Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-142/2024 24.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X5 qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 27 sentyabr 2024-cü il tarixli, e- 2-2(119)-30/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh DC00280295R saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 99530,12 (doxsan doqquz min beş yüz otuz manat on iki qəpik) manat məbləğində əsas borc, 9165,06 (doqquz min yüz altmış beş manat altı qəpik) manat məbləğində faiz borcu, 801,66 (səkkiz yüz bir manat altmış altı qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 109496,84 (yüz doqquz min dörd yüz doxsan altı manat səksən dörd qəpik) manat məbləğində borcun və mediasiya ilə əlaqədar ödənilmiş 400 (dörd yüz) manat məbləğində mediasiya xərcinin İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 20 oktyabr 2020-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun 27 yanvar 2020-ci il tarixli 1.0.2 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə OnGTC/SE/5655 saylı razılaşma imzalanmışdır. Həmin razılıq ərizəsini imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş X4 qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. Eyni zamanda ümumi şərtlər toplusu çərçivəsində İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 26 avqust 2022-ci il tarixli DC00280295R saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və DC00280295-04, DC00280295-13 və DC00280295-18 saylı kreditlərin restrukturizasiyası məqsədi ilə bank tərəfindən borcalana 26 may 2024-cü il tarixədək illik faiz dərəcəsi 17%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 175000 (yüz yetmiş beş min) manat məbləğində birdəfəlik kredit verilmişdir. Lakin borcalan qeyd edilən DC00280295R saylı maliyyələşdirmə üçün ərizə üzrə öhdəliklərini 192 gün icra etməyərək kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Borcalanın xx.xx.2023-cü il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyəti qarşısında öhdəlikləri DC00280295R saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 99530,12 (doxsan doqquz min beş yüz otuz manat on iki qəpik) manat əsas borc, 9165,06 (doqquz min yüz altmış beş manat altı qəpik) manat faiz borcu, 801,66 (səkkiz yüz bir manat altmış altı qəpik) manat cərimə borcu olmaqla, cəmi 109496,84 (yüz doqquz min dörd yüz doxsan altı manat səksən dörd qəpik) manat təşkil edir. Ümumi şərtlər toplusunun 4-cü bölməsinin 3.11-ci bəndinə əsasən kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və maliyyələşdirmə üçün ərizə formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə maliyyələşdirmə üçün ərizə forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun 4-cü bölməsinin 5.2.1-ci bəndinə əsasən kreditin və faizlərin ödənilməsi müştəri tərəfindən 3 (üç) aydan artıq müddətə gecikdirildikdə bank müştəriyə verilən krediti vaxtından əvvəl ləğv edə və ya kredit məbləğini vaxtından əvvəl müştəridən tələb edə bilər. Eyni zamanda ümumi şərtlər toplusuna əsasən müştəri tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilmədikdə, Azərbaycan Respublikası Qanunlarına əsasən məhkəmələrə və digər səlahiyyətli orqanlara müraciət etmək bankın hüququdur. Bundan başqa iddiaçı tərəfindən mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi istiqamətində tədbirlər görülməsi məqsədi ilə mediasiya institutunun tətbiqi qaydasında Mediasiya Şurasına müraciət edilmiş, lakin tərəflər arasında məhkəmədən kənar qaydada razılıq əldə edilməmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti mediasiya prosesi üzrə 400 (dörd yüz) manat məbləğində xidmət haqqı ödəmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən “iddia tələbinin həcminin dəqiqləşdirilməsinə dair” ərizə təqdim edilərək Cavabdeh DC00280295R saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 99530,12 (doxsan doqquz min beş yüz otuz manat on iki qəpik) manat məbləğində əsas borc, 11139,07 (on bir min yüz otuz doqquz manat yeddi qəpik) manat məbləğində faiz borcu, 1311,67 (min üç yüz on bir manat altmış yeddi qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 111980,86 (yüz on bir min doqquz yüz səksən manat səksən altı qəpik) manat məbləğində borcun, mediasiya ilə əlaqədar ödənilmiş 400 (dörd yüz) manat məbləğində mediasiya xərcinin və 2 (iki) manat məbləğində dövlət rüsumunun İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 27 sentyabr 2024-cü il tarixli, e-2-2(119)- 30/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 85829,13 (səksən beş min səkkiz yüz iyirmi doqquz manat on üç qəpik) manat məbləğində əsas borc, 6093 (altı min doxsan üç) manat məbləğində faiz borcu, 1311,67 (min üç yüz on bir manat altmış yeddi qəpik) manat məbləğində cərimə, mediasiya ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərci və 2 (iki) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 93435,8 (doxsan üç min dörd yüz otuz beş manat səksən qəpik) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 200 (iki yüz) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq X2 ödənilməsi, Cavabdeh dövlət nəfinə 367,7 (üç yüz altmış yeddi manat yetmiş qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir (hakim Həlimə Alıyeva). Sumqayıt Kommersiya Məhkəməsinin 27 sentyabr 2024-cü il tarixli, e-2-2(119)- 30/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin qismən ləğv edilməsi, iddianın yalnız 83 828 (səksən üç min səkkiz yüz iyirmi səkkiz) manat həcmində təmin edilməsi, iddianın qalan hissədə rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə ümumiyyətlə iş üzrə bütün faktiki halları nəzərə almamışdır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh (VÖEN **********) arasında Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun 27 yanvar 2020-ci il tarixli 1.0.2 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə xx.xx.2020-ci il tarixli OnGTC/SE/5655 saylı Razılaşma imzalanmışdır. Həmin Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusu çərçivəsində 26 avqust 2022-ci il tarixli DC00280295R saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Cavabdeh 26 may 2024-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15 %, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla 175000 (yüz yetmiş beş min) manat məbləğində DC00280295- 04, DC00280295- 13 və DC00280295-18 saylı kreditlərin restrukturizasiyası məqsədi ilə birdəfəlik kredit verilmişdir. İş materiallarında olan iddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə təqdim olunmuş 22 iyun 2023-cü il tarixli maliyyə arayışında göstərilir ki, Cavabdeh 09 iyun 2023-cü il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə borcu DC00280295R saylı maliyyələşdirmə üzrə ərizəyə əsasən 99530,12 (doxsan doqquz min beş yüz otuz manat on iki qəpik) manat əsas borc, 9165,6 (doqquz min yüz altmış beş manat altmış qəpik) manat faiz borcu, 801,66 (səkkiz yüz bir manat altmış altı qəpik) manat cərimə borcu olmaqla, cəmi 109496,84 (yüz doqquz min dörd yüz doxsan altı manat səksən dörd qəpik) manat təşkil edir. İddiaçı apellyasiya şikayətinə etiraz edərək onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. Belə ki, ilk öncə cavabdeh apelyasiya şikayətinin tələbində Sumqayıt Kommersiya Məhkəməsinin ee-2-2(119)-30/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinin qismən ləğv edilməsini xahiş etsə də, qətnamənin hansı səbəbdən qismən ləğv edilməsini əsaslandırmamış və apellyasiya şikayətinə bununla bağlı heç bir sübut əlavə etməmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin baxış iclasında qətnamə əsasında təmin edilmiş əsas borcu yəni 85829, 13 (səksən beş min səkkiz yüz iyirmi doqquz manat on üç qəpik) manat məbləği qəbul etmişdir. İş üzrə əsas, faiz və cərimə borcunun hesablanması üçün 28 avqust 2024cü il tarixli, 9/2881 nömrəli ekspert rəyində məbləğlərin hesablanması müəyyən edilmişdir. Tərəflər arasında müqavilələr üzrə faiz və cərimə borcunun hesablanması qaydası müəyyən edilmiş və buna uyğun olaraq hesablamalar aparılmışdır. Qeyd edilən hallar Bank tərəfindən təqdim edilən müqavilələr, hesabdan çıxarışlar və keçirilmiş ekspert rəyləri ilə müəyyən edilmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətinə etirazı müdafiə edərək apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq iştirak edə bilməyəcəyini, buna görə məhkəmə iclasının yanvar ayının sonlarına təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən ərizəyə üzrlü səbəbdən iştirak etməməsini təsdiq edən sənəd əlavə edilmədiyindən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh (VÖEN **********) arasında Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun 27 yanvar 2020-ci il tarixli 1.0.2 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə xx.xx.2020-ci il tarixli OnGTC/SE/5655 saylı Razılaşma imzalanmışdır. Həmin Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusu çərçivəsində 26 avqust 2022-ci il tarixli DC00280295R saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Cavabdeh 26 may 2024-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15 %, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla 175000 (yüz yetmiş beş min) manat məbləğində DC00280295-04, DC00280295-13 və DC00280295-18 saylı kreditlərin restrukturizasiyası məqsədi ilə birdəfəlik kredit verilmişdir. İş materiallarında olan iddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə təqdim olunmuş 22 iyun 2023-cü il tarixli maliyyə arayışında göstərilir ki, Cavabdeh 09 iyun 2023-cü il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə borcu DC00280295R saylı maliyyələşdirmə üzrə ərizəyə əsasən 99530,12 (doxsan doqquz min beş yüz otuz manat on iki qəpik) manat əsas borc, 9165,6 (doqquz min yüz altmış beş manat altmış qəpik) manat faiz borcu, 801,66 (səkkiz yüz bir manat altmış altı qəpik) manat cərimə borcu olmaqla, cəmi 109496,84 (yüz doqquz min dörd yüz doxsan altı manat səksən dörd qəpik) manat təşkil edir. İş materiallarında olan iddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə təqdim olunmuş 24 iyul 2023-cü il tarixli maliyyə arayışında göstərilir ki, Cavabdeh 20 iyul 2023-cü il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə borcu DC00280295R saylı maliyyələşdirmə üzrə ərizəyə əsasən 99530,12 (doxsan doqquz min beş yüz otuz manat on iki qəpik) manat əsas borc, 11139,07 (on bir min yüz otuz doqquz manat yeddi qəpik) manat faiz borcu, 1311,67 (min üç yüz on bir manat altmış yeddi qəpik) manat cərimə borcu olmaqla, cəmi 111980,86 (yüz on bir min doqquz yüz səksən manat səksən altı qəpik) manat təşkil edir. İş materiallarında olan iddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə təqdim olunmuş 26 sentyabr 2024-cü il tarixli maliyyə arayışında göstərilir ki, Cavabdeh 13 sentyabr 2024cü il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə borcu DC00280295R saylı maliyyələşdirmə üzrə ərizəyə əsasən 85829,13 (səksən beş min səkkiz yüz iyirmi doqquz manat on üç qəpik) manat əsas borc, 25077,76 (iyirmi beş min yetmiş yeddi manat yetmiş altı qəpik) manat faiz borcu, 17573,4 (on yeddi min beş yüz yetmiş üç manat qırx qəpik) manat cərimə borcu olmaqla, cəmi 128480,29 (yüz iyirmi səkkiz min dörd yüz səksən manat iyirmi doqquz qəpik) manat təşkil edir. İş materiallarında olan mediasiya prosesinin tətbiqi barədə 27 mart 2023-cü il tarixli təklifdən görünür ki, cavabdehdən 99530,12 (doxsan doqquz min beş yüz otuz manat on iki qəpik) manat məbləğində əsas borcun tam və 4653,04 (dörd min altı yüz əlli üç manat dörd qəpik) manat məbləğində faiz borcunun ödənilməsi tələb edilmiş, həmin məktub xx.xx.2023-cü il tarixdə Cavabdeh çatdırılmışdır. İş materiallarında olan 01 fevral 2024-cü il tarixli 9/7664 nömrəli ekspert rəyində göstərilir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən 26 avqust 2022-ci il tarixli DC00280295R saylı kredit müqaviləsində qeyd olunan şərtlər nəzərə alınaraq Cavabdeh xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə əsas borcu 99530,12 (doxsan doqquz min beş yüz otuz manat on iki qəpik) manat, faiz borcu 11724,89 manat müəyyən olunmuşdur. İş materiallarında olan 28 avqust 2024-cü il tarixli 9/2881 nömrəli ekspert rəyində göstərilir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən 26 avqust 2022-ci il tarixli DC00280295R saylı kredit müqaviləsində qeyd olunan şərtlər nəzərə alınaraq Cavabdeh İddiaçı ASC-yə mediasiya prosesinin tətbiqi barədə təklifin alındığı, yəni xx.xx.2023-cü il tarixə əsas borcu 100021,93 manat, faiz borcu üzrə 6093 manat; maliyyə arayışında qeyd edildiyi, yəni xx.xx.2023-cü il tarixə əsas borcu 100021,93 manat, faiz borcu 9352,05 manat; iddia ərizəsinin cavabdehə göndərildiyi, yəni xx.xx.2023-cü il tarixə əsas borcu 100021,93 manat, faiz borcu 10060,54 manat; iddia ərizəsinin verildiyi, yəni xx.xx.2023-cü il tarixə əsas boru 100021,93 manat, faiz borcu 10532,86 manat; maliyyə arayışında qeyd edildiyi, yəni xx.xx.2023-cü il tarixə əsas borc üzrə 100021,93 manat, faiz borcu 11288,59 manat; qərardadın qəbul edildiyi, yəni xx.xx.2024-cü il tarixə əsas borcu 90021,93 manat, faiz borcu 22473,28 manat müəyyən olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti vermiş tərəf birinci instansiya məhkəməsinin qətnaməsinin 83.826 manat hissəsində mübahisələndirməmiş, hazırki apellyasiya baxışının hədlərini qətnamənin iddianın digər hissədə tutulmasının qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Birinci instansiya məhkəməsi iddiaçının 27 mart 2023-cü il tarixdə cavabdehə mediasiya təklifi yollayaraq maliyyələşdirmə üçün ərizə üzrə hesablanmış bütün əsas borcu tələb etməsi ilə bağlı iradə ifadəsinin həqiqi məzmunu müqavilədən imtinaya yönəldiyindən və məktubun Cavabdeh tərəfindən qəbul edildiyi 30 mart 2023-cü il tarixdən müqavilənin birtərəfli qaydada ləğv olunmuş hesab edilməli olmasına istinad edərək, həmçinin iddiaçı tərəfindən təqdim edilmiş 26 sentyabr 2024-cü il tarixli maliyyə arayışını nəzərə alaraq iddianı qismən təmin etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi əsas borc, fazi borcu, cərimə borcu, ödənilmiş mediasiya xərci və dövlət rüsumunun, həmçinin ekspertiza xərcləri üzrə pulun cavabdehdən tutulmasını iddiaçı bank ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinin müddəalarına və qüvvədə olan qanunvericiliyin tələblərinə əsaslanaraq düzgün nəticəyə gəlmişdir. Belə ki, 26 avqust 2022-ci il tarixli DC00280295R saylı maliyyələşdirmənin şərtlərinə əsasən bank kredit alana kredit üzrə 26 may 2024-cü il tarixədək illik faiz dərəcəsi 17%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla hesablamaq hüququna malikdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh apellyasiya şikayətinin dəlillərində birinci instasniya məhkəməsinin qətnaməsi ilə ondan tutulan məbləğlərin hansı ilə razılaşmadığını dəqiq qeyd etməmiş ki, bu da onun apellyasiya şikayəinin formal mülahizələrə əsaslandığına dəlalət edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442.1-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. 464.1-ci maddəsinə əsasən kreditor qanunla müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsini, tərəflərin razılaşmasında onun ödənilməsi vəzifəsinin nəzərdə tutulubtutulmadığından asılı olmayaraq, tələb edə bilər. 465.1-ci maddəsinə əsasən əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür Beləliklə, yuxarıda qeyd olunanlardan göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslandığı üçün əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 27 sentyabr 2024-cü il tarixli, e-2-2(119)- 30/2024 nömrəli qətnaməsi apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(105)-142/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-142/2024
24.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver