilə əsasında qeyd olunan müqavilənin müddəti bitdikdən sonra da tərəflər arasında şifahi razılıq və əməkdaşlıq əsasında məlum kitabların nəşrinin və satışının həyata keçirilməsi və həmin kitabların nəşri üzrə müəllifə müəyyən məbləğlərdə ödənişlərin edilməsi mübahisələndirilməmişdir), cavabdehin 2022-ci il 11 mart tarixdən sonra həmin əlavə dərs vəsaitlərinin nəşrini (istehsalını) həyata keçirməsi sübuta yetməmişdir. Lakin, 2022-ci il 11 mart tarixli 11-03 nömrəli “Müəllif Müqaviləsi” bağlandıqdan sonra da satış məntəqələrində cavabdehin nəşr etdiyi A.Məcidovanın müəllifi olduğu məlum dərs vəsaitlərinin satışının həyata keçirildiyi təsdiq olunmuşdur. Cavabdehin 2012-ci ildən 2021-ci ilin sonlarınadək davam edən mübahisə predmeti olan əlavə dərs vəsaitlərinin istehsalı və satışı üzrə fəaliyyəti - həmin vəsaitlərin müəllifi X6 razılığı və aşkar surətdə ifadə olunmuş iradəsi əsasında baş tutmuş və cavabdehin məlum 11 mart 2022-ci il tarixli 11-03 nömrəli Müəllif Müqaviləsi bağlandıqdan sonra bu kitabların nəşr (istehsal) edilməsi müəyyən olunmamışdır. Bu halda isə cavabdehin qeyd olunan fəaliyyəti nəticəsində hazırlanan əlavə dərs vəsaitləri “pirat məhsul”, yəni hüquq sahibinin razılığı olmadan hazırlanan (istehsal edilən) və yayılan məhsul, fəaliyyətin özü isə “piratçılıq”, yəni pirat məhsulun hazırlanması (istehsalı) və yayılması kimi qiymətləndirilə bilməz. Lakin, iddiaçı ilə müəllif A.Məcidov arasında 2022-ci il 11 mart tarixli 11-03 nömrəli “Müəllif Müqaviləsi” bağlandıqdan sonra məlum əlavə dərs vəsaitlərinin istehsal və satış hüquqları müəllif tərəfindən iddiaçıya verildiyindən, cavabdeh artıq bu vəsaitlərin istehsalı və satışı ilə məşğul ola bilməmişdir. 13. İddiaçı ilə müəllif A.Məcidova arasında bağlanmış 2022-ci il 11 mart tarixli 11-03 nömrəli “Müəllif Müqaviləsi”nə əsasən A.Məcidovanın müəllifi olduğu və əmlak hüquqları iddiaçıya verilmiş müqavilədə qeyd olunan cəmi 36 adda "əlavə dərs vəsaitləri"nin istehsalının və satışının cavabdehə qadağan edilməsi barədə iddia tələbinin əsaslılığı öz təsdiqini tapmışdır. Cavabdeh müəlliflə birgə fəaliyyəti dövründə hansı miqdarda hansı vəsaitləri nəşr etmiş olması, onların hansı hissəsinin (miqdarı, adı və s.) satılmaması, satış məntəqələrində hansı miqdarda satış üçün nəzərdə tutulan vəsaitlərin olması və s. barədə məhkəməyə heç bir sübut təqdim etməmiş və iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş cavabdeh tərəfindən nəşr edilmiş müxtəlif növ əlavə dərs vəsaitlərinin heç birində isə “nəşr ili” göstərilməmişdir. Bu baxımdan məhkəmə qeyd etmişdir ki, iddiaçının iddia tələbini “dərs vəsaitləri"nin satışının cavabdehə qadağan edilməsi hissəsində də təmin edərkən cavabdehin qanuni surətdə 2022-ci il 11 mart tarixinə qədər nəşr etmiş olduğu, lakin həmin dövrdən sonra satılmayan dərs vəsaitləri barədə məhkəmədə hər hansı bir məlumatın (miqdarı, növü və s. barədə) olmamasını nəzərə alaraq, mübahisəli əlavə dərs vəsaitlərinin satışının cavabdehə qadağan edilməli olması qənaətinə gəlinmişdir. İddia tələbinin cavabdeh tərəfindən iddiaçıya vurulmuş zərərin əvəzi olaraq 29.500 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi” hissəsində əsaslı olması isə məhkəmə araşdırması zamanı təsdiq olunmamışdır. 14. Cavabdehin məlum fəaliyyəti ilə sonuncuya 29.500 manat məbləğində zərər vurulmasını iddiaçı mötəbər sübutlar əsasında sübut edə bilməmişdir. Cavabdeh tərəfindən istehsal olunmuş məlum əlavə dərs vəsaitlərinin 2022-ci ildə də satış məntəqələrində aşkar edilməsinin təsdiq olunması – birmənalı olaraq “cavabdehin iddiaçıya zərər vurması və bu zərərin cavabdehin ödəməli olması” kimi qəbul oluna bilməz. Belə ki, müəllif A.Məcidova 2012-ci ildən mübahisə predmeti olan fəaliyyət sahəsində birgə fəaliyyət göstərdiyi cavabdeh ilə əməkdaşlığına son verib, müəllifi olduğu həmin əlavə dərs vəsaitlərinin yeni bir istehsalçısı olaraq iddiaçı ilə müqavilə bağlaması barədə cavabdehi rəsmi qaydada məlumatlandırmamışdır. Dərs vəsaitlərinin istehsalı və satışı fəaliyyətinin spesifik xüsusiyyətləri barədə məlumatlı olan iddiaçı isə müəllif A.Məcidovanın müəllifi olduğu əlavə dərs vəsaitlərinin digər bir hüquqi şəxs, yəni cavabdeh və yaxud hər hansı bir digər şəxs vasitəsi ilə istehsal edilərək satış bazarına çıxarılmasını və bu fəaliyyət zamanı əvvəlcədən nəşr olunmuş məhsulların da satış məntəqələrində (anbarlarda və s.) olmasının qanunauyğun bir hal (fəaliyyət) olmasını nəzərə almayaraq, 2022-ci il 11 mart tarixli 11-03 nömrəli “Müəllif Müqaviləsi” bağlayarkən, qeyd olunan bu halların fəaliyyətinə neqativ təsirlər törətməsi ehtimalının minimuma endirmək üçün ondan əvvəl bu fəaliyyəti həyata keçirən şəxslə, yəni cavabdeh ilə müəllifin iştirakı ilə müvafiq əlaqə quraraq, həmin müqaviləni bağlamamışdan əvvəl fəaliyyət xüsusiyyətlərini, eləcə də müqavilə bağlandığı halda ondan əvvəl cavabdehin həmin müəllifin razılığı əsasında nəşr edilmiş olan məhsulların satışdan çıxarılması və digər mümkün hərəkətlər barəsində razılığa gəlinə bilərdi (müəllifin iddiaçıdan daha əvvəl cavabdehə icazəsini vermiş olduğu və bu icazədən gəlir əldə etmiş olduğu uzun illər davam edən birgə fəaliyyət zamanı istehsal edilən “əlavə dərs vəsaitləri” pirat nüsxələr kimi qiymətləndirilə bilməz). Qeyd olunan fəaliyyətə bu cür yanaşma isə mülki hüquq münasibətlərinin subyektləri olan iddiaçıya, cavabdehə və yaxud, digər hər hansı bir üçüncü şəxsə maddi zərər vurulması ehtimalını azalda, hətta aradan qaldıra bilər. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 2.3, 5.3, 425.2, 560, 560.1, 560.2, 560.3, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun 5, 15, 30.1, 30.2, 30.3, 30.4, 31, 44, 45, “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 1, 1.0.9, 1.0.10, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun 2019-cu il 18 mart tarixli Qərarına, “Mahmudov Rusiya Federasiyasına qarşı” İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 2007-ci il 26 iyul tarixli Qərarına, “Qavazov Bolqarıstana qarşı” İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 2008-ci il 6 mart tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 76, 77.1, 78.1, 88, 106.1, 106.3, 119.1, 119.2, 217.3, 217.4, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilmədiyi hissəsində ləğv olunmasını, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxan məhkəmə qətnamə qəbul edərkən bir sıra sübutlara düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə qətnaməsində vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbinin təmin edilməməsi qanuni əsaslandırılmamışdır. Məhkəmə qətnaməsində göstərilir: “mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X2 cavab olaraq bildirmişdi ki, müəllifi olduğu əlavə dərs vəsaitlərinin istehsalı və satışı ilə əlaqədar onunla Cavabdeh MMC arasında 2012-ci ildə bağlanmış yazılı müqavilənin bir nüsxəsi onda olsa da o, həmin müqaviləni məhkəməyə təqdim etmək üçün gətirməmişdir. Bununla belə, Cavabdeh MMC ilə müəllifi olduğu əlavə dərs vəsaitlərinin istehsalı və satışı ilə əlaqədar 2012-ci ildə 5 il müddətinə müqavilə bağlasalar da, onlar bu sahədə 10 il fasiləsiz əməkdaşlıq etmişlər. Yəni, müqavilənin 5 illik müddəti bitdikdən sonra həmin müqavilə yazılı qaydada yenilənməsə də, onların əlavə dərs vəsaitlərinin hazırlanması və satışı üzrə birgə fəaliyyətləri müqavilənin müddəti yazılı qaydada uzadılmadan davam etmişdir. O, müəllifi olduğu kitabların 2021-ci ilin sentyabr ayına qədər Cavabdeh MMC tərəfindən çap edildiyini bilmiş, Cavabdeh MMC-nin nəşr olunan kitablarının sayına müdaxilə etməmiş, kitabların nəşr olunmasına narazılıq bildirməmiş və bu fəaliyyətlə əlaqədar Cavabdeh MMC tərəfindən verilən qonorarları almışdır. Lakin, vaxtlıvaxtında qonorarı ödənilmədiyinə görə 2021-ci ilin sentyabr ayında Cavabdeh MMCyə “daha onlarla yox, başqa nəşriyyatla işləyəcəyini” bildirəndə, Cavabdeh MMC-dən ona “müəyyən qədər kitabların qaldığı” bildirilmiş və Cavabdeh MMC onun başqa bir nəşriyyatla müqavilə bağladığına ciddi yanaşmamışdır. Buna görə də o, 2022-ci ildə yeni işləməyə başladığı "xxxx" MMC-dən həmin kitabların müəyyən ödəniş müqabilində Cavabdeh MMC-dən alınmasını xahiş etmişdir.” İşə baxan məhkəmə öz qanunsuz qərarını əsaslandırmaq üçün mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X6 izahatında artırmalara yol vermişdir. X10 məhkəmədə Cavabdeh MMC ilə 10 il fasiləsiz əməkdaşlıq eməklə bağlı fikir söyləməmişdir. X10 5 illik müqavilə dövründə və ondan sonra da Cavabdeh MMC tərəfindən ona qonorarın vaxtlı-vaxtında verilmədiyini, qonorar verilərkən də az verildiyini, müqavilədə göstərilən məbləğin ona verilmədiyini göstərmiş, buna görə də 5 illik müqaviləni 2017-ci ildə uzatmadığını göstərmiş, buna baxmayaraq Cavabdeh MMC tərəfindən onun kitabları çap olunmuş, o da məcburiyyət qarşısında qalaraq, ona təklif olunan az məbləğ qonorarı almışdır. Məhkəmə qətnaməsində göstərildiyi kimi X10 2021-ci ilin sentyabr ayında Cavabdeh MMC-yə “daha onlarla yox, başqa nəşriyyatla işləyəcəyini” bildirmişdir. Məhkəmə araşdırması zamanı cavabdeh tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, Cavabdeh onun ailəsinə məxsusdur. Şahid suallara cavab verərkən göstərmişdir ki, Cavabdeh MMC Aygün Məcidovanın müəllifi olduğu kitabların nəşrini sonuncu dəfə 2021-ci ilin noyabr ayında həyata keçirmişdir. İşə baxan məhkəmə qətnamədə elə bir görüntü yaratmağa çalışmışdır ki, Cavabdeh MMC-nin 2022-ci ildə satışa çıxardığı pirat nüsxələr X6 2021-ci ilin sentyabr ayında Cavabdeh MMC-yə “daha onlarla yox, başqa nəşriyyatla işləyəcəyini” bildirdiyi zaman Cavabdeh MMC-də qalan nüsxələrdir. Halbuki Cavabdeh MMC-nin öz sahibi tərəfindən kitabların 2021-ci ilin noyabrında istehsal edildiyi etiraf edilmişdir. İşdə olan digər sübutlar Cavabdeh MMC-nin X6 müəllifi olduğu kitabların 2022-ci ildə də külli miqdarda çap olunduğunu təsdiq edir. Belə ki, iddiaçı tərəfindən Cavabdeh MMC-nin kitab satışı obyektlərinə 2022-ciilin yay aylarında göndərdiyi vərəqənin nüsxəsi və həmin MMC-nin işçisinin səs yazısı sübut kimi məhkəməyə təqdim etmişdir. Həmin vərəqədə bilərəkdən tarix və nömrə qoyulmamışdır, vərəqin yuxarı hissəsində “Asmir" MMC-nin adı qeyd olunmuşdur. Vərəqə "xxxx" MMCnin direktoru tərəfindən imzalanaraq möhürlənmişdir. Həmin məktubda Cavabdeh MMC-nin X9 ilə birgə fəaliyyəti zamanı ərsəyə gələn kitabların çapı, satılmasının qanuni olduğu və başqa şirkət, firma və satış məntəqələrinin Cavabdeh MMCnin həyata keçirdiyi satış üzrə şikayət və narazılıqlarının əsaslı olmadığı göstərilmişdir. Səs yazısında isə müştərilərə həmin kitabların artıq satışda olduğu bildirilir. Yuxarıda göstərilən məktubda və X5 müəllifi olduğu Cavabdeh MMC-nin çap etdiyi, satışdan əldə edilmiş pirat nüsxələrdə tarixin olmaması onu göstərir ki, məktubun yazılması və pirat nüsxələrin çapı müəllifin və iddiaçı şirkətin cavabdehə xəbərdarlığından sonra həyata keçirilmiş, tarixin göstərilməmə səbəbi isə hamını çaşdırmaq və həqiqətləri gizlətmək məqsədi güdmüşdür. İşə baxan məhkəmə isə cavabdehin qanunsuzluqlarını təsdiq edən kifayət qədər sübut olmağına baxmayaraq, maddi zərərlə bağlı düzgün hüquqi nəticəyə gəlməmişdir. İşə baxan məhkəmə qətnamədə yalnız pirat nüsxələrin istehsalının, çapının maddi zərərlə bağlı məsuliyyət yaratdığını əsaslandırmağa çalışsa da, onu nəzərə almamışdır ki, qanunvericiliin tələbinə əsasən pirat nüsxələrin satışı da maddi zərərlə bağlı məsuliyyət yaradır. Məhkəmə qətnaməsində göstərilir: “Eyni zamanda, qeyd etmək lazımdır ki, məhkəmə araşdırması zamanı Cavabdeh MMC tərəfindən istehsal olunmuş məlum əlavə dərs vəsaitlərinin 2022- ci ildə də satış məntəqələrində aşkar olmasının təsdiq edilməsi - birmənalı olaraq Cavabdeh MMC-nin iddiaçıya zərər vurması və bu zərərin cavabdehin ödəməli olması” kimi qəbul oluna bilməz. Çünki, işin konkret halları ilə müəyyən edilmişdir ki, müəllif X10 2012-ci ildən mübahisə predmeti olan fəaliyyət sahəsində birgə fəaliyyət göstərdiyi Cavabdeh MMC ilə əməkdaşlığına son verib, müəllifi olduğu dərs vəsaitlərinin yeni bir istehsalçısı olaraq iddiaçı "xxxx" MMC ilə müqavilə bağlaması barədə Cavabdeh MMC-ni rəsmi qaydada məlumatlandırmamışdır.” İşə baxan məhkəmənin bu mövqeyi tamamilə qanunsuz və əsassızdır. Məhkəmə vaxtı tam sübuta yetirilmişdir ki, müəllif X10 ilə Cavabdeh MMC arasında müqavilə 2017-ci ildə bitmişdir. Cavabdeh MMC müəllif X6 müəllif olduğu kitabları müəllifin razılığı olmadan çap etsə də, 2021- ci ilin sentyabr ayında müəllif daha Cavabdeh MMC ilə deyil, başqa şirkətlə işləyəcəyi barədə Cavabdeh MMC-nin nümayəndələrini xəbərdar etmişdir. Eyni zamanda "xxxx" MMC-nin nümayəndəsi məhkəmə baxışı zamanı Cavabdeh MMC-nin nümayəndələrinin 2022-ci ilin yanvar ayında "xxxx" MMC-nin rəhbrliyi tərəfindən X10 ilə müqavilə bağlanacağı ilə bağlı xəbərdar edildiklərini, 11 mart 2022-ci il tarixdə müqavilə bağlandıqdan sonra Cavabdeh MMC-yə əllərindəki kitabların satılması üçün may ayının axırına qədər vaxt verildiyini göstərmişdir. Lakin cavabdeh heç bir xəbərdarlığa, müəllif X6 başqa şirkətlə müqavilə bağlamasına əhəmiyyət verməyərək pirat nüsxələrin kütləvi istehsalını və satışını yay aylarında və sonra da davam etdirmişdir. Qətnamədə göstərilir: “Bundan əlavə, dərs vəsaitlərinin istehsalı və satışı fəaliyyətinin spesifik xüsusiyyətləri barədə məlumatlı olan iddiaçı "xxxx" MMC isə müəllif X6 müəllifi olduğu əlavə dərs vəsaitlərinin digər bir hüquqi şəxs, yəni Cavabdeh MMC və yaxud hər hansı bir digər şəxs vasitəsi ilə istehsal edilərək satış bazarına çıxarılmasını və bu fəaliyyət zamanı əvvəlcədən nəşr olunmuş məhsulların da satış məntəqələrində (anbarlarda və s.) olmasının qanunauyğun bir hal (fəaliyyət) olmasını nəzərə almayaraq, 11 mart 2022-ci il tarixli 11-03 nömrəli Müəllif Müqaviləsi bağlayarkən, qeyd olunan bu halların onun fəaliyyətinə neqativ təsirlər törətməsi ehtimalının minimuma endirmək üçün ondan əvvəl bu fəaliyyəti həyata keçirən şəxslə, yəni Cavabdeh MMC ilə müəllifin iştirakı ilə müvafiq əlaqə quraraq, həmin müqaviləni bağlamamışdan əvvəl fəaliyyət xüsusiyyətlərini, eləcə də müqavilə bağlandığı halda ondan əvvəl Cavabdeh MMCnin həmin müəllifin razılığı əsasında nəşr edilmiş olan məhsulların satışdan çıxarılması və digər mümkün hərəkətlər barəsində razılığa gəlinə bilərdi (müəllifin iddiaçıdan daha əvvəl cavabdehə icazəsini vermiş olduğu və bu icazədən gəlir əldə etmiş olduğu uzun illər davam edən birgə fəaliyyət zamanı istehsal edilən “əlavə dərs vəsaitləri” - pirat nüsxələr kimi qiymətləndirilə bilməz). Qeyd olunan fəaliyyətə bu cür yanaşma isə mülki hüquq münasibətlərinin subyektləri olan iddiaçıya, cavabdehə və yaxud, digər hər hansı bir üçüncü şəxsə maddi zərər vurulması ehtimalını azalda, hətta aradan qaldıra bilər. Nəzərə almaq lazımdır ki, Mülki Qanunvericilik mülki hüquq münasibətləri subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən, vicdanla hərəkət etməli olmalarını və hüquqdan sui-istifadə hallarına yol verilməməsini də təsbit etmişdir”. İşə baxan məhkəmənin heç bir hüquq normasına söykənməyən, şəxsi mülahizələrə əsaslanan bu mövqeyi tamamilə qanunsuz və əsassızdır, yalnız maddi zərərlə bağlı qanunsuz mövqeyə ümumi sözlərlə haqq qazandırmaq məqsədi daşıyır. Məhkəmə baxışı zamanı "xxxx" MMC ilə müəllif X10 arasında müqavilə bağlandıqdan sonra istehsal və satış hüquqları "xxxx" MMC-yə məxsus olan kitabların pirat nüsxələrinin satışının Cavabdeh MMC tərəfindən həyata keçirildiyi və həmin fəaliyyət nəticəsində iddiaçı "xxxx" MMC-yə külli miqdarda zərər dəydiyi müəyyən edilsə də, işə baxan məhkəmə iddiaçıya vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbini təmin etməmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv olunmasını və iddia tələbinin tam təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh MMC X10 ilə təxminən 2012-ci il tarixindən 2022-ci ilədək 10 ildir ki, əməkdaşlıq edir və sözügedən əməkdaşlıq münasibətləri nəticəsində cavabdehin X8 qarşı etimadı yaranmışdır. Belə ki, 2012-ci il tarixində Cavabdeh ilə X10 arasında müəllifin dərs vəsaitlərinin nəşri, istehsalı və satışı ilə bağlı müqavilə bağlamış və müqavilə münasibətləri davam etsə də, X10 eyni predmetlə "xxxx" MMC ilə müəllif müqaviləsi bağlamışdır. Tərəflər arasında bağlanmış “Dərsliklər və əlavə dərs vəsaitlərinin nəşr olunması və satışı haqqında” xidmət müqaviləsinin şərtlərinə görə Cavabdeh MMC X6 müəllifi olduğu əlavə dərs vəsaitləri – Azərbaycan dili fənnindən İ sinif üçün didaktik materiallar, İİ sinif üçün didaktik materiallar, İİİ sinif üçün didaktik materiallar və İV sinif üçün didaktik materiallar, Azərbaycan dili fənnindən İ sinif test vəsaiti, İİ sinif test vəsaiti, İİİ sinif test vəsaiti və İV sinif test vəsaiti, riyaziyyat fənnindən İ sinif üçün didaktik materiallar, İİ sinif üçündidaktik materiallar, İİİ sinif üçün didaktik materiallar və İV sinif üçün didaktik materiallar, riyaziyyat fənnindən İ sinif test vəsaiti, İİ sinif test vəsaiti, İİİ sinif test vəsaiti və İV sinif test vəsaiti, “İbtidai sinif şagirdinin stolüstü kitabı (Qaydalar)”, “Hüsnxət (məktəbəqədər üçün)”,“Hüsnxət (1-ci sinif üçün)”, Hüsnxət (2-ci sinif üçün) kitablarının (Azərbaycan və rus dillərində) nəşr olunması və satışı xidmətlərini həyata keçirəcək, əldə olunacaq pul vəsaitinin 30 %-i X8 qonorar kimi ödəniləcəkdir. Bu müddət ərzində X6 müəllifi olduğu kitabların reklamı və satışı istiqamətində Cavabdeh MMC tərəfindən davamlı fəaliyyət göstərilmişdir. Belə ki - 1. Kənardan mütəxəssislərin cəlb olunması ilə nəşrlər daha informativ və oxunaqlı olmuş; 2. Nəşr olunan vəsaitlərin keyfiyyəti ilə yanaşı sayı və marka dəyəri xeyli həcmdə artmış; 3. Nəşrlərin daha geniş kütləyə çatdırılması nəticəsində bazarda müəllifin adı brendə çevrilmiş; 4. Nəşrlər azərbaycan dili ilə yanaşı eyni zamanda rus dilində də tərcümə olunaraq satışa çıxarılmışdır. X1 müqavilə ilə müəyyən olunmuş qonorar məbləği qabaqcadan ödənilmişdir. X4 Cavabdeh MMC-yə dərs vəsaitlərinin istehsalının və nəşrinin dayandırılması ilə bağlı heç bir xəbərdarlıq etmədən 11 mart 2022-ci il tarixində "xxxx" MMC ilə yuxarıda qeyd olunan eyni adlı kitablar barəsində müəlliflə “Müəllif müqaviləsi” bağlamışdır. X6 müəllifi olduğu eyni adlı kitablarla bağlı həm Cavabdeh MMC-nin, həm də "xxxx" MMC-nin istehsal və satış xidmətlərini həyata keçirməsi Cavabdeh MMC-nin illik mənfəətinin azalmasına, sonuncu dəfə 2021-ci ildə nəşr olunmuş kitabların bir çoxunun satılmamasına və şirkətin böyük miqdarda zərərə uğramasına səbəb olmuşdur. Sözsüz ki, burada zərər vuran şəxslər X10 və "xxxx" MMC-dir. Buna baxmayaraq, “X16 və Dağıtım” MMC Cavabdeh MMC-ni piratçılıqda ittiham etmiş, öz “hüquqlarının” pozulduğunu iddia etmiş və Cavabdeh MMC-yə qarşı “əlavə dərs vəsaitlərinin pirat nüsxələrinin istehsalının və satışının qadağan edilməsi, vurulmuş maddi zərərin əvəzinin ödənilməsi”nə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-1673/2022 saylı, xx.xx.2022 tarixli qətnaməsi ilə Cavabdeh MMC-yə dərc olunan əlavə dərs vəsaitlərinin satılması qadağan olunmuşdur. Bildirirlər ki, məhkəmənin e-2- 2(119)-1673/2022 saylı, xx.xx.2022 tarixli qətnaməsi ədalət prinsipinə zidd qaydada, əsassız şəkildə qəbul edilməklə birbaşa olaraq Cavabdeh MMC-nin hüquqlarının pozulmasına və şirkətin zərərə uğramasına yönəlmişdir. İddiaçı "xxxx" MMC mübahisə predmeti olan dərs vəsaitlərinin satışına mane olmaq üçün digər kitab mərkəzlərinə cavabdeh barəsində yalan məlumatlar vermişdir. Halbuki məhkəmə prosesində həm Cavabdeh MMC, həm də X10 əməkdaşlıq etdiyini, birgə fəaliyyətlərinin aralarında bağlanmış müqavilə çərçivəsində həyata keçirildiyinin düzgünlüyünü öz ifadələri ilə təsdiq etmişlər. Cavabdeh MMC-nin haqlı olaraq nəşr etdiyi kitabların satışını həyata keçirməsi sırf iddiaçının öz qanunsuz mənafeyinə uyğun gəlmədiyi üçün cavabdeh barəsində yalan-yanlış məlumat yaymaq, böhtan xarakterli məlumatlarla cavabdehi nüfuzdan salmaq və bazardan sıxışdırıb çıxarmaq heç bir hüquq və əxlaq normasına uyğun olmamaqla bərabər, vicdansız bir davranışdır. İddiaçının hər cür illeqal yola əlatmaqla sırf öz satışını daha da artırmaq üçün Cavabdeh MMC barəsində yaratdığı “qarayaxma kompaniyası” işə baxan məhkəmə tərəfindən nəzərə alınmamış, burada əsas zərərçəkən və hüquqları pozulan şəxs Cavabdeh MMC olduğu halda, şəxsin nəinki hüquqlarının müdafiəsini həyata keçirmiş, hətta daha da pozulmasına şərait yaradacaq bir qətnamə qəbul etmişdir. Cavabdeh MMC-nin azad surətdə X10 ilə bağladığı müqavilədən irəli gələn öhdəliklərinə məhdudiyyət qoyulmuş, 2021-ci ildə nəşr edilən dərs vəsaitlərinin satışına icazə verilməməsi ilə Cavabdeh MMC-nin biznes fəaliyyətinə böyük həcmdə ziyan dəymişdir. Bu səbəbdən dərc olunmuş əlavə dərs vəsaitləri maya dəyəri ilə X8 təklif olunmuş, X4 həmin dərs vəsaitlərini almaqdan və maya dəyərini ödəməkdən imtina etmişdir. Göründüyü kimi, X10 Cavabdeh MMC ilə bağladığı xidmət müqaviləsinin tələblərini kobud şəkildə pozaraq şirkəti zərərə uğratmışdır və törətdiyi hüquq pozuntusunun aradan qaldırılması barədə heç bir addım atmamaqdadır. Kitabların bazarda yüksək dəyərə sahib olmasının və eyni zamanda kitablardan istifadə edən müəllim, şagird heyəti ilə əlaqələrin qurulub satışın artırılmasının birbaşa səbəbkarı Cavabdeh MMC olması göz önündədir. X6 müəllifi olduğu kitabların 4 ədədlə nəşrə başlanıb zamanla sayının 40-a çatdırılması kənardan adi görünə bilər, lakin bu fəaliyyətin arxasında var gücü ilə işləyən məhsuldar işçi heyəti, itirilmiş enerji, sərf edilmiş zaman, kifayət qədər böyük məbləğlərlə çəkilmiş xərclər və digər faktorlar dayanır. Sonda isə çəkilən əziyyətin əvəzinə nəinki mənfəət götürmək, əksinə zərərlə ayrılmaq heç bir müstəvidə qəbul edilən deyildir. Bundan başqa o da qeyd olunmalıdır ki, cavabdehin 2022-ci ildə əməkdaşlığa son qoymaq istədiyini şifahi olaraq ifadə etməsi yeni dərs vəsaitlərinin nəşri və satışı hüququna xitam verdiyi halda, iddiaçının 2021-ci ildə nəşr edilmiş əlavə dərs vəsaitlərinin satışına qadağa qoyulmasına əsas ola bilməz. Sumqayıt Kommersiya Məhkəməsinin iddiaçının maddi zərərin ödənilməsi tələbi hissəsindəki mövqeyi tamamilə doğrudur. Belə ki, iş materiallarında Cavabdeh MMC-nin bu zamana kimi kitabların satışını həyata keçirməsi fəaliyyəti nəticəsində iddiaçı "xxxx" MMC-nin hər hansı bir həcmdə maddi ziyana uğraması müəyyən edilməmiş və bu hissədə iddia tələbi rədd edilmişdir. Bu da onu deməyə əsas verir ki, əgər cavabdehin bu zaman kimi həyata keçirdiyi fəaliyyətdən iddiaçıya heç bir ziyan dəyməmişdirsə, bundan sonrakı fəaliyyətində də ziyan dəyməyəcəkdir. Cavabdeh apellyasiya şikayətinə əlavə təqdim edərək əlavəni onunla əsaslandırmışdır ki, cavabdeh şirkətin Aygün Məcidova ilə qüvvədə olan müqaviləsi üzrə 2021-ci il ərzində toplamda çap edilmiş, lakin satışı həyata keçirilməyən maya dəyəri - 157.765,06 AZN, satış dəyəri - 229.177, 35 AZN məbləğində kitab qalmışdır. X13 2022-ci ilin mart ayında iddiaçı şirkətlə müəlliflik müqaviləsi imzalaması səbəbilə çap edilmiş minlərcə sayda olan kitabların satışı həyata keçirilməmiş və Cavabdeh MMC-yə külli miqdarda ziyan dəymişdir. X14 Xidmətinin sistemindən çıxarışdan da göründüyü kimi Cavabdeh MMC 2021-ci ili zərərlə başa vurmuşdur. Bununda da səbəbi məhz çap edilmiş kitabların satışının mümkün olmamasıdır. Bir daha vurğulanır ki, yuxarıda qeyd edilmiş kitablar Cavabdeh MMC-nin müəllif Aygün Məcidova ilə olan müqaviləsinin qüvvədə olduğu müddət ərzində çap edilmişdir. Ona görə də iddiaçının Cavabdeh MMC-nin çap etməyə tamamilə hüququ çatdığı 2021-ci il tarixində çap edilmiş kitablarının satışının qadağan edilməsini tələb etmək hüququ yoxdur. Hətta belə bir hüququ olmuş olsa idi belə, indiki halda iddiaçının bu hüququndan istifadə etməsi hüquqdan sui-istifadə sayılmalı idi. Bununla yanaşı nəzərə alınmalıdır ki, Cavabdeh MMC üçün yaranmış arzuolunmaz vəziyyət iddiaçı şirkətin də başına gələ bilər. Belə ki, iddiaçının bağlamış olduğu müqavilənin son ilində yüz minlərlə manat dəyərində kitab çap etmiş olsa və müqavilənin müddəti bitməmiş müəllif Aygün Məcidova başqa bir MMC ilə müqavilə bağlayarsa, o zaman "xxxx" MMC-nin də əlində yüz minlərcə manat dəyərində satılmamış kitab qala bilər. Ona görə də hətta Cavabdeh MMC çap etdiyi kitabları məhkəmə prosesindən əvvəl və məhkəmə gedişatında maya dəyərindən belə aşağı qiymətə iddiaçıya təklif etsə də, iddiaçı şirkət həmin kitabları almaqdan imtina etmişdir. Hətta bugünki gündə çap xərclərinin artdığını nəzərə alarsaq, Cavabdeh MMC-nin təklifinin nə qədər vacib olduğunu görə bilərik. Buna baxmayaraq, iddiaçı şirkət təkidlə bu təklifi qəbul etməməklə əsil niyyətinin məhz cavabdeh şirkətə zərbə vurmaq olduğunu göstərməkdədir. Eyni zamanda qeyd edilməlidir ki, Cavabdeh MMC iddiaçı şirkətin müəlliflik müqaviləsi imzaladığı 2022-ci il üçün heç bir halda yeni nəşrlər çap etməmişdir. Belə olan halda iddiaçının müqavilə bağladığı gündən daha əvvəl çap edilmiş kitabların satışının qadağan edilməsini tələb etməsi (hansı ki, Cavabdeh MMC tərəfindən 2021-ci ildə çap edilmiş kitabların satışı ümumiyyətlə həyata keçirilməmişdir, çünki məlum məsələdir ki, heç bir istehlakçı köhnə tarixli kitabları almaz), hətta bu azmış kimi edilməyən satışlar üçün kompensasiya da tələb etməsi absurddur. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 16 mart tarixli, 2- 2(105)-45/2023 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, cavabdehin apellyasiya şikayəti qismən təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia tələbi təmin olunmamışdır (sədrlik edən hakim İlqar Dəmirov, hakimlər Zaur Məmmədov və Almaz Süleymanova). Apellyasiya instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. İrəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. İddiaçı cavabdehə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək “əlavə dərs vəsaitlərinin pirat nüsxələrinin istehsalının və satışının qadağan edilməsi, vurulmuş maddi zərərin əvəzinin ödənilməsi”ni tələb etmiş olsa da, hazırki iddianın mahiyyətindən də göründüyü kimi, 2012-ci ildə cavabdeh (VÖEN **********) ilə hazırkı iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən 3-cü şəxs A.Məcidova arasında sonuncunun müəllifi olduğu “əlavə dərs vəsaitləri”nin istehsalı və satışı ilə əlaqədar 5 il müddətinə müqavilə bağlanmış və həmin müqavilə əsasında 2012-ci ildən etibarən A.Məcidovanın müəllifi olduğu və hazırkı iş üzrə mübahisə predmeti kimi çıxış edən “əlavə dərs vəsaitləri”nin istehsalı və satışı ilə cavabdeh məşğul olmuş, bu fəaliyyət hər iki tərəfin qarşılıqlı razılığı əsasında məlum müqavilənin müddəti bitdikdən sonra da, yəni 2021-ci ilin sonlarınadək davam etmişdir. “İstifadəçi” iddiaçı ilə “müəllif” A.Məcidova arasında 2022-ci il 11 mart tarixli 11-03 nömrəli “Müəllif Müqaviləsi” bağlansa da, həmin müqavilə bağlananadək A.Məcidovanın müəllifi olduğu 36 adda kitabların qanunsuz olaraq cavabdeh tərəfindən istehsalının və satışının aparılmasını və vurulmuş ziyanın ödənilməsini tələb etməkdə subyektiv hüququ olmamışdır. İddiaçı ilə “müəllif” A.Məcidov arasında 2022-ci il 11 mart tarixli 11-03 nömrəli “Müəllif Müqaviləsi” bağlanmasına baxmayaraq, bu hal da özü-özlüyündə iddiaçıya əlavə dərs vəsaitlərinin istehsalının və satışının qadağan edilməsi, vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququn yaranmasına əsas vermir. İddiaçının iddia tələbi üzrə mübahisələndirdiyi hallar cavabdeh ilə A.Məcidova arasında mövcud olmuş müqavilə münasibətlərindən yaranmışdır. Belə ki, qeyd olunan müqavilə münasibətlərinin doğurduğu hüquqi mübahisələndirmə A.Məcidovaya aid məsələ olmuşdur. Cavabdehin həmin münasibətlər üzrə müvafiq tələbləri də A.Məcidovaya qarşı yönəldilə bilər. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 30, MM-in 21.1, 21.2, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun 5.1, 44.1, 45.1, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 2007-ci il 4 may tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumun 2008- ci il 30 iyul tarixli Qərarına, MPM-in 14.2, 88, 217.3, 217.4, 384.0.2, 385.1.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-2(102)-400/2023 nömrəli qərarı ilə iddiaçı "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 16 mart tarixli, 2-2(105)-45/2023 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanunsuz və əsassız olduğu, həmçinin işdəki mövcud sübutların faktiki qiymətləndirilməsi təmin edilmədiyi üçün işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası onunla razılaşmır. Belə ki, iş materiallarındakı 2022-ci il 11 mart tarixli, 11-03 nömrəli “Müəllif Müqaviləsinin 2.1-ci bəndinə əsasən müəllif olaraq A.Məcidova 3 adda “Əlavə dərs vəsaitləri”nin kütləvi şəkildə nəşr olunması üçün “İstifadəçi”nin hüququna verir və kitabları öncədən razılaşdırılmış müddətə qədər iddiaçıya təhvil verməyi öhdəsinə götürür və təhvil verir, Müqavilənin 3.1-ci bəndinə əsasən ..”İstifadəçi” bu müqavilə ilə verilən müstəsna hüquqa uyğun olaraq..., 4.1-ci bəndinə əsasən isə Müqavilə tərəflər arasında imzalandıqdan və qüvvəyə mindikdən sonra “Müəllifin” yuxarıda adı çəkilən əlavə dərs vəsaitlərinin ölkə daxilində və xaricində çap və yayım hüquqları yalnız “İstifadəçi”yə, yəni iddiaçıya məxsusdur, Müqavilənin 4.4-cü bəndinə uyğun olaraqsa ... əlavə dərs vəsaitlərindən müstəsna istifadə hüququ müqavilə müddəti ərzində “İstifadəçi”yə məxsusdur. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 30-cu maddəsinə əsasən, bu Qanunun 15-ci maddəsi ilə nəzərdə tutulmuş əmlak hüquqları müəlliflər və müəlliflik hüquqlarının digər sahibləri tərəfindən müəllif müqaviləsi üzrə verilə bilər. Əmlak hüquqlarının verilməsi müstəsna hüquqların verilməsi haqqında müəllif müqaviləsi (müstəsna lisenziya), yaxud qeyri-müstəsna hüquqların verilməsi haqqında müəllif müqaviləsi (qeyri-müstəsna lisenziya) əsasında həyata keçirilə bilər. Müstəsna hüquqların verilməsi haqqında müəllif müqaviləsi üzrə (müstəsna lisenziya) müəllif və ya müəlliflik hüquqlarının digər sahibi əsərdən müəyyən üsulla və müqavilədə müəyyən edilmiş həddə istifadəyə müstəsna hüququnu başqa şəxsə verir və bununla həmin şəxsə digər şəxslərin də əsərdən bu cür istifadə etməsinə icazə vermək və ya qadağan etmək hüququnu verir. Qeyrimüstəsna hüquqların verilməsi haqqında müəllif müqaviləsi üzrə (qeyri-müstəsna lisenziya) müəllif və ya müəlliflik hüquqlarının digər sahibi istifadəçiyə həmin əsərdən eyni üsulla istifadəyə razılıq almış başqa şəxslə bərabər istifadəyə icazə verir. Mübahisənin qanuni həlli baxımından iddiaçı ilə üçüncü şəxs arasında bağlanmış müqavilənin müddəalarının düzgün qiymətləndirilməsi həlledici əhəmiyyət kəsb etsə də, MPM-in 88-ci maddəsinin tələbləri pozularaq işə baxılarkən Müqavilənin qeyd olunan bəndləri ilə bağlı “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 15-ci, 30cu və 44-cü maddələrinin tələbləri baxımından hüquqi dəyərləndirmə aparılmamış, iddiaçı və üçüncü şəxs arasında bağlanmış Müqavilənin müstəsna hüquqların verilməsi haqqında müəllif müqaviləsi (müstəsna lisenziya), yaxud qeyri-müstəsna hüquqların verilməsi haqqında (qeyrimüstəsna lisenziya) müəllif müqaviləsi olduğu dəqiq müəyyən edilməklə hüquqi qiymət verilməmiş, nəticədə isə iddiaçının hazırkı iddianı irəli sürmək üçün subyektiv hüquqa malik olmaması əsası ilə qanunsuz məhkəmə aktı qəbul edilmişdir. Halbuki, müəllif olaraq A.Məcidovanın 36 adda “Əlavə dərs vəsaitləri”ni kütləvi şəkildə nəşr olunması üçün “İstifadəçi”nin hüququna verməsi, kitabları öncədən razılaşdırılmış müddətə qədər iddiaçıya təhvil verməsi, ”İstifadəçiyə” bu müqavilə ilə verilən müstəsna hüquqa uyğun olaraq üçüncü şəxsə 50.000 manat müəllif qonorarı ödəməsi, 4.1-ci bəndinə əsasən isə Müqavilə tərəflər arasında imzalandıqdan və qüvvəyə mindikdən sonra “Müəllifin” yuxarıda adı çəkilən əlavə dərs vəsaitlərinin ölkə daxilində və xaricində çap və yayım hüquqlarının yalnız “İstifadəçi”yə, hazırkı halda isə iddiaçıya məxsus olması, əlavə dərs vəsaitlərindən müstəsna istifadə hüququnun müqavilə müddəti ərzində “İstifadəçi”yə məxsus olması həmin Müqavilənin hansı tip müqavilə olduğunu müəyyən etməyə yardım edir. İşə birinci instansiya qaydasında baxılarkən üçüncü şəxs Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi Publik Hüquqi Şəxsinin nümayəndəsi Nümayəndə3 izahatında iddiaçı və A.Məcidova arasında məhz müstəsna hüquqların ötürülməsi barədə Müqavilə bağlandığını, müəlliflik hüququ obyektlərinə dair müstəsna hüquqlar ötürüldükdə, müəllifin sadəcə şəxsi qeyriəmlak hüquqlarını, yəni ad hüququnu, şöhrət, tanınmaq kimi hüquqları özündə saxladığını, qalan bütün digər əmlak və iqtisadi hüquqlarını müqavilə üzrə qarşı tərəfə ötürmüş olduğunu qeyd etmişdir (i.v 106). Apellyasiya məhkəməsinin müqaviləyə hər hansı qiymət vermədən iş üzrə gəldiyi nəticə isə faktiki olaraq iddiaçıya verilmiş hüquqları heçə endirmiş, onları əhəmiyyətsiz hala gətirməklə, digər şəxslərin də hər hansı müqavilə bağlamadan, qonorar ödəmədən müəllifin əsərlərindən öz mülahizələrinə uyğun istifadə etməsinə, çap edib yaymasına və s. rəvac verə bilər ki, bu isə heç bir halda qanuni hesab edilə bilməz. Tərəflər arasında Müqavilə 2022-ci ilin mart ayında bağlandığından, iddiaçı həmin tarixdən etibarən müstəsna hüquqları ona verilmiş əlavə dərs vəsaitlərinin müqavilə müddəti ərzində nəşrinin dayandırılmasını, qadağan edilməsini istənilən şəxsdən tələb etmək hüququna malikdir və bu hüquq müqavilə üzrə müəllif tərəfindən ona verilmiş müstəsna hüquqdur, bu hüququn müqabilində isə iddiaçı müəllifə qeyd edilən həcmdə müəllif qonorarı ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən çap edilmiş əlavə dərs vəsaitlərinin satışının qadağan edilməsi hissəsində də məhkəmə tərəfindən hərtərəfli araşdırma aparılması təmin edilməmişdir. Belə ki, cavabdehin nümayəndəsi məhkəmə iclaslarında üçüncü şəxslə vaxtilə bağlanmış müqavilənin nüsxəsinin onlarda olmadığını bildirmiş, buna baxmayaraq 2021-ci ilin sonlarınadək A.Məcidova ilə münasibətlərinin davam etdiyini göstərmişdir. Belə olduğu təqdirdə satışının qadağan edilməsi tələb olunan dərs vəsaitlərinin sonradan deyil, məhz 2021-ci ilədək nəşr edilmiş nüsxələr olduğunu sübut etmək yükü MPM-in 77.1-ci maddəsinə uyğun olaraq məhz cavabdehin üzərinə düşür. İş materiallarına və tərəflərin izahatlarına əsasən isə həmin vəsaitlərin üzərində nəşr edilmə tarixləri qeyd olunmasa da, apellyasiya məhkəməsi həmin halla əlaqədar hər hansı araşdırma aparılmasını təmin etməmiş, həmin dərs vəsaitlərinin üzərində nəşr olunma tarixlərinin hansı səbəbdən qeyd edilmədiyinə aydınlıq gətirməmişdir. “Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır” (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2008-ci il 13 iyun tarixli qərarı). “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 iddiaçının apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək, öz izahatında iddiaçının apellyasiya şikayətinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 cavabdehin apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək, öz izahatında cavabdehin apellyasiya şikayətinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 izahat verərək, öz izahatında apellyasiya şikayətinin həllini məhkəmə kollegiyasının mülahizəsinə buraxdığını bildirmişdir. İş üzrə digər üçüncü şəxs məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətlərinə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 30. Əqli mülkiyyət hüququ İ. Hər kəsin əqli mülkiyyət hüququ vardır. İİ. Müəlliflik hüququ, ixtiraçılıq hüququ və əqli mülkiyyət hüququnun başqa növləri qanunla qorunur.” Azərbaycan Respublikası Mülki Məcəlləsi “Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. ... “Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq ... 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.” “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 4.Əsas anlayışlar Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaya malikdir: “pirat məhsul” - hüquq sahibinin razılığı olmadan hazırlanan (istehsal edilən) və yayılan əsər və fonoqram nüsxələri.... Maddə 5. Müəlliflik hüququnun obyekti 1.Müəlliflik hüququ təyinatından, dəyərindən və məzmunundan, habelə ifadə formasından və üsulundan asılı olmayaraq yaradıcılıq fəaliyyətinin nəticəsi olan həm açıqlanmış, həm də açıqlanmamış, obyektiv formada mövcud olan elm, ədəbiyyat və incəsənət əsərlərinə şamil edilir. Müəlliflik hüququnun yaranması və həyata keçirilməsi üçün əsərin qeydiyyata alınması, yaxud hər hansı başqa üsullarla rəsmiləşdirilməsi tələb olunmur. ... Maddə 15 . Əmlak (iqtisadi) hüquqları

1. Müəllifin və ya əsərə müəlliflik hüququnun digər sahibinin bu Qanunda nəzərdə tutulan hallar istisna olmaqla, əsərdən hər hansı formada və üsulla istifadə etməyə müstəsna hüququ vardır.

2. Əsərdən istifadəyə müstəsna hüquqlar aşağıdakıları həyata keçirməyi, həyata keçirilməsinə icazə verməyi, yaxud qadağa qoymağı bildirir: əsərin birbaşa və ya dolayısı yolla surətini çıxarmaq (surətçıxarma hüququ); əsərin orijinalını və ya nüsxələrini satış, yaxud mülkiyyət hüququnun başqa cür verilməsi yolu ilə yaymaq (yaymaq hüququ); əsərin orijinalını və ya nüsxələrini kirayəyə vermək (kirayə hüququ); əsərin nüsxələrini (o cümlədən müəllifin, yaxud əsərə müstəsna müəlliflik hüquqlarının sahibinin razılığı əsasında istehsal edilmiş nüsxələri) yaymaq məqsədi ilə idxal etmək (idxal hüququ); ... Maddə 44. Müəlliflik hüququnun və əlaqəli hüquqların müdafiəsi. Əsərlərin və ya fonoqramların pirat nüsxələri

1. Müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri, habelə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum və əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar müəlliflik hüquqlarını və əlaqəli hüquqları pozan və ya pozmaq təhlükəsi yaradan hərəkətlərin dayandırılmasını tələb etmək hüququna malikdirlər.

2. İstehsalı (hazırlanması) və ya yayılması müəlliflik hüququnun və ya əlaqəli hüquqların pozulmasına səbəb olan əsər və ya fonoqram nüsxələri pirat nüsxələr sayılır.... “Maddə 45. Müəlliflik hüququnun və əlaqəli hüquqların müdafiəsi vasitələri (üsulları) 1Müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri öz hüquqlarının müdafiəsi üçünməhkəməyə müraciət edə bilərlər.

2. Məhkəmə müəlliflik hüququ və əlaqəli hüquqlar ilə əlaqədar mübahisələrə baxarkən mülkihüquqi müdafiənin ümumi vasitələrindən başqa iddiaçının tələbi ilə aşağıdakılar barədə qərar qəbul edə bilər:1) zərərin ödənilməsi əvəzinə pozuntuya yol verən şəxsdən müəlliflik hüququnun və əlaqəli hüquqların pozulması nəticəsində əldə etdiyi gəlirin tutulması;2) zərərin ödənilməsi və ya gəlirin tutulması əvəzinə 110 manatdan 55 min manatadək məbləğdə kompensasiya ödənilməsi;3) hüquq pozuntusunun ağırlıq dərəcəsi və digər şəxslərin qanuni maraqları nəzərə alınmaqla məhkəmə qərarına əsasən pirat nüsxələrin surətinin çıxarılması (istehsalı) üçün istifadə edilmiş material və avadanlıqların müsadirə olunması;4) pirat nüsxələrin hüquqları pozan tərəfə heç bir kompensasiya ödənilmədən məhkəmə qaydasında müsadirə olunması və ya məhv edilməsi.

3. Müəlliflik hüququ və əlaqəli hüquqların obyektlərinin texniki müdafiə vasitələrinin birbaşa müdaxilə yolu və ya dolayısı ilə ələ keçirilməsinə yönəldilmiş hərəkətlər müəlliflik hüququ və əlaqəli hüquqların pozulmasına görə qanunvericilikdə nəzərdə tutulan məsuliyyətə səbəb olur.

4. Məhkəmə hüquq pozuntusu faktı sübut edildiyi halda vəkilə ödənilən haqq da daxil olmaqla hüquq sahibinin çəkdiyi ağlabatan xərclərin ödənilməsi barədə qərar çıxarmaq hüququna malikdir. Məhkəmə, həmçinin, hüquq pozuntusuna yol vermiş şəxsin bunu bilib-bilməməsindən asılı olmayaraq pozuntulara görə həmin şəxsin müəllifə (digər hüquq sahibinə) və ya əlaqəli hüquqların sahibinə kompensasiya ödəməsi barədə qərar çıxara bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Apellyasiya baxışının həddləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının predmetini məhkəmə qətnaməsinin Ali Məhkəmənin qeyd edilən qərarına əsasən apellyasiya şikayətləri əsasında qətnamənin qanuniliyi və əsaslılığının tam yoxlanılması təşkil edir. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətləri və onun dəlillərini, iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi mübahisə predmeti olan kitabların istehsalı və satışının cavabdehə qadağan edilməsi və bununla əlaqədar iddiaçıya vurulmuş maddi zərərin əvəzi olaraq pul vəsaitinin ödənilməsindən ibarətdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddaçı ilə müəllif arasında xx.xx.2022-ci il tarixdə müəlliflik müqaviləsi bağlanılmış, həmin müqavilə üzrə müəllif mübahisə predmeti olan müvafiq kitablara dair müstəsna hüquqlarını iddiaçıya vermiş, iddiaçı isə şərtləşdirilmiş məbləğdə və müddətdə müəllifə qonorar ödəməyi öhdəsinə götürmüşdür. İşin mübahisəli halı ondan ibarətdir ki, iddiaçı müvafiq kitablara dair müstəsna hüquqların sahibi qismində onlar çıxış etdiyi halda, cavabdeh tərəfindən qanunsuz olaraq həmin kitabların istehsalı və satışının həyata keçirilməsi, bununla da onlara maddi ziyan vurulması halına istinad edərək, qeyd edilən iddia tələbini irəli sürmüşdür. Cavabdeh tərəf isə həmin kitabların müəlliflə onlara arasında müqavilə bağlandığı, aralarında razılaşma olduğu müddətdə çap edildiyini, satılan kitabların məhz həmin dövrdə istehsal olunan kitablar olduğunu, o kitablar onlarda saxlandığı halda onlara ziyan dəyməsi halına istinad edərək, iddia tələbinə etiraz etmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, indiki halda iddiaçı ilə müəllif arasında müəlliflik müqaviləsi bağlandığından, iddiaçı həmin tarixdən etibarən müstəsna hüquqları ona verilmiş əlavə dəsr vəsaitlərinin müqavilə müddəti ərzində nəşrinin dayandırılmasını, qadağan edilməsini istənilən şəxsdən tələb etmək hüququna malikdir və bu hüquq müqavilə üzrə müəllif tərəfindən ona verilmiş mütəsna hüququdur, bu hüququn müqabilində isə iddiaçı müəllifə qeyd edilən məbləğdə qonorar ödəməyi öhdəsinə götürmüşdür. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, iddiaçının belə bir tələb etmək hüququ qanunvericiliyin tələbinə əsasən mövcud olduğundan, cavabdeh satılan kitabların müəlliflə aralarında bağlanmış müqavilə müddətində istehsal olunması halına istinad edirsə, indiki halda bununla bağlı sübutetmə yükü də məhz cavabdehin üzərinə düşür. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən sübut qismində anbarda saxlanılan kitablara dair fotoşəkillər, videodisk və bir neçə ədəd kitab nüsxələri təqdim edilmişdir. Məhkəmə kollegiyası cavabdeh tərəfindən təqdim edilmiş fotoşəkillər və anbarda olan görüntülərə dair videodisklə bağlı qeyd edir ki, həmin sübut vasitələrin əsasən kitab nüsxələrinin məhz müəlliflə onlar arasında bağlanılmış müqavilə müddətində və ya razılaşma olduğu müddətdə çap olunması halının müəyyən edilməsi mümkün olmamışdır. Belə ki, həmin sübutla vasitələri əsasında kitab nüsxələrinin çap tarixinin müəyyən edilməsi mümkün olmamış, habelə indiki halda kitabların çap tarixinin müəyyən edilməsinə imkan verən fotoşəkillər və videogörüntü təqdim edilməmişdir. Bundan əlavə, məhkəmə kollegiyası cavabdehin özü tərəfindən təqdim edilmiş 11 ədəd kitab nüsxəsindən yalnız iki ədəddə çap tarixi olduğu aşkar edilmiş, çap tarixi kimi 2019-cu il və 2020-ci il qeyd edilmişdir. Cavabdehin nümayəndəsi tərəfindən isə həmin kitab nüsxələrində çap tarixinin qeyd edilməməsi səbəblərinə aydınlıq gətirilməmiş, əksinə ona bütün kitablarda çap tarixinin qeyd olunması barədə məlumat verilməsi halına istinad etmişdir. Göründüyü kimi cavabdehin özünün təqdim etdiyi sübut vasitələri belə etirazın əsası kimi istinad edilən hallarla ziddiyyət təşkil etmiş, habelə həmin ziddiyyətin yaranması səbəblərinə heç bir aydınlıq gətirilməmişdir. Bu halın müəyyən edilməsi ilə bağlı sübutetmə yükü cavabdehin üzərinə düşdüyü halda, bununla bağlı sübut vasitələrinin məhkəməyə təqdim edilməsi üçün kifayət qədər vaxt imkanı olduğu halda, cavabdeh tərəf iddia tələbinə etirazın əsası kimi istinad edilən halların müəyyən edilməsi üçün zəruri olan, habelə ziddiyyətli halların aydınlaşıdırlması ilə bağlı hər hansı başqa sübut vasitəsini məhkəməyə təqdim etməmişdir. Həmçinin, məhkəmə araşdırması zaman cavabdeh etirazın əsası kimi müəlliflə onların arasında bağlanmış müqavilənin məzmununa, onun qüvvədə olma müddətinə istinad etsə də, həmin müqvailənin nüsxəsini də məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin, qeyd edilməlidir ki, müəllif özü də həmin müqavilənin nüsxəsinin onda olmadığını bildirmişdir. Bu baxımından qeyd edilən halların da məhkəmə araşdırması zamanı müəyyən edilməsi mümkün olmamışdır. Qeyd edilən hallara əsasən, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin mübahisə predmeti olan kitabları məhz müəlliflə aralarında bağlanılmış razılaşma müddətində çap edilməsi halı öz təsdiqini tapmadığından, müəlliflik hüquqları haqqında qanunvericiliyin tələbinə əsasən müqaviləyə əsasən müstəsna hüquq sahibi qismində çıxış edən iddiaçının belə bir tələb irəli sürmək hüququ olduğundan, birinci instansiya məhkəməsi iddia tələbinin həmin kitabların istehsalı və satışının cavabdehə qadağan edilməsi hissəsində təmin etməkdə haqlı olmuş, bununla bağlı cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Həmçinin, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində ona 29500 manat məbləğində maddi ziyan vurulması halına istinad etmişdir. Eyni zamnada məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı qeyd edilən hissədə iddia tələbinin əsası kimi satılan kitabların qiymətinə uyğun olaraq, təxminən hesablanması halına istinad etmişdir. Məhkəmə kollegiyası qeyd edilən hissədə də birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iddiaçı ona məhz qeyd edilən məbləğdə ziyan vurulması halına istinad etsə də, həmin hala dair heç bir sübut məhkəməyə təqdim edə bilməmişdir. Nəticə etibarilə iddiaçıya məhz qeyd edilən məbləğdə ziyan vurulması halının müəyyən edilməsi mümkün olmamışdır. Bundan əlavə qeyd edilməlidir ki, iddiaçı tərəfindən bununla bağlı yalnız məhkəməyə bir neçə ədəd kitab nüsxələrinin alışına dair qəbz təqdim edilmişdir ki, həmin qəbzlər əsasında da məhz cavabdeh tərəfindən satılan kitab nüsxələrinin alış qiymətinə aid olması halını, habelə satılan kitabların miqdarının nəqədər olması halını müəyyən etmək mümkün olmamışdır. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, bu hissədə iddia tələbinin əsası kimi istinad edilən halları sübut etmək yükü iddiaçının üzərinə düşdüyü halda, onun tərəfindən məhkəməyə mötəbər sübut təqdim edilməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, həmin hissədə də birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, gəldiyi qənaəti düzgün olmuş, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin, qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;119.5-ci maddəsinə əsasən apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Bununla bağlı, məhkəmə kollegiyası onu qeyd edir ki, hazırki mülki iş üzrə iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin olunmadığından, apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş 236 dövlət rüsumları (118 manat iddiaçıya və 118 manat cavabdehə) tərəflərin özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı "xxxx" MMC və Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(119)-1673/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı "xxxx" MMC tərəfindən ödənilmiş 118 manat məbləğində dövlət rüsumu iddiaçının özünə, Cavabdeh MMC tərəfindən ödənilmiş 118 manat məbləğində dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar