Məhkəmə qərarları › İş №2-2(105)-14/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-14/2020

02.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-14/2020 02.03.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası, sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər X7 və X5 ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin cavabdeh Sumqayıt bələdiyəsinə qarşı cavabdehdən icarə haqqı borcu üzrə 948 manat məbləğində vəsaitin Əmlak Məsələləri Dövlət Komitəsinin xeyrinə tutulması tələbinə dair iş üzrə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, e-2-2(085)-521/2019 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi cavabdeh Sumqayıt bələdiyəsina qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən icarə haqqı borcu üzrə 948 (doqquz yüz qırx səkkiz) manat məbləğində vəsaitin Əmlak Məsələləri Dövlət Komitəsinin xeyrinə tutularaq (VÖEN **********) Komitənin Azərbaycan Respublikası X4 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin “İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında” xx.xx.1997-ci il tarixli, 629 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Dövlət X8 üzrə Dövlət Komitəsi ilə Sumqayıt bələdiyyəsi arasında – ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 473.5 kv m olan qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə xx.xx.2009-cu il tarixli 9005 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən cavabdeh öz üzərinə icarə haqqının vaxtlı-vaxtında ödənilməsi vəzifəsini götürsə də, müqavilənin şərtinə əməl olunmamış, cavabdeh tərəfindən ötən müddət ərzində icarə obyektindən istifadə edilməsinə baxmayaraq icarə haqqı ödənilməmişdir. “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 5-ci bəndinə əsasən qeyd olunan müqavilənin müddəti qurtardıqdan sonra ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən birinin ərizəsi olmadıqda o, müqavilədə nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. İcarə müqaviləsinə xx.xx.2018-ci il tarixdə xitam verilmişdir. Beləliklə, icarə müqaviləsi üzrə cavabdehin dövlət büdcəsinə ödənilməli olan 948 manat icarə haqqı borcu vardır. İcarə müqaviləsi üzrə vəzifələrini icra etməməklə, cavabdeh tərəfindən “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 13-cü maddələrinin, icarə müqaviləsinin tələbləri pozulmuşdur. Cavabdehə xx.xx.2019-cu il tarixli, **********73 nömrəli xəbərdarlıq məktubu ilə müraciət edilsə də, cavabdeh icarə haqqını ödəməkdən imtina etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, e-2- 2(085)-521/2019 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. (hakim V.Əzizova). Qətnamədən narazı qalan cavabdeh Sumqayıt bələdiyəsi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Məhkəmə işə baxarkən işi hərtərəfli araşdırmamış, iş üzrə tamamilə aidiyyəti olmayan qanun normalarını tətbiq etmiş, qanunları səhv təfsir edərək düzgün olmayan hüquqi nəticəyə gəlmişdir. Həmçinin, məhkəmə baxışı zamanı maddi və prosessual hüquq normalarının çoxsaylı digər pozuntularına da yol verilmişdir ki, bütün bu səhvlər son nəticədə işin nəticəsinə təsir göstərərək ədalətsiz və əsassız məhkəmə qətnaməsinin çıxarılmasına səbəb olmuşdur. İlk növbədə qeyd olunmalıdır ki, iddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin cavabdeh Sumqayıt Bələdiyyəsinə qarşı “icarə haqqı üzrə borcun ödənilməsinə dair" iddia ərizəsinin hər hansı hüquqi əsası mövcud deyildir. Belə ki, iddiaçı buna hər hansı mötəbər dəlillərə söykənmədən, tamamilə əsassız şəkildə icarə haqqı üzrə yarandığını iddia etdiyi 948 (doqquz yüz qırx səkkiz) manat məbləğində borcu Sumqayıt Bələdiyyəsindən tələb etmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə Sumqayıt Bələdiyyəsi arasında ünvan 2 ünvanında yerləşən sahəsi 473,5 kvadrat metr olan qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə xx xxxxxx 2009-cu il tarixli, 2005 saylı icarə müqaviləsi bağlanılmışdır. Həmin icarə müqaviləsinin müddəti bir il nəzərdə tutulmuşdur. Tərəflərindən 2018-ci ilin may ayı da daxil olmaqla müvafiq icarə haqları iddiaçıya ödənilmişdir. Lakin 2018-ci ilin may ayının 15-i tarixində X3 küçəsi, 5-ci məhəliə, bina 16 ünvanında yerləşən yeni inzibati binaya köçdüyündən, qeyd olunan icarə münasibətlərinə də faktiki olaraq xitam verilmişdir. Belə ki, göstərilən tarixdə tərəflərindən icarədə olan bina boşaldılaraq rəsmi qaydada Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Sumqayıt Ərazi İdarəsinin əməkdaşlarına təhvil verilmişdir. Sonuncu ödəniş kimi 2018-ci ilin iyun ayında həmin ilin may ayı üçün 300 manat məbləğində icarə haqqı məbləği ödənilmişdir, eyni zamanda 2018-ci ilin, 31 avqust tarixində 2225 saylı məktubla Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət olunaraq ünvan 2 ünvanında yerləşən sahəsi 473,5 kvadrat metr olan qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə dair müqaviləyə xitam verilməsi xahiş olunmuşdur. X1 qeyd olunan müraciətindən bir ilə yaxın müddət keçdikdən sonra Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Maliyyə, iqtisadi proqnozlaşdırma və daxili audit şöbəsinin müdiri Ənnağı Cənnətovun imzası ilə Sumqayıt Bələdiyyəsinə xx xxxx 2019-cu il tarixli, **********73 saylı məktub daxil olmuşdur ki, həmin məktubda Sumqayıt Bələdiyyəsinin müqavilənin ləğv olunduğu xx.xx.2018-ci il tarixinə guya 947,89 manat məbləğində icarə haqqı borcunun olduğu bildirilərək göstərilən borc məbləğinin ödənilməsi tələb olunmuşdur. Adı çəkilən məktuba xx xxxx 2019-cu il tarixdə cavab verilərək hesablanmış borc məbləğinin əsassız olduğu iddiaçıya bir daha bildirilmişdir. Bununla belə iddiaçı müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əsassız olaraq hesablanmış borc məbləğini Sumqayıt Bələdiyyəsindən tələb etmişdir. Halbuki, ünvan 2 ünvanında yerləşən sahəsi 473,5 kvadrat metr olan qeyri- yaşayış sahəsi 2018-ci ilin may ayının 15-i tarixində boşaldılaraq rəsmi qaydada Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Sumqayıt Ərazi İdarəsinin əməkdaşlarına təhvil verilmişdir. Həmçinin, 2018-ci ilin 31 avqust tarixində məktubla Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət olunaraq ünvan 2 ünvanında yeriəşən sahəsi 473,5 kvadrat metr olan qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə dair müqaviləyə xitam verilməsi xahiş olunmuşdur. Lakin iddiaçı icarəyə verilmiş binadan istifadə edilməməsinə baxmayaraq, əsassız şəkildə icarə haqqını hesablamağa davam etmişdir. Eyni zamanda iddiaçının hansı əsasla müqavilənin xx xxxxxx 2018-ci il tarixinə ləğv olunduğu qənaətinə gəldiyini də anlamaq olmur. Sumqayıt Bələdiyyəsi 2018-ci ilin may ayından etibarən Nizami küçəsi, 5-ci məhəllə, bina 16 ünvanında yerləşən yeni inzibati binaya köçdüyündən, qeyd olunan icarə münasibətlərinə də həmin dövrdən faktiki olaraq xitam verilmişdir. Belə ki, göstərilən tarixdə icarədə olan bina boşaldılaraq iddiaçının nümayəndələrinə təhvil verilmiş, həmin dövrə olan icarə haqqı borcu da tam şəkildə iddiaçıya ödənilmişdir. İddiaçı ilə Sumqayıt Bələdiyyəsi arasında bağlanılmış xx xxxxxx 2009-cu il tarixli, 2005 saylı icarə müqaviləsinin qüvvədə olma müddəti 1 (bir) il nəzərdə tutulmuş və onun müddətinin uzadılması ilə bağlı tərəflər arasında nə yeni icarə müqaviləsi bağlanılmamış, nə də bununla bağlı hər hansı bildiriş göndərilməmişdir, bu səbəbdən iddiaçının ümumiyyətlə icarə haqqı məbləğini tələb etməyə hər hansı hüquqi əsası mövcud deyildir. Bütün bunlarla bağlı iddia ərizəsinə qarşı xx xxxxxx 2019- cu il tarixli, 3478 saylı yazılı etiraz hazırlanaraq müvafiq sənədlərlə birlikdə xx xxxxxx 2019-cu il tarixdə Sumqayıt İnzibati-lqtisadi Məhkəməsinin dəftərxanasına rəsmi qaydada təqdim olunsa da, sonradan dəftərxananın işçiləri tərəfindən etiraz və ona əlavə olunmuş sənədlər “Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmədiyi səbəbindən geri qaytarılmışdır. Sənədlərin elektron formada məhkəməyə təqdim edilməsi mərhələsində isə müəyyən olunmuşdur ki, artıq bu iş üzrə iddia ərizəsinə baxılaraq məhkəmə qətnaməsi çıxarılmışdır. Məhkəmə tərəfindən qətnamə çıxarılarkən mülki-prosessual qanunvericiliyin normaları pozulmuşdur. Sözügedən iddia ərizəsinə, ümumiyyətlə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında deyil, iddia icraatı qaydasında baxılmalı idi. Belə ki, iddia ərizəsinin məzmunundan və iddiaçının məhkəməyə təqdim etdiyi sənədlərdən görünür ki, tələbin hüquqi əsasının olduğu tam şəkildə müəyyən edilmir, həmçinin həmin məbləğin ödənilməsi ilə bağlı tərəflər arasında mübahisə vardır. İddiaçının iddia ərizəsində qeyd etdiklərindən savayı, məhkəmə hər hansı əsasa söykənmədən qərar qəbul etmişdir. Halbuki, işin halları tam aydın olmadığı üçün məhkəmə tərəflərin məhkəmə prosesində iştirakını təmin etməli, sənədləri tələb edərək hərtərəfli araşdırma aparmalı, yekun məbləğlə bağlı mübahisə olduğundan, iş üzrə ekspertiza təyin etməklə həqiqətin müəyyən olunmasına çalışmalı idi, eyni zamanda iddia ərizəsinin məzmunundan da aydın olur ki, ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə vardır ki, bu halın mövcudluğu işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını istisna edir. Lakin məhkəmə ədalət mühakiməsinin bərqərar olması üçün qanunvericiliklə müəyyən olunmuş bu addımları atmamış, iş üzrə həqiqətin müəyyən olunması üçün heç bir tədbir görməyərək iddia tələbinin əsaslılığına dair çoxsaylı suallar olduğu halda, tələm-tələsik qərar çıxarmağı üstün tutmuşdur. Bütün bu sadalanan hallar məhkəmənin işə səthi və qeyri-obyektiv yanaşdığını, iş üzrə tətbiq olunmalı mülkiprosessual qanunvericilik normalarına riayət etmədiyini bir daha bariz şəkildə nümayiş etditir. Bu səbəbdən adı çəkilən məhkəmə qətnaməsi ləğv olunmalı, iş üzrə hərtərəfli araşdırma aparılmaqla iddia tələbi rədd edilməlidir. TƏRƏFLƏRİN İZAHATLARİ İddiaçı və cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq, iddiaçı və cavabdehin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, iddiaçı tərəfindən məhz noyabr ayınadək icarə haqqının tələb edilməsi anlaşılan deyildir. Avqust ayında müqaviləyə xitam verilməsi ilə bağlı tərəflərindən müraciət olunmuş, həmin ayda da iddiaçı tərəfindən müqaviləyə xitam verilə bilərdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsi ilə eyni məzmunda izahat verərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını, apelyasiya şikayətinin rədd edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, noyabr ayınadək icarə haqqının tələb edilməsinin səbəbi həmin ayda sözügedən qeyri-yaşayış sahəsinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinə icarəyə verilməsi olmuşdur. Cavabdeh müqavilənin xitamı ilə əlaqədar əvvəlcədən müraciət etsəydi, nəzərə alınardı. Cavabdeh tərəfindən avqust ayında icarə müqaviləsinə xitam verilməsi barədə iddiaçıya məktubun göndərilməsi barədə məlumatlı deyildir. Müvafiq iddia ilə iddiaçı tərəfindən məhkəməyə müraciət olunmasına səbəb tərəflər arasında bağlanmış icarə müqaviləsinə xitam verilməməsidir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, e-2-2(085)- 521/2019 saylı qətnaməsi qismən, iddianın təmin edilən – cavabdeh Sumqayıt bələdiyyəsindən icarə haqqı üzrə borcun xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək tutulması hissəsində ləğv edilməli, iddia həmin hissədə təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan xx.xx.2009-cu il tarixli 9005 nömrəli icarə müqaviləsindən görünür ki, həmin müqavilə Azərbaycan Respublikasının Dövlət X8 üzrə Dövlət Komitəsi ilə Sumqayıt bələdiyyəsi arasında ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 473.5 kv m olan qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə dair bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə görə “İcarəyəverən" Azərbaycan Respublikasın Dövlət X8 üzrə Dövlət Komitəsi sədrinin xx.xx.2009-cu il tarixli, 11 saylı Sərəncamına əsasən Sumqayıt şəhəri, 18-d məhəllə, hinıı 4/12 (registr №***-*******4- 005) ünvanında yerləşən, ümumi sahəsi 473.5 m2 təşkil edən Sumqayıt şəhər İcra Hakimiyyəti, Sumqayıt Mənzil-Kommunal Təsərrüfatı İstehsalat İstismar Birliyinin balansında olan qeyri-yaşayış sahəsini ofis məqsədi ilə “İcarəçi”nin müddətli istifadəsinə verir. Müqavilənin 2.2-ci bəndinə əsasən aylıq icarə haqqı: 157.83 manatdır. Aylıq icarə haqqının 100%-i (ƏDV-siz) - 157.83 manat, illik İcarə haqqının 100%-i (ƏDVsiz) – 1894 manat Azərbaycan Respublikasının Dövlət X8 üzrə Dövlət Komitəsinin hesabına ödənilməlidir. Müqavilənin 5.2-ci bəndinə əsasən icarə haqqının vaxtında və tam həcmdə ödənilməsi “İçarəçi”nin vəzifəsidir. Müqavilənin 8-ci bəndinə görə icarə haqqı iki ardıcıl müddət üçün ödənilmədikdə bu icarəçinin müqavilənin icrasından birtərəfli imtinası kimi qəbul edilir və icarə müqaviləsi ləğv oluna bilər. xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, AR ƏMDK tərəfindən Sumqayıt bələdiyyəsindən icarə haqqı üzrə borcun ödənilməsi tələb edilmişdir. İddiaçının xx.xx.2019-cu il tarixli məktubuna cavabdehin xx.xx.2019-cu il tarixli, 2219 saylı cavab məktubundan görünür ki, Sumqayıt Bələdiyyəsi tərəfindən qeyd olunan qeyri yaşayış sahəsi 2018-ci ilın may ayinin 15-i tarixindən boşaldılaraq Əmlak Məsələləri Dövlət Komitəsinin Sumqayıt Regional idarəsinin əməkdaşlarına təhvil verilərək yeni inzibati binaya köçmüşdür. Həmin dövr üçün xx.xx.2018-ci il tarixində 474 (dörd yüz yetmiş dörd) manat, xx.xx.2018-ci il tarixində isə 300 (üç yüz) manat icarə haqqı ödənilmişdir. Eyni zamanda Sumqayıt Bələdiyyəsi tərəfindən xx xxxxxx 2018-ci il tarixli 2225 saylı məktubla Əmlak Məsələləri Dövlət Komitəsinə həmin icarə müqaviləsinə xitam verilməsi barədə müraciət olunmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və ona əsaslanmışdır ki, icarə müqaviləsinin şərtlərinə əsasən cavabdeh öz üzərinə icarə haqqının vaxtıvaxtında ödənilməsi vəzifəsini götürsə də, müqavilənin şərtinə əməl olunmamış, cavabdeh tərəfindən ötən müddət ərzində icarə obyektindən istifadə edilməsinə baxmayaraq icarə haqqı ödənilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnamə üzrə qismən düzgün nəticəyə gəlmişdir. Kollegiya ilk növbədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşdığı hissəyə münasibətdə bildirir ki, cavabdeh may ayında iddiaçının əməkdaşlarının iştirakı ilə qeyri-yaşayış sahəsini boşaltmasını, özünə məxsus avadanlıqları da götürərək köçməsini qeyd etsə də, bu barədə heç bir mötəbər sübut təqdim etməmişdir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmadığı hissəyə münasibətdə isə bildirir ki, iş materiallarında olan hesabatdan görünür ki, cavabdeh tərəfindən icarə müqaviləsi üzrə ödənişlər vaxtlı-vaxtında həyata keçirilmiş, may ayı da daxil olmaqla son ödəniş 300 manat təşkil etmişdir. İddia tələbindən görünür ki, iddiaçı 948 manatı xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək ödənilməmiş icarə haqqı borcunu- yəni iyun-noyabr ayları üzrə borcu mübahisələndirmişdir. Kollegiya ilk növbədə qeyd edir ki, iddiaçı müqaviləyə xitam verilməsi vaxtının iddiaçı tərəfindən xx.xx.2018-ci il kimi müəyyən edilməsinin səbəbləri və əsasları barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. İddiaçının nümayəndəsinin məhkəmə iclasında qeyd etdiyi kimi, qeyri-yaşayış sahəsinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinə icarəyə verilməsi müqavilənin xitam vaxtının xx.xx.2018-ci il kimi müəyyən olunmasına əsas ola bilməz. Müqavilənin 8-ci bəndinə görə icarə haqqı iki ardıcıl müddət üçün ödənilmədikdə bu icarəçinin müqavilənin icrasından birtərəfli imtinası kimi qəbul edilir və icarə müqaviləsi ləğv oluna bilər. Kollegiya qeyd edir ki, müqavilənin 8-ci bəndinə istinad olunmasa belə, iş materiallarında cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış və icarə müqaviləsinə xitam verilməsinin xahiş olunması barədə xx.xx.2018-ci il tarixli məktub var. İddiaçı tərəfindən nə müqavilə şərtlərinə əməl olunmamış, nə də cavabdehin məktubu nəzərə alınmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə görə icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və həmin Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Beləliklə, cavabdeh tərəfindən yeni inzibati binaya köçməsi səbəbindən icarə haqqı iki ardıcıl müddət üçün, yəni iyun-iyul ayları üzrə ödənilməmiş, iddiaçı isə icarəçinin ödənişlər etməməsini müqavilənin icrasından birtərəfli imtina kimi qəbul edərək icarə müqaviləsini ləğv etmək imkanına malik olduğu halda bunu etməmişdir. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin apelyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, e-2-2(085)-521/2019 saylı qətnaməsi qismən, iddianın təmin edilən - cavabdeh Sumqayıt bələdiyyəsindən icarə haqqı üzrə borcun xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək tutulması hissəsində, yəni 631.32 manat hissəsində ləğv edilməli, iddia həmin hissədə təmin edilməməli, qətnamə qalan hissədə, yəni 316.68 manat tutulması hissəsində dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1, 372.6, 372.7, 384.0.4 və 404-1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh Sumqayıt bələdiyəsi tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, e-2- 2(085)-521/2019 saylı qətnaməsi qismən, iddianın təmin edilən - cavabdeh Sumqayıt bələdiyyəsindən icarə haqqı üzrə borcun xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək tutulması hissəsində, yəni 631.32 manat hissəsində ləğv edilsin. İddia həmin hissədə təmin edilməsin. Qətnamə qalan hissədə, yəni cavabdehdən 316.68 manat tutulması hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Zaur Məmmədov Hakimlər Telman Quliyev Fuad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar